Azərbaycanda hər meyvənin öz festivalı var: Narla başlayıb, şərabla bitən… – FOTOLAR
Dünyada əylənmək, güc göstərmək, məhsulu təqdim etmək, zövq almaq, turizm, diqqət çəkmək, reklam, tarixi qorumaq, dini inanc, bir sözlə, çox şey üçün festivallar keçirilir. Rəngli görüntülərə səhnə olan bu festivallara dünyanın müxtəlif ölkələrinin vətəndaşları qatılır. Bu isə keçirilən festivalın arealını genişləndirir.
Cebhe.info diqqəti Azərbaycanda keçirilən festivallara yönəldib. Məlumat üçün bildirək ki, ölkəmizdə ənənəvi olaraq təşkil olunan festivalların sayı çox deyil. Şəhər və ya rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə keçirilən festivalların məqsədi regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsindən ibarətdir. Müqayisə üçün bildirək ki, xaricdəki festivallar kimi Azərbaycanda təşkil olunan bu bayramlara yerli vətəndaşların marağı olduqca azdır.
2006-cı ildə ilk dəfə Göyçay “Nar bayramı” keçirilib. “Nar bayramı”nda Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar nümayiş etdirilib. Məlumata görə, Azərbaycanda ümumilikdə 65 nar növü var ki, bunun yalnız 10 növü Göyçayda yetişir.
2012-ci ildə Qubada “I Alma bayramı” keçirilib. 2017-ci ildə isə Qubada eyni vaxtda ilk dəfə həm “V Alma bayramı”, həm də “I Xalça festivalı” təşkil olunub. Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyat və içkilər nümayiş etdirilir. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxləri və həyat tərzini əks etdirən stendlər təqdim olunub. Həmçinin iştirakçılara Azərbaycan xalçaları, onların toxunma prosesi nümayiş etdirilib və xalçaların satışı da təşkil olunub.
2017-ci ildə Lənkəran şəhərində ilk dəfə “Çay, çəltik və sitrus meyvələri”nin festivalı keçirilib. Azərbaycanın dövlət atributları və şəhərin simvolunu əks etdirən festivalda Lənkəranda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı malları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilib. Rayonun sənaye müəssisələri, kəndli-fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün yerli, təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət çay dəsgahı təşkil edilib. Bundan əlavə, tədbir iştirakçılarına təcrübəli aşpazların hazırladığı yüksək keyfiyyətli yerli sortlardan olan “Haşimi”, “Sədri”, “Campo” düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin ləziz təamlarından olan “Ləvəngi“dən hazırlanan xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunub.
2017-ci ildə Balakəndə ilk dəfə “Beynəlxalq xurma festivalı” keçirilib. Xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsulları sərgisi, o cümlədən xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları, müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb olub. Qonaqlar yun darayan, ip əyirən, xalça toxuyan xanımların əl işləri ilə də tanış olublar. Tədbir iştirakçıları Balakən mətbəxi üçün xarakterik olan süd çörəyinin – maxaranın, buğda və qarğıdalı unundan təndir çörəyinin bişirilməsi prosesini izləyiblər.
2018-ci ildə Zaqatala rayonunda I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilib. Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub, “kənd evi”ndə fındıq və qoz qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması, şabalıdın saxlanma qaydası, təndirdə fındıq çubuqlarının yandırılması, at arabasının hazırlanması, müxtəlif milli xörəklərin bişirilməsi prosesini əyani izləyiblər.
2019-cu ildə Şamaxı rayonunda ilk dəfə Üzüm və Şərab Festivalı keçirilib. Tədbirdə iştirak edən şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçiriblər. Burada eyni zamanda Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti və musiqiləri də təqdim edilib.
Turizm biznesinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti müzakirəsi turizm biznesindəki mövcud vəziyyət və perspektivlərə həsr olunub.
Trend-in məlumatına görə, bununla bağlı oktyabrın 10-da keçirilən Forumda müxtəlif dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Forumda turizm biznesi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib. Sahibkarlar və vətəndaş cəmiyyəti institutları tərəfindən turizm biznesi sektorunun inkişafına dair müxtəlif təkliflər səsləndirilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Forumun dövlət-özəldialoqu üçün əlverişli platforma olduğunu, tədbir çərçivəsində maraqlı təkliflərin səsləndiriləcəyinə əminliyini bildirib. Qeyd olunub ki, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması Agentliyin əsas fəaliyyət istiqamətlərindəndir. KOBİA yanında İctimai Şurada bir sıra ictimai təşkilatlar, o cümlədən Azərbaycan Turizm Assosiasiyası təmsil olunur. Orxan Məmmədov turizm biznesi sahəsinə dair bir sıra təkliflərdə səsləndirib. Bildirilib ki, turizm sahəsində yeni qanunvericilik aktlarının hazırlanması, yeni təşviq mexanizmlərinin yaradılması prosesində bu sektorda fəaliyyət göstərən KOB-lar və onların birlikləri yaxından iştirak etməli və təmsil olunmalıdır. KOBİA isə bu prosesə sahibkarları cəlb etməyə hazırdır. Sahibkarlar turizm layihələrin həyata keçirilməsi zamanı investisiya təşviqi mexanizmindən istifadə edərək vergi güzəştləri əldə edə bilərlər. Bu baxımdan KOB subyektlərini bu sahədə aktiv investisiya fəaliyyətinə dəvət edirik. Bundan başqa, daxili bazar araşdırmaları dəstək mexanizmindən turizm biznesi sektorunda istifadə oluna bilər.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında turizm sahəsində həyata keçirilən yeniliklər və layihələr, qarşıdakı hədəflər barədə məlumat verib.
Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov Assosiasiyanın fəaliyyəti, turizmin inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən danışıb. Sahənin inkişafına dair müvafiq təkliflər səsləndirib.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib. KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlərin keçirildiyini bildirib.
KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov forumda Agentlik yanında İctimai Şura üzvləri və qeyri-hökumət təşkilatları tərəfindən səsləndirilən fikirlərin, rəy və təkliflərinin nəzərə alınacağını və aidiyyəti üzrə təqdim olunacağını qeyd edib.
Tədbir çərçivəsində həmçinin, KOB-lar üçün yeni dövlət dəstəyi mexanizmi olan daxili bazar araşdırmalarına dair maarifləndirici video çarx nümayiş olunub.
Türkiyədə “ev”lənən azərbaycanlılar: Problem yarada bilər
Türkiyədən ən çox mənzil alan xarici ölkə vətəndaşları açıqlanıb.
Yerli mətbuat xəbər verir ki, 2015-ci ilin yanvarından, 2019-cu ilin avqust ayına qədər olan dövr ərzində azərbaycanlılar Türkiyədə 4 min 328 mənzil alıblar. Birinci yeri 24 min 20 ədəd mənzil alışı ilə iraqlılar tutur. Səudiyyə Ərəbistanı vətəndaşları 12 min 11, küveytlilər 9 min 12, iranlılar 8 min 987, ruslar 8 min 579, əfqanlar 6 min 319, almanlar 5 min 273, ingilislər 4 min 721, ukraynalılar isə 2 min 654 mənzil alıblar.
Maraqlıdır, mənzil alqı-satqısında Türkiyəni bu qədər cəlbedici ölkə halına gətirən səbəblər nələrdir?
“MBA Konsaltiq və Qiymətləndirmə” şirkətinin rəhbəri Nüsrət İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, biznes, səhiyyə, turizm, təhsil baxımından Azərbaycanın Türkiyəyə bağlılığı artır:
“Müstəqilliyin ilk illəri ölkəmiz Rusiyaya bağlı idisə, amma zaman keçəndən sonra bu meyil Türkiyəyə yönəlib. Buna görə də, azərbaycanlılar Türkiyəni ikinci vətən hesab edirlər. Həm yaşamaq üçün, həm biznesi inkişaf etdirmək üçün həmyerlilərimiz Türkiyədə daşınmaz əmlak almaqda maraqlıdırlar. Hesab edirəm ki, mövcud göstərici 10 milyonluq əhali üçün azdır və bu tendensiya zamanla daha da artacağı gözləniləndir”.
Azərbaycanın daşınmaz əmlak bazarına xarici ölkə vətəndaşlarının maraq göstərməsinə gəlincə, ekspert qeyd edib ki, keçmiş Müstəqil Dövlətlər Birliyinin (MDB) bəzi ölkələrinin vətəndaşları Bakıda daşınmaz əmlak alırlar:
“Belə ki, ölkəmizdən Ukrayna, Rusiya, Gürcüstan vətəndaşları mənzil almağa üstünlük verirlər. Qeyri ölkələrdən olan vətəndaşlar – hansılar ki, ölkəmizdə uzunmüddətli işləri var, onlar da müəyyən maraq göstərirlər. Ancaq ölkəmizdə turizm məqsədi ilə mülk alanların sayı çox azdır. Tutaq ki, pakistanlı hər hansı bir iş adamı Azərbaycanda otel, hostel və yaxud villa alır, buraya gələn öz vətəndaşlarını orada yerləşdirir. Sayı məhdud olsa da, son 3-4 ildə bu cür satışlar var”.
Həmyerlilərimizin xarici ölkədə daşınmaz əmlak almasının yerli əmlak bazarına təsirlərinə gəlincə, Nüsrət İbrahimov deyib ki, il ərzində ölkədə 40 min ətrafında alqı-satqı olub:
“Təbii ki, xarici vətəndaşların daşınmaz əmlakda alqı-satqı payı ümumi həcmdə çox cüzidir. Ona görə də bu, qiymət təzyiqi yaratmır. Əgər gələcəkdə pay artarsa, təbii ki, qiymət təzyiqi də yaranar. Amma bu gün hələlik o gücdə, o həcmdə alqı-satqı yoxdur ki, qiymət təzyiqi yaratsın”.
Bakıda müştəridən qanunsuz pul tələb edən “Başkent” restoranı – FOTOFAKT
Son zamanlar ictimai iaşə obyektlərin sahibləri nəinki xarici turistləri, hətta yerli vətəndaşları da aldadaraq “ciblərinə girirlər”.
Bu cür davranışlar həm turizmin inkişafına zərər vurur, həm də insanlarda restoranlara qarşı mənfi fikir formalaşdırır.
Bununla bağlı son hadisə “28 Mall” ticarət mərkəzi yaxınlığında yerləşən “Başkent” restoranında yaşanıb. Belə ki, restoranda sifariş olunan şirniyyatın ümumi məbləğindən əlavə ödəniş tələb olunub. Menyuda göstərilməyən bu ödənişin xidmət haqqı olduğu qeyd edilib.
Şikayətçi bildirib ki, oktyabrın 4-də restoranda 1 manat 10 qəpik məbləğində Poğaça sifariş verib, lakin hesab 1 manat 70 qəpik gəlib:
“Bu barədə mənə öncədən heç bir məlumat verilməmişdi. Sifariş verdiyim şirniyyatın menyuya uyğun olaraq hesabladıqda, əlavə məbləğin yazıldığını anladım. Məsələni aydınlaşdırdıqda isə bildirildi ki, 60 qəpik ofisiantın xidmət haqqıdır”.
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən “Azad İstehlakçılar” İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib ki, əlavə xidmət haqqı tələb olunan zaman istehlakçını əvvəlcədən məlumatlandırmaq lazımdır:
“Türkiyənin servis adətləri sürətlə Azərbaycana daxil olur. Bu məsələ təxminən 6 aydır gündəmdədir. Hətta bu turizmin inkişafına da ciddi zərbə endirib. Bütün hallarda istehlakçı əvvəlcədən məlumatlandırılmalıdır.
Dünya ölkələrində istənilən yerdə istehlakçıya yaxşı xidmət göstərilən zaman istehlakçı bunu anlayır və əlavə pul ödəyir. İstehlakçı psixologiyası bu şəkildə formalaşıb. Lakin zorla ödəniş tələb etmək, hətta ödənişi qəbzə daxil etmək yolverilməzdir. Düzdür, qanun bunu qadağan etmir, əlavə xidmət haqqı tələb oluna bilər, lakin istehlakçı bu barədə əvvəlcədən məlumatlandırılmalıdır.
Bu kimi hallarda “Azad İstehlakçılar” Birliyinə yazılı şəkildə müraciət etsələr, əlavə alınan pulu biz geri qaytarılmasını və yaxud restoranlarda lövhələr asılmasını, istehlakçının əvvəlcədən məlumatlandırılmasını həyata keçirə bilərik.
Təəssüflər olsun ki, hazırda restoranlar, marketlər üçün heç bir qayda yoxdur. Lakin bu belə olmamalıdır, Nazirlər Kabineti mütləq şəkildə qaydalar hazırlayıb tətbiq etməlidir”.
Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar ola bilər
Gələn ilin yayından Azərbaycanla Pakistan arasında birbaşa aviareyslərin həyata keçirilməsinə başlanıla bilər.
“Report” Pakstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid məlumat verib.
Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” QSC və Pakistanın milli aviadaşıyıcısı arasında danışıqlar aparılır.
“Birbaşa uçuşlar başlayan kimi Turizm Şurası Pakistanın turizm idarəsilə əməkdaşlıq sazişi imzalamaq niyyətindədir”, – deyə o əlavə edib.
Təyyarə uçuşlarının Bakı ilə Pakistanın Kəraçi və Lahor şəhərləri arasında həyata keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, hazırda Azərbaycanın Turizm Bürosu Kəraçidə keçirilən və sabah başa çatacaq “Pakistan Travel Mart” sərgisində iştirak edir.
2018-ci ildə Azərbaycana Pakistandan 41 268 nəfər, bu ilin 8 ayında isə 28 576 nəfər (ötən ilin eyni dövrünə nisbətən 12,9% çox) pakistanlı turist gəlib.
Yardımlı Arus kəndi və Alar kənd turu
?Payız çox gözəldir diyirlər amma Yardımlıda? ?
? YARDIMLI ARUS KƏNDİ VƏ ALAR KƏND TURU ?
Tarix: 13 Oktyabr
Müddət: 1 gün
Qiymət: 26 Azn
“”””””””””””””””””””””””””””””””””””””
Qiymətə daxildir:⤵
? Komfortlu nəqliyyat
? Səhər yeməyi
? Çay süfrəsi
? Tur rəhbər
? Əyləncəli oyunlar və hədiyyələr
? Fotosessiya (şəkillər turdan sonra 3 gün ərzində verilir)
“”””””””””””””””””””””””””””””””””””
Ekskursiyalar:⤵
✅ Arus kəndi 300 il tarixə malik Arus Dəyirmanı??
✅ Qız öldü şəlaləsi??
✅ Alar Qız Qalası ??
“”””””””””””””””””””””””””””””””””””””
Qeyd:⤵
ℹ 6 yaşa qədər uşaqlara (avtobusda yer verilməzsə) ödənişsiz.
ℹ 6 yaşdan yuxarı tam ödəniş
ℹ Tur zamanı spirtli içkilərin istifadəsi qadağandır.
ℹ Toplanış yeri və saatı:
06:30 da Gənclik M/S
07:00 da Yola düşmə
22:30 Bakıya çatma
“”””””””””””””””””””””””””””””””””””””
■Ətraflı məlumat və qeydiyyat üçün: 070-264-60-30
Çinli turist planı “kitayski” çıxdı? – “Azı 10 dəfəyədək uduzuruq”
Martın 1-də Pekində Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin ölkəmizə qrup səfərlərinin sadələşdirilməsi haqqında anlaşma memorandumu imzalanıb. Azərbaycan tərəfdən agentliyin sədri Fuad Nağıyev qeyd edib ki, yeni müqaviləyə əsasən, yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər.
Maraqlıdır ki, artıq yay turizm mövsümü başa çatır. Görəsən, Azərbaycana nəzərdə tutulduğu qədər çinli turist gəldimi? Dövlət Turizm Agentliyi bu barədə qarşıya qoyulan məqsədlərə çatdımı?
Mövzu ilə bağlı Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan K. Quluzadə bildirib ki, çinli turistlərin Azərbaycana gəlişində artım müşahidə olunur:
“Bu il Çinli turistlərin sayında artım müşahidə olunub. Vizalar da çox sadələşdirib. Çinli turistlər artıq aeroportda viza alırlar. Bu da bilavasitə çinli turistlərin artımına gətirib çıxarır”.
