İslam ölkələrinin 4-cü beynəlxalq səhiyyə konqresi
Oktyabrın 10-da Tehranda “İslam ölkələrinin 4-cü beynəlxalq səhiyyə konqresi” keçirilib.
Tədbirə Azərbaycan, Türkiyə, Qətər, Küveyt, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş və digər dövlətlərin təmsilçiləri qatılıb. Ölkəmizi bu konqresdə “My Travel” şirkətinin icraçı direktoru Elnara Cabbarova təmsil edib.
Tədbirdə İslam ölkələrinin turizm və səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə edilib.
Konqres çərçivəsində “Turizm və səhiyyə turizmi sektorunda işgüzar əməkdaşlıq üzrə İran-Azərbaycan görüşü” baş tutub. Görüşdə İslam ölkələrində səhiyyə turizminin inkişafı mərkəzinin direktoru Mehdi Kərimi çıxış edib. Qeyd olunub ki, müasir dövrdə turizmin inkişafı insanların istirahətini təmin etməklə yanaşı, həm də dövlətlərin iqtisadiyyatının inkişafına böyük təkan verir. Turizmin inkişafı dövlətlərə xarici valyuta axınını təmin edən əsas sahələrdən biridir. İslam ölkələrinin böyük turizm potensialı var və bu dövlətlər qarşılıqlı əməkdaşlıq nəticəsində səhiyyə turizmi sahəsini inkişaf etdirə bilərlər.
“My Travel” turizm şirkətinin icraçı direktoru Elnara Cabbarova Azərbaycanın səhiyyə turizmi potensialı haqqında geniş məlumat verib. Video-slaydlar vasitəsi ilə E.Cabbarova Naftalan, Duzdağ barəsində, buradakı otellər və xidmətlər haqqında danışıb. Qeyd olunub ki, müxtəlif xəstəliklərin müalicəsi üçün Naftalan nefti olduqca əhəmiyyətlidir. Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzi isə bronxial asma xəstəliyinin müalicəsi üçün əvəzolunmaz yerdir.
Təqdimat zamanı Bakı, Qəbələ, Şəki və Azərbaycanın digər gəzməli və görməli yerləri haqqında geniş məlumat verilib.
Bu ilin sonunadək Azərbaycanda innovasiyalar və qabaqcıl texnologiyalardan səmərəli istifadə ediləcək. Ən az su sərfiyyatı edən hotellər təltif olunacaq.
Dövlət Turizm Agentliyindən bildirilib ki, bu barədə Azərbaycan Hotellər Assosiasiyası ilə BMT-nin İnkişaf Proqramının və Qlobal Ekologiya Fondunun Kür II Proqramı arasında əməkdaşlıq çərçivəsində baş tutan tədbirdə qeyd edilib.
turizm
“H2Otel Suya Qənaət Mükafatları” adlı layihənin təlim və məlumatlandırma tədbirində ən az su sərfiyyatına nail olmuş hotellərin dekabrın 4-də baş tutacaq. Azərbaycan Hotellər Assosiasiyasının 2-ci Baş Assambleyasında mükafat və sertifikatların təqdim olunacağı diqqətə çatdırılıb.
Təlim zamanı, həmçinin hotel sektorunda suyun mühafizəsinə və suya qənaətə dair tövsiyələr verilib. Bu yöndə aparılmalı işlərdən, eyni zamanda hotellərdə suya qənaət üçün istifadə oluna biləcək. Texniki vasitələrdən bəhs edilib.
Tədbirdə, xüsusən suyun günümüzdəki həyati əhəmiyyəti və turistlərin bu istiqamətdə məlumatlandırılmasının mühümlüyü, eləcə də hotellərin su sərfiyyatında tutduğu böyük pay barədə danışılıb.
turizm
Proqram ekspertləri Azərbaycan Hotellər Assosiasiyasının “Resursların Səmərəli İstifadəsi” İşçi Qrupunun bu layihənin icrasında olan böyük rolunu təqdirəlayiq hesab ediblər.
Toplaşma məkanımız:
Gənclik Moll -Tofiq Bəhramov adına stadionun qarşısı. (Eyni zamanda şamaxinkada, xirdalan dairəsindən və sumqayitin çıxışında da gözləyı bilərsiz)
Toplaşma saatı:06:30 Çıxış saatı:07:00
Geri dönüşdə Bakıya çatmaq: 22:30
Qeydlərimiz: 11 nəfərlə qrup şəkilində gələnin 11-ci adamın gedişi tam ödənişssizdir
1-6 yaşadək uşaqlar üçün pulsuzdu(nəqliyyatda və restoranda əlavə xidmət tələb etməzssə).6 yaşdan yuxari uşaqlar üçün tam ödənişdir.
Azərbaycan Turzim Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən 14 turizm şirkəti Pakistanın Karaçi şəhərində keçirilən “Pakistan Travel Mart” sərgisində iştirak edib.
Azərbaycan Dövlət Turizm Agentliyindən APA-ya bildirilib ki, sərgidə ziyarətçilərə Azərbaycanın turizm potensialı, turizm marşrutları, hotelləri, milli mətbəxi və.s barədə ətraflı məlumatlar verilib. Onlara Azərbaycanın təhlükəsiz yer olması, viza qaydalarının asanlığı, hava şəraitinin əlverişliliyi, qida çeşidlərinin bolluğu, həmçinin xalqlar arasında yaxın dostluq əlaqələrinin mövcudluğu kimi səbəblərə görə Pakistan vətəndaşları üçün uyğun destinasiya sayıldığı bildirilib.
Sərgi çərçivəsində Pakistanın turizm şirkətləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib. İkitərəfli əməkdaşlığa dair qarşılıqlı fikir mübadələsi aparılıb.
Oktyabrın 10-dək davam edəcək “Pakistan Travel Mart” Pakistanda səyahət, turizm və qonaqpərvərlik sahələrində bütün maraqlı tərəfləri birləşdirir. Geniş spektrli səyahət sərgisi hesab olunur.
2017-ci ildən etibarən hər il keçirilən sərgiyə dünyanın 20-yə yaxın ölkəsindən 450-dən çox turizm şirkəti qatılır. Sərgini ümumilikdə 25000-dən çox şəxs ziyarət edir.
Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən pakistanlı turistlərin sayı 33 min nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətdə 11.8% artım deməkdir.
Yaponiyanın “World Investors TV” internet televiziyasında Azərbaycanın uğurlarından və Sumqayıt şəhərinin 70 illik yubileyindən bəhs edən xüsusi veriliş yayımlanıb.
Verilişdə aparıcı Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər, AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev və “Kakusei Space Innovation” şirkətinin prezidenti Yasuhiro İşibaşi Azərbaycanın müstəqilliyinin bərpasından sonra qazanılan uğurlarından danışıb. Cari ildə 70 illik yubileyi qeyd edilən Sumqayıt şəhəri haqqında yapon tamaşaçılara ətraflı məlumat veriblər.
Verilişdə müstəqilliyinin bərpasından sonra Azərbaycanın üzləşdiyi çətinliklərdən, o cümlədən Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətindən bəhs olunub. Qeyd edilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də ölkə Prezidenti seçilməsindən sonra Azərbaycan dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Prezident İlham Əliyevin ardıcıl və düşünülmüş siyasəti nəticəsində Azərbaycan böyük uğurlara imza atır. Ölkəmiz böyük beynəlxalq tədbirlərin, idman və musiqi yarışlarının keçirildiyi mühüm mərkəzə çevrilib.
Verilişin aparıcıları Azərbaycan səfərləri barədə ətraflı məlumat verib. Qonaqlar xalqımızın yüksək qonaqpərvərliyi, zəngin və qədim mədəniyyətimiz, Bakının və regionların müasir inkişafı haqqında da danışıblar.
Verilişdə Azərbaycanın böyük sənaye mərkəzlərindən biri kimi tanınan Sumqayıt şəhəri barədə də ətraflı məlumat verilib. Yaşayış məntəqəsi kimi qədim tarixə malik bu məkanın 1949-cu ildə şəhər statusu aldığı qeyd edilib. Bildirilib ki, sovet hakimiyyəti illərində mühüm sənaye mərkəzlərindən biri olan Sumqayıtda müstəqilliyin bərpasından sonra da böyük sənaye potensialı yaradılıb. Özünün iri müəssisələr şəbəkəsi və müvafiq infrastrukturunu formalaşdıran şəhər qısa müddət ərzində ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınıb.
Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70–80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılıb.
Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra gerçəkləşdirilən dövlət proqramları və infrastruktur layihələr çərçivəsində burada Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı, həmçinin digər mühüm obyektlər qurulub. Şəhərin iqtisadi infrastrukturuna daxil olan kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma və elektroenergetika, həmçinin yüngül sənaye sahələri qabaqcıl texnologiyalarla təchiz edilib.
Bildirilib ki, Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin inkişafında da mühüm uğurlara nail olub.
Yaponiyanın Aomori şəhəri ilə eyni en xətti üzərində yerləşən Sumqayıtın müasir turizm potensialına malik olduğu xüsusi vurğulanıb. Burada inşa edilmiş müasir otellər şəbəkəsi və yollar turist axınının ilbəil artmasına böyük təkan verib.
Veriliş boyunca Sumqayıtın nailiyyətlərini əks etdirən fotolar təqdim olunub.
Çin Xalq Respublikasının (ÇXR) yaranması günü münasibətilə 7 günlük bayram tətili günlərində ölkə daxilində təxminən 782 milyon turist səfəri qeydə alınıb.
AZƏRTAC Çinin Mədəniyyət və Turizm Nazirliyinə istinadla xəbər verir ki, bu, ötən il eyni bayram günlərində qeydə alınmışdır. Səfərlərin sayından 7,81 faiz çoxdur. Bayram günlərində ölkənin turizm sektorunda dövriyyə 650 milyard yuana (təxminən 90,94 milyard ABŞ dolları) çatıb. Bu da ötən il üçün olan göstəricidən 8,47 faiz çoxdur.
Nazirliyin statistikasına əsasən, bu il Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü ilə əlaqədar yerli turistlər daha çox “Qırmızı turizm”, yəni, kommunist inqilabı mövzusuna daha çox maraq göstəriblər. Belə ki, turistlərin 80 faizə yaxını ÇXR-in yaranmasının 70-ci ildönümü ilə əlaqədar ölkənin müxtəlif yerlərində təşkil olunan tədbirlərdə iştirak ediblər.
“Qızıl həftə”də xaricə 7 milyon səyahət qeydə alınıb.
“Tur de Frans” velosiped yürüşü ilk dəfə 1992-ci ildə San-Sebastyandan start götürüb.
Basklar ölkəsi 2023-cü ildə dünyanın ən tanınmış və nüfuzlu velosiped yürüşünə – “Tur de Frans”a ev sahibliyi etməyə hazırlaşır.
Bunu Bask hökumətinin prezidenti İnyiqo Urkullu və Fransanın Bayonna şəhərinin meri Jan-Rene Etçeqaray birgə mətbuat konfransında bəyan ediblər. Tədbirin start götürəcəyi şəhər və mərhələlərin marşrutları hələlik müəyyən olunmayıb
Hazırda Bilbao şəhərinin namizədliyi nəzərdən keçirilir. Bu şəhər ən ağlabatan başlanğıc nöqtə sayılır, çünki Biskayya vilayətinin paytaxtı ya turizm, ya da velosiped yürüşlərinin start götürməsi məqsədi ilə illər boyu “Tur de Frans” marşrutunun bir hissəsi olmaq üzərində çalışıb.
Basklar ölkəsi son illərdə əsas etibarilə Bilbaoda iri idman tədbirləri keçirir. Bilbaodakı San-Mames futbol stadionu ötən il reqbi üzrə iki böyük Avropa finalının arenasına çevrilib, 2020-ci ildə futbol üzrə Avropa Kuboku matçlarının keçiriləcəyi stadionlardan biri olacaq.
Azərbaycana bir neçə dəfə, Naxçıvana isə ikinci dəfə səyahət edirəm. 67 yaşında olmağıma baxmayaraq, həm tarixiliyi, həm də yüksəkdə yerləşməsi ilə diqqətimizi cəlb edən Əlincəqalanın zirvəsinə yenidən qalxdım. Çünki bura insanı özünə cəlb edir, sanki ona güc verir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvanda səfərdə olan İsveçrə Konfederasiyası vətəndaşı Andre Enqetşuler deyib. O, ötən ilin iyununda Naxçıvana ilk səfərində olduğu kimi, yenə də Duzdağa və müqəddəs Əshabi-Kəhf ziyarətgahına baş çəkdiyini, Qarabağlar türbəsi ilə tanışlığın onda dərin təəssürat yaratdığını bildirib.
Andre Enqetşuler deyib ki, Avropada, xüsusən İsveçrə kimi ölkələrdə insanların Naxçıvana xas olan təbiət gözəlliklərinə, əsrarəngiz mənzərələrə, sakit, təmiz ətraf mühitə çox ehtiyacları vardır. Odur ki, əgər gələn dəfə yolum bu istiqamətə düşsə, hökmən yenə də Naxçıvana gəlib görə bilmədiyim yerlərə də getmək istəyirəm. Digər əcnəbi turistlər kimi, mən də Haçadağın cazibəsinə, buradakı mineral suların şəfalı gücünə heyran qalmışam. Naxçıvan mətbəxinin, xüsusən Araz balığının dadından doymaq olmur.
Andre Enqetşulerlə birgə Naxçıvana səyahət edən xanım İnqrit Kundert isə Naxçıvanda keçirdikləri iki günün və gördükləri maraqlı yerlərin onda yüksək təəssüratlar yaratdığını deyib. İndiyə qədər dünyanın 50-dən çox ölkəsində olmuş səyyah buradakı muzeylərin zənginliyini çox bəyəndiyini, Azərbaycan xalçalarının gözəlliyinə doyunca tamaşa etdiyini bildirib: “Səyahətçi yoldaşlarımın Azərbaycanın “Maçu-Piçu”su adlandırdığı Əlincəqala indiyə qədər gördüyüm yerlərin ən möhtəşəmidir. Naxçıvana səfərim güman etdiyimdən çox rahat oldu. Ölkəmizə geri qayıtdıqda dostlarıma da buraya gəlməyi tövsiyə edəcəyəm. Çünki Naxçıvanın bənzərsiz payız mənzərələrinə, Əshabi-Kəhf ziyarətgahına, Duzdağ ətrafı dağlara və qaldığımız “Təbriz” otelindən açılan mənzərəyə heyran olmamaq mümkün deyil”.
Həmsöhbət olduğumuz turistlər, ümumilikdə, bir turizm destinasiyası kimi Naxçıvanda bütün lazımi xidmətlərin təşkilindən, onların keyfiyyətindən və qiymətindən razılıq etdilər. Bu da diyarımıza bir dəfə səyahət edən turistlərin yenidən bu istiqamətə gəlməyi üçün ən əsas şərtlərdəndir.
Qiymətə daxildir: ? Komfortlu nəqliyyat ilə transfer ?Səhər yeməyi ☀ Ekskursiyalar (Festivalda istirak, Qeçreş meşesi, Çenlibel gölü, Qirmizi qesebe) ?Tur rəhbəri ? Fotoçəkiliş ☕ Cay sufresi geri donusde
? Yol boyu əyləncəli oyunlar ve hediyyeler..
?Qeyd: ✷5 yaşa-dek uşaqlarin istiraki pulsuzdur (nəqliyyatda yer tutmamaq şərti ilə) ✷ 10+1 KAMPANİYASI DAVAM EDİR ✷Turistlərin sayından asılı olaraq müəyyən endirimlər olacaqdır. ✷ Nahar (gunorta yemeyi ucun qiymetin uzerine 13azn elave edilir: Menyu: coban salati pendir, suzme, acika, duwes ve kompot, pervi sup ve assorti kabablar: lule,tike,toyuq+kartof qizartmasi)
Azərbaycan Turizm. Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən 14 turizm şirkəti Pakistanın Karaçi şəhərində keçirilən “Pakistan Travel Mart” sərgisində iştirak edib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, sərgidə ziyarətçilərə Azərbaycanın turizm potensialı, turizm marşrutları, hotelləri, milli mətbəxi və.s barədə ətraflı məlumatlar verilib.
Onlara Azərbaycanın təhlükəsiz yer olması, viza qaydalarının asanlığı, hava şəraitinin əlverişliliyi, qida çeşidlərinin bolluğu, həmçinin xalqlar arasında yaxın dostluq əlaqələrinin mövcudluğu kimi səbəblərə görə Pakistan vətəndaşları üçün uyğun destinasiya sayıldığı bildirilib.
Sərgi çərçivəsində Pakistanın turizm şirkətləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib, ikitərəfli əməkdaşlığa dair qarşılıqlı fikir mübadiləsi aparılıb.
Oktyabrın 10-dək davam edəcək “Pakistan Travel Mart” Pakistanda səyahət, turizm və qonaqpərvərlik sahələrində bütün maraqlı tərəfləri birləşdirən geniş spektrli səyahət və turizm sərgisidir.
2017-ci ildən etibarən hər il keçirilən sərgiyə dünyanın 20-yə yaxın ölkəsindən 450-dən çox turizmşirkəti qatılır. Sərgini ümumilikdə 25000-dən çox şəxs ziyarət edir.
Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən pakistanlı turistlərin sayı 33 min nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətdə 11.8 faiz artım deməkdir.