Videokörpüdə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə yanaşı, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Hotellər Assosiasiyası və Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak edib. Həmçinin qarşı tərəfdən isə İndoneziyanın Turizm Nazirliyinin, Dini İşlər və Xarici İşlər Nazirliyinin nümayəndələri də burada olub.
Dünyada turistlərin ən çox getdiyi yerlərin reytinqi dərc edilib
Bir kvadratmil (2,59 kvadratkilometr) sahəyə düşən turistlərin sayının ən çox olduğu turizm istiqamətlərinin növbəti reytinqi dərc edilib.
2018-ci ilin yekunların görə lokasiya sahələri və turistlərin gündəlik sayı əsasında onların ən çox getdikləri 20 turizm istiqaməti “Columbus Direct” tədqiqat şirkətinin ekspertləri tərəfindən tərtib edilib.
İlk beşlikdə Asiyanın iki turizm istiqaməti və Avropanın üç şəhəri yer alıb. “Columbus Direct” reytinqinə əsasən 2018-ci ildə turistlərin ən sıx olduğu istiqamət Tailanddakı Phuket adasıdır. İl ərzində 9,29 milyon (yəni orta hesabla gündə 25452 nəfər) turist gələn bu kurort bütün başqa turizm istiqamətlərindən irəlidədir. Burada turistlərin sıxlıq göstəricisi bir kvadratmilə 5090 nəfərə bərabərdir.
İkinci yeri Palma-de-Mayorka (İspaniya, bir kvadratmilə 2918 turist), üçüncü yeri Pattayya (2762), dördüncü yeri Paris (1174), beşinci yeri Barselona tutur (605).
Ən sərfəli qiymətlə Tbilisi Turu ??
?? Ən sərfəli qiymətlə TbilisiTuru ??
Uzun müddətli səyahətə çıxa bilməyənləridə nəzərə alaraq Sizin üçün Ən Sərfəli, Ən Endirimli Qiymətlə ? Tbilisi Turuna 1⃣ günlük səyahət etmək imkanını yaratdıq.
Turun başlama tarixi: 12 Oktyabr
Geri dönüş tarixi: 14 Oktyabr
Qiymət – 39AZN
Qiymətə Daxildir:
▶ VİP Nəqliyyat vasitəsi ( Əsas məsələ avtobusda WIFI ? var )
▶Tur rəhbəri
▶ Professional foto çəkiliş ?? ( dostlarınıza “Bildikdə Gürcüstanda olmusan” dedirdəcək qədər çoxlu fotosesiya etmək imkanı )
▶ Şəhər gəzintisi ? (Qədim şəhəri yaxından tanımaq fürsəti)
Ekskursiyalar:
⏩ Sevgililər Körpüsü ? ( Körpüyə sevgilisi olmayanda çıxa bilər )
⏩ Kanat ?
⏩ Qədim Tbilisi Şəlaləsi ?
⏩ Tbilisi Mall ?( Xanımların sevimli məkanı, Shopping üçün qaçınılmaz fürsət ??? )
⏩ Festivalda Gəzinti
⏩ Gəmi Gəzintisi
⏩ Zippline minmək şansı (yüksək adrenalin sevənlər üçün ?)
⏩ Tbilisi Şəhər gəzintisi (Nəqliyyat vasitəsilə)
Qeyd:
?? Diqqət…❗❗❗❗ ( Nəzarət Məntəqəsində (Tamojni) Gecikmə olarsa Müddət nə qədər olur olsun Turizim Şirkəri Cavabdeh Deyil
? Ekskursiya zamanı ödənişli məkanlara giriş tur paketə daxil deyil.
? 6 yaşa qədər əlavə yer tutmayan balaca qonaqlarımız ? üçün Tur paket ödənişsizdir.
? Tur boyu spirtli içkilərdən istifadə etmək qəti qadağandır! ??? (Əks halda istifadə edən şəxs məkandan asılı olmayaraq turdan kənarlaşdırılacaq)
? Tur boyu çəkilən şəkillər 3 gün ərzində link vasitəsilə sizə göndəriləcək
? Toplaşma yeri: Gənclik Mall qarşısı, 12 Oktyabr saat 22:30.
23:00 da nəqliyyat vasitəsi yola düşəcək.
Bakıya çatma vaxtı: 14 Oktyabr saat 07:00 – 09:30 bu Saatlar arasinda çatır Gecikmə olsa bu halda Nəqliyyat gecikir.
Əlaqə nömrəsi 070-264-60-30
Sooronbay Jeenbekov: Qırğızıstan Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir
Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycan-Qırğızıstan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının iclasında iştirak etmək üçün Bişkekə gəlib.
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Baş Nazirinin birinci müavini, komissiyanın ölkəmiz tərəfdən həmsədri Yaqub Eyyubovu qəbul edib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Dövlət başçısı deyib ki, Qırğızıstan Azərbaycanla qarşılıqlı inama və hörmətə əsaslanan dostluq əlaqələrinin və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Prezident vurğulayıb ki, ikitərəfli münasibətlərin gələcək inkişafında əsas amillərdən biri iqtisadi əməkdaşlığın dərinləşdirilməsidir.
Sooronbay Jeenbekov ölkələr arasında energetika, nəqliyyat, dağ-mədən sənayesi, turizm sahələrində birgə layihələrin həyata keçirilməsinin mühüm amillərdən olduğunu vurğulayıb.
Yaqub Eyyubov Azərbaycan Prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək Zirvə Görüşündə Sooronbay Jeenbekovu görməkdən məmnun olacağını söyləyib. O, komissiyanın üçüncü iclasının Bişkekdə keçirilməsinə görə Qırğızıstan tərəfinə minnətdarlıq edərək xatırladıb ki, ikinci iclas beş il bundan əvvəl Bakıda keçirilib.
Baş Nazirin birinci müavini qeyd edib ki, iki dövlət arasında qardaşlıq münasibətləri ikitərəfli ticari-iqtisadi əlaqələrin əsasını təşkil edir.
Görüşdə Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov və ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov da iştirak edib.
Bu ilin 8 ayında milli parkları ziyarət edənlərin sayı açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın milli parklarında ekoturizm fəaliyyətinə dair bu ilin 8 ayı üzrə statistik məlumatları açıqlayıb.
APA xəbər verir ki, göstəricilərdə milli parkları ziyarət edən yerli və xarici turistlərin sayı və ekoturizm sahəsindən daxil olmuş vəsait barədə məlumatlar yer alıb.
Belə ki, 2019-cu ilin 8 ayı ərzində Abşeron Milli Parkınn ərazisinə daxil olan turistlərin ümumi sayı 1926 nəfər təşkil edib. Turistlərin 1659 nəfəri yerli, 267 nəfəri isə xarici vətəndaşlar olub. Bu il üçün ekoturizm sahəsindən ümumi daxilolmalar 3022 manat, turizmdən daxilolmalar isə 2452 manat təşkil edib.
Ağgöl Milli Parkını bu ilin 8 ayında 2706 turist ziyarət edib. Onlardan 2700 nəfərini yerli, 6 nəfərini isə xarici vətəndaşlar təşkil edib. Ekoturizm sahəsində ümumi daxilolmalar 10904 manat, turizmdən daxilolmalar isə 3820 manat olub.
Altıağac Milli Parkının ərazisinə 8 ay ərzində daxil olan turistlərin ümumi sayı 1024 nəfər təşkil edib. Onlardan 961 nəfəri yerli, 63 nəfəri isə xarici turistlərdir. Bu il üçün ekoturizmdən olan ümumi daxilolmalar 2302 manat, turizmdən daxilolmalar isə 504 manatdır.
Göygöl Milli Parkını bu ilin 8 ayı ərzində 52605 nəfər ziyarət edib. Turistlərin 47236 nəfərini yerli, 5369 nəfərini isə xarici vətəndaşlar təşkil edib. Ekoturizm sahəsindən ümumi daxilolmalar 10105 manat, turizmdən daxilolmalar isə 91984 manat olub.
Hirkan Milli Parkını 8 ay ərzində ziyarət edənlərin sayı 3179 nəfər təşkil edib. Onlardan 2908 nəfəri yerli, 271 nəfəri isə xarici vətəndaşlardır. Ekoturizm sahəsindən ümumi daxilolmalar 15460 manat, turizmdən daxilolmalar isə 3292 manat təşkil edib.
Samur –Yalama Milli Parkını 8 ayda 555 turist ziyarət edib. Onlardan 548-i yerli, 7-si isə xarici vətəndaşlardır. Ekoturizm sahəsindən ümumi daxilolmalar 10598.08 manat, turizmdən daxilolmalar isə 705 manatdır.
Bu ilin 8 ayında Şahdağ Milli Parkını ziyarət edənlərin sayı 9972 nəfər olub. Turistlərin 9099 nəfərini yerli, 873 nəfərini isə xarici vətəndaşlar təşkil edib. Ekoturizm sahəsindən ümumi daxilolmalar 268704 manat, turizmdən daxilolmalar isə 20790 manat olub.
2019-cu ilin 8 ayı ərzində Şirvan Milli Parkının ərazisinə daxil olan turistlərin sayı 2260 nəfər olub. Onlardan 1702 nəfərini yerli, 558 nəfərini isə xarici vətəndaşlar təşkil edib. Ekoturizm sahəsindən ümumi daxilolmalar 11110 manat, turizmdən daxilolmalar isə 1808 manat olub.
Qızılağac Milli Parkını 8 ayda 368 nəfər ziyarət edib. Ekoturizm sahəsindən ümumi daxilolmalar 8698 manat olub. Turizmdən vəsait daxil olmayıb.
Qeyd edək ki, Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektardır. Bu da ölkə ərazisinin 10,31 %-ni təşkil edir.
Çində Azərbaycanın turizm təbliğatı genişləndiriləcək
Azərbaycan Turizm Bürosu və “ETI Holidays” çinli subagentlər üçün birgə təlimlər keçirəcəklər.
Dövlət Turizm Agentliyindən bildirlib ki, bu barədə razılıq oktyabrın 7-də Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və “Azərbaycan Hava Yolları”nın (AZAL) Çindəki rəsmi nümayəndəsi “ETI Holidays” şirkətinin baş icraçı direktoru Guo Dongje arasında görüş zamanı əldə olunub.
Təlimlərin keçirilməsində məqsəd Azərbaycanın turizmin müxtəlif istiqamətləri üzrə potensialı, hotelləri, turizm marşrutları, görməli yerləri, qədim memarlıq abidələri və milli mətbəxinin tanıdılmasını artırmaqdır.
Guo Dongje təmsil etdiyi şirkətin 5000 subagentdən ibarət şəbəkə ilə əməkdaşlığından söz açıb. Bu təlimlərin Azərbaycanın tanıdılmasında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb.
O, növbəti ildən Pekindən başqa Çinin daha bir şəhərindən də Bakıya uçuşların planlaşdırıldığını bildirib.
Florian Zenqstşmid görüş zamanı Çin Xalq Respublikası ilə Azərbaycan arasında tarixi əlaqələrdən danışıb. Bu ölkə bazarının ölkəmiz üçün vacibliyini qeyd edib.
Diqqətə çatdırıb ki, 2018-ci ildə Çindən Azərbaycana 13 min nəfər gəlsə də, təkcə bu ilin sentyabr ayının sonunadək bu say 20 min nəfər təşkil edib. Rəqəmlər yaxın gələcəkdə dəfələrlə artacaq.
Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir.
Şəki Kiş kəndi turu
Qədim abidələrlə,evlərlə,göz oxşayan Kiş çayının sahilində dağətəyi ərazidə yerləşən mərkəzdən 1005 metr hündürlükdə qədim yaşayış məntəqəsi olan Kiş kəndinə gedirik.
18 oktyabr
? Şəki Kiş kəndi turu: 32 Azn
HƏR ŞEY DAXİL ?
Qiymətə daxildir⤵
? Komfortlu nəqliyyat ☝?Tur bələdçi
?Səhər yeməyi ??
???Möhtəşəm diskoteka Kiş kəndində Narın qalada
?Limitsiz Foto sesiya pulsuz turdan sonra təqdim olunur
☕Axşam Samavar çay süfrəsi
?Maraqlı oyunlar və hədiyyələr
♦Nahar yeməyi Kiş kəndində ( Şəki pitisi,sirkə soğan,kələm tutması,baş soğan,kompot,kənd çöyəri)
Ekskursiyalar⤵
♦Kiş kəndi gəzintisi
♦Alban məbədi
♦Narın qala istirahət mərkəzi
♦Narın qalada möhtəşəm canlı diskoteka
?Toplanış: 06:30 – 07:00 Təyin olunmuş yerdə toplaşma (Gənclik metrosu)
• 07:00 yola düşmə vaxtı
• 23:00 Bakıya çatmaq
♦Qeyd :
10 nəfər qrup halında olan zaman 11 ci şəxs tam ödənişsizdir
♦Tur zamanı spirtli içkilər qəti qadağandır.
♦0-5 yaş uşaqlar ödənişsiz (avtobusda yer verilməzsə). 6 yaşdan yuxarı tam ödəniş.
Əlaqə nömrəsi 070-264-60-30
Azərbaycan Varna şəhərində keçirilən 12-ci Qara Dəniz Turizm Forumunda təmsil olunub
Azərbaycanın turizm potensialının və mədəniyyətinin Bolqarıstanda təbliğinin davamı olaraq Bolqarıstanın Turizm Nazirliyi, Varna Şəhəri İcra Hakimiyyəti və Varna Turizm Palatası tərəfindən Varna şəhərində təşkil olunan 12-ci Qara Dəniz Turizm Forumunda ölkəmiz də təmsil olunub.

“MICE turizm: festival, təşviqat, konfrans və sərgilər” adı altında baş tutan bu forumda Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizin turizm potensialı haqqında təqdimat keçirilib, forum çərçivəsində təşkil edilmiş sərgidə Azərbaycan milli stendlə təmsil olunub. Təqdimat zamanı Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, ənənələri, mətbəxi, keçirilən mötəbər beynəlxalq tədbirlər haqqında danışılıb. Ölkəmizin turizm infrastrukturu, mövcud turizm marşrutları və turistlər üçün yaradılmış şərait barədə tədbir iştirakçılarına məlumat verilib. Milli stenddə Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş olunub, ölkəmizin turizm potensialını əks etdirən broşürlər və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Ölkə stendində, həmçinin Azərbaycan istehsallı nar şirəsinin və şərabların dequstasiyası, şirniyyatlarımızın təqdimatı olub. Azərbaycan stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Azərbaycanı qalib et
Azərbaycanın turizm brendinin tanıtım çarxı hazırda Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi təşkilatı tərəfindən həyata keçirilən müsabiqənin onlayn səsverməsində ikinci pillədədir.
Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycanın ilk pillədə yer alması, üçün ölkəmizin turizm potensialının təbliği aparılır. Daha geniş kütlə tərəfindən tanınması və dəyərləndirilməsi məqsədilə Azərbaycan Turizm Bürosu hər kəsdən dəstək gözləyir.
Oktyabrın 25-dək davam edəcək müsabiqədə ölkəmizi birinci etmək üçün https://www.cifft.com/film/azerbaijan-take-another-look/ linkinə keçid edərək hər hansı qeydiyyat tələb olunmadan “Vote” yazısına klik edə bilərsiniz.
“Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” adlı müsabiqədə qalib gələcək film və ya videoçarx Avstriyanın paytaxtı Vyana şəhərində “İnsanların seçimi” mükafatına layiq görüləcək.
Qeyd edək ki, 140 ölkə müsabiqəyə qatılıb. Seçim mərhələsindən sonra hazırda Azərbaycan da daxil olmaqla 28 ölkənin film və videoçarxı mübarizə aparır.
Ecazkar İordaniya: Petra
İordaniya ərazi baxımından o qədər də böyük ölkə deyil. Onun əsas şəhərləri və turistik məkanları kifayət qədər sıx məsafədə yerləşib və onların arasındakı məsafəni avtomobillə asanlıqla qət etmək olar. Beləliklə, siz harada olmağınızdan asılı olmayaraq, gecə saatlarında rahatlıqla öz otelinizə qayıda bilərsiniz. Bu səbəbdən müxtəlif yerlərdə otel bronlamaq və rahatlıqla səyahət etmək mümkündür. Biz ikinci variantı seçdik. Üstəlik, “Mövenpick” otellər şəbəkəsi də bizim marşrutumuz boyu ətrafdakı hər yerdə mövcuddur.
Tala-Bey kurortunda keçirdiyimiz gözəl gündən sonra biz Petraya – qədim şəhərin xarabaqlıqlarına yollanırıq. Bu yaşayış məskəni Şar dağının yaxınlığındakı qırmızı qumluqda yerləşir. Turistləri İordaniyaya cəlb edən də məhz bu qədim şəhərin ecazkar abidələridir.

Yol
Tala-Bey kurortundan Petraya avtomobillə 130 kilometr məsafə qət edərək təxminən 2 saata çatmaq olar. Əsasən, yol səhradan keçir və bu ərazidə möcüzəvi və koloritli qayalar diqqəti cəlb edir.
Yolun sonuna yaxın – Vadi Musa yaşayış məskəninə doğru taksi sürücüləri adətən suvenir mağazasının yanında dayanırlar. Bu mağazada turistlərin zövqünə uyğun zəngin çeşid var, lakin qiymətlər bazarda olduğundan daha yüksəkdir.
“Vadi Musa” ərəb dilində “Musa Peyğəmbərin vadisi” mənasını verir. Hesab edilir ki, Musa Peyğəmbər bu vadini keçərkən öz əsası ilə qayaya vuraraq səyahət yoldaşları üçün su çıxarıb. Həmin qaya Ayn Musa, yəni Musa Bulağı adlanır. Sonralar nabateylər burada kanal tikiblər və onun vasitəsilə həmin bulaqdan suyu Petraya çatdırıblar.

“Mövenpick Resort Petra” oteli
Növbəti otel – “Mövenpick Resort Petra” Petra Arxeologiya Parkının tam qarşısında yerləşir. Otel ənənəvi ərəb üslubunda bəzədilib. Onun interyerləri təbii daşların fakturasının ənənəvi vəhdətini təşkil edir, habelə burada əldə düzəldilmiş taxtdan, parçadan hazırlanmış Yaxın Şərq ornamentləri əks olunub. Otel otaqlarında qoyulmuş meyvə dolu naxışlı boşqablar və pəncərədən görünən qədim qayalıqlar qonaqların zövqünü oxşayır.
Petraya ekskursiya üçün sübh tezdən yola düşmək lazımdır. Həmin vaxt günəş şüaları insanı o qədər də yandırmır və buraya gələnlərin sayı da az olur. Bu səbəbdən axşamı otellə tanışlığa həsr etməyə qərar verdik.

Mətbəx
Otelə gəldiyimiz ilk dəqiqədə bizə “Mövenpik Resort Petra” otelinin yeddi restoranından birində yerli koloritli nəfis yeməklər təklif etdilər.
İordaniyasayağı menyu qəlyanaltı ilə başlayır. Burada qonaqlara kiçik porsiyalarla məzə təklif olunur. Adətən qəlyanaltıların sırasına humus – bişirilmiş noxudla halva, sarımsaq, zeytun yağı və limon suyu, habelə makdus – marinə olunmuş badımcan turşusu, mutabal – sarımsaqlı badımcan kürüsü, samosa – xəmirdən qızardılmış, həmçinin tərkibində qoz və soğan olan çəkilmiş ətdən kürəciklər, narın doğranmış göyərti, nəhayət, bulqur və duz əlavə olunmuş pomidorlu tabule daxil edilir. Bu, məzə qəlyanaltılarının heç də tam siyahısı deyil. Arzu edənlər onlardan imtina edə və əsas təam üçün iştahalarını saxlaya bilərlər.
İordaniyanın ən məşhur milli yeməyi mansafdır. Onu quru fermentli quru qatıq sousunda saxlanmış və cəmid adlanan qoyun ətindən hazırlayırlar. Bu təamın yanında süfrəyə düyü və ya bulqur verilir.
Axşam “Al Ghadeer Roof Garden” restoranına getməyə çalışın. Bu maraqlı iaşə obyekti “Mövenpick Resort Petra” otelinin damında – açıq havada yerləşir. Axşam saat 17:00-dan gecə yarısınadək işləyən restoranda İordaniya mətbəxinin nümunələri və manqalda hazırlanmış ət təklif olunur. Ulduzlu səma altında, yüksəklikdən ətrafdakı gözəl mənzərənin göründüyü şəraitdə şam yeməyi insana xüsusi ləzzət verir.
“Zara Spa Petra”
Otelin qonaqları yeni nəsil “Zara Spa Petra” mərkəzində şərq sağlamlıq ənənələrinin müasir müalicə proseduraları ilə vəhdəti şəraitində yaxşı istirahət edə bilər. Burada yerli inqrediyentlər, həmçinin Ölü dənizin duzu, minerallarla zəngin palçıq və yerli otlardan hazırlanmış efir yağlarından istifadə olunur. Eyni zamanda, proseduralarda duzlu örtüyə bürünməklə 75 dəqiqəlik üz və bədənin kompleks yaxşılaşdırılması metodları da tətbiq edilir. “Zara Spa Petra” mərkəzində masajçılar xüsusi texnika ilə aromat terapiyasından da istifadə edirlər.

Petraya yollanırıq
Petra Arxeologiya Parkına giriş ödənişlidir. Burada birgünlük biletin qiyməti 50 dinar (70 dollar), ikigünlük isə, 55 dinardır. Əvvəlcədən söyləyək ki, Petranın bütün tarixi abidələrini bir gün ərzində gəzib qurtarmaq mümkün deyil. Ən yaxşısı, ikigünlük bilet alaraq burada bütün abidələri görməkdir.
İtirilmiş inci
Tarixdən məlumdur ki, Petra şəhəri 2000 il əvvəl nabateylər tərəfindən salınıb. O, Mesapotamiyanı Misirlə birləşdirən ticarət yollarının həyati əhəmiyyətli kəsişməsində bir neçə yüz il ərzində fəaliyyət göstərib. Bu şəhərdəki rifahın mənbəyi ətriyyat, ətirli qatran və ədviyyat ticarəti olub. Sonradan şəhər Roma imperiyası tərəfindən zəbt edilib və onun bir hissəsi olaraq 363-cü ildə baş vermiş və şəhərin böyük bir hissəsini xarabalığa çevirmiş zəlzələyə qədər çiçəkləməkdə davam edib. Təbii fəlakətlər, ticarət yollarının dəyişməsi son nəticədə Petranın süqutuna səbəb olub. Bu şəhər VII əsrdə demək olar ki, bədəvilər istisna olmaqla, sakinlər tərəfindən tərk edilib.
1812-ci ildə isveçrəli tədqiqatçı İohan Burkxardt Petranı yenidən kəşf etmək üçün ərəb libasında özünün bədəvi bələdçisi ilə itmiş şəhəri axtarmaq üçün axtarışlara başlayıb. Həmin vaxtdan Petra tədricən regionun hüdudlarından kənarda da gözəl və sirli qədim şəhər kimi tanınmağa başlayıb. Bundan sonra buraya bu gün də davam edən turist axınının əsası qoyulub.
2007-ci ildə Petra qədim şəhəri dünyanın yeddi yeni möcüzəsindən biri elan edilib.
Obelisk sərdabası
Petranı xüsusi qaya rəngləri ilə boyanmış çəhrayı-qırmızı şəhər adlandırırlar. Bu qayalıqlardan bir çoxu digər şəhərlərin tikintisində istifadə olunub. Nabateylər öz ölülərini dağlarda oyulmuş daş sərdabalarda dəfn edirdilər.
Petraya aparan marşrutun əvvəlində siz üç böyük sala rast gələcəksiniz. Onlar qayada oyulmuş, həmçinin I əsrə aid Obelisk sərdabanın olduğu monolit abidələrdir. Sərdabanın üzərində dörd piramida və barelyef var. Ondan aşağıda isə, banket zalı kimi istifadə olunmuş triklinum mövcuddur. Qayalığın qarşı tərəfindən nabatey və yunan dillərində ikili yazı – Abdomanchos var. Bu yazılar məzar abidəsinə aiddir və qəbirin ailə üçün nəzərdə tutulduğu anlamına gəlir. Ehtimal olunur ki, abidə II Meliçusun hökmranlığı dövrünə aiddir.
Bənd
Nabateylər mükəmməl hidrotexniki qurğuların tikintisi üzrə də ustalaşıblar. Petradakı Vadi Musada qəfil daşqınlar zamanı suyun Vadi əl-Muhlimə və Vadi əl-Mataha axıdılması üçün bənd tikilib. Bu məqsədlə qayada 88 metr uzunluğunda tunel də çəkilib.
Dərə
Şəhərin içərilərinə doğru səyahətçilər 1200 metr uzunluğunda olan və dağın təbii parçalanması nəticəsində yaranmış dərəyə də rast gəlirlər. Onun qarşısında zəfər tağı var və hər iki tərəfdən ətrafı daşlarla bərkidilmiş iki su kanalı mövcuddur. Dərənin daş divarları çəhrayı rəngdə olan müxtəlif çalarlarla parlayır.
Al Hazna
Hansısa məqamda nəhayətsiz daş dəhliz sona çatır və sizin qarşınızda Petranın ən möhtəşəm və ecazkar fasadı – Al Hazna Xəzinəsi açılır. Korinf damcıları, bordürlər və digər detallarla nəfis şəkildə bəzənmiş tikilinin hündürlüyü təxminən 40 metrdir. Onun yuxarısında daş sərdaba da var. Bədəvilər uzun müddət belə hesab ediblər ki, həmin tabutun içərisində xəzinə var və onu tüfəngdən atəş açaraq parçalamağa çalışıblar.
Al Haznanın dəqiq təyinatı hələ də sirr olaraq qalır. Ehtimal edilir ki, eramızdan əvvəl I əsrdə tikilmiş fasad Nabatey çarlığının hökmdarlarının sərdabalarına giriş məqsədi daşıyıb.
