Ölkəmizin turizm potensialının Çində tanıdılması və daha çox çinli turistin cəlb olunması istiqamətində Azərbaycan Turizm Bürosunun Çinin tanınmış onlayn səyahət platformaları – 300 milyondan çox istifadəçiyə xidmət göstərən “Ctrip.com” və 100 milyondan çox istifadəçisi olan “Qyer.com” ilə əməkdaşlığını da qeyd etmək lazımdır. Sentyabrın 23-də Pekində “Azerbaijan-China Roadshow on Travel Trade” adlı tədbir çərçivəsində Büro ilə bu iki şirkət arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
Dünyadan pul dilənən bir ölkənin bu vəsaiti hərbi təlimlərə sərf etməsi gülünc və məntiqsizdir
Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş torpaqlarımızda həyata keçirdiyi hərbi təlimlər, Qarabağ probleminin həlli ilə bağlı diplomatik müstəvidə atılan bir sıra addımlar, eləcə də şəhdilərimizin, milli qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi ilə bağlı irəli sürülən yeni təkliflər son günlərin ən çox müzakirə edilən məsələləri sırasındadır.
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bütün bu məsələləri şərh edib, bəzi nüanslara aydınlıq gətirib.
-Cəlil müəllim, oktyabrın 5-də Ermənistanda və işğal edilmiş Azərbaycan torpaqlarında hərbi təlimlər başa çatar-çatmaz düşmən yenidən 40 günlük hərbi təlimlərə başlayacağını elan etdi. Sizcə işğaldakı torpaqlarımızda fasiləsiz olaraq keçirilən bu təlimlər düşmənin ölkəmizə qarşı növbəti təxribatı sayıla bilərmi?
-Təbii ki, bu bir təxribatdır. Dünya ictimaiyəti görür ki, heç bir beynəlxalq qanuna əhəmiyyət vermədən Azərbaycan torpaqlarını işğal edən Ermənistan, dünyadan pul dilənə-dilənə bu vəsaiti hərbi təlimlərə sərf edir. Halbuki, Ermənistanın bu torpaqlarda hər hansı formada fəaliyyət göstərmək, eləcə də hərbi təlimlər keçirmək haqqı və hüququ yoxdur.
Bu gün Ermənistan ordusunda elə bir ağır vəziyyət mövcuddur ki, heç bir zabit və əsgər bu orduda xidmət etmək istəmir. Buna görə də Ermənistanın hərbi-siyasi rəhbərliyi son vaxtlar qocaları, qadınları, yanğınsöndürənləri orduya cəlb etməyə çalışır, onları sovet dönəmindən qalma silahlarla təchiz edir.
Ermənistan anlamalıdır ki, bu problemin onlar üçün heç bir müsbət perspektivi yoxdur. Onlar heç vaxt Qarabağı Ermənistana birləşdirə, bu torpaqların sahibi ola bilməyəcəklər. Çünki bu torpaqlar Azərbaycana məxsusdur və dünya da bu torpaqları məhz belə qəbul edir.
Ermənistanın işğal edilmiş torpaqlarımızda keçirdiyi təlimlər beynəlxalq ictimaiyyətin təpkisinə səbəb olmalı, dünya birliyi işğalçı ölkəyə təzyiq göstərməlidir. Beynəlxalq təşkilatlar Ermənistandan tələb etməlidir ki, BMT-nın Təhlükəsizlik Şurasının Qətnamələrinə əməl etsin və işğal etdiyi Azərbaycan torpaqlarını tərk etsin.
-Bu günlərdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-dəki çıxışında bir daha erməni təcavüzünə diqqət çəkərək adıçəkilən təşkilatı məlum problemin həllində aktiv olmağa səslədi. Sizcə Türkiyə kimi güclü bir dövlətin Azərbaycanın maraqlarını beynəlxalq tribunada bu cür qətiyyətlə müdafiə etməsi erməni təcavüzünün qınaq hədəfinə çevrilməsi baxımından nə dərəcədə önəmlidir?
-Ərdoğan BMT-yə Qarabağla bağlı ciddi mesajlar verdi. O qeyd etdi ki, nə üçün BMT Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin icra mexanizmini tapa bilmir? Nə üçün aparıcı dövlətlər Ermənistana iqtisadi-siyasi təzyiq göstərmir? Niyə öz torpaqlarından didərgin düşən bir milyondan çox insanın hüquqlarının pozulmasına göz yumulur? Niyə aparıcı dövlətlər, özlərini demokratiyanın beşiyi adlandıran ölkələr buna susur?
Ərdoğanın beynəlxalq tribunada Qarabağ probleminə, erməni təcavüzü ilə bağlı səsləndirdiyi bəyanatını yüksək qiymətləndirir və bunu Azərbaycan-Türkiyə dostluğunun növbəti təzahürü hesab edirəm. Hesab edirəm ki, Türkiyənin diplomatik müstəvidə ölkəmizə göstərdiyi bu dəstək olduqca vacib və önəmlidir.
-Son günlər yeni açılacaq metro stansiyalarına, körpülərə şəhidlərin adının verilməsi ilə bağlı təkliflər var. Sizcə bu təkliflərin reallaşması şəhid adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqlarının təbiği baxımından nə dərəcədə zəruridir?
-Azərbaycan xalqı və dövləti qarşısında xidməti olan insanların adları təbii ki, əbədiləşdirilməlidir. Onların adlarına parklar salınmalı, bu insnaların adları küçələrə, məktəblərə verilməlidir. Onların adları gəmilərə, metro stansiyalarına da verilə bilər. Yəni söhbət xalq və dövlət qarşısında xidməti olan insanlardan gedir. Əlaqədar dövlət orqanları bu məsələni diqqətdə saxlamalı və gərəkli addımları atmalıdır.
Bizim veteranlar arasında da buna layiq olan, böyük xidmətlər göstərmiş insanlar var. Mən istərdim ki, onların da adı əbədiləşdirilsin. Mən uzun illər sərhəd qoşunlarında xidmət edən general Mustafa Nəsirovun adının əbədiləşdirilməsini istərdim. O, uzun müddətdir ki, rəhmətə gedib. Onun evinin divarına mərhum generalla bağlı lövhə belə vurulmayıb. Biz bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə təklif göndərmişik. Əlaqədar dövlət qurumlarına bununla bağlı məktublar ünvanlamışıq. Bəzi genarallarmızın adları əbədliləşdirildi, bir sıra genarllarla -general-mayor Firudin Hüseynov, general-leytenant Ziya Yusifzadə, general-leytenant Valeh Bərşadlı ilə də bağlı bu cür addımların atılmasını zəruri hesab edirəm. Bizim milli qəhrəmanlarımız, sovet ittifaqı qəhrəmanlarımızın, elm və əmək adamlarının da adlarının əbədiləşdirilməsi arzuediləndir. Qoy gənclər də bilsinlər ki, xalq qarşısında kimlərin xidməti var və bu insanlar heç vaxt unudulmur, daim ehtiram hissi ilə yad edilir.
-Qazaxıstanın xalq yazıçısı Oljas Süleymanov Azərbaycanın II Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin əldə edilməsində mühüm xidmətlərə malik olduğunu, Bakının bu məsələdəki rolunun müstəsnalıq təşkil etdiyini bildirib. Hansı ki, məhz ölkəmizin faşizm üzərindəki mübarizədə əlahiddə xidmətlərə malik olduğu əsas götürələrək bir müddət bundan öncə məhz sizin tərəfinizdən gələn il – faşizm üzərində qələbənin 75 illiyi ilə əlaqədar olaraq Azərbaycanın II Dünya müharibəsindəki iştirakçılığını əks etdirən muzeyin yaradılması təklifi səsləndirilib. Necə hesab edirsiniz, O.Süleymanovun Azərbaycanın faşizm üzərindəki qələbədəki rolu haqqında səsləndirdiyi yüksək fikirlər, sizin muzeylə bağlı irəli sürdüyünüz təklifin beynəlxalq miqyasda böyük aktuallıq kəsb etməsinin isbatı sayıla bilərmi?
-Azərbaycanın II Dünya müharibəsində iştirakçılığını əks etdirən muzeyin yaradılması çox vacib bir məsələdir. Faşizmə qarşı mübarizə aparan bütün ölkələr yaxşı bilir ki, ölkəmizin faşizm üzərində qələbənin əldə edilməsində danılmaz xidmətləri var. Azərbaycanın xidmətləri keçmiş SSRİ marşalları tərəfindən də qeyd olunub. Marşal Jukov və marşal Rokossovskiy öz çıxışlarında Azərbaycanın xidmətlərini yüksək qiymətləndiriblər. Azərbaycan bu müharibəyə 700 mindən çox insanla qatılıb və onların yarıdan çoxu bu müharibədən qayıtmayıb. Azərbaycan nefti olmasaydı, müharibədə qalib gəlmək qeyri-mümkün idi. Odur ki, Azərbaycanın bu qalibiyyətdəki rolunu heç cür kiçiltmək olmaz. Biz belə bir muzey yaratmaqla ölkəmizin bəşəriyyət qarşısındakı bu mühüm xidmətini yada salmış və təbliğ etmiş olarıq. Baxın, Azərbaycan son illər turist ölkəsinə çevrilib. Hər il ölkəmizə yüz minlərlə turist gəlir. Istərdim ki, Həzi Aslanovun abidəsinə yaxın bir yerdə II Dünya Müharibəsinə həsr edilən muzeyimiz olsun. Bu muzey vasitəsi ilə ölkəmizə gələn turistlər də Azərbaycanın müharibədəki müstəsna xidmətləri haqqında geniş məlumatlar əldə edə bilsinlər.
Biz muzeyin yaradılması ilə bağlı biz Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik. Lakin hələ ki, qarşı tərəf bununla bağlı rəsmi münasibət bildirməyib. Biz istəyirik ki, faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində muzeyin yeri müəyyən edilsin, onun yaradılması istiqamətində konkret addımlar atılsın. Bu, xalqımız, dövlətimiz və tariximiz qarşısında mühüm bir xidmət olar.
Azərbaycan Rusiya ilə münasibətləri dərinləşdirməyi hədəfləyir – ŞƏRH
Prezident İlham Əliyev Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibəsində Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının dərinləşməsindən söz açıb.
Ölkə başçısı bildirib ki, Azərbaycan və Rusiya BMT, ATƏT, MDB məkanında sıx qarşılıqlı fəaliyyət göstərir.
Prezident vurğulayıb ki, iki ölkə arasında çox sıx ticari-iqtisadi münasibətlər mövcuddur:
“Bu il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur. Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edirik. Yəni, əməkdaşlıq etmədiyimiz sahələrin adını çəkmək daha asandır. Buna görə, bir daha demək istəyirəm ki, müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir. Prezident Putinlə bugünkü görüş bunu bir daha təsdiq etdi”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mütəxəssisi Ayaz Rzayev Azərbaycan-Rusiya iqtisadi əlaqələri barədə Oxu.Az-a şərh verib.
O deyib ki, Rusiya ilə münasibətlərin davamlı inkişafını təmin etmək Azərbaycan xarici siyasəti üçün prinsipial məsələdir.
Mütəxəssisin fikrincə, rəsmi Bakı Rusiya ilə əlaqələri beynəlxalq, regional münasibətlər sistemində baş verən köklü dəyişikliklər fonunda və geosiyasi reallığı nəzərə alaraq inkişaf etdirir.
“Hər iki ölkə qarşılıqlı əlaqələri “strateji tərəfdaş” münasibətləri adlandırır. Rəsmi Bakı strateji xarakter daşıyan Rusiya ilə münasibətlərini xoş niyyətlilik, şəffaflıq və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında möhkəmləndirməyə çalışır”, – deyə A.Rzayev söyləyib.
Onun sözlərinə görə, Azərbaycan rəsmilərinin də qeyd etdiyi kimi, Rusiya ilə ikitərəfli münasibətlər üçüncü tərəflərlə əlaqələrdən asılı olmayaraq inkişaf edir.
Mütəxəssis iki ölkə arasındakı münasibətlərdə əsas faktorun iqtisadi əlaqələr olduğunu vurğulayıb:
“Sadəcə, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 20 faiz artıb. Bu il də eyni müsbət dinamikanı müşahidə etmək mümkündür. Azərbaycanın Rusiyaya ixracının həcmi ötən illə müqayisədə 11 faiz, Rusiyadan idxal isə 28 faiz artıb. Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması strategiyasında da Rusiya və digər qonşularla iqtisadi əlaqələrin genişləndirilməsi mühüm rol oynayır”.
A.Rzayev bildirib ki, bu ilin ilk səkkiz ayında Azərbaycandan Rusiyaya qeyri-neft məhsulların ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artım müşahidə olunub.
Ekspert Azərbaycanda Rusiyanın böyük şirkətləri ilə əməkdaşlıq əlaqələrinin gücləndiyinə də diqqət çəkib.
“Azərbaycan bazarında hazırda təxminən 700 Rusiya sərmayəli şirkət fəaliyyət göstərir və bu rəqəmin yaxın gələcəkdə daha da artacağını proqnozlaşdırmaq olar. Məsələn, bu yaxınlarda “Qazprombank” Azərbaycanın neft-qaz-kimya sektorundakı layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirib.
Rusiyanın müxtəlif regionları ilə münasibətlərin inkişaf etdirilməsinə prosesi gedir. Sentyabrda, məsələn, Bakıda Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevlə Azərbaycanın Rusiyaya meyvə və tərəvəz ixracını artırmaq məqsədilə Yekaterinburq yaxınlığında logistika mərkəzinin tikilməsi ətrafında müzakirələr aparılıb.
Ümumiyyətlə, yaxın gələcəkdə Azərbaycan Rusiya ilə münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində dərinləşdirməyi hədəfləyir”.
QAX – ŞƏKİ – OĞUZ- XAL-XAL – QƏBƏLƏ TURU
Tarix: 19-20 Oktyabr ( 1 gecə / 2 gün)
? Qiymət: 65 AZN
Qiymətə daxildir:
✔ Komfortlu Nəqliyyat
✔ QAX EDEN PARK Hotel (1 gecə/ 2 gün)
✔ Qidalanma: 2 dəfə Səhər yeməyi
✔ Qayıdışda Çay fasiləsi
✔ Fotosessiya
✔ Tur Rəhbəri
✔ Yolboyu Əyləncəli Oyunlar
✔ Ekskursiyalar:
? Şəki-Xan Sarayı, Karvansaray,Şirniyyat evi
? Qəbələ Nohurgöl
? Qax Ulu körpü, Sumu qala ,Mamırlı şəlaləsi
? Oğuz Xal-Xal şəlaləsi
Qiymətə daxil deyil:
✔Muzey və komplekslərə giriş biletləri.
Toplaşma yeri və saatı:
• 19 oktyabr saat 06:30 Gənclik metrosu
• Yola düşmə saatı 07:00
• 20 oktyabr Bakıya dönüş saat 23:00-dək
Qeyd:
• Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub
• 5 yaşa qədər 1 uşaq pulsuz iştirak edə bilər (nəqliyyatda və oteldə yer tutmadığı halda)
Ətraflı məlumat və qeydiyyat üçün:
* 070-264-60-30
Leyla Abdullayeva: “Azərbaycan və Rusiya arasında ticari-iqtisadi əlaqələr artmaqda olan dinamika üzrə inkişaf edir”
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan əlaqələri strateji səviyyəli tərəfdaşlıq münasibətləri kimi xarakterizə etmək olar. İki ölkə arasında keçirilmiş yüksək səviyyəli səfərlər mübadiləsi, xüsusilə də Prezidentlər səviyyəsində keçirilmiş çoxsaylı görüşlər ölkələrimiz arasındakı tərəfdaşlıq, dostluq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etməsinə yüksək töhfə verir.
Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva deyib.
Onun sözlərinə görə, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr artmaqda olan dinamika üzrə inkişaf edir: “Rusiya Azərbaycan üçün idxal üzrə bir nömrəli tərəfdaşdır, eyni zamanda bizim qeyri-neft sektorunun məhsullarının ixracı üzrə də bir nömrəli tərəfdaşdır. İki ölkə arasında qarşılıqlı investisiya layihələri, nəqliyyat sahəsi, turizm, humanitar və mədəniyyət və digər sahələrdə əlaqələr geniş şəkildə inkişaf etməkdədir. Ölkələrimiz, həmçinin beynəlxalq müstəvidə, qlobal təhlükəsizlik gündəliyinin bir sıra məsələləri üzrə qarşılıqlı faydalı əməkdaşlıq edirlər. Bu xüsusda, terrorizm və ekstremizə qarşı mübarizədə əməkdaşlıq və əlaqələndirməni vurğulamaq olar”.
Azərbaycanın turizm brendinin tanıtım çarxı onlayn səsvermədədir
Azərbaycanın turizm brendinin tanıtım çarxı hazırda Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) təşkilatı tərəfindən həyata keçirilən müsabiqənin onlayn səsverməsində ikinci pillədədir.
Dövlət Turizm Agentliyindən APA-ya verilən məlumata görə, oktyabrın 25-dək davam edəcək. Müsabiqədə Azərbaycanı birinci etmək üçün https://www.cifft.com/film/azerbaijan-take-another-look/ linkinə keçid edərək hər hansı qeydiyyat tələb olunmadan “Vote” yazısına klik etmək lazımdır.
“Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” adlı müsabiqədə qalib gələcək. Film və ya videoçarx Avstriyanın paytaxtı Vyana şəhərində “İnsanların seçimi” mükafatına layiq görüləcək.
Qeyd edək ki, müsabiqəyə 140 ölkə qatılıb. Seçim mərhələsindən sonra hazırda Azərbaycan da daxil olmaqla, 28 ölkənin film və videoçarxı mübarizə aparır.
Səfir: “Ötən il Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın payı 71% təşkil edib” – MÜSAHİBƏ
Azərbaycan Respublikasının Almaniyada fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənovun APA-ya müsahibəsi
– Bu gün Azərbaycanla Almaniya arasında münasibətlər hansı səviyyədədir?
– Azərbaycan və Almaniya arasında bütün sahələrdə sıx münasibətlər var. Bu münasibətlər daim yüksələn xətlə inkişaf edir. İki ölkə arasında ən yüksək səviyyədə intensiv siyasi dialoq mövcuddur. Siyasi liderlər arasında tez-tez görüşlər baş tutur. Qarşılıqlı səfərlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev son illərdə xanım Kanslerin dəvəti ilə Berlinə, eləcə də Münhen Təhlükəsizlik Konfransında iştirak etmək məqsədilə bu şəhərə bir neçə dəfə səfər edib. Məlumdur ki, ötən il, həmçinin, Almaniya Federal Kanslerinin Azərbaycana ilk səfəri olub və bu səfərlər ölkələrimiz arasında münasibətlərin inkişafına yeni dinamika verib.
Qeyd etdiyim intensiv siyasi dialoq parlamentlərarası əməkdaşlığa da şamil olunur. Azərbaycan Milli Məclisi və Almaniya Bundestaqı arasında işgüzar münasibətlər var, deputatlar həm ikitərəfli qaydada, həm də beynəlxalq parlament assambleyaları çərçivəsində uğurlu əməkdaşlıq edirlər. 12 iyun tarixində Bakıda ATƏT Parlament Assambleyası Prezidentinin iştirakı ilə Türkiyə və Almaniya deputatları ilə birlikdə Bakı Parlament Platformasının əsasının qoyulması, eləcə də bu münasibətlə keçirilən Bakı Konfransında Bundestaqın vitse-prezident səviyyəsində təmsil olunması sözügedən əməkdaşlığın bariz nümunəsidir. Cari ildə Bundestaqın vitse-prezidenti Tomas Oppermandan başqa, ölkəmizə Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri və sədr müavinlərinin, eləcə də Bundestaqın digər deputatlarının səfərləri baş tutub. Eyni zamanda sevindirici haldır ki, bu il Azərbaycan Milli Məclisinin sədri Almaniyaya ilk dəfə səfər edib, sentyrabrın 8-10-da Oqtay Əsədov böyük nümayəndə heyəti ilə birlikdə Almaniyada səfərdə olub, Bundestaqın prezidenti Volfqanq Şoyble və digər rəhbər vəzifəli alman parlamentarilərlə səmərəli görüşlər keçirib.
İqtisadi sahədə də əməkdaşlıq dinamik surətdə inkişaf edir. Almaniya kansleri xanım Anqela Merkelin ölkəmizə səfəri iqtisadi sahədə əməkdaşlığın şaxələnməsi və dərinləşməsi üçün yaxşı zəmin yaradıb. Məlum olduğu kimi, səfər zamanı onun və Prezident İlham Əliyevin iştirakı ilə hər iki ölkənin iş adamları ilə görüş keçirilib. Ötən ilin noyabrında Berlində Bundestaqın deputatı Mark Hauptmann ilə əməkdaşlıq çərçivəsində 1-ci Azərbaycan-Almaniya Biznes Dialoqu baş tutub, bu ilin yanvar ayında Almaniya İqtisadiyyat və Enerji Nazirliyinin dövlət katibi Tomas Barays ölkəmizə səfər edib və səfər çərçivəsində Azərbaycan-Almaniya investisiyalar üzrə yüksək səviyyəli İşçi Qrupunun növbəti iclası keçirilib. Qeyd edilən qarşılıqlı səfər və görüşlərin nəticəsi olaraq müxtəlif yeni ideyalar ortaya çıxıb və bir sıra əməkdaşlıq layihələrinin əsası qoyulub.
Həmçinin humanitar sahələrdə – elm, təhsil, mədəniyyət, idman və digər sferalarda ölkələrimiz arasında yaxşı əlaqələr mövcuddur. Təkcə Azərbaycanın xaricdə təhsil üzrə dövlət proqramı ilə Almaniyada 800-ə yaxın gənc azərbaycanlı təhsil alıb və ya almaqdadır. Azərbaycanda alman dili yüksək populyarlığı ilə seçilir. Yaxınlarda Bakıda Göte Mərkəzinin açılması alman dilinin tədrisi işində əlamətdar hadisə olub. Berlinin nüfuzlu Humbolt Universitetində Azərbaycan tarixi kafedrası fəaliyyət göstərir. İki ölkənin incəsənət xadimlərinin birgə layihələri, sərgiləri keçirilir. Hər iki ölkədən olan musiqiçilər qarşılıqlı olaraq Azərbaycan və Almaniyada keçirilən festivallarda həvəslə iştirak edirlər.
Ümumiyyətlə, intensiv təmaslar və sıx əməkdaşlıqla səciyyələnən humanitar əlaqələr iki ölkə arasında cəmiyyətlərarası münasibətlərin sıxlığından xəbər verir. Bu da öz növbəsində Azərbaycan və Almaniyanın qarşılıqlı maraqlara söykənən dövlət siyasəti ilə yanaşı, xalqlarımızın 200 illik ümumi tarixinə söykənir. Məlum olduğu kimi, Azərbaycan 19-cu əsrdə ölkəmizə köç etmiş almanların sevimli vətəni olub və onlar burada yüksək qonaqpərvərlik və tolerantlıqla qarşılanıblar. Ölkəmizdəki alman irsi bu gün dövlət səviyyəsində qorunur və təşviq edilir. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda alman məskənlərinin yaradılmasının 200 illik yubileyi hər iki ölkədə yüksək səviyyədə qeyd edilib.
Birgə tarix dövlətlərimiz arasında sıx əlaqələr üçün möhkəm baza yaradır və heç də təsadüfi deyil ki, Almaniya ilə əməkdaşlıq müstəqilliyimizin bərpasından sonra Azərbaycan diplomatiyasının xüsusi diqqət yetirdiyi istiqamətlərdən olub. Azərbaycanın regionda tam müstəqil siyasət aparan, regionun dünya bazarına yolunu açan, dünyanın nəhəng enerji şirkətləri ilə uğurlu əməkdaşlıq edən, dünya ölkələrinin etimadını qazanan, beynəlxalq əməkdaşlıq üçün regional infrastrukturun yaradılmasında başlıca rol oynayan mühüm dövlət olması Almaniyanın da ölkəmizlə əlaqələrə maraq göstərməsini şərtləndirən amillərdir.
Təbii ki, iki dövlət arasında münasibətlərin gündəliyinin mərkəzində duran mövzulardan biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndiririk. Bu ölkə Minsk qrupunun üzvü kimi münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır. Almaniya rəsmiləri dəfələrlə münaqişə tərəfləri arasında müsbət danışıqlar mühitinin yaradılmasına töhfə verməyə hazır olduqlarını bəyan ediblər. Biz Almaniyadan münaqişənin həllində daha fəal olmasını, beynəlxalq hüququn norma və prinsiplərinin qorunması üçün səylərini davam etdirməsini və bu məqsədlə işğalçı Ermənistanın münaqişənin həlli prosesində konstruktiv mövqe tutması üçün imkanlarından yararlanaraq təsir etməsini gözləyirik.
– İqtisadi münasibətləri necə qiymətləndirirsiniz? Hər iki ölkə daha çox hansı sahədə qarşılıqlı investisiya qoymağa maraq göstərir? Azərbaycanın ən böyük ticarət partnyoru olan Aİ Azərbaycanın ən böyük ixrac və idxal bazarıdır. Aİ-nin ən aparıcı üzv ölkələrindən biri kimi Almaniyanın buradakı payı necədir?
– Artıq qeyd etdiyim ki, Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələri dinamik inkişaf edən əməkdaşlıq sahələrindən biridir və burada son illərdə xüsusi yüksəliş görmək mümkündür. İki ölkə arasında ən yüksək səviyyədə baş tutan qarşılıqlı səfərlər, eləcə də Azərbaycanın biznes imkanlarının, “Made in Azerbaijan” brendinin və “Make in Azerbaijan” konsepsiyasının təşviq olunması məqsədilə Almaniyada keçirilən biznes forumları və ixrac missiyaları ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da genişlənməsinə xüsusi töhfə verir.
2011-ci ildə Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupu təsis edilib. İşçi Qrupunun indiyədək 8 iclası keçirilib. 2012-ci ildən Azərbaycanda Alman-Azərbaycan Xarici Ticarət Palatası fəaliyyət göstərir. Bu, Almaniyanın bütün MDB məkanında Moskvadan sonra açılmış ikinci xarici ticarət palatasıdır. Onun hazırda hər iki tərəfdən 200-ə yaxın üzvü var. Almaniyada sahibkarlıq fəaliyyəti həyata keçirən və Azərbaycan vətəndaşı olan fiziki şəxslərin, eləcə də təsisçisi Azərbaycan rezidenti olan hüquqi şəxslərin sayı təxminən 160-a bərabərdir.
1995-2019-cu illər ərzində Almaniyadan Azərbaycana 610 milyondan çox ABŞ dolları sərmayə yatırılıb. Bunun təxminən 96%-i qeyri-neft sektorunun payına düşür. Eyni zamanda, həmin dövrdə Azərbaycandan Almaniyaya 2.8 milyard ABŞ dolları məbləğində investisiya qoyulub.
2018-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 1,9 milyard avro ilə 71% təşkil edib. Öz növbəsində Almaniya Azərbaycanın 4-cü ən mühüm ticarət tərəfdaşı olub. Azərbaycan Almaniyanı xam neftlə təmin edən ölkələr sırasında 2018-ci ildə 8-ci yeri tutub. Eyni zamanda, Almaniya, Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verən Cənub Qaz Dəhlizini dəstəkləyir və Azərbaycanı uzunmüddətli dövr üçün etibarlı tərəfdaş hesab edir. Avropa bazarlarında satış üçün Almaniyanın “Uniper” şirkəti “Şahdəniz 2” yatağından ildə təxminən 1.5 milyard kub metr təbii qaz alacaq.
2018-ci ilin statistikasına görə, ikitərəfli ticarət dövriyyəsi əvvəlki illə müqayisədə təxminən 40% artıb ki, bu da, əsasən, qeyri-neft sektorunun hesabına baş verib. Ümumiyyətlə, Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi fəaliyyətində dünyanın mühüm iqtisadi güclərindən olan Almaniya ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan Almaniyanı özünün qeyri-neft məhsullarının ixracı üçün strateji bazar hesab edir. Bu müstəvidə, Azərbaycandan Almaniyaya yüksək sağlamlıq keyfiyyətlərinə malik olan müxtəlif kənd təsərrüfatı və qida məhsulları ixrac edilir.
İqtisadiyyatın müxtəlif sektorlarında rəqəmsallaşdırma, yüksək texnologiyalar, kreativ sənayelər və innovasiya üzrə Almaniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi, eləcə də Almaniyadan elm, innovasiya, əqli mülkiyyət və texnologiya tutumlu məhsulların idxal edilməsi Azərbaycan üçün maraq kəsb edir. Almaniyanın Avropanın məşhur səyahət və işgüzar təyinat ölkəsi olduğunu nəzərə alır. Bu ölkədə mehmanxana, restoran və digər xidmət sahələrinə, eləcə də inşaat və daşımalar sektorlarına sərmayə yatırılmasını Azərbaycan investorları nəzərdən keçirə bilər.
Almaniya tərəfi ölkəmizin iqtisadi imkanlarını görür, iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə böyük maraq göstərir və bunun üçün mövcud potensialı yüksək qiymətləndirir. Almaniya rəsmiləri hər zaman bəyan edirlər ki, Azərbaycan Almaniyanın Cənubi Qafqazdakı ən mühüm iqtisadi tərəfdaşıdır.
– Almaniya Kansleri Angela Merkelin Azərbaycana ötən ilki səfərindən sonra bu il üçün bənzər səfərlər gözlənilirmi?
– Federal Kanslerin səfərindən sonra artıq qarşılıqlı olaraq bir sıra digər yüksək səviyyəli səfərlər baş tutub. Bu səfərlər həm hökumət qurumları, həm də parlamentlər səviyyəsində həyata keçirilib. Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu olub. Bundan əlavə, UNESCO Dünya İrsi Komitəsinin Bakıda keçirilmiş 43-cü sessiyasında iştirak etmək üçün Almaniyanın Saksoniya federal torpağının baş naziri Mixael Kreçmer ölkəmizdə olub.
Təbii ki, münasibətlərin dinamikasından irəli gələrək ikitərəfli münasibətlərin gündəliyində yeni səfərlərin həyata keçirilməsi daim yer alır və hal-hazırda təkcə Azərbaycan tərəfindən bir neçə yüksək səviyyəli səfərin proqramının hazırlanması üzərində iş gedir. Zamanı yetişəndə həmin səfərlər barədə məlumat ictimaiyyətə açıqlanacaq.
– Niyə azərbaycanlı miqrantların ən çox üz tutduğu ölkələrdən biri Almaniyadır? Ümumiyyətlə, səfirlik onlarla hansı mövzularda nə kimi kontaktlar qurur?
– Almaniya, ümumiyyətlə, beynəlxalq miqrasiya proseslərinin mərkəzində yer alan ölkədir. Almaniya dünyanın ən güclü iqtisadiyyata malik olan ölkələri sırasında ilk iyirmilikdə yer alır, güclü təhsil və səhiyyə sistemlərinə, eləcə də aparıcı sənayeyə sahibdir. Təbii ki, bu amillər daha yaxşı təhsil, daha perspektivli iş və ya yeni çağırışlar axtarışında olan bir çox insanın məhz Almaniyaya üz tutmasına səbəb olur. Digər tərəfdən, miqrasiya bəzən sırf şəxsi səbəblərlə əlaqədar olur. Bu, təbii ki hər kəsin öz seçimidir və qloballaşan dünyada miqrasiya adi hal kimi qəbul edilməlidir.
Almaniyaya üz tutan azərbaycanlıların motivləri digər ölkələrin nümayəndələri ilə eynidir. Əslində, Avropada və dünyada söz sahibi olan bir ölkədə yaşayan soydaşlarımızın sayının artması ölkəmizin tanıdılması və Azərbaycan həqiqətlərinin təşviq edilməsi baxımından müsbət haldır. Siyasi baxışları, yaşı və peşə mənsubiyyətindən asılı olmayaraq, bu ölkədəki soydaşlarımız bizim diasporumuzdur və biz onların Almaniyada yaxşı yaşamaları, istədikləri sahələrdə çalışmaları, yüksək vəzifələr tutmaları, siyasi, ictimai, elmi və mədəni fəaliyyətdə seçilmələrində maraqlıyıq.
Bu kontekstdə onu da qeyd etmək istərdim ki, son illər Azərbaycandan Almaniyaya miqrasiyanın bir hissəsini burada ali təhsil almış, doktorluq işini müdafiə etmiş və ya yüksək ixtisaslı işlərdə çalışmaq üçün gəlmiş insanlar təşkil edir.
Təbii ki, Azərbaycan səfirliyi olaraq xaricdə yaşayan soydaşlarımızla müntəzəm əlaqələrin saxlanılması, onlarla əməkdaşlıq edilməsi, eləcə də onların təşviq edilməsi bizim üçün olduqca əhəmiyyətlidir. Bu, həm də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş diasporla iş üzrə dövlət siyasətinin tərkib hissəsidir. Səfirliyimizdə diasporla əlaqələr üzrə məsul əməkdaş var və o, diaspor nümayəndələrinin istənilən müraciəti üçün ilkin ünvandır. Təbii ki, bu sahədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edirik. Almaniyanın müxtəlif bölgələrinə səfərlərimiz zamanı biz diaspor nümayəndələri ilə də, o cümlədən həmin bölgələrdə təhsil alan gənclərimizlə görüşlər keçirməyə, onları maraqlandıran sualları cavablandırmağa, onları məşğul edən məsələləri araşdırmağa çalışırıq. Bundan başqa, Almaniyadakı soydaşlarımız səfirliyimizin konsulluq xidmətlərindən də geniş istifadə edirlər.
– Ölkənin haqq səsini çatdırmaqda səfirliklə yanaşı diasporun da böyük rolu olur. Səfir kimi Almaniyada Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz? İki qurum arasında koordinasiya hansı şəkildədir?
– Təbii ki, diasporun mövcudluğu ilə yanaşı, onun təşkilatlanması bizi məşğul edən əsas məsələlərdəndir. Almaniya, həqiqətən, diaspor təşkilatlarımızın sayının çox olduğu ölkələrdəndir. Amma onlar arasında əlaqələndirmə, eləcə də onların fəaliyyətinin səmərəliyinin artırılması da vacib məsələlərdir.
2018-ci ildə Berlində Almaniya Azərbaycanlıların Koordinasiya Şurası təsis edilib və diaspor təşkilatları arasında əsas əlaqələndirmə işi məhz bu qurum vasitəsilə həyata keçirilir. Koordinasiya Şurası, həmçinin, diaspor təşkilatlarının fəaliyyətinə dəstək verir və Almaniyadakı Azərbaycan diasporu ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi arasında körpü funksiyasını daşıyır. Səfirliyimiz Koordinasiya Şurasının işinə yaxından dəstək verir.
Bundan başqa, səfirliyimiz Almaniyada yaşayan soydaşlarmız və təhsil alan gənclərimizlə fərdi qaydada əməkdaşlığa da hər zaman açıqdır. Biz daim fəal və qabaqcıl soydaşlarımızla tanışlıq qurulması, onların səfirliyimizin tədbirlərinə qatılmaları, bizimlə əlaqədə qalmalarına çalışırıq. Diaspor nümayəndələrimizin Azərbaycan həqiqətlərinin tanıdılması üçün elmi, siyasi və ictimai fəaliyyətini olduqca mühüm hesab edirik və bu istiqamətdə ideyaları məmnuniyyətlə müzakirə edirik. Amma təbii ki, diasporun təşkilatlılığı və Azərbaycan naminə səfərbərliyi, ilk növbədə, onun üzvlərinin özündən asılı olan məsələlərdir. Diaspor fəaliyyətində uğurlu olmaq üçün həmvətənlərimizdən öncə könüllülük, iradə, intellektual səviyyə və bacarıqlar tələb olunur. Bunlar ortaya qoyulduqda, səfirlik və digər dövlət qurumlarımızla əməkdaşlıq da daha böyük səmərə verir.
– Azərbaycan alman turistlər üçün nə dərəcədə cəlbedici ölkədir? Ümumiyyətlə, Azərbaycana səfərlə bağlı rəqəmlərdə artım müşahidə olunurmu? Turizm sahəsində əlaqələri inkişaf etdirmək üçün nə kimi tədbirlər görülür?
– 2018-ci ildə Azərbaycana 18000-ə yaxın alman turist gəlib və əvvəlki illə müqayisədə təxminən 1000 nəfər çox olub. 2019-cu ilin ilk 4 ayı ərzində Azərbaycanı təxminən 5000 alman turisti ziyarət edib. Göründüyü kimi, ölkəmizə gələn alman turistlərinin sayı ildən ilə artmaqdadır.
Azərbaycanın aqro, eko, eno, tibbi, qastronomik və mədəni turizm potensialından irəli gəlir. Alman turistlərinin ölkəmizə axının dəfələrlə artırıla bilməsi üçün böyük imkanlar var. Bu məqsədlə ölkəmizin zəngin mədəniyyətinin və mədəni turizm potensialının Almaniyada təşviq və təbliği fəal surətdə həyata keçirilir. Ölkəmiz Almaniyada keçirilən “ITB Berlin”, “Domotex” və “IMEX” kimi nüfuzlu beynəlxalq turizm sərgilərində milli stendi ilə iştirak edir.
Ümumiyyətlə, qeyd olunmalıdır ki, Almaniya özünün müxtəlif sahələrdə nüfuzlu beynəlxalq sərgiləri ilə məşhurdur. Qeyd etdiyim turizm sərgilərindən əlavə burada “Beynəlxalq Yaşıl Həftə”, “Fruit Logistica”, “Anuga”, “ProWein”, “Frankfurt Kitab Sərgisi” kimi dünya şöhrətli tədbirlər keçirilir. Həmin tədbirlərdə daimi iştirakımızla ölkəmizin Almaniyada tanıdılması istiqamətində addımlamış oluruq.
Təbii ki, Avroviziya Mahnı Müsabiqəsi, Avropa Oyunları, Formula 1, Avroliqa finalı və sair kimi yüksək səviyyəli beynəlxalq tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi Azərbaycanın bir səyahət ölkəsi kimi xarici ölkələrə həvəslə səfər edən almanlar arasında tanıdılmasına öz töhfəsini verir.
Eyni zamanda xalqlarımız arasındakı tarixi əlaqələr və ölkəmizdə mövcud olan və qorunan alman irsi də alman turistlərin Azərbaycana marağını stimullaşdıran məsələlərdir. Bunu nəzərə alaraq, biz 200 illik ümumi tariximizi, almanların Azərbaycanda uzun müddət tolerant mühitdə yaşaması, ölkənin siyasi, iqtisadi və mədəni həyatında yaxından iştirak etməsi, 1918-ci ildə çağırılmış parlamentdə öz deputatı ilə təmsil olunması, vaxtilə Bakı şəhərinin bələdiyyə sədrinin alman olması, Bakı və regionlarda alman mədəniyyətinə aid onlarla tarixi abidənin mövcudluğu faktlarının alman ictimaiyyətinə tanıtdırılması üçün səylər göstəririk. Cənubi Qafqazda mövcud olan tarixi alman məskənlərindən keçən Tbilisi-Bakı turizm marşrutu layihəsinin reallaşdırılması da Azərbaycana daha çox alman turistin cəlb olunması üçün yaxşı baza yaradır.
Prezident İlham Əliyev Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibə verib
Xəbər verildiyi kimi, oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçi şəhərinə səfəri zamanı “Valday” Beynəlxalq Diskussiya Klubunun iclası ərəfəsində Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibə verib. “Report” müsahibəni təqdim edir.
– Salam, cənab Prezident. Aleksey Qolovko, “Vesti” proqramı.
– Çox xoşdur.
– Bu il Valdayın mövzusu “Şərqin şəfəqi”dir, Asiya ölkələrinə xüsusi diqqət yetirilir. Rusiya kimi Azərbaycan da demək olar Avropa ilə Asiyanın qovuşuğunda yerləşir. Siz burada hansı əsas məsələləri qaldırmaq və hansı suallara cavab almaq istərdiniz?
– Əvvəla, “Valday” Diskussiya Klubunda iştirak etmək dəvətinə görə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə minnətdarlığımı bildirmək istərdim. Valday klubu özünü dünya gündəliyinin və çox vacib aktual məsələlərin müzakirəsi üçün diskussiya platformalarından biri kimi göstərib. Əlbəttə ki, mən bu gün Vladimir Vladimiroviçlə görüşmüşəm. Biz ikitərəfli münasibətlərimizin çox zəngin olan və xeyli sahələri əhatə edən gündəliyini müzakirə etmişik. Buna görə də mən, şübhəsiz ki, ikitərəfli gündəliyi, Azərbaycanın rastlaşdığı mühüm problemləri, yeni çağırışları işıqlandırmağı planlaşdırıram. Odur ki, mən bu gün çox maraqlı diskussiyaya ümid bəsləyirəm.
-Məlum olduğu kimi, Azərbaycanın Qərb ölkələri ilə yaxşı münasibətləri var. Rusiya artıq bir neçə ildir ki, sanksiyalar altındadır. Bu, Sizə Rusiya ilə əməkdaşlıq etməyə və bütün bu ikitərəfli layihələri inkişaf etdirməyə mane olmurmu?
– Xeyr, qətiyyən mane olmur. Bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır. Bu münasibətlər zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən də belədir. Çünki biz həm qonşuyuq, həm də mehriban dostlarıq. Son vaxtlar bizim münasibətlərimiz xeyli səmərəli və keyfiyyətli olub. Biz həm beynəlxalq meydanlarda əməkdaşlıq edir, həm də bir-birimizi dəstəkləyirik. Deməliyəm ki, AŞPA-nın iyun sessiyasında Rusiya nümayəndə heyətinin qayıdışı məsələsi həll olunarkən, Azərbaycan nümayəndə heyəti tam tərkibdə Strasburqda Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına səs vermişdi. Biz, həmçinin BMT, ATƏT, təbii ki, MDB məkanında sıx qarşılıqlı fəaliyyət göstəririk, çox sıx ticari-iqtisadi münasibətlərimiz mövcuddur. Bu il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur. Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edirik. Yəni, əməkdaşlıq etmədiyimiz sahələrin adını çəkmək daha asandır. Buna görə, bir daha demək istəyirəm ki, müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir. Prezident Putinlə bugünkü görüş bunu bir daha təsdiq etdi.
-Daha bir sual siyasət barədə yox, Sizin alma-mater – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə bağlıdır. Tezliklə yubileyi olacaq. Siz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları arasında ilk Prezidentsiniz. Bu təhsil Sizə hansı əsas keyfiyyətləri verib və bu, Sizə indi siyasi fəaliyyətinizdə necə kömək edir?
-Bilirsiniz, tələbəlik illəri hər bir insan üçün xüsusi illərdir. Bu, yetkinləşmək, müstəqil həyata qədəm qoymaq illəridir. Məndə bu dövr yaşayış yerimi dəyişərək Bakıdan Moskvaya köçməklə müşayiət olunub. Deməliyəm ki, valideynlərim məni məktəbə tez, hələ 6 yaşım tamam olmamış göndəriblər. Buna görə də mən orta təhsilimi 16 yaşım tamam olmamış bitirmişəm. Açıq deyəcəyəm, mənim heç pasportum da yox idi. Buna görə də mən Moskvaya ali məktəbə qəbul olunmağa arayışla gəlmişdim. İlk qış sessiyası qabağı isə 16 yaşım tamam oldu və mən pasport aldım. Əlbəttə, bu yeniyetməlik çağıdır. Amma mən institutda özümü çox rahat hiss edirdim. Çünki şərait çox müsbət idi, həm qrupdakı uşaqlarla, həm də müəllimlərlə çox yaxşı münasibətlərim yaranmışdı. Həmin illər unudulmazdır. Onlar mənə bilik, ünsiyyət təcrübəsi verib. Bu, ilk müstəqil həyat təcrübəsi idi. Deməliyəm ki, institutu bitirdikdən sonra mən ölkələrdən birində SSRİ səfirliyində işə təyinat alsam da, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qalmağa üstünlük verdim. Aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim, bundan sonra xeyli illər orada işlədim. Yəni, mənim 15 ilim institutla əlaqədar olub. Əlbəttə ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ilk forumunun mənim təşəbbüsümlə Bakıda keçirilməsini elə bütün bunlar müəyyənləşdirdi. Hətta yadımdadır, o vaxt zarafat etdim ki, başqa cür ola da bilməz, təkcə ona görə yox ki, həmin vaxt mən yeganə Prezident idim, həm də əlifbaya uyğun olaraq istər ölkənin, istərsə də soyadımın ilk hərfinə görə belə olmalı idi. Forum Bakıda keçirilməli idi. Çox şadam ki, bu forum artıq ənənəyə çevrilib, məncə artıq 5-ci dəfə keçirilib. Əlbəttə ki, bu, hamımızı birləşdirir. İnstitut müəllimlərimi, dostlarımı fərəhlə xatırlayıram və bu yubileydə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna yeni uğurlar arzulayıram. Şadam ki, bu ali məktəbə uzun illərdir mənim mehriban dostum Anatoli Vasilyeviç Torkunov başçılıq edir, institutun inkişafında, dünyanın ən aparıcı ali məktəblərindən biri kimi tanınmasında onun çox böyük xidmətləri var.
– Sonuncu qısa sual. Prezident Tokaev də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur. Bu, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına kömək edir?
-Bilirsiniz, şadam ki, mən indi məzun kimi Prezident olaraq tək deyiləm. Əlbəttə, biz Kasım-Jomart Kemeleviçlə bir-birimizi lap çoxdan tanıyırıq. Biz həm Qazaxıstanda, həm Azərbaycanda, həm də beynəlxalq tədbirlər çərçivəsində görüşmüşük. Əlbəttə, o, Prezident seçiləndə mən ona zəng vurub təbrik etdim, hər ikimiz təməli Azərbaycan Prezidenti Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulan uzun illərin mehriban münasibətlərini daha da inkişaf etdirməyə davam edəcəyimiz barədə fikir mübadiləsi apardıq. Yəni, biz bu ənənələri davam etdiririk və əminəm ki, gələcəkdə Qazaxıstanla Azərbaycan elə bu cür qarşılıqlı aktiv fəaliyyət göstərəcək.
-Çox sağ olun.
-Sağ olun.
***