"1st Azerbaijan Tourism Awards - A signature of excellence"
Tourism Lab. MMC-nin təşkilatçılığı ilə “1st Azerbaijan Tourism Awards – A signature of excellence” mükafatlandırma tədbiri keçiriləcək. Mükafat Azərbaycan Respublikasında turizm sahəsində fəaliyyət göstərən şirkət və şəxslərə təqdim olunacaq. Mükafatın təqdimetmə tədbiri 06 Oktyabr tarixində Pullman Bakı otelində baş tutacaq. Tədbirdə 250 nərəfə yaxın turizm sahəsində, yüksək vəzifələrdə çalışan mütəxəsislərin iştirakı nəzərdə tutulur. “1st Azerbaijan Tourism Awards – A signature of excellence” mükafatlandırma tədbirinin əsas məqsədi Azərbaycanda turizm və qonaqpərvərlik sənayesində çalışan peşəkarları həvəsləndirmək və dünya səviyyəsində ölkəmizin müsbət imicini yaradan yüksək nailiyyətlər qazanmış turizm şirkətlərini cəmiyyətə təqdim etməkdir. Mükafatlandırma mərasimi, milli və yerli turizm şirkətləri, mehmanxana, tur operatorlarını, səyahət agentliklərini, səyahət blogerlərini, turizm portallarını və bir çox turizm peşəkarlarını bir araya gətirən bir tədbirdir.
Tədbirin simvolu və logosu kimi “Qarabağ Atı” seçilib. Qarabağ atları xaraktercə sərt, güclü, sadiq və etibarlı. sürətli və çevikdirlər. Logonun qızılı rəngdə olmasının səbəbi isə bu rəngin özündə yaradıcılığı, səyahəti, müxtəlifliyi, müstəqilliyi ehtiva etməsidir. At həmişə fərqli mədəniyyətlərdə qüvvət, qələbə və inkişaf simvolu olmuşdur.
“1st Azerbaijan Tourism Awards – A signature of excellence” layihəsi turizm sənayesində çalışanlar üçün yaxşı bir çağırış və onların xidmətlərinin yüksək səviyyədə qiymətləndirilməsi üçün motivasiyadır. Tədbirdə 30-a yaxın nominasiya üzrə mükafatlandırma olacaq.
Azərbaycan və Gürcüstan xarici bazarlarda, xüsusilə də Asiya ölkələrində ortaq turizm məhsulları təqdim edəcək.
Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Turizm Administrasiyasının (GNTA) rəhbəri Mariam Kvrivişvili məlumat verib. Onun sözlərinə görə, hər iki ölkə regiona daha çox turistin cəlb edilməsində maraqlıdır və bu tərəflərə ortaq hərəkət etmək üçün stimul verir: “Azərbaycanla birgə bir sıra ortaq layihələrin həyata keçirilməsi nəzərdən keçirilir. Hər iki ölkə regiona daha çox turistin cəlb edilməsində maraqlıdır. Xüsusilə də Çin, Koreya, Yaponiya kimi uzaq ölkələrdən regiona gələn turistlər bir deyil, bir neçə istiqamətə səyahət etməyə meyllidirlər. Beləliklə biz güclərimizi birləşdirmək üçün fürsət yarandığını görürük. Bu, əlbəttə, bizim kommunikasiyamızın başlanğıcıdır və biz güman edirik ki, güclərimizi birləşdirmək üçün qarşıda daha çox fürsət yaranacaq”.
Azərbaycan və Gürcüstan arasında kombinə tur paketlərinin yaradılmasının bir sıra üstünlüklər verə biləcəyini deyən M. Kvrivişvili qeyd edib ki, bu sahədə hər iki tərəf birgə fəaliyyət göstərməyə hazırdır: “Ən vacib olan odur ki, hər iki ölkənin turizm nümayəndələri, özəl sektor nümayəndələri dəqiq hazırlanmış kombinə tur paketləri əldə etsinlər. Nəticə etibarilə turizm sahəsi ilə məşğul olanlar özəl sektor nümayəndələridir. Biz daha çox bu cür layihələrin həyata keçirilməsinin, turistlərə və tur operatorlarına satışının təşkilinin mümkünlüyü haqqında məlumatlandırma ilə məşğul olacağıq. Göstərəcəyik ki, bu istiqamət potensial olaraq cəlbedicidir, hər iki ölkə üçün də böyük üstünlüklər verə bilər. Əlbəttə ki, biz bunu birgə etməyə ümidvarıq”.
Tbilisidə Azərbaycan Turizm Bürosunun “Azerbijan.Travel” qonaq mərkəzinin açılmasına toxunan Mariam Kvrivişvili qeyd edib ki, bu ölkələr arasında turizm sahəsində əlaqələrin daha da inkişafına təkan verəcək: “Paytaxtımızda belə bir mərkəzin açılması bizim üçün çox xoşdur. Bizim turizm sahəsi də daxil olmaqla Azərbaycanla bir çox istiqamətdə güclü və səmimi əməkdaşlığımız var. Azərbaycan Turizm Bürosunun və Azərbaycan Dövlət Turizm Agentliyinin rəhbərləri ilə çox məhsuldar keçən görüşümüz zamanı qərar verdik ki, əməkdaşlığımızı daha da gücləndirək və hətta xarici ölkələrdə bir sıra ortaq layihələr həyata keçirək. Düşünürük ki, bu ofisin açılması bizim vətəndaşlarımız, xalqımız üçün çox önəmlidir. Bu Gürcüstan vətəndaşlarına Azərbaycana səyahət etməyə yardım edəcək. Həmçinin biz də Azərbaycanlı turistləri öz ölkəmizdə görməkdən məmnunuq”.
Mariam Kvrivişvili həmçinin bildirib ki, Azərbaycandan Gürcüstana gələn turistlərin sayı ənənəvi olaraq artır və bu ölkələr arasında turizm sahəsində müsbət dinamikadan xəbər verir.
Heç Göyçayda Nar festivalında olmusunuz? ?
Göyçay Nar Festivalı turuna cəmi 22 manat ödəməklə qatıla bilərsiniz ?
Turun tarixi:9 və 10 Noyabr
Qiymətə Daxildir: ? Nəqliyyat xidməti ( avtobus ) ? Qidalanma ( səhər yeməyi ) ? Nar Festivalında iştirak ? Dönüşdə çay süfrəsi ? Tur rəhbəri ? Foto çəkiliş ? Əyləncəli və hədiyyəli oyunlar (Pulsuz bilet qazanmaq şansı)
Qeyd: 1. 5 yaşa qədər uşaqlar pulsuz. (avtobusda yer tutmadığı halda). Qeyd: 2. 10+1 kampaniyası. (Bir günlük turlarda 10 nəfərdən çox olan qruplar üçün 1 nəfər pulsuzdur) Qeyd: 3. İndividual qruplar üçün endirim kampaniyası keçərli deyil.
Ətraflı məlumatı bizə yazaraq və ya zəng edərək əldə edə bilərsiniz: 070-264-60-30
Gürcüstanın paytaxtı Tbilisidə ənənəvi şəhər bayramı – “Tbilisoba” qeyd olunur.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, festival dörd əsas məkanda – Rike parkı, Leqvtaxevi dərəsi, Metexi körpüsü və Orbeliani meydanında təşkil olunub.
Tbilisi meriyasının təşəbbüsü ilə Orbeliani meydanında Gürcüstan paytaxtı ilə qardaşlaşmış və tərəfdaş şəhərlərin pavilyonları qurulub. Tbilisinin 1997-ci ildən tərəfdaş şəhəri olan Azərbaycanın paytaxtı Bakı ayrıca geniş pavilyonla təmsil olunub. Bakı guşəsində Azərbaycanın mili mədəniyyət, incəsənət, mətbəx və şirniyyat nümunələri, suvenirlər və ölkənin turizm imkanlarının əks olunduğu jurnal və broşürlər təqdim olunub.
Bakı pavilyonu Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə yaradılıb. Pavilyon “Tbilisoba” bayramının yerli və əcnəbi ziyarətçilərinin böyük marağına səbəb olub. Pavilyona Tbilisidə səfərdə olan xarici turistlərlə yanaşı, azərbaycanlı turistlər də baş çəkib.
Gürcüstan parlamentinin sədri Arçil Talakvadze Bakı pavilyonunu ziyarət edib. O, guşədə sərgilənən Azərbaycanın milli musiqi alətləri ilə maraqlanıb.
Bakı pavilyonu sahəsinin genişliyi və daha rəngarəngliyi ilə seçilib. Guşəyə Türkiyə, Belarus və digər ölkələrin səfirləri də baş çəkib.
Oktyabrın 6-da da davam edəcək Tbilisi şəhər festivalı çərçivəsində uşaq konsertləri və atraksionları, gül, şirniyyat və kulinariya festivalları, rəngərəng karnaval, idman yarışları və yarmarkalar keçiriləcək.
Qeyd edək ki, “Tbilisoba” bayramı ilk dəfə 1979-cu ildə keçirilib. Builki bayram sayca 35-cidir. Gürcüstanda 1989-cu ildən 1994-cü ilə qədər ağır sosial-iqtisadi vəziyyətə görə həmin dövrdə bayram qeyd olunmayıb.
2018-сi ilə qədər bayram hər il oktyabr ayının son günlərində təşkil olunub. Ötən ildən başlayaraq isə “Tbilisoba” oktyabr ayının ilk şənbə-bazar günləri qeyd olunur.
Niderland hökuməti Hollandiya adının istifadəsindən imtina etmək qərarına gəlib.
Bu barədə “The Guardian” qəzeti məlumat verir.
Bildirilir ki, ölkənin qlobal imicini yeniləmək üçün Hollandiya əvəzinə yalnız rəsmi adından istifadə olunacaq.
Biznes liderləri, turizm şurası və mərkəzi hökumətin dəstəklədiyi milli rebrendinq 2019-cu ilin sonunda dərc olunacaq.
Ölkə rəhbərliyi beynəlxalq aksenti bu ölkənin narkotiklə istirahət və Amsterdamın qırmızı fənərlər rayonu kimi, adətən assosiasiya olunduğu milli həyatının müəyyən aspektlərindən sapındırmaq istəyir.
Onlar, həmçinin turistlərin yalnız Amsterdama deyil, ölkənin digər bölgələrinə də səfərini təşkil etməyə çalışacaqlar.
Niderland yeni strategiyası çərçivəsində özünü bütün dünyaya “qlobal problemlərin həlli üçün yeni texnologiyaların istehsalçısı” kimi təqdim etməyi planlaşdırır.
Qeyd edilir ki, Niderland adı 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunları və Rotterdamda baş tutacaq “Eurovision-2020” musiqi yarışmasında da istifadə olunacaq.
Ölkə hüdudlarından kənarda Hollandiya kimi tanınan milli futbol komandası da artıq yalnız Niderland adlandırılacaq.
Yay fəslinin bitməsinə baxmayaraq hər həftə sonu olmaqla Yaxta turlarımız davam edir. Siz də öz yaxınlarınızla ailənizlə birgə Xəzər Dənizində gəzintilərə qoşulun ?
● Tarix – Hər həftənin bazar günü / Azneft dairəsi Bayrağın yanı / 18:00-da toplanış ● Qiymət: Standart tur (25 nəfərlik) – 30 AZN
Vip tur (7 nəfərlik) – 55 AZN
● Qiymətə daxildir • Yaxta ilə Xəzər dənizi gəzintisi (90 dəqiqə) • Nəzarətçi, Gəmi Kapitanı və Matros, Təhlükəsizlik Xidməti • Fotosessiya (Şəkilləri PULSUZ olaraq əldə edirsiniz) • Menyu: Kartof free və ya burger, pizza, çay şirniyyatla, sərinləşdirici sular, meyvə, dondurma, • İstəyə uyğun olaraq Mafia oyunu
• Gəzinti boyunca Canlı musiqi
• Hər ailədən 3 yaşa qədər bir uşaq pulsuz iştirak edə bilər. • 25 nəfərlik yaxta turunda minimum 15 nəfər olduğu halda tur baş tutur !
Oktyabrın 4-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan Turizm Bürosunun “Azerbaijan.Travel” qonaq mərkəzinin açılışı olub.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hər iki ölkənin hökumət və dövlət rəsmiləri, iş adamları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
turizm
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan və Gürcüstanı yaxın dostluq və qonşuluq əlaqələrinin birləşdirdiyini vurğulayaraq qeyd edib. Bu münasibət həm də turizm sahəsinin inkişafında özünü göstərir:
“Bu gün biz Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili ilə görüşərək Gürcüstan və Azərbaycanı əhatə edən birgə turların təşkili kimi bir sıra vacib məsələləri müzakirə etmişik.”
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid isə öz növbəsində nümayəndəliyin açılmasının Gürcüstan və onun vətəndaşları ilə Azərbaycan arasında bağlılığı daha da gücləndirəcəyini bildirib.
turizm
Azərbaycanın çoxsaylı səbəblərə görə ideal ölkə olduğunu qeyd edən Florian Zenqstşmid Azərbaycan xalqının öz mədəniyyətini və mətbəxini gürcüstanlı qonaqlarla paylaşmaqdan məmnun olduğunu diqqətə çatdırıb.
O, Azərbaycana gələn səyahətçilərin 22 faizini Gürcüstan vətəndaşlarının təşkil etdiyini diqqətə çatdırıb. İki ölkə arasında vizasız rejimin bu saya müsbət təsir edib. Bu şəxslərin ölkəyə Tbilisidən birbaşa uçuşlar, təkmilləşdirilmiş dəmiryolu xətləri və quru yolu ilə gəldiklərini vurğulayıb.
Florian Zenqstşmid bildirib ki, Azərbaycan turizmin ümumdaxili məhsula yüksək töhfələr verdiyi ölkələr siyahısına daxil olmağı qarşısına məqsəd qoyub. Növbəti 10 il ərzində bu töhfə illik 6 faiz olacaq ki, bununla da Azərbaycan dünya turizm sektorunda ilk 20-likdə qərarlaşacaq.
Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvirivişvili çıxış edərək Tbilisidə qonaq mərkəzinin açılışını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu mərkəz ölkələrimiz arasında iqtisadi, xüsusən də turizm sahəsində münasibətlərin inkişafında mühüm rol oynayacaq.
turizm
Qeyd edək ki, “Azerbaijan.Travel” ölkəmizin təklif etdiyi müxtəlif təcrübələri öyrənmək imkanı yaradan unikal konsepsiyadır.
“Azerbaijan.Travel” görüntü və informasiyalarla yanaşı, turlar və səfərlər haqqında məlumat verə biləcək. Hətta bilet sifarişi ilə də məşğul olan turizm agentliyi rolunu oynayacaq.
Azərbaycan ilə Gürcüstan turizm sahəsində rəqabət deyil, əməkdaşlıq mühitində fəaliyyət göstərəcək.
Bu fikirlər Gürcüstanda səfərdə olan Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin oktyabrın 4-də Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili ilə görüşündə səslənib.
turizm
Söhbət zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlıq, birgə turların təşkili, həmçinin, sərgilərdə birgə stendlərin nümayişi kimi mövzular müzakirə edilib və bu barədə ilkin razılıq əldə olunub.
Bildirilib ki, Azərbaycan ilə Gürcüstanı yaxın dostluq və qonşuluq əlaqələri birləşdirir. Hər iki ölkənin müvafiq qurumları bu mövqedən çıxış edərək turizm sahəsində rəqabət mühitində deyil, birgə səmərəli əməkdaşlıq mühitində fəaliyyət göstərəcəklər. Bunun da regionda turizmin inkişafına öz töhfəsini verəcəyi diqqətə çatdırılıb.
Görüşdə, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də iştirak ediblər.
turizm
Qeyd edək ki, Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfərdədir. Səfər çərçivəsində bu gün Tbilisi şəhərində Azərbaycan Turizm Bürosunun “Azerbaijan.Travel” qonaq mərkəzinin açılışı olacaq.
Aqaba kurortunun Qırmızı dənizin sahilində ən elitar qəsəbəsi olan Tala Bay təbiətin qoynunda, şəhərin hay-küyündən uzaqda dincəlmək istəyən turistləri cəlb edir. Aqabaya avtomobillə təxminən 20 dəqiqəlik məsafədə yerləşən bu qəsəbə demək olar ki, məskunlaşmayıb. Kurortun sahilboyu xətti dəbdəbəli otellərlə əhatə olunub, yalnız mərkəzdə yaşayış kompleksləri, bir sıra restoranlar və kiçik mağazalar var. Tala Bayın qonaqları, bir qayda olaraq, öz asudə vaxtlarını otellərin ərazisində keçirir, dəniz səyahətinə yollanır və ya qəsəbənin mərəzində alış-veriş edirlər.
“Mövenpick Resort & Spa Tala Bay Aqaba” oteli
Aqabada olduğu kimi, bu qəsəbədə də “Mövenpick” oteli Tala Bayın kurort həyatının mərkəzidir. Beş ulduzlu mehmanxana kompleksinin ərazisi botanika bağını xatırladır. Burada bir çox flora nümunələrinə rast gəlmək olar: yuxarısı fırlanan tac şəkilində olan irigövdəli ağac, gözəl çiçəkləri olan irigövdəli və kəskin tikanları olan xoriziya, ətirli osmantus, parlaq buqenvillya, akasiyalar, kaktuslar və bir çix başqa ağac və ekzotik bitkilər bu bağın bəzəyidir. Bundan başqa, ayrıca torpaq sahəsində ətirli göyərtilər – nanə, bibər, rozmarin, pomidor və digər məhsullar becərilir. Otellərin müsafirləri üçün ekoloji cəhətdən təmiz qidaların verildiyi ekskursiyalar da təşkil olunur. Deyilənə görə, kənd ab-havasını tamamlamaq üçün burada əvvəllər quş da saxlayıblar, lakin yaxınlıqda olan yaşayış kompleksinin sakinləri heç də banlayan “qonşulardan” məmnun qalmadığı üçün bu ideyadan imtina etmək lazım gəlib.
Çimərlik infrastrukturu
Tala Bay kurortunun əsas profili dəniz istirahətidir. Qırımızı dənizin büllur kimi saf isti suyu çimərlik istirahəti üçün idealdır. “Mövenpick” otelinin narın qumlarla örtülmüş 150 metrlik sahilində dincəlmək və günəş şüalarından qorunmaq üçün hər cür şərait yaradılıb. Sahildən dənizə on metrlik pilləkənlərlə tikilmiş estakadada açıq dənizin mənzərəsini daha yaxşı seyr etmək olar. Snorklinq və dayvinq həvəskarları bunun üçün lazım olan ləvazimatları otelin nəzdindəki dayvinq mərkəzində əldə edə bilərlər. Estakadada yerli ekskursiya bürolarının əməkdaşları növbə çəkir, arzu edənlərə müxtəlif su əyləncələrində iştirak etməyi təklif edirlər. Məsələn, siz paraseylinq kimi aktiv dəniz istirahəti növü üzrə özünüzü sınaya bilərsiniz. Bu istirahət növü sizə paraşütlə və irəlidə şığıyan motorlu qayıqla təhlükəsiz şəkildə suyun üzərində gəzməyə şərait yaradacaq.
Mərcan qayaları
Ayağını belə islatmadan dəniz canlılarını seyr etmək istəyənlər turistlər üçün Tala Bay otelində şəffaf döşəməsi olan qayıqla mərcan qayalarına səyahət turu təklif olunur. “Neptun” adlanan bu qayığın sualtı hissəsindəki panoramlı illüminatorlar döşəməyə bərkidilib və suyun dibini geniş şəkildə və aydın görməyə imkan verir. Ekskursiya Tala Bayın yanındakı körpüdən başlayır və 1,5 saat davam edir. Təxminən 20 dəqiqə ərzində qayıq dalğaları yararaq mərcan qayalarına çatır və həmin müddətdə səyahətçilər dənizin təmiz havasından zövq alırlar. Qayalara çatdıqda onlara qayığın alt bölməsinə düşmək təklif olunur və burada skamyaların üzərində oturaraq mərcan qayalarının sirli həyatını müşahidə etmək mümkündür.
Qayaların dibində üzən əlvan balıqlar, dəniz tısbağaları və digər canlılar, ətrafında isə bir-birindən ecazkar olan mərcanlar xüsusi romantik mənzərə yaradır. Qayıq tələsmədən bir mərcan qayasından digərinə doğru hərəkət edir. Yerli dayverlər hətta onlara ad da veriblər. Məsələn, Aqaba körfəzində mərcan qayası qrupları “Yeddi bacı”, Alovlu üzük”, “Ras-Əl-Yamani” və digər adları daşıyırlar.
Qeyd etmək lazımdır ki, qalın şüşə və tutqun işıqlandırma rənglərin spektrini bir az korlayır, suyun dibindəki rəng çalarları əslində olduğundan daha solğun görünürlər. Açığını desək, analoji ekskursiyaların hamısında bu cür hallar olur. Həmçinin, silkələnmədən özünü pis hiss edənlər də “ dəniz xəstəliyi” amilini nəzərə almalıdırlar. Bu və ya digər hallarda, siz özünüzün ilk suya dalma təcrübənizdən vəcdə gələcək və suyun altındakı canlıların həyatını izləyə biləcəksiniz. Lakin təcrübəli insanlar üçün qonşuluqdakı Misirin Şarm-əl-Şeyx kurortundakı mərcan adaları daha mükəmməldir. Bunu nəzərə alan Aqabanın yerli hakimiyyət orqanları dalğıclar üçün qeyri-adi sürpriz hazırlayıblar.
Suyun altında hərbi arsenal
Müəyyən sualtı sahələrdə gəzintiyə çıxan ekskursiya qayıqlarının sərnişinləri, həmçinin dalğıclar suyun dibində olan tankları, hərbi təyyarəni, gəmini və batmış texnikanı görə bilərlər. Daha dəqiq desək, onları turistlərin diqqətini cəlb etmək üçün xüsusi olaraq batırıblar. İlk tank 15 il əvvəl suyun dibinə qərq olub və onun üzəri mərcanlarla örtülüb. Bu özünəməxsus sualtı hərbi texnika muzeyi ildən-ilə yeni eksponatlarla zənginləşir. Belə ki, bu il Aqaba körfəzinin dibinə daha bir neçə tank, helikopterlər və digər hərbi texnika endirilib. Ümumilikdə, dənizin dibində 32 iri obyekt var. Onların bəziləri 6 metr, digərləri 15-20 metr və daha çox dərinlikdə yerləşir.
Aqabanın hakimiyyət orqanları hesab edirlər ki, batırılmış obyektlər bu rayonda ekologiyanı yaxşılaşdırır. Belə ki, onlar mərcanlar, balıqlar və digər dəniz canlıları üçün əla sığınacaqdır. Diqqətli müşahidəçilər burada bir dəstə dəniz onurğasızları, o cümlədən dəniz ulduzları, xərçəng və krevetkaları, habelə qaranquş-balıqları, qanadlı balıqları və hərbi texnikanın dibində olan digər rəngarəng sualtı canlıları görə bilərlər.
Qayığın geriyə yol aldığı vaxt səyahətçilər yenidən açıq göyərtəyə çıxaraq yüngül dəniz havası udur, təşkilatçıların qonaq etdikləri sərinləşdirici içkilərdən istifadə edirlər.
Bədən və ruhun dincəlməsi
Tala Bay kurortunun qonaqlarına təklif olunan digər maraqlı əyləncələr sırasında spa proseduraları və qastronomik xidmətləri göstərmək olar.
Mövenpick otelindəki “Zara” spa-mərkəzində sauna, hidromasaj hovuzunda zəngin keçən gününüzdən sonra yaxşıca dincəlmək mümkündür. Əlavə ödəniş etməklə bədən və üz üçün Qırmızı dənizin inqrediyentlərindən istifadə etmək – gəncləşdirən maskalar, digər xidmətlər sifariş etmək olar.
“Mövenpick Resort & Spa Tala Bay Aqaba” kurortunun ərazisində bir neçəsinin öz aralarında “tənbəl çay” adlanan kanallarla birləşdiyi çoxlu sayda hovuzlar var. Özünüzlə şişirmə dairə götürməklə açıq havada cakuzi olan bu hovuzlarda əla dincəlmək mümkündür. Bu oteldə, həmçinin maraqlı restoranlar, o cümlədən İtaliya mətbəxinin nümunələrini və mövsümi xüsusi yeməkləri təklif edən “Casalingo” italyan restoranı fəaliyyət göstərir. Bundan başqa, ərəb yeməkləri, o cümlədən yerli balıq və digər dəniz məhsulları təklif edən “Najel” restoranına getməyi də unutmayın. Bu müəssisənin dizaynı dəniz ab-havasında tərtib olunub, interyerlər tavandan asılmış şüşə kürələr və mərcan budaqları ilə bəzədilib.
Nəhayət, “Mövenpick” otelinin məşhur dondurmasının dadına baxmaqdan da vaz keçməyin. Onlar bütün dünyada supermarketlərdə satılmaqla yanaşı, həmçinin İordaniyadakı “Mövenpick” mehmanxanalar şəbəkəsinin bütün otellərində təklif olunur.
Sözardı
“Flydubai” aviaşirkətinin dəstəyi ilə bizim İordaniyaya səyahətimizlə bağlı növbəti reportajda biz qədim Petra şəhərinə səfərimizdən söz açacağıq. Nəbatilər çarlığının paytaxtı olmuş bu qədim şəhər 2 min əvvəl Şar dağlarının ətəyində salınıb. Onun möhtəşəm fasadları, çəhrayı qum daşından qayalarda tikilmiş və günümüzədək yaxşı qalmış tikililəri dünyanın hər yerindən turistləri cəlb edir. Yerli bədəvilər burada öz əl işləri satır, şəhər xarabalıqlarında at, ulaq və dəvə arabaları ilə xidmətlərini təklif edirlər. Qədim Petra şəhəri UNESKO-nin Dünya İrsi Siyahısına daxil edilib.