M.Şükürova qeyd edib ki, Qonaqkənddən başlayaraq milli parkın ərazisindən keçərkən yaylaqlara çıxış olacaq: “Ekodəhlizlərin yaradılması sahəsində ETSN ilə birlikdə 2 ilə yaxındır işlər aparılır. Bu ilin may-iyul ayına kimi bu proqrama icmaları da dəvət etdik. İcmalara təlimlər keçirildi. Onlarla birlikdə Şahdağ Milli Parkı üçün ekoturizm proqramı hazırlandı. Həmin proqram tərkibində ekocığırların inkişafı komponenti də var idi. Bizim layihənin əsas funksiyası infrastrukturların salınmasıdır. Hazırda mütəxəssislər yerində işləyir. Bununla bağlı işlər davam edir. Şahdağ Milli Parkında həyata keçirilən işlər uğurlu olsa, digər milli parklarda da həyata keçirəcəyik”.
Astara Mandarin-Sitrus bağlarına ekskursiya!
Ətirli Mandarin bağlarına heyran qalacaqsınız!
Astara-Lənkəran-Lerik turu
Tarix : 12-13 oktyabr
Qiymət : 75 manat (2 gün,1 gecə)
2 günlük tura daxildir: ( Lerik-Astara Mandarin bağları turu)
*VİP nəqliyyatla gediş gəliş (Yeni istifadəyə verilmiş ƏLƏT-ASTARA yolu ilə)
qiymətə daxildir:
Lerikdə təbiət qoynunda yerləşən , bütün xidmətlərlə təhciz olunan istirahət mərkəzində gecələmə
komfortlu nəqliyyat
*qidalanma (2 səhər,1 nahar,1 şam yeməyi)
**Səhər yeməyi :yağ,pendir,yumurta,xama,bal
**Nahar yeməyi : Assorti kabab,mərci supu,salat,pomidor xiyar,pendir,acika
** Şam yeməyi : Talış plovu,Ləvəngi,paytaxt salatı,süzmə,acika,pendir,pomidor xiyar,dovğa
*Diskoteka və Mafia gecəsi
*Karaoke
*Mandarin bağlarında gəzinti,mandarim təsərrüfatı ilə yaxından tanışlıq.
*Ekskursiyalar: Lerik Günəşli şəlaləsi,Lənkəran Xanbulan gölü,Astara Bulvarı,Yanarbulaq,dağlıqda ərazidə yerləşən füsunkar mənzərəli Mandarin-Sitrus bağında gəzinti,Lənkəran Samovar heykəli)
*(Yerli düyü,çay meyvə və s alış veriş etmək imkanı)
*Professional tur rəhbəri
*Limitsiz fotosessiya
Əlavə məlumat üçün 070-264-60-30
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin elektron saytı yenilənib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib. Sayt ümumi dizaynı, məzmunu, istifadəçi rahatlığı, texniki imkanları baxımından müasir standartlara tam cavab verir. Strukturu təkmilləşdirilib, yeni funksional bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında yeni dizayn verilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sayt 7 bölmə və 21 altbölmədən ibarətdir. “Əsas səhifə”də muxtar respublikada baş verən ictimai, siyasi xəbərlər və nazirliyin fəaliyyət istiqamətinə uyğun məlumatlar yerləşdirilib. İstifadəçilərin rahatlığını təmin etmək məqsədilə “Axtar” guşəsi yaradılıb. Aktuallıq və istifadəçi tələbatı nəzərə alınaraq səhifədə əhəmiyyətli saytlara keçid linkləri qoyulub.
Saytın ümumi görünüşünə, dizaynına rəngarənglik qatmaq, həmçinin Naxçıvan şəhərinin və muxtar respublikanın bölgələrinin gözoxşayan məkanlarının tanınması məqsədilə fotoslaydlar yerləşdirilib.
Burada startap layihələrinin qəbulunu nəzərdə tutan bölmə də yaradılıb. Həmin bölmədə “Ədliyyə könüllüləri” çərçivəsində müraciətetmə forması yerləşdirilib. Portalda, həmçinin son dövrlərdə Naxçıvan Muxtar Respublikasının inkişafını və aparılan quruculuq işlərini özündə əks etdirən, muxtar respublikamızın turizm potensialını təqdim edən tanıtım və tarixi abidələr videoqalereyaları mövcuddur.
“Nazirlik” bölməsində 4 yarımbölmə var. “Ədliyyə tarixi” yarımbölməsində nazirliyin yaranma tarixi, fəaliyyəti barədə məlumat öz əksini tapıb. “Əsasnamə” hissəsində Ədliyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin və Penitensiar Xidmətin əsasnamələri yerləşdirilib. Həmin yarımbölmədə nazirliyin fəaliyyət istiqamətləri və ədliyyə işçisinin andı da öz əksini tapıb.
“Qanunvericilik” bölməsində Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyaları, qanunları, fərman və sərəncamlar, qərarlar və məcəllələr yerləşdirilib. Müvafiq bölmədə istifadəçilər ədliyyə sisteminin fəaliyyətini əhatə edən normativ-hüquqi aktlarla tanış ola bilərlər.
“Mətbuat xidməti” bölməsi xəbərlər, hesabatlar və rəsmi xronika yarımbölmələrindən ibarətdir. Nazirliyin fəaliyyəti ilə əlaqədar foto və videolar “Fotoqalereya” və “Videoqalereya” yarımbölməsində təqdim olunur.
Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən olan hüquqi maarifləndirmə ilə əlaqədar olaraq saytda “Sual-cavab guşəsi” də yaradılıb. “Bələdiyyə fəaliyyətinə dair tövsiyələr” yarımbölməsində yerli özünüidarəetmə ilə əlaqədar tövsiyə məktubları öz əksini tapıb. Ədliyyə işçilərinin etik davranış qaydaları və notariusların etik davranış kodeksi saytın müvafiq bölməsində yerləşdirilib.
Elektron məktub yazmaq qaydaları, vətəndaşların qəbul gününün qrafiki və digər əlaqə vasitələrini özündə əks etdirən “Müraciətlər” bölməsi istifadəçilərin rahatlıqla nazirliklə əlaqə saxlamalarına imkan yaradacaq.
Yenilənən sayt Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri və görülən işlər barədə ictimaiyyətin daha dolğun və operativ şəkildə məlumatlandırılmasını təmin edəcəkdir.
Ukraynalı tələbələr arasında Azərbaycanla bağlı müsabiqə elan olunub
“İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə Ukraynanın Tavrida Milli Universiteti və Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində tələbələr üçün “Odlar Yurdu – Azərbaycan” adlı təqdimat keçirilib. AZƏRTAC xəbər verir ki, 100-dən çox ukraynalı tələbənin iştirak etdiyi təqdimatda Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, müasir inkişaf modeli haqqında məlumatlar verilib. Ölkəmizlə bağlı videoçarxlar nümayiş etdirilib.
İctimai Birliyin sədri Fərid Şahbazlı tələbələrlə görüşdə Azərbaycanla Ukrayna arasında tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələrinə diqqət çəkib. İki ölkənin bütün beynəlxalq platformalarda bir-birini dəstəklədiyini söyləyib. O, Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən bəhs edib. Azərbaycanla Ukrayna arasında gənclər və tələbələrlə iş sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib.
İki universitetin tələbələri arasında Azərbaycanla bağlı videomüsabiqə elan olunub. Ukrayna dilində ölkəmizlə bağlı çəkiləcək ən maraqlı videosüjetin müəlliflərinin Azərbaycana səfəri təşkil olunacaq.
Sonda Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin dekan müavini Daria Likarçuka Azərbaycan-Ukrayna tarixi dostluq əlaqələrinin inkişafına verdiyi dəstəyə görə fəxri diplom təqdim olunub.
Bakı rus turistlərin seçdiyi ilk 5 şəhərdən biridir- ekspert səbəbləri açıqladı
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov deyir ki, Rusiya ilə münasibətlərimizin intensiv olması turist sayında da öz əksini tapır
“TurStat” Turizm Portalı payız mövsümündə istirahət və səyahət üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini təqdim edib. MDB-nin turistlər tərəfindən seçilən şəhərlərin ilk onluğuna Belarusda Minsk, Qazaxıstanda Astana və Almatı, Azərbaycanda Bakı, Özbəkistanda Daşkənd, Moldovada Kişinyov, Qırğızıstanda Bişkek, Tacikistanda Düşənbə və Ermənistanda Yerevan daxildir.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Rusiya arasında çox sıx inkişaf edən miqrasiya prosesləri var:
“Bunu biz ölkəyə gələn rusiyalı turistlərin sayında da görə bilərik. İldən-ilə Azərbaycana gələn miqrantların sayı artır. Bizim Rusiya ilə münasibətlərimizin intensiv olması turist sayında da öz əksini tapır. Azərbaycan rusiyalı turistlər üçün maraqlıdır. Müxtəlif stendlərin, sərgilərin təşkil olunması, Rusiyadakı turizm şirkətləri ilə əlaqələrin qurulması Rusiyadan olan turistlərin Azərbaycana üz tutmasına səbəb olur. Düşünürəm ki, bu sahədə işi daha da gücləndirmək lazımdır”.
Qeyd edək ki, Azərbaycan MDB məkanında ekskursiya turizminin üç ən yaxşı istiqamətindən biri sayılıb.
Azərbaycan Turizm Bürosu: Ölkəyə gələn turistlərin sayı 10 faiz artıb
Ötən il Azərbaycana 2,8 milyon turist səfər edib. Bu ilin 9 ayında isə turistlərin sayı keçən ilə nisbətən 10 faiz artıb. Ümid edirik ki, ilin sonunadək bu artım davam edəcək. 2019-cu ilin yekununda Azərbaycanı ziyarət edən turistlərin sayında artım müşahidə olunacaq.
Bu barədə Şəki Destinasiya Menecmenti Təşkilatının təqdimat mərasimində iştirak edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid jurnalistlərə müsahibəsində deyib.
Hazırda Şəki və Qubada Destinasiya Menecmenti Təşkilatının ofisinin olduğunu bildirən Turizm Bürosunun rəsmisi qeyd edib ki, Şəki ofisinin açılmasının əsas səbəblərindən biri də Balakəndən Şəkiyə qədər olan ərazinin Azərbaycanın turizm cəhətdən seçilən zonalarından olmasıdır. Eyni zamanda, bu zona Azərbaycanla Gürcüstanı birləşdirən turizm dəhlizinin üzərində yerləşir.
F.Zenqstşmid deyib: “Destinasiya Menecmenti Təşkilatının əsas vəzifəsi Azərbaycanın bir turizm destinasiyası kimi təbliğatı və təşviqindən ibarətdir. Digər bir vəzifəsi də özəl, ictimai və icma sektoru ilə birlikdə turizm nümayəndələri arasında əlaqənin yaradılmasıdır. Ümid edirik ki, bu ofis müvafiq regionun ortaya çıxmayan, bənzəri olmayan turizm potensialını qaldıracaq. Onun bir turizm məhsuluna çevrilməsində əhəmiyyətli rol oynayacaq”.
Gəncə və Lənkəranda da Destinasiya Menecmenti Təşkilatının ofislərinin açılacağını vurğulayan Florian Zenqstşmid bildirib ki, Bakı paytaxt olduğundan çoxlu sayda turistə xidmət təklif etmək iqtidarındadır. Regionlarla əməkdaşlıq edilərsə, turizm sektorunda daha yüksək nəticələrə nail olmaq mümkündür.
Turizm şirkətlərinin vasitəçiliyi ilə Azərbaycandan xaricə gedənlərin sayı azalıb (ÖZƏL)
Son 3 ildə Azərbaycanda səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə xaricə gedən ölkə vətəndaşlarının sayı azalıb.
2015-ci ildə səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə xarici ölkələrə gedən turistlərin sayı 59 956 nəfər olub. 2018-ci ildə onların sayı azalaraq 52 899-a enib.
Ötən müddətdə səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə bir sıra ölkələrə gedən turistlərin sayı azalıb. Bəzi ölkələrə gedənlərin sayı artıb.
2015-ci ildə Almaniyaya 1 236 nəfər getdiyi halda, 2018-ci ildə belə turistlərin sayı azalaraq 931 olub.
2015-ci ildə Böyük Britaniyaya 552, 2018-ci ildə 233 , 2015-ci ildə Çexiyaya 592 nəfər, 2018-ci ildə 573, 2015-ci ildə Böyük Britaniyaya 552 2018-ci ildə 233 nəfər, 2015-ci ildə İspaniyaya 516 nəfər, 2018-ci ildə ldə 211, 2015-ci ildə İtaliyaya 782 , 2018-ci ildə 652 nəfər turist səfər edib.
Son 3 ildə turoperatorların vasitəçiliyi ilə gedənlərin sayında çoxalmanının qeydə alındığı ölkələr var. Ölkələrin sırasında Türkiyə, Gürcüstan, Fransa, Birləşmiş Ərəb Əmirliyi, İran, Ukrayna və s. var.
Türkiyəyə 2015-ci ildə 19 544, 2018-ci ildə 26 516 nəfər, Gürcüstana 2015-ci ildə 1 119, 2018-ci ildə 1 595 nəfər gedib. Fransaya 2015-ci ildə 481, 2018-ci ildə 640 nəfər, Birləşmiş Ərəb Əmirliyinə 2015-ci ildə 4 485, 2018-ci ildə 5 734 nəfər, İrana 2015-ci ildə 3 743 turist, 2018-ci ildə 4 407 nəfər turist səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə səfər edib.
Bakı Qida Sənayesi Kollecinin direktorunun Çexiyada böyük ailə biznesi aşkarlandı – Sənəd-sübut…
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist sosial şəbəkədə yeni araşdırma ilə şıəxış edib. Bu dəfə iri ranqlı məmurlar deyil, orta ranqlı məmurdan söz gedir. Azərbaycanda orta ranqlı məmurlarında Çexiyada biznes imperiyasının mövcud olduğunu aşağıdakı sənədlər sübut edir!
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin sabiq direktoru, Bakı Qida Sənayesi Kollecinin direktoru Vilayət İsmayılovun Çexiyada biznesi var.
Bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb:
“Çexiyadakı VORMAX SRO şirkəti 2009-cu ilin martında qeydiyyatdan keçirilib. Qeydiyyat sənədlərinə görə şirkət ticarət, xidmət və istehsal sahələrində fəaliyyət göstərir. Təsisçiləri Bakı Qida Sənayesi Kollecinin (keçmiş Bakı Yeyinti Sənayesi Texnikumu) direktoru, 9-cu mikrorayon, Cavadxan 5 ünvanında qeydiyyatda olan Vilayət İsmayılov, həyat yoldaşı Rəna İsmayılova, oğulları İsmayıl və Orxan İsmayılovlardır.
Vilayət İsmayılov həm də Yeni Azərbaycan Partiyası Nizami rayon Bakı Qida Sənaye kolleci ərazi ilk partiya təşkilatının sədridir.
Şirkət 200 min çex kronu nizamnamə kapitalı ilə Praqa Bələdiyyə Məhkəmsində 148653 C saylı lisenziya alıb. Qeydiyyat ünvanı Praqa, Modřany 4 göstərilib.
Vilayət İsmayılov 2006-cı ilin dekabrından 1-dən 2015-ci il iyulun 13-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru vəzifəsində çalışıb”.
QAX – ŞƏKİ – OĞUZ XAL-XAL – QƏBƏLƏ Turu
QAX – ŞƏKİ – OĞUZ XAL-XAL – QƏBƏLƏ Turu
2 gün/1gecə – 73 AZN
05-06 oktyabr
Qiymətə daxildir:
- Nəqliyyat
- Gecələmə: QAX EDEN PARK HOTEL(1 gecə)
- Qidalanma: 2 səhər yeməyi
- Valeybol , Futbol
- Tur rəhbər
- Fotosessiya