Ev Blog Səhifə 147

ETSN: Milli Parkların inkişafı üzrə Dövlət proqramı hazırlanacaq

0
Milli park

Oktyabrın 1-də “Azərbaycanda ekoturizmin inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.

APA xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib ki, Azərbaycanda 10-a qədər Milli Park fəaliyyət göstərir:

“Turizm sahəsində Milki Parkların xüsusi çəkisi var. Azərbaycanın Milli Parkları biolojimüxtəliflik baxımdan zəngin olsa da, turistlər tərəfindən isə məşhur deyil. Müzakirə nəticəsində bu sahəyə aid olan şəxlərin təkliflərini eşidəcəyik. Yaxın zamanda Milli Parkların inkişafı üzrə Dövlət proqramı hazırlanacaq”.

H.Əlizadə qeyd edib ki, 5 il əvvələ qədər Milli Parklara 3 min turist gəlirdisə, bu ilin 8 ayında bu say 75 minə yaxın olub:

“Onlardan 66931 nəfəri yerli, 7286 nəfəri isə xarici turistlərdir”, – deyə o əlavə edib.

“Aqrar Tədarük və Təchizat” ASC-nin təmsilçisi: Festivallar aqroturizmin inkişafına güclü təkan verir

0
turizm

Kənd təsərrüfatı məhsulları ilə bağlı festivalların keçirilməsi məhsuldarlığın artırılması üçün vacibdir. Fermerlərə, kiçik və orta sahibkarlara dəstək, onların istehsal etdikləri məhsulların təşviqi və satışının genişləndirilməsi məqsədi daşıyır. Belə festivallar həm də məhsul bayramı kimi xarakterizə olunur. Festivallarda təşkil edilən sərgi-satış yarmarkaları öz növbəsində yerli məhsullarını tanıdır. Müştərilərin tapılması və satış kanallarının genişləndirilməsinə xidmət edir.

Bu fikirləri “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyəti sədrinin müşaviri Vüqar Namazov Zaqatalada keçirilən II Beynəlxalq fındıq, qoz, şabalıd festivalının yekunları ilə bağlı müsahibəsində söyləyib.

Belə festivalların aqroturizmin inkişafına da böyük dəstək olduğunu vurğulayan ASC-nin təmsilçisi bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə reallaşan “Şəhərdən Kəndə” aqroturizm layihəsi çərçivəsində festival günlərində Zaqatalaya 50 nəfərdən çox aqroturist səfər edib. Onlar festivalın tədbirlərində iştirak etməklə yanaşı, rayonun görməli yerlərini də gəziblər. Təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb, kənd həyatı ilə tanış olublar.

Vüqar Namazovun sözlərinə görə, aqroturizmin inkişafı fermerlərə gəlirlərinin şaxələndirilməsi, əlavə gəlir mənbələri yerlərinin qazanılması üçün çox əhəmiyyətlidir. “Bu il üçün hədəflədiyimiz bir neçə marşrut var. Bu marşrutlar, əsasən şimal və şimal-qərb regionlarını əhatə edir. Ötən dövr ərzində biz artıq Şamaxı, İsmayıllı, həmçinin bu günlərdə Zaqatala turlarını reallaşdırdıq. Ümumiyyətlə, təkcə ölkəmizdə deyil, dünya təcrübəsində də festivallar məhsulların təşviqi ilə yanaşı, aqroturizmin inkişafına da güclü təkan verir”, – deyə ASC-nin İdarə Heyəti sədrinin müşaviri bildirib.

Qax – Şəki – Oğuz Xal-Xal – Qəbələ Turu

0
Qax - Şəki - Oğuz Xal-Xal - Qəbələ Turu

2 gün/1gecə – 73 AZN

05-06 oktyabr

Qiymətə daxildir:

Nəqliyyat

Gecələmə: QAX EDEN PARK HOTEL(1 gecə)

Qidalanma: 2 səhər yeməyi

Valeybol , Futbol

Tur rəhbər

Fotosessiya

– Ekskursiyalar: ( Mamır şəlaləsi, Ulu körpü, Sumu qala, Şəki xan sarayı, Karvan saray , Halvaçı dukanı ,Oğuz Xal-Xal şəlaləsi, Qəbələ Nohor göl)

QEYD : Hava şəraitinə uyğun olaraq proqrama dəyişiklik oluna bilər.
QEYD:
Otaqda minimum 2 nəfər qala bilər.

0-5 yaş uşaqlar pulsuz (1 uşaq).

Toplaşma yeri və saatı:
• 05 oktyabr saat 06:30 Nerimov Metrosu Mcdonals qarşısı
• Yola düşmə saatı 07:00

• 06 oktyabr Bakıya dönüş saat 23:00-dək

Ətraflı məlumat və qeydiyyat üçün: 070-264-60-30

Şalva Alaverdaşvili: “Turizm baxımından Bakı bizi qabaqladı”

0
turizm

“Turizm baxımından Bakı bizi vurdu və hətta yaxaladı”.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Hotellər və Restoranlar Federasiyasının qurucusu Şalva Alaverdaşvili “Palitra” radio proqramına müsahibəsində belə deyib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycanın turizm sektorunda müşahidə olunan inkişaf dinamikası Gürcüstana gələn əcnəbi turist sayında itkiyə səbəb olur.

“Bir neçə il əvvəl – 2013-2015-ci illərdə Azərbaycan necə inkişaf etdiyimizi böyük maraqla izləyirdi. İndi biz buna bənzəyirik, çünki Bakı bizi yaxaladı. Bunun səbəbi bizə gələn qonaqların hamısının Bakıya göndərilməsidir. Qonaqları bölgəyə ilk biz gətiririk, sonra sərhəd-keçid məntəqələrində qeyri-müəyyən bir siyasətimiz olduğu üçün qonşu ölkələrə paylanır. Ölkəyə gələnlərə icazə vermədiyimiz üçün Bakıya gedirlər və turist cəlbediciliyi baxımından ölkə kifayət qədər böyüyən dinamikaya sahibdir”, – deyə Ş. Alaverdaşvili bildirib.

Barselona turizm vergisini artırmaq niyyətindədir

0
turizm

Barselona turizmin şəhərə təsirini yüngülləşdirməkdən ötrü turizm vergisini artırmaq niyyətindədir.

Əlavə artım bir gecəlik və kruiz üçün gündəlik 4 avro təşkil edəcək. Yığılan vəsait bütövlüklə Şəhər Şurasına təhvil veriləcək.

Vergi yığımı turizm məqsədilə qeyri-qanuni istifadə edilən mənzillər üzərində nəzarətə, bu mənzillərin qonşuluğunda yerləşən, turizmdən daha çox əziyyət çəkən insanların həyat şəraitinin yaxşılaşdırılmasına və kənd turizmi istiqamətinin yaradılmasına sərf ediləcək.

Kataloniya hökumətinin ideyası gələn ildən ödənişi toplamağa başlamaqdır. Barselonada turistlər tərəfindən ildə təxminən 30 milyona yaxın “gecə” hesablanır. Bunlara hələ kruiz laynerlərinin 2,2 milyon sərnişinlərini də əlavə etmək olar. Hazırda hər bir müəssisənin dərəcəsindən asılı olaraq, turizm vergisi bir gecə üçün 0,65 avrodan 2,25 avroyadək təşkil edir. Barselona Şəhər Şurası Jeneralitetin (ali özünüidarə orqanı) hər il topladığı 60 milyon avrodan 15 milyonunu qəbul edir.

Kənd evləri sahibləri üçün “Bələdçi” ərsəyə gətirilib

0
Bələdçi

Dövlət Turizm Agentliyinin əməkdaşlığı ilə regionlardakı kənd evləri sahiblərini müxtəlif mövzular üzrə məlumatlandırmaq və maarifləndirmək məqsədilə təlimat kitabçası hazırlanıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, kitabça Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “Cənubi Qafqazda özəl sektorun inkişafı və peşə təhsili və təlimi” proqramı çərçivəsində ərsəyə gətirilib.

Təlimat kitabçasında kənd evində qonaqlama xidmətinin təşkili üçün tələblər və hüquqi əsaslar, qonaqların qarşılanması və yola salınması, qonaqların məmnunluğunun təmin edilməsi, qidalanmanın, əlavə xidmətlərin təşkili, kənd evinin tanıtımı, sanitar-gigiyena, təhlükəsizlik qaydaları, xərclər və qazancın hesablanması, hazırlıq və təsərrüfat işləri üzrə tövsiyələr öz əksini tapıb.

Bələdçi kitabçasında istifadə olunmuş fotolar real nümunələr əsasında təqdim edilib. Kitabçanın turist qəbul edən qonaq evlərinə təqdim edilməsi həyata keçiriləcək.

Qeyd edək ki, bu layihədə məqsəd regionlara səfər edən turistlərin məmnuniyyət səviyyəsini artırmaqdır. Kənd evlərində qalmağı seçən turistlərə nümunəvi kənd qonaq evləri təqdim etməkdir.

Kitabçanı elektron formada əldə etmək üçün linkə daxil ola bilərsiniz: http://bit.ly/2obNeUL

5* Quba Şahdağ otelində qonaqlama ilə payızın ilk turu

0
5* Quba Şahdağ oteli

??5* QUBA ŞAHDAĞ OTELİNDƏ QONAQLAMA İLƏ SİZİ PAYIZIN İLK TURUNA DƏVƏT EDİRİK.
✷QUBA-QUSAR LAZA TURU✷?? ?
2 gün 1 Gecə 5-6 Oktyabr 2019

✔ Turun qiyməti: Ekonom paket 59 azn

*Tura daxildir *

Rahat və geniş nəqliyyat

2 dəfə səhər yeməyi

Çay süfrəsi

Sərbest vaxtinizda Otelin Sauna,qapali basseyn ve turk hamamindan istifade ede bilersiz ve Qudiyalcay etrafinda gəzinti, yarişmalar-intellektual-əyləncəli oyunlar qaliblərə hədiyyələr ve.s

5* Quba Şahdag otelində gecələmə

Ekskursiyalar (Quba Qəçrəş meşəsi, Qusar Laza Şəlaləsi)

7. Diskoteka, əyləncələr və daha nələr))

Görüş saat: 06:30 (Təyin olunmuş yerdə toplanış)
Çıxma: 07:00

Bitmə tarixi: 21:00-21:30

QEYD1: Otelin bütün xidmətləri qiymətə daxildir. (Sauna,Türk Hamamı,Qapalı Havuz,Playstation Zalı,Karaoke Zalı)
QEYD2: Oteldə yerləşmə 2-3 nəfərliklərdə nəzərdə tutulub.Turist otaqda tək qalmaq istəsə əlavə olaraq 30AZN ödəməlidir.
QEYD3: 0-5 yaş uşaqlar heç bir ödənis edmir nəqliyyat və oteldə yer tutmamaq sərtiylə

ƏLAVƏ MƏLUMAT: Zəng+watsapp 070-264-60-30

Azərbaycanda turizm polisinin yaradılmasına başlanılır – DETALLAR

0
Turizm polisi

Azərbaycanda yaradılacaq turizm polisi Turistlərə Yardım Mərkəzinin tərkibində olacaq. Bu mərkəz özündə 3 əsas komponenti birləşdirir. Birincisi, ölkə boyu turistlərin zəng edə biləcəyi vahid qaynar xəttin, ikincisi online portalın yaradılmasıdır. Turistləri maraqlandıran suallar və cavablar mərkəzin əməkdaşları ilə birbaşa canlı ünsiyyət, online kommunikasiya imkanları ilə təqdim olunacaq. Üçüncü məqam fiziki məkanla bağlıdır. Bununla əlaqədar Bakının mərkəzində ofis fəaliyyət göstərəcək.

Bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov deyib.

Qurum rəsmisinin sözlərinə görə, həmin ofisdə əlaqədar qurumların əməkdaşlarının iştirakı ilə xidmət mərkəzi qurulacaq. Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Fövqəladə Hallar Nazirliyi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Mədəniyyət Nazirliyi bu işdə təmsil olunacaqlar.

“Mərkəzin ofisinin iki komponenti olacaq. Biri turistlərə məlumatın verilməsi, digəri turistlərin hər hansı dövlət qurumu ilə bağlı xidmətə ehtiyacı varsa, məsələn, vizasını uzatmaq istəyir, sağlamlıqla bağlı problemi var və ya qida zəhərlənməsi şikayəti varsa, həmin şəxs quruma üz tutacaq və ya zəng edəcək. 8 quruma onların şikayətləri, almaq istədiyi xidmətlər kommunikasiya ediləcək və həmin müraciətlər son ana qədər izləniləcək. Binanın olacağı yer və İT strukturu ilə bağlı işlər yekunlaşdıqdan sonra mərkəz fəaliyyətə başlayacaq”.

M.Muradov əlavə edib ki, Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq əsasında həyata keçirilən pilot layihə Bakı şəhəri üçün nəzərdə tutulur.

Müəyyən nöqtələrdə Daxili İşlər Nazirliyinin əməkdaşları olacaq. Onlar turistlərə yardım edəcəklər. Əsasən dil baryeri olmayan işçilər seçiləcək, biz tərəfdən isə onlara treyninqlər keçiriləcək“.

Qurum rəsmisinin sözlərinə görə, layihənin tətbiqi üçün ilkin mərhələdə 20-25 polis əməkdaşı seçiləcək.

Azərbaycan Vanda keçirilən sərgidə Ermənistanın iştirakının qarşısını alıb

0
sərgi

Sentyabrın 26-29-da Türkiyənin Van şəhərində “X Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi” keçirilib. Azərbaycan ilk dəfə təmsil olunub.

Sərgidə ölkəmizi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəxalq Diaspor Mərkəzinin və Naxçıvan MR-nın Turizm Departamentinin dəstəyi ilə bir qrup nümayəndə heyəti “Naxçıvan Muxtar Respublikası” stendi ilə təmsil edib.

Tədbirdə Ermənistanın saxta, oğurluq mədəniyyəti ilə təmsil olunmasının qarşısı nümayəndə heyətimiz tərəfindən alınıb.

Sərgidə on altı ölkədən 350 şirkət iştirak edib. Sərgi zamanı, 52 kvadrat metrlik stendimiz və İrəvan xanlığının bayrağı sərgi iştirakçılarını diqqətini xüsusilə cəlb edib.

Qeyd edək ki, stenddə Naxçıvanda yerləşən tarix-mədəniyyət abidələrinin böyük ölçülü fotoşəkilləri nümayiş etdirilib. Həmçinin, yerli Turizm Departamentinin hazırladığı Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi, Naxçıvan-Gülüstan, Naxçıvan-Duzdağ turist marşrutlarının bukletləri və muxtar respublikanın turistik xəritəsi sərgi iştirakçılarına təqdim olunub. Həmçinin “Sirab“, “Badamlı“, yerli duz və digər Naxçıvan brendli məhsullar beynəlxalq sərgidə nümayiş etdirilib.

Azərbaycanın qastroturizm potensialı Rusiyada təbliğ olunub

0
Qastroturizm

Dövlət Turizm Agentliyi 24 -27 sentyabrda Rusiyanın Moskva şəhərində keçirilmiş “World Food Moscow 2019” beynəlxalq qida sərgisində təmsil olunub.

İqtisadiyyat Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə ölkəmiz bu dəfə də sərginin tərəfdaş ölkəsi qismində “Made in Azerbaijan” vahid milli stendi ilə iştirak edib.

Agentliyin qurduğu stenddə ziyarətçilərə ölkəmizin turizm potensialı və yeni turizm startegiyası ilə bağlı informasiya verilib.

Ziyarətçilər 40-dan çox Azərbaycan şirkəti ilə tanış olmaq imkanı əldə ediblər. 400 kvadratmetrdən böyük olan milli stenddə sərgilənən yerli kənd təsərrüfatı və qida məhsulları ilə tanış olublar.

Ölkəmizin aqroturizm və qastroturizm potensialının əyani nümayişi məqsədilə Agentlik tərəfindən mətbəx qurulub. Gündəlik müəyyən edilmiş tematikaya əsasən Azərbaycanın milli mətbəx nümunələrindən ibarət süfrə açılıb.

Ustad dərsləri zamanı Azərbaycan mətbəxinin 21-ci əsrdə dərin etnoqrafik köklərə bağlı qalaraq təkmilləşdirilməsindən, istifadə edilən məhsulların biomüxtəlifliyindən, mətbəx nümunələrinin özlərinin və hazırlanma vasitələrinin YUNESKO-nun Qeydri-maddi Mədəni İrs Siyahısında olmasından bəhs edilib.

4 gün ərzində sərgi ziyarətçilərinə təqdim olunan katoloq və bannerlərdə Azərbaycan barədə məlumatlar yerləşdirilib. Sərginin keçirildiyi zallarda “Azerbaijan: Take Another Look” (Azərbaycan: Bir daha bax) turizm brendinin reklam çarxları nümayiş olunub.