Nazirin sözlərinə görə, İraq hökuməti bu məqsədlə bu il 49 milyon dollar ayırıb və gələn il də eyni məbləğdə vəsait sərf etməyi planlaşdırır
İraqın Mədəniyyət və Turizm naziri Əbdüləmir əl Hamdani bəyan edib ki, UNESCO-nun Babilistanı Dünya İrs Siyahısına salması gecikmiş addımdır.
İraqda yerləşən Babilistan xarabalıqlarını UNESCO-nun Ümumdünya İrs Siyahısı Komitəsi bu ilin iyulunda Bakıda keçirilən 43-cü sessiyasında Dünya Mədəni İrs Siyahısına salmışdı.
“Babilistan qədim dünyanın ən yaşlı şəhərlərindən olub. O, bütün insanlıq üçün işıq mənbəyi olub. Yaradılışın tarixi oradan başlayıb. Ona görə də bu şəhərin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması tamamilə doğru addım idi. Ancaq o addım keçmişdəki səhvlər, xüsusən qeyri-peşəkar xidmət üzündən xeyli gecikib”, – Hamdani bildirib.
O əlavə edib ki, UNESCO-nun qərarından sonra nazirlik yerlərdə məbədləri qorumaq və qədim şəhəri bərpa etmək üçün xüsusi arxeoloji qruplar təşkil edib.
Nazirin sözlərinə görə, İraq hökuməti bu məqsədlə bu il 49 milyon dollar ayırıb. Gələn il də eyni məbləğdə vəsait sərf etməyi planlaşdırır.
Babilistanın xarabalıqları Bağdaddan 90 km cənubda, Əl-Hill şəhərinin yaxınlığında yerləşir.
?Turun tarixi : 04 – 06 Oktyabr 1 gecə / 2 gün ?Turun qiyməti – 65 AZN
✅TURUN QİYMƏTİNƏ AŞAĞIDAKILAR DAXİLDİR :
• VİP Komfortlu Avtobus
• Yol boyu sərinləşdirici içkilər
• Tur rəhbər
• Fotosessiya
• Hotelldə gecələmə
• Qidalanma ( Səhər yeməyi )
• Tibbi sığorta (Əlavə ödənişlə)
• Ekskursiya: Tbilisi,Tbilisi mall və Mtsxeta
Qiymətə daxil deyil:
Muzeyə giriş biletləri
Nahar və şam yeməkləri
? AVTOBUSDA YERLƏR ÖDƏNİŞ GÜNUNƏ GÖRƏ VERİLİR:
Qeyd 1: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
Qeyd 2: 0-3 yaş uşaqlar pulsuz (avtobusda oturmamaq və oteldə çarpayı istifadə etməmək )
Qeyd 3: Hava şəraitinə və digər amillərə müvafiq olaraq ,göstərilən proqrama təşkilatçılar tərəfindən dəyişikliklər edilə bilər
Qeyd 4: Ödənişlər yalnız günün məzənnəsinə uyğun olaraq qəbul edilir.
AZƏRTAC Almaniyanın görməli yerlərinə videoekskursiyaları davam etdirir. Bu gün biz məşhur Hayligenberq qəsrini ziyarət edəcəyik.
Bu qəsr İntibah üslubunda tikilib və Hayligenberq ərazisində yerləşir. Memarlar özlərinin gələcək yaradıcılıq əsəri üçün dəniz səviyyəsindən 730 metr hündürlükdə yerləşən qayalıq yaylanı seçiblər. Buradan aşağıdakı Lintsqau bölgəsinə, Boden gölünün hamar, güzgülü səthinə və Alpın “ağarmış” zirvələrinə vəsfəgəlməz mənzərə açılır.
Qəsrin əsası XIII əsrə aid edilir. Heç bir varisi olmayan, əfsanəvi qraf Bertold fon Hayligenberq həmin dövrdə qəsr tikməyi əmr edir. Onun fikrincə bu qəsr eyniadlı qraflığın mərkəzi olmali idi.
Qəsr 1277-ci ildə qraf Quqo fon Verdenberqə satılır. Yeni sahibin vərəsələri – Verdenberq-Hayligenberq qraflarının dövründə qəsr əhəmiyyətli dərəcədə genişləndirilib. 1516-cı ildə qrafinya Anna fon Verdenberq və qraf Fridrix su Fürstenberq evləndikdən sonra Hayligenberq Fürstenberq nəslinin malikanəsinə keçib və indiki gündə də onlara məxsusdur.
Qraf İoahim Fürstenberqin dövründə qəsr əsaslı şəkildə bərpa edilib. O, yeni İntibah üslubunda dəyişdirilib. Qəsr hətta knyazlıq iqamətgahından da dəbdəbəli görünürdü. Burada daxili həyət yenilənib və böyük qəbul zalı olan cənub tərəf tikilib. Həmçinin qəsrin orta əsrlərə aid qədim fasadı da dəyişdirilib. Nəticədə Hayligenberq özünün indiki zahiri görkəmini alıb.
XVI əsrin ortalarında içəri otaqlarda “Cəngavər zalı” düzəldilib. Bu, sonrakı alman İntibah dövrünün ən dəbdəbəli və bu günümüzədək gəlib çıxan zallarından biridir. Zəngin tərtib edilmiş qəsr kapellası daha əvvəl Konstansada, dominikanlıların kilsəsində yerləşən XIV əsrin vitraj şüşələri ilə bəzədilib.
1598-ci ildən sonra qəsr idarəetmə mərkəzi tədricən Donaueşingenə yerləşən Fürstenberqlərin daimi iqamətgahı kimi daha istifadə olunmadı. Malikanədə yalnız ara-sıra məskunlaşırdılar.
Hayligenberq qəsri alman İntibah dövrünün ən əhəmiyyətli memarlıq abidələrindən biridir. O, Fürstenberqlərin şəxsi malikanəsi olmaqda davam edir. Ziyarət üçün yalnız bəzi otaqları, ilk növbədə, “Cəngavər zalı” və qəsr kapellası açıqdır. Qəsrin bu hissələrini də yalnız yay fəslində ziyarət etmək mümkündür.
AZƏRTAC öz oxucularına və tamaşaçılarına Almaniyanın görməli yerləri ilə tanışlığı davam etdirəcək.
Rusiyanın “TurStat” turizm portalı payız mövsümündə istirahət və səyahət üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini açıqlayıb. Azərtac həmin portala istinadla xəbər verir ki, Bakı Birlik ölkələri arasında rusiyalı turistlərin ən çox payız səyahətinə çıxdığı beş ölkədən biridir. Minsk, Astana, Almatı, Daşkənd şəhərləri də ilk beşliyə daxil edilib.
Portalın məlumatında qeyd olunur ki, oktyabrın sonunda Azərbaycanın Göyçay rayonunda nar festivalı keçiriləcək. Sentyabrın 20-dən oktyabrın 8-dək Minskdə “TEART” Beynəlxalq Teatr Festivalı keçirilir. Oktyabrın 5-6-da isə Kişineuda Şərab günü təşkil olunacaq.
“TurStat” turizm portalı onu da qeyd edib ki, rusiyalı turistlər MDB şəhərlərində və ölkələrində payız səyahəti zamanı qonaqlama və yemək üçün gündəlik 40-100 dollar arası pul xərcləyirlər. Onlar Minskə bazar günü istirahəti, Astana və Bakıya isə şopinq üçün gedirlər.
İordaniya Krallığı Yaxın Şərqin sükunət vadisidir. Bu ölkə turizmin inkişafı baxımından böyük imkanlara malikdir və onlardan səmərəli istifadə edir. İordaniyanın ümumi daxili məhsulunun 10 faizi də turizm sənayesinin payına düşür.
Bu ölkədə dənizlər səhra və dağlarla yanaşıdır, tarixi abidələr isə Nabatey sivilizasiyasının, Roma və Osmanlı imperiyalarının izlərini qoruyub saxlayır.
Biz İordaniyanın Ölü dənizin sahilində yerləşən mənzərəli kurortları ilə tanış olmaq, səhrada itmiş qədim Petr şəhərinin sirli tarixini öyrənmək, məşhur Ölü dənizin qeyri-adi xüsusiyyətlərini görmək üçün ölkənin cənubundan şimalına səyahət etdik. Səfərimizi tarixi və mədəni irsin ecazkar şəkildə vəhdətini özündə yaşadan İordaniyanın paytaxtı Əmman şəhərində başa vurduq.
Akaba
Bakıdan uçuş
Bu gün Azərbaycan və İordaniya arasında birbaşa aviareys olmasa da, Bakıdan Əmmana uçmaq o qədər də çətin deyil. İki paytaxt arasında uçuşları “Flydubai” aviaşirkəti həyata keçirir. Tranzit aviareys zamanı Dubaya endikdən sonra Əmmana uçuşun müddəti aeroportda gözləmə vaxtı da daxil olmaqla 6 saata yaxındır.
“Flydubai” şirkətinin kommersiya və elektron kommersiya əməliyyatları üzrə böyük vitse-prezidenti Ceyhun Əfəndi Azərtac-a müsahibəsində deyib: “Bu il həm Azərbaycanda, həm də qlobal miqyasda fəaliyyətimizin 10 ili tamam olur. Mən aviaşirkətin ilk gündən bəri həyata keçirilən xidmətlərindən istifadə etdiyinə görə “Flydubai”nin Azərbaycandan olan bütün sərnişinlərinə təşəkkürümü bildirmək istəyirəm. Məmnuniyyətlə qeyd edim ki, artıq 2009-cu il noyabrın 20-dən – Dubaydan Bakıya ilk aviareysin həyata keçirildiyi vaxtdan indiyədək bizim xidmətlərimizdən 1 milyondan çox sərnişin istifadə edib. “Emirates” və “Flydubai” arasında mövcud olan strateji tərəfdaşlıq Azərbaycandan olan sərnişinlərin şirkətimizin vahid marşrut sisteminə cəlb edilməsi üçün əlverişli şərait yaradır. 2022-ci ildə şirkətimizin vahid marşrutları üzrə 240 istiqamətdə uçuşlar həyata keçiriləcək. İki aviaşirkətin tərəfdaşlığı sərnişinlər üçün digər əlavə üstünlüklər də yaradır: onlar tək biletlə baqajlarını gedəcəkləri son mənzilə qədər apara bilir, Dubaya tranzit məqsədilə gəldiklərində isə bir sıra güzəştlərdən istifadə edirlər. Digər tərəfdən, Bakı Birləşmiş Ərəb Əmirliklərindən və digər Körfəz ölkələrindən uçan qonaqlar üçün ən sevimli məkanlardan biridir”.
Akaba
“Flydubai” aviaşirkəti sərnişinlər təkcə ekonom deyil, həm də biznes-klass uçuşları təklif edir. Məsələn, hər iki klassla uçan sərnişinlər təyyarənin göyərtəsindəki əyləncə sistemindən və WiFi paketindən pulsuz istifadə edə bilərlər. Biznes-klass sərnişinləri üçün müxtəlif ölkələrin mətbəxinə aid yeməklərdən ibarət rəngarəng menyu təklif olunur. Ekonom-klass sərnişinləri də əvvəlcədən isti yeməklər sifariş edə bilərlər. Yeməklər daxil olmaqla, seçilən tarifin dəyərinə qəlyanaltı və içkilər də daxildir. Biznes-klassla uçmağın digər üstünlükləri sırasına aeroportda ayrıca qeydiyyat masası, launc-zonaya giriş, təyyarəyə özəl çatdırılma, pasport nəzarətindən tez bir müddətdə keçmə və baqajın təcili alınması daxildir.
Əgər siz aeroportda vaxtınıza qənaət etmək istəyirsinizsə, onda uçuşa 48 saat qalmış “Flydubai” internet saytında onlayn rejimdə və ya aviaşirkətin mobil əlavəsində qeydiyyatdan keçə bilərsiniz. Yeri gəlmişkən, növbəti səyahət üçün də bu qaydada bilet sifariş etmək mümkündür.
Bir sözlə, “Flydubai” reysləri ilə Azərbaycandan İordaniyaya uçuş maksimal rahat şəraitdə keçir və xoş təəssüratlar yaradır. Əmmanda sərnişinləri müasir və yaxşı avadanlığı olan aeroport qarşılayır. Baqajın alınması və pasport nəzarətinin başa çatdırılması kimi formal prosedurlardan sonra Akabaya yollanan səyahətçilər nəqliyyat məsələsini həll etməli olurlar.
Akabaya yola düşmə
Əmman aeroportundan Akabaya birbaşa olaraq taksi ilə də getmək olar. Həmçinin aeroportdan Əmmanın yeddinci dairəsinə qədər 3,3 dinara mikroavtobusla yola düşüb sonra Akabayadək 11 dinara “Jetbus” avtobusuna da minmək olar. Paytaxtdan Akabaya yol çox da qısa deyil: mənzilbaşına çatmaq üçün 5 saatlıq məsafə qət etmək lazımdır. Demək olar ki, bütün səyahət boyu avtobusun pəncərələrindən yeknəsəq səhra mənzərələri görünür və heç bir bitki, yaxud insan məskəninə rast gəlinmir. Bu, heç də təəccüblü deyil: İordaniya ərazisinin 90 faizi səhra və yarımsəhralardan ibarətdir.
Yalnız marşrutun sonunda – Qırmızı dəniz regionuna yaxınlaşdıqda pəncərədən görünən landşaft canlanır, daha çox palma ağacları və bərəkətli əkin sahələri görünür.
Akaba
Xurma palmaları Akabanın florasında xüsusi yer tutur. Bütün şəhərboyu onların meyvələri sallanan bərəkətli budaqlarını görmək mümkündür. Xurma bir dəfə – yayın sonunda və payızın əvvəlində yetişir, bu səbəbdən də biz məhz həmin bol mənzərənin şahidi oluruq. Yolboyu bütün küçələrdə və parklarda ağacların dibinə düşmüş yetişmiş xurma meyvələrini görmək olar. Bizdə onları adətən mağazalarda satırlar. Yetişmiş xurmaların yerə tökülməsinin qarşısını almaq üçün yerli hakimiyyət orqanlarının, həmçinin sakinlərin təşəbbüsü ilə parklarda xüsusi torlu kisələr də qoyulub.
“Mövenpick Resort & Residences Aqaba” oteli
İsveçrənin “Mövenpick” dəbdəbəli otellər şəbəkəsi İordaniyada çox geniş yayılıb. Ölkənin ən populyar turizm məkanlarında onun beş mehmanxanası yerləşir. Akabada “Mövenpick” oteli turistlər üçün öz-özlüyündə görməli bir məkandır. Əlverişli yerinə, özəl çimərliyinə və rahat istirahət üçün geniş imkanlarına görə bu mehmanxana turistlərin diqqətini daha çox cəlb edir.
Akaba 140 min əhalisi olan kiçik şəhərdir. Onun bütün turizm infrastrukturu mərkəzdə yerləşir və onların hamısı “Mövenpick”in ətrafındadır. Mehmanxana kompleksinin korpusları və villaları şəhərin mərkəzi yolunun kənarındadır. Otel dənizin sahilindən sıfır metr məsafədə yerləşir. Buradakı özəl çimərlikdən istifadə etmək üçün yerüstü keçiddən istifadə etmək lazımdır. Cəmi 132 metr uzunluğu olan bu çimərlik “Mavi bayraq” sertifikatı ilə ekoloji normalara cavab verən istirahət məkanı kimi qiymətləndirilib. Akab körfəzinin büllur kimi suları mərcan qayalarının toplaşdığı və Avropaya daha yaxın olan ərazi sayılır. Buradakı 200 mərcan növü və 500 balıq növü bir çox dalğıcların diqqətini cəlb edir. Akabada sualtı üzgüçülük üçün Dəniz parkının himayəsi altında olan 23 məkan mövcuddur.
“Mövenpick” otelinin sahil ərazisində olan yaşıllıq və gül-çiçəyin yaxınlığında bir neçə hovuz və restoran var. Onların arasında Afrika-ərəb mətbəxinə aid olan “Red Sea Grill” balıq restoranını xüsusilə qeyd etmək lazımdır. Bu restoranda Qırmızı dənizdən tutulmuş təzə dəniz məhsullarından ibarət ləziz yeməklər təklif olunur.
Ayla şəhərinin xarabalıqları
Otelin yaxınlığında tarixi müsəlman yaşayış məskəni olan Ayla ərazisində arxeoloji qazıntıların aparıldığı məkanı da görmək olar. Bu şəhər təqribən 650-ci ildə salınıb və Əməvilərin hökmranlığı dövründə, sonra isə Abbasilərin və Fatimilərin zamanından bəri 1116-cı ilədək çiçəklənib.
Ayla xarabalıqları 1986-cı ildə İordaniyanın Turizm və Tarixi Abidələr Nazirliyinin Çikaqo Universiteti ilə apardığı birgə qazıntılar zamanı aşkar edilib.
Ayla qədim müsəlman şəhərləri arasında xüsusi yerə malik olub. Qazıntı aparılan ərazidə bazarlar, darvazalar, ticarət anbarları və infrastruktur qalıqları olan digər tikililər aşkar olunub. Onlar həm şəhərin içərisində, həm də şəhər divarlarından kənarda tapılıb. Aşkar olunan artefaktlar Aylanın Efiopiya ilə ticarət əlaqələri, həmçinin Hind okeanı və Uzaq Şərq regionlarındakı şəhərlərlə əməkdaşlığını sübut edir. Bununla belə, şəhərin dəniz vasitəsilə əsas ticarəti Ərəb yarımadası və Misirlə həyata keçirilib. Aylanı İraq və Suriya ilə quru vasitəsilə ticarət yolları da birləşdirib. Digər müsəlman şəhərlərində olduğu kimi, Aylanın mərkəzində də məscid və xəlifə evi olub.
Bu gün Ayla şəhərinin xarabalıqları dövlət tərəfindən mühafizə olunur, onun ərazisində hamı üçün pulsuz girişin təmin edildiyi arxeologiya parkı fəaliyyət göstərir.
Akabanın digər tarixi abidələri sırasında orta əsrlərə aid Məmlük Fortu qalasını da göstərmək olar. Bu qədim abidə Arxeologiya Muzeyinin yaxınlığında yerləşir.
Şəhər çimərliyi
Akabanın mərkəzi küçəsi ilə gəzinti zamanı daş pillələrdən ibarət olan qayalıqlar sizi onun yaxınlığında yerləşən şəhər ictimai çimərliyinə aparır. Çoxlu turistin gəldiyi çimərlik yerli sakinlər arasında da populyardır. Burada istirahət üçün hər cür şərait var, həmçinin günəş şüalarından qorunmaq üçün palma yarpaqlarından da istifadə olunur. Onların kölgəsi yuxulu suvenir tacirlərinin istirahət və uşaqların oynadığı yerdir. Sahildə lövbər salmış kiçik gəmilər, katerlər dəniz ekskursiyasına çıxmaq istəyənlərin sərəncamına verilir.
Akaba akvatoriyası qonşu Misir və İsrail arasında bölünür. Şəhər çimərliyində olduğunuz zaman qarşıdakı Fələstin sahillərində yerləşən İsrail qəsəbələrini görə bilərsinz. Yeri gəlmişkən, o biri sahildən də Akabanın mənzərəsi, xüsusən sahildə olan İordaniya bayrağının dalğalandığı 136 metrlik bayraq dirəyi görünür.
Şopinq
Akabada iri ticarət mərkəzləri olmasa da, hər yerdə suvenirlərin satıldığı kiçik dükanlar var. Burada çimərlik geyimi və ləvazimatlarının, gündəlik qarderob mallarının satıldığı mağazalar da fəaliyyət göstərir.
Suvenir dükanlarında bir çox maraqlı məmulatlar – İordaniyanın xalq sənətinə aid keramika qabları, metal əşyalar, üzərində nəfis naxışların işləndiyi xəncər və bıçaqlar, milli geyim elementləri, şal və yaylıqlar, təbii daşlardan və mərcandan olan bəzək əşyaları, əl işinin məhsulu olan təbii sabun və s. əldə etmək olar.
Sözardı
Akaba İordaniyanın yeganə dəniz limanının yerləşdiyi mühüm iqtisadi bölgədir. Bu şəhərdən növbəti yaşayış məntəqəsi olan Tala Bəyə aparan yolda çoxlu yük konteynerləri və qaldırıcı kranları görmək mümkündür. Tala Bəy kurort qəsəbəsi formal olaraq Akabaya aid edilsə də, birbaşa və dolayısı ilə ondan ayrıdır. Akabanın mərkəzindən avtomobillər 20 dəqiqəlik məsafədə olan Tala Bəy elit yaşayış kompleksləri və bahalı yaxtaları olduğu dəniz buxtası ilə məşhurdur.
Tala Bəy ilə tanışlıq, habelə Qırmızı dənizin büllur kimi şəffaf dibi olan mərcan adalarına katerlə səyahət barədə biz İordaniya haqqında reportajımızın növbəti hissəsində bəhs edəcəyik. Onu izləməyinizi məsləhət görürük.
Yay fəslinin bitməsinə baxmayaraq hər həftə sonu olmaqla Yaxta turlarımız davam edir. Siz də öz yaxınlarınızla ailənizlə birgə Xəzər Dənizində gəzintilərə qoşulun ?
● Tarix – Hər həftənin bazar günü / Azneft dairəsi Bayrağın yanı / 18:00-da toplanış
● Qiymət:
Standart tur (25 nəfərlik) – 30 AZN
Vip tur (7 nəfərlik) – 55 AZN
● Qiymətə daxildir
• Yaxta ilə Xəzər dənizi gəzintisi (90 dəqiqə)
• Nəzarətçi, Gəmi Kapitanı və Matros, Təhlükəsizlik Xidməti
• Fotosessiya
(Şəkilləri PULSUZ olaraq əldə edirsiniz)
• Menyu: Kartof free və ya burger, pizza, çay şirniyyatla, sərinləşdirici sular, meyvə, dondurma,
• İstəyə uyğun olaraq Mafia oyunu
• Gəzinti boyunca Canlı musiqi
• Hər ailədən 3 yaşa qədər bir uşaq pulsuz iştirak edə bilər. • 25 nəfərlik yaxta turunda minimum 15 nəfər olduğu halda tur baş tutur !
Ümumdünya Turizm Günü ilə bağlı Lənkəran Turizm İnformasiya Mərkəzinin tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində Lənkəran Turizm İnformasiya Mərkəzinin (TİM) təşkilatçılığı ilə turizm sərgisi olub. Lənkəran ŞİH-nın iştirakı ilə bayram tədbiri təşkil olunub. Tədbirdə turizm obyektləri, yerli və xarici turistlər olub. Həmçinin Lənkəran Dövlət Universitetinin tələbələri də iştirak edib.
Tədbir çərçivəsində TİM tərəfindən Mərkəzin foyesində Cənub bölgəsinin turizm potensialını əks etdirən və görməli yerləri nümayiş edən fotosərgi keçirilib. Yerli sənətkarların əl işlərindən ibarət sərgi təşkil olunub. Eyni zamanda gələn yerli və xarici turistlərə Cənub bölgəsinin turizm potensialı haqqında geniş məlumatlar verilib.
TİM-in direktoru İlqar Əzimov tərəfindən Ümumdünya Turizm Gününün tarixi və bu gün respublikamızda və o cümlədən Cənub bölgəsində bu sahədə görülən işlər barədə məlumatlar verilib. Sərgi zamanı TİM tərəfindən sərgidə iştirak edən Lənkəran Dövlət Universitetinin və Lənkəran Humanitar Kollecin turizm ixtisası üzrə təhsil alan tələbələri ilə maraqlı viktorinalar təşkil olunub. Turizm mövsümü zamanı Cənub bölgəsinin turizm potensialının təbliğində xüsusi fəallıq göstərənlərə hədiyyələr verilib. “Yaşıl Çay”, “Astara çay” təsərrüfatları və “Palıdlı Sahil” kurort-sanatoriya mərkəzi TİM tərəfindən fəxri fərmanlarla təltif olunub.
Günün ikinci yarısında TİM tərəfindən xarici turistlər və tələbələr üçün Lənkəranın görməli yerlərinə infotur təşkil olunub.
Turizm sərgisinin həftə sonuna kimi davam etməsi nəzərdə tutulub.
Səudiyyə Ərəbistanı hakimiyyəti yerli aviaşirkətləri Rusiya ilə birbaşa uçuşlar təşkil etməyə təşviq edəcək.
Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanın Turizm və Milli İrs İdarəsinin müdiri Əhməd Əl-Xatib bildirib. Yaz aylarında “Nordwind Hava Yolları” Ciddədən Moskvaya ilk birbaşa uçuşlara başlayıb. İyun ayında Krallığın o vaxtki enerji naziri Xalid əl-Falih, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında həftədə 14 birbaşa uçuş planlaşdırdığını və bunların sayının daha da artacağını bildirmişdi. O əlavə edib ki, uçuşların istiqaməti rus turistlərin üstünlüklərindən asılı olaraq müəyyənləşdiriləcək.
Qeyd edək ki, Əhməd Əl-Xatib həmçinin bunları söyləyib: “Biz bu məsələni araşdıracağıq və rus turistlərin istədiklərinə əsaslanaraq müxtəlif istigamətləri açacağıq. Dənizi görmək istəsələr, Qırmızı dənizə uçuşlar açacağıq. (Mədəni) irs və tarixi haqqında öyrənmək istəsələr, Rusiyadan gələn turistlər üçün yolu asanlaşdıracağıq.
2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunub. Naxçıvanın ən qədim təsərrüfat sahələrindən biri də arıçılıqdır. Zəngin bitki örtüyü və təbii şərait yüksək keyfiyyətli bal istehsalına, göstərilən dövlət qayğısı və dəstəyi isə arıçılıq təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olub. Hər il Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları-bal festivalı” da arıçılar üçün geniş imkanlar açır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 28-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları-bal festivalı” keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib.
Festival açıq elan edildikdən sonra Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov çıxış edərək deyib ki, Naxçıvanda arıçılıq əsasən son 20 ildə geniş surətdə inkişaf etdirilməyə başlanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə arıçılığın inkişafı sahəsində mühüm tədbirlər görülüb, arı ailələrinin sayı artıb. Hazırda muxtar respublikada arı ailələrinin sayı 74 mindən çoxdur. Elsevər Əsədov arıçılar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.
Məlumat verilib ki, festivala muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 323 arıçı tərəfindən 13 tondan artıq süzmə, 3 tona yaxın şan bal, arı südü, mum, vərəmum, çiçək tozu və güləm çıxarılıb. Naxçıvan balı öz dadı, qoxusu, görünüşü, həmçinin bir sıra keyfiyyət göstəricilərinə görə Azərbaycanda, eyni zamanda, qonşu ölkələrdə yaxşı tanınır və yüksək qiymətləndirilir. Son illər Naxçıvanda arıçılıq sahəsində aparılan elmi araşdırmaların həcmi çoxalıb, bu sahəyə dair kitab və dərsliklər nəşr olunub. Balla yanaşı, vərəmum, çiçək tozu, güləm, arı südü və digər arıçılıq məhsulları yüksək tibbi əhəmiyyətə malikdir. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində vərəmumdan təbii antibiotiklər hazırlanır.
Naxçıvan şəhər sakini Bəyməmməd Ağammədov Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: Fəxr edirik ki, cənab İlham Əliyev kimi Prezidentimiz var. Eyni zamanda fəxr edirik ki, Naxçıvanımızı inkişafa, sabitliyə, rifaha qovuşduran rəhbərimiz var. Ölkəmizin, onun bir hissəsi olan doğma Naxçıvanımızın çətin günlərini yaxşı xatırlayırıq. Ulu öndər Heydər Əliyev xalqımızı, ölkəmizi, müstəqilliyimizi o çətin günlərdən xilas etdi, qorudu.
Ali Məclisin Sədri arıçılarla söhbət edib, bal alıb, onların qayğıları ilə maraqlanıb.
Günnüt kəndindən olan arıçılar Fikrət Məmmədov və Nəsrəddin Fərəcov minnətdarlıq edərək deyiblər ki, artıq Günnüt balının şöhrəti geri qaytarılıb. Həm zəngin bitki örtüyü, həm də təbii şəraiti Günnüt kəndində arıçılıq üçün geniş imkanlar açır. İşğaldan azad olunduqdan sonra arıçılar bu imkanlardan yararlanaraq keyfiyyətli bal istehsal edirlər.
Şərur rayonunun Cəlilkənd sakini, arıçı, “Əmək orden”li Familə Mirzəyeva deyib ki, arıçı sahibkarların pulsuz dərmanla təmin edilməsi, hər bir arı ailəsinə görə subsidiyanın və arıçılara güzəştli kreditlərin verilməsi bu sahənin inkişafına geniş imkanlar açıb. Festivallarda məhsullarımızı rahat satırıq. Eyni zamanda, təsərrüfat adamlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu da məsuliyyətimizi artırır, daha həvəslə işləyirik.
Arıçılardan Mirabbas Eminov, Vilayət Abdullayev, Müqbil Zamanov da minnətdarlıq edərək festivalın məhsul satışı ilə yanaşı, həm də arıçılar arasında təcrübə mübadiləsi aparılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.
Naxçıvanda festivalların keçirilməsi turistlər və gələn qonaqlar tərəfindən də böyük maraqla qarşılanır.
Bakı şəhər sakini, Azərbaycan Dövlət Radiosunun baş redaktoru, Əməkdar İncəsənət xadimi Şəfəq Əlixanlı minnətdarlıq edərək deyib: “Hər il Naxçıvana gəlirik. Müxtəlif tədbirlərdə, festivallarda iştirak edir, muxtar respublikanı gəzirik. Naxçıvanın mərkəzində də, ən ucqar yaşayış məntəqələrində də inkişaf və müasirlik var. Səliqə-sahman, təmizlik, insanların xoş siması bizi qürurlandırır. Heyrətlənməmək mümkün deyil. Artıq əminliklə demək olar ki, Naxçıvan dünyanın mərkəzi və ən abad yeridir”.
Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Yasəmən Hacıyeva da Naxçıvanın inkişafının, xüsusilə elmə, təhsilə göstərilən diqqətin, tikilən müasir məktəb binalarının, səhiyyə müəssisələrinin, salınan yolların, abadlaşan kəndlərin, keçirilən festivalların nümunə olduğunu bildirib.
Festivalda baldan hazırlanan müxtəlif şirniyyatların, eləcə də dulusçuluq, ağacişləmə, tikmə nümunələrinin, məhkumların hazırladıqları müxtəlif əl işlərinin də satışı həyata keçirilir.
Şahbuz, Sədərək, Ordubad, Babək və Culfa rayonlarından gələn arıçılar da Ali Məclisin Sədrinə arıçılığın inkişafı üçün yaradılan şəraitə görə minnətdarlıq ediblər.
Culfa rayonunun Gülüstan kənd sakini, arıçı İlqar Hüseynov arı ailələrinin becərilməsində qədim metodlardan və Naxçıvan təcrübəsindən geniş istifadə etdiyini bildirib. İlqar Hüseynov deyib ki, Gülüstan kəndi arıçılıq üçün çox əlverişlidir. Hər il bol məhsul götürürəm. İstehsal etdiyim baldan 170 kiloqram əsgərlərə pay vermişəm. Dövlət təsərrüfatımın inkişafı üçün şərait yaradır, dəstək verir. Bizim borcumuz da ordumuzla bir olmaqdır, həmrəylik nümayiş etdirməkdir.
Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri və Rəqs qrupu festival iştirakçılarına musiqi nömrələri təqdim ediblər.
Ali Məclisin Sədri Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçiləri – Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin bədii rəhbəri və dirijoru Nizami Məmmədov və Mahnı və Rəqs Ansamblının baletmeysteri Tamerlan Bağırov ilə görüşüb, orkestrin və ansamblın formalaşmasının əhəmiyyətini vurğulayıb, onlara təşəkkür edib. Həmçinin Ali Məclisin Sədri “Turizm könüllüləri” layihəsinin iştirakçıları ilə söhbət edib.
Ali Məclisin Sədri nümunəvi arıçılıq təsərrüfatlarının təcrübəsinin yayılması, arıçılığın elmi əsaslarla öyrənilməsinə diqqətin artırılması, eləcə də Naxçıvan Dövlət Universitetində muxtar respublika arıçıları ilə birlikdə maarifləndirici seminarın keçirilməsi barədə tapşırıqlar verib.
Festival sentyabrın 29-da da davam edəcək, arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə keçiriləcəkdir.
“Hazırda otellərin üzərində olan ulduzlar onların özünü qiymətləndirməsi və ya əvvəlki təcrübələr əsasında qoyulub”
Bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov deyib. Onun sözlərinə görə, otellərə ulduzların verilməsi ilə bağlı yeni qaydalar hazırlanır. “Hazırda otellərin üzərində olan ulduzlar onların özünü qiymətləndirməsi və ya əvvəlki təcrübələr əsasında qoyulub“
Bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov deyib. Onun sözlərinə görə, otellərə ulduzların verilməsi ilə bağlı yeni qaydalar hazırlanır.
“Ola bilsin, hansısa oteldə ulduz keyfiyyətə görə reallığı əks etdirir, hansındasa yox. Amma otellərə ulduzların verilməsi ilə bağlı qaydalar hazırlanır.
Qaydalar Nazirlər Kabinetinə təqdim olunacaq. Təsdiq olunduqdan sonra işlərə başlanılacaq. Ulduzu verən qurumun ekspertizası olacaq, çünki hər adam otelin keyfiyyət qiymətləndirməsini apara bilməz. Bu qurum Hotellər Assosasiyasıdır. Onların rəyi əsas götürülərək otellərə ulduz veriləcək”
M.Muradov qeyd edib ki, regionlarda ən rentabelli otellər 30-40 otaqlı otellər hesab olunur: “Otaqların sayı çoxaldıqca onların rentabelliyi azalır. Qanunvericiliyə ediləcək təkliflərə əsasən, daha çox təşviq siyasətimiz aşağı büdəcli otellərin regionlarda tikintisi iıə bağlı olacaq. Bu istiqamətdə vergi qanunvericiliyi və digər qanunvericilik çərçivəsində işlər görürük. Lakin heç də o demək deyil ki, 4-5 ulduzlu otellər regionlarda tikilməməlidir. Belə otellərin tikilməsi regionlarda çox sayda iş yerlərinin yaradılması deməkdir. Fikrimcə, dövlət müəyyən seqmenti dəstəkləməlidir. Amma digər seqmentin bazardan çıxmasına da şərait yaradılmamalıdır. Çünki investorun qərarıdır ki, o, 3 və ya 5 ulduzlu otel tiksin”.