???TELESIN.Qeydiyyat davam edir. Ofise gelmedende Qeydiyyata düşe bilersiz whatsapp:070-264-60-30
✅⏩ 2günlük 9-10noyabr Qiymet: 75AZN seher yemeyile 98AZN (Her şey daxil)
?Qeyd:
İraq qədim Babil şəhərinin bərpasına 49 milyon pul ayırıb
İraqın Mədəniyyət, Turizm və Abidələr naziri Əbd-əl-Əmir əl-Hamdani bildirib ki, UNESCO-nun Babil şəhərinin Dünya İrsi siyahısına salınmasını bir qədər gecikmiş addım hesab edir.
Xatırladaq ki, iyulun əvvəlində UNESCO-nun 43-cü sessiyasnda Babil şəhəri Dünya İrsi siyahısına daxil edib.
“Babil dünyanın ən qədim şəhərlərindən biridir. O, bütün dünya üçün işıq mənbəyi olaraq qalır, tarixin yaradılışı oradan başlayır, bu şəhər UNESCO-un Dünya irsi siyahısına daxil olmağa layiq idi”, – nazir deyib.
O, UNESCO-nun qərarından sonra məbədlərin müdafiəsi və qədim şəhərin bərpası məqsədilə nazirliyin ixtisaslaşmış arxeoloji qruplar yaratdığıını qeyd edib. Bu məqsədlə yerli hökumət 49 milyon dollar ayırıb və yaxın dörd ildə də təxminən eyni məbləği ayırmaq niyyətindədir.
Babil xarabalıqları hazırkı El-Xill şəhərinin kənarında, Bağdadın cənubundakı 90 kilometrliyində yerləşir.
Səudiyyə Ərəbistanı bu qadınların çarşab taxma məcburiyyətini ləğv edir
Səudiyyə Ərəbistanında ölkəyə tətil üçün gələn xarici ölkə vətəndaşı olan qadınların çarşab geyinmə məcburiyyətinin ləğv olunacağını bildirilib.
Bu barədə açıqlama verən ölkənin Turizm və Milli Miras Komissiyasının rəhbəri Ahmet El-Katib qeyd edib ki, ölkəyə gələcək qadınların başlarını bağlamaq məcburiyyəti olmasa da, onlara göstərişsiz və sadə geyinmək haqqında müəyyən xəbərdarlıqlar ediləcək.
“Bloomberg”ə açıqlama verən El-Katib ölkənin yaxın zamanlarda çox böyük reformlara səhnə olacağını, turizmin inkişafı üçün müəyyən yeniliklər tətbiq olunacağını bildirib.
El-Katib yerli qadınlar üçün də belə məcburiyyətin qaldırılmaq ehtimalı haqqında suala isə belə cavab verib: “Bu barədə heç müzakirə etməmişik. Çünki bu, bizim mədəniyyətimizin bir parçasıdır. Buna görə heç kim narahat deyil”.
Son vaxtlar Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməsinə və kişilərlə birlikdə konsert və filmlərə getməsinə icazə verilməsinə etiraz edən, sərt reaksiya göstərən insanlara da səslənən El-Katib onlara “əgər bu qərar sizin xoşunuza gəlmirsə, bu cür yerlərə getməyə bilərsiniz”, – deyə cavab verib.
Kitabxanada “Azərbaycan təbiəti və turizm” adlı tədbir təşkil olunub
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında “Azərbaycan təbiəti və turizm” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə filialın müdiri Esmira Əliyeva oxuculara Beynəlxalq Turizm Günü və son zamanlar Azərbaycanda turizmin inkişafı barədə məlumat verib.
Çıxışda qeyd olunub ki, son bir neçə ildə Azərbaycanda turizm sektorunun inkişafı üçün müəyyən addımlar atılıb. Bu məqsədlə yeni otellər, istirahət mərkəzləri tikilib, xarici turistlərin ölkəyə cəlb edilməsi üçün viza rejimi sadələşdirilir. Həmçinin forumlar, sammitlər və idman oyunları keçirilir. Əcnəbi turistlərin Azərbaycanda rahat və təhlükəsiz istirahət etmələri üçün tam təminat var. Bənzərsiz təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicəvi Naftalan nefti, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin və hətta qış turizminin inkişafı üçün bütün şərait yaradılıb.
Sonda oxucular mövzu ilə əlaqədar təşkil edilmiş sərgi ilə tanış olublar.
Azərbaycanın qastroturizm potensialı Rusiyada təbliğ olunub
Dövlət Turizm Agentliyi Rusiyanın paytaxtı Moskvada keçirilmiş “World Food Moscow 2019” beynəlxalq qida sərgisində təmsil olunub.
Dövlət Turizm Agentliyindən bildirilib ki, İqtisadiyyat Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə ölkəmiz bu dəfə də sərginin tərəfdaş ölkəsi qismində “Made in Azerbaijan” vahid milli stendi ilə iştirak edib.
Dövlət Turizm Agentliyinin qurduğu stenddə ziyarətçilərə ölkəmizin turizm potensialı və yeni turizm startegiyası ilə bağlı informasiya verilib.
Ziyarətçilər 40-dan çox Azərbaycan şirkəti ilə tanış olmaq imkanı əldə ediblər. 400 kvadratmetrdən böyük olan milli stenddə sərgilənən yerli kənd təsərrüfatı və qida məhsulları ilə tanış olublar.
Ölkəmizin aqroturizm və qastroturizm potensialının əyani nümayişi məqsədilə agentlik tərəfindən mətbəx qurulub.
Gündəlik müəyyən edilmiş tematikaya əsasən Azərbaycanın milli mətbəx nümunələrindən ibarət süfrə açılıb.
Ustad dərsləri zamanı Azərbaycan mətbəxinin XXI əsrdə dərin etnoqrafik köklərə bağlı qalaraq təkmilləşdirilməsindən, istifadə edilən məhsulların biomüxtəlifliyindən, mətbəx nümunələrinin özlərinin və hazırlanma vasitələrinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında olmasından bəhs edilib.
4 gün ərzində sərgi ziyarətçilərinə təqdim olunan kataloq və bannerlərdə Azərbaycan barədə məlumatlar yerləşdirilib. Sərginin keçirildiyi zallarda “Azerbaijan: Take Another Look” (Azərbaycan: Bir daha bax) turizm brendinin reklam çarxları nümayiş olunub.
Elmar Məmmədyarov hindistanlı həmkarı ilə görüşüb
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Hindistanın xarici işlər naziri Dr. Subrahmanyam Caişankar ilə görüşüb.
XİN-dən “Report”a verilən məlumata görə, görüş BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutub.
Nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən iqtisadi, nəqliyyat, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
E.Məmmədyarov Azərbaycanın iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında Hindistanlı həmkarına məlumat verərək bu layihələrin regional əməkdaşlığa və Şərq-Qərb dəhlizinin inkişafına töhfə verdiyini və yükdaşımaların vaxt və maliyyə baxımından daha effektiv həyata keçirilməsi üçün əlverişli şərait yaratdığını qeyd edib.
Tərəflər həmçinin Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşü və Hindistan nümayəndə heyətinin tədbirdə iştirakını məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Astara Mandarin-Sitrus bağlarına ekskursiya!
Astara Mandarin-Sitrus bağlarına ekskursiya!
Ətirli Mandarin bağlarına heyran qalacaqsınız!
Astara-Lənkəran-Lerik turu
Tarix : 5-6 oktyabr
Qiymət : 75 manat (2 gün,1 gecə)
2 günlük tura daxildir: ( Lerik-Astara Mandarin bağları turu)
*VİP nəqliyyatla gediş gəliş (Yeni istifadəyə verilmiş ƏLƏT-ASTARA yolu ilə)
qiymətə daxildir:
Lerikdə təbiət qoynunda yerləşən , bütün xidmətlərlə təhciz olunan istirahət mərkəzində gecələmə
komfortlu nəqliyyat
*qidalanma (2 səhər,1 nahar,1 şam yeməyi)
**Səhər yeməyi :yağ,pendir,yumurta,xama,bal
**Nahar yeməyi : Assorti kabab,mərci supu,salat,pomidor xiyar,pendir,acika
** Şam yeməyi : Talış plovu,Ləvəngi,paytaxt salatı,süzmə,acika,pendir,pomidor xiyar,dovğa
*Diskoteka və Mafia gecəsi
*Karaoke
*Mandarin bağlarında gəzinti,mandarim təsərrüfatı ilə yaxından tanışlıq.
*Ekskursiyalar: Lerik Günəşli şəlaləsi,Lənkəran Xanbulan gölü,Astara Bulvarı,Yanarbulaq,dağlıqda ərazidə yerləşən füsunkar mənzərəli Mandarin-Sitrus bağında gəzinti,Lənkəran Samovar heykəli)
*(Yerli düyü,çay meyvə və s alış veriş etmək imkanı)
*Professional tur rəhbəri
*Limitsiz fotosessiya
Əlavə məlumat 070-264-60-30
Zaqatalada II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı başlayır
Bu gün Zaqatala rayonunda II Beynəlxalq fındıq, qoz, şabalıd festivalı işə başlayır.