Ev Blog Səhifə 150

“Bütün dünyada olduğu kimi Azərbaycanda da…”

0
turizm

Dövlət Turizm Agentliyi olaraq əsas vəzifəmiz turizm potensialımızı təbliğ etməklə, yeni turizm məhsulları yaratmaqla, mövcud imkanlardan maksimum səmərəli istifadə etməklə ölkəmizi regional və qlobal turizm mərkəzi kimi tanıtmaq, Azərbaycana daha çox turistin gəlməsinə nail olmaqdır.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 27 sentyabr – Ümumdünya Turizm Günü münasibətilə ünvanladığı təbrik müraciətində deyib.

Onun sözlərinə görə, bu vəzifələrin icrasında əsas məqsədimiz isə iqtisadiyyatın inkişafına, məşğulluq səviyyəsinin artmaqdır. İnsanlarımızın rifah halının yaxşılaşmasına töhfə verməkdir.

F.Nağıyev əlavə edib ki, 2016-cı ildən etibarən ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunan bu tarix həm də turizm sahəsində çalışanların peşə bayramıdır:

Təsadüfi deyil ki, bu il Ümumdünya Turizm Günü “Turizm və iş yerləri: hamı üçün daha yaxşı gələcək” şüarı altında keçirilir. Bütün dünyada olduğu kimi Azərbaycanda da turizm cəmiyyətin sosial, mədəni, iqtisadi həyatına təsir edən, dəyər qatan əsas amillərdən biridir. Turizmin inkişafı hamı üçün daha yaxşı, daha proqressiv gələcək deməkdir. Turizm sənayesinin hər bir iştirakçısının turizmin inkişafında özünəməxsus rolu var. Bu rolun məsuliyyətini anlamaq, üzərinə düşən vəzifələri doğru və düzgün yerinə yetirmək bu günü peşə payramı kimi qeyd edən hər kəsin mənəvi borcudur”.

Elmar Məmmədyarov yunanıstanlı həmkarı ilə görüşüb – FOTO

0
Elmar Məmmədyarov

BMT BA-nın 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias ilə görüşüb.

Görüşdə öncə Nazir Elmar Məmmədyarov yeni Hökumətin seçilməsi münasibətilə yunan həmkarını təbrik etdi.

O, Nazir N.Dendiasa Azərbaycan Respublikasının Yunanıstan Respublikasına yeni Səfirinin təyin olunduğu barədə məlumat verdi.

Görüşdə Nazirlər Azərbaycan və Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi apardılar. Tərəflər arasında, xüsusilə qeyri-neft sektoru və turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi müzakirə edildi.

Bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və infrastruktur layihələri, xüsusilə də Avropanın enerji siyasətinin mühüm komponenti olan Cənubi Qaz Dəhlizi üzrə fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov Yunanıstan Xarici İşlər nazirini Azərbaycana səfər etməyə dəvət etdi.

Ən təmiz havası olan ölkələr – TOP 10

0
ölkələr

Son illər ekologiya və ətraf mühitin müdafiəsi beynəlxalq gündəmdə get-gedə daha vacib rol oynamağa başlayıb. Əksər ölkələr atmosferə zərərli maddələrin atılmasını azaltmağa can atırlar və buna başlıca olaraq iqlim üzrə Paris sazişinin imzalanması böyük təsir göstərib.

Lakin bəzi ölkələrdə təmiz hava yaratmaqla bağlı vəziyyət çox da kritik deyil.

Dünyanın ən təmiz havası olan 10 ölkəsini təqdim edirik:

1.Avstraliya

Avstraliya

İndeks: 100,00

Postindustrial ölkələrin əksəriyyəti kimi, Avstraliya da şəhər sivilizasiyasının standart problemləri ilə üzləşir: şəhərlərin zibil və nəqliyyat vasitələrinin qazları ilə çirklənməsi.

Ancaq bu problemlərin öhdəsindən gəlmək mümkün olur. Doğrudur, həll edilməsi daha çətin olan başqa problem var – bu, təzə su problemidir.

Buna baxmayaraq, Avstraliya havanın keyfiyyətinə görə liderdir.

2.Barbados

Barbados

İndeks: 100,00

Barbados-Karib dənizinin şərqində Kiçik Antil Adaları qrupunda eyni adlı adada yerləşən bir dövlətdir.

Əhalinin həyat və savad səviyyəsinə görə lider yerlərdən birini tutur.

Bu ölkə mühüm turizm istiqamətidir, nadir flora və faunaya malikdir.

3.İordaniya

İordaniya

İndeks: 99,61

İordaniya havanın təmizliyi səviyyəsinə görə üçüncü yerdədir. Buna baxmayaraq, bu ölkə ekoloji problemlərsiz ötüşməyib.

Hazırda ekologiyanın əsas problemlərindən biri ölkə əhalisinin sayı çoxaldıqca zibilliyin sayının artmasıdır
Ölkədə bərk tullantıların emalı ilə bağlı problemlər mövcuddur. Buna baxmayaraq, hələ ki, ölkə havanın keyfiyyətinə görə liderlər sırasındadır.

4.Kanada

Kanada

İndeks: 99,28

Meşələr Kanada torpaqlarının təxminən 50% – ni əhatə edir. Ümumiyyətlə, Kanada dünya meşələrinin 10% -ə və böyük neft, qaz, kömür və digər faydalı qazıntılara malikdir.

Xüsusilə tundrada və ölkənin dağlıq ərazilərində olmaqla, insan ayağı dəyməmiş böyük ərazilər bütün Kanada torpaqlarının 70% – ni təşkil edir və Yer kürəsinin bütün toxunulmamış vəhşi təbiətinin 20% – ni təşkil edir.

Kanada hökuməti bütün səylərini su və atmosferə sənaye tullantılarının azaldılmasına yönəldir. Xüsusilə Toronto, Hamilton körfəzi və Sarnia kimi problemli ərazilərdə vəziyyət tədricən yaxşılaşır.

5.Danimarka

Danimarka

İndeks: 99,16

Sosioloji tədqiqatlar göstərir ki, danimarkalıların 90%-i təbiətin mühafizəsi məsələlərini cəmiyyətin birgə səyi ilə həll edilməli olan dövlətin ən aktual və əhəmiyyətli sosial-siyasi problemləri sırasına aid edir.

Ətraf mühitin mühafizəsi artıq 20 ildən çoxdur dövlət tənzimlənməsinin prioritet istiqamətlərindən biridir.

Burada hava çox təmizdir və nəqliyyatın əsas növü kimi ölkənin əksər sakinləri velosiped seçirlər.

6. Finlandiya

Finlandiya

İndeks: 99,00

Finlandiya ətraf mühitin ən təmiz ekoloji vəziyyəti olan ölkələr arasındadır.

Cinayət Məcəlləsində ekoloji cinayətlər sahəsində ifadələrin sərtləşdirilməsi məsələsinə baxılır.

Ölkədə aktual ekoloji problemlərdən biri də təbii yanacaq növlərinin təsirindən torpağın şoranlığının artması və atmosferin istiləşməsi məsələləridir.

Bu problemlər beynəlxalq səviyyədə tanınır və onların həlli ilə Finlandiya Avropa İttifaqının digər ölkələri ilə birlikdə məşğul olur.

7. Yeni Zelandiya

Yeni Zelandiya

İndeks: 98,99

Yeni Zelandiyanın əsas simvollarından biri səylə qoruyub saxlamağa çalışdığı 100%-lı “yaşıl” imicidir. Məhz buna görə də ətraf mühitin qorunması və mühafizəsi məsələləri ölkənin inkişafında prioritetlərdən biridir.

2020-ci ilə qədər dünyada atmosferə karbon tullantılarının neytral balansına malik olan ilk ölkə olmağa hazırlaşır və bununla da dünyada ən təmiz ölkə statusunun tanınmasına nail olmağı planlaşdırır.

8. Bruney

Bruney

İndeks: 98,76

Bruney dünyanın ən zəngin və təmin olunuş dövlətlərindən biridir.

Ölkə iqtisadiyyatının əsasını neft hasilatı və emalı (ildə 10 mln.tondan çox) və qaz (12 mlrd. m3-dən çox) təşkil edir.

Bruney maye qaz istehsalı üzrə dünyada 4-cü yer tutur — ölkə ərazisində qazı mayeləşdirən zavod fəaliyyət göstərir, bu zavod Yaponiyaya və digər ölkələrə qazdaşıyan maşınlar ilə ixrac edilir.


9. İslandiya

İslandiya

İndeks: 98,55

İslandiyanın havası Şimali Atlantikanın okean iqlimi və küləkləri sayəsində təmizdir.

Həm də ölkənin elektrik enerjisinə olan tələbatı, əsasən, bərpa olunan enerji resursları hesabına təmin edilir.

Mədən yanacağının daha təmiz alternativi olan geotermal enerji ölkədə və onun əksər hövzələrində binaların 90% – dən çoxunun qızdırılması üçün istifadə olunur.


10. ABŞ

ABŞ

İndeks: 97,52

ABŞ-ın ekoloji problemləri bu istiqamətdə irimiqyaslı hərəkətlərə baxmayaraq, yüksək səviyyədə qalır. Yer üzünün 6% – ni təşkil edən əhali enerji resurslarının yarısını sərf edir, dünya zibilinin 64% – ni və istixana qazlarının 25% – ni buraxır.

ABŞ-ın əsas ekoloji problemləri iki istiqamət hesab edilir: havanın çirklənməsi və bərk məişət tullantılarının miqdarı. Birinci halda böyük şəhərlər əziyyət çəkir, belə ki, burada çoxlu sayda avtomobil və zavod cəmlənib.

Buna baxmayaraq, ABŞ ən təmiz havası olan ölkələr siyahısına daxil olub.







Azərbaycanla Qazaxıstanın Mangistau vilayətinin ticarət məsələlərinə dair müzakirələr aparılıb

0
Azərbaycan-Qazaxıstan

Qazaxıstanın Mangistau vilayəti ilə Azərbaycan arasında xarici ticarət məsələləri müzakirə olunub. Qazaxıstanın Mangistau vilayətində səfərdə olan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədov bir sıra görüşlər keçirib.

Mangistau vilayətinin akimi (qubernatoru) Serikbay Trumovla görüşən R.Məmmədov iki ölkə arasında ticari-iqtisadi, turizm, nəqliyyat və logistika əlaqələrini müzakirə edib. Vilayət başçısı “Aktau dəniz limanı” Azad İqtisadi Zonada investisiya layihələrinin həyata keçirilməsinin və yerləşdirilməsinin mümkünlüyünü bildirib.

R.Məmmədov səfəri çərçivəsində “Atameken” Milli Sahibkarlar Palatasının vilayət üzrə nümayəndəsi ilə birgə Azərbaycan investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşdə uzunmüddətli tikinti layihələrinin reallaşdırılması, sahibkarların qarşılaşdıqları çətinliklərlə səfirlik tərəfindən dəstək və digər məsələlər müzakirə olunub. Bundan başqa, vilayətdə içməli su, poladəritmə, meyvə-tərəvəz bazası, logistik mərkəz, tikinti sahəsində fəaliyyət göstərən 30-dan çox şirkətin rəhbəri ilə də müzakirələr aparılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Mangistau vilayətinin xarici ticarət əlaqələrində mühüm rol oynayır. Mangistau bölgəsi ilə Azərbaycan arasında ticarət dövriyyəsi bu ilin 7 ayında 31 milyon 990,1 min ABŞ dolları olub, bunun 28 milyon 118,1 min dolları ixracın, 3 milyon 871,9 dolları isə idxalın hesabına formalaşıb. Mangistau bölgəsində Azərbaycan kapitallı 245 müəssisə qeydiyyata alınıb.

Bakıda “Old City Inn” hotelini seçən rusiyalı turist xoşagəlməz hallarla qarşılaşıb

0
Old City Inn

Azərbaycana turist axını getdikcə artır. Bunu rəsmi statistika da sübut edir. Məsələn, bu ilin yanvar-avqust aylarında ölkəyə 2,1 milyondan çox turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çoxdur.

Səyahət etmək üçün ölkəmizi seçənlərin sayının artması bu sahədə fəaliyyət göstərən şirkətlərin, hotel və ictimai iaşə obyektlərinin öz işinə daha məsuliyyətli yanaşmasını zəruri edir. Çünki cəmi 1 ziyarətçinin xidmətin səviyyəsi ilə bağlı mənfi rəyi ilə onlarla, tanınmış şəxs olduqda isə yüzlərlə, minlərlə əcnəbini ölkəyə gəlmək istəyindən daşındıra bilər. Əgər həmin ziyarətçi jurnalistdirsə, bu rəyin əhəmiyyəti dəfələrlə artır.

“Report”un əldə etdiyi məlumata görə, bu günlərdə rusiyalı jurnalistlər Bakıya səfərləri zamanı qədim şəhərin ab-havasına uyğun yerdə qalmaq üçün İçəri Şəhərdəki hotellərdən birini – “Old City Inn“i seçiblər. Lakin onlar internetdə təqdim olunduğunun əksi olaraq hoteldə pis xidmət və şəraitsizliklə qarşılaşıblar.

Belə ki, turist “Old City İnn” hotelində eyvanın qapısının bağlanmadığını və bunun onun üçün təhlükə yaratdığını, bütün gecə boyu otağının milçəklərlə dolu olduğunu vurğulayıb. Bununla yanaşı, o, yataq dəstinin də çox çirkli olduğunu, ümumiyyətlə, otağın təmizlənmədiyini bildirib. Turistin sözlərinə görə, otağın hamamının vannasının tüklə dolu olması, kanalizasiyadan isə üfunət iyinin gəlməsi onlarda doğru seçim etmədiklərinə əsas yaradıb. Ziyarətçilər “Old City İnn” otelinin işçilərinin xidməti barədə isə bildirib ki, ütü üçün 4 dəfə müraciət ediblər. Lakin bu istək yerinə yetirilməyib, qeydiyyata isə dəfələrlə zəng etsələr də, telefon üzlərinə qapadılıb.

Gördüklərindən nəticə çıxararaq hoteli dəyişmək istəyi jurnalistlərə baha başa gəlib. Belə ki, hotelin sahibi Şaiq Mütəllimov qalmayacaqları günlərin də ödənişini tələb edib. Pulu aldıqda isə heç bir çek təqdim olunmayıb.

“Report” məsələyə münasibət öyrənmək üçün “Old City İnn” hoteli ilə əlaqə saxlasa da, heç bir tutarlı cavab ala bilməyib. Hotel əməkdaşı onlara rəsmi şəkildə məktubla müraciət etməyi tövsiyə edib. Bunu nəzərə alaraq hotel barədə özümüz də internetdə araşdırma aparmağı, onun digər müştərilərinə qarşı necə münasibət göstərdiyini öyrənməyə qərara aldıq.

Məlum oldu ki, …

Diana Qaliullina adlı turist internet vasitəsilə nömrə bron etsə də, Bakıya gəldikdə həmin oteldə ona nömrənin boş olmadığını bildiriblər. Əvəzində bərbad şəraitdə digər hoteli tövsiyə ediblər. Müştəri razılaşmayanda isə qalmağa başqa yer axtarmağı bildiriblər. D.Qaliullina yazır ki, hotel rəhbərliyində onların telefon nömrəsi və digər əlaqə vasitələri olsa da, heç bir xəbərdarlıq etmədən bron olunmuş nömrəni digərlərinə satıblar.

Otel sifarişi üzrə ixtisaslaşmış dünya üzrə məşhur booking.com saytında da sözügedən hotellə bağlı xeyli sayda xoşagəlməz rəy var. Belə ki, bu yay nömrə götürən turistlər səhər yeməyinin çox zəif olmasını, yemək verilən beşinci mərtəbədəki terrasa qalxmaq üçün isə liftin işləməməsini qeyd ediblər.

Qədim və müasir Naxçıvan turizm mərkəzinə çevrilir

0
Naxçıvan

Naxçıvan Muxtar Respublikasının geniş turizm potensialı var

Muxtar respublikanın rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət və təbiət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır. 200-dən çox mineral bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşıb. Ərazidə olan flora və faunanın nadir növləri Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilib və xüsusi mühafizəyə alınıb. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Arazboyu, Ordubad və Arpaçay Dövlət Təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir. Muxtar respublikanın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər turizmin bir çox növünün inkişafına şərait yaradıb.

Ölkə Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan verib, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artıb. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınıb, su xətləri çəkilib, müasir infrastruktur obyektləri tikilib, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet istifadəyə verilib. Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd yaşıl turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamı isə dayanıqlı turizm sektoru formalaşdırmaqla yanaşı, turistlərin bütün xidmətləri kompleks şəkildə istehlakına zəmin yaradacaqdır. Hazırda tikintisi davam edən Ağbulaq Xizək Mərkəzi muxtar respublikada qış turizminin inkişafına mühüm töhfə verəcək. Yeni turizm növlərinin formalaşmasına gətirib çıxaracaq.

Tarix-mədəniyyət abidələri ilə zənginliyi turistləri bu diyara cəlb edən əsas amillərdəndir.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin apardığı araşdırmalara əsasən, muxtar respublikanın tarix-mədəniyyət abidələri ilə zənginliyi turistləri bu diyara cəlb edən əsas amillərdəndir. Ali Məclis Sədrinin müvafiq sərəncamına uyğun olaraq, muxtar respublikada 1200-dən çox tarixi abidə pasportlaşdırılaraq qeydiyyata alınıb. 70-ə yaxın tarix və mədəniyyət abidəsi bərpa olunub. Son illər Möminə xatın türbəsi bərpa edilib. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılıb. Nuh Peyğəmbərin məzarüstü türbəsi, muxtar respublika ərazisindəki buzxanalar, Naxçıvan şəhərindəki İmamzadə Kompleksi, “Came” məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Naxçıvanqala, Xan sarayı, Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Əlincəqala, Gülüstan türbəsi, Qazançı körpüsü, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksi, Babək rayonundakı Nehrəm İmamzadəsi və digər tarixi abidələr bərpa olunub. Hazırda Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsi və Ərəfsə kəndindəki qədim körpü bərpa edilir.

Aparılan abadlıq və quruculuq işləri muxtar respublikada turizmin inkişafı üçün geniş üfüqlər açıb.

Abadlıq və quruculuq işləri muxtar respublikada turizmin inkişafı üçün geniş üfüqlər açıb. Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr üçün müasir şərait yaradılıb. Bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı müalicə turizminin inkişafı istiqamətində atılmış ən mühüm addımlardandır. Darıdağ Arsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Hazırda tikintisi davam edən Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi bu şəfalı suyun müalicəvi xüsusiyyətlərindən ən səmərəli şəkildə istifadəyə şərait yaradacaqdır. Həmçinin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, pirlər, imamzadələr, qədim məscidlər muxtar respublikada dini və ziyarət turizminin, zəngin bitki örtüyü isə herbari turizminin inkişafına hərtərəfli şərait yaradır.

2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması turizmin inkişafında yeni mərhələnin əsasını qoyub. Ali Məclis Sədrinin 2018-ci il 23 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin yaradılması isə bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Cari il sentyabrın 23-dən Turizm Departamentinin fəaliyyəti tarixi binada təmin edilib. Müasir standartlara cavab verən maddi-texniki baza yaradılıb. Həmçinin departamentin nəzdində Milli Dəyərlər Muzeyi fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Bu gün muxtar respublikanın turizm potensialının artırılması istiqamətində lazımi işlər görülür. Tarixi abidələrin bərpası və milli dəyərlərimizin qorunub yaşadılması turizmin inkişafına mühüm töhfə verir. Muxtar respublikanın turizm potensialının tanıdılması və təbliği məqsədilə yaradılmışdır. Turizm Departamentinin nəzdində Turizm-İnformasiya Mərkəzi, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi və Milli Dəyərlər Muzeyi fəaliyyət göstərir. Turizm Departamenti və Milli Dəyərlər Muzeyi Naxçıvan şəhərinin qədim tarixi binasında, Turizm-İnformasiya Mərkəzi Zaviyə-Mədrəsə binasında, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi isə bərpa olunmuş qədim Buzxanada yerləşir. Bütün bunlar muxtar respublikada turizm potensialının düzgün təbliğinə hesablanmışdır. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalıdır. Muxtar respublikaya turist təşviqi daha da artırılmalıdır”.

Turizmin inkişafı həm də sabitliklə bağlıdır.

Turizmin inkişafı yüksək səviyyədə qurulan infrastrukturla bağlı olduğu kimi, həm də sabitliklə bağlıdır. Bu iki amilin muxtar respublikamızda mövcudluğu, qədim diyarımızın cinayətsiz region kimi tanıdır. Turistlərin muxtar respublikaya gəlməsi üçün daha bir üstünlük yaradır. Naxçıvanın beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi təcrübəsi də vardır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması və ölkəmizin Gənclər Paytaxtı seçilməsi turizm imkanlarımızı nümayiş etdirmək baxımından mühüm əhəmiyyətə malik olub. Bu sahədə görülən işlərin nəticəsidir ki, cari ilin 8 ayında muxtar respublikamıza 250 minə yaxın turist gəlib.

Turizm sahəsində kadr hazırlığı mühüm məsələlərdəndir. Muxtar respublikada bu amil diqqətdə saxlanılır. Hazırda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otelçilik ixtisası üzrə kadr hazırlığı aparılır. Tədris ili ərzində tələbələrlə mütəmadi görüşlər keçirilir. Təcrübələr və maarifləndirici seminarlar təşkil olunur.

Muxtar respublikada turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər olacaq. Yaradılan şərait qədim diyarın turizm potensialının inkişafı üçün bundan sonra da geniş üfüqlər açacaq.

Səudiyyə Ərəbistanı turistlərə qapılarını açır – İLK DƏFƏ

0
Səudiyyə Ərəbistan

Səudiyyə Ərəbistanı tarıxındə ilk dəfə xaricilər üçün turist vizası tətbiq edir.

“Reuters” agentliyi xəbər verir ki, 49 ölkənin vətəndaşı 80 dollar müqabilində krallığa viza ala bilər.

Lakin turistləri bəzi qadağalar gözləyir. Belə ki, müqəddəs Məkkə və Mədinəyə xaricilər üçün sərbəst giriş bağlı olacaq. Qonaqlar həmçinin spirtli içki qadağasına qoşulmalı olacaqlar.

Qadınlar kişi müşaiyəti olmadan ölkəyə gələ bilər, amma burada abırlı geyimlərdə gəzməlidirlər.

İndiyə qədər Səudiyyə Ərəbistanına giriş məhdud olub: vizalar yalnız müsəlman zəvvarlar və işgüzar səfərə gələn xaricilərə veilrdi.

Hazırda krallıq iqtisadiyyatın diversifikasiyası üçün turizm sektorunu inkişaf etdirmək niyyətindədir. Yaxın zamanlarda turizmdən ildə 47 milyard dollara qədər pul qazanmaq planları var.

Naftalan şəhərində regional inkişaf mövzusunda konfrans keçirilib

0
Naftalan

İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Avropa İttifaqı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən birgə həyata keçirilib. “Gəncə-Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək” layihəsi çərçivəsində Naftalan şəhərində “Azərbaycanda regional inkişaf” mövzusunda konfrans keçirilib.

Naftalan şəhər Heydər Əliyev Mərkəzində İqtisadiyyat Nazirliyi ilə birgə təşkil olunan tədbirdə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Turizm Agentliyinin əməkdaşları, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin və digər layihələrin təmsilçiləri olub. Həmçinin Gəncə-Qazax iqtisadi rayonuna daxil olan rayon və şəhər icra hakimiyyətlərinin nümayəndələri, yerli tərəfdaşlar iştirak ediblər.

Konfransın keçirilməsində məqsəd layihə çərçivəsində Gəncə-Qazax iqtisadi rayonuna daxil olan inzibati rayonların inkişaf planlarının hazırlanması prosesini və onun nəticəsini təqdim etməkdən ibarət olub.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrasının uğurlu nəticələri olub. Dövlət başçısının rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsindən danışıb. İnnovativ sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən islahatlar və tədbirlər barədə məlumat verib. Regionlarda yeni istehsal və xidmət sahələrinin, eləcə də turizmin bölgələrdə inkişafının daim dəstəkləndiyini bildirib. Qeyd olunub ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerlərdə icrasına dəstək məqsədilə rayonlar üzrə inkişaf planlarının hazırlanması mühüm əhəmiyyətə malikdir.

Nazir müavini Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən texniki yardım layihələrinin icrasından söz açıb. Regionların sosial-iqtisadi inkişafı sahəsində xarici təcrübənin öyrənilməsindən danışıb. Ölkəmizdə tətbiqi məqsədilə dövlət qurumları əməkdaşlarının, digər maraqlı tərəflərin bilik və bacarıqlarının artırılmasının önəmli əhəmiyyətə malik olduğunu qeyd edib.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas ölkəmizlə Avropa İttifaqı arasında regionların inkişafı sahəsində həyata keçirilən uğurlu layihələri yüksək qiymətləndirib. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə sözügedən layihənin nəticələri, töhfələri və nailiyyətləri ilə bağlı geniş təqdimatlar edilib. Həmçinin layihə çərçivəsində keçirilən təlimlərdə iştirak edən əməkdaşlara müvafiq sertifikatlar verilib.

Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılıq edib. Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta biznes subyektlərinin regional sərgi–satış yarmarkası da keçirilib.

27 sentyabr- Dünya Turizm Günüdür

0
turizm

Sentyabrın 27-si Dünya Turizm Günüdür.

Bu il də Dünya Turizm Günü özünəməxsus şüarı ilə seçilir. Builki turizm günü “Turizm və iş yerləri: hamı üçün daha yaxşı gələcək” şüarı altında keçirilir.

Bu il Dünya Turizm Gününün əsas tədbirlərinə Hindistanın Nyu-Delhi şəhəri ev sahibliyi edəcək. Birgünlük konfransın sessiyalarında turizm sektorunun daha çox və yaxşı iş yerləri yaratmaq imkanı var. Bununla da dünyada hamı üçün daha yaxşı gələcək qurulmasına köməyi vurğulanacaq. Konfransda, həmçinin əmək bazarında və texnoloji sektorda baş verəcək dəyişikliklərin yaradacağı imkan və problemlər müzakirə olunacaq.

Təsadüfi deyil ki, builki şüara uyğun olaraq ölkə miqyasında və beynəlxalq səviyyədə keçirilən tədbirlərin əsas məqsədi daha çox turistin cəlb edilməsi ilə Azərbaycanı regional və beynəlxalq səviyyəli turizm mərkəzinə çevirmək, ölkədə turizmin hərtərəfli inkişafına nail olmaq, yeni iş yerlərinin açılmasına, məşğulluğun artmasına, bununla da iqtisadiyyatın inkişafına və əhalinin formalaşan gəlirlərinə töhfə vermək, yaxın 10 il ərzində turizmin ÜDM-dəki payını 10 faizə çatdırmaqdır.

Dünya Turizm Günü ölkəmizdə 2001-ci ildən etibarən geniş şəkildə qeyd olunmağa başlayıb. Məhz həmin il Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatının Seulda keçirilən 14-cü Baş Assambleyasında təşkilata üzv kimi qəbul olunub. 27 sentyabr tarixi ölkəmizdə həm də turizm işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən Dünya Turizm Günü ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur.

Son illər dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində tədbirlər görülür. Ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafında öz müsbət təsirlərini göstərir.

2015-ci ildə turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsini, 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsini, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsini və “ASAN Viza” sisteminin yaradılmasını turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlər sırasına aid etmək olar.

Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması isə bu proseslərə kompleks yanaşmanın məntiqi nəticəsi kimi özünü göstərir.

Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesinin formalaşdırılması, turizm siyasətinin həyata keçirilməsi və sənayenin üzvlərinin bu prosesə cəlb olunması, ölkənin turizm potensialının xarici bazarlarda tanıdılması, tabeliyindəki qoruqlarda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı, turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün genişmiqyaslı işlər görülməyə başlanılıb.

İlk addım olaraq “Bir daha bax” (“Take another look”) şüarı ilə Azərbaycanın yeni turizm brendi 2018-ci ilin noyabrında Londonda “Dünya Səyahət Bazarı” (World Travel Market) sərgisində dünya ictimaiyyətinə təqdim edilib. Ən mühüm tədbirlərdən biri ötən ilin dekabrında Dövlət Turizm Agentliyinin nəzdində əsas vəzifəsi qoruqlardakı mədəni irsin effektiv idarəolunmasını təmin etmək, qoruqların büdcədən kənar gəlirlərinin daha səmərəli istifadəsinə nail olmaq olan Qoruqların İdarəetmə Mərkəzi publik hüquqi şəxsinin yaradılması olub.

Rekonstruksiyası, beynəlxalq standartlara uyğunlaşdırılması və ərazisində müasir turizm infrastrukturunun yaradılması üçün ölkə başçısının tapşırığı ilə təmir olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu tamamilə yeni konsepsiyada bərpa olunub. Turistlərin ixtiyarına verilib. Bundan əlavə, cari ilin mayında Dövlət Turizm Agentliyinin tabeliyində olan 7 qoruqdan digəri “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Prezidentin müvafiq Sərəncamına əsasən hazırlanan yenidən qurulması konsepsiyası təqdim edilib. 2018-2023-cü illəri əhatə edəcək 5 illik konsepsiyanın əsas məqsədi qoruğun uzunmüddətli qorunmasıdır. Konservasiyası, bərpası yolu ilə Basqalın tarixiliyini özünə qaytarmaq və yerli əhalinin rifahını yaxşılaşdırmaqla turizmin inkişafına nail olmaqdır. Eləcə də “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun mədəni, tarixi və etnoqrafik məkan olaraq qorunub. Turizm imkanlarının inkişaf etdirilməsi üçün “Xınalığın inkişaf proqramı” layihəsi işlənib hazırlanıb.

Qeyd edək ki, bu il ölkəmiz üçün əlamətdar və tarixi bir hadisə olaraq UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Artıq Şəkidən başqa “Xınalıq” Qoruğunun da UNESKO-nun namizəd irs nümunələrinin ilkin siyahısına salınması ilə bağlı müzakirələrə başlanılıb. Hazırda Şəki şəhərinin yeni konsepsiyası üzərində iş başa çatdırılmaq üzrədir. Həmçinin “Yuxarı Baş” qoruğunun ərazisində tarix və mədəniyyət abidələri siyahıya alınıb. Vahid məlumat bazası yaradılıb. Digər qoruqlarda da müvafiq işlər davam etdirilir.

İnfrastrukturla bağlı layihələrin reallaşdırılması ilə yanaşı, turist məmnunluğunun artırılması məqsədilə turizm sənayesinin üzvləri proseslərə cəlb olunur. Turizmin inkişafına töhfə verəcək ictimai təşkilatlandırma işinə dəstək verilir.

Azərbaycan Hotel Assosiasiyası, Bələdçilər Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və bu kimi ictimai birliklərin yaradılması turizm sənayesinin ümumi məqsəd ətrafında birləşdirilməsinə önəmli təkandır.

Turizm sahəsində ixtisaslı kadr hazırlığı xidmət keyfiyyətinin artırılması baxımından önəm kəsb edir. Bu baxımdan Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.

Ölkə daxilində həyata keçirilən tədbirlərlə yanaşı, xaricdə də müvafiq addımlar atılır. İl ərzində dünyanın müxtəlif ölkələrində keçirilən və dünya turizm sənayesinin əsas iştirakçılarını bir araya toplayan beynəlxalq sərgilərdə iştirak edilir. Hədəf bazarlarda müxtəlif tədbirlər, seminarlar, təqdimatlar, işgüzar görüşlər təşkil olunur.

Azərbaycanın turizm potensialının xaricdə təbliğatı kampaniyasının əsas istiqamətlərindən biri 2018-ci ilin sonundan etibarən Rusiyanın Moskva, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanının Ər-Riyad, Hindistanın Mumbay, Çinin Pekin və Almaniyanın Frankfurt şəhərlərində daimi turizm nümayəndəliklərinin fəaliyyətə başlaması olub. Bu nümayəndəliklərlə yanaşı, daha bir neçə fərqli regionlardan olan ölkələrdə daimi turizm nümayəndəliklərinin açılması da planlaşdırılır.

Qeyd olunan bütün fəaliyyətlər 2016-cı ilin sonunda dövlət başçısının təsdiqi ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunan məqsəd və vəzifələrin həyata keçirilməsinə hədəflənmişdir. Bu məqsəd və vəzifələrin icrasının nəticəsi olaraq 2018-ci ildə Azərbaycana gələn xaricilərin sayında 2017-ci illə müqayisədə 5.7 faiz artım olub. Eləcə də 2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 milyona çatıb. Bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5 faiz çox qonaq deməkdir. Hədəf 2023-cü ilədək ölkəyə gələn turist sayını 2 dəfəyədək artırmaqdır.

Son illər Azərbaycanda turizm sahəsində aparılan köklü islahatlar olub. Bu islahatlar qəbul edilən qərarlar və reallaşdırılan layihələr öz bəhrəsini verməkdədir. Görülmüş işlərin nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayında ilbəil artım müşahidə olunmaqdadır.

Turizm Günü çərçivəsində yeni maarifləndirici sayt istifadəyə verilib

0
turizm

Azərbaycan Turizm Bürosu 27 sentyabr – Dünya Turizm Günü ilə əlaqədar hazırlanmış yeni saytını istifadəyə verib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycanda turistlərin daha rahat istirahəti və səyahəti üçün müvafiq davranış qaydalarını əhatə edən http://turizmeqosul.azsaytı sosial mediada rəqəmsal bannerlər vasitəsilə təbliğ olunacaq.

Sosial media istifadəçiləri rəqəmsal bannerlər vasitəsilə sayta keçid edəcəklər. Burada nümayiş olunacaq beş mühüm davranış qaydası ilə tanış olacaqlar.

Bu qaydalar sırasında gülümsəmək, ehtiyac yarandıqda yardım etməkdir. Ətrafı zibilləməmək, müxtəlif mədəniyyətlərə tolerant olmaq və milli, cinsi və digər göstəricilərindən asılı olmayaraq hər kəsə hörmətlə yanaşmaq kimi mühüm qaydalar illüstrasiyalar şəklində çatdırmaqdır.

Layihənin məqsədi yerli insanların turistlərlə münasibətlərinin müxtəlif istiqamətlər üzrə təkmilləşdirilməsidir. Bununla da turistlərin ölkəmizdən məmnun olma səviyyəsinin daha da artırılmasına nail olmaqdır.

Layihə BMT-nin Dünya Turizm Təşkilatının 2019-cu il üçün seçdiyi “Turizm və işlər: hər kəs üçün parlaq gələcək” mövzusu əsas götürülüb.