??Mühüm ticarət, sənaye, elm və mədəniyyət mərkəzi olan AMMAN şəhərinə siz də səyahət edin!
7 gecə / 8 gün – CƏMİ 995 usd —————————— Qiymətə Daxildir: ?Otel (7 gecə / 8 gün) ✈Aviabilet (gediş – dönüş) ?30kq baqaj + 10kq əl yükü ?Qidalanma (səhər yeməyi) ? Tarix: HƏR GÜN ——————————- ? Regency Palace Amman 5* –—————————— ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur. ✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir. ✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər. —————————————– ? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.
Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin: ☎+994 12 564 60 30 ?+994 50 664 60 30 (WhatsApp+Zəng) ?+994 55 664 60 30 (WhatsApp+Zəng) ?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)
Səbail rayon İcra Hakimiyyətində Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin (EMMİB), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dənizkənarı ərazilərdə ekoloji normalara uyğun monitorinqin keçirilməsi” layihəsi çərçivəsində seminar təşkil edilib.
Qurumdan Axar.az-a bildirilib ki, seminar layihə çərçivəsində Səbail və Binəqədi rayonlarının dənizkənarı ərazilərində təşkil edilmiş monitorinqin nəticələrinin müzakirəsinə həsr edilib.
Seminarda Səbail rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rövşən Süleymanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nemət Həsənov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzinin direktoru Famil Alkərəmov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Regional turizm və qoruqların inkişafı sektorunun böyük məsləhətçisi Hamlet Rüstəmov, Səbail və Binəqədi rayonlarının Bələdiyyə sədrləri, həmin ərazilərdə fəaliyyət göstərən ictimai iaşə obyektlərinin rəhbərləri, QHT sədrləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə EMMİB-in sədri Qəmzə Yusubova açaraq layihə haqqında məlumat verib.
Ərazi İdarəetmə və Yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rövşən Süleymanov çıxış edib. Rayon İH-nin cəmiyyətin inkişafına və ətraf mühitin mühafizəsinə yönələn ekoloji layihələri bəyənib. Hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.
Seminarda QHT rəhbərləri və KİV nümayəndələrinin sualları cavablandırılıb.
Sonda Q.Yusubova layihənin həyata keçirilməsində fəal iştirakına və göstərdikləri təşkilatı dəstəyə görə dövlət rəsmilərinə təltifnamələr verilib. Monitorinq zamanı aşkarlanan nümunəvi iaşə obyekti sahibinə fəxri fərmanlar təqdim edilib.
Bakıda küçə sənətçisi kimi fəaliyyət göstərmək istəyənlərin seçiminə gələn həftənin əvvəlindən başlanılacaq.
Bunu Trend-ə Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Rüfət Bağırov deyib.
Onun sözlərinə görə, küçə sənətçisi kimi fəaliyyət göstərmək üçün BTİM-ə təxminən 15 nəfər müraciət edib. Həmin sənətlərin seçimi təxminən 1 həftə davam edəcək. Sənətçiləri Dövlət Turizm Agentliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Şəhəri üzrə İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin nümayəndələrindən ibarət komissiya üzvləri seçəcək.
R.Bağırov qeyd edib ki, seçim zamanı müsbət rəy alan sənətçilərlə müqavilə bağlanılacaq:
“Seçim bitəndən 1 həftə sonra onlar Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində müəyyən edilmiş 20-25 yerdə çıxış edə biləcəklər. Seçimdən keçənlər fəaliyyət göstərmək üçün heç bir rüsum ödəməyəcək və qazandıqları bütün vəsaitlər özlərinə qalacaq”.
R.Bağırov sənətçilərin iş saatının onların özləri tərəfindən müəyyən ediləcəyini də söyləyib.
O əlavə edib ki, sənətçilər seçilmiş yerlərdə 3 ay ərzində fəaliyyət göstərəcəklər. Üç ay başa çatdıqdan sonra isə onlar müddətin uzadılması üçün yenidən Mərkəzə müraciət edə bilərlər.
Küçə sənətçisi kimi seçim prosesində iştirak etməyən, lakin bu fəaliyyət növü ilə məşğul olan digər şəxslərə gəldikdə, R.Bağırov bildirib ki, onlar yenə də öz fəaliyyətlərini davam etdirə bilərlər:
“Biz yalnız dövlət tərəfindən müəyyən edilmiş ərazilərdə küçə sənətçilərinin fəaliyyət göstərməsinə icazə veririk. Kiminsə istedadı varsa və bizim seçimlərdə iştirak etmək istəmirsə, o, istədiyi yerdə bu fəaliyyətlə məşğul ola bilər. Amma bu halda biz onun məsuliyyətini daşımırıq. Biz yalnız dövlət tərəfindən ayrılan konkret yerlərdə çalışmaq istəyənlər üçün seçim həyata keçiririk”.
“Mən Gürcüstana uçuşları yəqin ki, bərpa edərdim. Birbaşa aviauçuşların bərpa olunması düzgün olar”…
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant” nəşrinə müsahibəsində bildirib.
Nazir deyib ki, Gürcüstan əhalisinin əksəriyyəti ölkə parlamentində Pravoslav Parlamentlərarası Assambleyanın toplantısı keçirilən zaman orada baş verən ədəbsizliyin təxribat xarakterli olduğunu anlayıb: “O zaman müxalifət partiyası kobudcasına həmin tədbiri pozub və Rusiyanı rusofob kampaniyanı yaratmaq üçün addımlar atması ilə bağlı ittiham edib”.
S.Lavrov qeyd edib ki, Gürcüstan parlamentində razılaşdırılmış prosedurdan başqa heç nə baş verməyib: “Kütlə öncədən hazırlanan plakatlarla və hətta qəsdən tədbiri pozub. Bu rusofob isteriyanın səbəbi heç də Rusiya nümayəndə heyətinin həmin zalda planlaşdırılan iştirakı olmayıb. Mən hər zaman Gürcüstanla dostluq etməyimizin tərəfdarı olmuşam”.
XİN başçısı vurğulayıb ki, Rusiyanın Gücüstana 2019-cu ilin yayı üçün vizaların ləğvi ilə bağlı qərarı demək olar ki, hazır idi: “Bu qərar asan olmadı. Onun hazırlanması proseduru məlum səbəblərdən çətin idi. Lakin yekun olaraq Vladimir Putin qərar qəbul etdi ki, xalqlar təmasda olsun, əlaqələr qurulsun, turizm inkişaf etsin. İyun ayında baş verənlər əlbəttə ki, bütün prosesi geriyə atdı”.
Qeyd edək ki, Rusiya və Gürcüstan arasında birbaşa aviauçuşlar bu ilin iyulun 8-dən etibarən dayandırılıb.
Yaxın Şərq əlbəttə ki, prioritet bazardır, lakin Azərbaycan üçün mütləq deyil
Yaxın Şərq ölkələrindən olan turistlər Azərbaycana marağı itirə bilərlər. Dövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu ölkədən olan turistlərin bir özəlliyi var. Onlar uzun illər bir turistik istiqamətə getmirlər.
“Onlar beş-səkkiz il ərzində eyni yerə gedirlər və bu, onlara kifayət edir. Onlar əvvəlcə bir turistik istiqamətə çox böyük axın edirlər, sonra isə bu axın azalmağa başlayır. Bu tendensiya ərəb ölkələrində həmişə izlənilib. Bizim üçün ən çox prioritet olan ölkələr Hindistan, Avropa və Çindir. Ərəb turistlər heç vaxt bizim top beşliyimizdə olmayıblar. Yalnız indi Səudiyyə Ərəbistanından ölkəyə gələn qonaqlar say etibarilə dördüncü yerdədir”, – deyə Quluzadə bildirib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanı 2,1387 milyon əcnəbi ziyarət edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 8,2% çoxdur. Onların düz 30,6%-i Rusiyadan, 22,1%-i Gürcüstandan, 9,5%-i Türkiyədən, 7,7%-i İrandan, 4 %-i Səudiyyə Ərəbistanından, 2,2%-i Birləşmiş Ərəb Əmirliklərindən, 1,8%-i Ukraynadan, 1,8%-i Hindistandan, 1,7 %-i İraqdan, 1,5%-i Türkmənistan və Qazaxıstandan, 1,4%-i İsraildən, 1,3%-i Pakistandan, 1,2%-i Böyük Britaniyadan, 11,6%-i digər ölkələrdən olan turistlərdir. Onların 0,1%-i isə vətəndaşlığı olmayan şəxslərdir.
Yaxın Şərq ölkələrindən olan turistlər Azərbaycanı 2015-ci ildən etibarən kəşf etməyə başlayıblar. Misal üçün, əgər 2015-ci ildə təkcə Səudiyyə Ərəbistanından bura 727 nəfər gəlmişdisə, 2018-ci ildə artıq bu göstərici 73 mindən çox turist olub. Eyni vəziyyət sözügedən bölgənin digər ölkələrində də izlənib.
Amma bu tendensiya öz istiqamətini dəyişə bilər. DTA da, bunu normal qəbul edir.
“Biz turizm marketinqi planında konkret bir regiona üstünlük vermirik. 12 prioritet bazar var ki, biz 2018-ci ildən 2023-cü ilə qədərki beş il ərzində o istiqamətlərdən turizm axınını əhəmiyyətli dərəcədə böyütməyi hədəfləmişik. Onların arasında Azərbaycan üçün ənənəvi olan Rusiya, Çin, yaxud da Cənubi Asiya da var” – deyə Quluzadə bildirib.
Onun sözlərinə görə, müəyyən regionlar üzrə turist sayının artmasına və azalmasına təsir göstərən çoxlu amillər var. Yaxın Şərq əlbəttə ki, prioritet bazardır, lakin Azərbaycan üçün mütləq deyil. Bu, həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən çox qeyri-sabit bazardır.
Azərbaycan Tuirzm Assosiasiyasının rəhbəri Nahid Bağırov isə öz növbəsində qeyd edib ki, sözügedən ölkələrdən olan turistlərə marağın azalması bütün dünya ölkələrində mövcuddur. Hətta azərbaycanlıların nümunəsində belə aydın görünür ki, onlar bir ölkəyə davamlı olaraq axın edəndən sonra fasilə verirlər və başqa istiqamətə səyahət edirlər. Lakin bunu Türkiyə haqqında demək olmaz. Yerli vətəndaşlar son iki onillikdə sabit şəkildə bu qonşu ölkəyə gedirlər və hər fürsətdə bir daha ora getməyə hazırdırlar.
“Əgər bu istiqamət mənə maraqlıdırsa, əgər orada məni yaxşı qarşılayırlarsa, əgər mən orada hamıdan razıyamsa, əgər qiymətlər əl yandırmırsa, əgər əyləncə varsa, mən niyə də ora getməyim?“, – deyə Bağırov vəziyyəti izah etməyə çalışıb. Onun sözlərinə görə, əgər bir ölkə davamlı olaraq yaxşı mənada xatırlanırsa, azərbaycanlılar ora gedəcəklər. Əks təqdirdə, ora cəmi bircə dəfə səyahət edəcəklər.
Tourism Lab. şirkətinin təşkilatçılığı ilə artıq 4 ildir keçirilən Azərbaycan Turizm Forumu bu ildə öz ənənəsinə sadiq qalaraq növbəti tədbirini təşkil edib.
Trend-in məlumatına görə, forum 18 sentyabr tarixində Azərbaycan Turizm Burosu dəstəyi və Abşeron Otellər Qrupunun sponsorluğu ilə Bulvar Otelin konfrans zalında baş tutub.
Tourism Lab. komandası turizm istiqamətində 2016-cı ildən bəri müxtəlif layihələr və forumlar təşkil edir. Bütün bu tədbirlər milli turizmin ən yaxşı nümunələrini ortaya qoyur. Turizmin inkişafı və bu sektorda yaranan problemlərin həlləri üçün müxtəlif yolların öz töhvəsini verir. Forum Azərbaycanda bu istiqamətdə yaradılmış ilk platformadır. Bu platforma nəinki turizm sənayesinin mütəxəssislərinə, həmçinin fərqli sənayenin və turizmdə yeni biznes qurmaq istəyən hər kəs üçün açıqdır. Əlaqələr yaratmaq Forumun əsas istiqamətlərindən biridir.
Keçirilən forumda 900 nəfərə yaxın iştirkaçı olub. Bu iştirakçılar əsasən otellər və turizm agentliklərinin əməkdaşları, Almaniya, Avstriya, İsveçrə tur operatorları, sığorta şirkətləri, turizm sahəsinə maraqlı olan digər şirkətlər, hava yolu şirkətləri, turizm informasiya mərkəzləri, restoran və digər keyterinq şirkətləri olublar.
Bu il keçirilən Azərbaycan Turizm Forumu yenilkiləri ilə forum iştirakçılarının qarşısına çıxıb. Tədbir 3 sessiyadan ibarət olub. 1ci sessiyada Azərbaycan “Turizmdə Strategiyalar” mövzusunda sahənin tanınmış turizm mütəxəsisləri fikirlərini bölüşüblər. Spikerlər Bahar Qəniyeva – Abşeron Otellər Qrupu – Gəlirlər və Biznesin İnkişafı üzrə Qrup Direktoru, Leonid Marmer – Amadeus ACO Russia & CIS – General Director, Eldar Əlimuradov – Otellərin Açılışı üzrə Baş Direktor – Abşeron Otellər Qrupu, Balaş Maqsudbəyli – Bələdçı, Səkinə Əsgərova – Azərbaycan Turizm Burosu, Rüfət Bağırov – Bakı Turizm İnformasiya Mərkəzi – Direktor olublar. 2-ci sessiya “Turizmdə İnnovasiyalar” mövzusu olub. Bu sahənin tanınmış mütəxəsisləri öz təcürbələrini forum iştiakçıları ilə bölüşüblər. Sərdar Əliyev – Azərbaycan Hava Yolları Tarif Siyasəti şöbəsinin rəisi, Nermin Rzayeva – Şirkətin Regional Meneceri – PPA Architects, Tamilla Nağıyeva – Revify – Distributorluq və Sistemlər üzrə Mütəxəsisi spiker qismində çıxış ediblər. 3-cü sessiya isə “Turizmdə blogerliyin və influenserliyin effekti” mövzusunda turizm blogerlərinin interaktiv çıxışları iə yadda qalıb. Sara Rəcəbli – Turizm sektorunda sahibkar, Jalə Ələkbərova, Həvva Səfərova, Fərid Novruzi öz təəcürbələrini forum iştikaçıları ilə bölüşüblər. Forum maraqlı diskusiyalarla yadda qalıb.
Bakı Apellasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ellada Babayeva və onun keçmiş həyat yoldaşı Emil Babayevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Oxu.Az xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, E.Babayevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, E.Babayevin səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzası yeddi ilə endirilib.
İttiham aktına əsasən, bir neçə il əvvəl ər-arvad olan E.Babayevlə E.Babayeva 21 nəfərə qarşı külli miqdarda dələduzluq ediblər. Zərərçəkmişlər turizm şirkətlərinin nümayəndələridir. E.Babayeva və E.Babayev onlardan iş görmək, turpaketlər təşkil etmək adı ilə müxtəlif məbləğlərdə pul və təyyarə biletləri alıblar. Lakin sonradan ödənişlər geri qaytarılmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Babayev səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, E.Babayevanın cəzası 2015-ci il təvəllüdlü qızı 14 yaşına çatana qədər təxirə salınıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan E.Babayev və zərərçəkmişlər apellyasiya şikayəti veriblər.
Möhtəşəm 3-lük Siz hələ bele turda olmamisiz ? Elə isə Zaqatala findiq festivali ???turuna sizdə qatilin? -Turun tarixi 28.09.2019
?Turun qiyməti 2⃣8⃣ AZN
✅Tura daxildir.⤵ ✅Komfortlu avtobus.? ✅Gülərüz tur rəhbəri.? ✅Fotoqraf. ? ✅Şəkidə səhər yeməyi ✅Samovar çayi☕ ✅Yolboyu musiqili əyləncə.?♂
✅Maraqli viktorinalar qaliblərə hədiyyələri?
✅ Ekskursiyalar. ✅ Zaqatala findiq ??? festivali və şənlikdə iştirak.?? ✅ Dədə qorqud abidəsi. ✅ Qala düzü. ✅ 116 pilləkən. ✅ Şəki xan sarayi.? ✅ Karvansaray ✅Tacirlər küçəsi. ✅ Əlövsət şirniyyat evinə ekskursiya Şəki halvasi və digər şirniyyat növlərindən dadaraq almaq şansi.???? ✅Zaqatala Car kəndi
Qeyd. ✅Toplaniş 27.09.2019 Saat 23:00 da Gənclik metrosu. ✅ Bakidan çixiş 23:30. ✅ Bakiya dönüş 28.09.2019 23:30 da. ✅ Nahar yeməyi qiymətə daxil deyil. ✅ Tarixi abidələrə giriş biletləri turun qiymətinə daxil deyil. ✅ Tur zamani spirtli içki qəbulu qəti qadağandir. ✅ Şəkillər turdan 3 gün sonra link formsında sizin telefonunuza göndərilir.
Turizm reyestri çərçivəsində turizm şirkətlərinin reytinq sisteminin tədricən tətbiq edilməsi nəzərdə tutulur.
Dövlət Turizm Agentliyi “Turizm haqqında” yeni qanun layihəsi üzərində işləyir. Artıq qanun layihəsi dövlət qurumlarına birinci rəyə göndərilib və rəy alınıb.
Bu barədə Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov məlumat verib. O bildirib ki, rəyləri nəzərə aldıqdan sonra qanun layihəsi yenidən baxılması üçün göndəriləcək. M.Muradov “Turizm haqqında” yeni qanunda nələrin öz əksini tapacağından danışmağın hələ tez olduğunu söyləyib. O deyib ki, sənəd hələ tam hazır deyil:
Çağırılmayan qonağa süpürülməmiş yer və ya Turist kəndin dadını necə çıxarsın? “Burada qeyd edilən məsələləri açıqlamaq doğru olmaz. Çünki hələ bilinmir ki, qeyd edilənlərin hansı qanunda öz əksini tapacaq. Amma ümumi yanaşma ondan ibarətdir ki, sənayeni daha çox dəstəkləyəcək və təşviq edəcək bir qanun layihəsi olsun”.
Məhəmməd Muradov bildirib ki, yeni qanun layihəsində turizm sahəsində keyfiyyətin artırılması üçün turizm reyestri, sertifikatlaşma və sığorta mexanizmlərinin kompleks halında tətbiq edilməsi nəzərdə tutulur. Turizm biznesinə girişi məhdudlaşdırmamaq və keyfiyyəti qaldırmaq üçün sənayeyə ağlabatan müddətdə vaxt veriləcək ki, onlar öz fəaliyyətini qanunun yeni tələblərinə uyğunlaşdırsınlar. Bundan başqa, tətbiq edilməsi nəzərdə tutulan turizm reyestrində əsasən otellər, restoranlar, bələdçilər, habelə səyahət agentlikləri və tur operatorlar barəsində məlumatlar toplanacaq və sözügedən məlumatlar ictimaiyyətə açıq olacaq. Turizm reyestri çərçivəsində turizm şirkətlərinin reytinq sisteminin tədricən tətbiq edilməsi nəzərdə tutulur. Məqsəd istehlakçılar üçün bazarda etibarlı, daha keyfiyyətli xidmət göstərən şirkətləri təqdim etmək və beləcə, biznes subyektlərini istehlakçılara daha yaxşı xidmət göstərmələri üçün təşviq etməkdir. Hesab edirik ki, bu, turizm şirkətlərini daha “yaxşı imic” qazanmaq üçün rəqabətə sövq edəcək”.
İlkin mərhələdə ölkənin 25 rayonunda fəaliyyət göstərən turizm obyektlərinin sahibləri ilə sorğular keçirilib və onların hansı sahələr üzrə təlimlərə ehtiyac duyduqları öyrənilib
Dövlət Turizm Agentliyi turistlərin daha çox istiqamət tutduğu bölgələrdəki mehmanxana, restoran və şərab zavodlarında çalışan işçilərə təlimlər keçəcək.
Dekabr ayında başlanması planlaşdırılan təlimlərin əsas məqsədi bu turizm obyektlərində çalışan kadrların bilik və bacarıqlarını, peşəkarlıq səviyyəsini artırmaqdır. Layihə “Mehmanxana biznesinin idarə olunması və personalın xidmət keyfiyyətinin artırılması“, “Restoran biznesinin idarəolunması və personalın xidmət keyfiyyətinin artırılması“, “Şərab marşrutu” üzrə yerləşən şərab istehsalı və satışı müəssisələrinin turizm nümayiş obyektlərinə çevrilməsi” modulları üzrə həyata keçiriləcək.
İlkin mərhələdə ölkənin 25 rayonunda fəaliyyət göstərən turizm obyektlərinin sahibləri ilə sorğular keçirilib. Onların hansı sahələr üzrə təlimlərə ehtiyac duyduqları öyrənilib. Növbəti mərhələdə isə tələbat duyulan sahələr üzrə təlimlərə start veriləcək. Qeyd edək ki, layihə regional turizmin inkişafına, turistlərin məmnuniyyət səviyyəsinin yüksəlməsinə, eyni zamanda paytaxtdan rayonlara turist axınının çoxalmasına yardımçı olacaq.