Malyariya xəstəliyi dünyada parazitar xəstəliklər içərisində ən geniş yayılmış transmissiv parazitar xəstəlik olub, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə planetin əhalisinin 41%-dənçoxu malyariyaya yoluxma riski altında yaşayır.
Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hər il orta hesabla dünyanın 100-dən çox ölkəsində 300-500 milyon insan bu xəstəliyə yoluxur. İl ərzində 1,5-2,7 milyon insan bu xəstəliyin qurbanı olur.
Respublikada keçən əsrin 90-cı illərinin əvvəllərində məlum səbəblərdən sosial-siyasi vəziyyətin pisləşməsinin, 1 milyondan çox qaçqın və məcburi köçkün və əhali arasında xaotik miqrasiyanın nəticəsində bu xəstəlik geniş miqyasda yayılaraq ölkə ərazisinin 80%-ni əhatə edib.
Epidemioloji vəziyyətlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə müvafiq olaraq Milli Proqram işlənib hazırlanıb. Bu proqramın müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində epidemiyanın genişlənməsinin qarşısı alınıb və ilbəil xəstələnmə səviyyəsi azalmağa başlayıb.
Aparılan məqsədyönlü kompleks əks-epidemik tədbirlər nəticəsində Azərbaycan Respublikasında malyariyanın eliminasiyasına nail olunub və 2013-cü ildən etibarən bu xəstəlikdən yerli yoluxma halları müşahidə edilməyib.
Malyariya ilə yerli yoluxmaların kəsilməsinə nail olmuş ölkələr, malyariyanın eliminasiyası barədə sertifikat alınması üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciət edirlər.
Malyariyadan azad ölkə kimi sertifikatlaşdırma prosesi, ciddi dövlət və beynəlxalq səviyyədə rezonansa səbəb olur. Bunun nəticəsi bilavasitə turizmin, biznesin, qarşılıqlı tələbə mübadiləsinin və bir çox digər sahələrin inkişafına iqtisadi cəhətdən öz təsirini göstərir.
Qeyd olunanları nəzərə alaraq malyariyanın eliminasiyasının sertifikatlaşdırılması üçün Səhiyyə Nazirliyi tərəfindən ÜST-ə müraciət edilib və müsbət rəy alınıb. Səhiyyə Nazirliyi tərəfindən artıq hazırlıq prosesinə başlanıb.
Sertifikasiya prosesinə hazırlığın təmin edilməsi və gələcəkdə Beynəlxalq Sertifikasiya Komissiyası ilə səmərəli əməkdaşlıq etmək məqsədilə aidiyyatı dövlət qurumlarının mütəxəssislərindən ibarət Sertifikasiya Komitəsi yaradılıb və bu gün onun birinci toplantısı keçirilib.
Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən özəl şirkətlərindən ibarət nümayəndə heyəti İrana səfər edəcək.
Bunu İranın Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatının sədr müavini Vəliyullah Teymuri APA-nın Tehran bürosuna açıqlamasında deyib.
O bildirib ki, əldə olunmuş razılığa əsasən səfər 2 gün sonra baş tutacaq və Tehranda iki ölkənin turizm sahəsində əməkdaşlığının inkişaf etdirilməsinə dair müzakirələr aparılacaq.
V. Teymurinin sözlərinə görə, belə səfərlər Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlığın inkişafı üçün zəruridir.
“Hər il Azərbaycandan diqqətə çarpacaq qədər turist İrana səfər edir. İrandan da Azərbaycana turistlər səfər edir”, – deyə o vurğulayıb.
V. Teymuri qeyd edib ki, iki ölkənin rəsmiləri daim bir-birləri ilə əlaqə yaradır və hər iki ölkədə turizmin inkişafı üçün dövlət səviyyəsində ciddi iradə mövcuddur.
“ABŞ Prezidenti Donald Tramp öz məktublarında ABŞ-ın Cənub Qaz Dəhlizinə davamlı dəstəyini ifadə edib. ABŞ hökumətinin Cənub Qaz Dəhlizi layihəsini bir çox qurumlar daxilində ciddi şəkildə dəstəklədiyini qeyd etmək vacibdir. Cənub Qaz Dəhlizi layihəsi başa çatmaq üzrədir və biz qarşılıqlı maraq doğuran digər enerji bağlılığı layihələri ilə məşğul olmağa hazırıq”.
APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ-da “II Xəzər Biznes Forumu”nda çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu ilin may ayında Bakıda keçirilən ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının dördüncü iclası, qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən ticarət və sərmayə, nəqliyyat və logistika, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və turizm məsələləri üzrə dialoqumuzun gücləndirilməsi və dərinləşdirilməsinə yönəlib.
E. Məmmədyarovun sözlərinə görə, bu gün Mərkəzi Asiyadan Xəzər dənizi və sonra Qafqaz üzərindən keçən nəqliyyat yolları xüsusilə aktualdır. “Bu gün Azərbaycan regional və transmilli bağlılıq təşəbbüslərinin, o cümlədən əsas nəqliyyat əlaqələrinin və strateji infrastrukturun inkişafı, Avrasiyanın müxtəlif regionları arasında sərnişin və yük daşınmasının inkişafı üçün beynəlxalq logistika mərkəzlərinin və sərbəst ticarət zonalarının yaradılmasının fəal iştirakçısı və onu təşviq edən tərəfdir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Çin arasında yük və sərnişin əlaqəsi yaradaraq Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirir. Dəmir yolu xətlərinin bir-biri ilə kəsişməsi öz-özünə təmin olunmur. Kommersiya baxımından əlverişli olması üçün hazırda tariflərin unifikasiyası üzərində işləyirik. Bakı-Tbilisi-Qars, Asiyanı Avropa ilə birləşdirən və Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə ərazisindən keçən, 6500 km uzunluğunda olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun bir hissəsidir. Bu nəqliyyat əlaqələri açıq dənizə çıxışı olmayan Mərkəzi Asiya, eləcə də Cənubi Qafqaz regionu üçün böyük əhəmiyyət daşıyır. İlk konteyner qatarları bu marşrutun tranzit müddətini 30-35 gündən 15 günə endirə biləcəyini sübut edib. Transxəzər dəhlizi, özəl sektorun genişləndirilməsi üçün investisiya, ticarət və tranzit sahəsində əlavə imkanlar yaradacaq”.
Azərbaycan XİN başçısı qeyd edib ki, son illərdə Azərbaycan hökuməti iş mühitinin yaxşılaşdırılması, o cümlədən məhdud qiymət nəzarəti, şirkətlərə qoyulan xarici kapitalın miqdarına heç bir məhdudiyyətin qoyulmaması, mənfəətin və texnologiyaların transferi repatriasiyasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, xarici və yerli investorlar arasında ayrıseçkiliyin qoyulmaması, xarici valyuta mübadiləsi məhdudiyyətləri və xarici sərmayələrin əvvəlcədən avtorizasiyası kimi hədəflənmiş islahatlara diqqət yetirir: “Sahibkarlıq sahəsindəki bütün yoxlamalar 2021-ci ilə qədər qanunvericilik səviyyəsində dayandırılıb. Aktiv makroiqtisadi siyasət sayəsində 2017-2019-cu illərdə iqtisadiyyat sabitləşib. Azərbaycan 2018-ci ildə Qlobal Rəqabət Qabiliyyəti hesabatında 35-ci, Dünya Bankı tərəfindən dərc edilmiş 2019-cu il “Doing Business Report”a uyğun olaraq dünyada 25-ci yerdə, o cümlədən biznesin qurulması üçün 9-cu və Dünyada investorların müdafiəsi üzrə 2-ci yerdədir. Azərbaycanda inkişaf etmiş biznes və investisiya mühiti ABŞ-Azərbaycan işgüzar dairələri arasında (B2B -business to business) əlaqələr yaratmaq üçün yeni imkanlar açır. Azərbaycan, eyni zamanda, İrs (Heritage) Fondunun ən qabaqcıl hesabatı olan “2019 İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş əldə edən ölkədir. Hesabatda Azərbaycan 1995-ci ildə İndeks tətbiq olunandan bəri Qanunun Aliliyi kateqoriyasında ən yaxşı inkişaf etmiş ölkə olaraq qeyd olunub. Azərbaycanda mülkiyyət hüquqlarının, investisiya azadlığının və maliyyə sağlamlığının kəskin artması müşahidə edilib. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Hökumətimizin əsas uzunmüddətli hədəflərindəndir. Milli iqtisadiyyatın inkişafı üçün strateji yol xəritələri iqtisadi islahatları daha da dərinləşdirəcək. Həmin islahatlar üzərində işlərin qurulması və iqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlılığını artırmaq üçün növbəti mərhələ kimi 2021-2025-ci illəri əhatə edən daha dərin iqtisadi islahat proqramının inkişafına başlanılıb. Ümumilikdə əlverişli iş mühiti və məqsədyönlü islahatlar biznes və investorlar üçün əlavə imkanlar təmin edəcək”.
7 milyarddan çox insanın yaşadığı dünyada bəzi ölkələrin əhalis sayı barmaqla sayılacaq qədərdir.
Gezmeli.az baku.ws-ə istinadən bu siyahıda əhalisi ən az olan 10 ölkəni təqdim edir.
Bəlkə də onlardan bəzilərinin adını ilk dəfə eşidəcəksiniz:
10. Tuvalu – Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsidir.
Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir. Tuvalu ada dövləti olduğundan heç bir dövlət ilə quru sərhəddinə malik deyil, ancaq ölkənin yaxınlığında Kiribati, Fici və Samoa adaları yerləşir. Ölkənin cəmi 25,9 kv km ərazisi, 11 323 nəfər əhalisi var.
Tuvalu BMT-nin üzvləri arasında ən az əhaliyə malikdir. 1978-ci ilin 1 yanvar tarixində Böyük Britaniyadan öz müstəqilliyi qazandıqdan sonra turizm sahəsini inkişaf etdirməyə başlayıb.
Qlobal istiləşmə son illərdə bu ölkənin su altında qalma ehtimalını artırıb. Paytaxt Funafuti dəniz səviyyəsindən cəmi 5 metr yüksəkdə yerləşir. Əgər qlobal istiləşmə nəticəsində istilik 1 dərəcə yüksəlsə, Tuvalu tamam su altında qalacaqdır. Bu səbəbdən adada yaşayan yerli xalq indidən Avstraliya və Yeni Zelandiyaya miqrasiya etməyə başlayıb.
9. Nauru – Sakit okeanda ada dövlət.
Ərazisi 21,3 кm², əhalisi 9322 nəfərdir. Müstəqilliyi 1968-ci ildə elan edilib. Nauru dünyada ən kiçik ada dövləti və rəsmi paytaxtı olmayan dövlətdir. Rəsmi adı ilə Nauru Respublikası və köhnədən Pleasant Adası olaraq bilinən, Cənubi Sakit Okeanda olan bir Mikroneziya ada ölkəsidir. Ən yaxın qonşusu 300 kilometr şərqində yerləşən Kiribatinin Banaba adasıdır.
8. Montserrat – Böyük Britaniyanın dəniz ərazilərindən biri.
1492-ci ildə Xristofor Kolumb tərəfindən kəşf edilib. Paytaxtlı Plimotdur. Ərazisi 102 km2, əhalisi isə 4922 nəfərdir.
7. Müqəddəs Yelena adası – Atlantik okeannında Böyük Britaniyaya məxsus ada. 1502-ci ildə ingilis dəniçilər tərəfindən kəşf edilib.
Adanın Napoleon Bonapart sürgündə olan zaman yaşadığı iki ev və dəfn olunmuş kiçik bir ərazisi Fransaya aiddir. Azsaylı əhalisi Böyük Britaniyaya loyal olaraq qalmaqdadır. İqtisadiyatı zəif olan bu ada Londondan tam asılı vəziyyətdədir. Vulkanik mənşəyli Müqəddəs Yelena adasının 1 km radiusunda çoxlu xırda adacıqlar yerləşir. Ada 121,7 km² sahəyə, 4255 nəfər əhaliyə malikdir.
6. Folklend adaları – Argentina ilə Böyük Britaniya arasında Atlantik okeanının cənub-qərb hissəsində yerləşən mübahisəli ərazi.
İki böyük adalardan – Şərqi Folklend (Soledad) və Qərbi Folklend (Qrand-Malkina) və 200-ə yaxın kiçik adalardan ibarətdir. Sahəsi 12,1 min km2-dir. Rəsmi dil ingilis dilidir.
Hazırda Folklend adaları Böyük Britaniya Krallığının rəsmi nümayəndəsi – ingilis qubernatoru tərəfindən idarə olunur. Burada Böyük Britaniyanın hərbi-hava və hərbi-dəniz bazaları yerləşdirilib.
2006-cı ilin siyahıyalınmasına görə, arxipelaqda 3140 nəfər sakin yaşayır. Onların böyük əksəriyyəti ingilislərdir.
5. Niue – Sakit okeanında yerləşən ada dövlətidir.
Quru sahəsi 260 kv.km-dir. 2016-cı ilin noyabrına olan məlumata əsasən, əksəriyyəti Polineziyada olmaqla təqribən 1612 nəfər əhalisi var. Niuenin paytaxtı Alofi kəndidir. Niue əhalisi Yeni Zelandiya vətəndaşı sayılır. Ölkənin başçısı kraliça II Elizabetdir. Bu dövlət BMT üzvü deyil.
4. Tokelau – Sakit Okeanın cənub hissəsində yerləşən Yeni Zelandiyanın mülküdür.
Ümumi sahəsi cəmi 10,1 km² olan arxipelaq üç kiçik adadan ibarətdir: Atafu, Nukunonu və Fakaofo. 2011-ci ilin siyahı almasına görə 1411 nəfər əhalisi var.
1948-ci ildə qurulan bu ölkə monarxiya idarəetmə üsulu ilə idarə olunur.
3. Vatikan – şəhər dövlətidir. Müstəqil və suveren ölkədir.
Ölkə 44 hektar əraziyə və mindən çox əhaliyə sahibdir. Rəsmi qeydiyyatda 690 nəfər əhalisi var.
Roma Papası tərəfindən idarə edilən teokratik monarxiya 11 fevral 1929-cu il tarixində Roma Katolik kilsəsi və İtaliya rəhbərliyi arasında Lüteran sazişi əsasında yaradılıb.
İtaliya paytaxtı Roma şəhərinin qərbində Monte-Vatikano adlanan təpə üzərində yerləşir. Kiçik ərazidə yerləşməsinə baxmayaraq onun özünün 750 metr uzunluğunda dəmiryol xətti, vağzalı, poçt markaları, himni,gerbi, bayrağı, polisi, hətta həbsxanası da var.
2. Pitkern adaları – Böyük Britaniyanın xarici adaları, Sakit okean ərazisində yerləşir.
Adada 19-cu əsrdə dənizçilər yaşayıb. Sonrada limana çevrilib. Lakin burada 11-ci əsrə aid yaşayış izləri tapılıb.
Hazırda 47 km2 ərazisi və 56 nəfər əhalisi var.
1. Silend – Şimal Dənizində yerləşən virtual, həmçinin dünyanın ən kiçik tanınmayan ölkəsidir.
Psevdo ölkə britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub.
İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada “Silend” adı verdiyi ölkəsini qurub. 1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Silend knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb.
550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmadığından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək, leytenantın oğlunu mətbəxə həbs edirlər. Bundan xəbər tutan şahzadə Roy dərhal “ölkəsinə” gələrək, hakimiyyəti yenidən ələ keçirir. Çevrilişə cəhd edənlərin ikisi ölkədən kənarlaşdırılır, biri isə Silend vətəndaşlığından çıxarılır.
Hazırda Silendin 27 nəfər əhalisi var. Dili ingiliscə, rəsmi valyutası Silend dollarıdır.
Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin “Araşdırma Dəyərləndirmə Analiz” araşdırma şirkəti ölkə ərazisində sorğu keçirib. 2019-cu ilin avqustunun 19-dan 30-a kimi Türkiyənin 26 vilayətində 18-yaşdan yuxarı 1721 nəfər arasında keçirilən sorğunun nəticələri məlum olub.
Sorğuda iştiak edənlər Türkiyənin gündəmində olan ən aktual məsələlərə münasibət bildiriblər.
Belə ki, sorğu iştirakçılarının 44,9 % ölkədə ən əsas problemin iqtisadiyyat olduğunu açıqlayıblar. 17% işsizliyi, 6% suriyalı qaçqınları, 5,2% turizmi və 2.9% isə demokratik insan haqları olduğunu qeyd ediblər.
Sorğu iştirakçılarının 74,9 % Türkiyənin Rusiyadan “S-400” ZRK-larını almasını müsbət qarşılayıb.
Hansı ölkələrin Türkiyəyə dost və düşmən olduqları barədə suala cavab verərkən respondentlərin 94,5% -i ABŞ-ı düşmən ölkə adlandırıb. Dost ölkələr arasında Azərbaycan 83% səs toplayaraq birinci yeri tutub. Sonrakı yerlərdə isə Rusiya 16,3% və Çin 10,2% gəlib.
Dövlət Turizm Agentliyi turistlərin daha çox istiqamət tutduğu bölgələrdəki mehmanxana, restoran və şərab zavodlarında çalışan işçilərə təlimlər keçəcək.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, dekabr ayında başlanması planlaşdırılan təlimlərin əsas məqsədi bu turizm obyektlərində çalışan kadrların bilik və bacarıqlarını, peşəkarlıq səviyyəsini artırmaqdır.
Layihə “Mehmanxana biznesinin idarə olunması və personalın xidmət keyfiyyətinin artırılması”, “Restoran biznesinin idarəolunması və personalın xidmət keyfiyyətinin artırılması”, ““Şərab marşrutu” üzrə yerləşən şərab istehsalı və satışı müəsissələrinin turizm nümayiş obyektlərinə çevrilməsi” modulları üzrə həyata keçiriləcək.
İlkin mərhələdə ölkənin 25 rayonunda fəaliyyət göstərən turizm obyektlərinin sahibləri ilə sorğular keçirilib. Onların hansı sahələr üzrə təlimlərə ehtiyac duyduqları öyrənilib.
Növbəti mərhələdə isə tələbat duyulan sahələr üzrə təlimlərə start veriləcək.
Qeyd edək ki, layihə regional turizmin inkişafına, turistlərin məmnuniyyət səviyyəsinin yüksəlməsinə, eyni zamanda paytaxtdan rayonlara turist axınının çoxalmasına yardımçı olacaq.
Mövsüm bitməmiş istirahət etmək istəyirsiniz ? Elə isə bu tur məhs sizin üçündür !!! Şəhərdən kənarda təbiət qoynunda gəzməyə, 5 ulduz Şirvan oteldə dincəlməyə kim yox deyər ? 😉 ————————- ● QƏBƏLƏ • ŞAMAXI • SAKİTGÖL TURU (Y) ● 28-29 sentyabr (2 gün/1gecə) ● Qiymət: 75 AZN ————————- ● Qiymətə daxildir: • Komfortlu transfer • Oteldə gecələmə (Şirvan Hotel 5*) hotelshirvan.com • Otel xidmətlərindən istifadə (Hovuz,sauna,türk hamamı,bilyard,uşaq əyləncə otağı,diskoteka və s.) • Ekskursiya: (Qəbələnd,Nohurgöl,Tufandağ,Sakit Göl istirahət mərkəzi, Qobuland) • Qidalanma: (2 səhər yeməyi) • Tur rəhbəri • Fotosessiya • Çay süfrəsi ————————- • Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub.
Əlavə məlumat üçün: ?+994 70 264 60 30 (WhatsApp+Zəng) ? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)
Dünyanın ən qədim səyahət və turizm konserni “Tomas Kuk”un (Thomas Cook) iflasa uğraması hazırda məzuniyyətdə olan 15 minədək avstriyalının geri dönüşünü çətinləşdirib.
Böyük Britaniyanın ən böyük turizm konserni “Tomas Kuk”un idarə heyətinin sədri Peter Fankhausersentyabrın 23-də şirkətin xilası üçün banklarla aparılan kredit danışıqlarının nəticəsiz başa çatdığını və iflasa uğradığını elan edib. İflas qərarının qəbulu ilə şirkətin həyata keçirdiyi bütün uçuşlar ləğv olunub. Şirkətə məxsus yüzədək təyyarə nəzərdə tutulan reyslərə buraxılmayıb və hazırda səfərdə olan 600 min nəfərin öz ölkəsinə geri qayıtması çətinləşib.
Avstriya bazarında üçüncü ən böyük turizm şirkəti olan “Tomas Kuk”un iflası avstriyalı turistlərdən də yan keçməyib. Hazırda 15 min avstriyalı turistin vətənlərinə geri gətirilməsində problemlər yaranıb. Böyük Britaniya hökuməti “Matterhorn“ kod adı altında sülh dövründə ən böyük mülki repatriasiya (vətənə qaytarılma) əməliyyatına start verdiyini açıqlayıb. Ən qısa zamanda bütün turistlərin mənzil başına çatdırılacağını vəd edib.
“Tomas Kuk” hər il səyahət edən orta hesabla 19 milyon şəxsə xidmət göstərib. Şirkətin iflası ilə dünyanın müxtəlif ölkələrindəki 22 min əməkdaşı öz iş yerini itirə bilər. Brexitin ləngiməsi və turizm sektorunda bir sıra yeniliklər zamanında həyata keçirilməsi turizm nəhəngini ciddi maliyyə böhranı qarşısında qoyub. Bu ilin birinci yarısında şirkət təxminən iki milyard avro vəsait itirib.
Hollandiya Niderland Krallığı Avropanın şimal-qərbində, Şimal dənizinin sahilində yerləşən cənubda Belçika, şərqdə ilə Almaniya qonşu olan bu balaca ölkə dünyada yel dəyirmanları, zanbaqları velosipedləri xoşbəxt insanları pendir və süd məhsulları maldarlıq və inəkləri ilə tanınır.
Hollandiya ərazisinin çox hissəsi dəniz səviyyəsindən 38% aşağıdadır. Hollandiyanın səthi sahəsi 41.526 kvadrat kilometrdir. 17 milyon 357min əhalisi var. Bu da Hollandiyanı dünya əhalisinin ən sıx məskunlaşdığı ölkələrindən biri halına gətirir.
Hollandiya Belçika və Lüksemburq ölkələrinin birliyindən yaranan Benilüksun ən vacib bir kənd təsərrüfatı ölkəsidir. Ölkə ərazsiinin 32% -i kəndtəsərrüfatında istifadə olunur. Xüsusilə, süd və süd məhsulları baxımından çox inkişaf etmişdir. Niderlandda bağçılıq da son dərəcə inkişaf etmiş və xarici gəlir mənbəyidir.
Hollandiya dünyanın ən böyük çiçək istehsal edən ölkələrindən biridir. Hollandiya iqtisadiyyatı hazırda dünyada ən güclü iqtisadiyyatı olan 16 ölkədən biridir. Gəmiçilik və bankçılıq Niderland iqtisadiyyatının əsas dinamikasıdır.
Ən əhəmiyyətli şəhərlər Rotterdam, Utrext, Eindhoven, Qroningen, Harlemdir.
Rotterdam şəhəri Avropanın ən böyük limanlarından birinə sahibdir və Hollandiya ticarətinin nəfəs aldığı vacib bir şəhərdir. Tarixə nəzər salanda görürük ki ,1568-ci ildən başlayaraq İspaniya ilə 80 illik müstəqillik müharibəsinə başlayan Niderland 1648-ci ildə Vestfaliya müqaviləsi ilə Müstəqilliklərini əldə etdiblər.
1814-cü ildə Napoleon məğlub olanda Hollandiyanın artıq yeni qurucusu William I hakimiyyətə gəldi. İqtisadi və siyasi baxımdan zəngin və güclü bir dövlətə çevrildi.
Son illərdə neft və qaz yataqları aşkar edilərək işlənsə də, onlar ölkənin ehtiyacları üçün kifayət deyil. Holland kömür mədənləri və duz yataqları Hollandiya yeraltı sərvətlərinin digər hissəsidir.
Hollandiya əhalisinin 40% -i sənayedə çalışır. Gəmi istehsalı Hollandiya iqtisadiyyatının canı, qanıdır. Ölkədə 300-dən çox gəmiqayırma zavodu mühüm gəlir mənbəyidir..
Turizminə gəlincə isə Hollandiya, il boyu 10 milyon turisti qəbul edən sürprizlərlə dolu bir ölkədir.
Təxminən 6000 möhtəşəm binada qurulmuş, 50-dən çox muzey ilə mədəniyyətə maraq göstərən insanların zövqünu oxşayır..
Dünyanın ən böyük çiçək ixrac edən ölkəsi haqqında xəyal qurmağa başlayaq? Füsünkar çiçək qoxuları ilə Parisdən daha çox körpü və Venesiyadan daha çox kanal ilə göz oxşayan Hollandiya Avropanın ən çox ziyarət edilən 5-ci ölkəsidir. İl ərzində Amsterdam 4,2 milyon turisti qəbul edir.
İlk baxışdan dərhal bu sakit və cazibədar Avropa ölkəsi sizi heyran edəcək. Tarixi binaların əzəmətindən valeh olacaq cazibədar damları və pəncərələri ilə dar, hündür binalarından gözlərinizi çəkə bilməyəcəksiniz.
Yenə də Hollandiyaya getmə səbəbləriniz bununla bitməyəcək.
Səbəb isə, digər ölkələr tərəfindən qadağan və ayıb kimi qəbul edilən bir çox şeyi Hollandiya leqal edib. Bu səbəbdən hər il dünyanın müxtəlif yerlərindən gələn turistlərin axın etdiyi bir ölkədir.
Aqroekoturizm yeni yaranmasına baxmayaraq, dünyada sürətlə inkişaf etməkdə olan sahələrdəndir. Dünya əhalisinin sayının artması və urbanizasiya bu sahənin inkişafına təkan verir. Həmçinin insanlar artıq dəniz, qum və günəş üçlüyünün yaratdığı kütləvi turizmin yerinə, alternativ turizm növləri ilə daha çox maraqlanırlar. Şəhər sakinləri qısa müddətlik də olsa kənddə yaşamağı, fermada gecələməyi, təbii kənd məhsulları ilə qidalanmağı, təbiətlə təmas qurmağı arzulayırlar. Elə aqroturizmin meydana çıxmasının kökündə də məhz bu arzunu reallaşdırmaq istəyi dayanır. Aqroekoturizmin şəhər əhalisi üçün maraqlı olmasının digər səbəbi isə odur ki, səyahət müddətində onlar fərqli mədəniyyət və səfər etdikləri regionların yerli mətbəxləri ilə tanış olurlar, yerli təamları dadırlar.
1980-ci illərdə Avropada yaranan aqroekoturizm günümüzdə daha geniş əhatə dairəsinə malikdir. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə yerli fermerlərə dəstək və onlar üçün alternativ satış kanalları yaratmaq məqsədi ilə aqro-eko turlar təşkil olunur. Aqroekoturizmi sosialyönümlü layihə də adlandırmaq olar. Belə ki, turizmin bu sahəsi regionlarda yaşayan əhalinin işsizlik və az gəlir kimi problemlərinin həllində töhfələr verə bilir.
Dünyanın müxtəlif ölkələrində aqroekoturizmin təşkili və fəaliyyət istiqamələri də müxtəlifdir. Məsələn, İtaliyada aqro-eko turlar daha çox fermalarda qonaqlamaq üçün təşkil edilir. Bundan başqa bu cür turlar kənd təsərrüfatı məhsulları almaq, təbiət əhatəsində gəzmək, təsərrüfat heyvanlarını bəsləmək, meyvə toplamaq və s. məqsədlər üçün də təşkil olunur.
Son vaxtlar ölkəmizdə turizm sektorundakı canlanma özünü aqroekoturizm sahəsində də hiss etdirir. Azərbaycanda həyata keçirilən aqroekoturizm layihələrinə “Şəhərdən Kəndə” layihəsini misal göstərmək olar. Layihə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. “Şəhərdən Kəndə”nin əsas məqsədi paytaxt sakinlərinin və xarici turistlərin asudə vaxtlarını səmərəli şəkildə keçirməsinə yardımçı olmaq, onlar üçün alternativ istirahət növü təşkil etmək, eyni zamanda, kəndlərdə yaşayan kiçik və orta fermer təsərrüfatı sahiblərinin sosial rifahını artırmaqdır.
Bu günə qədər layihə çərçivəsində Şamaxının Qonaqkənd, Çaylı, Meysəri, İsmayıllının Təzəkənd kəndlərinə turlar baş tutub. Yerli və xarici turistlərin iştirak etdiyi turlarda səyahətsevərlər bir günlük də olsa şəhər səs-küyündən uzaqda, təbiət qoynunda istirahət ediblər. Turlar müxtəlif fermer təsərrüfatlarına təşkil olunub ki, bu da turistlərə kənd həyatı və kənd təsərrüfatı məhsullarının yetişdirilməsi prosesləri ilə daha yaxından tanış olmağa, təbii məhsullar və yerli təamlar dadmağa imkan verib.
“Aqrar tədarük və təchizat” ASC tərəfindən mütəmadi olaraq aqro-eko turlar təşkil edilir. Həmçinin qurum regionlarda olan yerli fermer təsərrüfatları ilə əməkdaşlığa da açıqdır. Belə ki, öz təsərrüfatından əlavə gəlir qazanmaq istəyən kəndli-fermerlər quruma müraciət etməklə təsərrüfatlarının aqro-eko turlar üçün uyğun olub-olmadığını və əməkdaşlığın digər detallarını öyrənə bilərlər.
Hazırda isə görünən odur ki, “Şəhərdən Kəndə” layihəsi davamlı olacaq və ölkəmizin həm kənd təsərrüfatı, həm də turizm sahəsinə öz töhfəsini verəcək.