Ev Blog Səhifə 153

Rafiq Abbasov: Mədəniyyət və təhsil mübadiləsi istiqamətində Azərbaycan-Çin əməkdaşlığının geniş perspektivləri var

0
Çin

Çin Xalq Respublikasının (ÇXR) “Sinxua” rəsmi informasiya agentliyi Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun direktoru, Azərbaycan-Çin Dostluq Cəmiyyətinin icraçı katibi Rafiq Abbasovla müsahibəni dərc etmişdir.

Rafiq Abbasov qeyd etmişdir ki, son illərdə tarixi Böyük İpək Yolunun birləşdirdiyi iki ölkə – Azərbaycan və Çin arasında humanitar sahədə əməkdaşlıq yüksək templə inkişaf etməkdədir. Bu, hər şeydən əvvəl ölkəmizin Çin tərəfinin Avrasiya iqtisadi-nəqliyyat dəhlizlərinin yaradılmasıdır. Həmçinin İpək Yolu ölkələri arasında humanitar mübadilə, mədəniyyətlərarası dialoq və siyasi ünsiyyətin təmin olunması istiqamətində nəzərdə tutulmuş “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsində fəal iştirakı ilə əlaqədardır.

Rafiq Abbasov həmçinin 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini yada salaraq qeyd etmişdir ki, bu səfər zamanı ÇXR Sədri Si Cinpinlə dövlət başçımız “İpək Yolu iqtisadi zolağının” birgə genişlənməsi sahəsində qarşılıqlı anlaşma ilə bağlı Memorandum imzalamışlar. Məhz bu Memorandum gələcəkdə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq istiqamətində möhkəm zəmin olmuşdur. Bundan sonra “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsi sayəsində Çin tərəfinin “yumşaq güc” strategiyası çərçivəsində humanitar sahədə əməkdaşlıq inkişaf etməyə başlamışdır. Əməkdaş ölkələr arasında ictimai-siyasi dialoq fəallaşmış, həmçinin Konfutsi İnstitutu şəbəkəsi də genişlənmişdir. Məsələn, artıq Azərbaycan Dillər Universitetində (ADU) İpək yolu layihəsinin araşdırılması üzrə ixtisaslaşmış və ADU-nun rektoru Kamal Abdullanın rəhbərliyi altında Azərbaycan-Çin mədəniyyətlərarası dialoq proqramının həyata keçirildiyi Konfutsi İnstitutu yaradılmışdır. Rafiq Abbasov onu da qeyd etmişdir ki, ADU-da fəaliyyət göstərən Konfutsi İnstitutunın əsas məqsədi Azərbaycanda Çin dili və mədəniyyətinin daha geniş təbliğ olunmasıdır. Azərbaycan və Çin xalqları arasında ənənəvi dostluq münasibətlərinin inkişafı ölkələrimiz arasında təhsil və mədəniyyət sahəsində də mühüm rol oynamaqdadır. Bu gün Azərbaycanın Çinlə siyasi və iqtisadi əməkdaşlığının inkişaf etdiyi bir zamanda ölkəmizdə çin dilinə maraq artmaqdadır. R.Abbasov xüsusən Azərbaycan gəncləri, tələbələr arasında Çin dilinə marağın ildən-ilə artmaqda olduğunu vurğulamışdır. Hazırda ADU-da bakalavr səviyyəsində “Regionşünaslıq” ixtisası üzrə 70-dən artıq tələbə təhsil alır. Çin dilinin təbliğində, tədrisin müasir təlim metodları əsasında keçirilməsində, çin dili üzrə milli dərsliklərin hazırlanmasında Konfutsi İnstitutunun mühüm rolu vardır.

Bununla yanaşı, Təhsil Nazirliyi dövlətlərarası razılaşmalara əsasən hər il Çinə təhsil almaq üçün 50-yə qədər tələbə göndərir. Konfutsi İnstitutu isə çin dili kurslarının dinləyicilərini Çinə bir illik təhsil almağa göndərir, məktəblilər və tələbələr üçün “Çin dili körpüsü” kursları təşkil edir. Ölkəmizin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində fəal iştirak etdiyi bir vaxtda Azərbaycanda onlarla Çin şirkəti fəaliyyət göstərir, turizm sahəsində mübadilə genişlənir. Müntəzəm olaraq çin dili üzrə ixtisaslaşmış tərcüməçilərə tələb artır. Digər bir tərəfdən isə çin dilini öyrənməyə artan maraq çin mədəniyyətinə daha dərindən nüfuz etməklə əlaqədardır. Bu gün Azərbaycanda elmi mübadilə genişlənir. Çində ticarət qurmaq istəyən biznesmenlərin sayı çoxalır. Bütün bunlar çin dili kurslarına gələnlərin sayının artımında da özünü göstərir.

Azərbaycanla Çin arasında mədəni sahədə mübadilə ilə bağlı məsələlərə toxunarkən R. Abbasov Azərbaycanda Çinin qeyri-maddi və mənəvi irsinin təbliği istiqamətində mühüm xidmətlər göstərən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gərgin əməyini xüsusi qeyd etmişdir. Heydər Əliyev Fondunun və Çinin xarici ölkələrlə dostluq cəmiyyəti arasında memorandum imzalanmışdır. Memoranduma əsasən Çində Azərbaycan musiqisi günləri keçirilir. Azərbaycanda da müvafiq olaraq müasir Çin rəssamlarının sərgiləri təşkil olunur. ADU-nun Konfutsi İnstitutu Azərbaycanda Çin mədəniyyətinin ölkəmizdə təbliği sahəsində əlindən gələni əsirgəmir. Azərbaycanın Mədəniyyət və İncəsənət Universiteti ilə birgə bədii və ədəbi gecələr təşkil edilir. Ölkəmizdə Çinin mədəni irsinin qorunduğu müəssisələrlə əməkdaşlıq edərək Çinin ənənəvi bayramlarını qeyd edir.

“Regional İnkişaf” İctimai Birliyi macəra turizminin inkişafı ilə bağlı yeni layihəyə start verib

0
Regional inkişaf

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ölkədə macəra turizminin inkişafı, dağçılıq və ekstremal idman növlərinə marağın artırılması məqsədilə yeni layihənin icrasına başlayıb.

Fonddan APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Vətənimdə qarış-qarış” layihəsi keçirilir. Layihə çərçivəsində macəra turizminə marağı olanların təlimatlandırılması, turizmin bu növü üçün əlverişli regionlarda yeni marşrutların müəyyən edilməsi həyata keçiriləcək. Turistlərin təhlükəsiz hərəkətinin təmini məqsədilə həmin ərazilərdə istiqamətləndirici nişan və məlumat lövhələrinin yerləşdirilməsi nəzərdə tutulur.

İsmayıllı rayonundan başlayan layihə çərçivəsində Sulut kəndi ərazisindəki Fit dağında yerləşən, XVII-XVIII əsrlərə aid “Buzxana” və “Qırxotaq əfsanəsi” abidələrinin marşrutu üzrə istiqamətləndirici nişan və məlumat lövhələri yerləşdirilib.

Layihə zamanı macəra turizminə marağı olan 30-dan çox gəncin həmin abidələrə yürüşü təşkil edilib. Peşəkar dağçılar yürüşdən əvvəl və yolboyu iştirakçılara dağ idman növləri haqqında məlumat verilib. İlkin tibbi yardım, ekstremal vəziyyətlərə psixoloji hazırlıqlar görülüb.

Layihənin respublikanın digər regionlarında da həyata keçirilməsi nəzərdə tutulur. Hazırda macəra turizmi üçün əlverişli bölgələrdə yeni marşrutların müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

Misir səfiri: “Bakı-Şarm-əş-Şeyx reysinin açılmasından sonra Azərbaycandan turist axını artıb”

0
Misir

Bakı-Şarm-əş-Şeyx birbaşa reysinin açılmasından sonra Azərbaycandan Misirə turist axını artıb. İndi Azərbaycandan olan turistlər bütün il boyu Misir günəşi altında istirahət edə biləcəklər. Bu amil ölkələrimiz arasındakı turizm əlaqələrinin möhkəmləndirilməsində böyük rol oynayır”.

Bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahimiki ölkə arasında turizm sahəsində əməkdaşlığa dair mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.

Səfir həmçinin qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, bu il də turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur.

Bu reys üzrə azərbaycanlı müştərilərə xidmət göstərən turoperatorun nümayəndəsi Rəvan Qulamlının sözlərinə görə, gələn yaydan etibarən Bakı-Şarm-əş-Şeyx marşrutu ilə uçuşların həftədə 2-3 dəfə edilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda bu istiqamətdə uçuşlar həftədə 1 dəfə həyata keçirilir.

Səfir Adel İbrahim: Misirdə turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur

0
Misir

Bakı-Şarm-əş-Şeyx birbaşa reysinin açılmasından sonra Azərbaycandan Misirə turist axını artıb. Hazırda Azərbaycandan olan turistlər bütün il ərzində Misir günəşi altında istirahət edə biləcəklər. Bu, ölkələrimiz arasındakı turizm əlaqələrinin möhkəmləndirilməsində böyük rol oynayır.

Bu fikirləri Misirin Azərbaycandakı səfiri Adel İbrahim sentyabrın 23-də iki ölkə arasında turizm sahəsində əməkdaşlığa dair mətbuat konfransında deyib. Səfir qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, bu il də turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur. Diplomat Misirin turizm bölgələrini ziyarət etmək arzusunda olan, qədim Misir mədəniyyəti ilə tanış olmaq istəyən turistlərin istəyini nəzərə alaraq ölkəsinin azərbaycanlı turistləri hər mövsümdə qəbul etməyə hazır olduğunu qeyd edib.

Bu reys üzrə azərbaycanlı müştərilərə xidmət göstərən turoperatorun nümayəndəsi Rəvan Qulamlı deyib ki, gələn yaydan etibarən Bakı-Şarm-əş-Şeyx marşrutu ilə uçuşların həftədə 2-3 dəfə həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda bu istiqamətdə uçuşlar həftədə 1 dəfə həyata keçirilir.

AVRO-2020-nin Fan Zonaları ilə bağlı seminar keçirilib

0
Avro-2020

Rumıniyanın paytaxtı Buxarestdə AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək 12 şəhərin Fan Zonalarının “Kreativ seminar”ı təşkil olunub.

“Report” xəbər verir ki, tədbirdə AVRO-2020-nin Bakı Fan Zonası üzrə meneceri Nigar Qasımova və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov iştirak edib.

Seminarda 12 ev sahibi şəhərin Fan Zona üzrə planları təqdim olunub, “Ev sahibi şəhərlər arasında körpüləri necə qurmaq olar?” mövzusunda müzakirələr aparılıb. Həmçinin Buxarestin Fan Zonasının məkanı iMapp tədbirində ictimaiyyətə elan olunub.

Qeyd edək ki, Avropa çempionatının 60 illiyi ilə əlaqədar olaraq, yarış ilk dəfə 12 iyun – 12 iyul 2020-ci ildə 12 müxtəlif ölkədə və 24 komandanın iştirakı ilə keçiriləcək. AVRO-2020-nin matçları Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqo (Şotlandiya) şəhərlərində təşkil ediləcək. Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. 68700 nəfərlik arenada matçlar keçiriləcək. Müvafiq olaraq 13 iyun, 17 iyun, 21 iyun4 iyulda olacaq.

TBİLİSOBA FESTİVALI TURU – Go Travel

0
Tbilisoba turu

ŞOK ŞOK ŞOK !!!
Endirimin beləsini görməmişdiniz.

• TBİLİSOBA festivalına qoşulmaq istəyənlər üçün bundan daha əla fürsət ola bilməz ?

• TBİLİSOBA FESTİVALI TURU ?
• Tarix: 04-07 oktyabr (2 gün-1 gecə)

• Turun qiyməti: 59 AZN

● Qiymətə daxildir:
• Komfortlu nəqliyyat
• Oteldə səhər yeməyi
• Oteldə gecələmə
• Ekskursiyalar :
TBİLİSİ və MTSXETA şəhər gəzintiləri
• Festivalda iştirak
• Fotosessiya

• Tur rəhbəri

● Qeyd:
• Qiymət 2 və 3 nəfərlik otaqlarda bir nəfər üçün nəzərdə tutulmuşdur

• Hər ailədən 5 yaşa qədər bir uşaq pulsuz iştirak edə bilər

• Start: 4 oktyabr 21.30 Toplanış (gənclik metrosu yaxınlığı)

• Finiş: 7 oktyabr 06.00-07.00 (gənclik metrosu yaxınlığı)

● Ətraflı məlumat və qeydiyyatdan keçmək üçün: 070-264-60-30

Turizm sahəsində ölkələrarası əməkdaşlıq genişlənir

0
turizm

Sentyabrın 20-də Pekin şəhərində Azərbaycan Turizm Bürosu və ümumilikdə 400 milyon istifadəçisi olan Çinin “Ctrip” və “Qyer” onlayn platformaları arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Dövlət Turizm Agentliyindən Cebhe.info-ya verilən məlumata görə, memorandumun imzalanmasında məqsəd Çin bazarına yönəlmiş turizm məhsullarını ortaq əməkdaşlıqla inkişaf etdirməkdir. Azərbaycana səfər edən Çin vətəndaşlarının sayını artırmaqdır.

İmzalanma mərasimində çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bu haqda məlumat verib. Çinin turizmi üçün böyük potensialı mövcuddur.

O diqqətə çatdırıb ki, 2018-ci ildə Çindən Azərbaycana 13 min nəfər gəlsə də, təkcə bu ilin avqust ayının sonunadək bu say 17 min nəfər təşkil edib və bu tendensiya artmaqdadır.

Xatırladaq ki, Azərbaycan Turizm Bürosu sentyabrın 16-dan 21-dək Çinin Şanxay, QuançjouPekin şəhərlərində silsilə təqdimatlar keçirib.

Azerbaijan-China Roadshow on Travel Trade” adlı tədbirdə Azərbaycandan 12, Çinin hər üç şəhərindən ümumilikdə 250-ə yaxın turizm şirkəti iştirak edib.

Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib. İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndirilib. Gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

Portuqaliya əlilliyi olan insanlar üçün əlçatan turizmə görə mükafat almış ilk ölkədir

0
Portuqaliya

Dünya Turizm Təşkilatının (UNWTO) “Əlçatan turizm istiqaməti” adlı mükafatına layiq görülmüş ilk ölkə Portuqaliya olub.

AZƏRTAC Portuqaliya İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, Portuqaliya əlilliyi olan insanlar üçün əlçatan turizmin təşkilinə görə xüsusi mükafata layiq görülmüş yeganə ölkədir. Mükafat ilk dəfə bu il UNWTO tərəfindən təqdim ediləcək.

Təşkilatın hesablamlarına görə, təkcə Avropada mobilliyə xüsusi ehtiyacı olan 90 milyon turist var. Buna görə də Portuqaliya turizmin əlyetərliliyi sahəsində lider kimi öz namizədliyini irəli sürməyi planlaşdırır. Fiziki imkanları məhdud olan insanların məsələləri üzrə dövlət katibi Ana Sofiya Antunes deyib: “Hökumət Portuqaliyanı həqiqətən inklüziv ölkəyə çevirməyə yönəlmiş addımlar atıb. Artıq geriyə yol yoxdur”.

Azərbaycanın turizm potensialı barədə seminar yaponiyalı iş adamları tərəfindən maraqla qarşılanıb

0
turizm

Tokionun “Bunkyo Civic Center” mərkəzində “Cross Border Club” şirkətinin və Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə ölkəmizin turizm potensialı mövzusunda növbəti seminar keçirilib.

Seminara Yaponiyanın müxtəlif şəhərlərindən gəlmiş iş adamları qatılıb. “Cross Border Club”ın baş meneceri Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin icraçı direktoru, agentliyin Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev ölkəmizin turizm potensialı barədə məlumat veriblər.

Əvvəlcə iştirakçılara Azərbaycanda sosial-iqtisadi sahədə əldə edilən uğurlar, müasir turizm obyektləri və burada yaradılan şərait barədə danışılıb. Qeyd edilib ki, Azərbaycan rəhbərliyinin turizm sahəsində həyata keçirdiyi çoxsaylı layihələr var. Ölkəmizdə bu sahəni dünya standartları səviyyəsinə qaldırıb. Ölkəmizdə təbii vasitələrlə müalicə yolu ilə xidmətlər təklif edən turizm müəssisələri barədə də məlumat verilib. Həmin müəssisələr sırasında nadir xüsusiyyətləri ilə seçilən Naftalan İstirahət və Sağlamlıq Mərkəzi və Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzi xüsusi qeyd olunub.

turizm

Qeyd edilib ki, iki ölkə arasında turizm inkişaf etdirilməlidir. Xüsusən də tibbi turizmin inkişaf etdirilməsi barədə layihənin həyata keçirilməsi istiqamətində iş uğurla davam etdirilir. Mərkəzin icraçı direktoru V.Ağayevin ötən yay Azərbaycana səfəri zamanı Naftalan İstirahət və Sağlamlıq, Naxçıvan “Duzdağ” Fizioterapiya mərkəzlərinin, o cümlədən “Duzdağ” otelinin rəhbərliyi ilə görüşərək həmin müəssisələrə yapon turistlərin səfərlərinin təşkili barədə müzakirələr apardığını diqqətə çatdırıb. Qeyd edilib ki, qarşı tərəfin nümayəndələri bu təklifə böyük maraqla yanaşaraq əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Seminarda Azərbaycanın digər ərazilərinin, xüsusən cari ildə 70 illiyini qeyd edən Sumqayıt şəhərinin turizm potensialı barədə də məlumat verilib. Qeyd edilib ki, yubiley ərəfəsində böyük abadlıq və quruculuq işlərinin aparıldığı Sumqayıt əcnəbi turistlərin sevimli əyləncə və istirahət mərkəzlərindən birinə çevrilib.

turizm

Azərbaycanın turizm potensialının təbliği ilə bağlı işin davam etdirildiyini qeyd edən K.İşida bu məqsədlə prodüseri olduğu WITV internet televiziyasında xüsusi verilişin hazırlandığını da deyib. Həmin verilişdə Sumqayıt şəhərinin sənaye və turizm potensialı barədə də ətraflı məlumatlar yapon tamaşaçıların diqqətinə çatdırılacaq.

Seminarda, həmçinin azərbaycanlı turistlərin Yaponiyaya səfəri çərçivəsində tibbi müayinənin təşkili ilə əlaqədar yapon tərəfinin apardığı iş barədə də məlumat verilib. “Mars consulting” şirkətinin meneceri Matsuşita Kazutsuqu bu haqda məlumat verib. O bildirib ki, azərbaycanlı turistlərin Tokionun ən müasir texnoloji avadanlıqla təchiz edilmiş səhiyyə müəssisələrində müayinədən keçməsi barədə razılaşma artıq əldə edilib.

Seminarda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Dubayda payız tədbirlərinə start verilir

0
Dubay

Əgər siz işlə bağlı nəhayətsiz streslərdən, oturaq həyat tərzindən və fiziki aktivlik çatışmazlığından əziyyət çəkirsinizsə, o zaman Dubaya yollanın. Siz orada ab-havanı dəyişə, rahatlana, bədəni həyat fəaliyyəti vəziyyətinə gətirə və beyninizi dincəldə bilərsiniz. Dubay öz qonaqlarına sağlamlaşmağa tam yanaşma və fəal istirahət üçün müxtəlif imkanlar təqdim etməyə hazırdır. Xüsusən özlərinin fiziki imkanlarına meydan oxumağa cəhd edən qonaqlar üçün Dubayda payız ayında xeyli idman tədbirləri keçirilir.

Şəhər sakinləri və qonaqları üçün artıq ənənəyə çevrilmiş “Dubai Fitness Challenge” idman aksiyası yenə də əmirliyi tam 30 gün ərzində – oktyabrın 18-dən noyabrın 16-dək əhatə edəcək. Bir ay boyunca gündə cəmi 30 dəqiqə aktiv hərəkətlər – Dubayın payıza ambisiyalı planı belədir. Həmin dövrdə şəhərin hər yerində müasir trenajorlarla təchiz edilmiş idman “tematik şəhərcikləri” və meydançaları yaradılacaq, 8 mindən çox ustad dərsləri və fitnes-proqramlar təşkil olunacaq. Bununla da bütün arzuedənlərə öz sağlamlıqlarını və əhvallarını yaxşılaşdırmağa gündə bir neçə dəqiqə ayırmaq fürsəti veriləcək.

Rəngli” qaçış – mövsümün ən parlaq qaçış startıdır. Bu 5 kilometrlik yürüş zamanı 5 müxtəlif zonanı hər dəfə keçən iştirakçıların üzərinə rəngarəng boya çilənir. Bütün ab-havanı hiss etməkdən ötrü iki asan şərt yerinə yetirilməlidir: startda ağ geyinmək və daha çox rəng yığaraq finişə çatmaq. Yeddinci “rəngli” qaçış üçün bu il xüsusi mövzu seçilib: qaçış həvəskarlarının hər biri noyabrın 10-da Dubay avtodromunda keçirilən “Qəhrəmanların qaçışı”nda iştirak etməklə özünün superqəhrəman geyimini yarada bilər.

Du Tough Mudder” qaçışı – bu, 10 kilometr uzunluğunda keçilməsi mümkün olmayan palçıq və ağır maneələr zolağıdır. “Dubai Festival City”də noyabrın 15-də keçiriləcək sınaqlarda iştirak qərarını verən komandaların fiziki gücünü, dözümlüyünü və fərasətini yoxlamaq üçün nəzərdə tutulub.

Macəra axtaran kiçik yaşlı uşaqlar üçün xüsusi olaraq, 1,5 kilometr uzunluqda qısaldılmış maneələr zolağı düşünülüb.

Spinneys Dubai 92 Cycle Challenge” velosiped yürüşünün əsası 2010-cu ildə qoyulub, o vaxtdan hər il Dubay avtodromunda keçirilir. Bu tədbir hər il dünyanın hər yerindən minlərlə velosipedçini cəlb edir. Onlar iki distansiyadan birini – 53 kilometri yaxud 92 kilometri seçirlər. Dubayın çoxzolaqlı şosesi boyunca keçən marşrut yerli polis tərəfindən tam dəstəklənir. Marşrut, həmçinin noyabrın 28-dən 29-dək yürüş zamanı yalnız velosipedçilər üçün açılan əsas yollardan da keçəcək.