Ev Blog Səhifə 154

Azərbaycan Turizm Bürosu Çinin ən böyük onlayn turizm platformaları ilə əməkdaşlığa dair memorandum imzalayıb

0
Turizm

Azərbaycan Turizm Bürosu və Çinin tanınmış onlayn səyahət platformaları olan “Ctrip.com İnternational Ltd” və “Qyer” arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Xaricə səyahət edən turistlərin sayına görə dünyada birinci yerdə olan Çindən ölkəmizə səfər edənlərin sayının artırılması istiqamətində ardıcıl işlər aparılır. Bu baxımdan Çinin əsas turizm və sayəhətlərin təşkili üzrə ixtisaslaşan nüfuzlu şirkətləri ilə əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Azərbaycan Turizm Bürosu ilə “Ctrip.com İnternational Ltd” və “Qyer” arasında imzalanan əməkdaşlığa dair anlaşma memorandumları imzalanacaq. İki ölkə arasında turizm sahəsində əlaqələrə müsbət təsir edəcək.

turizm

Memorandumların imzalanmasında məqsəd Çin bazarına yönəlmiş turizm məhsullarının ortaq əməkdaşlıqla inkişaf etdirilməsi və Azərbaycana səfər edən Çin vətəndaşlarının sayını artırmaqdır.

İmzalanma mərasimində çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, son illər Azərbaycanda müasir turizm infrastrukturunun yaradılması və turizm xidmətlərinin yüksəldilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Ölkəmizin turizm imkanları barədə məlumat verən icraçı direktor deyib ki, gözəl təbiəti, rəngarəng iqlimi, tarixi və müasir memarlığı, təbii müalicəvi yerləri, müasir infrastrukturu ilə Azərbaycan populyar turizm ölkəsinə çevrilməkdədir. Bunun nəticəsidir ki, turizm sektorunda əhəmiyyətli inkişaf, habelə Azərbaycana səfər edən əcnəbi turistlərin, o cümlədən çinlilərin sayında ciddi artım müşahidə olunur. Ötən il Çindən Azərbaycana 13 min nəfər səfər edib. Cari ilin 8 ayında isə bu say 17 min nəfər təşkil edib.

turizm

Ctrip” səyahətlərin təşkili şirkətinin vitse-prezidenti Ceyms Tan bildirib ki, təmsil etdiyi platforma hotel rezervasiyası, səyahət biletlərinin bronlaşdırılması, qrup və fərdi turizm səfərlərinin, bayram tətillərinin təşkili üzrə 300 milyondan çox istifadəçiyə xidmət göstərir. “Ctrip” Asiya qitəsində ən böyük onlayn turizm xidmətləri göstərən birinci, dünyada isə ikinci platformadır.

O, “Bir kəmər, bir yol” təşəbbüsü üzrə Çinin vacib və yaxın tərəfdaşı olan Azərbaycanın gözəl təbiəti, fərqli mədəniyyətləri ilə çinli turistlərin maraq dairəsində olduğunu deyib. “Ctrip” şirkəti Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq edəcək. Öz imkanlarından yararlanmaqla Azərbaycanın turizm potensialının Çində tanıdılmasına və turizm sahəsində əlaqələrin genişlənməsinə çalışacaq.

turizm

Qyer.com” şirkətinin idarə heyətinin sədri Brayn Siao Azərbaycanın təkcə zəngin neft-qaz yataqlarına malik ölkə olmadığını, həm də təbii şəraiti, nadir yerlərindən olan “Qobustan” qoruğu da daxil olmaqla tarixi abidələri, müxtəlif səyahət məntəqələri ilə diqqət çəkdiyini deyib. Bildirib ki, Şərq və Qərb mədəniyyətinin qovuşduğu məkan olan Azərbaycan fərqli istəkləri olan turistlərin səyahət edə biləcəyi ölkələrdəndir. O, səyahət üzrə ixtisaslaşmış sosial şəbəkə olan “Qyer.com” platformasının 100 milyondan çox istifadəçisi olduğunu bildirib. Azərbaycana səfər etmiş istifadəçilərin ölkəmizlə, o cümlədən tarixi abidələr, təbii mənzərələr, palçıq vulkanları ilə bağlı xeyli müsbət rəylər yaydıqlarını, bu rəylərin platformada paylaşılaraq bəyənildiyini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycanın turizm potensialına dair videoçarxlar nümayiş olunub. Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələrinin ifasında milli rəqslərimiz təqdim olunub.

turizm

Bundan başqa, Çinin Pekin, Şanxay və Quançou şəhərlərində Azərbaycanın turizm potensialının təqdimatı olub. “Azerbaijan-China Roadshow on Travel Trade” adlı tədbirdə Azərbaycandan 12, Çinin hər üç şəhərindən 250-ə yaxın turizm şirkəti iştirak edib. Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər baş tutub. İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndirilib. Gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyətə göstərir.

Gözəl Norveç

0
Norveç

Norveç bir çox təbii möcüzələrin vətəni hesab olunur. Belə ki, bura başgicəlləndirici şəhərlərə, möcüzə tarixə və xoşbəxt əhaliyə malik bir ölkədir.

Norveçin tərifə layiq olmasının 25 səbəbi:


1. Norveç Yer kürəsinin ən xoşbəxt yerlərindən biri hesab olunur.

2. Ən təhlükəsiz yerlərdən biridir.
Norveçin cinayət və həbslər üzrə statistikası olduqca aşağıdır. Bir müdrik hüquq tələbəsi demişdir: “Xoşbəxt insanlar ərlərinə atəş açmazlar”

3. Burada “allemannsrett” adlandırılan qanun vardır.
Allemannsrett” sözü “all men’s right” ifadəsindən götürülmüşdür. Bu ictimai hüquq hesab olunur və insanların becərilməmiş torpaqlar arasında “azad veyillənməsi”nə imkan verir. Bu o deməkdir ki, insanlar ucqar ərazilərdə(utmark) çadır qura və yürüyüş edə bilərlər.

4. Trolltunga foto çəkdirmək üçün əla yerdir.
Trolltunga ən ağlasığmaz ərazilərdəndir.

5. Həmçinin Kjeragbolten.
Gördüyünüz qənbər daşın üzərində rahaqtlıqla dura bilərsiniz. İki dağ arasında yerləşən və ayaq basdığınız torpaqdan minlərlə metr yüksəklikdə dura biləcəyiniz başqa yer tanıyırsınız?

6. Hətta şəhər əraziləri də yaşıllıqla zəngindir.
Oslo Norveçin paytaxtıdır. Şəhər yaşıl təpələrlə əhatələnmişdir. Təbii ki, bura betondan ibarət cəngəllik deyil.

7. Fredrikstad qalası möcüzələr diyarıdır.
Fredrikstad Skandinaviyada ən yaxşı qorunmuş qala hesab olunur.

8. Fyordlar.
Norveç fyordları kəşf olunması lazım olan ən mükəmməl yerlərdəndir.

9. Norveç bu gözəlliyi yaratmışdır.

10. Balıqçılar üçün xüsusi komalar vardır.
Onlar hər yerdədir. Ürəyiniz istədikdə bu komalardan birində qala bilərsiniz

11. Gecə yarısı Günəşi.
24 saat görünən Günəş Şimal qütb dairəsində yay fəslində Norveçin şimalında müşahidə olunur.

12. Norveç xizək sürmənin vətəni hesab olunur.

Müasir xizək sürmədən ilk dəfə Norveçdə istifadə olunmuşdur. İngiliscə işlədilən və dilimizdə “xizək sürmə” kimi istifadə olunan “ski” sözü qədim Skandinaviya dilindən götürülmüşdür və təxminən “bölünmüş ağac parçası” kimi tərcümə olunur.

13. Finlandiyada olduğundan daha çox göl vardır.
Finlandiyada 60.000-dən çox göl vardır, lakin Norveç say etibarı ilə onu ötüb keçmişdir.

14. Hornindalsvatnet Avropanın ən dərin gölüdür.

15. Dünyanın ən uzun tuneli də Norveçdə yerləşir
Lærdal tuneli 24.5 kilometr uzunluğundadır. Əlvan rənglərlə işıqlandırılmış mağara tuneli dörd bölməyə ayırır və bu sürücülərdə yaranmış həyəcanı azaltmağa kömək edir. Tuneldən keçmə müddəti 20 dəqiqəyə bərabərdir.

16. Floyen dağının zirvəsindən bir görüntü.

17. Norveçdə qütb parıltısının da şahidi ola bilərsiniz.
Lotofen adalarından bir görüntü

18. İki kəlmə: şimal maralları.
Santa çox uzaqda deyil.

19. Daha iki kəlmə: qütb ayıları.

20. Norveçin milli içkisi Aquavit adlanır.

21. Siz hətta yayın ortasında belə xizəklə sürüşə bilərsiniz.

22. Aalesund gündüzlər çox dəbdəbəli olur…

23. Və təbii ki gecələr.
24. Geirangerfjord’dan bərə ilə keçmək heyrətamizdir.

25. Norveçin 51.600 mil məsafədə uzanan sahili və 50.000 adanın olması onu özünəməxsus edən xüsusiyyətlərdən biridir.
Qayıqla kəşf edə biləcəyinizdən daha çox su, piyada gəzə biləcəyinizdən daha çox torpaq olan yerdə necə darıxmaq olar?

Dünyanın ən zəngin 10 müsəlman ölkəsi

0
Malaziya

Ölkə iqtisadiyyatı son 80 il ərzində neft və qaz sənayesi sayəsində daha da inkişaf edib. Ancaq ölkə iqtisadiyyatının neftən asılı halda olması heç də yaxşı hal deyil, buna Hollandiyada baş vermiş “Dutch Disease” Hollan sindiromunu göstərmək olar. Dünyanın 10 ən zəngin müsəlman ölkələri siyahısında olan dövlətlərin çoxunun esas gəlirlərini neftdən gələn gəlirləri təşkil edir. Bundan başqa ölkədə adambaşına düşən ümumdaxili məhsulun (ÜDM) yüksək olması həmin ölkənin dünya bazarının mühüm iştirakçısı olması deməkdir.

Qətər


Fars körfəzi ölkələri 1,7 milyon əhali ilə dünyanın ən zəngin ölkələri reytinqinə başçılıq edir. Qətərdə 2011-ci ildə adambaşına düşən orta ÜDM-in həcmi 88 min 919 dollar olub. Burada fəal inkişafın əsas mənbəyi təbii qaz, neft və neft məhsulları istehsalı və ixracatının durmadan artmasıdır.

Bildirək ki, futbol üzrə 2022-ci ilin dünya çempionatının keçiriləcəyi Qətər, həmçinin 2020-ci ilin Olimpiya oyunlarının ev sahibliyinə namizədliyini irəli sürüb.

Küveyt


3,5 milyon əhalisi olan ölkə bu siyahıda ikinci yeri tutur. 2011-ci il üçün adambaşına düşən ÜDM-in miqdarı 54 min 654 dollar olub. Küveytdə 104 milyon barel təmizlənməmiş (xam – red.) neft var ki, bu da dünya ehtiyatının 10%-ni təşkil edir. 2020-ci ilədək ölkədə neft hasilatının 4 milyon barelə çatacağı gözlənilir. Digər mühüm iqtisadi sahələr gəmiçilik, tikinti və maliyyə xidmətidir.

Bruney


Dünyada üçüncü ən zəngin müsəlman ölkəsidir. Burada 2011-ci ildə adambaşına düşən ÜDM-in həcmi 50 min 506 dollar təşkil edib. Ölkənin zənginliyi nəhəng təbii qaz və neft yataqları sayəsindədir. Ölkə iqtisadiyyatı son 80 il ərzində neft və qaz sənayesi sayəsində daha da inkişaf edib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)


Siyahıda dördüncü olan BƏƏ-nin gəlir mənbəyi ölkənin təbii sərvəti olan neft və qazdandır. Bu sahədən gələn gəlir ÜDM-in 25%-ni təşkil edir ki, bunun nəticəsində 2011-ci ildə adambaşına düşən ÜDM-in miqdarı 48 min 222 min olub. Ölkənin, xüsusilə də paytaxt Abu-Dabinin iqtisadiyyatında neft və təbii qaz ixracatı mühüm rol oynayır.

Oman


Dünyanın ən zəngin beşinci ölkəsi. Burada 2011-ci ildə adambaşına düşən ÜDM-in miqdarı 28 min 880 dollar təşkil edib. Ölkənin neft ehtiyatlarının həcmi isə 5,5 milyard bareldir.

Səudiyyə Ərəbistanı


Siyahının altıncısıdır. 2011-ci ildə adambaşna düşən ÜDM-in miqdarı 24 min 434 dollar olub. Qeyd edək ki, Ərəbistan dünyada neft ehtiyatlarına görə ikinci yeri tutur. Belə ki, “qara qızıl” ölkə ixracatının 95%-ni, dövlət gəlirinin isə 70%-ni təşkil edir. Burada, həmçinin qaz ehtiyatları da var ki, bu sərvətinə görə Səudiyyə Ərəbistanı dünyada altıncı yerdədir.

Bəhreyn


Dünyanın ən zəngin yeddinci müsəlman ölkəsi. 2011-ci ildə adambaşına düşən ÜDM-in həcmi 23 min 690 dollar olub. Neft bu ölkənin ən çox ixrac etdiyi məhsuldur.

Türkiyə


Dünyanın ən zəngin müsəlman ölkələri siyahısında Türkiyə səkkizincidir. Burada 2011-ci ildə adambaşına düşən ÜDM-in həcmi 16 min 885 dollar təşkil edib. Ölkədə iqtisadiyyatın ən mühüm sahəsi hesab edilən turizm olduqca fəal inkişaf edib. Türkiyə iqtisadiyyatının digər aparıcı sahələri tikinti, neft emalı, neft kimyası və maşınqayırmadır. Türkiyə gəmiqayırma üzrə dünyanın lider ölkələrindəndir və sifariş verilən gəmilərin sayına görə Çin, Yaponiya və Cənubi Koreyadan sonra dördüncü yerdədir.

Liviya


Bu siyahının doqquzuncusudur. 2011-ci ildə adambaşına düşən ÜDM-in miqdarı 14 min 100 dollar olub. Dünya neft ehtiyatının 1/10-na sahib olan ölkə dünyada neft istehsalı üzrə 17-ci yerdədir.

Malayziya


“Dünyanın 10 ən zəngin müsəlman ölkəsi” reytinq siyahısını Malayziya tamamlayır. Belə ki, burada 2011-ci ildə adambaşına düşən ÜDM-in miqdarı 15 min 589 dollar təşkil edib. Kənd təsərrüfatı məhsulları və neft üzrə əsas ixracatçı ölkə hesab olunan Malayziya, həmçinin ən böyük kauçuk və palma yağı istehsalçısıdır. Turizm ölkənin üçüncü ən böyük gəlir sahəsidir.

Turlar.az – bütün turizm elanları bir saytda !

0
Turlar.az

Turlar.az – Azərbaycanda turizm elanlar platformasıdır. Hər gün yüzlərlə turizm şirkəti öz turizm elanlarını Turlar.az saytında yerləşdirir. Saytda turizm sahəsinə aid bütün elanlar tapmaq mümkündür.
Xarici Turlar , Daxili turlar, Avia biletlər, Viza dəstəyi , Hotel və kortec sifarişləri, Rent a cars avtomobil icarəsi və digər məlumatlar.
Turlar.az saytının əsas məqsədi turizm sahəsinə aid olan bütün sahələri toplamaq və istifadəçilərə rahat turizm seçimləri verməkdir. Həm turizm şirkətləri, həm də səyahət sevənlər üçün bütün üstünlüklər bir saytda cəmləşdirilib.
Turizm şirkətləri üçün üstünlüklər:
– Turizm şirkətləri öz elanlarını pulsuz formada, asanlıqla turlar.az saytında yerləşdirə bilərlər. Bu onlara əlavə müstərilər tapmaqda kömək edəcək.

Səyahət sevərlər üçün üstünlüklər:
– Səyahet üçün isə 1 platformada bütün turizm elanları və şirkətləri asanlıqla tapacaqlar. istədikləri turları ucuz və rahat formada tapa biləcəklər. 

MÖHTƏŞƏM HİNDİSTAN TURU – Go Travel

0
Hindistan turu

7 gecə / 8 gün – CƏMİ 1075 USD
—————————–
Qiymətə Daxildir:
✈ – Aviabilet (gediş-dönüş)
? – Otel (7 gecə / 8 gün)
? – Qidalanma – səhər yeməyi daxil
? – Səyahət Sığortası
? – 20kq baqaj + 10kq əl yükü
? Tarix: HƏR GÜN
——————————-
?The Grand New Delhi 5*
——————————-
ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.
✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
——————————–

Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Leyla Məmmədova: “2021-ci ilə qədər ölkənin Şimal-Qərb bölgəsində aqro ekoturizmi inkişaf etdirmək istəyirik”

0
Leyla Məmmədova

“Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin həyata keçirdiyi “Şəhərdən kəndə” layihəsi çərçivəsində həyata keçirilən aqro ekoturizm layihəsi ilə bağlı İsmayıllıya və Şəkiyə müxtəlif turlar təşkil edilir”.

Bunu “Report”a “Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib.

L.Məmmədova qeyd edib ki, ümumilikdə, 10-a yaxın aqro ekoturizm turu həyata keçirilib: “Hazırda aqro ekoturizmdə iştirak edə biləcək 20-dən çox fermerlərlə danışıqlara başlamışıq. Danışıqlar fermer təsərrüfatlarının layihəyə cəlb edilməsi istiqamətindədir”.

O əlavə edib ki, vətəndaşlarla yanaşı, İtaliyadan, Fransadan, Ekvadora məxsus adalar qrupu Qalapaqosdan da həyata keçirdiyimiz turlarda iştirak etmək üçün qeydiyyatdan keçən və iştirak edən turistlər var. Belə ki, məqsədimiz regionlara dəstək göstərmək və 2021-ci ilə qədər ölkənin Şimal-Qərb bölgəsində aqro ekoturizmi inkişaf etdirməkdir”.

L.Məmmədovanın  sözlərinə görə, Azərbaycanda turizm sahəsi son illər inkişaf edir: “Ölkəyə gələn turistlərin sayı və müxtəlifliyi artır. Aqro ekorturizmin təbliği istiqamətində Azərbaycan Dövlət Turizm Agentliyi ilə sıx əməkdaşlıq edirik. Agentlik bizə həmçinin ekspertləri ilə birlikdə maarifləndirmə işlərində dəstək göstərir və xaricdə tanıdılması istiqamətində işlər aparılır”. 

Xatırladaq ki, aqro ekoturizimin inkişafına həsr olunan “Şəhərdən Kəndə” layihəsinin icrasına iyunun 4-də başlanılıb. Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Turizm Agentliyinin dəstəyi ilə reallaşdırılır.

Qax şəhəri ərəb ölkələrini heyran edən “brendi” üçün bayram düzənlədi – FOTO

0
Bal bayramı

“Bu gün Azərbaycanın istənilən yerində Qax balı satılır deyəndə, heç kəsdə şübhə doğurmur, yəni Qax arıçılığına bu qədər inam var”Şahpəri Abbasova, Sputnik Azərbaycan

Qax rayonunda III Bal bayramı keçirilib. Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Arıçılar Assosiasiyasının dəstəyi ilə reallaşan bayramın keçirilməsində əsas məqsəd rayonun kənd təsərrüfatının ənənəvi sahələrindən olan arıçılığın təbliği, bu sahəyə marağı artırmaq, həmçinin Qaxın iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə,  Azərbaycanda arıçılığın inkişafı son illərdə gözəçarpacaq dərəcədə artıb: “Nəzərə alsaq ki, 2016-cı ildə təxminən 270 min arı ailəsi vardısa, bu il artıq arı ailələrinin sayı 450 mini keçir. Keçən il 3 min tona yaxın bal istehsal etmişik. Məhsuldarlıq da aşağı səviyyədə idi. Bu il artıq bal istehsalı 6 minə yaxınlaşıb. Hər arı ailəsindən əldə olunan bal 8-10 kilodan 10-15 kiloya çatıb. Bu da arıçıların uğurudur”.

Bal bayramı

İxracla bağlı müəyyən işlərin görüldüyünü söyləyən Assosiasiya sədri bir çox ölkələrə bal ixrac olunduğunu vurğuladı: “Yaponiyaya 1800 kiloqram, Ərəb Əmirliklərinə 3 ton, Dubaya isə 4 ton bal ixrac olunub. İordaniya ilə danışıqlar gedir. Hər arı ailəsinə verilən subsidiya kiçik rəqəm olsa da, ümumilikdə Azərbaycan arıçılar ailəsinə 4 milyon manat pul daxil olub ki, bu da bizə böyük bir köməkdir. “Kənddən şəhərə” layihəsi çərçivəsində arıçıların balı satılır. Hər il keçirilən sərgi-satış yarmarkaları 400-ə yaxın arıçını Bakı şəhərinə gətirir və alıcı ilə üz-üzə qoyur. Birbaşa istehsalçı ilə istehlakçı qarşılaşır, satış həyata keçir. Bu da bizə dəstəkdir”.

Qeyd edək ki, bu bayram ilk dəfə 2012-ci ildə Qaxda keçirilib. Bu bayramın Qaxda keçirilməsinin səbəbini B.Həsrətov belə izah etdi: “Mən hər dəfə Bakı şəhərində tribunalarda çıxış edərkən Qaxı Azərbaycanın arıçılar mərkəzi adlandırırdım. Həqiqətən də Azərbaycanda Qax arıçılıq üçün bir məktəbdir. Burada çox savadlı, dəyərli arıçılar var. Bitki örtüyü çox zəngindir, 5 iqlim tipi var və Qax ərazisi arıçılıq üçün idealdır. Balakən, Zaqatala, Şəki arıxanaları bu mövsümdə əsasən Qax ərazisində yerləşir. Hətta Mingəçevir və Bərdədən də gəlirlər. Bu gün Azərbaycanın istənilən yerində Qax balı satılır deyəndə, heç kəsdə şübhə doğurmur, yəni Qax arıçılığına bu qədər inam var. Qax balı brend olduğundan, bu bayramın da burada keçirilməsi heç də təsadüfi deyil”.

Bayramda nazirlik və dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, qonşu rayonlardan dəvət olunmuş qonaqlar, bölgənin arıçılıq birliklərinin nümayəndələri, bal istehsalçıları və rayon sakinləri iştirak ediblər.

Bal bayramı

Rəsmi açılış mərasimindən sonra bal və arıçılıq məhsulları, arıçılıqda istifadə edilən avadanlıq sərgiləri ilə tanışlıq olub, balın süzülməsi prosesi əyani şəkildə nümayiş etdirilib. Baldan hazırlanmış geniş çeşiddə mətbəx nümunələri, şirniyyat və xörəklər təqdim olunaraq, sənətkarların əl işləri sərgilənib. Bal bayramı respublikanın tanınmış incəsənət ustalarının təqdim etdiyi geniş konsert proqramı ilə başa çatıb.

Nazirlik və komitələri saxlamaq dövlətə neçəyə başa gəlir?

0
büdcə

2019-cu ilin dövlət büdcəsində dövlət qurumlarının saxlanmasına ayrılan vəsaitlərin həcmi açıqlanıb.

EkoNews həmin siyahını təqdim edir.

Prezidentin Administrasiyası – 98,49 mln manat

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – 28,18 mln manat

Milli Məclis – 27,77 mln manat

Maliyyə Nazirliyi – 26,38 mln manat

Vergilər Nazirliyi – 24,43 mln manat

Kənd Təsərrüfatı Nazirliyi – 18,88 mln manat

Dövlət Statistika Komitəsi – 17,3 mln manat

Əmlak Məsələləri Dövlət Komitəsi – 12,01 mln manat

Xarici İşlər Nazirliyi – 11,21 mln manat

İqtisadiyyat Nazirliyi – 11,08 mln manat

Təhsil Nazirliyi – 11,04 mln manat

Qida Təhlükəsizliyi Agentliyi – 10,01 mln manat

Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 9,92 mln manat

Nazirlər Kabineti – 8,69 mln manat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 8,68 mln manat

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – 8,48 mln manat

Gənclər və İdman NazirliyiMədəniyyət Nazirliyi – 7,23 mln manat

Hesablama Palatası – 4,37 mln manat

Energetika Nazirliyi – 3,6 mln manat

Mərkəzi Seçki Komissiyası – 2,72 mln manat

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – 2,71 mln manat

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – 2,71 mln manat

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi – 2,67 mln manat

Səhiyyə Nazirliyi – 2,28 mln manat

Diasporla İş üzrə Dövlət Komitəsi – 1,85 mln manat

Dövlət Turizm Agentliyi – 1,84 mln manat

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – 1,55 mln manat

Tarif (qiymət) Şurasının Katibliyi – 0,62 mln manat

Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının Katibliyi – 0,16 mln manat

Bakı Araşdırmalar İnstitutu

Azərbaycan-Çin iqtisadi əlaqələri

0
Çin

Azərbaycan və Çin arasında bütün sahələrdə olduğu kimi, iqtisadi müstəvidə əlaqələr son illər sürətlə inkişaf edir.

2015-ci ildə Prezident İlham Əliyevin Çinə dövlət səfəri və səfər zamanı dövlət başçılarının ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının genişlənləşdirilməsi ilə bağlı əldə etdiyi razılaşmalar artıq öz bəhrəsini verməkdədir.

Təsadüfü deyil ki, ötən dövrdə həm ticarət dövriyyəsi, həm qarşılıqlı sərmayə qoyuluşunda ciddi artım qeydə alınıb. Bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2,3 dəfə artaraq 1,4 milyard ABŞ dollarından çox olub.

Çindən Azərbaycan iqtisadiyyatına 800 milyon ABŞ dollarından çox, Azərbaycandan isə Çinə 1,7 milyard dollar sərmayə yatırılıb. Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika və sair sahələrdə uğurlu əməkdaşlıq edir.

Dünyanın ən böyük ixracatçısı və ən böyük ikinci idxalçı ölkəsi olan Çin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü “Bir kəmər, bir yol” strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradıb.

Ölkəmiz Çinin yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, strategiyanı dəstəkləyən ilk ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi, o cümlədən nəqliyyat-logistika imkanları ilə strategiyanın həyata keçməsinə böyük töhfələr vermək iqtidarındadır.

Bu imkanları ilə Azərbaycanın “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri də ən yüksək səviyyədə dəfələrlə bəyan ediblər.

Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyev ilə bu ilin aprelində Pekində keçirdiyi görüş zamanı deyib: “Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Siz həm də “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən birisiniz. Sizin ölkəniz Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır.

Prezident İlham Əliyev öz növbəsində ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun dövlət başçıları səviyyəsində “Daha parlaq birgə gələcəyin qurulması” mövzusunda çıxışında ölkəmizin “Bir kəmər, bir yol”a verdiyi dəstəyə və bu çərçivədə əməkdaşlıq imkanlarına toxunub: —“

“Üç il öncə Azərbaycan və Çin “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalayıb. Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq. Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Altı beynəlxalq hava limanı müasir nəqliyyat infrastrukturunun yaradılmasına növbəti töhfəmizdir. Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O, eyni zamanda, qitələri birləşdirir, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir”.

Prezident İlham Əliyevin Çinə sonuncu səfəri zamanı iki ölkənin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb.

Bununla yanaşı, ikitərəfli iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, xüsusən də Azərbaycandan Çinə ixracın artırılması məqsədi ilə əhəmiyyətli işlər görülür.

Hazırda Çində Azərbaycanın 2 şərab1 ticarət evi fəaliyyət göstərir. Daha 3 ticarət1 şərab evinin açılması nəzərdə tutulur. Azərbaycan istehsalçıları mütəmadi olaraq Çində keçirilən beynəlxalq sərgilərdə iştirak edir, bu ölkəyə ixrac missiyaları təşkil olunur. Ötən il Çin tarixində ilk dəfə keçirilmiş Birinci Beynəlxalq İdxal Sərgisində Azərbaycan vahid ölkə stendi ilə böyük çeşiddə məhsullarını nümayiş etdirib.

Bu işlər Azərbaycan məhsullarının Çində daha çox tanıdılmasına və satışına, son nəticədə ikitərəfli iqtisadi-ticari əlaqələrin genişlənməsinə imkan yaradır.

Turistlerimizin möhteşem yeni seçim yolu-Yeni il Qaradenizli-Esrarengiz SOÇÎ-ADLER turu

0
Soçi-Adler turu

Yeni il Qaradenizli-Esrarengiz SOÇÎ-ADLER turu

Paket: 3 gecə 5 gün 205$ (29dekabr-3yanvar 2020ci il)


Paket2: 4 gecə 6 gün 239$ (29dekabr-4yanvar 2020ci il)
Toplanis: 06:30
Çıxış: 07:00
Bakıda olmaq: 23:45-dek

Qeyd: Elave ödenişle Yeni il Bayram şousu-ateşfeşanlığında iştirak ede bilersiniz..

Qiymətə daxildir

?

Komfortlu avtobusla gediş-dönüş

?

Hoteldə gecələmə

?

Səhər yeməyi

?

Bələdçi (Tur boyu)

?

Fotosessiya (Qrup halında)

?

EKSKURSÎYALAR
– Soçi Şeher ekskursiyyası, Soçi Deniz vagzalı etrafı-Bulvar gezintisi, Akvarium, Delfinariya, Botanika Bağı, Rivera park, Karadeniz Gemi gezintisi, Adler-Olimpiya Şeherciyi, Soçi Park, Qırmızı Qesebe-Roza Xutor Xizek-Kanat kompleksi ve diger ekstrimal-eylence parklari..

Qeyd: 5 yaşa qədər uşaqlar ödənişsizdir (xidmət tələb etmirsə)

Qeyd: Otelde tek qalmaq isteyen turistimiz elave 1geceye 35$ ödemelidir..

Qeyd: Ödəniş aldığınız günün mezennesine uyğun manatla ve ya dollarla qebul olunur.

Qeyd: Turun baş tutmasına 15gün qalmışadek ödenilen mebleģ geri qaytarılmır

Qeyd: Turda ekskurisyalar hava şeraitine göre teşkil olunacaq..