? Həyatınızın 8 gününü Maldiv adalarında unudulmaz edin 7 gecə / 8 gün – CƏMİ 2090 usd —————————— QİYMƏTƏ DAXİLDİR: – Aviabilet (gediş-dönüş) ? – Otel (7 gecə/8 gün) ? – 25kq baqaj + 10kq əl yükü ? – Qidalanma (səhər yeməyi) ? – Tarix: HƏR GÜN ——————————- ? Sheraton Maldives Full Moon Resort & Spa 5* ——————————- Qeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur. Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir. Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin: +994 12 564 60 30 ?+994 50 664 60 30 (WhatsApp+Zəng) ?+994 55 664 60 30 (WhatsApp+Zəng) ?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)
“Ümumdünya Turizm Təşkilatı (ÜTT) 10 ildən sonra bütün ölkələrdə vizaların ləğv ediləcəyinə ümid edir. Təxminən 10 il əvvəl dünya əhalisinin 77%-i vizalara ehtiyac duyurdusa, indi bu göstərici 50%-dən bir qədər çoxdur. Yenə də böyük göstəricidir. Ümid edirik ki, on ildən sonra viza olmayacaq. Qoy övladlarımız vizanın nə olduğunu bilməsinlər. İstəyimiz turizmin hamı üçün açıq olmasıdır. Bir sıra ölkələrdə “xüsusi təhlükəsizlik məsələləri” hələ də qalmaqdadır, lakin ÜTT buna baxmayaraq, viza rejiminin ləğvinin lehinə çıxış edir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu ÜTT-nin Baş katibi Zurab Pololikaşvili deyib.
Bütün ölkələrdə vizaların ləğvi ilə bağlı Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, professor Çingiz İsmayılov Sputnik Azərbaycan-a deyib ki, buna birmənalı yanaşmaq olmaz: “Dünyada daimi münaqişə ocaqları var ki, turistlər həmin yerlərdən yan keçməyə çalışırlar. Yəni vizalar ləğv edilsə də, turistlər münaqişə ocaqlarından yan keçirlər. Harada gərginlik varsa, münaqişə varsa, bu, turizmin inkişafı üçün mane olan faktordur. Bəzi dövlətlərarası münasibətlərdə vəziyyət mürəkkəbləşir. Vizasız turizm barədə o vaxt danışa bilərik ki, dünyada sabitlik olsun. O zaman bütün ölkələrdə vizaların ləğv olması mümkündür”.
O, bildirib ki, ancaq biz çox sakit olmayan dünyada yaşayırıq və daim gərginliklər yaranır: “Məsələn, ABŞ Prezidenti Donald Tramp Qrenlandiya adasını almaq istəyir. Sabah, ola bilər, buna görə ABŞ ilə Danimarka arasında gərginlik yaransın. Bu, təbii bir prosesdir. Ona görə də vizaların ləğv edilməsi heç də turizmin inkişaf etməsi demək deyil. Bu, bir çox amillərdən asılıdır. Məsələn, biz vizaları ləğv etsək, sabah ABŞ-la İran arasında gərginlik olsa, bu, turizmin axınına mənfi təsir edəcək. Ancaq hər bir dövlət maraqlıdır ki, gəlir mənbəyi kimi turizmi inkişaf etdirsin”.
“Bu gün turistlər bahalı turizm yerlərindən qaçırlar. Çalışırlar ki, kənd turizminə, aqrar turizmə yönəlsinlər, daha ucuz yerlərə getsinlər. Ümumdünya Turizm Təşkilatının niyyəti müsbətdir. Ancaq bu, o demək deyil ki, vizalar ləğv olsa, turizm axını artacaq. Buna geniş səpkidən baxmaq lazımdır”, – deyə professor qeyd edib.
Turizm üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a deyib ki, bir sıra ölkələrdə artıq bu istiqamətdə müəyyən işlər görülür: “Məsələn, Avropa İttifaqına daxil olan ölkələr arasında və yaxud Amerika qitəsindəki bir sıra ölkələr arasında viza olmadan turist axını həyata keçirilir. Azərbaycanda aidiyyəti strukturlar bu istiqamətdə araşdırma aparmalıdır. Bizdə əsasən MDB məkanına vizasız gediş-gəliş var. MDB ölkələrinin vətəndaşları ölkə ərazisinə rahat şəkildə gəlib-gedə bilirlər. Bundan başqa, sentyabr ayının 1-dən başlayaraq Azərbaycan və Türkiyə arasında viza rejimi ləğv olunub. Türkiyə vətəndaşları 30 gün müddətində Azərbaycanda ola bilərlər. Bu səpkidə işlər aparılır”.
“Düşünmürəm ki, 10 ildən sonra Azərbaycan bunu tətbiq etsin. Amma Azərbaycan da bu istiqamətdə müəyyən addımlar atır. 10 ildən sonra bütün ölkələrdə vizaların ləğv edilməsi mümkün deyil. Amma təxmin etmək olar ki, əksər ölkələrdə bu, tətbiq edilə bilər. Əgər vizalar ləğv edilərsə, bu, miqrasiya mübadiləsinin daha intensiv xarakter almasına gətirib çıxara bilər”, – deyə ekspert bildirib.
Qeyd edək ki, sentyabrın 1-dən başlayaraq Azərbaycan və Türkiyə arasında viza rejimi ləğv olunub. Viza rejiminin ləğvi miqrasiya prosesinin asanlaşması deməkdir. -in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, Türkiyə vətəndaşlarına tətbiq olunan viza prosesi onsuz da sadələşdirilmiş viza qaydasında həyata keçirilirdi: “Yəni bu viza birbaşa hava limanında əldə edilirdi. Amma artıq ona sərf edilən 5-10 dəqiqəlik vaxt, hansısa bir bürokratik maneə də aradan götürülüb və bu şəxslər artıq rahat qaydada ölkəmizin bütün sərhəd nəzarət-buraxılış məntəqələrindən keçə bilərlər”.
V.Hüseynov bildirib ki, bu razılaşmaya əsasən, Türkiyə vətəndaşları 30 gün müddətində Azərbaycanda ola bilərlər: “Azərbaycan vətəndaşları Türkiyəyə necə səfər edə bilirlərsə, eyni qaydada Türkiyə vətəndaşları da ölkəmizə rahat şəkildə səfər edirlər. Bununla bağlı heç bir problemli məqam yoxdur”.
“Özəl tibb sektorunda assosiasiyanın yaradılması çox vacibdir”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev “Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər“mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, müxtəlif sahələr üzrə assosiasiyalar var. “Amma özəl tibb sektorunda çalışan həkimləri koordinasiya edən, onların ümumi maraqlarını, problemlərini müzakirə edən, cəmiyyətə, dövlət orqanlarına çatdıran qurum yoxdur. Belə bir assosiasiyanın olması gələcəkdə bu sistemin daha geniş inkişaf etməsinə şərait yaradacaq“.
Sədr müavini Azərbaycanda tibbi turizminin də birtərəfli inkişaf etməsindən təəssüfləndiyini bildirib: “Çünki tibbi turizmlə məşğul olanlar Azərbaycandan qonşu ölkələrə xəstə axını təşkil edir. Ona görə də Azərbaycana da İrandan, Gürcüstandan, Türkiyədən, Dağıstandan xəstə insanların müalicəyə gəlməsi üçün normal sistem qurulmalıdır. Vətəndaşlarımızı xaricə göndərməklə tibbi turizm sahəsində uğur qazana bilmərik“.
Qobustana gələn turistlərin sayı ilbəil artmaqdadır.
Bunu Trend-ə Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib. Onun sözlərinə görə, qoruğa ən çox Asiya ölkələrindən gələn turistlər üz tuturlar:
“Ötən ilin statistikasına baxsaq, görərik ki, Qobustan 123 min turist qəbul edib, bu il isə bu say xeyli artıb. Belə ki, ilin sonuna 4 ay qalıb, amma turist sayı artıq 110 mini keçib. Bu tendensiya onu göstərir ki, 2019-cu il geridə qalan ilə nisbətən turist sayına görə daha uğurlu olub”.
V.İsayev bildirib ki, ziyarətçilərin sayını artırmaq üçün qoruqda daim müxtəlif tədbirlər təşkil olunur: “Davamlı şəkildə Qobustanın təbliğatı aparılır. Belə tanıtım yönümlü tədbirlərdən biri də bu ilin oktyabrın 9-daYUNESKO-nun təsis etdiyi qayaüstü təsvirlər günündə baş tutacaq. Belə ki, Portuqaliyanın Foskua qoruğunda Qobustanın sərgisi təşkil olunacaq”.
İsmayıllı Peşə Tədris Mərkəzinin tələbələri İsmayıllı Şərab-2 müəssisəsinin sahəsində Saperavi üzüm növünün yığımında iştirak ediblər.
Yığımdan sonra tələbələr üzümlərin saplaqdan ayrılmasın əzilməsi, fermentasiya çənlərinə boşaldılması kimi mərhələləri izləyiblər.
Xatırladaq ki, İsmayıllı Peşə Tədris Mərkəzində üzüm və şərab ustası ixtisası 2018-ci ildən tədris olunur. “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində duala bənzər peşə təhsili və təlimi yanaşmasının pilot tətbiqi üçün seçilmiş ixtisaslardan biridir.
İsmayıllı Peşə Tədris Mərkəzi və İsmayıllı Şərab-2 müəssisəsi arasında razılaşma əldə olunub. Razılaşmaya əsasən, tədris mərkəzinin tələbələrinin duala bənzər peşə təhsili və təlimi yanaşmasına əsasən təcrübə keçmələri üçün müəssisə tərəfindən təcrübə sahəsi ayrılıb. 2019-cu ilin fevral ayından etibarən tələbələr burada təlimçi kimi çıxış edirlər. Eləcə də yerli və xarici ekspertlərin nəzarəti altında üzüm becərilməsi və şərab istehsalı prosesinin bütün mərhələlərini icra edirlər.
Sentyabrın 19-da Bakıda IX Beynəlxalq “Caspian Energy Forum–2019” keçirilib.
“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev forumun “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik yubileyinə və “Caspian Energy” jurnalının 20 illiyinə həsr olunduğunu deyib. “Caspian European Club” barədə məlumat verən T.Əliyev bildirib ki, klub 50 ölkədən 5 mindən çox şirkətlə əməkdaşlıq edir. O əlavə edib ki, klub 5 istiqamət üzrə fəaliyyət göstərir, bunlardan ən əsası şirkətlərin problemlərini araşdırıb, həlli ilə bağlı addımlar atmaqdır.
Sonra Çex Respublikasının Prezidenti Miloş Zemanın, Moldova Prezidenti İqor Dodonun və Gürcüstan Prezidenti Salome Zurabişvilinin IX Beynəlxalq “Caspian Energy Forum Baku–2019”un iştirakçılarına ünvanladığı müraciətləri dinlənilib.
Üç sessiyadan ibarət olan forumun birinci sessiyası Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsi mövzusuna həsr edilib. Sessiyada çıxış edən xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı konvensiya Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətlərin töhfəsidir. Azərbaycan Xəzəryanı ölkələrin hər biri ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir. Bu da Xəzərdə qarşılıqlı təhlükəsizliyin, etimadın təmini üçün mühüm amildir.
X.Xələfov qeyd edib ki, Xəzərin hüquqi statusu haqqında konvensiya 3 istiqaməti əhatə edir: “Birincisi regionda əməkdaşlığın daha da möhkəmlənməsidir. Bu, Xəzəryanı ölkələr arasında siyasi dialoqun, beynəlxalq münasibətlərin inkişafına təkan deməkdir. İkinci istiqamət iqtisadi, üçüncü istiqamət isə ekoloji əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Xəzərin ekoloji hüququnun formalaşması burada həyata keçirilən bütün layihələrin beynəlxalq ekologiya standartlarına cavab verməsinə səbəb olacaq. Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir”.
Energetika nazirinin müavini Elnur Sultanov Azərbaycanda energetika bazarının liberallaşması ilə bağlı təkliflər hazırlandığını deyib: “Bu təkliflər istehsal və təchizat sahələrində effektivliyin yaranmasına təsir edəcək. Təchizat sahəsində rəqabətliliyin olması xidmət keyfiyyətinin artmasına gətirib çıxarır. İstehsalatda isə maya dəyərinin azalması və yanacağın daha az istifadəsi hesabına xərclərin minimallaşmasına səbəb olur”. O qeyd edib ki, Azərbaycanda elektrik enerjisinin əsas istehsal yanacağı təbii qazdır. Bu sahədə qərb ölkələrindən irəlidəyik. Azərbaycanda daş kömürdən istifadə olunmur. Bərpaolunan enerji mənbələrindən sonra təbii qaz ən təmiz enerji mənbəyidir: “Təbii qaz dünya bazarında yüksək qiymətə malikdir. Ancaq Azərbaycan daxilində energetika sektoruna verilən qaz sosial mənada subsidiyayönümlü qiymətdədir. Təbii qazın ixracından Azərbaycan xalqı və dövləti əlavə gəlir əldə edəcək. Bununla bağlı əhəmiyyətli addımlar atılır”. Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev forumun əhəmiyyətini vurğulayıb, ölkədə ekoloji sahə üzrə görülən işlərdən danışıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud isə deyib ki, Bakı şəhərinin baş planının hazırlanması işləri 2020-ci ilin sonlarınadək yekunlaşacaq: “Komitə tərəfindən respublikanın 51 şəhərinin baş planı hazırlanıb. Bunlardan 42-si artıq təsdiqlənib. Doqquz şəhərin baş planının yaxın illərdə təsdiqlənməsi gözlənilir”.
Forumun ikinci sessiyasında “Elektron növbə” sistemi barədə məlumat verən Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, tezliklə sistem istifadəyə veriləcək və bu sistemin tətbiqi ilə bağlı layihə icradadır: “Elektron növbə”nin yaradılması gömrük sərhəd məntəqələrində sürətli keçidin təmin edilməsi, ticarət təchizatı zəncirinin daha əlverişli olması üçün əhəmiyyətlidir. Yaxın zamanlarda xarici iqtisadi fəaliyyət iştirakçıları idxal-ixrac əməliyyatları zamanı yüklərin daha sürətli keçidinə nail olacaq”.
Azərbaycanın Gürcüstan gömrüyü ilə blokçeyn texnologiyasının tətbiqinə başladığını deyən DGK sədrinin birinci müavini qeyd edib ki, bu texnologiyanın tətbiqi sayəsində Gürcüstanla informasiya və sənəd mübadiləsi aparılır, uğurlu nəticələr əldə olunur. Blokçeyn ticarətin asanlaşdırılması, sürətli keçidin təmin olunmasında mühüm amildir. “Hazırda 450 xarici iqtisadi fəaliyyət iştirakçısı “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə edib. “Yaşıl dəhliz”dən daimi istifadə hüququnu əldə etmək üçün 600-dən çox müraciət daxil olub. Bu dəhlizin iştirakçılarının cari ilin 8 ayında idxalda ümumi payı 22,45 faiz, ixracda isə 30 faizə yaxın olub”, – deyə İ.Hüseynov bildirib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün maliyyə mənbələrinə əlçatanlıq və bu çıxışın asanlaşdırılması, eləcə də investisiya fəaliyyətinin təşviq olunması məqsədilə həyata keçirilən tədbir və layihələri diqqətə çatdırıb. Qeyd edib ki, hazırkı mərhələdə KOB-ların investisiya təşəbbüsləri ətraflı təhlil olunur, onların reallaşdırılması üçün dövlətin dəstək mexanizmləri təşviq edilir. Belə ki, fəaliyyət profillərinə uyğun olaraq, KOB-ların layihələri üzrə “İnvestisiya təşviqi sənədi”nin verdiyi vergi güzəştləri və imtiyazlar haqqında aktiv maarifləndirmə tədbirləri həyata keçirilir. Bundan başqa, bu layihələrə xarici investisiyaların cəlb edilməsi məqsədilə müxtəlif tərəfdaş partnyorlarla danışıqlar aparılır. Artıq uğurlu nəticələr də var və bir neçə yerli şirkət bu imkanlardan bəhrələnib.
Yeni investisiya təşviq mexanizmlərinin tətbiqi istiqamətində də işlərin davam etdiyini və yaxın dövr ərzində KOB-ların bu imkanlardan geniş istifadə edəcəyini vurğulayan O.Məmmədov bildirib ki, agentliyin təşəbbüsü ilə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə KOB-lar və strataplar üçün yeni imtiyaz və güzəştlər nəzərdə tutulub, o cümlədən KOB klaster şirkəti anlayışı və müvafiq stimullaşdırıcı tədbirlər məcəlləyə daxil edilib. Bir müddət əvvəl isə KOB klaster şirkətinin və KOB klaster iştirakçılarının meyarları təsdiq olunub. Bu mexanizmin tətbiqi ilə müvafiq fəaliyyət istiqamətləri üzrə yaradılacaq KOB klaster şirkətləri 7 il müddətinə vergisiz fəaliyyət göstərəcək və ciddi imtiyazlardan istifadə edə biləcək. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov təmsil etdiyi qurumun gördüyü işlərdən və planlarından danışıb. Qeyd edib ki, bu ilin sonunadək regionlarda 5 yeni “ASAN xidmət” mərkəzinin açılması planlaşdırılır. Növbəti ildə isə Bakıda 2 yeni mərkəz açılacaq. Ümumilikdə, “ASAN xidmət” mərkəzlərinin sayı 22-yə çatacaq. Hazırda isə ölkədə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, Onlardan 5-i Bakıda, digərləri isə regionlarda yerləşir. Bundan başqa, 2 “ASAN Kommunal” mərkəzi, bir “ASAN qatar” və 10 səyyar avtobus fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzləri ölkənin 75,5 faizini əhatə edir.
“İndiyədək “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən 6,5 milyon nəfər yararlanıb. Gündəlik 2 min yeni vətəndaş mərkəzin xidmətlərindən ilk dəfə istifadə edir. Mərkəzə hər gün orta hesabla müraciət edənlərin sayı isə 27 min nəfərdir”, – deyə C.Salmanov vurğulayıb.
O deyib ki, indiyədək 20 min 244 ASANkönüllüsü qeydiyyatdan keçib. Bu müddətdə 550-dən çox layihə həyata keçirilib, 1278 ASAN könüllüsü işlə təmin olunub: “Bu vaxtadək vətəndaşlara “ASAN viza” vasitəsilə 1 milyon 600 mindən çox viza verilib. 2017-ci ildə bu göstərici 260 min idi”.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev qeyd edib ki, xarici investorlara kömək məqsədilə “Invester in Azerbaijan” layihəsi hazırlanıb: “Layihə Azərbaycana investisiya yatırmağı planlaşdıran xarici investorlara kömək, həmçinin onlarla çalışacaq yerli şirkətlər üçün biznes planların hazırlanmasında yardım göstərilməsini nəzərdə tutur. Hazırda layihəni təsdiq üçün müvafiq strukturlara təqdim etmişik”. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə məlumat verilib. Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rəşad Mafusov agentliyin fəaliyyəti və ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı sahəsində atılan addımlardan danışıb. Bildirib ki, Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür. O diqqətə çatdırıb ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq sahibkarlarla görüş keçirilir, bu sahədə fəaliyyət göstərən subyektlər üçün lazım olan bütün köməkliklər, maarifləndirmə və tövsiyə xarakterli yardımlar verilir.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, hazırda dövlət kənd təsərrüfatı məhsulları istehsal vasitələri ilə təminatının yaxşılaşdırılması üçün müvafiq dəstək verir. Bunun nəticəsində artıq kənd təsərrüfatı məhsullarının istehsalında yüksək artım dinamikası müşahidə olunur. F.Fikrətzadə vurğulayıb ki, ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatların məqsədi bu sahənin inkişafının sürətlənməsi, ölkənin ərzaq məhsulları ilə təminatının daha da yaxşılaşdırılmasıdır: “Bununla yanaşı, fermerlərin rifahının yaxşılaşması, onların gəlir əldə etmələri, biznes imkanlarının genişlənməsi də aqrar islahatların əsas məqsədlərindəndir”. Forumda ölkə iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə “Beynəlxalq Caspian Energy Award” mükafatı təqdim edilib. Həmçinin tədbir çərçivəsində “Caspian European Club” ilə AZPROMO arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru T.Əliyev və AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Y.Abdullayev imzalayıblar. Forumda 50 ölkədən nümayəndə iştirak edib. Onların arasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, eyni zamanda, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri olub.
Bakı şəhərinin Baş planının hazırlanması ətrafında müzakirələr hələ də davam edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məlumat yayılıb ki, proses plan-qrafikə uyğun gedir. Bu prosesin bütün iştirakçılarının əlaqələndirilməsi məqsədilə komitə tərəfindən formalaşdırılmış qurumlarası işçi qrupun növbəti iclası keçirilib.
Məlumat verilib ki, bu günədək 31 dövlət qurumunun şəhərin inkişafına dair təqdim etdiyi müxtəlif məlumatlar sistemləşdirilərək vahid baza şəklində formalaşdırılıb və Baş plan üzərində çalışan mütəxəssislər qrupunun istifadəsinə verilib.
Daha sonra Bakının Baş planının hazırlanması üzrə keçirilmiş beynəlxalq tenderin qalibi “AS+P” şəhərsalma şirkətinin nümayəndəsi – layihə rəhbəri Frank Höf çıxış edərək Bakının inkişaf prioritetlərinə əsaslanaraq işlənmiş bir neçə şəhərsalma baxışları və həlləri ilə bağlı ilkin təklifləri müzakirə üçün təqdim edib.
Baş planın tapşırıldığı “AS+P” şirkəti haqqında məlumatlara gəlincə isə mənbələrə görə, bu, qərargahı Almaniyanın Frankfurt şəhərində yerləşən, geniş beynəlxalq təcrübəyə malik olan aparıcı şəhərsalma və memarlıq şirkətidir. 1964-cü ildə təsis olunan “AS+P” şirkəti tərəfindən bu günədək dünyanın müxtəlif ölkələrində 2000-dən çox layihə icra olunub. Şirkətin təcrübəsi Almaniyanın Münhen, Köln və Frankfurt, Misirin Qahirə və İskəndəriyyə, həmçinin Sürix, Tiflis, Şanxay, Moskva, İstanbul və bir çox digər tanınmış şəhərlərin ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını əhatə edir.
Bakının Baş planının hazırlanması işinin 2020-ciilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. Bakı şəhərinin Baş planı 6,3 milyon dollara başa gələcək.
“Yeni Müsavat”a danışan ekspert Əzim Məsimov söyləyib ki, Bakının indiyə qədər 4 Baş planı olub: “Ümumilikdə, 1-ci Baş planı hazırlayırlar, 2-ci planda 1-cinin inkişafı nəzərdə tutulur. 3-cü Baş plan isə 2-cinin inkişafını təmin edir. Beləliklə, növbəti, ondan əvvəlkinin inkişafı əsasında qurulur. Bu ümumi prinsiplər dünya təcrübəsinə əsaslanır. Abutalıbovun dövründə indiyə qədər qüvvədə olan Baş plan kənara qoyuldu və necə gəldi tikintilər aparıldı. Sovet dövründə norma və tələblər başqa idi. İndi hazırlanan Baş plan isə tamamilə milli maraqlara və dünyəvi təcrübəyə uyğun şəkildə hazırlanmalıdır. Eləcə də bu Baş planda əvvəl buraxılmış nöqsanlar aradan qaldırılmalıdır. Yenilikləri nəzərə almadan, ayrı-ayrı yerləri tikinti şirkətlərinə verdilər ki, köhnə binaları söküb, yerində yenilərini tikin. Köhnənin yerində yeni bina tikilən zaman nəzərə almaq lazımdır ki, oradakı yollar da genişlənməlidir. Çünki əvvəlki binalarda, məsələn, 10 adam yaşayırdısa, onun yerində inşa edilən hündürmərtəbəli binada 100 adam yaşayacaq. Pulu düşünüb, bu cür layihələri icra edən zaman yolları, uşaqların oynaması üçün yerləri nəzərə almadılar. Normaya görə hər bir insana 14 kvadratmetr yer lazımdır ki, o, normal şəkildə yaşaya bilsin. İndi isə biz görürük ki, uşaqlarımız tamamilə başqa cür böyüyürlər. Torpaq yoxdur ki, uşaqlar oynaya bilsinlər. Hər bir uşaq öz evində oynayır, ona görə də bir-birilərinə düşmən kimi baxırlar. Bunun sosial əhəmiyyəti də var. Ancaq bunları düşünən olmadı. Ona görə də yeni sosial problemlər əmələ gəldi. Bütün bunlar Baş planda öz həllini tapmalıdır. Sökülən binaların yerində böyük parklar salınmalıdır ki, həyətində yer olmayan binaların sakinləri heç olmasa orada dincələ bilsinlər”.
Ekspert bildirib ki, hazırda Bakının böyük problemləri mövcuddur: “Bu problemlərdən kanalizasiya sistemlərinin tələbə uyğun çəkilib, yaradılması ən əsaslarındandır. Məişət və yağış sularının axıdılması üçün kommunikasiya xətləri çəkilməlidir. Su, qaz, elektrik xətləri yeni tələblərə uyğunlaşdırılmalıdır. Digər ən böyük problemlərdən biri də şəhərin çıxışı ilə bağlıdır. Hazırda Bakının çıxış problemi var. Şəhərdə hansısa bir hadisə baş verərsə, çıxış problemi böyük fəlakətə səbəb ola bilər. Söhbət zəlzələ, hansısa digər bu kimi fəlakətlərdən gedir. Şəhərdən çıxış çox çətindir. Bu məsələ həll olunmalıdır. Eyni zamanda insanların iş yerləri ilə təmin olunması da əsas sosial problemə daxildir. Bunun həlli yollarından biri turizmin inkişafıdır.
Biz arzu edirik ki, Azərbaycana 3 milyon xarici turist gəlsin. Halbuki ən azından 20-30 milyon nəfər turisti qəbul etməyə qadirik. Bu məsələ Bakıda həll olunmalıdır. Bunun üçün dəniz çimərlikləri bərpa olunmalı, müasir istirahət yerləri açılmalıdır. Bunların hamısı Baş planda da öz əksini tapmalıdır. Bakının unikal vəziyyətini nəzərə alaraq, küləyin istiqamətindən asılı olaraq, müxtəlif yerlərdə çimərliklər yaratmaq olar ki, şimal küləyi olduğu zaman cənubda, cənub küləyi olan zaman isə şimaldakı çimərliklər yaxşı işləyə bilsin. Bütün bunları nəzərə almaq lazımdır. Ekoloji vəziyyətin yaxşılaşdırılması da nəzərdə tutulmalıdır. Bundan əlavə, Qobustan zonasında 2-3 min hektarlıq böyük meşə sahəsi yaratmaq olar. Bu da kanalizasiya sularının təmizlənməsi hesabına suvarıla bilər. Biz deyirik, ancaq orada kimlər iştirak edirlər, hansı təkliflər verirlər, bunu bilmirik. Baş planın hazırlanması ətrafında danışırlar. Ancaq müzakirəyə çıxarmırlar bilək ki, ortaya nə qoyurlar. Deyirlər ki, Baş planın əsas prioritetləri hazırdır və təqdim edilib. Yaxşı, bu nədən ibarətdir? Bu planı cəmiyyətin müzakirəsinə verməlidirlər ki, insanlar da öz fikirlərini söyləsinlər və sabah ortaya çıxan layihə anormal olmasın”.
Qəbələ Futbol Klubunun (FK) koordinatoru Qax rayonunda yerləşən “El Resort” hotelindən Dövlət Turizm Agentliyinə (DTA) şikayət edib.
“Report”un xəbərinə görə, FK-nun koordinatoru Səbuhi Qarayev internet vasitəsilə oteldən otaq bron edərək ödəniş edib.
O, 7 dəqiqə sonra hotellə əlaqə saxlayaraq sifarişdən imtina etdiyini bildirib. S.Qarayev deyib ki, amma ödədiyi məbləğ hesabına qaytarılmayıb.
Hoteldən onun ödəniş etdiyi məbləğə görə heç bir məsuliyyət daşımadıqları bildirilib və həmin məbləğin hotelin hesabına köçürülmədiyi vurğulanıb.
Bundan sonra S.Qarayev hotellə bağlı DTA-ya şikayət ərizəsi ilə müraciət edib. Agentlikdə aparılan araşdırmalardan sonra ödənilən pulun bron olunmuş saytın hesabında qaldığı məlum olub və məbləğin şikayətçinin hesabına köçürülməsi təmin olunub.
• Baş Qafqaz silsiləsinin cənub yamacında, Kürmükçay və Ağçayın kəsişdiyi yerdə, dörd tərəfdən dağlarla əhatə olunmuş bir çay terrasında keçirmək istəyirsinizsə
21.09.2019 – 22.09.2019 / 1 Gecə – 2 Gün
Qiymət: azn
• Rahat avtobus • Dağların əhatə olunumuş İssam Hotel ( Sauna, Türk hamamı, Fitnes, daxili Hovuz – pulsuz ) • Səhər Yeməyi • Fotosesiya • Yol boyunca oyunlar və qaliblərə hədiyyə • Gedilən məkanlar haqqında dəqiq tarixi məlumat ( Bələdci xidməti ) • Gəzintilər • Dönüşdə çay süfrsi
• Ekskursiyalar: ♦ İlisu Ram – Rama şəlaləsi, ♦ Ulu körpü, ♦ Sumuq qala, ♦ Mamırlı şəlalə ♦ Karvansaray ♦ Xansarayı ♦ Dairəvi Məbəd ♦ Tacirlər küç ♦ Oğuz Xal – Xal şəlalə ♦ Nohurgöl • Çay süfrəsi
Qiymətə daxil deyildir. • Nahar və Şam yeməkləri • Muzeylərə Giriş bileti • Kanatla gəzinti bileti • Ram Rama Şəlaləsinə Qaxmaq üçün NİVA UAZ və ya Qaz66
“Sheraton Baku Airport” otelində turizm sektorunda e-ticarət mövzusuna həsr edilmiş geniş “e-Commerce & Travel – 2019” konfransı keçirilib.
Tədbir “Azərbaycan Hava Yolları”nın baş tərəfdaşlığı ilə keçirilib. Təşkilatı dəstəyi “Smart Solutions”, “Amadeus” və “Silk Way Travel” şirkətləri həyata keçirmişdir. Konfransda müxtəlif ölkələrdən ümumilikdə 250 nəfər iştirak etmişdir.
Tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev giriş nitqi ilə çıxış edərək son illərdə Azərbaycanda mülki aviasiya və turizm sahələrində əldə olunan nailiyyətləri vurğulamışdır.
“Azərbaycanın ərazisinin kiçik olmasına baxmayaraq, paytaxt və regionlarımızda beynəlxalq standartların bütün tələblərinə cavab verən altı beynəlxalq aeroportun fəaliyyət göstərməsi və milli aviadaşıyıcılarımızın marşrut şəbəkəsinin daima genişlənməsi ölkəmizə turistlərin axını üçün geniş imkanlar yaradır”, – Eldar Hacıyev qeyd etmişdir.
Konfransda həmçinin AZAL sərnişin aviaşirkətinin direktoru Cəmil Mənizadə iştirak Azərbaycanın aşağı büdcəli aviaşirkəti “Buta Airways”in direktoru Nazim Səmədov iştirak edib. Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov təqdimatlarla çıxış etmişdir.
Tədbirdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA), Azərbaycan Turizm Bürosunun, Azərbaycan Dəmir Yollarının, Azərbaycanın ən böyük turizm şirkətlərinin və turizm və aviasiya sektorlarında elektron xidmətlərin aparıcı təchizatçı şirkətlərinin nümayəndələri iştirak etmişdir. Bu sahədəki ən son yeniliklər və imkanlar barəsində məlumat vermişdir.
“e-Commerce& Travel” forumu çərçivəsində spikerlər həmçinin panel müzakirələr formatında da diskussiyalar aparmışdır.
Konfransın nəticəsi kimi, iştirakçılar qarşılıqlı razılıqlar əldə etmişdir. Həmçinin turizm sənayesinin müxtəlif sahələrində gələcək əməkdaşlıq planlarını müzakirə etmişdir.
Tədbirin nəticələrinin əks olunduğu videoçarx ilə linkdən tanış ola bilərsiniz: https://youtu.be/LQc8PbsO1Ak