Ev Blog Səhifə 157

Azərbaycana ən çox bu ölkələrdən turist gəlib

0
turistlər

Ən böyük artım 82.2% və ya 17 min nəfərlə İran İslam Respublikasından gələnlər arasında müşahidə olunub

Ötən ay Azərbaycana 361 min əcnəbi qonaq gəlib.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyindən məlumat verilib. Bildirilib ki, sözügedən rəqəm ötən ilin avqustuna nisbətən 42 min və ya 13.2% artıb: “Səyahət edənlərin ən böyük qismini 9.3% artım və ya 111 min nəfərlə Rusiyadan gələnlər təşkil edib. Ən böyük artım 82.2% və ya 17 min nəfərlə İrandan gələnlər (37 min) arasında müşahidə olunub. Yüksək artım, həmçinin Gürcüstan vətəndaşları üçün də xarakterikdir. Belə ki, avqust ayında Gürcüstandan gələnlərin sayı 68 minə çatıb ki, bu da keçən ilə nisbətdə 11 min və ya 20% artım deməkdir. Türkiyə, Mərkəzi Asiya və Cənubi Asiyadan gələn qonaqların sayı müvafiq olaraq 13%, 50% və 11.2% artaraq 27 min, 14 min və 11 minə çatıb“.

Qeyd edilib ki, Səudiyyə Ərəbistanından gələnlərin sayı 18.3% artaraq 22.6 minə çatıb:

“2019-cü ilin yanvar-avqust dövrü ərzində Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8.3% artaraq 2.1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53%-i Rusiya (653 min) və Gürcüstanın (472 min) payına düşür. Xüsusilə qeyd etmək lazımdır ki, Gürcüstandan gələn əcnəbi qonaqların sayında 22.8% və ya 87 min artım müşahidə edilib. Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40.4%38.1% artaraq müvafiq olaraq 83 min72 minə çatıb”.

Dəli balanın gözəl anası üçün Şamaxıda xüsusi müəssisə tikirlər – milyonlar gətirəcək

0
Şamaxı

“Milli brendlərin istehsalı məqsədilə yüksək keyfiyyətli yerli texniki üzüm sortları yetişdirən istehsalçılara subsidiyaların verilməsi məqsədəuyğundur. Bu təcrübə artıq qonşu Gürcüstanda xeyli vaxtdır tətbiq olunur” – Vüqar Səlimov.

“Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda şərab və şərabçılıq məhsullarının istehsalı 2018-ci ildə 1.6 milyon dekalitri ötüb. Bunun da 660 min dekalitri ixrac edilib. Hazırda dünyada ən çox şərab idxal edən ölkələrdən Çin və Rusiya bazarları Azərbaycan şərabı üçün potensial bazarlar kimi dəyərləndirilir. Belə ki, 2018-ci ildə cəmi ixrac edilmiş şərabın 96.1 faizi məhz bu ölkələrə ixrac edilib. Azərbaycan bu bazarlarda rəqabət qabiliyyətlidir. Orada öz payını əhəmiyyətli dərəcədə artıra bilər. Eyni zamanda, üzüm ixracının da 5 dəfə genişləndirilməsi hədəflənib”.

Bunu Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Vüqar Səlimov açıqlamasında deyib.

O, bildirib ki, ölkəmizdə şərabçılıq sahəsinin potensialı daha böyükdür: “Qarşımızda istehsal keyfiyyətinin və ixracın artırılması ilə bağlı ciddi vəzifələr və hədəflər dayanır. Hazırda 19 əsas istehsalçı rayon üzrə potensial məhsuldarlığın 20% yüksəldilməsi, üzüm bağlarının isə 2.5 dəfə genişləndirilməsi məqsədəuyğun hesab edilir. Seçilmiş 19 rayon üzrə 18 min hektar yeni üzüm bağlarının salınması planlaşdırılır. Həmin üzümlüklərdən isə 100 sent/ha orta məhsuldarlıqla 300 min ton üzüm istehsalı gözlənilir. Bu da hədəflənən istehsal göstəricisindən də yüksəkdir. 2018-ci ildə ölkədə üzüm ehtiyatlarının cəmi 186.1 min ton təşkil edib. Ehtiyatların 90.1%-i və ya 167.6 min tonu ölkə daxilində istehsal olunub. 9.1%-i və ya 16.9 min tonu idxal edilib. Ümumilikdə üzüm üzrə özünü təmin etmə səviyyəsi 92.5% təşkil edib. 2018-ci ildə adambaşına 10.2 kq üzüm istehlak edilib”.

V.Səlimov deyib ki, üzümçülük və şərabçılığın elmi əsaslarla inkişafına nail olmaq, üzüm və şərabçılıq məhsullarının rəqabət qabiliyyətinin artırılması və ixracının stimullaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir: “Qlobal trendlər nəzərə alınmaqla üzümçülük və şərabçılıq sahələrinin dayanıqlı inkişafı məqsədilə dəyər zəncirinin bütün həlqələrində kompleks yanaşmanı tətbiq etmək, regional ixtisaslaşmanı, istehsal və ixrac coğrafiyasını genişləndirmək, mövcud istehsal potensialından və emal güclərindən tam və səmərəli istifadə etmək hesabına daha yüksək artımlar əldə etmək olar.

Ölkənin şərabçılıq üzrə ixrac potensialının gücləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilməlidir. Bunlardan biri beynəlxalq standartlara cavab verən yerli şərab brendlərinin yaradılması və ixracıdır. Yerli şərab brendlərinin hazırlanması onun xammal bazasının formalaşdırılmasından asılıdır. Bu baxımdan, Azərbaycanın yerli texniki üzüm sortları geniş potensiala mallikdir.

Ona görə də yerli üzüm sortları bərpa olunmalı, ənənəvi və biotexnoloji üsullardan istifadə edilərək sürətli çoxaldılmalı, onlardan fillokseraya davamlı calaq tinglər istehsal edilib, istehsalçılara təqdim edilməlidir”.

Onun sözlərinə görə, fermerlər və şirkətlər bizim yerli üzüm sortlarımızı indiyədək ona görə əkməyə həvəsli deyildilər ki, xaricdən gələn üzüm əkin materialı calaq edilmiş formada gəlir, istehsalçılar filloksera zərərvericisinə davamlı üzüm əkin materialından istifadəyə üstünlük verərək bu zərərvericinin təsirindən bağlarını sığortalayırlar: “Lakin özümüzdə o əkin materialı istehsal edən müəssisənin yaradılması ilə bu problem aradan qalxacaq. Artıq dövlətin dəstəyi ilə bu müəssisə Üzümçülük və Şərabçılıq ET İnstitutunun nəzdində Şamaxı rayonunda tikilir. Müəssisə fəaliyyətə başladıqdan sonra Azərbaycan özü calaq ting üzüm əkin materialı istehsal edəcək. Müəyyən qədər xaricdən idxalın qarşısı alınacaq. Eyni zamanda, Azərbaycanın yerli üzüm sortları qorunub saxlanılacaq, onlar əkiləcək. Xaricdən ting gətirmək sahibkarlara olduqca baha başa gəlir. Respublikaya ilbəil xarici mənşəli tinglərin gətirilməsi yerli sortların sıxışdırılması ilə nəticələnir. Digər tərəfdən, çox vaxt virus xəstəliklərinin daşıyıcısı olan xarici əkin materialı yerli sortların həmin xəstəliklərə yoluxmasına təhlükə yaradır. Respublikanın torpaq-iqlim şəraitinə uyğun olan yerli üzüm sortlarından calaq edilmiş tinglərin istehsalını genişləndirməklə xarici mənşəli üzüm tinglərinin idxalının azalmasına və sort probleminin tənzimlənməsinə, Azərbaycana məxsus olan şərab brendlərinin yaradılmasına nail olmaq olar”.

O, bildirib ki, digər tərəfdən, respublikada 18 min hektar yeni üzüm bağlarının salınması nəzərdə tutulduğu üçün 48 milyon ədəd tingə tələbat yaranacaq: “Yeni üzümlüklərin ting tələbatının 50 faizinin idxal hesabına, 50 faizinin isə yerli istehsal hesabına ödənilməsi nəzərdə tutulur. Bu tələbatı ödəmək üçün Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nəzdində Şamaxı rayonunda tikintisinə başlanan fillokseraya davamlı calaq üzüm tingi istehsal edən emalatxananın potensialından səmərəli istifadə ediləcək. Milli brendlərin yaradılması, müvafiq qaydada qeydiyyatının təmin edilməsi, keçmişdə məşhur olan markaların yenidən istehsalına başlanması, şərab turizminin təşviqi və inkişaf etdirilməsi məqsədilə yaradılmış xüsusi zonalara turist səfərlərinin intensivləşdirilməsi, əsas hədəf bazarlarda beynəlxalq əhəmiyyətli təşviqat tədbirlərinin intensivləşdirilməsi və “Made in Azerbaijan” brendi ilə tanınan şərab məhsullarının hədəf bazarlarda tanıdılmasının gücləndirilməsi, həmin ölkələrlə ixrac üzrə xüsusi ticarət əlaqələrinin yaradılması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi məqsədəuyğundur”.

Onun sözlərinə görə, respublikada üzümçülük və şərabçılığın zəngin tarixini və qədim ənənələrini, qiymətli üzüm sortları və milli şərab brendlərinin zənginliyini təbliğ etmək, üzüm və şərab turizmini inkişaf etdirmək, üzümçülük və şərabçılıq sahəsindəki innovasiyaların mənimsənilməsi və tətbiqi məqsədilə respublikanın qədim üzümçülük bölgələrinin birində “üzüm-şərab muzeyinin” və “Azərbaycanın yerli üzüm sortlarından ibarət canlı üzüm muzeyinin – milli kolleksiyanın” yaradılması məqsədəuyğundur.

Yerli əhali daha çox tünd alkoqollu içkilərə (əsasən arağa) üstünlük verir. Biz əhali arasında üzüm şərablarının istehlakı istiqamətində təbliğatı gücləndirməliyik. Süfrə şərablarının üstünlüklərini əhaliyə çatdırmalıyıq. Məsələn, dünyada güclü şərab istehsal və ixracatçıları olan bir sıra ölkələr (Almaniya, Fransa, İspaniya, İtaliya, ABŞ, Argentina) həm də güclü şərab istehlakçılarıdır“, – deyə institutun direktor əvəzi söyləyib.

V.Səlimov deyib ki, ailə təsərrüfatlarının inkişafına xüsusi diqqət yetirmək lazımdır: “Şato tipli fərdi şərabçılığın inkişaf etdirilməsi məqsədilə dövlət dəstəyinin daha da genişləndirilməsi vacibdir. Bir yerli təcrübəni diqqətinizə çatdıraq. Qax rayonunda, demək olar ki, hər kəsin həyətində üzüm yetişdirilir. Bu üzümlər toplanaraq şirəsindən şərab, cecəsindən isə araq çəkilir. Burada şərab əsasən Kaxeti üsulu ilə, yəni şərabın yerə basdırılmış “kvevri” adlanan böyük saxsı gil küplərdə yetişdirilməsi və saxlanması nəticəsində əldə olunur. Bu şərablar həm yerli əhali tərəfindən, həm də xarici ölkələrdən gələn turistlər tərəfindən istehlak olunur. Digər kiçik ailə fermer təsərrüfatlarının da bu təcrübədən yararlanaraq istifadə etməsi vacibdir. Yerli və xarici turist sayının artırılması və ölkədə şərab turizminin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Milli brendlərin istehsalı məqsədilə yüksək keyfiyyətli yerli texniki üzüm sortları (Mədrəsə, Bayanşirə, Şirvanşahı, Həməşərə, Xindoqnı və s.) yetişdirən istehsalçılara subsidiyaların verilməsi və bu sortlardan ibarət istehsal olunan tinglərə verilən subsidiyanın miqdarının artırılması məqsədə uyğundur. Bu təcrübə artıq qonşu Gürcüstanda xeyli vaxtdır ki, tətbiq olunur”.

O, bildirib ki, üzümçülük sahəsində köməkçi vasitələrin (dirəklər, sinklənmiş məftil, kimyəvi preparatlar, gübrələr və s.) və şərab məhsullarının istehsalı üçün bir sıra komponentlərin ölkə daxilində istehsalı mühümdür. “Üzümçülük və şərabçılıq sahəsində elmi nailiyyətlərin, standartların, normativ-texniki sənədlərin işlənib hazırlanması, qabaqcıl beynəlxalq təcrübənin, səmərəli innovativ texnologiyaların öyrənilməsi, istehsalata tətbiq olunması və təcrübə mübadiləsi baxımından Beynəlxalq Üzüm və Şərab Təşkilatı (OIV) ilə əlaqələrin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Üzümçülük və Şərabçılıq ETİ, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və ölkədə fəaliyyət göstərən şərabçılıq müəssisələri ilə birgə layihələr əsasında elm-təcrübə-biznes sistemlərinin, üzüm və şərabçılıq məhsullarının təşviq, marketinq və turizmi istiqamətləri müasir səviyyədə formalaşdırılar. Texnologiya və aqraryönümlü ixtisaslar üzrə peşə təhsilli və yüksək ixtisaslı kadrların birgə hazırlanması müsbət nəticələr verər”.

“Hazırda üzümçülük və şərabçılıq sahəsində aparılan elmi-tədqiqatların istiqamətləri dövlətin bu sahədəki siyasətinə uyğunlaşdırılır. Aparıcı xarici elm mərkəzləri ilə əlaqələr genişləndirilir. Birgə elmi layihə və proqramlar həyata keçirilir. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılması istiqamətində işlər aparılır”, – deyə o, diqqətə çatdırıb.

Qeyd edək ki, ölkədə şərab istehsalının stimullaşdırılması üçün son illər bir sıra tədbirlər həyata keçirilib. Azərbaycan Prezidentinin 2018-ci il 3 may tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” respublikada üzümçülük və şərabçılığın inkişafına dair dövlət siyasətini və strategiyasını formalaşdıraraq nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Gürcüstanda keçiriləcək beynəlxalq kənd turizmi konfransında təmsil olunacaq

0
Gürcüstan və Azərbaycan

Gürcüstanın Batumi şəhərində sentyabrın 20-21-də III Beynəlxalq Kənd Turizmi Konfransı keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Acarıstan Muxtar Respublikasının Turizm və Kurortlar Departamenti məlumat yayıb.

Beynəlxalq tədbirin əsas mövzusu “Kənd həyatı turizm məhsulu kimi” olacaq.

Konfransda Avropa Kənd Turizmi Assosiasiyasının prezidenti Kimmo Aalto, Gürcüstan, Azərbaycan, Almaniya, Belçika və Ukraynadan olan nümayəndələr iştirak edəcəklər.

Tədbirdə kənd turizminin əsas komponentləri, özəl sektor və qrantların bu sahənin inkişafındakı rolu və digər mövzular ətrafında təqdimatlar və müzakirələr təşkil olunacaq.

Azərbaycanı konfransda Kənd Yaşıl Turizmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Qəhrəman Yusupov və “Şəfəq” Ekoturizm İctimai Birliyinin nümayəndəsi Nigar Yusupova təmsil edəcəklər. Onlar Azərbaycanda kənd turizminin inkişafı potensialı, bu sahədə gənclərin və qeyri-hökumət təşkilatlarının rolu barədə təqdimatlarla çıxış edəcəklər.

Tədbirə ailə tipli otel sahibləri, ekspertlər, turizm agentlikləri və QHT təmsilçiləri də qatılacaqlar.

Natiya Turnava: Gürcüstanla Azərbaycan beynəlxalq sərmayəçilər üçün cəlbedici ölkələrdir

0
Gürcüstan Azərbaycan

Gürcüstan ilə Azərbaycan beynəlxalq sərmayəçilər üçün cəlbedici ölkələrdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnava sentyabrın 17-də jurnalistlərə müsahibəsində açıqlamasında deyib.

“Azərbaycana səfər müddətində ölkələrimiz arasında mövcud iqtisadi əməkdaşlığa dair məsələləri daha geniş müzakirə etmək imkanı əldə etdik. Gürcüstan və Azərbaycan bir sıra sahələr, o cümlədən siyasi, mədəniyyət və xüsusilə iqtisadi sahə üzrə ənənəvi strateji tərəfdaşlardır. Ölkələrimiz arasında ticarət dövriyyəsi getdikcə artır. Gürcüstan üçün Azərbaycan ənənəvi olaraq əsas 3 iqtisadi tərəfdaşlardan biridir. Həm idxal, həm də ixrac sahəsində artım tendensiyası müşahidə olunur. Eyni zamanda, Azərbaycan məhsullarının Gürcüstan bazarında, həm də gürcü məhsullarının Azərbaycan bazarında sayı artır. Gürcüstan hazırda öz bazarını liberallaşdırma istiqamətində aparır. Çox sevindirici haldır ki, bu istiqamətdə Azərbaycan Gürcüstanın ixracı üçün cazibədar bazarlardandır”, – deyə nazir bildirib.

N.Turnava deyib: “Bu gün müxtəlif sahələrdə strateji əməkdaşlığımızı genişləndirməyi müzakirə etdik. Burada əsas 4 istiqaməti vurğulamaq istərdim – birgə müəssisələr və investisiya, energetika, logistika və turizm. Gürcüstan və Azərbaycan beynəlxalq sərmayəçilər, yük axını üçün daha cəlbedici ölkələrdir. Bütün forumlarda və platformalarda nəqliyyat, logistika dəhlizinin əhəmiyyətini nümayiş etdirmək üçün bu ideyanı birgə təbliğ edəcəyimiz barədə razılıq əldə edilib. Enerji sektorunda çox yaxşı inkişaf müşahidə edirik. SOCAR Gürcüstanı təbii qazla təmin edən ənənəvi tərəfdaşımızdır. Son bir neçə ildə elektrik enerjisi və bərpaolunan enerji mənbələri sahəsində çox fəal əməkdaşlıq əlavə olunub. Bu istiqamətdə, xüsusilə bərpaolunan enerji sahəsində görüşlər və biznes forumların keçirilməsi planlaşdırılır. Gürcüstan su ehtiyatları ilə zəngindir. Su elektrik enerjisi sahəsində birgə əməkdaşlığı inkişaf etdirə bilərik, çünki Azərbaycan istilik enerjisinin inkişafında böyük təcrübəyə malikdir”.

Konteyner daşınması sahəsində çox müsbət artım dinamikası olduğunu deyən nazir qeyd edib ki, orta dəhliz layihəsini daha da cəlbedici və rəqabətli etmək çox vacibdir: “Bunun üçün Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi var. Neft və qazın nəqli üzrə regional enerji layihələrində birgə iştirak edirik. Artıq buraya elektrik enerjisinin tranziti də əlavə olunur”.

Rusiyanın 6 iri şəhərində Azərbaycanın turizm potensialı təbliğ ediləcək

0
turizm

Sentyabrın 19-dan 26-dək Azərbaycan Turizm Bürosu Rusiyanın Novosibirsk, Sankt-Peterburq, Ulyanovsk, Kazan, Ufa, Yekaterinburq şəhərlərində silsilə seminarlar keçirəcək.

Dövlət Turizm Agentliyindən bildirilib ki, Rusiyanın tanınmış “Mouzenidis Travel” turizm şirkəti ilə birgə təşkil ediləcək seminarlar zamanı iştirakçılara Azərbaycanın turizm potensialı, tarixi məkanları, yerli turizm marşrutları, hotelləri, həmçinin milli mətbəxi barədə ətraflı məlumatlar veriləcək və onların maraq doğuran sualları cavablandırılacaq.

Silsilə seminarların keçirilməsinin əsas məqsədi Azərbaycanın turizm imkanlarının Rusiya Federasiyasında təbliğ ərazilərini daha da genişləndirməkdir. Rusiyadan ölkəmizə gələn turistlərin sayını artırmaqdır.

Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Moskvada Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

2019-cu ilin yanvar-avqust dövründə Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 653 min nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə nisbətdə 53 faiz artım deməkdir.

AZƏRTAC və Tazpit gündəlik informasiya mübadiləsinə başlayıblar

0
Azərtac və Tazpit

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və İsrailin Tazpit agentliyi arasında Əməkdaşlıq barədə Anlaşma Memorandumuna əsasən tərəflər gündəlik xəbər mübadiləsinə başlayıblar.

İsrail agentliyi son günlər öz saytında AZƏRTAC-ın təqdim etdiyi bir neçə materialı yerləşdirib. Bu materialların biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda səfərdə olan Rusiya Federasiyası Sverdlovsk vilayəti qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü, Azərbaycan və Rusiya arasında daim genişlənən əlaqələr barədədir. Digər informasiyada isə israilli oxuculara Azərbaycanın son illər neft-qaz sahəsində əldə etdiyi nailiyyətlər, “Əsrin müqaviləsi”nin 25 illik nəticələri haqqında məlumat çatdırılır.

Oktyabrda Bakıda ilk dəfə dünyanın ən böyük hackathonu – “NASA Space Apps Challenge” keçiriləcək. İki gün davam edəcək müsabiqədə iştirakçılar öz təcrübə və biliklərini bölüşməklə yanaşı, innovativ məhsul yaratmaq imkanı qazanacaqlar. Tazpit öz saytında AZƏRTAC-ın bununla bağlı informasiyasını da təqdim edib.

AZƏRTAC da öz növbəsində israilli həmkarlarının təqdim etdikləri materiallara saytında yer ayırıb. “İsrail və Azərbaycan arasındakı strateji əməkdaşlıq inkişaf etməkdədir” sərlövhəli məqalə ölkələrimiz arasında 1992-ci ildə əsası qoyulmuş və daim genişlənən strateji əməkdaşlıq əlaqələrindən bəhs edir. Ticarət dövriyyəsinə, turizm və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf göstəricilərinə diqqət çəkən müəllif, həmçinin Azərbaycanda yəhudilərə bəslənən gözəl münasibətdən məmnunluğunu ifadə edir. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin və İsrailin Baş Naziri Benyamin Netanyahunun ölkələrimizin strateji əməkdaşlığının əhəmiyyəti, xalqlarımızın tarixi dostluğu barədə fikirlərinə geniş yer ayrılıb.

Agentliyin digər informasiyası ölkə həyatında mühüm hadisədən – İsrail parlamentinə keçirilən təkrar seçkilərdən bəhs edir. Seçkilərin yekunlarına əsasən, Knessetin tərkibi müəyyənləşəcək. Eyni zamanda, hökumət koalisiyası formalaşdırılacaq və Baş Nazir təyin olunacaq.

İsrailli həmkarlarımızın təqdim etdikləri daha bir xəbərdə isə bu ölkə yanğınsödürənlərinin Amazonda meşə yanğınlarının söndürülməsində Braziliyaya köməyi barədə məlumat verilir.

Xatırladaq ki, sentyabrın əvvəlində AZƏRTAC və Tazpit arasında Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb. Sənəd agentliklərin rəhbərləri Aslan Aslanov və Amotz Ayal tərəfindən imzalanəb. Xəbər, foto və video materialların mübadiləsini, kadr hazırlığı və media texnologiyaları sahəsində əməkdaşlığı nəzərdə tutur.

Qalaaltı Hotel & Spa sentyabr ayına şok endirim

0
Qalaaltı Hotel & Spa

Qalaaltı Hotel & Spa sentyabr ayına şok endirim elan etdi?

Rahatlıq axtarışındasız??Elə isə çox uzağa getməyə ehtiyac yoxdur?Qalaaltı otelində sizlərin?‍?‍?‍? rahatlığı üçün yüksək zövqlə hazırlanmış nömrələr ruhunuza dinclik qatacaq?
2 gecə, 3 və ya daha artıq gecə qaldığınızda qiymətlərimiz gecəsinə 25%-dək endirimli oldu?
Şərtlər:
1. İstirahət ən azı 2 gecə 3 gün və daha artıq olmalıdır
2. Endirim keçmiş rezervasiyalara şamil olunmur
3. Ödəniş girişə 2 gün qalmışadək həyata keçirilməlidir
4. Qiymətlər iki nəfərlik yerləşmə üçün hesablanmışdır
5. Həftəsonu (cümə-şənbə) qiymətlərdə gecəsinə 30 azn və 20 azn fərq var

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Sağlamlıq və gözəlliyə həsr olunmuş sərgilər keçiriləcək – TARİX

0
Sağlamlıq və gözəlliyə həsr olunmuş sərgilər

6-7 noyabr tarixlərində “JW MARRIOTT Absheron Baku”-da “Medinex” – Tibb İnnovasiyaları Sərgi və Forumu keçiriləcək.

Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, “Medinex” – tibb və səhiyyə innovasiyalarını əhatə edən Qafqaz regionunda ən iri və Azərbaycanda yeganə tədbirdir. “Medinex” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir.

Medinex” sərgisi 3 zonadan ibarət olacaq.

– Showcase zonasında səhiyyə sahəsində qlobal inkişaf trendləri ilə tanış olmaq, məhsul və xidmətləri təqdim etmək, potensial tərəfdaşlarla tanış olmaq və mövcud əlaqələri möhkəmləndirmək mümkün olacaq.

– Tibb sahəsinin sabahını artıq bu gün görmək imkanı yaradacaq digər zona – İnnovasiyalar zonası sərgi qonaqlarına tibb sahəsinin ən müasir layihələrini və nailiyyətlərini, inqilabi prototiplərini və gələcəyin texnologiyalarını və avadanlıqlarını nümayış edəcək.

– Sərgini müşayiət edəcək əlavə tədbirlər, çoxsaylı biznes görüşlər, tibbdə futurologiya mövzusunda təqdimatlar, müxtəlif təqdimatlar, sessiyalar Prezentasiya zonasında yer alacaq.

Medinex” sərgisində Tibbdə informasiya texnologiyaları; tibbi texnika və avadanlıq; tibbi məhsullar; dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr; ortopediya, stomatologiya, stomatoloji avadanlıq və alətlər, stomatoloji xidmətlər; optika və oftalmologiya; pediatriya və ixtisaslaşmış pediatrik xidmətlər; innovativ laboratoriya avadanlıqları və texnologiyaları; farmasevtik avadanlıq; tibb müəssisələri və apteklər üçün avadanlıq; tibbi turizm; yaşlı nəsil üçün məhsullar; diyetologiya; tibbi təhsil; BeFit – sağlam həyat tərzi kimi sektorlar təqdim olunacaq.

Medinex” sərgisi ilə eyni platformada Qafqaz regionunda gözəllik sənayesinə həsr olunmuş ən irimiqyaslı, Azərbaycanda isə yeganə tədbir olan Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası Sərgisi “Beauty Azerbaijan” keçiriləcək. Sərgidə kosmetoloji avadanlıqlar, dekorativ kosmetika və bir sıra digər sektorlar təqdim olunacaq. Həmçinin “Beauty Azerbaijan” sərgisi çərçivəsində “Master Class Area” (Ustad dərsi zonası) fəaliyyət göstərəcək – bu zona, yenilikləri hədəf auditoriyaya təqdim etmək üçün ideal platforma olmaqla yanaşı, unikal bacarıqlarınızı paylaşmaq, yeni məhsul və ya xidməti maraqlanan auditoriyaya təqdim etmək üçün əlverişli məkandır.

Beləliklə, “Medinex” və “Beauty Azerbaijan” sərgiləri sahə mütəxəssislərini bir araya gətirən və biznes əlaqələrinin qenişləndirilməsi, habelə satış cooğrafiyasını artırmaq üçün əla fürsətdir.

Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub

0
Qəbələ

Qəbələ rayonunun Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx, həmçinin Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolların yenidən qurulması işləri yekunlaşdırılıb. Agentlikdən “Report”a verilən məlumata görə, avtomobil yollarının ümumi uzunluğu 37 km təşkil edir.

Qəbələ rayonunun Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx, həmçinin Böyük Əmilli-Bılıx-Əmirvan avtomobil yolları IV texniki dərəcəlidir. Yollar uzun illər istismar olunduğundan təmirlərarası istismar müddətini keçmiş, yolda çoxlu sayda çalalar, çökmələr və qabarmalar əmələ gəlmişdir. Bu isə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olmuşdur. Yolların səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan, torpaq yataqları atmosfer və qrunt sularının təsiri altında qalırdı, çiyinlərin eni yolun texniki dərəcəsinə uyğun gəlmirdi.

Sadalanan qüsurların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq addımlar atılıb. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların hazırda hərəkət hissələrinin eni genişləndirildikdən sonra 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Layihəyə uyğun olaraq, yolların mövcud örtüyü sökülərək kənara daşınıb. Deformasiyaya uğramış hisələr qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib. Torpaq yataqları avtoqreyderlə profilə salınıb. Lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasların alt və üst layının tikintisi işləri görülüb. Bu işlər 200 min kv.m-dən çox sahəni əhatə edib.

Yenidənqurma işləri çərçivəsində yollarda süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılıb. Belə ki, yollar boyu mövcud avtomobil körpüləri və körpü məhəccərləri təmir edilib. Mövcud suötürücü borular istismar üçün yararsız vəziyyətə düşdüyündən yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunub. Müxtəlif diametrli 1.9 km uzunluğunda metal və dəmir-beton suötürücü boruların, həmçinin 42 metr uzunluğunda su keçidlərinin inşası işləri görülüb.

İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işləri də aparılıb. Belə ki, əlaqələndirici bitum səpilməklə yol örtüklərinin alt və üst layları 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib. Həmçinin Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zalamçay üzərində yerləşən və 42 metr uzunluğa malik avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyü üçün əvəzinə 4 aşırımlı yeni körpü inşa edilib.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları inşa edilib. Hərəkətin normal təşkili üçün yollar boyu yol nişanları, siqnal dirəkləri və km göstəriciciləri quraşdırılıb. Yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb.

Qeyd edək ki, başlanğıcını respublika əhəmiyətli Ağdaş-Zarağan avtomobil yolundan götürən və 19 km uzunluğa malik Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 8 mindən artıq əhalinin yaşadığı 11 yaşayış məntəqəsini, başlanğıcını respublika əhəmiyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolundan götürən və 18 km uzunluğa malik Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu 10 mindən artıq əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edir. Yollar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə yenidən qurulub.

Təbii ki, sözügedən yollar torpaq və çınqıl örtüklü olduğu üçün gediş-gəlişdə yaşanan çətinliklər yolun yenidən qurulması ilə geridə qalıb. Ən əsası respublika əhəmiyyətli avtomobil yollarına çıxış əldə olunmaqla 19 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gəlib. Bununla da yol boyu yaşayan 18 mindən artıq əhalinin gediş-gəlişi həm təhlükəsiz olub, həm də xeyli rahatlaşmaqla yük və sərnişin daşıması asanlaşıb. Bu amillər isə kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir etməklə vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olur.

ISTANBUL SHOPPİNG TURU ? – Go Travel

0
İstanbul

Turun Tarixi: 14.10.19 – 20.10.19 
3 gecə / 4 gün
?Qiymət – 159$ ( 1 nəfər üçün nəzərdə tutulub ) 
●Qiymətə daxildir:
✔Tur boyu xidmət göstərən transfer 
✔Oteldə 3 gecə gecələmə 
✔Şəhər gəzintisi
✔Ekskursiya
✔Qidalanma(səhər yeməkləri)
✔Fotossesiya
✔Tur rəhbər
✔Yol boyu əyləncəli və hədiyyəli oyunllar 
●Ekskursiya:
?Batumi gəzintisi
?Ali və Nino 
?Sahil gəzintisi
?İstanbul gəzintisi
?Sultanahmed
?Ayasofya
?Top Kapı
?Mısır Çarşı
?İstanbul İstiklal Caddesi
?İstanbul boğazında Vapur turu
?Laleli Pazar
?Kapalı çarşı
?Qalata Kulesi
?Üsküdar balıq yeməyi 
?Ekstra gəzintilər:
?Adalara gəmi ilə gəzintisi
?Bağçılar AVM
?Floria Akvarium
●Qiymətə daxil deyil:
Muzeylərə giriş bileti
Nahar və şam yeməkləri

AVTOBUSDA YERLƏR ÖDƏNİŞ GÜNUNƏ GÖRƏ VERİLİR:
Qeyd 1: Tur zamanı gəzinti tramvaynan olacaq. 
Qeyd 2: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
Qeyd 3: 0-3 yaş uşaqlar pulsuz (avtobusda oturmamaq və oteldə çarpayı istifadə etməmək )
Qeyd 4: Hava şəraitinə və digər amillərə müvafiq olaraq ,göstərilən proqrama təşkilatçılar tərəfindən dəyişikliklər edilə bilər 
☛Turun başlama tarixi : 14 Oktyabr 
Toplanış-18:30 
Çıxış-19:00
☛Turun bitmə tarixi : 20 Oktyabr
————————-

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)