Xalidə Eynullazadə adlı xanım şirkətlərin birindən Misirə tur paket alıb. Orada başına gələnlər xanımın xeyli xərcə düşməsinə səbəb olub. Belə ki, o, qaldığı otel ərazisində bədbəxt hadisə ilə üzləşib.
Xalidə Eynullazadənin sözlərinə görə müalicə və əməliyyat üçün 6 min manata yaxın pul xərcləyib. Tur paket alarkən məcburi sığortalanıb və bunun üçün ödəniş edib. Amma sığorta şirkəti dəymiş ziyanı ödəyəcəyini desə də, sonradan vəziyyət dəyişib.
Məsələ ilə bağlı zərərçəkmişin sığorta edildiyi Atəşgah sığorta şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, onlarda turizm, heveskar idman , pesekar idman növləri kimi sığorta paketləri mövcuddur.
Xalidə Eynullazadə “həvəskar idman növü” kategoriyasına aid olan fəaliyyət zamanı xəsarət alıb. Xanımın əldə etdiyi səfər sığortasının növü isə “turizm” kategoriyasına aiddir və həmin sığorta növünün qarşıladığı risk qrupuna aid deyil.
Cənubi Koreyanın Milli Parklar Xidməti gələn ildən etibarən dağlıq ərazilərdə insanlara ilkin tibbi yardımın göstərilməsi məqsədilə pilotsuz aparatlardan istifadəyə başlaya bilər. Ölkədə istifadə etmək üçün cəmi 32 kvadrokopter satın alınacaq.
Milli Parklar Xidmətinin də tərkibinə daxil olduğu Ətraf Mühitin Mühafizəsi Nazirliyi bəyan edib ki, dronlar bir çox üstünlüyə malikdir. Bəzən yardım göstərilməsi üçün yeganə vasitəyə çevrilirlər. Onlar çox mobildir və hadisə yerinə yüksək dağ yollarını aşmağa məcbur olan təcili yardım maşınlarından daha tez gəlirlər. Bundan başqa, pilotsuz aparatlar hətta tibbi helikopterlərin enə bilmədiyi yerlərə də dərman preparatları çatdıra bilirlər. Dronlarda ucqar dağlıq ərazilərdə qalmış turistlərə tibbi yardım göstərilməsi məqsədilə dərman qutuları və defibrillyatorlar yerləşdiriləcək. Aparatlar itkin düşmüş şəxsləri GPS texnologiyalarının vasitəsilə tapa biləcək, infraqırmızı və istilik kameraları isə xəsarət alanların dəqiq yerini müəyyən etməyə imkan verəcək.
Dronların ilkin tibbi yardım ləvazimatlarını çatdırmaq üzrə səmərəliliyi paytaxt Seulun yaxınlığındakı Pukxansan parkında da yoxlanılıb. Bu ərazi dağ turizmi həvəskarları arasında populyardır.
Azərbaycanın 2001-ci ildən təmsil olunduğu Dünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası Moskvada keçirilir.
65 turizm naziri və nazir müavini və 31 dövlət katibi də olmaqla, ümumilikdə, 1100-dən çox şəxsin iştirak etdiyi sesiyada turizm sahəsində innovativ texnalogiyalar, yeni iş yerlərinin yaradılması, kadrların hazırlanması və digər məsələlər ilə yanaşı ölkələrin turizm potensialı da müzakirə edilib.
Dünya Turizm Təşkilatının səfiri, Rusiya Dövlət Dumasının deputatı Vyaçeslav Fetisov Azərbaycanın müasir dövlət olduğunu vurğulayaraq, ölkənin bu sahədə liderlərdən olduğunu bildirdi.
“Mən Bakını çox sevirəm. Çox gözəl, qonaqpərvər, tarixi kaloriti ilə seçilən şəhərdir. Məmnuniyyətlə Bakıya gedirəm. Forumda səsləndiyi kimi, Bakıda turizm surətlə inkişaf edir. Bunun üçün bütün imkanlar var. Əlbəttə ölkə rəhbərliyi bu istiqamətdə mühüm addımlar atıb. Turizmin kompleks şəkildə inkişaf etdirilməsi və infrastrukturun dünya standartlarına cavab verməsi üçün mühüm qərarlar qəbul olunub ki, ölkə bu istiqamətdə liderliyə doğru irəliləsin. Azərbaycan müasir və dünyaya açıq ölkədir. İdman sahəsində Birinci Avropa Oyunlarının prizmasından baxsaq, infrastrukturun yüksək olduğunu görürük. Düşünürəm ki, bu, düzgün siyasətdir. Və ildən ilə həm kəmiyyət, həm də keyfiyyət artır. Azərbaycanlılara halaldır. Düşünürəm ki, ölkə rəhbərliyinin düzgün strategiyası nəticəsində Azərbaycan bu sahədə dünya liderliyinə nail olar”.
“Qlobal şəhərlərdə turizmin inkişaf strategiyaları” adlı plenar iclasda isə Azərbaycanı tədbirdə təmsil edən Azərbaycan Dövlət Turizim Agentliyinin rəhbəri Fuad Nağıyev ilk öncə ölkəmizin turizm potensialından sesiya iştirakçılarına məlumat verib. Çıxışını isə Azərbaycan Dövlət Turizm agentliyinin rəhbəri “Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olmasına görə turizm potensialımızı tam göstərə bilmirik. Problem həllini tapandan sonra biz tam potensialımızı ortaya qoyacayıq” deyə başa vurub.
“Bizim cox gözəl ölkəmiz var. Bu zalda oturanlar bunun şahidi olublar. Təəssüflər olsun ki, bu gün biz bütün potensialımızı ortaya qoya bilmirik, Buna qonşu ölkə ilə olan konflikt imkan vermir. İnanırıq ki, bütün konfliktlər yaxın gələcəkdə başa çatacaq Və biz bütün potensialımızı təqdim edə biləcəyik”.
Birləşmiş Millətlər Təşkilatı nəzdində Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili isə Bakı səfəri çərçivəsində başlanılmış layihələr və inkişaf strategiyasına davam ediləcəyini bildirdi.
“Biz təşkilatımızın əsas hissəsi – 35 ölkədən olan turizm nazirləri ilə Bakıda görüşümüz zamanı turizm sahəsində gündəmdə duran məsələləri müzakirə və həll etdik. Bakı görüşümüz çox maraqlı keçdi və onun məntiqi nəticəsi olaraq Azərbaycan turizm sahəsinə böyük yatırımlar etdi. Hazırda isə bu yatırımlar öz bəhrəsini verir. Biz Azərbaycanın seçdiyi konstruktiv və inkişaf strategiyasını dəstəkləyirik. Azərbaycan Turizm Agentliyi ilə yaxın münasibətdəyik. Planımız isə Bakıda müzakirə etdiyimiz və nəticə olaraq başladığımız lahiyələri davam etdirməkdir”.
Qeyd edək ki, Dünya Turizm Təşkilatının Baş Assambleyasının sessiyası ili 2 ildən bir keçirilir.
Çinin ənənəvi bayramlarından biri olan “Payızın ortası” və ya Ay festivalı günlərində ölkə daxilində 105 milyon turist səfəri qeydə alınıb.
AZƏRTAC Çinin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu il sentyabrın 13-15-nə təsadüf edən bayram günlərində qeydə alınan turist səfərlərinin sayı ötənilki bayramla müqayisədə 7,6 faiz çoxdur. Festival günlərində ölkədaxili turizm dövriyyəsi ötən ilin göstəricisi ilə müqayisədə 8,7 faiz çoxalaraq 47,28 milyard yuana (təxminən 6,7 milyard ABŞ dolları) çatıb. Bayram günlərində Çinin müxtəlif şəhərlərində təşkil olunan irimiqyaslı şənliklərdə, xüsusi mərasimlərdə yüz minlərlə sakin iştirak edib. Şanxay, Sian, Çunçin, Siamen və Çendu bayram günlərində çinlilərin üstünlük verdiyi şəhərlərdən olub.
Qeyd edək ki, şərq ölkələrinin ənənəvi Ay təqvimi ilə 8-ci ayın 15-ci günü qeyd olunan bu bayram həmrəylik xarakteri daşıyır. Ailə üzvlərinin, qohumların, doğmaların bu bayramı birlikdə qeyd etməsi ənənəsi Çində neçə yüz ildir davam edir.
Ötən il ərzində Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2 867 TEU konteyner daşınıb.
“APA-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, cari ilin yanvar-avqust aylarında isə bu rəqəm 2 544 TEU konteyner olub. 2019-cu ilin yanvar-iyul aylarında Türkiyədən Orta Asiyaya və əks istiqamətdə TIR ilə 171 min ton yük daşınıb ki, bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 123% çoxdur.
“Azərbaycan-Türkiyə birlikdə XXI əsrin enerji tarixini yazır. Bu əməkdaşlıq ölkələrimizin iqtisadiyyatına böyük fayda verməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verir”, – deyə nazir bildirib.
O həmçinin əlavə edib ki, ölkələr arasında turizm sahəsində əməkdaşlıq inkişaf edir. Belə ki, 2018-ci ildə Türkiyədən Azərbaycana səfər edənlərin sayı 291 259 nəfər təşkil edərək 3-cü yerdə qərarlaşıb. 2019-cu ilin ilk 8 ayında isə bu rəqəm 203 703 nəfər olub və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% artıb.
“1 sentyabr 2019-cu il tarixindən Azərbaycana 30 gün müddətinə gələn Türkiyə vətəndaşlarına viza tələbinin ləğv edilməsi bu rəqəmin bir qədər də artmasına gətirib çıxaracaq“, – deyə nazir qeyd edib.
Azərbaycanın turizm potensialının tanıdılmasının növbəti ünvanı Pakistandır
Oktyabrın 8-10-da Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri Pakistanın Karaçi şəhərində keçiriləcək “Pakistan Travel Mart” sərgisində iştirak edəcək.
Dövlət Turizm Agentliyindən bildirilib ki, ölkənin turizm sektorunda fəaliyyət göstərən 14 şirkətin qatılacağı sərgidə iştirakçılara Azərbaycan turizmin müxtəlif istiqamətləri üzrə potensialı, görməli yerləri, hotelləri, milli mətbəxi, turizm marşrutları barədə geniş məlumatlar veriləcək.
Sərgi zamanı Pakistanın turizm şirkətləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçiriləcək, əməkdaşlığa dair qarşılıqlı fikir mübadiləsi aparılacaq.
“Pakistan Travel Mart” Pakistanda səyahət, turizm və qonaqpərvərlik sahələrində bütün maraqlı tərəfləri birləşdirən geniş spektrli səyahət və turizm sərgisidir.
2017-ci ildən etibarən hər il keçirilən sərgiyə dünyanın 20-yə yaxın ölkəsindən turizm şirkətləri qatılır. Sərgini ümumilikdə 25000-dən çox şəxs ziyarət edir.
Qeyd edək ki, 2019-cu ilin yanvar-avqust dövründə Azərbaycana səfər edən pakistanlı turistlərin sayı 29 min nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətdə 12.9% artım deməkdir.
? MÖHTƏŞƏM KUALA LUMPUR – BALİ TURU!? 10 gecə / 11 gün – CƏMİ 1245 usd ——————————– Qiymətə Daxildir: ?Otellər 5* ✈Aviabiletlər (gediş – dönüş) ?23kq baqaj + 10kq əl yükü ?Qidalanma (səhər yeməyi) ? Tarix: HƏR GÜN ——————————- ?Pacific Regency Hotel Suites 5* (3 gecə) ?The Crystal Luxury Bay Resort Nusa Dua 5* (7 gecə) –—————————— ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur. ✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir. ✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər. ℹ Malaziyanın Kuala-Lumpur, İndoneziyanın Bali şəhəri dünyanın ən gəzməli yerləri hesab olunur. —————————————– ? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.
Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin: ☎+994 12 564 60 30 ?+994 50 664 60 30 (WhatsApp+Zəng) ?+994 55 664 60 30 (WhatsApp+Zəng) ?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)
16 sentyabr, Fineko/abc.az. Azərbaycan, İtaliya, Böyük Britaniya, Portuqaliya və Belçika ekskursiya istirahəti üzrə ilk beşliyə daxildir.
“TurStat” turizm portalı 2019-cu il sentyabr ayının 16-na olan məlumata görə istirahət üçün ən yaxşı istiqamətlər haqqında National Geographic Traveler Awards 2019 mükafatına hansı xarici ölkələrin səs verdiyi barədə məlumatı təqdim edib.
“Sağlamlaşdırıcı istirahət üzrə Çexiya və İordaniya öndə gəlir. Xizək istirahəti üzrə İsveçrə və Avstriya, ekskursiya istirahəti üzrə İtaliya və Böyük Britaniya, ailəvi istirahət üçün İspaniya və Bolqarıstan, çimərlik istirahəti üzrə Yunanıstan və Türkiyə, ekzotik səyahətlər üzrə Yaponiya və Braziliya, qastronomik səyahətlər üzrə Gürcüstan, macəra istirahəti üzrə isə İslandiya irəlidədir”, – deyə TurStat bildirir.
“Ekskursiya istirahəti” nominasiyasında İtaliyaya 44%, Böyük Britaniyaya 35%, Portuqaliyaya 10%, Azərbaycan 7%, Belçika isə 4% səs qazanıb.
Səsvermə, National Geographic Rusiya internet saytında oktyabrın 12-dək davam edəcək.
? MÖHTƏŞƏM MALDİV TURU-na sizləri dəvət edirik? 9 gecə / 10 gün – CƏMİ 1700 usd —————————— Qiymətə Daxildir: ?Otel (9 gecə / 10 gün) ✈Aviabilet (gediş – dönüş) ?23kq baqaj + 10kq əl yükü ?Qidalanma (səhər yeməyi) ?Transfer ? Sığorta ? Tarix: HƏR GÜN ——————————- ?Bandos Maldives 5* – 1700 usd ?Sun Island Resort & Spa 5* – 1730 usd ?Paradise Island Resort & Spa 5* – 1800 usd ?Kurumba Maldives 5* – 2030 usd ?Holiday Inn Kandooma Resort 5* – 2160 usd ?Kandima Maldives 5* – 2180 usd ?Hard Rock Hotel Maldives 5* – 2170 usd ?Royal Island Resort & Spa 5* – 2250 usd ?Velassaru Maldives 5* – 2280 usd ?Holiday Inn Kandooma Resort 5* – 2300 usd ——————————- ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur. ✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir. ✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər. —————————————– ? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.
Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin: ☎+994 12 564 60 30 ?+994 50 664 60 30 (WhatsApp+Zəng) ?+994 55 664 60 30 (WhatsApp+Zəng) ?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)
“Azərbaycan rəhbərliyi turizmin hərtərəfli inkişafı üçün çox iş görür, buraya həm infrastruktur, həm qonaqpərvərlik, həm də müxtəlif tədbirlərin keçirilməsi aiddir“.
Bunu “Report”un Rusiya bürosunun Rusiya Dövlət Dumasının deputatı, Vahid Rusiya Partiyasının Ali Şurasının üzvü Vyaçeslav Fetisov deyib.
“Bakıya aşiqəm. Çox gözəl, qonaqpərvər, tarixi çalarları olan şəhərdir, orada olmaq çox xoşdur, məmnuniyyətlə gedirəm. Bakı postsovet məkanının əsas şəhərlərindən birinə çevrilir. Turizm geniş miqyasda inkişaf edir”, – o bildirib.
Azərbaycanda keçirilən idman tədbirləri barədə danışan deputat söyləyib ki, bu, turizmin sürətli inkişafını təşviq etmək üçün düzgün addımdır: “Ölkə rəhbərliyi müasir Azərbaycanı dünyaya həm də Birinci Avropa Oyunları, Formula-1 və s. kimi idman tədbirləri ilə nümayiş etdirməyə çalışır. Müasir, fantastik infrastruktur var. Hesab edirəm ki, bu, düzgün, səriştəli strategiyadır. Məni qonaq gözləyin, məmnuniyyətlə gələcəyəm. Artıq ekologiya ilə bağlı səfər planları var. Ekologiya turizmin inkişafı üçün vacib problemlərdəndir. Ekologiyası yaxşı olan ölkə həmişə üstünlük qazanır”.
“Hesab edirəm ki, azərbaycanlılar yaxşı işlər görüblər və ölkə rəhbərliyi də turizm sənayesinin inkişafı üçün düzgün strateji istiqamət götürüb. Azərbaycan turizm sahəsində liderlərdən birinə çevrilir”, – V.Fetisov fikrini yekunlaşdırıb.