Ev Blog Səhifə 156

Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

0
turizm

Bu gün İşgüzar Tədbirlər Sənayesi Alyansının üzvləri ilə keçirilən görüşdə işçi qrupunun yaradılmasına qərar verilib.

Bu barədə “Report”a Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, ilkin mərhələdə 10 nümayəndənin qatıldığı işçi qrupu yeni işgüzar turizm məhsullarının yaradılmasına dəstək göstərəcək.

turizm

Tədbirdə Azərbaycanın işgüzar turizm sənayesini təmsil edən və Alyansa üzv olan 35-ə yaxın şirkətin 80 nümayəndəsi iştirak edib.

Görüşdə çıxış edən işgüzar tədbirlər sahəsində ixtisaslaşmış avstriyalı ekspert İvo Franşitz Azərbaycanı yeni işgüzar tədbirlər məkanı kimi tanıtmaq üçün Azərbaycan Konqreslər Bürosunun və sənaye iştirakçılarının birgə əməkdaşlığının əhəmiyyətindən danışıb.

O qeyd edib ki, üzvlər arasında birgə və koordinasiyalı fəaliyyət, bununla bərabər daxili resurslardan doğru şəkildə istifadə etmək işgüzar məqsədlərlə Azərbaycana səfər edənlərin sayını daha da artıracaq.

turizm

Xatırladaq ki, iyulun 11-də İşgüzar Tədbirlər Sənayesi Alyansının rəsmi təqdimat mərasimi keçirilib. Alyansın yaradılmasından məqsəd beynəlxalq konqres, konfrans, forum və biznes görüşlərinin Azərbaycanda keçirilməsinə nail olmaq və bunu intensivləşdirməkdir.

Qubanın Qonaqkənd qəsəbəsində mühüm sosial infrastruktur layihələri icra edilir

0
Qonaqkənd

Qubanın qədim yaşayış məntəqələrindən olan Qonaqkənd qəsəbəsinin sakinləri üçün bu il sosial infrastruktur layihələrinin icrası ilə əlamətdardır. Rayon mərkəzindən 46 kilometr məsafədə yerləşən yaşayış məntəqəsinə müasir yol çəkilməsinin ardınca, Qonaqkənd qəsəsinin qazlaşdırılması işləri həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən görülən işlər yekunlaşdıqdan sonra geniş turizm imkanlarına malik qəsəbədə, ümumilikdə, 300-dən çox abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq.

Qonaqkəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 30 min metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılır.

Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Əlibaba Əliyev bildirib ki, bu il şimal regionunda 16 yaşayış məntəqəsi qazlaşdırılır. Bunun da 12-si Quba rayonuna aiddir. Qazlaşdırılan kəndlərdə, ümumilikdə, 2 min 623 abonent ilk dəfə təbii qazdan istifadə edəcək. Qazlaşdırma işləri ilin sonuna kimi başa çatdırılacaq.

Qəsəbə sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Qonaqkənd 1959-cu ilə kimi rayon mərkəzi olub. Qəsəbədə xəstəxana, məktəblər, feldşer-mama məntəqəsi fəaliyyət göstərir.

68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 kilometr uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun tikintisi işləri də artıq yekunlaşmaq üzrədir.

Qonaqkənd, Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, bölgədə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq.

Bakının Baş Planı ilk dəfə bazar iqtisadiyyatının tələblərinə cavab verəcək

0
Bakı

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi indiyə qədər Azərbaycanın 51 şəhərinin Baş Planını hazırlayıb. Bunlardan da 42-si artıq təsdiqlənib. 9-nun isə yaxın illərdə təsdiqlənməsi gözlənilir”.

“Report” xəbər verir ki, bunu Komitə sədrinin müşaviri Rüfət Mahmud deyib.

“Bakının hərtərəfli inkişafını təmin etmək məqsədi ilə ölkə prezidentinin tapşırıqlarına uyğun olaraq, hazırda komitə paytaxtın gələcək 20 il üçün inkişaf istiqamətlərini müəyyən edəcək Baş Planını hazırlayır. Sözü gedən sənəd bazar iqtisadiyyatının tələblərinə cavab verəcək ilk Baş Plan olacaq.

Baş Plan müvafiq şəhrsalma sənədləri və mövcud vəziyyət çərçivəsində, nüfuzlu şirkətlərin iştirakı ilə hazırlanır. Bakının inkişaf konsepsiyası əsasən 4 prioritet istiqamətdə ərsəyə gətiriləcək: “Birinci prioritet davamlı inkişafın təmin olunması məqsədilə ənənəvi mərkəzlərlə yanaşı, alternativ mərkəzlərin formalaşdırılması, ikinci prioritet ətraf mühitin şəhər əhalisi üçün əlverişli olması, ekoloji təmizlik, üçüncü prioritet milli və mədəni irsin, şəhərin memarlıq nümunələrinin qorunması və mədəni həyatının zənginləşdirilməsi, dördüncü prioritet isə şəhərin iqtisadiyyatının, o cümlədən turizmin inkişafını təmin etməkdir”, – o deyib.

Asif Ağayev Şamaxını elə günə qoyub ki… – Təzə başçı hələ də çaba sərf edir…

0
Asif Ağayev

Asif Ağayev Şamaxını elə günə qoyub ki… – Təzə başçı hələ də çaba sərf edir…

Şamaxıda olarkən “Nəsimi ili”ndə şairin qardaşı Şahxəndanın məzarına getməmək qəbahət olardı. Şəhərin mərkəzində yerləşən və elə Şaxəndanın adını daşıyan məzarlıqda şairin qardaşının qəbri əsaslı şəkildə təmir olunmaqdadır.

Seyid Əzim Şirvaninin də məzarı olan bu qəbiristanlıqda sürətli yenidənqurma işləri gedir. Seyid Əzim şeirində də orada dəfn olunmağı vəsiyyət edibmiş:

Mən öləndə Şaxəndanda basdırın,

Çünki onun Şahi-Xəndanı vardır.

Şaxəndan məzar-türbəsinin abadlaşdırılması şamaxılılar tərəfindən də təqdir olunur. Alimlər XV əsrdə inşa edilən bu türbənin Azərbaycanın görkəmli şairi, mütəfəkkir (1369-1417) İmadəddin Nəsiminin böyük qardaşı Şaxəndana (Şahi Xəndan) məxsus olduğunu bildirir.

Türbənin içində iki yanaşı qəbir var. Məlumata görə, məzarın biri Nəsiminin qardaşı Şaxəndana, o biri isə həyat yoldaşına aiddir. Digər versiyalara görə, məzarda uyuyan qadın Şaxəndanın nişanlısı olub. Nəsiminin Şaxəndan adlı böyük qardaşı vaxtsız vəfat etdiyindən bu ölüm onu sarsıtmış, bir çox qəzəllərində onu anmışdı.

Şaxəndan el-obada güclü təsirə və hörmətə malik olduğundan onun dəfn olunduğu qəbiristanlığa onun adını veriblər.

Türbədə sovet dövrü və sonrakı illərdə aparılan təmir-bərpa işləri böyük fəsadlar yaradıb. Sement qatışıqlı məhlulların və Xəzər dənizi qumunun istifadə edilməsi daşların zərər görməsinə, duzların yaranmasına və bakteriyaların fəallaşmasına, daxildən deqredasiyanın güclənməsinə səbəb olub.

Hazırda “Nəsimi ili” ilə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə abidənin ətrafının abadlaşdırılmasına başlanılıb. Sakinlər bildirirlər ki, uzun müddət Şaxəndanın türbəsi baxımsız qalıb, bərbad vəziyyətə düşüb. Şamaxının keçmiş rəhbərliyinə müraciətlər də səmərəsiz olub. Əhali bunu tarixə qarşı hörmətsizlik hesab edirdilər. Ancaq yeni rəhbər Tahir Məmmədovun gəlişindən sonra görülən işlərdən biri də türbənin rekonstruksiyasıdır. Biz orada olarkən xeyli sayda işçi qüvvəsinin cəlb olunduğunu gördük.

Amma Şamaxıda təmirə ehtiyacı olan təkcə Şaxəndan türbəsi deyil. Eləcə də rayonun yollarının abadlaşdırılması, asfaltlanmasına ehtiyac var. Məsələn, mərkəzi yerlərdən olan Babasəlim Əzizov küçəsi çala-çuxur, kələ-kötür vəziyyətdədir. Sakinlər ümid edirlər ki, yollar tezliklə təmir olunacaq.

Şamaxıda digər küçələr də B.Əzizov küçəsindən fərqlənmir. Yollarla bərabər şəhərdə abadlıq-quruculuq işləri aparılması, səliqə-sahman yaradılması gözlənilir.

Rayondakı əsas problemlərdən biri də içməli su məsələsidir. Sakinlər içməli suyu pulla almaq məcburiyyətindədirlər. Onların dediyinə görə, keçmiş icra başçısı Asif Ağayevin dövründə su mənbələri varlılara peşkəş olunub, insanlara içməli su çatmır, ciddi bir qıtlıq yaranıb. Ona görə də Şamaxını gəzərkən tez-tez içməli su satan maşınlarla qarşılaşırsan. Camaat şikayətlənir ki, Şamaxının içməli su ilə təchiz olunması üçün “Azərsu” ASC tərəfindən layihə reallaşmalıdır: “Suya pul verməkdən yorulmuşuq. İndi hansı zəmanədir ki, pulla su alasan? Şamaxı kimi yerdə içməli su problemi olmamalıdır. Bulaqlar zəbt edilib, kimlərinsə villalarına tökülür. Həyətlərə Pirsaatçaydan texniki su vururlar, onlar da içməli deyil, ona görə pulla alırıq”.

Şamaxılılar deyirlər ki, rayonun vaxtilə avtomobil və televizor zavodları olub. Amma bu zavodların heç biri fəaliyyət göstərmir. Bu müəssisələr fəaliyyətini bərpa eləsəydi, iş yerləri daha çox olardı. Şamaxının kəndlərinə gəlincə, fermerlər örüş yerləri tapmırlar. Keçmiş icra başçısının vaxtında otlaq yerləri qarış-qarış satılıb. İmkanlı şəxslər tərəfindən alınan otlaq yerlərinə görə heyvanları otarmağa yer tapmırlar. Xüsusən də Avaxıl, Məlhəm, Əngəxaran, Çuxuryurd kəndlərində örüş yerləri qalmayıb. Bu da kəndlilərin işini çətinləşdirib.

Amma bir müsbət xəbər öyrəndik ki, Şamaxıda konserv zavodu, süd zavodu tikilir. Çuxuryurda gedən yolda, dağların arasında tikilən müəssisədə sutkaya 20 litr süd verən inəklər olacaq. Şamaxıda gəlir gətirən bir sektor isə turizmdir. Əsasən də ərəblər Pirquluya, Məlhəmə, Çuxuryurda axışırlar. Buradakı istirahət mərkəzləri, evlər ərəblərin “cəngindədir”.

Sakinlər bildirirlər ki, turizmin daha çox inkişaf etdirilməsi, turistlərin Şamaxıya təşviq edilməsi üçün işlər görülməlidir. Onlar deyirlər ki, rayon turizm potensialına malik olması ilə bərabər tarixi bir şəhərdir.

“Turistlərə Xaqani Şirvani, Seyid Əzim, Fələki Şirvani, Nəsimi, Sabir haqda məlumat verə, tanıda bilərik. Ərəb turist yeyib-içməyə gəlir, amma avropalı, rus, yapon, hind turist gələrsə, Şamaxının tarixi, mədəniyyəti, ədəbiyyatı ilə tanış olar. Belə bir imkanımız var, niyə də təbliğ etməyək?! Yaxşı olar ki, Şamaxı ilə bağlı ayrıca turizm layihələri həyata keçirilsin. Həm iş yerləri çoxalacaq, həm canlanma olacaq, həm tarixi şəxsiyyətlərimizi tanıyacaqlar” deyə, rayon sakini Rahib söyləyir.

Onu da öyrənirik ki, Şamaxı ilə Qubanı birləşdirən Qızmeydan deyilən yerdən dağlarının arasına yol çəkilir.

Bundan əlavə, Şamaxının ucqar Sis, Qaladərəsi, Keçməddin kəndlərində alban mədəniyyətinə aid Buğura qalasının qalıqları tapılıb.

Həmin tarixi abidənin bərpası üçün işlər görülür, turizm yerinə çevrilməsi istiqamətində addımlar atılır. Eyni zamanda kəndə körpü, yol çəkilib.

Sakinlər deyirlər ki, Buğurd qalasının bərpası ilə turizmin inkişafı mümkündür. Habelə, Dəmirçi kəndində park salınıb, yol çəkilib, Safari qoruğu tikilib. Ümumiyyətlə, bu projelər gələcəkdə Şamaxıda turizmin inkişafı üçün hesablanıb.

Rayon sakini Kamal Əbilov isə bildirir ki, Şamaxıda indi bir sıra dəyişikliklər var. Onun sözlərinə görə, T.Məmmədov icra başçısı kimi əvvəlkilərdən seçilir: “İstənilən vətəndaş qəbuluna gedə, dərdini deyə bilər. Əvvəlki icra başçılarının qəbuluna düşmək olmurdu. Tahir müəllim camaata açıq adamdır, ağsaqqal yeri bilən insandır, kimin nə problemi varsa, ya özü, ya müavinləri dinləyəcək, araşdıracaq. Əgər onun səlahiyyəti çərçivəsindədirsə, həllinə tapşırıq verəcək. İntəhası, bir günün işi deyil, Şamaxıda çoxlu problemlər həllini tədricən tapmalıdır”.

Biz də ümidvarıq ki, bütün işlər yoluna qoyulacaq və bu arzu ilə dahi şairlərin vətənini tərk edirik…

P.S. Sərlövhəyə çıxarılan misra İmadəddin Nəsiminindir.

Türkiyə ilə viza rejiminin ləğvindən 20 gün ötür – nə dəyişdi…

0
viza

Fikrət Yusifov: “Səslənən fikirlərlə razılaşmaq mümkün deyil

Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvindən 20 gün ötür. Bu müddət ərzində qərarın ölkəmizə necə təsir göstərdiyi yönündə çoxsaylı fikirlər var. Vizanın ləğvindən qısa müddət keçsə də, artıq qardaş ölkədən Azərbaycana gələn turistlərin sayında artımın müşahidə olunduğu barədə xəbərlər yayılmağa başlayıb.

Günlər öncə – Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də bu məsələyə toxunmuşdu. O bildirmişdi ki, ölkələr arasında turizm sahəsində əməkdaşlıq inkişaf edir.

1 sentyabr 2019-cu il tarixindən Azərbaycana 30 gün müddətinə gələn Türkiyə vətəndaşlarına viza tələbinin ləğv edilməsi bu rəqəmin bir qədər də artmasına gətirib çıxaracaq”, – deyə nazir qeyd edib.

Məlum olub ki, 2018-ci ildə Türkiyədən Azərbaycana səfər edənlərin sayı 291 259 nəfər təşkil edərək 3-cü yerdə qərarlaşıb, 2019-cu ilin ilk 8 ayında isə bu rəqəm 203 703 nəfər olub və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% artıb.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov fərqli düşünür. O hesab edir ki, vizanın ləğvi Türkiyədən Azərbaycana gələnlərin sayına ciddi təsir etməyib: “Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsi iki ölkə arasında qardaşlıq münasibətləri fonunda daha çox mənəvi bir məsələ idi. Deməzdim ki, sadələşmiş viza rejiminin olduğu dövrdə türk vətəndaşlarının Azərbaycana gəlməsində hansısa çətinliklər mövcud idi. Bu səbəbdən də mətbuatda viza rejiminin ləğvindən sonra türk vətəndaşlarının Azərbaycana kütləvi şəkildə gələcəyi ilə bağlı səslənən fikirlərlə razılaşmaq mümkün deyil. Hesab edirəm ki, viza rejiminin aradan qaldırılması Türkiyədən Azərbaycana gələnlərin sayına elə bir təsir etməyib. Çünki buna qədər də Türkiyədən kim istəyirdi, Azərbaycana gələ bilirdi. Sadəcə, o, bunun üçün bir qədər vaxt itirməli olurdu”.

“Əbədi Ezamiyyət” filmi – Çində

0

Pekində 16-cı Çin Beynəlxalq Film və Televiziya praqramları Sərgisi keçirilib. Sərgi dünyanın ən böyük media təsisatlarından olan “China Media Group” və Çin Beynəlxalq Televiziya Korporasiyasının təşkilatçılığı ilə keçirilib. Məqsəd müxtəlif ölkələrin media qurumları arasında əməkdaşlığın qurulmasına və genişlənməsinə dəstək verməkdir. Habelə media və filmlər vasitəsilə ölkələrin turizm potensialının tanıdılması məqsədi daşıyır. Milli pavilyonlarının təqdim olunduğu sərgidəki Azərbaycan guşəsində ölkəmizə aid müxtəlif jurnallar, broşurlar və bukletlər nümayiş olunub. Həmçinin ziyarətçilərə paylanılıb. Pavilyonda, həmçinin ölkəmizdə turizmin inkişafından bəhs edən videoçarxlar da nümayiş olunub.

Sərgi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi təqdim olunub. Film Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.

Dünyanın 50-dən çox ölkəsindən 80 minə yaxın ekran işinin təqdim olunduğu sərgidə televiziya və film sənayesində tətbiq olunan ən son texnoloji yeniliklər göstərilib. O cümlədən 5-ci nəsil mobil rabitə şəbəkəsi texnologiyası, süni zəka, 4K çəkiliş texnologiyası numayiş olunub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib

0
Milli Məclis

Sentyabrın 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Komitənin sədri Hadi Rəcəbli yaz və növbədənkənar sessiyalarda komitədə görülən işlər barədə məlumat verib. İclasda yaz və növbədənkənar sessiyalar ərzində komitənin 20 iclas keçirilib. 100-ə yaxın məsələnin müzakirə olunub. Bu dövrdə komitəyə 448 ərizə və müraciət daxil olub,.420 vətəndaş qəbul edilib.

Payız sessiyasında görüləcək işlərə toxunan komitə sədri diqqətə çatdırıb ki, bu sessiya ərzində əsasən sosial sahədə büdcə məsələlərinə baxılacaq. “Turizm haqqında” qanun layihəsi üzərində iş aparılacaq. Bir sıra qanunlara əlavə və dəyişikliklər ediləcəkdir.

Çıxış edən komitə üzvləri Rauf Əliyev, Musa Quliyev, İlham Məmmədov, Jalə Əliyeva, Elmira Axundova Araz Əlizadə yaz və növbədənkənar sessiyalarda komitənin işini yüksək qiymətləndirib. Payız sessiyasının da uğurlu olacağına əminliklərini bildiriblər.

Sonra iclasda “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi müzakirə olunub. Bildirilib ki, bu dəyişikliklər “Psixoloji yardım haqqında” Qanuna uyğunlaşdırma məqsədilə edilir.

İclasda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi də müzakirəyə çıxarılıb.

Bildirilib ki, layihə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 12 oktyabr tarixli Qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb. Layihə silahlı birləşmələrə aid olmayan, lakin içərisində hərbi xidmət nəzərdə tutulan qurumların hərbi qulluqçularının dövlət icbari şəxsi sığortasının və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.

Müzakirələrdən sonra gündəlikdəki bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.

“Restoranlarda qiymətlər od tutub yanır” – Deputatdan etiraz

0
Araz Əlizadə

“Biz “Turizm haqqında” qanunun üzərində 2015-ci ildən işləyirik, hələ ərsəyə gətirə bilməmişik. Turizm sahəsində ən böyük problemin restoranlarda, yeməkxanalarda qiymətlərin od tutub yanmasıdır. Bu barədə ciddi düşünmək lazımdır”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Araz Əlizadə deyib.

“Nə qədər turist yaxınlaşı soruşur ki, harada normal qiymətə yemək yemək ola? Düzdür, bizə o qədər də yüksək səviyyəli ərəb turistlər gəlmir. Elə çıxır ki, biz turizmi ancaq ərəblərə tuşlamışıq, ayrı yerdən turistlər lazım deyil. Xeyr, bizə ayrı ölkələrdən turistlər lazımdır. Azərbaycanı bütün dünya tanımalı, mədəniyyətimizi, incəsənətimizi gəlib görməlidirlər. Ona görə də bu sahədə ciddi işlər görmək lazımdır” – deyə deputat qeyd edib.

Qax rayonu III Bal bayramına hazırlaşır

0
Qax

Sentyabrın 19-da əsrarəngiz təbiəti və zəngin milli mətbəxi ilə seçilən Qax rayonunda III Bal bayramı keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Arıçılar Assosiasiyasının dəstəyi ilə reallaşacaq bayramın keçirilməsində əsas məqsəd rayonun kənd təsərrüfatının ənənəvi sahələrindən olan arıçılığı təbliğ etmək, bu sahəyə marağı artırmaq, həmçinin Qaxın iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

Bayramda nazirlik və dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, qonşu rayonlardan dəvət olunmuş qonaqlar, bölgənin arıçılıq birliklərinin nümayəndələri, bal istehsalçıları və rayon sakinləri iştirak edəcəklər.

Bayram iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirəcəklər.

Sonra rayonda fəaliyyət göstərən arıçılıq təsərrüfatına baxış keçiriləcək.

Bayramın rəsmi açılış mərasimi Qax şəhərindəki “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində olacaq. Təbrik və çıxışlardan sonra bayrama dəvət olunan qonaqlar və tədbir iştirakçıları bal və arçılıq məhsullarının, arıçılıqda istifadə edilən avadanlığın sərgiləri ilə tanış olacaq. Balın süzülməsi prosesini əyani şəkildə izləyəcəklər. Bayramda baldan hazırlanmış geniş çeşiddə mətbəx nümunələri, şirniyyat və xörəklər nümayiş olunacaq. Sənətkarların əl işləri sərgilənəcək.

Bal bayramı respublikanın tanınmış incəsənət ustalarının təqdim etdiyi geniş konsert proqramı ilə başa çatacaq.

Turistləri cəlb edən cənnət ölkə VYETNAM TURU – Go Travel

0
Vyetnam

?? Qəribə qayaları, çəltik sahələri, yaşıl yaylaları, möhtəşəm çimərlikləri və mavi dənizi ilə turistləri cəlb edən cənnət ölkə _ VYETNAM TURU ??

?HANOİ 7 gecə / 8 gün – CƏMİ 1330 USD 
—————————
Qiymətə Daxildir:
✈Aviabiletlər (gediş – dönüş)
?əl yükü və baqaj
?Qidalanma (səhər yeməyi)
?Otel – Pullman Hanoi 5*

? Tarix: HƏR GÜN
——————————-
ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.
✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
—————————————–
? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.

Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)