Ev Blog Səhifə 159

Azərbaycanın turizm xidmətləri üzrə ixracı idxalını üstələyib

0
turizm

2019-cu ilin 1-ci yarımilliyi üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 1.9 dəfə azalıb. 1.5 mlrd. dollar təşkil edib.

Bu, Mərkəzi Bankın 2019-cu ilin 1-ci yarımilliyi üzrə Azərbaycan Respublikasının Tədiyyə Balansı ilə bağlı açıqlamasında bildirilir.

Açıqlamada qeyd edilib ki, hesabat dövrü ərzində turizm xidmətləri üzrə ixracın (777 mln.dollar) idxalı (747 mln.dollar) üstələməsi nəticəsində 30 mln. dollar həcmində profisit yaranmışdır. 2019- cu ilin 1-ci yarımilliyi ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin müvafiq dövrünə nisbətən 25.8%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 6.6% artmışdır.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyərinin 89.1%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.

XİDMƏTLƏR BALANSINDA KƏSİR ARTIB

2019-cu ilin 1-ci yarımilliyi üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 4.6 mlrd.dollar təşkil etmişdir. Bunun 2.9 mlrd.dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1.7 mlrd.dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında yaranan kəsir ötən ilin müvafiq dövrünə nisbətən 30.5% artaraq 1.2 mlrd.dollar olmuşdur.

Qəbələ simpoziumu yekunlaşıb

0
Qəbələ

Qəbələdə Azərbaycanın tanınmış rəssamlarının iştirakı ilə keçirilən “Art Zone Week” rəngkarlıq simpoziumu bu gün yekunlaşıb.

Gilan Hospitality Group”- tərəfindən həyata keçirilən layihənin məqsədi Qəbələni rəssamların gözü ilə Respublikamızın turizm bölgəsi kimi təsvir etməkdir. Bununla bərabər, rayonun orta məktəblərində rəssamlığa həvəsi olan gənclərə ustad dərsləri verməkdir.

ART Zone Week” də Azərbaycanın əməkdar rəssamları Müseyib Əmirov, Elyar Əlimirzəyev, Yelena Haqverdiyeva, Vüqar Muradov, eləcə də tanınmış fırça ustaları Elnur Babayev, Anar Hüseynzadə, Emin Əskərov iştirak ediblər.

Həmçinin “Gilan Hospitality Group”-nun nümayəndəsi Elsevər Məmmədov da təəssüratlarının yüksək olduğunu ifadə edib. Layihədə onu tək qoymayan rəssamlara da öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə təşkil edilən bu rəngkarlıq simpoziumunun əhəmiyyətini yüksək qiymətləndirən rəssamlar bu layihələrin davamlı olmasını vurğulayıblar.

Naxçıvanın ərazisi dağ-piyada turizmi üçün nadir imkanlara malikdir

0
Naxçıvan

Naxçıvan Muxtar Respublikasının özünəməxsus coğrafi zənginliklərə malik olması bu qədim diyarda müxtəlif turizm növlərinin inkişaf etdirilməsinə şərait yaradır. Xüsusilə əzəmətli təbiətin Naxçıvana bəxş etdiyi nadir landşaft tipləri, ayrı-ayrı bölgələrin təkrarolunmaz gözəlliyi “şəhərdənkənar turizm”in inkişafı üçün yeni imkanlar açır.

Bu fikirləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində tədqiqatçı-jurnalist Səbuhi Həsənov deyib.

Naxçıvanda landşaft turizmi

O qeyd edib ki, bu gün muxtar respublikanın yerləşdiyi coğrafi ərazini turizm perspektivliyi baxımından təhlil etsək, ilk növbədə, landşaft turizminin üzərində dayanmaq olar. Landşaft turizmi isə hazırda daha çox piyada və dağ turizminin inkişaf etdirilməsi üzərində qurulur. Bu gün bütün dünyada piyada və dağ turizmi sürətlə inkişaf edir. Bunun da səbəbləri var. Səbəblərdən biri odur ki, bütün dünyada şəhərləşmə prosesi ildən-ilə daha da sürətlənir. Yəni bütün ölkələrdə şəhərlərə böyük axın var. Rusiyada nəşr olunan “Elm və həyat” jurnalının məlumatına görə, hazırda dünya əhalisinin 55 faizdən çoxu şəhərlərdə yaşayır. 2050-ci ilədək isə bu rəqəmin 70 faiz olacağı gözlənilir. Ancaq elə ölkələr də var ki, orada əhalinin 70-80 faizi şəhərlərdə yaşayır. Beynəlxalq statistikaya görə, hazırda dünyada turist axınının 80 faizdən çoxunu da elə şəhərlərdə yaşayanlar təşkil edir. Bunun da bir çox səbəbləri var. Muxtar respublikaya gələn turistlər arasında sorğu aparsaq, biz də onların çoxunun fərqli şəhərlərdə yaşadığının şahidi olacağıq. Şəhərdə yaşayanların isə daim təbiətə üz tutduqlarını hər birimiz bilirik.

“Muxtar respublikamızın coğrafi ərazilərinin böyük bir hissəsini dağlıq və dağətəyi ərazilər, nisbətən düzəngahlar təşkil edir. Bu ərazilərdə yüzlərlə təbiət abidələri, mineral bulaqlar, tarixi tikililər və arxeoloji obyektlər yerləşir. Hazırda muxtar respublika ərazisinin 27 faizi xüsusi mühafizə olunan təbiət əraziləridir. Eyni zamanda, təbiətin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər bu qədim Azərbaycan diyarının daha da gözəlləşməsinə, təbiətinin zənginləşməsinə, flora və fauna növlərinin sürətlə artmasına gətirib çıxarıb”, – deyən tədqiqatçı jurnalist qeyd edib ki, Naxçıvanın bu cür təbii gözəlliklərini fiziki olaraq görməyin ən yaxşı yolu isə burada piyada və dağ turizminin inkişaf etdirilməsidir.

Piyada turizmi və ya macərapərəstlik

Səbuhi Həsənov deyib ki, piyada turizmi istənilən yaşda insanın psixoloji olaraq emosiyalarına və fiziki aləminə müsbət təsir edir, həmçinin insanda dözüm, iradə, nizam-intizam, komandada işləmək bacarığı kimi keyfiyyətlərin formalaşmasına şərait yaradır. Piyada turizmi həm də qeyri-formal ünsiyyət forması kimi çıxış edir. Bu turizm növü ilə məşğul olan insan ətraf mühitlə birgə yaşayış qaydalarına, turizm texnikasının vərdişlərinə yiyələnir. O, piyada yürüşlərdə təbiətə qayğı ilə yanaşmağı, ekstremal situasiyaların öhdəsindən gəlməyi, zərərçəkənlərə ilk tibbi yardım göstərməyi öyrənir.

Digər tərəfdən belə turizm növünə üstünlük verənlər, adətən, macərapərəst olurlar. Macərapərəstlər isə daim təbiətdə maraqlı bir şey axtarmağa, ona sevgi ilə yanaşmağa meyilli olur, təbii gözəlliklərdən zövq almağı bacarırlar. Piyada turizminin üstün cəhətlərindən biri də odur ki, bu turizm növü yerli sakinlərin, xüsusilə yeniyetmə və gənclərin yaşadıqları bölgənin təbii coğrafiyasını praktik olaraq öyrənmək və təbliğ etmək baxımından mühüm əhəmiyyət daşıyır. Son onillikdə dünyada Skandinaviya yürüşü ilə məşğul olanların sayının da artdığını nəzərə alsaq, piyada turizminin necə sürətlə inkişaf etdiyinin bir daha şahidi olarıq.

Əsrarəngiz təbiətlə tanışlıq: dağ turizmi

Dağ turizmi barədə danışan tədqiqatçı-jurnalist bildirib ki, bu, piyada turizminə ən yaxın olan turizm növüdür. Dağ turizmi dünyada dağlıq ərazilərdə turizmin inkişaf etdirilməsi üçün təklif olunan istiqamətlərdən biridir. Bunu da xatırlatmaqda fayda var ki, dağ turizmi alpinizmlə məşğul olmaq demək deyil. Onun alpinizmlə fərqli cəhətlərindən biri odur ki, turistlər alpinistlərdən fərqli olaraq hər hansı dağ zirvəsini fəth etməyi qarşılarına məqsəd qoymurlar. Onlar üçün dağlıq ərazilərə gəzinti xarakterli səyahətlər, çətin yol şərtlərinə dözümlülük, səyyar çadırlarda gecələmək daha çox ön planda olur. Bu turizm növünün inkişafında da dağ turist düşərgələrində təlim keçmiş fiziki, nəzəri və praktik cəhətdən püxtələşmiş kadrların hazırlanmasına ehtiyac var. Ekstremal turizmin bir növü kimi dağ turizmi özündə müəyyən risk və təhlükələr daşısa da, nəticə etibarilə, bu, bir çoxları üçün əsrarəngiz istirahət deməkdir.

Səbuhi Həsənov vurğulayıb ki, bütün bu xüsusiyyətlərinə görə Kiçik Qafqaz dağlarının əhatəsində olan Naxçıvan Muxtar Respublikasının ərazisi turistlər üçün regionda ən maraqlı coğrafi ərazilərdən biridir. Buradakı mövcud bölgələrin hər biri ayrılıqda dağlıq ərazilərə malikdir. Bu əraziləri bir-biri ilə əlaqələndirəcək yeni dağ-piyada turizm marşrutlarının işlənilməsi əhəmiyyətlidir. İstər piyada turizmi və ultramarafon üçün patikaların, istərsə də dağlıq və nisbətən düzəngah vadiləri əhatə edəcək veloyürüşlərin təşkili üçün təbiətin bizə bəxş etdiyi bu unikal imkanlardan yararlana bilərik. Uzağa getməyək, qardaş Türkiyə Respublikasının Kapadokya bölgəsi bir neçə il bundan əvvələdək turistləri yalnız qayalıqları ilə cəlb edirdisə, bu gün artıq həmin bölgə dünyamiqyaslı ultramarafonların (ultramarafonlar normal marafonlardan fərqli olaraq həm də dağlıq və səhralıq ərazilərdə keçirilir), beynəlxalq dağ-velosiped yarışlarının keçirildiyi məkan kimi qəbul olunur.

Sərt təbiət, fiziki və mənəvi güc, ideal nəticə və ömür boyu sağlamlıq…

Həmsöhbətimiz bir məqamı da xüsusi vurğulayıb. Belə ki, bəzən dağ-piyada turizmindən bəhs edərkən muxtar respublikanın quru iqlim şərtlərinin bu cür layihələrin həyata keçirilməsində maneələr yaratdığını düşünənlər də var. Amma bu, əsla belə deyil. Məsələn, bu gün inkişaf etmiş ölkələrin hər birində geniş yayılmış ultramarafon yarışlarının çətin şərtlər çərçivəsində keçirilməsi daha çox arzuolunandır. Buna görədir ki, hər il ənənəvi olaraq Kaliforniyanın (ABŞ) “Ölüm vadisi”ndə müsbət 50 dərəcədən yuxarı temperaturda təşkil olunan “Badwater” ultramarafonu (215 kilometr) dünyanın ən güclü ultramarafonçularını bir araya toplayır. Dayanıqlılıq, səbir, yüksək dərəcədə istiliyə məruz qalan dağlıq və səhralıq ərazilər hərəkətdə olan insan orqanizminin gücünü ortaya qoymaqla yanaşı, çılğınlığı sevən turistlərin cəlbi üçün də ideal məkanlardan sayılır. Yəni, Naxçıvanın təbii imkanlarını qiymətləndirmək, bu imkanlardan səmərəli və uzunmüddətli istifadə etməklə yeni-yeni uğurlara nail ola bilərik.

“Digər tərəfdən dağ və piyada turizmi sağlamlıq baxımından da çox faydalıdır. Həkimlər, demək olar ki, bütün pasiyentlərinə fiziki imkanları yetərlidirsə, gəzməyi, təbiət qoynunda dincəlməyi məsləhət görürlər. O ki qaldı idmançılara, alpinistlər, qayayadırmananlar, ultramarafonçular və digərləri hər zaman fərqli yerlərdə olmağı sevirlər”, – deyən Səbuhi Həsənov vurğulayıb ki, bütün bunları nəzərə alaraq dağ-piyada turizminin yaxın gələcəkdə daha da populyarlaşacağını əminliklə qeyd etmək olar.

İsveçrənin səfiri Naxçıvanın sənaye və istehsalat müəssisələri ilə tanış olub

0
Naxçıvan

İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaq əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.

Naxçıvan Biznes Mərkəzinə gələn səfirə məlumat verilib ki, mərkəzin sərgi salonunda 94 müəssisənin 196 növdə və 1232 çeşiddə məhsulu, 65 ailə təsərrüfatında istehsal olunan 20 növdə 157 çeşiddə məhsul, 80 sənətkar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur. Vurğulanıb ki, hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.

Sonra xanım diplomat Naxçıvan şəhərində bərpa olunan “Qələndər” kəhrizinə baxıb. Kəhriz İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatı tərəfindən 2009-cu ildə bərpa edilib. Üç quyudan ibarət bu kəhriz əhalinin və təsərrüfatların suya tələbatının ödənilməsində mühüm rol oynayır.

Naxçıvan Avtomobil Zavodunun istehsal potensialı ilə maraqlanan qonağa bildirilib ki, burada istehsal prosesi konveyer üsulu ilə təşkil edilib. Hazırda zavodda 17 modeldə minik və yük avtomobilləri istehsal olunur.

Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı məlumat verilib ki, 2004-cü ildə özəlləşdirilən müəssisədə daha keyfiyyətli məhsul istehsalına başlanılıb, Badamlı mineral suyunun əvvəlki şöhrəti özünə qaytarılıb. Burada istehsal olunan məhsullar ölkəmizin digər bölgələri ilə yanaşı, Ukrayna, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Çinə də ixrac olunur.

Səfir “Gəmiqaya Mebel Fabriki” MMC-yə də baş çəkib. Daxili bazarı yüksəkkeyfiyyətli məhsullarla təmin edən müəssisədə Almaniya, İtaliya və Türkiyədən alınmış müasir texnoloji avadanlıq quraşdırılıb. Müxtəlif çeşiddə məhsul istehsalı üçün geniş imkanlar yaradılıb. Burada ağac profilli qapı və pəncərələr, modern və klassik üslubda dizayn edilmiş mebellər, sosial və inzibati binalar üçün müxtəlif avadanlıq istehsal edilməklə yanaşı, dizayn-dekorasiya xidmətləri də göstərilir.

Duzdağ Fizioterapiya Mərkəzinə gələn diplomata bu səhiyyə müəssisəsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan xəstəxanaya hər il dünyanın bir çox ölkələrindən minlərlə insan müraciət edir.

İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyrenin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

Dövlət Turizm Agentliyinin sədri beynəlxalq tədbirdə Azərbaycanın turizm potensialından danışıb

0
Turizm

BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyası Moskvada “Hamı faydalanır: qlobal şəhərlərdə turizmin inkişafı strategiyaları” adlı sessiya keçirib.

İşgüzar proqramda iştirakçılar Baş Assambleyanın 23-cü sessiyasında turizmin dayanıqlı inkişafından danışılıb. Təhsil, yeni iş yerlərinin açılması, həmçinin turizmdə innovasiyanın vacibliyi mövzularını müzakirə ediblər.

Müzakirələrdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev də iştirak edib.

Agentlik sədri çıxışında bildirib ki, son illər Azərbaycanın şəhər və regionlarında turizmin inkişafı üçün dövlət tərəfindən geniş infrastruktur işləri görülür. Bununla paralel olaraq agentlik turistlərin Azərbaycana cəlb edilməsi üçün xarici ölkələrdə geniş marketinq işləri aparır.

Fuad Nağıyev, həmçinin Azərbaycanda yeni turizm məhsullarının yaradılmasına və inkişafına, eyni zamanda, mədəni irsin qorunub saxlanmasına dövlət tərəfindən xüsusi diqqət göstərildiyini deyib.


Agentlik sədri Azərbaycanda turizm sahəsində təhsilə də xüsusi diqqət yetirildiyini bildirib. Yeni turizm məktəbinin yaradılması üçün işlərin aparıldığını diqqətə çatdırıb.

Azərbaycanın torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən hələ də işğal altında saxlanıldığını deyən Fuad Nağıyev, bu səbəbdən ölkəmizin turizm potensialından tam istifadə edə bilmədiyini vurğulayıb.

Xüsusi proqramın təşkilatçıları Moskva şəhərinin turizm komitəsi və qeyri-kommersiya təşkilatı olan Moskvanın Turizm və Qonaqpərvərliyin İnkişafı Layihə Ofisidir.

Xatırladaq ki, sentyabrın 9-da Rusiyada Sankt-Peterburq şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası işinə başlayıb. 65 turizm naziri və nazir müavini, 31 dövlət katibi olmaqla, 1100-dən çox şəxsin iştirak etdiyi sessiyasının gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu böyük olub. Beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alıb.

Polşada çalışmaq istəyən şəxslərə Go Traveldan şans

0
Polşa

✅”GO TRAVEL” MMC şirkəti Polşada çalışmaq istəyən şəxslərə (taksi şoferi, aşbaz, aşbaz köməkçisi, barmen, inşaat işçiləri, qaynaqçı, tikiş və kosmetika fabriklərində işçilər, paketçi, mebel ustaları, qapı pəncərə ustaları, kafel metlax ustaları, elektrikçi, dönərçi, dəmirçilər, ustalar, “raznaraboçi”- fiziki işçilər) ciddi tərəfdaşlıq təklif edir: Həmçinin, işəgötürən tərəfindən müsbət rəy alan əməkdaşlara şirkət tərəfindən mükafatlar təyin olunacaq.
Polşa iş standarlarının yüksək səviyyədə olması ilə seçilir. Avropanın eləcə də, dünyanın bir çox dövlətləri, şirkətləri ilə müqavilələrinə əsasən ölkə ərazisində inkişaf etmiş şirkətlər vardır. İş saatları 7-8 saat arasında dəyişir. İş elanlarımızdan yararlanmaq üçün tələsin! Minimum əmək haqqı 1800-2200 azn.
Polşada iş vizanızı təmin etməyi bizə həvalə edin!

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Avqustda Azərbaycana ən çox turist bu ölkədən gəlib

0
Azərbaycan

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi bildirib. Qeyd olunub ki, bu, ötən ilin avqustuna nisbətən 42 min və ya 13.2% artım deməkdir:

“Səyahət edənlərin ən böyük qismini 9.3% artım və ya 111 min nəfərlə Rusiyadan gələnlər təşkil edib. Ən böyük artım 82.2% və ya 17 min nəfərlə İrandan gələnlər (37 min) arasında müşahidə olunub. Yüksək artım, həmçinin Gürcüstan vətəndaşları üçün də xarakterikdir. Belə ki, avqust ayında Gürcüstandan gələnləri sayı 68 minə çatıb ki, bu da keçən ilə nisbətdə 11 min və ya 20% artım deməkdir. Türkiyə, Mərkəzi Asiya və Cənubi Asiyadan gələn qonaqların sayı müvafiq olaraq 13%, 50% 11.2% artaraq 27 min, 14 min11 minə çatıb”.

Əlavə olunub ki, Yaxın Şərq bölgəsindəki ən böyük bazar yenə Səudiyyə Ərəbistanıdır. Buradan gələnlərin sayı 18.3% artaraq 22.6 minə çatıb:

“2019-cü ilin yanvar-avqust dövrü ərzində Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8.3% artaraq 2.1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53%-i Rusiya (653 min) və Gürcüstanın (472 min) payına düşür. Xüsusilə qeyd etmək lazımdır ki, Gürcüstandan gələn əcnəbi qonaqların sayında 22.8% və ya 87 min artım müşahidə edilib. Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40.4%38.1% artaraq müvafiq olaraq 83 min72 minə çatıb”.

Yeni ili ən ucuz qiymətə Moskvada qarşılayın – Go Travel

0
Moskva

?? Moskva yeni il Turu??
Yeni ili Moskvada qarşılayaq!!!
?4 gün 3 gecə(ümumi 7Gün Avtobusla?
Cəmi 199?
İlkin Ödəniş 40?(1nəfər üçün) Ödəyərək Qalanını Avtobusda Ödəyə Bilərsiniz
—————————————
Qiymətə Daxildir:
1.Kamfortlu nəqliyyat ilə Gediş Dönüş
2.Səhər yeməyi (Oteldə) 
3.Çay yol boyu
4.Bələdçi Xidməti
5.Qrup Şəklində Fotosesiya
6.(3 Gecə/4 Gün) otelde gecələmə
7.Yol boyu maraqlı oyunlar və Yeni il hədiyyələri( Supriz?) 
————————————
Gəzintilər :
1.Qırmızı Meydan
2.Kremlin Sarayı(500 rubl) 
3.Tarix muzeyi
4.Aziz Vasil Katedrali
5.Bolşoy Teatrı (1500rubl) 
6Zaryadye parki
7.Gorky parkı
8.Lenin movzeleyi. 
9.Arbat küçəsi
10.Gum Alışveriş mərkəzi
11 Kalominski parkı
12 Tarix muzeyi
13.Puşkin muzeyi(400rubl) 
14.Tretyakov Dövlət Galeryası(500 rubl) 
15.Moskva metrosu
16.Dövlət Tarix Muzeyi (700rubl) 
17.Tverskaya küçəsi
18.Böyük İvan Çan Qülləsi
19.Moskva Heyvanat bağcası
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ 
Qeyd: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

ÜST Azərbaycanın malyariyadan azad ölkə kimi sertifikatlaşdırılmasına müsbət rəy verib

0
Ümumdünya Səhiyyə Təşkilatı

Malyariya xəstəliyi dünyada parazitar xəstəliklər içərisində ən geniş yayılmış transmissiv parazitar xəstəlik olub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə planetin əhalisinin 41%-dən çoxu malyariyaya yoluxma riski altında yaşayır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hər il orta hesabla dünyanın 100-dən çox ölkəsində 300-500 milyon insan bu xəstəliyə yoluxur. İl ərzində 1,5-2,7 milyon insan bu xəstəliyin qurbanı olur.

Bildirilib ki, respublikada keçən əsrin 90-cı illərinin əvvəllərində məlum səbəblərdən sosial-siyasi vəziyyətin pisləşməsinin, 1 milyondan çox qaçqın və məcburi köçkün və əhali arasında xaotik miqrasiyanın nəticəsində bu xəstəlik geniş miqyasda yayılaraq ölkə ərazisinin 80%-ni əhatə edib.

Epidemioloji vəziyyətlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə müvafiq olaraq Milli Proqram işlənib hazırlanıb. Bu proqramın müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində epidemiyanın genişlənməsinin qarşısı alınıb. İlbəil xəstələnmə səviyyəsi azalmağa başlayıb.

Aparılan məqsədyönlü kompleks əks-epidemik tədbirlər nəticəsində Azərbaycan Respublikasında malyariyanın eliminasiyasına (müəyyən bir xəstəliyin nəzərdə tutulmuş ərazidən tamamilə silinib təmizlənməsi) nail olunub. 2013-cü ildən etibarən bu xəstəlikdən yerli yoluxma halları müşahidə edilməyib.

Malyariya ilə yerli yoluxmaların kəsilməsinə nail olmuş ölkələr, malyariyanın eliminasiyası barədə sertifikat alınması üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciət edirlər.

Malyariyadan azad ölkə kimi sertifikatlaşdırma prosesi, ciddi dövlət və beynəlxalq səviyyədə rezonansa səbəb olur. Bunun nəticəsi bilavasitə turizmin, biznesin, qarşılıqlı tələbə mübadiləsinin və bir çox digər sahələrin inkişafına iqtisadi cəhətdən öz təsirini göstərir.

Qeyd olunanları nəzərə alaraq malyariyanın eliminasiyasının (eliminasiya-müəyyən bir xəstəliyin nəzərdə tutulmuş ərazidən tamamilə silinib təmizlənməsi-red) sertifikatlaşdırılması üçün Səhiyyə Nazirliyi tərəfindən ÜST-ə müraciət edilib və müsbət rəy alınıb. Səhiyyə Nazirliyi tərəfindən artıq hazırlıq prosesinə başlanıb.

Sertifikasiya prosesinə hazırlığın təmin edilməsi və gələcəkdə Beynəlxalq Sertifikasiya Komissiyası ilə səmərəli əməkdaşlıq etmək məqsədilə aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət Sertifikasiya Komitəsi yaradılıb. Bu gün onun birinci toplantısı keçirilib.

Böyük Britaniyada milyondan çox insan “Disney” qəhrəmanlarının adını daşıyır

0
Disney

Böyük Britaniyada milyondan çox insan “Disney” qəhrəmanlarının adını daşıyır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Florida4Less” turizm şirkəti tərəfindən aparılan və “Mirror” səhifələrində dərc edilən tədqiqatda bildirilir.

Ən məşhur ad – Jasmindir. Bu, eyniadlı animasiya filminin qəhrəmanı Ələddinin rəfiqəsi və şahzadənin adıdır. Ardınca Reks adı gəlir, “Oyuncaqların tarixi” filmindən oyuncaq dinozavrın adıdır, üçüncü yerdə isə “Gözəl və Qulyabanı” filminin baş qəhrəmanı Bell adıdır.

Şirkət Cessi (“Oyuncaqların tarixi 2”), Minni (Mikki Mausun rəfiqəsi), Tiana (“Şahzadə və qurbağa”), Elza (“Soyuq ürək”), Vudi (“Oyuncaqların tarixi”), Ariel (“Su pərisi”) və Nala (“Kral Aslan”) adlarını da siyahıya daxil edib.

Tədqiqatçılar, həmçinin qeyri-adi adların daha çox atalar tərəfindən qoyulduğunu müəyyən ediblər.