Sentyabrın 10-12-də Azərbaycan Turizm Bürosu Almaniyanın Berlin, Hamburq və Frankfurt şəhərlərində silsilə tədbirlər keçirib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirlərdə iştirakçılar üçün Azərbaycanın turizmin müxtəlif istiqamətləri üzrə mövcud potensialından danışılıb. Turizm marşrutları, görməli yerləri, hotelləri, qədim memarlıq abidələri və milli mətbəxi barədə təqdimatlar keçirilib.
turizm
Silsilə tədbirlərdə turizm şirkətlərinin geniş məlumatlandırılması məqsədilə Azərbaycanın təbiətindən, turizm imkanlarından bəhs edən təbliğat filmləri nümayiş olunub.
Almaniyanın hər 3 şəhərindən olan 150-dən çox turoperator, turagentlik, o cümlədən digər turizm təşkilatları ilə Azərbaycan turizm sektorunu təmsil edən 7 şirkət arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib.
Görüşlərdə qarşılıqlı fikir mübadiləsi aparılıb. Əməkdaşlıq perspektivləri qiymətləndirilib.
turizm
Silsilə tədbirlərin sonunda təsadüfi seçim prosesi ilə adları lotereya kağızında əks olunan iştirakçılara Azərbaycanın şərabçılıq ənənələrini əks etdirən mükafatlar təqdim olunub.
Sentyabrın 12-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilata assosiativ üzvlüyə namizədliyi qəbul edilib.
Sessiyanın gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu böyükdür. Beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular müzakirə olunub.
Təşkilatda 65 turizm naziri və nazir müavini, 31 dövlət katibi, 1100-dən çox şəxs iştirak edib. Budəfəki sessiyasada Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Məlumat üçün bildirək ki, bu ilin iyun ayında yaradılan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas fəaliyyət istiqaməti turizm agentliklərinin vahid platformanı formalaşdırmaqdır. Turizm məhsullarının və göstərilən turizm xidmətlərinin keyfiyyətini yüksəltməkdir. Eyni zamanda, ölkədə gəlmə və getmə turizminin inkişaf etdirilməsi üçün vahid sistemin yaradılmasıdır.
İşğal olunmuş ərazilərin, münaqişə zonalarının turizm imkanlarının təbliğatı qətiyyən yolverilməzdir.
Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasındakı çıxışında söyləyib.
Turizmdə etik normaların vacibliyindən danışılıb. Agentlik sədri bildirib ki, Ümumdünya Turizm Təşkilatı çərçivəsində qəbul olunmuş etik və sivil qaydalara riayət olunduqda o daha da effektiv quruma çevrilir.
Fuad Nağıyevin sözlərinə görə, beynəlxalq platformalarda, sərgilərdə bəzi ölkələr təxribatlara yol verir. Bu qətiyyən yolverilməzdir və bu halların qarşısı alınmalıdır.
Xatırladaq ki, sentyabrın 9-da Rusiyanın Sankt-Peterburq şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası işinə başlayıb. 65 turizm naziri və nazir müavini, 31 dövlət katibi olmaqla, 1100-dən çox şəxs sessiyada iştirak edib. Gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu böyükdür. Beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alır.
Ümumdünya Turizm Təşkilatı on ildən sonra dünyanın bütün ölkələrində viza rejiminin ləğv olunacağına ümid edir.
Olaylar.az xəbər verir ki, bunu ÜTT-nin baş katibi Zurab Pololikaşvili təşkilatın Baş Məclisinin Sankt-Peterburqda keçirilən XIII sessiyasında çıxışı zamanı deyib:
“Təxminən on il əvvəl dünya əhalisinin 77%-i vizalara ehtiyac duyurdu, indi isə 50%-dən bir qədər çoxdur. Hər halda bu da çoxdur. Ümid edirik ki, on ildə ümumiyyətlə vizalar olmayacaq. Mən uşaqlarımızın vizaların nə olduğunu bilməsini istəmirəm. Biz turizmin hamı üçün əlçatan olmasını istəyirik”.
Z.Pololikaşvili qeyd edib ki, bu günə qədər bir sıra ölkələrdə “xüsusi təhlükəsizlik məsələləri” qalmaqdadır, lakin ÜTT viza rejiminin ləğv olunmasının tərəfdarıdır: “Bizim əsas tövsiyəmiz bu maneələrin aradan qaldırılmasından, vizaların lazımsız olmasından və turizmin hər kəs üçün əlverişli olmasını təmin etməkdən ibarətdir”.
?Yeni ili MALAZİYADA MÖHTƏŞƏM KUALA LUMPUR TURU ilə qarşılayın !?
7 gecə / 8 gün – CƏMİ 799 €
—————————— Qiymətə Daxildir: ?Otel (7 gecə / 8 gün) ✈Aviabilet (gediş – dönüş) ?23kq baqaj + 10kq əl yükü ?Qidalanma (səhər yeməyi) ? Tarix: HƏR GÜN ——————————- ?Pacific Regency Hotel Suites 5* ——————————- ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur. ✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir. ✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər. —————————————– ? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.
Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin: ☎+994 12 564 60 30 ?+994 50 664 60 30 (WhatsApp+Zəng) ?+994 55 664 60 30 (WhatsApp+Zəng) ?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı
Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (UNWTO) 10 ildən sonra bütün ölkələrdə vizaların ləğv olunacağını güman edir.
Bu barədə UNWTO Baş Asambleyasının XIII sessiyasında təşkilatın Baş katibi Zurab Pololikaşvili bildirib.
“Təqribən on il əvvəl dünya əhalisinin 77 faizi vizalara ehtiyac duyurdusa, indi bu göstərici 50 faizdən bir qədər çoxdur. Yenə də böyük rəqəmdir. On ildən sonra vizaların aradan qalxacağına ümidvarıq. Qoy övladlarımız vizanın nə olduğunu bilməsin. Arzumuz turizmin hamı üçün açıq olmasıdır”, – təşkilatın baş katib deyib.
O, hazırda bir sıra ölkələrdə “xüsusi təhlükəsizlik məsələləri” qalsa da, viza rejiminin bütövlükdə ləğvinə tərəfdar olduqlarını diqqətə çatdırıb.
“Başlıca tövsiyəmiz bu kimi əngəlləri aradan qaldırmaq, vizalardan yaxa qurtarmaq, turizmin hər kəs üçün rahat olmasına nail olmaqdır”, – Z.Pololikaşvili vurğulayıb. (Report)
Azərbaycanın İsveçrədəki səfirliyi ilə bu ölkənin Ticarət və Sənaye Palatası Cenevrədə biznes forum təşkil edib.
Tədbirdə energetika, kənd təsərrüfatı, tikinti, turizm, İKT, səhiyyə, qida sənayesi və sair sahələrini təmsil edən 85 isveçrəli biznesmen iştirak edib.
Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova ölkəmizdəki biznes mühiti və sərmayə imkanları barədə təqdimatla çıxış edib. İsveçrə iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar şəraitdən yararlanaraq müxtəlif sahələrə investisiya yatırmağa çağırıb. Təqdimatdan sonra oktyabrda Qərbi İsveçrənin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri dəqiqləşdirilib. Bu səfərdə iştirak edəcək 30 şirkət müəyyən edilib.
X.İbrahimova Azərbaycan-İsveçrə siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əməkdaşlığının inkişaf etdiyini vurğulayıb. Bu kontekstdə xüsusilə iki ölkənin prezidentlərinin Dünya İqtisadi Forumunun Davos İllik Görüşü çərçivəsindəki görüşü qeyd edilib. Azərbaycan və İsveçrə arasında yüksək səviyyəli siyasi dialoqun qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrində inkişaf üçün bünövrə rolu oynadığı vurğulanıb. Eyni zamanda, bildirilib ki, Prezident İlham Əliyevin builki Davos səfəri zamanı ölkəmiz ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi (WEF Fourth Industrial Revolution Center) arasında ilk dəfə olaraq əməkdaşlıq haqqında saziş imzalanıb. Bundan əlavə, ötən il ərzində İsveçrənin İqtisadiyyat nazirinin başçılıq etdiyi geniş nümayəndə heyətinin Azərbaycana səfər etdiyi və səfər çərçivəsində Sumqayıt şəhərində İsveçrə sərmayəsi hesabına tikilmiş zavodun açılışının baş tutduğu qeyd olunub. Eyni zamanda, ötən il İsveçrənin Təhsil nazirinin ilk dəfə Bakıya səfərinin təşkil edildiyi və bu səfər çərçivəsində iki ölkənin təhsil nazirlikləri arasında birgə bəyanatın imzalandığı diqqətə çatdırılıb. Həmçinin bu il Bakı və Cenevrə şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması və iki ölkənin turizm agentlikləri arasında əməkdaşlıq sazişinin imzalanmasından sonra qarşılıqlı olaraq turist səfərlərində artımın müşahidə olunduğu bildirilib. İki ölkənin xarici işlər nazirlikləri arasında yüksək səviyyəli siyasi məsləhətləşmələr aparılıb. Azərbaycandan İsveçrəyə ixrac və idxal missiyası təşkil olunub. İsveçrə şirkətlərinin ölkəmizə investisiya qoymasının təşviq edilməsi məqsədilə il ərzində İsveçrədə bir neçə biznes forum və dəyirmi masanın keçirilməsi, İsveçrə kantonlarının prezidentləri ilə sıx əlaqələrin qurulması barədə məlumat verilib.
Səfir Azərbaycanın Dünya Bankının “Doing Business 2019” hesabatında ilk 10 islahatçı ölkədən biri kimi adı çəkilib. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyata keçirdiyi regional layihələri və İsveçrə şirkətləri üçün yaranan biznes perspektivlərini qeyd edib. Eləcə də əlverişli geostrateji mövqeyə malik olan ölkəmizdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi barədə məlumat verib.
Cari il iyunun 28-də Azərbaycan və İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyasının Berndə iclası keçirlib. İclas çərçivəsində, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İsveçrənin Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Turqau Kantonunun Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında memorandumları imzalananıb. Faktları da biznes dairələrinin diqqətinə çatdırılıb.
Tədbirin sonunda auditoriyanın Azərbaycan iqtisadiyyatında rəqəmsallaşma, ölkəmizin “Bir kəmər, bir yol” layihəsində iştirakı kimi sualları cavablandırılıb.
Bu ilin avqust ayında Azərbaycana 361 min əcnəbi qonaq gəlib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 42 min nəfər və yaxud 13,2% çoxdur.
“Report” bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, xarici turistlərin 111 min nəfərini Rusiyadan gələnlər təşkil edib. Bu, illik müqayisədə 9,3% çoxdur.
Son 1 ildə İrandan Azərbaycana səfər edənlərin sayı isə 82,2% artaraq 37 min nəfər çatıb.
Yüksək artım, həmçinin Gürcüstan vətəndaşları üçün də xarakterikdir. Belə ki, avqust ayında Gürcüstandan gələnləri sayı 68 min nəfər olub ki, bu da 20% artım deməkdir.
Türkiyə, Mərkəzi Asiya və Cənubi Asiyadan gələn qonaqların sayı müvafiq olaraq 13%, 50% və 11.2% artaraq 27 min, 14 min və 11 minə çatıb.
Yaxın Şərq bölgəsindəki ən böyük bazar yenə Səudiyyə Ərəbistanıdır. Buradan gələnlərin sayı 18,3% artaraq 23 minə çatıb.
2019-cü ilin yanvar-avqust aylarında isə Azərbaycana səfər edən xarici vətəndaşların sayı illik müqayisədə 8,3% artaraq 2,1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53%-i Rusiya (653 min nəfər) və Gürcüstan (472 min nəfər) vətəndaşlarının payına düşür.
Xüsusilə Gürcüstandan gələnlərin sayında 22,8% və yaxud 87 min artım müşahidə edilib.
Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40,4% və 38,1% artaraq müvafiq olaraq 83 min və 72 minə çatıb.
Cari il turizm mövsümünün başlanğıcından Türkiyənin cənubunda 88 rusiyalı turist ölüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bildirib.
Onun sözlərinə görə, ölümlə nəticənən hadisələrin sayı ötən illə müqayisədə artıb ki, bu da Türkiyəyə Rusiya turistlərinin axınının ümumi artımı ilə bağlıdır.
“Bugünkü günə olan göstəricilərə əsasən 88 ölüm hadisəsi, həmçinin 40 tibbi təxliyə faktı qeydə alınıb. Bu, Rusiyadan artan turist axını ilə izah olunur”, – deyə Yerxov bildirib.
O, qeyd edib ki, 2018-ci ildə Türkiyəyə təxminən 6 milyon rusiyalı turist səfər edib. Bu il həmin göstəricinin artımı gözlənilir.
Rusiya səfiri qeyd edib ki, ən çox ölüm hadisələri illik iqlim şəraitinin dəyişikliyi fonunda ürək-damar xəstəliklərinin kəskinləşməsi nəticəsində olur.
“Söhbət qoca insanlardan gedir… İsti, boğanaq, yüksək rütubət… Buradan infarktlar, insultlar və bir çox başqa şeylər ortaya çıxır“, – deyə o dəqiqləşdirib.
Bundan başqa, Yerxov bildirib ki, Türkiyədə son zamanlar turizm avtobusları ilə yol-nəqliyyat hadisələri baş verib. Hansılar ki, insan ölümü ilə nəticələnir.
Səfir rusiyalıları yol hərəkətlərini qaydalara riayət etməyə, transfer xidmətlərindən istifadə etməyə və səyahətlərə yalnız Türkiyənin sınaqdan keçirilmiş şirkətləri ilə çıxmağa, şübhəli təkliflərdən çəkinməyə çağırıb.
O, rusiyalı turistlərin yüksək ölüm faizinin digər səbəbləri arasında alkoqoldan həddən artıq istifadəni və elementar təhlükəsizlik normalarına etinasızlığı da vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin həyata keçirdiyi “Şəhərdən kəndə” layihəsi çərçivəsində aqro ekoturizmin inkişaf etdirilməsi məqsədilə sentyabrın 8-də Şamaxı rayonuna tur təşkil edilib.
Turda yerli və xarici turistlərlə yanaşı, səhmdar cəmiyyətinin əməkdaşları da turist qismində iştirak edib.
Turistlər ilk öncə Şamaxının Çaylı kəndində Habil Əzimova məxsus üzümçülük təsərrüfatı ilə tanış olublar. Sonra isə Qonaqkənd ərazisində kənd sakini İsayev Qüdrətin evinə gələrək burada kənd həyatının müxtəlif mənzərələrinə yaxından şahidlik ediblər.
“Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib ki, rəhbərlik etdiyi qurum turizm agentlikləri, Azərbaycanda turizmin inkişafında maraqlı olan şirkətlər, eləcə də fermerlər və aqropark sahibləri ilə əməkdaşlıq edir: “Eyni zamanda bu layihə üzərində Dövlət Turizm Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də birlikdə çalışır. Biz Şamaxıya tur təşkil edəcəyimizlə bağlı elan vermişik və bunu həm yerli, həm də xarici turistlər çox maraqla qarşıladı. Biz özümüz də bura turist olaraq gəlmişik. Həm maraqlı insanlarla tanış olur, əylənir, həm də təbii qidalardan əldə edirik. “Şəhərdən kəndə” layihəsi çərçivəsində bu cür turlar tez-tez təşkil olunur. Vətəndaşlarımız turlarla bağlı məlumatı “Şəhərdən kəndə” layihəsinin və “Backpack Azerbaijan” şirkətinin sosial şəbəkədəki səhifəsindən, həmçinin http://sheherdenkende.az saytından əldə edə bilərlər. Bundan əlavə, layihə ilə bağlı əməkdaşlıq etmək istəyən hər bir şəxs “Aqrar Tədarük və Təchizat”a müraciət edə bilər”.
Çaylı kəndindəki üzümçülük təsərrüfatının sahibi Habil Əzimov isə təsərrüfatında 10 sort üzüm yetişdirdiyini bildirib: “2004-cü ildən etibarən yaxınlıqda olan kənddən əhaliyə məxsus fərdi pay torpaqlarını alaraq 30 hektara yaxın torpaq sahəsi yaratdıq. Planımız bu ərazidə üzüm bağının salınması idi və artıq buna nail olmuşuq. Hazırda təsərrüfatımızda yerli və xaricdən gətirilmiş 10-a yaxın redqlob, sultani, prima, kardinal, attika, viktoriya, mədrəsə və digər üzüm sortları yetişdirilir. Bağ artıq məhsul verib. Əsasən, kişmişi, yəni tumsuz üzüm sortlarına üstünlük veririk ki, bu da bazardakı tələbatla bağlıdır. Təsərrüfatımızda əkilən əsas üzüm sortları içərisində redqlob, prima sortlarını da misal göstərmək olar. Məqsədimiz həm yaxınlıqda olan kənd sakinlərinin işlə təmin olunması, həm də əhaliyə keyfiyyətli qida məhsullarının təqdim edilməsidir”.
Tur iştirakçıları da bu cür səfərlərin keçirilməsindən məmnun olduqlarını ifadə ediblər. Xüsusilə təbii qaydada yetişdirilən üzümün və müxtəlif başqa məhsulların dadına baxmaq, eyni zamanda yerli sakinlərlə bərabər kənd həyatında baş verən proseslərdə iştirak etmək turistlər tərəfindən böyük rəğbətlə qarşılanıb.