Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40.4 faiz və 38.1 faiz artaraq müvafiq olaraq 83 min və 72 minə çatıb.
Səudiyyə Ərəbistanında Azərbaycan turizminin təbliğatı genişlənir
Azərbaycan Turizm Bürosu Səudiyyə Ərəbistanı Krallığında “Almosafer Academy” proqramı çərçivəsində müxtəlif təlimlər keçirəcək.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, 10 həftə davam edəcək proqram Krallığın aparıcı səyahət xidmətləri platforması olan “Almosafer” şirkətinin təşəbbüsü ilə reallaşacaq.
Təlimlərin keçirilməsinin əsas məqsədi Səudiyyə Ərəbistanının istedadlı gənclərini turizm sənayesinə cəlb etmək və turizm üzrə məsləhətçilərin yeni nəslini yetişdirməkdir.
Proqram iştirakçıları nəzəri biliklərlə yanaşı, müxtəlif tanışlıq səfərləri və destinasiya təlimlərində iştirak edərək praktik bacarıqlar da əldə edəcəklər.
Azərbaycanın geniş turizm imkanlarının tanıdılmasına, həmçinin Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn turist sayının artırılmasına müsbət təsir göstərəcək. Təlimlərin təşkilatçılarından biri də Azərbaycan Turizm Bürosudur.
Layihədə Azərbaycan Turizm Bürosu ilə yanaşı, Dubay Turizm Təbliğat Bürosu, Mavriki Turizm Təbliğat Bürosu, Bəhreyn Turizm və Sərgilər Bürosu kimi qurumlar da iştirak edəcəklər.
Təlimlər haqda ingilis dilində daha ətraflı məlumat üçün bu keçiddən istifadə etmək mümkündür: http://bit.ly/2UNNkOH
Həyatınızın 8 gününü Maldiv adalarında unudulmaz edin❗ – Go TRAVEL
? Həyatınızın 8 gününü Maldiv adalarında unudulmaz edin❗
7 gecə / 8 gün – CƏMİ 2090 usd
——————————
QİYMƏTƏ DAXİLDİR:
✈ – Aviabilet (gediş-dönüş)
? – Otel (7 gecə/8 gün)
? – 25kq baqaj + 10kq əl yükü
? – Qidalanma (səhər yeməyi)
? – Tarix: HƏR GÜN
——————————-
? Sheraton Maldives Full Moon Resort & Spa 5*
——————————-
ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.
✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)
Azərbaycana 50 minədək ukraynalı turist gələcək
“Bu ilin sonunadək Azərbaycana 50 minədək ukraynalı turist gələcək”.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski mətbuat konfransında bildirib.
“Bakını görmək üçün getdikcə daha çox ukraynalı buraya gəlir. Onların sayı artan xətlə dəyişir, lakin işləməli bəzi məsələlər də var. Səfirliyimiz turizm sahəsini inkişaf etdirmək, Truskavets ilə yanaşı, azərbaycanlı turistləri cəlb edəcək başqa şəhərləri, əraziləri tantdırmaqla bağlı səy göstərəcək”, – diplomat deyib.
O, turist axınının artması ilə təyyarələrin yüklənmə probleminin ortaya çıxdığını vurğulayıb: “Məncə, istər Ukrayna, istərsə də Azərbaycan hava yolları şirkətləri uçuşların sayını artıra bilər”.
Səfir həmçinin vətəndaşları Ukraynada təhsil alan ölkələr arasında Azərbaycanın Top-5-də olduğunu diqqətə çatdırıb: “Bu, uzun illərin ənənəsidir. Çox mühüm və çox xoş ənənədir”.
Azərbaycanlı turistlərin Gürcüstanda xərcləri kəskin artıb
Bu ilin ikinci rübündə Gürcüstana səfər edən azərbaycanlı turistlərin orta xərcləri 416 lari (140 dollar) təşkil edib.
Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rüblük araşdırmasında bildirilib.
Rüblük müqayisədə azərbaycanlı turistlərin qonşu ölkədəki orta xərclərində 150,9 lari və yaxud 57% artım qeydə alınıb.
Artımın olmasına baxmayaraq, hesabat dövründə Azərbaycan vətəndaşları Gürcüstanda bu ilin birinci yarısında ən az pul xərcləyən turistlər olub.
Araşdırmaya əsasən, aprel-iyun aylarında Gürcüstanda ən çox pul (1 580 lari/532 dollar) rusiyalı turistlər xərcləyiblər. Türkiyə və Ermənistandan olan turistlərin orta xərcləri isə müvafiq olaraq 1 003 lari (338 dollar) və 630 lariyə (212 dollar) bərabər olub.
Qonşu ölkəyə bu ilin ikinci rübündə səfər edən əcnəbi ziyarətçilərin xərcləri, ümumilikdə, 2,4 mlrd. lari (808 min dollar) təşkil edib. Turistlər bir səfər ərzində orta hesabla 1 261,6 lari (424 dollar) xərcləyiblər.
Xərclərin 24,7%-i qida və içkilər, 24,5%-i yerləşmə, 23,4%-i mədəni və əyləncə xidmətləri, 18,6%-i alış-veriş, 6,8%-i yerli nəqliyyata, 2%-i isə digər xidmətlərə sərf olunub.
Aprel-iyun aylarında Azərbaycandan Gürcüstana 329 815 nəfər səfər edib. İllik müqayisədə bu göstərici 4,3% artıb. Azərbaycanlı turistlərin 94,3%-i qonşu ölkəyə təkrar, 5,7%-i isə ilk dəfə səfər edib.
Azərbaycanlı turistlərin Gürcüstanda gecələmə müddəti orta hesabla 2 gün təşkil edib.
Qonşu ölkəyə səfər edən əcnəbilərin 58,7%-i səfərindən çox razı, 31%-i razı qalıb, yalnız 0,2% isə müvafiq suala cavab verməyib.
Agentlik: Avqust ayında rekord sayda “ASAN Viza” verilib
Bu ilin avqust ayında Azərbaycana gəlmək üçün “ASAN Viza” alan əcnəbi vətəndaşların sayı rekord həddə çatıb.
Ötən ay ərzində Azərbaycana gəlmək üçün 134 fərqli ölkədən müraciət olunub. 125 424 əcnəbi vətəndaş “ASAN Viza” sistemi vasitəsilə viza müraciəti edib.
Bu da avqust ayının “ASAN Viza”nın yarandığı tarixdən ən çox müraciət edilən ayı olması ilə yanaşı, həmçinin 2018-ci ilin analoji dövrü ilə müqayisədə 24% artım deməkdir.
Azərbaycana avqust ayı ərzində e-viza üçün ən çox müraciət edənlər Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır. Digərləri Çin, Türkiyə, Hindistan, Pakistan, İran, İsrail, Səudiyyə Ərəbistanı, Küveyt və Türkmənistan vətəndaşlarıdırlar.
“ASAN Viza” vasitəsi ilə avqust ayında ümumi vizaların 44 %-i məhz Azərbaycanın beynəlxalq hava limanlarında 15 ölkə vətəndaşı üçün müvafiq sistemlə əldə olunan vizaların payına düşür. Hava limanlarında 7 dildə fəaliyyət göstərən “ASAN Viza” özünəxidmət terminalları vasitəsi ilə həyata keçirilir. Həmçinin əməkdaşların iştirakı ilə Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Bəhreyn və Yaponiya vətəndaşları 2 dəqiqə ərzində öz elektron vizalarını əldə edə bilirlər. Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan viza verilir. Rezident vizasına malik olan şəxslərə də Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında viza rəsmiləşdirilir.
2019-cu ilin ilk 8 ayına nəzər saldıqda isə, “ASAN Viza” vasitəsi ilə verilən vizaların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 43% artıb.
Ümumilikdə “ASAN Viza” sistemi tətbiq olunduğu tarixdən bu günədək 184 fərqli ölkə vətəndaşına viza verilib. Bura Azərbaycana elektron viza almaq imkanına malik 94 ölkədən başqa, ölkələr də daxildir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2016-ci il tarixli 923 nömrəli Fərmanı verilib. Buna əsasən yaradılan və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən reallaşdırılan “ASAN Viza” sistemi ölkədə turizmin inkişafına da öz töhfəsini verir. “ASAN Viza” sisteminin əsas məqsədi ölkəmizə gələn əcnəbi vətəndaşların viza əldə etmək prosedurlarının asanlaşdırılmasıdır.
“Şəhərdən Kəndə” bu dəfə Şamaxıda…
“Şəhərdən Kəndə” layihəsinin iştirakçıları Şamaxıda olublar.
Layihə çərçivəsində növbəti tur rayonun Çaylı və Qonaqkənd kəndlərində təşkil olunub. Təşkilatçılarsa Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar tədarük və təchizat” ASC və “Backpack Azərbaycan” turizm şirkətidir.
İştirakçılar ilk olaraq sahibkar Habil Əzimovun Çaylı kəndindəki 25 hektarlıq üzüm bağına gəliblər. Qonaqlara təbii məhsullardan hazırlanmış səhər yeməyi təqdim olunub.
Sonra gələn qonaqlar üzüm bağlarında olublar.
Tur iştirakçıları təbii şəraitdə yetişdirilən üzümlərin əl əməyi ilə yığılmasının şahidi olublar.
İştirakçılara həmçinin evlərdə kənd məhsullarından hazırlanmış orqanik yeməklər təqdim olunub.
Ucqar dağ kəndi olan Qonaqkənd əhalisi isə əsasən taxılçılıq, heyvandarlıq, bostançılıq və üzümçülüklə məşğul olur.
Nənələrin təndir çörəyini neçə bişdirdiyi də qonaqlara nümayiş olunub.
Kənd gəzintisindən sonra müxtəlif oyunlar və atla gəzintilər təşkil olunub. Daha sonra layihə rəhbəri aqro-tur haqqında məlumat verib.
Axşam saatlarına qədər davam edən tur şam yeməyindən sonra başa çatıb.
Azərbaycandakı əlverişli biznes və investisiya mühiti pakistanlı iş adamları üçün geniş imkanlar açır
Ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti pakistanlı iş adamları üçün geniş imkanlar açır.
Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat Nazirliyinin və Pakistanın Sərhəd Ticarət və Sənaye Palatasının dəstəyi ilə Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, əczaçılıq, turizm və sair məhsulların istehsalı sahəsində fəaliyyət göstərən 150–dək sahibkar iştirak edib.
Tədbirdə AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, indiyədək hər iki tərəfdən işgüzar dairələrin iştirakı ilə biznes forum və işgüzar görüşlər keçirilib. Bununla yanaşı, 2017-ci ildə Pakistana ixrac missiyası təşkil olunub. Bu ilin aprelində Bakıda Azərbaycan, Türkiyə və Pakistan şirkətlərinin məhsullarından ibarət sərgi keçirilib. Belə tədbirlərin təşkili Azərbaycan-Pakistan iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətli rol oynayır.
Y.Abdullayev pakistanlı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes mühit və investisiya imkanlarından yararlanmağa, azərbaycanlı həmkarları ilə əlaqələri genişləndirməyə dəvət edib.
Pakistanın Xeybər Paxtunxva Əyalət Assembleyasının sədri Müştaq Əhməd Qani ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühitinin pakistanlı iş adamları üçün geniş imkanlar açdığını qeyd edib, iqtisadi-ticarət sahəsində əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan şirkətlərinin Türkiyədəki kapitalı nə qədərdir?
Bu ilin yanvar-iyul aylarında Türkiyədə Azərbaycan kapitalı olan 109 şirkət qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 şirkət çoxdur.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) məlumat yayıb.
Məlumatda bildirilir ki, 2019-cu ilin yeddi ayı ərzində Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 15,278 milyon türk lirəsi olduğu halda, 2018-ci ilin eyni dövründə bu rəqəm 33,919 milyon türk lirəsi təşkil edib.
Qeyd edilib ki, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti, ümumi kapitalı 11,521 milyon türk lirəsi olan İstanbulda (89 şirkət) qeydiyyata alınıb.
Göstərilən müddətdə Türkiyənin Antalya vilayətində Azərbaycan kapitalı ilə 8 şirkət qeydiyyata alınıb. Bu ilin yeddi ayı ərzində Antalya əyalətində qeydə alınan Azərbaycan şirkətlərinin ümumi kapitalı 1,777 milyon lirə təşkil edib.
2019-cu ilin yanvar-iyul aylarında Türkiyədə üç mədən, 12 sənaye, 11 tikinti, topdan və pərakəndə ticarətdə 53 şirkət, altı turizm şirkəti, eyni zamanda, Azərbaycan kapitalı olan bir maliyyə və sığorta şirkəti qeydiyyata alınıb. Azərbaycan kapitalı ilə qalan 23 şirkət iqtisadiyyatın digər sahələrində iştirak edir.
Hesabat dövründə qeydə alınan topdan və pərakəndə ticarətdə 53 şirkətin ümumi kapitalı 8,373 milyon lirə təşkil edib.
Bu il Hindistandan Azərbaycana 65 min turist gələcək
Sentyabrın 9-da Azərbaycan Turizm Bürosu Hindistanın böyük şəhərlərində keçirəcəyi silsilə tədbirlərə Yeni Dehli şəhəri ilə start verib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə Yeni Dehli şəhərində fəaliyyət göstərən 150-dən çox turoperator və turagentlik var. O cümlədən digər turizm təşkilatları iştirak ediblər.

Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış Hindistandan olan təşkilatlar Azərbaycanı təmsil edən 15 turizm şirkəti ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçiriblər və mümkün əməkdaşlıq üçün ikitərəfli müzakirələr aparıblar.
Tədbir çərçivəsində Yeni Dehli şəhərinin 30-dan çox aparıcı kütləvi informasiya vasitəsinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, AZAL-ın icraçı direktorunun müavini, eyni zamanda “Buta Airways”in direktoru Nazim Səmədov iştirak ediblər.
Onlar maraq doğuran sualları cavablandırıblar. Jurnalistlərə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat veriblər.
