Ev Blog Səhifə 161

Avrasiyada turizmin inkişafına qrantlar ayrılacaq

0
turizm

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində üzv ölkələrə turizm infrastrukturunun inkişafı üçün qrantlar ayrılacaq.

Bu barədə “Report”a müsahibəsində Asiya İnkişaf Bankının (ADB) Azərbaycan nümayəndəliyinin rəhbəri Nəriman Manafbekov bildirib.

“Hazırda bu istiqamətin inkişaf etdirilməsi üçün hərtərəfli işlər görülür. Fikrimizcə, turizm ölkələr arasında sosial iqtisadi və mədəni əlaqələri genişləndirə, ölkələri və insanları yaxınlaşdırmaqla aralarında dialoqu inkişaf etdirə bilər. Həmçinin özəl sektorun inkişafı baxımdan da böyük əhəmiyyət daşıyan turizm sahəsində bir sıra məsələlər yaranıb. Bunlar həm hər ölkənin ayrı-ayrılıqda, həm də bir çox ölkələrin birgə səylərilə həll oluna bilər. Bu məqsədlə ADB ötən ay regional turizmin və konkret regional proqramların inkişafı, turizm agentliklərinin təşkilati potensialının gücləndirilməsi üçün kompleks strateji proqramlar hazırlamaq üçün CAREC üzv ölkələrinə 2 milyon dollar məbləğində texniki dəstək layihəsini təsdiqləyib”, – deyə ADB nümayəndəsi qeyd edib.

Qeyd edək ki, ADB-nin təşəbbüsü ilə 2001-ci ildən həyata keçirilən CAREC proqramında hazırda 11 ölkəAzərbaycan, Çin, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Monqolustan, Özbəkistan, Pakistan, Tacikistan, Türkmənistan iştirak edir. Proqram həmçinin Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, BMT İnkişaf Proqramı kimi nüfuzlu maliyyə təsisatları tərəfindən dəstəklənir.

Aleksandr Dümanın Qafqaz səfəri zamanı çimdiyi iki əsrlik hamam – FOTO

0
iki əsrlik hamam

Günbəzli hamam” Quba şəhərinin mərkəzində Qəzənfər Musabəyov küçəsi ilə Ərdəbil küçəsinin kəsişməsində yerləşir.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, XVIII-XIX əsrlərə aid olan hamam el arasında “Çuxur hamam“, “Günbəzli hamam“, “Bəkir hamamı“, “Məşədi Əlimərdan hamamı” adları ilə tanınır.

Hamam 1985-ci ilə kimi istifadə olunsa da, sonradan kanalizasiya xətti tutulduğundan fəaliyyəti dayandırılıb. 1986-1987-ci illərdə bərpa olunub, amma istifadə edilməyib.

Azərbaycanda qırmızı bişmiş kərpicin erkən istifadə texnikasını özündə ehtiva edən hamamın içərisində milli ornamentlərdən xüsusi ustalıqla istifadə edilib. İki günbəz və doqquz hücrədən ibarət olan qədim tikili rayona gələn turistlərin də diqqətini cəlb edir.

Günbəzli hamam” ümumi bir zaldan, dörd otaqdan, istirahət və çay içmək üçün planlaşdırılan daha üç otaqdan ibarətdir.

Hamam kişilərlə yanaşı, qadınlara da xidmət göstərib.

Sakinlər bildirir ki, əvvəllər bu hamamdan bəy hamamı kimi də istifadə olunub.

Qadınlar hamamında isə bir çox qızın bəxti açılıb. Analar övladlarına burada qız seçib.

Rayon sakini Fərhad Ələkbərov bu hamamın sahibi olan Məşədi Əlimərdanın oğludur.
Atası Məşədi Əlimərdan hamamı 1911-ci ildə ilk sahibi olan Bəkir adlı şəxsdən alıb və 1954-cü ilə qədər işlədib.

Hamamın istilik sistemi ancaq odunla işləyib. Onun qızdırılmasında istifadə edilən soba həm də döşəmənin isidilməsində istifadə edilib.

Deyilənə görə, fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri zamanı bu hamamda çimib.

Qeyd edək ki, sonuncu dəfə hamam 2015-2018-ci illərdə bərpa olunub və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.

AZAL-da fantastik qiymətlər: Tarif Şurası müdaxilə edəcək?

0
Azal

Ötən ili ziyanla başa vurduğu bəyan edilən və regionda ən baha bilet qiymətləri olan “Azərbaycan Hava Yolları”nda xidmət və ticarət məhsullarının satış qiymətləri də yüksəkdir.

Yolu hava limanına düşən sərnişinlər burada olan zaman susuzlamasalar yaxşıdır. Əks halda, adi içməli su üçün onlardan 4 manat tələb olunacaq. Xatırladaq ki, bu cür qazsız və qazlı sular şəhərin müxtəlif ticarət obyektlərində 50, 70 qəpiyə təklif olunur.

Müxtəlif məhsullar, eləcə də xidmətlər üçün hədsiz dərəcədə yüksək qiymət tələbi təkcə AZAL-da müşahidə olunmur. Müxtəlif istirahət mərkəzlərində, “Bakı Beynəlxalq” Avtovağzalında da bu cür hallar müşahidə olunur.

Bəs, ölkə qanunvericiliyində bu kimi halların qarşısını alan müddəalar varmı?

İqtisadçı Razi Abbasbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti, “Şahdağ” İstirahət Mərkəzi və bu digər dövlət qurumlarının nəzdində olan istirahət mərkəzləri və sanatoriyalar dövlət büdcəsindən ayrılan dotasiya ilə fəaliyyət göstərdiyinə görə, bu qurumlarda əhaliyə göstərilən xidmətlə bağlı qiymətlər Azərbaycan Respublikasının istehlak qanunları ilə tənzimlənməlidir:

“Bu müəssisələr özəl sahibkarlıq subyekti olmadığından həmin obyektlərin rəhbərlərinin və ya orada fəaliyyət göstərən ticarət köşklərinin rəhbərlərinin müstəqil qiymət siyasəti yürütmək imkanları yoxdur. İstehlakçılarla bağlı qanunlar bunu qadağan edir. Çünki dövlət büdcəsi Azərbaycan xalqının nemətləri hesabına formalaşırsa, bu büdcədə maliyyələşən hava limanları, dəmiryol vağzalları, istirahət mərkəzləri əhalinin orta aylıq əməkhaqqını, illik gəlirlərini və ölkədaxilindəki mövcud bazar münasibətərini nəzərə almalıdırlar. Ölkənin İqtisadiyyat Nazirliyi, istehlakçıların hüquqlarını müdafiəsi ilə bağlı əlaqədar qurumlar bu qiymət siyasətinə nəzarət etməlidir. Necə ki, dövlət elektrik, qaz, su, pərakəndə və topdan satılan benzinin qiymətlərini Taarif Şurası tərəfindən tənzimlənir, dövlətdən dotasiya alan qurumlarda da əhaliyə göstərilən xidmət və ticarət münasibətlərində də tariflərin müəyyən edilməsinə müdaxilə etməlidir, amma təəssüf ki etmir”.

İqtisadçı deyir ki, bu da həm yerli əhalinin, həm də xaricdən gələn turistlərin narazılığına səbəb olur:

“İstər yerli, istərsə də əcnəbi vətəndaşlara münasibətdə bizdə belə bir təfəkkür formalaşıb ki, əgər bu adamlar istirahətə çıxıblarsa, onlar mütləq çox zəngin adamlardır. Dünyanın heç bir ölkəsində belə bir yanaşma yoxdur. Orta və aşağı səviyyədən olan şəxslərin də aşağı büdcə ilə istirahət etmələri üçün şərait olmalıdır. Təəssüf ki, ölkədaxilindəki turizm mərkəzlərində bu faktorlar nəzərə alınmır. Heç olmasa, dövlətin müdaxilə edə biləcəyi yerlərdə bu məqam nəzərə alınmalıdır. Ölkəyə daha çox turistin cəlb edilməsi, eləcə də vətəndaşların istirahət imkanlarının genişləndirilməsi ölkəyə daxil olan valyutanın həcminə müsbət təsir göstərir, həm də vətəndaşların nəğd pul kütləsinin özlərində saxlamasına deyil, dövriyyəyə çıxarılmasına səbəb olur. Bununla da sahibkarlıq udur. Çox acınacaqlı vəziyyətdir ki, ölkəmizdəki bir sıra obyetklərdə həm xidmət həm ticarət obyektlərindəki qiymətlərə nəzarət olunmur. Kim necə istəyir qiymət müəyyənləşdirir”.

Razi Abbasbəyli deyir ki, özəl turizm mərkəzlərində bunu həyata keçirmək çətindir:

“Çünki dövət təklif olunan qiymətlərə müdaxilə edə bilməz. Bunun qanuni əsası da yoxdur. Amma dövlət müəyyən tövsiyə xarakterli addımlar ata bilər. Paytaxt Bakıda Dənizkənarı Bulvar İdarəsi Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən bir qurumdur. Prospektin digər tərəfindən isə “İçərişəhər” Dövlət Qoruğu yerləşir. Hər iki qurum dövlət büdcəsindən maliyyələşir. Amma hər ikisində turistlərə təklif olunan qiymətlər çox yüksəkdir. Həm AZAL-da, həm “Şahdağ”-da, həm Bulvar İdarəsində, həm də “İçərişəhər”-də, həm dəmir yollarındakı qiymətlərə dövlət birbaşa müdaxilə edə bilər. Buradakı qiymətlər vətəndaşların və xaricdən gələn turistlərin büdcəsinə uyğunlaşdırılmalıdır. Bu çox vacib məsələdir”.

Səfir gileyləndi – Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi iki dəfə azalıb

0
ticarət dövriyyəsi

2010-cu ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 1.6 milyard dollar idisə, ötən il bu rəqəm 2 dəfə az – 850 milyon dollar olub. Bu isə əsasən Ukraynada son illər baş verənlərlə bağlı idi. Təbii ki, bu rəqəm bizi qane edə bilməz və bu istiqamətdə işlər görülməlidir”.

Sputnik Azərbaycan xəbər verir ki, Ukrayna Respublikasının Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

Səfir vurğulayıb ki, Azərbaycanda Ukrayna Ticarət Evinin açılması planlaşdırılır: “Hazırda Ticarət Evi test mərhələsində fəaliyyət göstərir. Bu evin Azərbaycanda açılması iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcək. Bundan əlavə, ukraynalı sahibkarlar Azərbaycanın bölgələrinə, Naxçıvan Muxtar Respublikasına investisiya yatırmaq niyyətindədirlər. Bununla bağlı hazırda işlər aparılır. Həmçinin Azərbaycanda Ukraynanın fəxri konsulluğunun açılması da planlaşdırılır. Artıq konsul postuna namizədlər də var”.

Səfir, həmçinin vurğulayıb ki, yaxın vaxtlar da Azərbaycanda Ukrayna Kino günləri keçiriləcək.

Təhsil və turizm barədə danışan Kanevski xatırladıb ki, hazırda Ukraynada Azərbaycandan olan 6 min tələbə təhsil alır: “Azərbaycanlı tələbələr Ukraynada təhsil alan xarici ölkə tələbələrinin sayına görə ilk beşlikdə qərarlaşıb. Lakin təəssüflər olsun ki, biz eyni şeyi burda görmürük. Bu istiqamətdə müvafiq işlər görülməlidir. Düşünürəm ki, bu işdə Azərbaycanda olan ali məktəblər də maraqlı olmalı və işlər aparmalıdır”.

Səfirin sözlərinə görə, Ukrayna və Azərbaycan arasında turizm sahəsində də əməkdaşlıq üçün böyük potensial var: “Proqnozlara görə, bu ilin sonuna qədər Azərbaycana 50 mindən çox ukraynalı turist səfər edəcək. Azərbaycandan da Ukraynaya səfər edən turistlərin sayı hər il artır. Lakin bu sahədə də görüləsi işlər var. Məsələn, Kiyevdən Bakıya olan aviareyslərə bilet tapmaq olduqca çətin olur. Ona görə də ölkələr arasında aviareyslərin sayının artırılmasına ehtiyac var. Xüsusilə, hər iki ölkənin regionları arasında əməkdaşlıq üçün böyük potensial var”.

Bu tur şirkəti də dələduz çıxdı – 4200 manat ödədi, aldadıldı

0
Like Travel

Vətəndaşlar bu il daha bir turizm şirkəti tərəfindən dələduzluğa məruz qalıb.

Bu barədə “Qafqazinfo”ya məlumatı zərərçəkmiş Elmir Sadıqlı verib. Elmirin sözlərinə görə, o və dostları ayrı-ayrılıqda “Like Travel” adlanan şirkətə 4200 manat ödəyərək Antalyaya tur-paket almaq istəsə də, şirkət tərəfindən dolandırılıb:

“İyulun 6-sı 3 dostumla birgə Antalyaya tur-paket almaq üçün “Like Travel” adlanan şirkətə yaxınlaşdıq. İlkin ödəniş olaraq hər birimiz 700 AZN ödədik. Şirkətin direktoru Azər Şükürovla razılaşdıq ki, uçuşa 15 gün qalmış növbəti ödənişi edib vauçeri alacağıq. Ümumilikdə ödənişimiz isə 4200 AZN təşkil edirdi ki, bu paketə 4 nəfərin otel, təyyarə biletləri daxil idi.

Növbəti 3500 AZN ödənişi iyulun 18-də şirkətin digər ofisində ödədim. Azər Şükürov sabah, yəni ayın 19-da vauçerlərimizi götürə biləcəyimizi dedi. Ancaq bu sabahlar uzandıqca uzandı. Biz otellə əlaqə saxladıq, heç adımıza rezervasiya bele edilmədiyini öyrəndik. Bundan sonra aldadıldığımız hiss edərək ofisə yaxınlaşdıq. Orada bildik ki, bizimlə yanaşı 20-30 nəfər də aldadılmış şəxs var.

Ödədiyimiz məbləği geri tələb edəndə Azər Şükürov pulu xərclədiyini bildirdi və geri qaytaracağını vədd etdi. Sonra öyrəndik ki, 31 avqust tarixində gecə ilə Azər Şükürov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən saxlanılıb.

Biz də eyni zamanda rəsmi olaraq 102-yə şikayət etmişik. 20-ci Polis bölməsində izahatımızı aldılar və bildirildi ki, eyni şikayətlə bağlı 25 nəfər müraciət edib. Ümumi olaraq insanlardan 70 -80 000 AZN çərçivəsində pul mənimsənilib.

Ancaq 10-12 gün sonra Azər Şükürov azadlığa buraxılıb. Bakıdan qaçaraq Kürdəmir rayonunda gizləndiyini öyrənmişik.

Hər dəfə zəng edəndə, evini satıb borcumuzu ödəyəcəyini söyləyir. Biz pulumuzu geri ala bilmirik. Şikayətlərimizə baxılmadığı üçün mediaya müraciət etmək məcburiyyətində qaldıq”.

“Qafqazinfo”nun əməkdaşı ittihamlarla bağlı şirkətlə əlaqə saxlamağa çalışsa da, zənglərə cavab verən olmayıb.

Azərbaycan turizmi Səudiyyə Ərəbistanında geniş təbliğ ediləcək

0
turizm

Azərbaycan Turizm Bürosu Səudiyyə Ərəbistanında “Almosafer Academy” proqramı çərçivəsində müxtəlif təlimlər keçirəcək.

Bu barədə “Report”a Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, 10 həftə davam edəcək proqram Krallığın aparıcı səyahət xidmətləri platforması olan “Almosafer” şirkətinin təşəbbüsü ilə baş tutacaq.

Təlimlərin keçirilməsinin əsas məqsədi Səudiyyə Ərəbistanının istedadlı gənclərini turizm sənayesinə cəlb etmək və turizm üzrə məsləhətçilərin yeni nəsilini yetişdirməkdir.

Proqram iştirakçıları nəzəri biliklərlə yanaşı, müxtəlif tanışlıq səfərləri və destinasiya təlimlərində iştirak edərək praktik bacarıqlar da əldə edəcəklər.

Azərbaycanın geniş turizm imkanlarının tanıdılmasına, həmçinin Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn turist sayının artırılmasına müsbət təsir göstərəcək təlimlərin təşkilatçılarından biri də Azərbaycan Turizm Bürosudur.

Layihədə Azərbaycan Turizm Bürosu ilə yanaşı, Dubay Turizm Təbliğat Bürosu, Mavriki Turizm Təbliğat Bürosu, Bəhreyn Turizm və Sərgilər Bürosu kimi qurumlar da iştirak edəcəklər.

Günü 30-40 manata olan evlərdə nikah kağızı tələbi

0
Evlər

Son illər Azərbaycanda turizm sahəsində inkişaf prosesi gedir

Ölkəmizə dünyanın müxtəlif yerlərindən turistlər cəlb olunur. Paytaxt Bakı və rayonlarımıza yüzminlərlə insan səyahət edir. Bu, Azərbaycanın tanınması tərəfindən sevindirici haldır.

İnkişaf olduğu yerdə problemlər də ortaya çıxır. Əsasən də işbazlar əlavə gəlir əldə etsinlər deyə qanunsuz yollara əl atırlar. Son illər bunun ən bariz nümunəsi evlərin günlük olaraq kirayə verilməsidir. Doğrudur, hər kəs öz mənzilini istədiyi kimi istifadə etməkdə azaddır. Lakin məsələ xidmət proseduru olduqda işlər dəyişilir. Bu məsələnin xüsusi normativlərinə əməl etmək lazımdır.

Hazırda paytaxt Bakıda və regionlarda günlük kirayə evlər tapmaq asan məsələdir. Hətta istənilən onlayn alğı-satqı saytında bu barədə elanlar görə bilərsiniz. Lakin əlaqə saxladıqda ya əcnəbi vədəndaşlara verildiyi deyiləcək, ya da hər hansısa evlilik sənədi istəniləcək.

Populyar xəbərlər Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir…Lerik İcra başçısının vətəndaşdan rüşvət tələb etdirməsinin şok səs yazısı – Qalmaqal Gədəbəy DSMF rəhbəri nazir Sahil Babayevə kələk gəldi – Faktlar Rüfət Aslanlının bankı problemli kreditlər bataqlığında – “Bank Avrasiya” iflasın eşiyində…

Günlük evlər sadəcə yerli sakinlərə problemlər yaratmır. Əcnəbi vətəndaşlar da həmin şəxslərdən şikayətçidirlər. Belə ki, normalda bazar dəyəri 30-40 AZN olan evləri turist istəyən kimi qiyməti qalxır dağ başına.

Ümumiyyətlə, belə evlər üçün ümumi qanunlar varmı? Həmin kirayə yerlərini nəzarətə götürmək olar?

Məsələ ilə bağlı Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Redaktor.az-a açıqlamasında həmin evlər üçün xüsusi tədbirlər görülməli olduğunu bildirib:

“Azərbaycan son illərdə turizm sahəsində çox irəliləyib. Hazırda ölkəmizdə müxtəlif ölkələrdən yüzminlərlə turist bura səyahət edir. Bu artımdan işbazlar xüsusi istifadə edirlər. Mənə də günlük evlər barədə müxtəlif şikayətlər edilib. İnsanlar öz mənzillərini turistlərə baha qiymətə verirlər. Lakin həmin şəxslər bilmirlər ki, öz evlərini günlük icarəyə verdikdə müəyyən məsuliyyətləri də yerinə yetirməlidir. Həmin yerlərə xüsusi sanitariya nəzarəti olmalıdır. Təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Evlərini verib, pulu almaqla iş bitirmir. Ev sahibləri icarədarların səhhəti, sağlamlığına nəzarət etməlidirlər. Sabah həmin yerdə yaşayan şəxsin başına iş gəlsə, bundan mənzil sahibləri məsuliyyət daşıyır.

Xüsusi orqanlar bu məsələyə ciddi nəzarət etməlidirlər. Bəzən turistlər də həmin evlərdən başqa məqsədlər üçün istifadə edirlər. Bu, yolverilməz haldır. Bu tip hallar mentalitet baxımından da normal qiymətləndirilmir. Bu baxımdan, evlərini kirayə verən vətəndaşlar diqqətli olmalıdırlar. Hər şey, pul qazanmaq ibarət deyil. Yerli vətəndaşların da bu evlərdən bacardıqca az istifadə etmələri məsləhətdir. Yuxarıda qeyd etdiyim kimi, həmin yerlədə anti-sanitar şərait olur. Burada müxtəlif xəstəliklər tapa, yaxud müxtəlif qəzaların qurbanı ola bilərlər”.

?DUBAY YENİ İL PAKETİ – Go Travel

0
Dubay Yeni il Paketi - Go Travel

?DUBAY YENİ İL PAKETİ ?
5 gün, hər şey daxil, 2 nəfərlik istirahət yalnız 930 USD!⠀
Səyahət tarixləri: 29.12.2019 – 02.01.2020 (5 gün)

?TƏKLİF ETDİYİMİZ OTELLƏR

✔ CALİFORNIA HOTEL 3* – 930 USD
✔ HUESS BOUTIQUE HOTEL 4* – 1230 USD
✔ MİLLENNUM PLAZA HOTEL 5* – 1820 USD ⠀
Qiymətlərə daxildir:⠀
✔ Oteldə 5 gün yerləşmə (hər şey daxil)⠀
✔ Uçuş biletləri⠀
✔ Qrup transfer⠀
✔ Səyahət sığortası⠀ ⠀
Vizanı Go Travel Turizm şirkətindən əldə edirsiniz.Qiyməti 85 USD-dir.

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Ölkəmiz Dünya Turizm Təşkilatının Baş Assambleyasının sessiyasında təmsil olunur

0
Dünya Turizm Təşkilatının Baş Assambleyasının sessiyası

Sentyabrın 9-da Rusiyanın Sankt-Peterburq şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Dünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası işinə başlayıb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sessiyada 65 turizm naziri və nazir müavini var. 31 dövlət katibi olmaqla, 1100-dən çox şəxs iştirak edir.

Baş Assambleyanın 23-cü sessiyasının gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu olub. Beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alıb.

Tədbirdə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycanın İspaniyadakı səfiri, eyni zamanda, Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov iştirak edir.

Qeyd edək ki, sessiya sentyabrın 13-dək davam edəcək.

Macarıstanın mehmanxana biznesi inkişaf edir

0
Macarıstanın mehmanxana biznesi

2019-cu ilin iyununda Macarıstanın mehmanxana sektorundan mədaxil Budapeşt də daxil olmaqla, ölkə üzrə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə, 13,3 faiz artıb. Paytaxtın hüdudlarından kənarda artım 13,2 faiz, Balaton ətrafında isə 11,3 faiz təşkil edib. Ümumi gəlirin 32,5 faizi ölkədaxili tələbatın, 67,5 faizi isə əcnəbi qonaqların payına düşür. Ötən illə müqayisədə bu göstəricilərdən birincisi 6,9 faiz, ikincisi isə 9,7 faiz artıb.

Bu barədə Macarıstanın Mehmanxana və Restoran Biznesi Assosiasiyasının məruzəsinə istinadla xəbər verir.

Cari ilin birinci yarısında Macarıstan mehmanxanaları digər ölkələrdəki müvafiq bizneslərlə müqayisədə də yaxşı nəticə əldə ediblər. Macarıstan Mərkəzi və Şərqi Avropada bir nömrə üçün ümumi dəyəri 62,2 avro göstərici ilə ikinci yeri tutub. İrəlidə yalnız Avstriya olduğu halda, Çexiya, Polşa və Slovakiya aşağı yerlərdədir. Məhz həmin dövr ərzində Budapeşt göstərilən regionun paytaxtları arasında Vyana və Praqadan sonra 64,5 avro göstəricisi ilə üçüncü yeri tutub. Lakin Varşava və Bratislavadan yuxarı sıradadır. İyunun sonuna macar müştəriləri tərəfindən gecə müsafirliyi üçün ödənişin miqdarı 0,3 faiz, əcnəbilər tərəfindən isə 0,5 faiz artıb.

Bu ilin birinci yarısında Macarıstanda dördü Budapeştdə olmaqla (“Meininger hotel”, “Mystery hotel”, “Hilton Garden Inn”, “Párisi udvar” – ümumilikdə 590 nömrə), 5 yeni mehmanxana açılıb. Paytaxt hüdudlarından kənarda, Fadd-Dombori kurortunun ərazisində isə “Donautica étterem és hotel” istifadəyə verilib.