Ev Blog Səhifə 163

Uçuşdan əvvəl nələri etmək məsləhət deyil

0
Uçuş

Hər kəs bilir ki, təyyarə ilə səyahət zamanı insan orqanizmi güclü stressə məruz qalır. Yüksəklik, təzyiqin kəskin artması, havanın seyrəkliyi, təyyarə havaya qalxarkən və yerə enərkən gərginliyin artması – bütün bu amillər hətta təyyarədən uçmaqdan əsla qorxmayan insanların da çoxdan gözlədiyi səfərin təəssüratlarını korlaya bilər.

Üstəlik, insanı əsəbiləşdirən çoxlu məqamlar da var: bütün sənədləri götürmək, aeroporta vaxtında gəlmək, gömrük və pasport nəzarətindən problemsiz keçmək, şəxsi əşyaların heç birini unutmamaq…hətta özünü təcrübəli səyahətçilər hesab edən sərnişinlər də bunları fikirləşəndə başları ağrayır.

Uçuşu necə asanlaşdırmalı və səfərdən necə zövq almalı?

Yandeks Dzen” saytına istinadla geniş yayılmış və istirahətinizi korlayan biləcək səhvləri xatırladır.

Beləliklə, təyyarə ilə uçmazdan əvvəl bunları etmək lazım deyil:

1.Bütün mühüm sənədləri və pulları bir kiçik çantada gizlətmək.

Əlbəttə, pasport nəzarəti üçün lazım olan bütün yol sənədlərini, təyyarəyə minmə talonlarını, uşaqlar üçün etibarnamələri, xarici pasportları və doğum haqqında şəhadətnamələri əl altında saxlamaq rahatdır. Amma təsəvvür edin ki, siz həmin balaca çantanı itirsəniz nələr baş verə bilər. Axı mübaliğəsiz demək olar ki, sizin bütün həyatınız həmin çantada toplanıb. Əgər siz böyük ailə şəkilində, çoxlu baqaj və əl yükü ilə səyahətə çıxırsınızsa, həmin balaca çantanı haradasa unutmaq riski qat-qat artır. Belə risk etməyin, bundansa pasportunuzu döş cibinizə, pullarınızı isə bir neçə yerə qoyun. Beləliklə, siz səyahət üçün topladığınız kapitalınızı oğurlanmaqdan qoruya bilərsiniz.

2.Aeroporta getməyin daha tez və daha ucuz başa gələn yolunu aydınlaşdırmamaq.

Ola bilsin ki, siz taksiyə və ya ictimai nəqliyyata güvənir, ümid edirsiniz ki, lazımi vaxtda aeroportda olacaqsınız. Bəs sizin reysiniz gecə vaxtı uçursa və həmin vaxtda avtobuslar işləmirsə, onda necə? Birdən siz taksi çağıra bilmədiniz, çünki oteldə interneti söndürüblər, siz isə rouminqə qoşulmamısınız? Təsadüfə çox bel bağlamayın, şəhərdən aeroporta getməyin mümkün yollarını qabaqcadan aydınlaşdırın.

3.Aeroporta gəlmək vaxtının düzgün hesablanmaması.

Aeroporta gəlmək vaxtının ən geniş yayılmış variantı uçuşa 2 saat qalmışdır. Lakin sərnişinlərin çoxu, xüsusən tez-tez uçanlar hesab edirlər ki, bu vaxt olduqca çoxdur. Bu, sizin səyahətə çıxarkən yalnız əl yükü götürməyiniz və reysə onlayn rejimdə qeydiyyatdan keçməyiniz halına daha çox aiddir. Bununla bərabər, uçuşa qədər vaxtın daha qısa olması onunla nəticələnə bilər ki, siz sadəcə reysə gecikərsiniz. Aeroportların çoxunda bu qayda ilk növbədə Avropa və ABŞ-ın böyük hava hablarına aiddir. Orada qeydiyyatdan və pasport nəzarətindən keçmək üçün növbələr çox böyük ola bilər. Nahaq yerə risk etməyin. Əgər artıq vaxtınız varsa, həmin vaxtı aeroportun kafesində bir fincan qəhvə içməyə sərf edin.

4.Reysə onlayn qeydiyyata etinasızlıq

Demək olar ki, bütün aviaşirkətlər öz sərnişinlərinə onlayn qeydiyyat xidməti təqdim edir. Üstəlik, loukosterlərin çoxu bu proseduru internet vasitəsilə müstəqil keçmək istəməyən sərnişinləri cərimə edirlər. Bu məsələni əvvəlcədən aydınlaşdırın. Hər halda onlayn qeydiyyat daha rahat və daha təhlükəsizdir.

5.Otel xərcinə qənaət etmək və gecəni aeroportda keçirmək

Bundan daha pis ideyanı fikirləşmək də çətindir. Aeroportlar orada gecələmək üçün nəzərdə tutulmur, buna görə də orada rahat kreslo və ya stullar yoxdur. Gözləmə zalında yerləşə biləcəyiniz ən çoxu plastik materialdan hazırlanmış möhkəm stullardır. Özü də yalnız bu şərtlə ki, aeroport boş olsun və sizin bəxtiniz gətirib heç olmasa 2-3 boş kreslo tapa biləsiniz. Səs-küy və vurnuxma ucbatından orada heç vaxt normal yuxulaya bilməyəcəksiniz. Buna görə də ertəsi gün səhər yorğunluqdan ayaqlarınızı sürükləyəcəksiniz. Həmin günü səyahətinizin təqvimindən poza bilərsiniz.

Lakin hər halda gecəni aeroportda qalmalı olsanız, biznes-salonlara getməyin dəyərini dəqiqləşdirin. Orada nisbətən kiçik haqq ödəmək müqabilində vaxtınızı müəyyən qədər rahat keçirə bilərsiniz.

6.Baqajınızı evdə çəkməyi unutmayın.

Hər bir aviaşirkətdə qeydiyyata alınan baqajın və əl yükünün çəkisi ilə bağlı ciddi məhdudiyyətlər var. Aeroportda xoşagəlməz vəziyyətə düşməmək üçün çamadanınızı evdə çəkmək məsləhətdir. Çox vaxt görürsünüz bir sərnişin bütün camaatın gözü qabağında əsəbi halda baqajını yenidən qablaşdırır. Bəzi əşyaları əl yükü kimi götürmək imkanınız varsa lap yaxşı, əgər belə imkan yoxdursa onda xeyli əlavə məbləğ ödəməli ya da sözün hərfi mənasında əyninizə üç şalvar və iki gödəkcə geyməli olacaqsınız.

7.Baqajı qoruyucu plyonkaya qablaşdırmaq.

Baqajı qoruyucu plyonkaya qablaşdıranda, sonra isə mühüm bir əşyanın çamadanda qaldığını xatırlayanda daha bir gülməli vəziyyət yaranır (bu söz çamadan sahiblərinin özlərinə aid deyil). Başqa çıxış yolu yoxdur – plyonkanı kəsib açmaq, onun üçün ödədiyiniz pul isə aradan gedəcək. Halbuki bu xidmətin dəyəri orta hesabla 6-7 avrodur. Əlbəttə, pula heyfiniz gələcək, çamadan isə əvvəlki kimi qorunmamış qalacaq. Əgər baqajınızı qanunsuz müdaxilədən qorumaq istəyirsinizsə, asma qıfıl və ya kodla bağlanan çamadan alın. Açılıb yığılan çexollar da pis variant deyil. Onlar çirkləndikdə yumaq olur.

8.Gömrük və pasport nəzarəti üçün ən uzun növbədə gözləmək

Adətən gömrük və pasport nəzarəti üçün ən uzun növbələr ilk iki yoxlama məntəqəsində yaranır. Lazımsız ajiotaj yaratmayın, sadəcə bir qədər aralıda dəhlizdə gəzişin. Çox güman ki, orada adamlar xeyli az olacaq və siz daha az vaxt sərf edəcəksiniz.

9.Əl yükündə maye

Əl yükündə maye aparılması qaydalarını unutmayın. Çox vaxt gömrük nəzarətindən keçmək üçün növbədə dayananların hamısı qəzəblərini gizlətmədən gözləyir ki, hansısa unutqan sərnişin öz çamadanından yarım litr əl kremi və ya üz qırxmaq üçün köpük çıxartsın. Belə vəziyyətə düşməmək üçün hər birinin həcmi 100 millilitrdən çox olmayan bütün mayeləri bir şəffaf paketə yığın və yoxlama zamanı onları ayrıca bir qutuya qoyun.

10.Səfərinizi Duty Free mağazasında qeyd etmək sevinci

İlk baxışda sizə elə gəlir ki, bütün kədərli və mürəkkəb anlar artıq geridə qalıb və irəlidə sizi yalnız çoxdan gözlədiyiniz səyahət gözləyir. Bu sevinci duymağa tələsməyin. Ətriyyat, kosmetika və alkoqol almaq üçün Duty Free mağazasına getməyi bir qədər təxirə salın. Əvvəlcə təyyarəyə minik çıxışını tapın və əmin olun ki, həmin çıxış sizin olduğunuz yerdən çox uzaqda deyil. Yalnız bundan sonra mağazaya gedin, lakin bu halda da tablodakı elanları izləyin. Bəzən lap son anda təyyarəyə minmək çıxışını dəyişirlər, bu halda sizin oraya qaça-qaça çatıb-çatmayacağınız artıq sizin probleminizdir.

11.Uçuşdan əvvəl adət etmədiyiniz yeməklərlə qidalanmayın

Ekzotik ölkələr qeyri-adi zövqlər deməkdir. Əlbəttə, yerli mətbəx nümunələrinin dadına baxmaq istəyəcəksiniz. Lakin geriyə uçuş ərəfəsində sizin orqanizminiz üçün qeyri-adi məhsullara aludə olmayın. Hətta adicə mədə pozğunluğu ciddi narahatlıq üçün əsas verir, bağırsaq infeksiyaları törədiciləri ilə bağlı xəstəliklər barədə isə danışmağa dəyməz!

12.Çətinliyə düşəndə təlaş keçirməyin

Səyahət zamanı hər işin qaydasında olacağına heç kəs əmin ola bilməz. Sizin üçün də sənədlərin itirilməsindən başlamış aeroportda uşağınızı itirməyə qədər müxtəlif xarakterli problemlər yarana bilər. Belə halda, təşvişə düşməyiniz sizə kömək etməyəcək, əksinə, vəziyyət daha da gərginləşəcək. Siz dərhal aeroportun əməkdaşlarından birinə müraciət edin, ya da sizin aviaşirkətin ofisinə yaxınlaşın. Onlar sizi darda qoymazlar!

Əcnəbilərlə bir addımlamaq üçün şans: “Niyə onların əziyyəti yerdə qalsın ki?”

0
Fehruz Şəmiyev

BAKI, 8 sentyabr — Sputnik. Bu il keçiriləcək “Bakı qısa filmlər” beynəlxalq festivalı sayca onuncudur. İndiyə qədər o, “Start” adı ilə tanınıb. 2004-cü ildə bu festival “Cinema” gənc kinematoqrafçılar birliyi tərəfindən yaradılıb.

Festivalın təşkilatçısı Fehruz Şəmiyev bildirir ki, “İlk olaraq azərbaycanlı tələbələr arasında lokal şəkildə həyata keçirirdiksə, hal-hazırda bizim festival beynəlxalq səviyyədədir. Ötən il iştirak üçün 600-ə yaxın müraciət olub. Onlardan 80-i beynəlxalq müsabiqəyə, 20-si yerli müsabiqəyə vəsiqə qazanıb. Həmin filmlər Rusiya, İran, Fransa, Almaniya, Qazaxıstan, Ukrayna, Yunanıstan, İspaniya və s. ölkələri təmsil edirdi. Beynəlxalq filmlər və yerli filmlər üçün ayrı-ayrı kino xadimlərindən ibarət münsiflər heyəti formalaşdırdıq. Bu illər ərzində bir çox tanınmış imzalar var ki, ilk addımlarını məhz bizim festivaldan başlayıblar. Elvin Adıgözəl Kannda senari proqramına qəbul olunub. Buna qədər isə onun bir filmi “A” kateqoriyalı festivalda iştirak edirdi. Ona görə də indi qətiyyətlə deyə bilərik ki, əziyyətimizin bəhrəsini görürük”.

Fehruz Şəmiyev

– Söhbət öncəsi ötən il festivalın 9 illiyi ilə bağlı nəşr etdirdiyiniz jurnal ilə tanış oldum. Yetəri qədər tanınmış xarici mütəxəssislər, eləcə də filmlər dəvət etmisiniz. Bu şəxslər və filmlər festivala necə cəlb olunurlar?

– Sözün düzü, Azərbaycan üçün çətindir. Qonşu Gürcüstanda müxtəlif tipli 12 film festivalı var. Bizdə neçə illərdir fərqli festivallar yoxdur. Yalnız bizim tədbirimizdir ki, o da ölkədə ən uzun ömürlüdür. Amma əvvəllər “Şərq-Qərb”, “Audiovizual” adında festivallar olsa da, 5-6 il fəaliyyətdən sonra dayanıb. O ki qaldı cəlb etməyə, mən özüm müxtəlif forumlarda iştirak edirəm. Eyni zamanda bizim komandamız 6 ay öncədən müxtəlif kino şirkətləri ilə danışıqlar aparır. Məlumat üçün deyim ki, sonuncu festivalda 25 nəfərlik komandamız var idi. Ötən il və bu il müraciət edənlərin statistikasına görə deyə bilərəm ki, festivalımıza maraq həddən artıq çoxdur. Təbii ki, bu da bizim komandanın əməyidir.

Fehruz Şəmiyev

– Yəqin ki, marağın artmasında Azərbaycanın həm də son illər adının daha çox hallanması, tanıtımın daha səviyyəli şəkildə aparılması, turizm sahəsinə olan diqqət də rol oynayır.

– Sizə adi bir nüans deyim. Bizim festivalın mükafatı nar formasındadır. Bilirik ki, nar həm də Azərbaycanın bir simvolu kimi qəbul olunub. Festival beynəlxalq səviyyədə olduğu üçün biz də fikirləşdik ki, bu simvoldan istifadə edək. Ölkəni həm də belə tanıdaq. Bu cür nümunələr çoxdur. Türkiyədə “Altın portakal”, Kannda “Palma budağı” və sairi misal gətirmək olar.

– Festivalda hansı nominasiyalar var və pul mükafatı nəzərdə tutulubmu?

– Əvvəllər pul mükafatı olub. Beynəlxalq təcrübəyə görə, iştirak haqqı olarsa, pul mükafatı təyin edilir. Biz də bunu tətbiq etmək istəyirdik. Amma gördük ki, yerli filmlərimiz buna hazır deyil. Biz çalışırıq, bu problemi aradan qaldıraq. Bu, gənclər arasında da bir stimul yaradar. Baxmayaraq ki, pul mükafatı yoxdur, amma maraq çox böyükdür. Təkcə Almaniyadan 60 film təqdim edilib. Ən yaxşı bədii film, ən yaxşı sənədli film və ən yaxşı animasiya filmi nominasiyaları üzrə qaliblər təyin olunacaq. Bu il bir yenilik də etmişik: yerli proqram çərçivəsində bunlarla yanaşı, ən yaxşı sosial çarx nominasiyası da olacaq. Düşünürəm ki, son illər ölkədə sosial çarx yetəri qədər çəkilir. Xüsusilə də gənclər tərəfindən. Niyə onların əziyyəti yerdə qalsın ki? Məncə, bu nominasiya festivala marağı daha da artıracaq.

Fehruz Şəmiyev

– Yerli rejissorlar beynəlxalq proqrama müraciət edə bilərlərmi?

– Qaydalara görə, rejissor iki film ilə müraciət edə bilər. Amma bir film bir yerə təqdim olunmalıdır.

– Filmin yerli və ya beynəlxalq proqrama uyğunluğu sizin seçiminizlə təyin olunur, ya rejissor özü istədiyi yerə müraciət edə bilər?

– Bu, rejissorun istəyinə bağlıdır. Amma bizdə adətən rejissorlar yerli proqrama müraciət edirlər. Çünki beynəlxalqda rəqabət güclüdür və xarici filmlərin yanında qalib olmaq şansı çox azdır.

– Xarici filmlər burada hansı səviyyədə təmsil olunur, kimlər təmsil edirlər?

– Hər filmdən bir nümayəndə gəlir. Təbii ki, bu, festivalın büdcəsindən asılıdır. Hər il çalışırıq ki, heç olmasa, 20 nəfər dəvət edək. Ciddi festivallar gələn qonaqların xərclərini mütləq qarşılamalıdır. Hər il olduğu kimi, bu il də festivalın əsas dəstəkçisi Mədəniyyət Nazirliyi ilə yanaşı, Gənclər və İdman Nazirliyidir. Bu nazirliklərin gənclərin iştirak etdiyi festivala yardımçı olmaları çox yaxşı haldır.

Fehruz Şəmiyev

– Fehruz bəy, vaxtilə “Kino+” qəzeti var idi. Siz, Aygün Aslanlı, Sevinc Elsevər, Şərif Ağayar, Aliyə Dadaşova maraqlı bir iş qoymuşdunuz ortaya. Xatırlayıram, hər sayını alırdım. Yenidən bu qəzeti bərpa etmək fikriniz varmı?

– Maraqlı məqama toxundunuz. Əslində, bu ideya hər dəfə ağlıma gəlib, gedir. Amma siz də çox gözəl bilirsiniz ki, qəzet saxlamaq üçün daimi maliyyə lazımdır. Hələ ki, bunu etmək gücündə deyilik.

Müsahibəyə görə təşəkkür edirəm. Sonda bir məqamı da vurğulamaq istəyirəm. Builki festivalda sürprizlərimiz çox olacaq. Ona görə də ölkədə fəaliyyət göstərən bütün gənc rejissorlarımızı festivala qatılmağa dəvət edirik. Qeyd edim ki, festivala film təqdimatı sentyabr ayının 20-nə qədər davam edəcək.

Şarm əl-Şeyx – 8 gün, hər şey daxil, 1 nəfərlik istirahət yalnız 700 USD! – Go Travel

0
Şarm əl-Şeyx

?Şarm əl-Şeyx – 8 gün, hər şey daxil, 1 nəfərlik istirahət yalnız 700 USD!⠀?
Səyahət tarixləri: 20.09.2019 – 28.09.2019 SENTYABR (8 gün)

?TƏKLİF ETDİYİMİZ OTELLƏR

✔ BADAWİA RESORT 3* – 700 USD 
✔ SHARM INN AMAREIN 4* – 782 USD
✔ MARİTİM JOLİE VİLLE GOLF – 900 USD ⠀
Qiymətlərə daxildir:⠀
✔ Oteldə 8 gün yerləşmə (hər şey daxil)⠀
✔ Uçuş biletləri⠀
✔ Qrup transferləri ⠀
✔ Səyahət sığortası⠀
✔ Şəhər turu⠀ ⠀

✅Vizanı Şarm əl-Şeyx havalimanından əldə edə bilərsiniz. Qiyməti 20USD-dir.

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Gürcüstanlı siyasətçidən etiraf: turizm imicimizə ciddi zərər dəyib

0
Gürcüstan

Gürcüstanın iqtisadiyyat naziri vəzifəsinə namizəd Natiya Turnava qeyd edib ki, Tbilisidə baş tutmuş etiraz aksiyalarından və Rusiya ilə hava əlaqəsinin kəsilməsindən sonra respublikanın turizm imicinə ciddi zərər dəyib.

Sputnik Azərbaycan -yə istinadən xəbər verir ki, Turnava bunu parlamentdə çıxış edərkən bəyan edib.

“Qisasçı meylli siyasi qüvvələrin təhriki ilə iyunun 20-21-də baş vermiş hadisələr turizmin artım tendensiyasını köklü şəkildə dəyişib. Hökumət bu prosesə vaxtında müdaxilə edə bildi və biz mənfi təsirləri qismən yumşalda bildik. Lakin tam neytrallaşdırma mümkün deyildi, çünki turizmdən başqa, onunla əlaqəli sahələr də zərər gördü”, – o deyib.

Siyasətçinin sözlərinə görə, Rusiyanın tətbiq etdiyi sanksiyalar səbəbindən iyulda Gürcüstan təxminən 58 milyon dollar itirib, turizm sahəsində artım isə yalnız 2,1 faiz olub.

Turnava bildirib ki, hökumət respublikada vəziyyətin sakit olduğunu sübut etmək üçün səy göstərib, eləcə də böhran əleyhinə turizm planını işə salıb.

Xatırladaq ki, iyunun 20-də Tbilisidə etiraz aksiyaları başlayıb. Mitinq iştirakçıları Rusiya nümayəndə heyətinin Parlamentlərarası Pravoslav Məclisinin sessiyasında iştirakına qarşı çıxıblar. Onlar həmçinin parlamentin binasını əllərinə keçiriblər. Bu zaman binada Rusiya nümayəndə heyətinin olduğu bildirilir.

Bütün bu hadisələrin fonunda Rusiya Prezidenti Vladimir Putin Gürcüstanla hava əlaqəsinə qadağa qoyub.

Qeyd edək ki, keçən il Gürcüstana gələn hər beş turistdən biri Rusiya vətəndaşı idi.

Pakistanlılar Azərbaycana əlidolu gəlirlər – “İxraca nə gərək var? Biz təşkil edərik”

0
pakistanlılar

Pakistan Azərbaycanda farmakologiya və tekstil sahələrində hər iki ölkədən olan biznesmenlərin birgə iştirakı ilə müəssisələr yaratmaq niyyətindədir.

Sputnik Azərbaycan xəbər verir ki, ölkəmizə Pakistandan dövlət rəsmiləri və özəl sektoru təmsil edən 150-dən çox biznesmen gəlib.

Ölkəmizdə səfərdə olan biznesmenlərin böyük bir hissəsi Pakistanın Xayber Paxtunxva əyalətini təmsil edir. Pakistanlı biznesmenlər bu gün azərbaycanlı həmkarları ilə görüşlər keçirəcək, təmsil etdikləri sahələr üzrə fikir mübadiləsi aparacaqlar. Bu gün həmçinin Bakıda Pakistanın Sərhəd, Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə biznesdə ən yaxşıların mükafatlandırılması mərasimi olacaq.

Bu münasibətlə Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində mətbuat konfransı keçirilib.

Pakistanın Xayber Paxtunxva əyalətinin Sənaye Ticarət Palatasının prezidenti Feyzi Məhəmməd qeyd edib ki, bu tədbirlə bağlı Pakistandan 150-dən çox biznesmen Azərbaycana gəlib: “Özəl sektorla yanaşı, dövlət müəssisələrinin təmsilçiləri də Bakıya gəliblər. Bu bizim sayca ikinci tədbirimizdir. İlk tədbirimiz İstanbulda keçirilmişdi və 120-dən çox pakistanlı biznesmenin qatıldığı konfrans biznes sahəsində uğurlu iş birliyinin yaranması ilə nəticələnib”.

Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində mətbuat konfransı

Ticarət Palatasının prezidenti qeyd edib ki, təmsil etdiyi əyalət neft-qaz ehtiyatları ilə zəngindir və vilayət rəhbəri bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindədir: “Bu vilayət bütün Pakistanın neft ehtiyacının 50%-ni təmin edir. Azərbaycanın isə neft-qaz yataqlarının işlənməsində çox böyük təcrübəsi var. Biz bu sahədə Azərbaycanla əməkdaşlıq etmək niyyətindəyik. Bundan əlavə, Xayber Paxtunxva vilayətinin turizm sahəsində də böyük potensialı var ki, biz azərbaycanlı turistləri bu bölgəyə səfər etməyə çağıracağıq”.

Xayber Paxtunxva əyalətinin Sənaye Ticarət Palatasının vitse-prezidenti Zahid Şinvari isə əyaləti təmsil edən biznesmenlərin Azərbaycanda farmakologiya, tekstil sahələrinə investisiya yatırmaq niyyətində maraqlı olduqlarını bildirib:

“Biz görürük ki, Azərbaycan bir çox məhsulları Türkiyədən idxal edir. Biz isə tekstil, neft-kimya və digər məhsulları Azərbaycanda istehsal etmək istəyərdik. Pakistan iqtisadiyyatının ixracında 60%-lik payı məhz tekstil sahəsi tutur. Biz bu sahədə təcrübəmizi Azərbaycanla da bölüşmək niyyətindəyik. Azərbaycanın rayonlarında pambıq yetişdirilir. Bu sahədə böyük potensial var. Biznesmenlər azərbaycanlı həmkarları ilə görüş zamanı bu imkanları da nəzərdən keçirəcəklər”.

Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmənd xatırladıb ki, Pakistanda əczaçılıq inkişaf etmiş sektordur: “Hazırda bu sahədə ölkədə 2000-dən çox farmakologiya müəssisəsi var. Bizim bu sahədə böyük təcrübəmiz var. Mən ölkəmizdən olan biznesmenlərlə bu sahədə müzakirələr aparmışam. Onlar Azərbaycanda bu sahəyə investisiya yatırmaq istəyirlər. Pakistanlı biznesmenlər Azərbaycan bazarı ilə yanaşı, öz dərman məhsullarını MDB ölkələrinin bazarlarına çıxarmağı da hədəfləyirlər”.

Ən çox turist qəbul edən şəhərlər açıqlanıb

0
turizm

Mərkəzi ofisi ABŞ-da yerləşən maliyyə şirkəti “Mastercard”, 2018 məlumatlarına əsaslanaraq dünya miqyasında “ən çox turist qəbul edən şəhərlər 2019” indeksini dərc edib.

“Marja” xəbər verir ki, keçən il təxminən 23 milyon nəfər turisti qəbul edən edən Banqkok 200 şəhərin yer aldığı siyahıda ilk yeri tutub. İstanbulAntalya ilk 10-a daxil olub.

Banqkokun ardınca, 19,1 milyon Paris, 19,09 milyonla London gəlir.15,9 milyonla Dubay, 14,6 milyonla Sinqapur, 13,7 milyonla Kuala Lumpur, 13,6 milyonla Nyu York, 13,4 milyonla İstanbul, 12,9 milyonla Tokio və 12,4 milyonla Antalya gəlir.

Siyahı Dünya Səyahət və Turizm Şurasının və Beynəlxalq Hava Nəqliyyatı İttifaqı kimi mənbələrdən alınan məlumat əsasında hazırlanıb.

Turistlərin xərcləmələri baxımından birinci yeri Dubay tutub. Dubayda xarici turistlər 2018-ci ildə 30,82 milyard dollar xərcləyiblər.

Növbəti yerlərdə 20,09 milyard dollarla Məkkə, 20,03 milyard dollarla Banqkokdur. 16,56 milyard dollarla Sinqapur, 16,47 milyard dollarla London, 16,43 milyard dollarla Nyu York, 14,06 milyard dollarla Paris, 13,77 milyard dollarla Tokiodur. 12,69 milyard dollarla Palma de Mallorca və 12,01 milyard dollarla Puket gəlir.

İstanbul 8,26 milyard dollarla 15-ci, Antalya 7,65 milyard dollarla 20-ci yeri tutub.

İndeksdə 2009-dan bu yana turistlərin sayının dünya miqyasında 76 faiz artdığı göstərilib. Asiya Sakit Okean şəhərlərinin ən çox artımın görüldüyü bölgə olduğu qeyd edilib.

“VarYox” Xınalıqda: “Dağların başı”ndan FOTOREPORTAJ

0
Xınalıq

İki min metr yüksəklikdə yerləşən bu yer bundan sonra turistlərin marağını daha çox cəlb edəcək. Söhbət Qubanın Xınalıq kəndindən gedir.

Buna səbəb isə “VarYox” mədəniyyət və incəsənət təşkilatının rəhbərlik etdiyi “Dağların başı” layihəsidir.

Layihənin koordinasiyasını Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi edir. Məqsəd incəsənət mütəxəssislərinin iştirakı ilə Xınalıq icmasının mədəni-sosial və iqtisadi həyatını canlandırmaq, toxuculuq üzrə yeni yaradıcı dizayn yanaşmasını tətbiq etmək, buranın təbii və mədəni resurslarından istifadə edərək müxtəlif yeni fəaliyyət növlərini və məhsullarını yaratmaqdır.

Avqustun 16-dan başlayan layihə müddətində azərbaycanlı və xarici sənətkarlar Xınalıq kəndində məskunlaşıb mədəniyyət və incəsənət nümunələri ərsəyə gətiriblər. Burada yerli əhaliyə xarici turistlərlə ünsiyyət bacarıqlarının gücləndirilməsi istiqamətində təlimlər keçilib.

Gələcəkdə də qoruğun sosial-mədəni həyatının inkişaf etdirilməsi məqsədilə bu növ təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur. Sentyabrın 6-da Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda “Dağların başı” layihəsi çərçivəsində musiqi festivalının açılış mərasimi keçirilib.

Açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və digər qonaqlar iştirak edib. Sentyabrın 8-dək davam edəcək festival müddətində Azərbaycan, Gürcüstan və Macarıstandan olan musiqiçilər öz ifalarını nümayiş etdirəcək və müxtəlif master-klasslar keçəcəklər.

Layihə ərzində ərsəyə gətirilmiş məhsulların satışı məqsədilə yarmarka fəaliyyət göstərir.

F.Zenqstşmidin sözlərinə görə, bugünkü festival üç həftənin nəticəsidir: “Bu müddət ərzində peşəkarlardan ibarət komanda Xınalıqda çalışdı. Həm sənətkarlar, həm də Xınalıq xalqının yerli icması gələn qonaqlarla birlikdə festivalı ərsəyə gətirdi”.

Layihə rəhbəri Sitarə İbrahimbəyli bildirib ki, Xınalıqda ötən il ”vorkşop”lar keçirilib və bu il üçün daha böyük layihə etmək qərarına gəliblər: “2018-ci ilin noyabrından bu layihənin üzərində işləyirik. Bir ay əvvəldən tanınmış rəssamlar və memarların iştirakı ilə uşaqlara dərslər keçilib. Buradakı insanlar daha çox toxuculuqla və dağlardan müxtəlif bitkilər toplayıb satmaqla məşğul olurlar. Biz də onlara həmin bitkiləri toxuduqları məhsullarla birlikdə turistlərə təqdim etməkdə yardımçı olduq. Həmçinin, insanların dünya görüşünü artırmağa çalışdıq. Layihə çərçivəsində ingilis dili, teatr, foto dərsləri verilib. 12 uşağın iştirakı ilə foto müsabiqəsi keçirilib. Müsabiqə üçün çəkilmiş fotolar isə satışa çıxarılıb. Eyni zamanda, bəzi kənd sakinlərinə müxtəlif növ bəzək əşyalarının düzəldilməsi öyrədilib. Burada yaşayan uşaqlar bugünədək teatr və səhnənin nə olduğundan xəbərsiz idilər. “VarYox” komandası olaraq, onlara bununla bağlı da dərslər keçildi. Üç gün davam edəcək tədbirdə onlar da öz məharətlərini nümayiş etdirəcəklər. Bundan əlavə, yoqa, meditasiya “vorkşop“ları və açıq havada kino nümayişi təşkil olunub”.

Tac-Mahalı gecələr də ziyarət etmək olacaq

0
Tac Mahal

Hindistan hakimiyyəti Tac-Mahalı gecə ziyarətləri üçün də açmağı planlaşdırır.

“Lonelyplanet” xəbər verir ki, buna səbəb sarayı ziyarət etmək istəyən turistlərin çoxluğu ilə bağlıdır.

Tac-Mahala hər gün orta hesabla 22 min turist gəlir. Bəzən bu rəqəm gün ərzində 50 min nəfərə çatır. Mavzoleydə uzun müddət qalanlar isə cərimələnirlər.

İndi isə yerli hökumət muzeyin qapılarını gün batandan sonra da turistlərin üzünə açmaq niyyətindədir.

Ölkənin turizm və mədəniyyət naziri Praxlad Sinqh Patel deyib: “Tac-Mahalı gecə ziyarətlərinə də açmaq üçün çoxlu xahişlər gəlir. Bu ideyanı gerçəkləşdirməyi qərara aldıq”.

Hazırda ağ mavzoleyi ayda yalnız beş dəfə gecə – bədirlənmiş aylı gecədə, ondan öncəki və sonrakı dörd gecədə ziyarət etmək olur.

Təyyarədə uçmağa qorxanlara məsləhətlər

0
Təyyarə

Aerofobiya barədə araşdırmalar aparmış mütəxəssislər təyyarədə uçmağa qorxan insanlara bəzi məsləhətlər veriblər. Onların sözlərinə görə, bu cür qorxu hissindən əziyyət çəkən insanlar nəinki uçuş zamanı, hətta uçuş barədə fikirləşəndə də onların fiziki reaksiyaları aşkar görünür. Bu qorxunun əsas əlamətləri ürək döyüntüsünün sürətlənməsi, qıcolma, isterika, ağlama, ürək bulanması və bərk tərləməkdir. Ekspertlərin sözlərinə görə, aerofobiyanın elmə məlum olan bir neçə səbəbi var. Bu qorxu hissini aradan qaldırmaq üçün insan onun vəziyyətinə həmin səbəblərdən hansının daha çox təsir göstərdiyini anlamalıdır.

AZƏRTAC Rambler axtarış sisteminə istinadla xəbər verir ki, çox vaxt təyyarədə uçuş zamanı bir növ imitasiya olunan başqa psixoloji vəziyyətlər fobiyaya gətirib çıxarır. Bu vəziyyətlərə aşağıdakılar aiddir: akrofobiya (yüksəklikdən qorxma), aqorafobiya (ictimai yerlədən qorxma), klaustrofobiya (qapalı məkandan qorxma) və enoxlofobiya (naməlum mühitdə izdihamdan qorxma). Yuxarıda sadalanan bütün simptonlar ciddi təşvişə və nəticə etibarilə avtomatik olaraq aerofobiyaya gətirib çıxara bilər. Aerofobiyanın başqa səbəbləri də var. Məsələn, xəsarətlə nəticələnmiş hadisələr və ya daha əvvəl təyyarə ilə səyahətlərin uğursuz təcrübəsi.

Bütün mütəxəssislər bildirirlər ki, qorxu hissindən qurtulmaq üçün bu sahənin mütəxəssisləri və psixoloqlar müxtəlif müalicə metodları tətbiq edə bilərlər. Qorxudan qurtulmağın ən geniş yayılmış və səmərəli üsulu nəzarət edilən ekspozisiyadır. Bu halda ixtisaslı terapevt uçuşun bütün mərhələlərinin imitasiyası zamanı pasiyentə məsləhətlər verir, pasiyenti dəstəkləyir və ona başqa formalarda kömək göstərir. Bu metod insanın qorxuya düşməsinin səbəblərini asanlıqla üzə çıxarmağa imkan verir.

Hipnoterapiya adlanan digər üsul hipnoz, meditasiya və xüsusi tənəffüs texnikasını özündə birləşdirir. Lakin bu üsul yalnız peşəkar tərəfindən tətbiq edildikdə uğurlu ola bilər. Əgər insan təyyarənin salonunda olduğu vaxtda aviafobiya yaranırsa, bu halda ən yaxşı çıxış yolu müasir texnologiyaların tətbiq edilməsi ola bilər. Məsələn, “Səma qurusu” (“Nebesnıy quru”) adlanan mobil əlavə səyahətin hər bir addımında orqanizmin bütün reaksiyalarını nəzarət altında saxlamağa kömək edir. Mobil əlavə uçuş vaxtını, hava şəraitini və bir sıra başqa amilləri nəzərə alır. Təyyarə turbulentlik zonasına düşdüyü halda da bu cür daimi yol yoldaşı sizin köməyinizə çatar.

Aerofobiyadan qurtulmağın daha bir üsulu özəl uçuş sifariş etməkdir. Əgər qorxu hissi yalnız çoxsaylı insanlarla eyni laynerlərdə uçuş zamanı yaranırsa, özəl uçuş ən yaxşı variantdır. Lakin aerofobiya ilə mübarizənin bu üsulunun bircə mənfi cəhəti var: onun qiyməti.

Nə üçün İspaniya ən rəqabət qabiliyyətli turizm istiqamətidir?

0
İspaniya

İspaniya turizm istiqaməti kimi təkcə yaxşı resurslara (sahil zolağı, günəşli günlərin sayının çox olması, qastronomiya və mədəniyyət) malik deyil, həm də öz sərvətini səmərəli idarə edə bilir. İnfrastrukturunun yüksək səviyyədə olması İspaniyanı dünyada ən rəqabət qabiliyyətli turizm ölkəsi edir.

Bu barədə məlumat Dünya İqtisadi Forumunun (DİF) 2019-cu il üçün səyahətlər və turizm sahəsində rəqabət qabiliyyətlilik haqqında hesabatında əks olunub.

Hesabatda deyilir: “İspaniya turizm baxımından dünyanın ən rəqabət qabiliyyətli iqtisadiyyatına malikdir, dünyada ən çox səfər edilən ikinci ölkədir. O, turizmə istiqamətlənmiş iqtisadiyyat yaradıb. Sektorun daxili xərclərinin təqribən yarısı əcnəbilərin payına düşür”.

İspaniyanın Sənaye, Ticarət və Turizm naziri Reyes Marotonun sözlərinə görə, İspaniya dövlət administrasiyalarının, işgüzar dairələrin, turoperatorların və turizm sektoru işçilərinin fəaliyyəti sayəsində artıq dörd ildir ki, bu reytinqə başçılıq edir. Beləliklə, İspaniya bu sahədə liderliyi yenidən öz əlində saxlayır (o, 2015-ci ildən birinci yeri tutur) , çünki DİF-ə görə, məhz bu ölkə turizm üçün vacib olan bütün xüsusiyyətləri səmərəli şəkildə özündə birləşdirir, təbiət və mədəniyyət resursları ilə fərqlənir.

İnfrastruktur İspaniyanın daha bir güclü tərəfidir. DİF İspaniyada otellərin sıxlığının (bu il otelyerlər həmişəkindən daha çox yer yaradıblar), habelə nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksək səviyyədə olduğunu vurğulayıb.

Dünya Turizm Təşkilatının son məlumatlarına görə, Fransadan sonra ən çox səfər edilən ikinci ölkə İspaniyadır. Onun ardınca ABŞ və Çin gəlir.

Daha bir əsaslı arqument konqres-turizmin lehinə gətirilib. Madrid Barselona ən çox tədbir keçirilən və onları yüksək şəkildə təşkil edən iki şəhərdir.