Ev Blog Səhifə 165

Azərbaycanın Türkiyə vətəndaşları üçün viza tələbini ləğv etməsi iqtisadi əlaqələrin daha sürətlə inkişafına təkan verəcək

0
Filiz Katman

Azərbaycanın Türkiyə vətəndaşları üçün viza tələbini ləğv etməsi iki ölkə arasında iqtisadi əlaqələrin daha sürətlə inkişafına təkan verəcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Aydın Universitetinin siyasi elmlər doktoru Filiz Katman bildirib.

Filiz Katman viza rejiminin aradan qaldırılmasının Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb. O deyib: “Buraya əlbəttə ki, Azərbaycanın enerji daşıyıcılarının Türkiyə vasitəsilə dünya bazarına çıxarılması, eləcə də Türkiyənin Qafqaz bazarında əsas rol oynayan dövlətlərdən birinə çevrilməsini də qeyd etmək olar. Ümumiyyətlə, dünya təcrübəsi də göstərir ki, insanların maneəsiz hərəkəti ölkələr arasında kapitalın da sürətli dövriyyəsinə təkan verir. Bu isə öz növbəsində, iqtisadiyyatın dinamik inkişafını təmin edir“.

Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv olunması barədə danışıb. Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev bunun Türkiyədən Azərbaycana gedən turistlərin sayının artmasına da səbəb olacağını bildirib. Qeyd edilib ki, bu addım son bir neçə ildə ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən dövlət siyasəti istiqamətində aparılan səmərəli fəaliyyətin vacib bir hissəsidir.

Azərbaycana səfər edən türk vətəndaşları da yeni sistemin tətbiqini müsbət qiymətləndirirlər.

Bakı nefti, Nobel qardaşları və Batuminin inkişafı – REPORTAJ

0
Batumi

Gürcüstanda turistlərin ən çox üz tutduğu Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində gəzməli və görməli yerlər saysız-hesabsızdır. Bu məkanlar arasında müxtəlif profilli muzeylərin də öz yeri var.

“Report”un Gürcüstan bürosunun əməkdaşı Batumi Texnologiyalar Muzeyindən reportaj hazırlayıb.

Turizm mövsümündə şəhərin muzeyləri daha çox əcnəbi ziyarətçiləri qəbul etməyə adət edib. Batumiyə böyük turist axını hətta şəhərdəki muzeylərin iş qrafikinin də dəyişməsinə təsir edib. Muzeylər yay aylarında həftənin bütün günlərində qapılarını ziyarətçilər üçün açır.

Yay tətili üçün Acarıstanı seçən Azərbaycan vətəndaşlarının sayı bu ilin ilk yarısında 70 min nəfəri ötüb. Bakı-Batumi birbaşa avireysin istifadəyə verilməsindən sonra bu il Gürcüstanın Qara dəniz paytaxtına səfər edən Azərbaycan vətəndaşlarının sayında kəskin artımın olacağı gözlənilir.

Azərbaycanlı turistlərin Batumidə ən çox ziyarət etdiyi məkanların siyahısı məlum olmasa da, bu siyahıya bir muzey əlavə oluna bilər. Bu, adı Bakı nefti ilə yanaşı çəkilən Nobel qardaşlarının adını daşıyan Batumi Texnologiyalar Muzeyidir.

Batuminin girəcəyində yerləşən muzeyin yaradılması ideyası Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə məxsusdur. Muzey 2007-ci ili may ayında açılıb. Açılış mərasimində M.Saakaşvili ilə yanaşı İsveçin o zamankı xarici işlər naziri Karl Bildt də iştirak edib.

Batumiyə növbəti səfərimi planlaşdıran zaman Texnologiyalar Muzeyini mütləq ziyarət etməli olduğum məkanların siyahısına daxil etdim. Hava yağışlı olsa da, muzeyə baş çəkmək planımı təxirə salmadım. Məkana taksi ilə yollansam da, muzey yaşayış binalarının arasında yerləşdiyindən onu tapmaq elə də asan olmur. Yoldan ötənlərdən soruşa-soruşa nəhayət muzeyi tapdım.

Muzeyə bilet böyüklər üçün 3, tələbələr üçün 1, məktəblilər üçün isə 0,5 lari təşkil edir. Səhər saatları olduğundan muzeyin ilk və yeganə ziyarətçisi oluram. Bələdçi Azərbaycandan olduğumu bilən kimi muzeyə baş çəkənlər arasında azərbaycanlı turistlərə tez-tez rast gəlindiyini deyir.

Muzeyin növbəti ziyarətçiləri “Rustavi 2” televiziya kanalının çəkiliş qrupu olur. Operator və müxbir muzey barədə süjet üzərində işə başlayır.

Bələdçi xanımın sözlərinə görə, muzeyin yerləşdiyi binada vaxtilə Nobel qardaşlarının Neft-Sənaye Cəmiyyətinin Batumi kontoru, sonrakı illərdə isə polis bölməsi yerləşib.

Muzeydə Nobellərin Qafqazdakı fəaliyyəti ilə yanaşı, Batumi şəhərinin iqtisadi və mədəni inkişafını əsk etdirən maraqlı eksponatlarla da tanış olmaq mümkündür.

Birinci mərtəbədə bir zal Nobel qardaşlarının Bakı və Batumi ilə bağlı fəaliyyətini əks etdirən foto və sənədlərə həsr olunub. Sərgi zalının kiçik və eksponatların az sayda olmasına baxmayaraq, böyük lövhələrdə əks olunan yazılar Bakı neftinin sayəsində Batumidə sənaye bumu və bu sahənin hansı inkişaf mərhələlərindən keçdiyi barədə dolğun məlumat əldə etmək olur. “Nobel qardaşları” zalında həmin dövrə sanki xəyalən səyahət edirsən.

Robert Nobel Batumi haqqında yazırdı: “Bakıdan neftin nəql olunması üçün bütün mümkün marşrutlardan mən Gürcüstan vasitəsilə keçən marşrutu seçməyi təklif edirəm. Belə ki, bu iki ölkə arasında ərazi yaxınlığı ilə yanaşı, əsrlər boyu bu iki xalq arasında bir-birinə qarşı mövcud olan tamamilə təkrarolunmaz qardaşlıq və sadiqliyi də nəzərə almaq lazımdır. Bizim kimi yadellilər üçün bu faktorun xüsusi önəmi var. Yerdə qalan digər marşrutlar olduqca böyük risklərlə bağlıdır, belə ki, başqa yerdə Bakıda və Tbilisidə olan əlverişli şərait yoxdur. Buna görə də mən qəti əminəm ki, biz məhz bu marşrutu seçməliyik”.

Muzey bələdçisi Nobellərə aid olan eksponatların Gürcüstan arxivlərindən əldə olunduğunu bildirir.

Zala daxil olan kimi diqqəti ilk cəlb edən eksponat Nobel qardaşlarının neft şirkətinin mərkəzində Atəşgah məbədinin yerləşdiyi loqosu olur. Muzey bələdçisi Azərbaycandan olan ziyarətçilərin bu məbəd barədə ona ətraflı danışdıqlarını bildirir. Söhbət zamanı bələdçi Atəşgah məbədi barədə maraqlanır, onun hazırda mövcud olub-olmaması barədə soruşur. Bələdçiyə Atəşgah məbədinin ətrafında açıq səma altında muzeyin yaradıldığı və kompleksin Dövlət Tarix-Memarlıq Qoruğu elan edildiyi barədə məlumat verirəm. Bələdçi etiraf edir ki, loqonun əsasını təşkil edən Atəşgah məbədi barədə bilgilərini azərbaycanlı ziyarətçilərin hesabına artırır.

Otağın tam mərkəzində neft nümunələri ilə dolu kolbalar yerləşdirilib. Neftin zalın tam mərkəzində yerləşməsi “qara qızıl”ın Batuminin inkişafında əsas rol oynadığını simvolik olaraq əks etdirir.

Muzeyin eksponatları arasında növbəti maraqlı eksponat 2009-cu ildə Azərbaycan və ingilis dillərində nəşr olunan Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin 130 illiyinə həsr olunan “Nobellər və Bakı nefti” kitabının iki nüsxəsidir. Bələdçi həmin kitabları Gürcüstanın keçmiş birinci xanımı Sandra Rulofsun 2012-ci ildə muzeyə hədiyyə etdiyini bildirir.

Sərgi zalında Nobel qardaşlarının iştirakı ilə 1883-cü ildə Batumidə inşa olunan neft terminalı və elə həmin il tikintisi başa çatdırılan Bakı-Batumi dəmir yolunun tarixinə aid fotomateriallar da sərgilənir.

Nobel qardaşlarının xatirəsini Batumidə yaşadan muzeydə bərpa işləri nəzərdə tutulub. Binanın interyer və eksteryerinin yenilənməsi, ziyarətçilər üçün kafenin yaradılması planlaşdırılıb.

Muzeyin Nobel qardaşlarına aid fondunu daha da zənginləşdirmək mümkündür. Buna Batumi Texnologiyalar Muzeyinin yaradılmasından bir il sonra – 2018-ci ildə Bakıda açılan Nobel qardaşları muzeyi dəstək verə bilər. Bu muzeydə Nobel ailəsinin istifadə etdiyi məişət və interyer predmetləri toplanıb. Bakı və Batumi muzeyləri əməkdaşlıq quraraq qarşılıqlı olaraq bir-birinin fondunu zənginləşdirərək ziyarətçilərə Nobel qardaşlarının Bakı və Batumidəki fəaliyyətləri barədə daha ətraflı məlumatlar və zəngin ekspozisiya təqdim edə bilərlər.


Avropalı turistlərdən Məhərrəm əza mərasimlərinə yüksək maraq

0
Məhərrəm əza mərasimləri

Eastnews.org-un verdiyi xəbərə görə, son günlər İrana gələn avropalı turistlərin İmam Hüseyn (ə) üçün təşkil olunan əza mərasimlərinə yüksək maraq göstərdikləri öyrənilib.

İranda İmam Hüseyn (ə) üçün əza saxlamaq üçün yaradılan təkyələr və hüseyniyyələr avropalı turistlərin marağına şahid olur.

İrana Məhərrəm ayında gələn avropalı turistlər təkyə və hüseyniyyələrə səfər edirlər. İmam Hüseyn (ə) üçün təşkil olunan əza mərasimləri və fəlsəfəsi ilə tanış olur.

Sistan və Bəlucistan əyaləti Mədəni İrs, Turizm və İncəsənət Qurumu baş direktor müavini bu il xüsusilə İtaliyadan gələn turistlərin ilk dəfə bu əyalətdə İmam Hüseyn (ə) haqqında eşidiblər. Aşura hadisəsindən çox təsirləndiklərini bildirib.

Sözügedən səlahiyyətli əyalətdə avropalı turistlərə məhərrəmlik mərasimlərini yaxından izləmə imkanı təmin edildiyini qeyd edib.

Pxenyanda dünyanın boş qalmış ən nəhəng otel binasının maraqlı tarixçəsi

0
Pxenyan

1987-ci ildə Şimali Koreyanın paytaxtında piramida şəklində super hündürlüyə malik olan (304 metr) və 3 min otaqlı otelinin təməli qoyuldu. Binada panoramlı mənzərənin göründüyü 5 fırlanan restoran da nəzərdə tutulmuşdu. “The Ryugyong Hotel” adlanan bu nəhəng mehmanxana binasının (Koreya dilində “Söyüdlü paytaxt”) tikintisinin iki ildən sonra istifadəyə verilməsi planlaşdırılırdı. Lakin tikintisi başa çatan otel binası bu günədək boş olaraq qalır.

1992-ci ildə “The Ryugyong Hotel” plana uyğun hündürlüyə çatdırılıb və növbəti 16 ildə boş qalıb. O, paytaxtın mərkəzində tənha və nəhəng raket formalı abidəni xatırladır. Ətrafındakı bütün göydələnlərin cırtdan kimi göründüyü bu binaya xalq arasında “Tale oteli” adı verilib. Onun Pxenyana faydası isə gecə vaxtı rəngli işıqlandırmanın şüşə-metal konstruksiyalı binaya verdiyi gözəllikdir. Otelin tikintisi bir neçə uzun fasilələr ilə davam etdirilib və insanlar arasında onun haçansa istifadəyə veriləcəyi barədə söz-söhbət yaranıb. Bina bu günədək dünyanın boş qalan ən nəhəng otelidir.

“Soyuq müharibə”nin yadigarı

The Ryugyong Hotel” “Soyuq müharibə” dövründə ABŞ-ın dəstəklədiyi Cənubi Koreya ilə SSRİ-nin himayə etdiyi Şimali Koreya arasında rəqabətin məhsuludur. Onun təməlinin qoyulmasından bir il əvvəl Cənubi Koreya firması Sinqapurda dünyanın ən hündür “Westin Stamford” otelinin tikintisini başa çatdırıb. Bu ölkənin paytaxtı Seul da 1988-ci il Qış Olimpiya Oyunlarına hazırlıq çərçivəsində bir neçə göydələni istifadəyə verib.

Bu uğurlara cavab vermək istəyən Pxenyan isə 1989-cu ildə Olimpiya Oyunlarının sosialist versiyası olan Dünya Gənclər və Tələbələr Festivalını keçirmək ideyasını irəli sürüb. Bu məqsədlə həmin ilədək nəhəng otelin tikilməsi nəzərdə tutulub, lakin onun inşaat işlərini yarışların başlanmasınadək başa çatdırmaq və Cənubi Koreyadan irəli keçmək mümkün olmayıb. Festivalın keçirilməsinə və otelin tikintisinə milyardlarla dollar xərcləyən hökumət bu çərçivədə yeni stadion tikib, Pxenyan aeroportunu modernləşdirib və yollar salıb. Lakin Şimali Koreyaya böyük məbləğdə maliyyə yardımı göstərən Sovet İttifaqının süqutu ərəfəsində Pxenyan da çətin vəziyyətə düşüb. Dərin iqtisadi böhran səbəbindən 1992-ci ildəThe Ryugyong Hotel”in tikintisində tamamlama işləri tamamilə dayandırılıb.

Təbliğat ruporuna çevrilən nəhəng binalar

Sinqapurun məşhur arxitektoru Kelvin Çua Pxenyan urbanizminin xüsusiyyətlərini tədqiq edib. Onun sözlərinə görə, Şimali Koreyanın paytaxtında olan əzəmətli binaların əksəriyyəti ölkə rəhbərlərinin təbliği üçün tikilib. “Bu binalarda texnologiyanın son nailiyyətləri olan inşaat materiallarından istifadə olunmayıb, amma onlar konkret məqsədlər üçün tikilib. Bu yolla siz ecazkar bina tikə bilməzsiniz, Şimali Koreyanın paytaxtında yalnız konusvarı zirvəsi olan binalara üstünlük verilir. Düşünürəm ki, bu memarlıq üslubu Koreya müharibəsinin nəticələri ilə bağlıdır”, – deyə o qeyd edib. Arxitektorun sözlərinə görə, əzəmətli “The Ryugyong Hotel” binası da nəhəng raketi xatırladır və bu cür layihələr kommunist ölkələrinin çoxuna xas olub. O əlavə edib ki, otel binası əslində dağ formasında tikilməli idi, çünki yüksək zirvəsi olan dağ bu ölkənin rəmzidir. Lakin son nəticədə konusvarı və piramidaya bənzər bina alındı.

Otel binasının ikinci “həyatı”

2012-ci ildə Almaniyanın lüks otellər qrupu “Kempinski” gözlənilmədən bəyan edib ki, “The Ryugyong Hotel”i rekonstruksiya edərək bir il sonra istifadəyə vermək istəyir. Lakin bir neçə ay sonra alman şirkəti Şimali Koreyada bazara girməyin imkansız olması səbəbindən planından vaz keçib. Digər tərəfdən, bəzi dairələr otel binasının tikintisində keyfiyyətsiz inşaat materiallarından istifadə olunması barədə şayiələr də yayıblar. Bu şayiələr Pxenyanda 23 mərtəbəli yaşayış binasının çökməsindən sonra daha da inanılır hala gəlib.

Amma 2018-ci ildə “The Ryugyong Hotel” ikinci həyatını yaşamaq şansı ilə üzləşib. Onun fasadında quraşdırılan rəngli işıq sistemi Pxenyanın mərkəzinə xüsusi gözəllik verib. Binanın zirvəsində isə Şimali Koreyanın dövlət bayrağının təsviri var.

İndi bütün paytaxt əhalisi və Uzaq Şərqin arxitektorlarını bir sual maraqlandırır: “The Ryugyong Hotel”i haçansa istifadəyə vermək mümkün olacaqmı? İnşaat ekspertləri hesab edirlər ki, bu, çox çətindir, amma mümkündür.

The Ryugyong Hotel” Koreya yarımadasında yeganə nəhəng otel binası deyil: 2017-ci ildə istifadəyə verilmiş Seuldakı “The Lotte World Tower” otelinin hündürlüyü 240 metrdir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “HOTREC” prezidenti ilə görüşüb

0
Fuad Nağıyev “HOTREC” prezidenti ilə görüşüb

Sentyabrın 4-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanda səfərdə olan Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) prezidenti Jens Zimmer Kristensenlə görüşüb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycanın turizm imkanları, hotelçilik, bütövlükdə turizm sənayesinin inkişafı barədə müzakirələr aparılıb. Müzakirələrdə qonaqpərvərlik sənayesində beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də təcrübə mübadiləsinin aparılıb. Vacib məqamlardan olduğu diqqətə çatdırılıb.

Fuad Nağıyev qeyd edib ki, hotelçilik sahəsində mövcud potensialı inkişaf etdirmək və xidmət səviyyəsinin keyfiyyətini artırmaq daim Agentliyin əsas hədəflərindəndir.

Görüşdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid ölkədə hotelçiliyin inkişafı üçün mühüm addımlar atıldığını və bunun tərkib hissəsi olaraq ötən il Azərbaycan Hotel Assosiasiyasının yaradıldığını bildirib.

Xatırladaq ki, bu il mayın 16-da Azərbaycan Hotel Assosiasiyası “HOTREC”-ə müşahidəçi üzv qəbul edilib.

Qeyd edək ki, Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) prezidenti Jens Zimmer Kristensen sentyabrın 3-də Bakıda start götürən “Intour” sammitinə qatılıb.

Təşkilat sədri bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyində də görüşlərdə iştirak edəcək. Eyni zamanda, hotelçilik sənayesinin nümayəndələri ilə bir araya gələcək.

MÖHTƏŞƏM ŞRİLANKA TURU!? – GO TRAVEL

0
Şrilanka

?MÖHTƏŞƏM ŞRİLANKA TURU!? 
7 gecə / 8 gün – CƏMİ 1079 USD
——————————
Qiymətə Daxildir:
?Otel (7 gecə / 8 gün)
✈️Aviabilet (gediş – dönüş)
?Qidalanma (səhər yeməyi)
? Tarix: HƏR GÜN
——————————-
?Hilton Colombo Hotel 5*

ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.
✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
——————————–
? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.
——————————
Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Kiyevdə “Azərbaycan-Ukrayna Gənclərinin I Forumu” keçiriləcək – GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ

0
Forum

Bu ilin oktyabr ayında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Ukraynanın paytaxtı Kiyev şəhərində “Azərbaycan-Ukrayna Gənclərinin I Forumu”nu reallaşdıracaq. Forum Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşacaq.

Bu barədə saytımıza ASGA-nın sədri Səbuhi Abbasov məlumat verib: “Layihənin əsas məqsədi Yerli QHT-lərdə, mediada çalışan gənclərlə Ukraynadakı gənclər arasında koordinasiyanı təmin etmək, Azərbaycan həqiqətlərini Ukraynada yaymaq, gənclərin beynəlxalq aləmə inteqrasiyasını təmin etmək, ölkəmizin turizm potensialını dünyaya nümayiş etdirməkdən ibarətdir. Layihə çərçivəsində Azərbaycandan olan bəzi QHT və media rəhbərləri Ukraynada öz həmkarları ilə görüşəcək, panel müzakirələr reallaşdıracaqlar. Layihədə tərəfdaş qismində iştirak etmək üçün Azərbaycanın Ukraynadakı səfirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə və Ukraynada fəaliyyət göstərən daspor təşkilatlarına müraciət etmək niyyətindəyik. Ümid edirəm ölkəmiz, gənclərimiz naminə həyata keçirilən bu foruma aidiyyati qurumlar lazımi diqqəti göstərəcəklər. Bu layihə əslində”Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun məntiqi nəticəsidir. Gələcəkdə eyniformatlı Forumları digər Slavyan ölkələrində də reallaşdırmaq niyyətindəyik. Uzun illərdən bəri arzuladığımız layihələri reallaşdırma imkanını verdiyinə görə ASGA İdarə Heyəti adında Gənclər Fonduna xüsusi təşəkkür edirəm. Ətraflı məlumat təşkilatımızın rəsmi veb səhifəsi olan www.ASGA.az saytında yerləşdiriləcəkdir”

Turistlərin Gürcüstana axıtdığı milyardlar: Qonaqlar niyə qonşu ölkəni seçir?

0
Gürcüstan

Azərbaycanla eyni regionda yerləşən Gürcüstanda turizm gəlirləri ilbəil artmaqdadır.

Ölkəmizdə isə turizmin inkişafına yönələn strategiyalar hələ ki, effekt vermir. Qonşu ölkəni turistlər üçün cəlbedici edən başlıca səbəblər barədə dəfələrlə yazılsa da, müsbətə doğru ciddi dəyişiklik müşahidə etmirik. Gürcüstanın Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilir ki, ötən ay Gürcüstana 243 389 Azərbaycan vətəndaşı səfər edib. “Report”un yerli bürosunun xəbərinə görə, bu barədə illik müqayisədə Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 17% artıb. İyul ayında qonşu ölkə ən çox Azərbaycandan turist qəbul edib.

Hesabat ayında Gürcüstana, ümumilikdə, 1,1 mln. nəfərdən çox əcnəbi ziyarətçi səfər edib. Azərbaycanla yanaşı, Gürcüstana ən çox Rusiya (217 454 nəfər) və Ermənistan (211 726) vətəndaşları üz tutub.

“Cümhuriyət” qəzetinin araşdırmasına görə, turizm Gürcüstan iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. Ölkənin bir neçə turizm mərkəzinə çevirilən şəhərləri var. Tiflis, Batumi, Kutaisi, Bakuriani, Qudairi xarici ölkə vətəndaşlarını cəlb edən əsas şəhərlərdir.

Bakıdan kiçik olan və müasirlik baxımından da geri qalan paytaxt Tiflis həm də ən böyük turizm mərkəzidir. Buradakı qədim məbədlər tarixi abidələrə marağı olan turistlərin marağına səbəb olur. Amma turistləri Tiflisə cəlb edən başlıca səbəb tarixi məbəd və kilsələr yox, bu şəhərdə olan münasib qiymətlər və xidmətlərdir. Turistlər burada daha az vəsait xərcləməklə istirahət edə bilirlər. İstirahət zamanı üzləşdikləri xidmətlərin keyfiyyəti isə Bakı ilə müqayisədə daha yüksək olur. Məsələn, Tiflisdə 40 lariyə (23 manat) sutkalıq fərdi həyət evində qalmaq mümkündür. Zəruri mebel və avadanlıqla təhciz olunmuş mənzildə mətbəxdə hətta kofe, çay və bulka da görmək mümkündür. Bu şəhərə yeni ayaq basan turisti rahatlatmaq üçündür. Bəzi ev sahibləri Tiflisdə qonaq olan xarici ölkə vətəndaşlarına əlavə xərc çəkərək metro və ya avtobus kartı almağı da rəva gömür. Qalacağınız otaqda gediş haqqı yüklənən kartlar da sizin xidmətinizə verilir, bir şərtlə ki. onu özünüzlə ölkənizə aparmayasınız. Əgər istirahət müddətiniz ev sahibi ilə razılaşdığınızdan bir neçə saat artıq davam edərsə, bu da əksər hallarda problem yaratmayacaq. Mənzil sahibi gələn il də onun evini seçə və dostlarınıza məsləhət görə biləcəyiniz ehtimalını əsas tutaraq, əlavə ödəniş tələb etmədən mənzili həmin əlavə saatlarda da ixtiyarınıza verəcək.

Təbii ki, Tiflisin mərkəzində daha yüksək qiymətlərə olan mənzillər də az deyil. Paytaxtın kənarlarında isə daha ucuz qiymətə qalmaq olar. Məsələn, əgər məqsədiniz vaxtınızı mənzildə deyil, gəzintidə keçirməkdirsə, sizə yalnız gecələmək üçün çarpayı və bir neçə zəruri avadanlıq lazımdırsa, şəhərin kənarında çarpayı sayına görə hesablanan mənzillərdə qalmaq mümkündür. Hətta bəzi mənzillərdə çarpayısı15 lariyə (təqribən 9 manat) mənzil təklif oluna bilər.

Bakıya gəldikdə, günlük kirayə evlərin qiymətlərini alğı-satqı saytlarından görmək mümkündür. Paytaxtımızda ən aşağı 40 manatdan başlayan qiymətlər 250 manata qədər yüksəlir. Şəhərin mərkəzində əksər mənzillər sutkada 70-80 manata turistlərə təklif olunur.

Tiflisdə ərzaq qiymətləri çox ucuz olmasa da, burada 100 lariyə (57.63 AZN) tanınmış restoranlardan birində 5-6 nəfərlik nahar etmək olar, Bakının tanınmış restoranlarında isə bunun üçün ən azı 2-3 qat artıq ödəməlisən. Əyləncə qiymətləri də Bakı ilə müqayisədə ucuzdur. Məsələn, Bakıda attraksionların qiyməti əsasən 1,5-2 manatdırsa, Gürcüstanın paytaxtında bu 1 lari (60-70 qəpik) civarındadır. Azərbaycanda kanat gəzintisi adambaşına 20 manata, Gürcüstanda isə 5 lariyə (2.88 manat) başa gəlir.

Gürcüstanda turizmin inkişafını şərtləndirən ən vacib amillərdən biri də təyyarə biletlərinin qiymətləri ilə bağlıdır. Kutaisi Hava Limanından Avropanın şəhərlərinə aviabilet qiymətləri 60-70 dollardan, Bakıdan isə yaxın Gürcüstana belə təyyarə biletlərinin qiyməti 100 dollardan başlayır, Türkiyənin müxtəlif şəhərlərinə 200-250, Avropa şəhərlərinə isə orta hesabla 400 dollardır.

Tiflisdə hətta məşhur markaların geyimlərini daha sərfəli qiymətlərə əldə etmək mümkündür. Bakı ilə müqayisədə daha təmiz şəhər olan Gürcüstan paytaxtında hər addımbaşı zibil qutularına rast gəlmək olur. Küçə itləri isə paytaxtımızda olduğu kimi çox olsa da, onlar peyvənd olunduğuna görə təhlükə saçmırlar. Hər yerdə qulağında “birka” olan küçə itlərini görmək və onlara qarşı olduqca dözümlü münasibəti seyr etmək mümkündür. Gürcüstan turizminin inkişafında mühüm rol oynayan digər amil isə viza rejiminin tətbiqinə görə dünyanın ən azad ölkələrindən biri olması ilə bağlıdır. Azərbaycan, Belarus, Ukrayna vətəndaşları üçün bu ölkədə heç bir vaxt məhdudiyyəti qoyulmur. Digər ölkələrindən bir qismi üçün 90, digərləri üçün isə 360 gün vaxt məhdudiyyəti var.

Gürcüstanda nə qədər sərbəst viza rejimi mövcud olsa da, Abxaziya Cənubi Osetiyanın möhürü olan pasportların sahibləri bu ölkəyə üz tutmasalar, yaxşıdır. Çünki burada onları cərimə və həbs cəzası gözləyə bilər. Rusiya vətəndaşları da hava limanında səfərlərinin məqsədlərini izah etməyə məcbur edilirlər.

Elə Rusiya vətəndaşlarının Gürcüstana səfərlərinin azalması 2019-cu ildə ölkədə turizm gəlirlərinə təsir etsə də, Gürcüstan Milli Turizm Agentliyinin ilkin hesablamalara əsasən, bu ilin ilk yarısında Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlirləri 1,5 mlrd. ABŞ dolları təşkil edib.

Finlandiya vəhşi təbiətdə səyahət reytinqində birinci yeri tutub

0
Finlandiya

Finlandiya 2019-cu ildə vəhşi təbiətdə səyahət üçün dünyanın ən yaxşı ölkəsi adını qazanıb.

Bu barədə məlumat sentyabrın 3-də dərc olunan “Global Wildlife Travel Index” reytinqində əksini tapıb. Finlandiya növlər müxtəlifliyinin bolluğu, gözəl təbiət mənzərəsi və ətraf mühitin qorunması üzrə tədbirlərə görə birinci yeri tutub. Belə ki, ölkədə 39 milli park var, meşələr isə ölkə ərazinin 73 faizini təşkil edir.

İndeks ümumilikdə 107 ölkəni əhatə edib. Reytinqin tərtib olunmasında milli parkların sayı, meşə massivinin həcmi, mühafizə olunan təbiət zonalarının miqdarı, flora və fauna növləri, həmçinin bərpa olunan enerji mənbələrindən istifadə, ekoloji turizm də daxil olmaqla ətraf mühitin mühafizəsi tədbirləri kimi göstəricilər əsas götürülüb.

Siyahıda Finlandiyanın ardınca İsveç Braziliya qərarlaşıb.

“Restoranlarda “menyu yoxdur” deyirlərsə…” – Agentlikdən XƏBƏRDARLIQ

0
Restoranlar

Turizmin ən aktiv olduğu qızmar yay mövsümü artıq arxada qaldı. Bu mövsüm də turistik obyektlərin, xüsusilə regionda yerləşən kafe və restoranların yüksək qiymətlərindən, xidmət keyfiyyətindən narazılıqlar çox oldu.

Sosial şəbəkələrdə fikirlərini ifadə edən vətəndaşlar, həmçinin turistlər xidmət sektorunda keyfiyyətin yüksəldilməsinin zəruriliyini qabartdılar. Şikayətçilərin əsas gündəmə gətirdikləri məqam isə qiymətlə keyfiyyətin üst-üstə düşməməsidir. Hətta tanınmış restoran, otel, istirahət mərkəzlərində də yüksək qiymətlərə rəğmən, keyfiyyətli xidmət görə bilmədiklərini iddia edənlər oldu.

Sözügedən şikayətlər haqqında Modern.az-a danışan Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirdi ki, turizm obyektlərində qiymətlərin formalaşdırılmasında Agentlik iştirak etmir. Onun sözlərinə görə, buna baxmayaraq, xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı mütəmadi addımlar atılır:

“Sahibkarlarla danışıqlar aparılır, xidmət personalı ilə vaxtaşırı tədbirlər, treninqlər keçirilir. Otellərin əməkdaşları da təlimlərə cəlb edilir, onların müasir, keyfiyyətli xidmət haqqında məlumatlandırılması həyata keçirilir. Amma kimsə restoran açırsa, onun xüsusi turistik obyekt olduğunu heç kim deyə bilməz. Bunlar turizm obyekti kimi qeydiyyatdan keçmir. Ona görə də obyektlərdə təklif edilən qiymətlər ümumi qiymətlərdir. Qiymətlərin yüksək olması barədə narazılıqlar olduğunu bilirik. Sosial şəbəkələrdəki paylaşımlara diqqət etdikdə görünür ki, həqiqətən də, bu sahədə problem mövcuddur. Amma bəzən subyektiv şikayətlər də ortaya atılır, ümumiləşdirilmiş narazılıqlar səsləndirilir. Bu məsələdə istehlakçıların da üzərinə məsuliyyət düşür”.

Əksər istehlakçıların öz hüquqlarını bilmədiklərini vurğulayan Kənan Quluzadə bunun qanunvericiliklə tənzimləndiyini xatırlatdı:

“İnsanlar hüquq pozuntusu gördükdə aidiyyəti qurumlara şikayət edə, müvafiq addımlar ata bilərlər.

Müştəri hansısa restorana gedəndə mütləq menyunu tələb etməlidir. Əgər ona “menyu yoxdur” deyirlərsə, bu pozuntudur. Kimsə yerində haqqını tələb etməyib, sonradan şikayət edirsə, bu, düzgün deyil. İnsanlar menyu verilməyən yerə getməsinlər. Yenə qeyd edirəm, istehlakçıların hüquqlarının pozulmasına görə narazılıqlar varsa, müvafiq dövlət strukturlarına müraciət olunmalıdır”.