Ev Blog Səhifə 164

Çernobıl zonasına gələnlərin sayı rekorda çatdı

0
Çernobıl

Bu ilin səkkiz ayında Çernobıl zonasına gələnlərin sayı rekorda çatıb.

Olaylar.az xəbər verir ki, bu barədə “Ukrayna xəbərləri” məlumat yayıb. Belə ki, bu müddətdə qoruğu 74 671 nəfər ziyarət edib, onlardan 14 416 nəfəri avqust ayında gəlib. Tərk edilmiş zonaya turistlərin əksəriyyəti Ukraynadan, eləcə də Böyük Britaniya və Polşadan gəlir.

Qoruq idarəsində turist axınının artmasını HBO telekanalında “Çernobıl” serialının yayımlanması, Ukrayna turizm agentlikləri tərəfindən yeni marşrutların formalaşdırılması və zonaya daxil olma prosedurunun sadələşdirilməsi ilə əlaqələndiriblər.

“Ancaq xatırlatmaq lazımdır ki, bura əyləncə parkı deyil. Xüsusi təhlükəsizlik qaydalarına riayət edilməsi lazım olan bir ərazidir”, – deyə qoruq idarəsi direktorunun köməkçisi Kirill Qarnik bildirib.

İyulun 10-da Ukrayna Prezidenti Vladimir Zelenski Çernobıl zonasında olma qaydasını dəyişdirən fərman imzalayıb. Fərmana əsasən, Çernobıl zonası turistlər üçün açıq olacaq və çəkiliş qadağası aradan qaldırılacaq. Bu ərazidə iqtisadi layihələrin inkişafı da planlaşdırılır.

Bakı bu ölkədə çox məşhurdur – Səfir

0

Bu gün Pakistan səfirliyində Pakistanın Sərhəd və Ticarət Palatasının “Biznes fəaliyyətində ən yaxşılar”ın mükafatlandırılması mərasiminin mətbuat konfransı keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Pakistan Respublikasının ölkəmizdəki səfiri Səid Xan Mohmand, Pakistan Paxtunkva Assambleyasının spikeri Müştaq Əhməd Qəni, Sərhəd Ticarət və Sənaye Palatasının prezidenti Faiz Məhəmməd, İnformasiya naziri Şövkət Əli Yusafzai və vitse-prezidenti Zahid Şinvari iştirak edib.

Tədbir səfir Səid Xan Mohmandın nitqi ilə açılıb.

Səfir Azərbaycanla Pakistan arasındakı münasibətlərin, qarşılıqlı biznes əlaqələrinin inkişafından danışıb:

“Bakı Pakistanda çox məşhurdur. Bizi Azərbaycanla birləşdirən böyük tarixi bağlarımız var. Təsadüfi deyil ki, biz bu tədbiri ilk dəfə olaraq ötən il İstanbulda, bu il paytaxt Bakıda keçirmək qərarına gəldik. Biz Azərbaycanda əczaçılıq, sement, mərmər, qranit sahələrinə investisiya qoymaqda və iki dövlətin birlikdə turizminin inkişaf etdirilməsində maraqlıyıq”.

Prezident İlham Əliyevin Eko sammiti çərçivəsində Pakistana olan səfərinin əhəmiyyətindən danışan səfir ölkələrimiz arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafından məmnunluğunu dilə gətirib:

Cənab İlham Əliyev ölkəmizə səfəri zamanı Pakistanla Azərbaycan arasında müqavilə imzalandı. İndi bizim boynumuza düşən bu müqavilənin praktikada reallaşmasına çalışmaqdır” .

Bakıdakı məşhur restoranda oğlanlara qarşı ayrı-seçkilik – Qızla gələndə isə…

0
Bakı

Bakıda məşhur “Paris Bistro” kafesində narazılıqla qarşılanan depozit ödənişi sistemi tətbiq edilib.

Bu barədə sosial şəbəkə istifadəçiləri yazıblar. Onların sözlərinə görə, bu sistem yalnız kafedə oturmaq istəyən bəylərə tətbiq olunur. 

“İki dostum ilə restoranda əyləşmək üçün içəri daxil oldum. Lakin ofisiant bizi qapıda qarşılayaraq, restoranda oturmaq üçün hər birimizin 25 manat ödəməli olduğumuzu dedi. Bunun yeni qayda olub-olmadığını soruşdum, cavab olaraq dedi ki, “xeyr, əvvəldən bizdə belə olub”.

Daha sonra restoranın telefon nömrələrinə zəng etdim. Aydın oldu ki, oğlan olduğumuz üçün 25 manat depozit ödəməli imişik. Telefonda danışan şəxs dedi ki, hətta 10 nəfər kişi ilə bir nəfər qadın gəlsəydi depozit istənilməyəcəkdi”.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı “Paris Bistro” restoranı ilə əlaqə saxlayıb. 

Restorandan fakt təsdiqlənib, bildirilib ki, bu, restoranın daxili qaydasıdır: 

“Depozit restoranın terrasına tətbiq edilir. Əgər axşam 6-dan sonra üç nəfər bəy gələrsə, adambaşı 25 manat ödəməlidirlər”.

Ümumiyyətlə depozit tələbinin qanuni olub-olmadığını öyrənmək üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. 

Onun sözlərinə görə, bu məsələ qanunvericilik üzrə tənzimlənməyib:

“Azərbaycan turizminin inkişafına ciddi maneçilik yaradan səbəblərdən biri də depozit məsələsidir. Heç bir ölkədə bu depozit məsələsi yoxdur. Dövlət orqanları bununla bağlı iş görməlidir. Necə ola bilər ki, yanında xanım olmayan oğlanlardan depozit alınır? Bu, insanlar arasında ayrı-seçkiliyin qoyulmasıdır. Eyni zamanda, turizm sahəsinə ciddi əngəllər yarada bilər. Bu məsələnin qarşısı tez bir zamanda alınmalıdır”.

Turizm və otelçilik üzrə ekspert İldırım Musayev də bildirib ki, restoranlarda müştərilərdən əlavə depozitin alınması qeyri-qanunidir: 

“Bu, dövlətin qanunlarına riayət etməmək, ictimai iaşə qanunlarını və istehlakçıların hüquqlarını pozmaqdır. Dünyada qəbul olunan yeganə qanun var ki, o da müştərinin yalnız yediyi yeməyə görə ödəniş etməli olmasıdır. Heç bir ölkədə restoranlarda yalnız oğlanlardan depozitin alınması faktı yoxdur. Ümumiyyətlə, dünya praktikasında belə bir şey yoxdur. İnsanlar restorana istirahətə, yemək yeməyə görə gedir.

Çox vaxt restoran rəhbərinin öz işçilərinə inamı olmur. Bu cür qanunları da nəzarət üçün həyata keçirirlər. Amma bu addım düzgün deyil”.

MÖHTƏŞƏM KUALA LUMPUR – BALİ TURU – Go Travel

0
Kuala lumpur

? MÖHTƏŞƏM KUALA LUMPUR – BALİ TURU!?
10 gecə / 11 gün – CƏMİ 1245 usd
——————————–
Qiymətə Daxildir:
?
Otellər 5*
✈Aviabiletlər (gediş – dönüş)
?23kq baqaj + 10kq əl yükü
?Qidalanma (səhər yeməyi)
? Tarix: HƏR GÜN
——————————-
?Pacific Regency Hotel Suites 5* (3 gecə) 
?The Crystal Luxury Bay Resort Nusa Dua 5* (7 gecə)

——————————-
ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.
✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
ℹ Malaziyanın Kuala-Lumpur, İndoneziyanın Bali şəhəri dünyanın ən gəzməli yerləri hesab olunur.
—————————————–
? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.

Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Hikmət Hacıyev: Biz heç bir dairəyə Azərbaycanın daxili işlərinə qarışmağa imkan vermirik

0
Hikmət Hacıyev

Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır. Özünün də daxili işlərinə qarışmağa heç bir dairəyə imkan vermir.

Bunu Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət HacıyevXaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşündə deyib.

O, rəsmi Bakının xarici siyasəti, turizm, nəqliyyat, ticarət sahəsində yürütdüyü siyasətlə bağlı gənclərin suallarını cavablandırıb.

H.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası dövlət quruculuğunun bütün istiqamətlərində, o cümlədən xarici siyasət sahəsində ciddi uğurlara imza atıb:

“Azərbaycan Respublikası sözün əsl mənasında müstəqil xarici siyasət yürüdən ölkədir. Bu müstəqil siyasətin əsasını Azərbaycanın milli maraqları və ölkə vətəndaşlarının mənafeyinin qorunması təşkil edir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu strategiya tarixi təcrübəni, geosiyasi reallıqları nəzərə alır. Çoxistiqamətli və tarazlaşdırılmış əsasda praqmatik və realist prinsiplərlə həyata keçirilir”.

H.Hacıyev əlavə edib ki, gərgin və nizamsız beynəlxalq münasibətlər şəraitində ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri əsasında xarici siyasət yürüdür. Heç bir dövlətin daxili işlərinə qarışmır və özünün də daxili işlərinə qarışmağa heç bir dairəyə imkan vermir.

Qeyd edək ki, sentyabrın 5-də Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun görüşü keçirilib. 

Dünyanın ən təhlükəsiz 10 şəhəri

0
Tokyo

Böyük Britaniyanın “Economist Intelligence Unit” şirkəti 2019-cu ildə dünyanın ən təhlükəsiz 10 şəhərini müəyyən edib. “The Economist Intelligence Unit’s 2019 Safe Cities” indeksinə görə, dünyanın 60 ən populyar şəhərinin rəqəmsal təhlükəsizlik, sağlamlıq, infrastruktur və şəxsi əmin-amalıq üzrə reytinqi müəyyən edilib. Bu indeks həmin şəhərlərdə rahat istirahət etmək, barlarda və gecə klublarında vaxt keçirmək, parklarda dincəlmək istəyənlərin bələdçisi olacaq.

“The Economist Intelligence Unit’s 2019 Safe Cities” dünyanın ən təhlükəsiz şəhərinin Yaponiyanın paytaxtı Tokio olduğunu elan edib. Bu şəhər 100 qiymətləndirmə balından 92-sini toplayıb. İkinci yeri tutan Sinqapur 91,5 balla ikinci, Yaponiyanın Osaka şəhəri isə 90,9 balla üçüncü yerdədir.

Avropa şəhərləri arasında isə ən təhlükəsiz şəhər Amsterdamdır. ABŞ-ın şəhərlərindən ilk onluğa yalnız Vaşinqton daxil edilib.

Terror ehtimalının olmaması, iqlim dəyişmələrinin hiss edilməməsi, cinayətkarlığın səviyyəsinin ən aşağı həddə olması təhlükəsiz şəhərlərin seçilməsində yardımçı meyarlar kimi qəbul edilib. Son günlər iğtişaşların vüsət aldığı Honkonq isə 2017-ci ildəki 9-cu yerdən bu il 20-ci yerə düşüb. Laqos, Karakas, Kəraçi və Dəkkə kimi şəhərlər isə ən təhlükəli yerlər hesab olunub.

“The Economist Intelligence Unit’s 2019 Safe Cities” indeksinə görə ilk 10 təhlükəsiz şəhərlər bunlardır:

1. Tokio, Yaponiya

2. Sinqapur

3. Osaka, Yaponiya

4. Amsterdam, Niderland

5. Sidney, Avstraliya

6. Toronto, Kanada

7. Vaşinqton, ABŞ

8. Kopenhagen, Danimarka

9. Seul, Cənubi Koreya

10. Melburn, Avstraliya

“Mastercard” indeksi üzrə dünyanın ən populyar 10 turizm şəhəri elan edilib

0
Mastercard's Global Destination Cities Index

Mastercard” şirkətinin indeksi üzrə dünyanın ən populyar 10 turizm şəhərinin adları elan edilib. CNN telekanalının saytına istinadla xəbər verir ki, şirkətin maliyyə xidmətinin hesabatına görə, gecələmə şərti ilə səyahət edənlərin sayı 2009-cu illə müqayisədə 2018-ci ildə 79 faiz artıb.

Şirkətin elan etdiyi “Mastercard’s Global Destination Cities Index” reytinq cədvəlinə dördüncü dəfə dalbadal Banqkok başçılıq edir. Hesabat ilində Tailandın paytaxtına 22,78 milyon turist gəlib. 2019-cu ildə bu göstəricinin 3,34 faiz artacağı proqnozlaşdırılır. Banqkoka səfər edənlər əsasən beş ölkənin – Çinin əsas ərazisi, Yaponiya, Cənubi Koreya, Hindistan və Birləşmiş Krallığın vətəndaşlarıdır. Bu şəhərdə əcnəbi turistləri cəlb edən başlıca məkanlar isə “Grand Palace”, “Vat Arun” və şəhərin kənarına birgünlük ekskursiya, habelə suda üzən “Damnoen Saduak” marketidir.

Reytinq cədvəlində ikinci və üçüncü yerləri Paris və London tuturlar. 2018-ci ildə hər iki şəhər 19 milyondan çox turist qəbul edib.

Mastercard’s Global Destination Cities Index”də ümumilikdə turistlərin sayı, onların xərclədiyi vəsaitin təhlilinin yer aldığı 200 şəhər göstərilib. Lakin səyahətçilərin sayında ən böyük artım məhz ilk onluğa daxil olan ölkələrin payına düşür. Bununla yanaşı, London onların arasında turist sayının ildən-ilə azaldığı yeganə şəhərdir. Böyük Britaniya paytaxtında hər il orta hesabla 4 faiz azalma qeydə alınıb.

Son 10 ildə turistlərin sayının davamlı olaraq artdığı region isə Asiya-Sakit okean bölgəsidir. Bu ölkədə hesabat dövründə turistlərin sayının 9 faiz artması çinli səyahətçilərin hesabındadır.

Reytinq cədvəlində turistlərin ən çox pul xərclədiyi ölkələr də qeyd olunub. Bu göstərici üzrə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri liderdir. 2018-ci ildə bu şəhərdə gecələmə şərti ilə qalan turistlər 30,83 milyard dollar, yaxud hər biri orta hesabla 553 dollar xərcləyiblər.

Müqayisə üçün qeyd edilib ki, Banqkoka səyahət edənlər orta hesabla hər gün adambaşına 184 dollar xərcləyiblər. Bu göstərici üzrə Tailandın paytaxtı 20,03 milyard dollarla Səudiyyə Ərəbistanın Məkkə şəhəri ilə (20,09 milyard dollar) ikinci yerdədir.

Turist sayına görə ilk 10 populyar şəhərin siyahısı:

1. Banqkok, Tailand: 22.78 milyon turist

2. Paris, Fransa: 19.10 milyon turist

3. London, İngiltərə: 19.09 milyon turist

4. Dubay, Birləşmiş Ərəb Əmirlikləri: 15.93 milyon turist

5. Sinqapur: 14.67 milyon turist

6. Kuala-Lumpur, Malayziya: 13.79 milyon turist

7. Nyu-York, ABŞ: 13.60 milyon turist

8. İstanbul, Türkiyə: 13.40 milyon turist

9. Tokio, Yaponiya: 12.93 milyon turist

10. Antalya, Türkiyə: 12.41 milyon turist

Turistləri cəlb edən cənnət ölkə _ VYETNAM TURU – Go Travel

0
Hanoi-Vyetnam turu

?? Qəribə qayaları, çəltik sahələri, yaşıl yaylaları, möhtəşəm çimərlikləri və mavi dənizi ilə turistləri cəlb edən cənnət ölkə _ VYETNAM TURU ??

?HANOİ 7 gecə / 8 gün – CƏMİ 1330 USD 
—————————
Qiymətə Daxildir:
✈Aviabiletlər (gediş – dönüş)
?əl yükü və baqaj
?Qidalanma (səhər yeməyi)
?Otel – Pullman Hanoi 5*

Tarix: HƏR GÜN
——————————-
ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.
✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
—————————————–
? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.

Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Turistlər üçün ən təhlükəsiz ölkələrin reytinqi açıqlanıb

0
Turistlər

Ümumdünya İqtisadi Forumunun (WEF) mütəxəssisləri “Səyahət və Turizm Rəqabətliliyi 2019” hesabatı çərçivəsində dünyada turistlər üçün ən təhlükəsiz ölkələrin reytinqini dərc edib.

Siyahının ilk pilləsində 6,7 balla Finlandiya qərarlaşıb. Reytinqin ikinci və üçüncü yerlərini isə İslandiya (6,5 bal) və Oman (6,5 bal) bölüşürlər.

Təhlükəsizliyin qiymətləndirilməsi zamanı polisin etibarlılığı yoxlanılıb. Terror hadisələrinin yayılması, qətllərin səviyyəsi, cinayət və zorakılıq kimi meyarlar nəzərə alınıb.

Reytinqin ilk onluğuna İsveçrə (6,4 bal), Honkonq (6,4 bal), Sinqapur (6,4 bal), BƏƏ (6,3 bal), Lüksemburq (6,3 bal), Portuqaliya (6,3 bal) və Yeni Zelandiya (6,3 bal) yer alıb.

Azərbaycan sözügedən siyahıda 5,9 balla 38-ci pillədə qərarlaşıb. Azərbaycan bu göstəriciyə görə postsovet ölkələrindən yalnız Estoniya (6,2 bal), Gürcüstan (6,0 bal) və Litvadan (5,9 bal) geridədir. Belə ki, Estoniya siyahıda 12-ci, Gürcüstan 25-ci, Litva isə 37-ci pillədədir.

Ermənistan (5,8 bal) reytinqdə 40-cı, Latviya (5,8 bal) – 42-ci, Tacikistan (5,6 bal) – 60-cı, Qazaxıstan (5,6 ball) – 63-cü, Moldova (5,5 ball) – 67-cidir. Qırğızıstan (5,2 bal) – 96-cı, Rusiya (5,1 ball) – 98-ci, Ukrayna (4,8 ball) – 107-ci olub.

İran 5,4 balla siyahının 74-cü pilləsində, Türkiyə isə 4,3 balla 125-ci pillədə qərarlaşıb.

Turistlər üçün ən təhlükəli ölkələr arasında isə Salvador (3,0 bal – 140-cı yer), Nigeriya (3,1 bal – 139-cu yer), Yəmən (3,2 bal – 138-ci yer), Venesuela (3,3 bal – 137-ci yer) və Honduras (3,6 bal – 136-cı yer) yer alıb.

Qeyd edək ki, ümumiyyətlə, reytinqdə 140 ölkə yer alıb.

Almaniyanın 150-yə yaxın şirkəti üçün Azərbaycan turizminin təqdimatı keçiriləcək

0
Almaniya

Sentyabrın 10-12-də Azərbaycan Turizm Bürosu Almaniyanın Berlin, HamburqFrankfrut şəhərlərində silsilə tədbirlər keçirəcək.

Bu barədə “Report”a Turizm Bürosundan məlumat verilib.

“B2B (Biznesdən-biznesə) formatlı görüşlərdən və seminarladan ibarət tədbirlərdə Azərbaycan turizm sektorunun Almaniya və Avropa bazarları üzrə fəaliyyət göstərən 7 turizm şirkəti və hoteli iştirak edəcək.

Silsilə tədbirlər zamanı Azərbaycanın turizm potensialının təqdimatı baş tutacaq, ölkənin turizm marşrutları, görməli yerləri və hotelləri barədə iştirakçılara geniş məlumatlar veriləcək.

150-yə yaxın Almaniya şirkətinin qatılacağı görüşlər zamanı Almaniya şirkətləri ilə qarşılıqlı fikir mübadiləsi aparılacaq və gələcək əməkdaşlıq imkanları qiymətləndiriləcək.

Qeyd edək ki, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanı 1,8 milyon xarici səyahətçi ziyarət edib. Bu da 2018-ci ilin ilk 7 ayı ilə müqayisədə 122 min və yaxud 7,4% çoxdur.

Ən böyük artım 76 min və ya 23% daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub.

Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39%44% artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4% artıb.