Ev Blog Səhifə 175

Ismayıllı – Lahıc səyahət turu – Go Travel

0
İsmayıllı-Lahıc turu

Tarix: 24 ve 25 avqust
Turun qiyməti: 18 AZN
—————————————–
? Qiymətə daxildir⤵
☞ Komfortlu nəqliyyat
☞ Səhər yeməyi (Yağ, bal, pendir, yumurta, çörək, çay və s.)
☞ Dönüş zamanı samovar çay süfrəsi 
☞ Limitsiz foto çəkiliş
☞ Yol boyunca musiqili əyləncə 
☞ Tur Rəhbər
☞ İntelektual oyunlar və qaliblərə hədiyyələr

Ekskursiyalar:
✅ İsmayıllı gəzintisi
✅ Lahıc qəsəbəsi
✅ Asma körpü
✅ İsmayıllı şəlaləsi
✅ Sənətkarlıq dükkanları
_____________________________
Toplanış: 06:30 – 07:00 Gənclik Mall-ın qarşısı
Yola düşmə vaxtı: 07:00

Qeyd😕
?10 nəfərdən çox qruplar üçün 1nəfər ödənişsiz
? Tur zamanı spirtli içkilər qəti qadağandır
? 0-5 yaş uşaqlar ödənişsiz (avtobusda ve restoranda yer verilməzsə) 
? 6 yaşdan yuxarı tam ödəniş.

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Turizmin internetdə təbliği ilə bağlı ekspertlərin rəyləri öyrənilir

0
Turizm

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi keçirilib. Bu çərçivədə “Yenimedia.info” saytı Azərbaycan turizminin təbliğinə həsr edilmiş məqalələrlə yenilənmək üçün təkmilləşdirilib.

Saytda Azərbaycan turizminni internet müstəvisində təbliği aparılır. Bu sahədə təkmil online platformaların formalaşması ilə bağlı ekspertlərin rəy və təklifləri, diaspor və QHT nümayəndələrinin müsahibələri yerləşdirilməkdədir. İctimai Birlikdən “Olaylar“a bildirilib ki, layihə çərçivəsində turizm sahəsində təhsil alan gənclərə və müvafiq ixtisaslar üzrə tələbələrə, gənc mütəxəssislərə Bakıda “Azərbaycan turizminin təbliğində ideoloji hazırlıq“, “Peşəkar turizm fəaliyyətində Azərbaycan turizminin təbliği zamanı texniki vərdişlərin artırılması”, Bakıda, Masallıda və İsmayıllıda “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzularında təlimlər keçirilib. Bundan başqa, “Turizm işçilərinin turizmin təbliğində ideoloji hazırlığı” adlı kitabçanın çapı olacaq. Xarici ölkələrdən birində təqdimatı və ekspert, diaspor, eləcə də müvafiq QHT nümayəndələri və turizm təşkilatları arasında paylanması nəzərdə tutulur.

“Azərbaycan daim bizim qəlbimizdə olacaq” – Polşalı turistlər Lənkəranda

0
Azərbaycan

Respublikamızda turizm sahəsinin hərtərəfli inkişafına yönələn dövlət siyasəti bölgələrə turist axınını sürətləndirib. Turistlərin rahatlığı üçün regionlarda müasir infrastrukturun yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsi nəticəsində ölkəmizə gələn xarici turistlərin sayı ildən-ilə artır. Bu günlərdə Lənkəran şəhərinə təşrif buyurmuş polşalı turistlər bölgənin gəzməli-görməli yerləri ilə yanaşı, folklor nümunələri ilə də tanış olublar.

Yay turizm mövsümündə cənub bölgəsinə turistləri cəlb etmək məqsədilə bir-birindən maraqlı layihələr həyata keçirilir. Avropanın və dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn turistlər cənub bölgəsini də görmək arzusunda olurlar.

Cənub zonasına üz tutan 15 nəfər polşalı turist bölgənin folkloru ilə tanış olmaq üçün Lənkəran rayonuna gəlib. Bu məqsədlə Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən onlar üçün maraqlı turlar təşkil edilib.

Polşalı qonaqlar şəhərin görməli yerlərinə baş çəkdikdən sonra bölgənin adət-ənənələri və zəngin folkloru ilə də yaxından tanış olublar. Xarici qonaqlar rayonun Separadi kəndində məşhur “Nənələr” folklor kollektivinin üzvləri ilə görüşüb, yerli sakinlərin adət-ənənələri, mətbəx mədəniyyəti, yaşayış şəraiti barədə ətraflı məlumat alıblar. “Nənələr”in ifasında səslənən qədim el mahnıları turistlərin zövqünü oxşayıb.

Polşalı turist Rişad Balşiniski təəssüratlarını bölüşərək deyib: “Sizin dadlı yeməklərinizlə, gözəl təbiətinizlə, gülərüz insanlarınızla, folklorunuzla tanış olduq. Çox xoşbəxtəm ki, bura gəldim, belə zənginliyi gördüm. Hər şeyi bəyənirik. Ümid edirəm ki, bir daha buraya gələcəyəm. Hər şey üçün təşəkkür edirik”.

Alisiya Opalinska da gördüklərindən məmnundur. “Biz sizin ölkənizi çox bəyəndik. Polşanın iqlimi sizin ölkənin iqlimindən fərqlidir. Sizin çox gözəl folklorunuz da var. Nənələr yaşlarına baxmayaraq çox gözəl oxudular. Öz ölkəmizdə burada gördüklərimiz haqqında danışacağıq. Azərbaycan daim bizim qəlbimizdə olacaq. Hər şey üçün sizlərə təşəkkür edirik”, – deyə o bildirib.

Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən bölgəyə gələn əcnəbi qonaqlar üçün bu formatda turlar tez-tez təşkil olunur.

Mərkəzin direktoru İlqar Əzimov cənub bölgəsinin mirvarisi hesab olan Lənkərana gündən-günə daha çox turistin gəldiyini deyir: “Bu turistlərin arasında əcnəbilər çoxluq təşkil edir. Xüsusilə son dövrlərdə Avropadan olan turistlər çox gəlir. Qeyd edim ki, artıq bu ildən başlayaraq Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən avropalı turistlər üçün etnoqrafik turizm üzrə turlar təşkil olunur. Avropalı turistlər xüsusilə Lənkəranın folkloruna, adət-ənənəsinə böyük maraq göstərirlər. Bu turlar davamlı olaraq müxtəlif istiqamətlərdə nəzərdə tutulur”.

Polşalı turistlər Azərbaycandan əvvəl qonşu ölkələrdə də olduqlarını qeyd edərək , Lənkəranda onlara daha maraqlı və mənalı istirahət turunun təqdim olunduğunu vurğuladılar.

Qonaqlar “Nənələr”lə çay süfrəsi arxasında görüşlərini başa vurub, Lənkəranın çay plantasiyaları və çay fabriki ilə də tanış olublar.

Meksika ilə Azərbaycan arasında turist axını artıb

0
Azərbaycan və Meksika

Meksika ilə Azərbaycan arasında ikitərəfli turist axını artıb.

Trend-in məlumatına görə, 2018-ci ildə Azərbaycanda meksikalı turistlərin sayı 8.93% artıb, Meksikada isə azərbaycanlı turistlərin sayı 19.06% çoxalıb. Ümumilikdə isə 2014-2018-ci illər ərzində ikitərəfli turist axını 20% artıb.

Bildirilir ki, azərbaycanlı turistlər əsas istiqamətlər kimi Mexiko şəhərini və Kankunu seçirlər. 2018-ci ildə 42 milyondan çox ziyarətçi qəbul edən Meksika dünyanın 6-cı ən çox ziyarət olunan ölkəsinə çevrilib. Ölkənin şimalındakı səhralı ştatlardan – cənubdakı gözəl çimərliklərə qədər, Meksikanın 32 ştatı zəngin mədəniyyət, macəra, istirahət və idman müxtəlifliyini təklif edir.

Türk Hava Yollarının İstanbul-Mexiko-Kankun-İstanbul uçuş xəttinin bu ilin avqust ayında işə salınması isə ölkələrimiz arasında turizm mübadiləsinə töhfə vermək üçün yeni imkanlar açacaq.

Turizm obyektlərinin vergidən gizlədilən dövriyyəsi: dövlət büdcəsi milyonlar itirir

0
Relax

Ekspert: “2018-ci ildə mehmanxana və mehmanxana tipli obyektlər cəmi 33 milyon manat vergi ödəyib”

Lerik rayonunda yerləşən, deputat İqbal Məmmədova məxsus “Relax” istirahət mərkəzində baş verənlər bir daha Azərbaycan iqtisadiyyatında gizli dövriyyələrin, vergidən yayınan vəsaitlərin həcminin nə qədər böyük olduğunu göstərdi. Xüsusən də vəzifəli şəxslərin, deputatların himayə etdiyi və ya birbaşa sahib olduğu əyləncə və istirahət mərkəzləri, hotellərin vergidən yayınması, hətta vergi orqanı işçilərinə qarşı zorakılığa əl atması vəziyyətin nə qədər ciddi olmasından xəbər verir.

Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, Azərbaycanda iqtisadiyyatın bütün sahələrində qeyri-rəsmi iqtisadi fəaliyyətlər geniş yayılıb: “Dünya Bankının hesabatına görə, 2017-ci ildə Azərbaycanda qeyri-dövlət sektorunda gizli iqtisadiyyat 66 faiz ətrafında dəyişirdi. Bu günə qədər bizim də müxtəlif qiymətləndirmələrimiz olub. 2016-cı il üçün apardığımız qiymətləndirmədə ortaya çıxan mənzərə o idi ki, qeyri-dövlət sektorunda iqtisadiyyatın hər 4 manatından 3 manatı gizli iqtisadiyyatın, qeyri-rəsmi dövriyyənin predmetidir. Deməli, turizm sektorunda da bənzər trendlər müşahidə olunur. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm sektorunda da himayədarlıq institutunun özünə ciddi yer tutması vergidən yayınmaları, gizli dövriyyəni stimullaşdıran əsas məqam olub”.

R.Həsənov onu da qeyd etdi ki, vergi qanunvericiliyi hazırda turizm sektoru üçün təşviqedici deyil: “Bu baxımdan, turizm sektorunda gizli iqtisadi fəaliyyət daha geniş yayılır. Nəzərə almaq lazımdır ki, turizm sektoru təkcə daxili rəqiblərlə deyil, xarici turizmlə də rəqabət aparmaq məcburiyyətindədir. Azərbaycan turizmi qonşu Gürcüstanın, Türkiyənin turizmi ilə rəqabətli şərtlər daxilində fəaliyyət göstərməlidir ki, inkişaf dinamikasını qoruyub saxlaya bilsin. Ona görə də bu sektora vergi siyasəti müəyyənləşdirərkən daha diqqətli olmaq lazımdır.

Bu sadaladıqlarımız bugünlərdə baş vermiş hadisəyə haqq qazandırmır. Himayədarlıq institutu bütövlükdə həm uçotu, həm şəffaflığı , həm dövlət qurumlarının öz fəaliyyətini normal şəkildə icra etməsinin əsaslarını dağıdır. Bu, birmənalı şəkildə doğru deyil. Dövlət qurumuna, qanun təmsilçisinə öz vəzifəsini icra etmək, müvafiq nəzarəti həyata keçirmək üçün şərait yaradılmalıdır”.

İqtisadçının sözlərinə görə, turizm sektorunda gizli dövriyyə iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha çoxdur: “Bu, eyni zamanda onu göstərir ki, bütövlükdə götürdükdə iqtisadiyyatın leqallaşması istiqamətində son 3 ildə müxtəlif xarakterli addımların atılması, həmçinin Vergi Məcəlləsinə, ”Sosial sığorta haqqında” Qanuna dəyişikliklərin edilməsi, sanksiyaların nisbətən sərtləşdirilməsi, vergi orqanında idarəetmənin dəyişdirilməsi kimi faktorlar belə bu gün Azərbaycanda biznesin leqallaşmasına ciddi təsir göstərməyib. Turizm sektorunda vəziyyəti qiymətləndirərkən məlum olur ki, həqiqətən də digər sektorlarla müqayisədə gizli dövriyyə daha geniş yayılıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2018-ci ildə yerləşdirmə fəaliyyəti ilə məşğul olan mehmanxana və mehmanxana tipli fəaliyyətlərin təxminən illik dövlət büdcəsinə ödədikləri cəmi vergilərin həcmi 33 milyon manat olub. Bu, kifayət qədər kiçik göstəricidir. Azərbaycanda vergi yükü iqtisadiyyatda 14,2 faizdir. Digər məlumatları uzlaşdırarkən ortaya çıxan təxmini mənzərə ondan ibarətdir ki, turizm sektorunda 65-70 faiz ətrafında gizli iqtisadiyyat var. Bu sonrakı dövrdəturizm sahəsində dövlət siyasətinin müəyyənləşdirilməsi istiqamətində baza formalaşdırır. Belə ki, vergi güzəştləri ilə bağlı müəyyən xərclər ortaya çıxa bilər. Hazırda turizm dövlətin prioritet sahələrindən biridir və neft sənayesindən sonra yeganə sahələrdən biridir ki, idxalla ixrac arasında profisit var. Yəni daha çox valyuta gətirən sahələrdən biridir. Turizm sektorunu qeyr-neft məhsullarının ixracı ilə müqayisə etsək, təxminən 40-50 faiz daha çox, bəzi illərdə isə iki dəfə çox valyutanın ölkəyə gətirilməsinə vasitəçi olub. Bu prioritetləri nəzərə alaraq, bundan sonrakı dövrdə turizm siyasətinin müəyyənləşdirilməsi əsas məsələlərdən biri kimi ortaya çıxır”.

Ekspert hesab edir ki, vergi güzəştləri hesabına gizli dövriyyənin vergiyə cəlb olunması itkiləri bərpa etməklə yanaşı, iqtisadiyyatın şəffaflaşmasına gətirib çıxaracaq. “Əgər belə konsepsiya hazırlanarsa, vergi güzəştləri verilərsə, gizli dövriyyənin həcminin böyük olması da nəzərə alına bilər. Bu sektorun şəffaflaşması və vergi bazasının genişləndirilməsi üçün vergi güzəştləri vermək mümkündür. Vergi güzəştlərinin edilməsi zamanı yaranan itkilər vergi bazasının genişləndirilməsindən əldə edilən gəlirlərlə kompensasiya oluna bilər. Bu, orta və uzunmüddətli dövr üçün sektorda uçotun şəffaflaşmasına, eyni zamanda sektordan dövlət daxilolmalarının, fiskal gəlirlərin də əhəmiyyətli səviyyədə artmasına gətirib çıxara bilər. Burada dekoderlərin də hüquqi maraqlarının qorunması üçün əlverişli şərait yarana bilər”.

“Gülüstan qalasını UNESCO-nun siyahısına saldıraq ki, ingilis Cek, ya Con gəlib təmir etsin?” – İTTİHAM

0
Gülüstan qalası

Şamaxı rayonunda Şirvanşahlar dövrünə aid Gülüstan qalasının (IX-XII əsrlər) divarları dağılma təhlükəsi ilə üz-üzə qalıb.

Böyük Xınıslı kəndinin bir qrup sakini Gülüstan qalasının daşlarını oğurlayır və tövlə tikintisi üçün istifadə edir. Baxımsız vəziyyətdə qalan tarixi abidəyə isə heç bir qurum nəzarət etmir.

Məsələ burasındadır ki, tarixi abidənin hansı qurumun balansında olduğu da tam olaraq açıqlanmır. Müvafiq qurumlar nəinki bu məsələyə biganəlik nümayiş etdirir, həmçinin problemi bir-birlərinin üzərinə ataraq, görməzlikdən gəlirlər.

Söhbət Mədəniyyət Nazirliyi, Arxeologiya və Etnoqrafiya İnstitutu, Abidələrin mühafizəsi ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Şamaxı Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsindən gedir.

Məsələ ilə bağlı tanınmış tarixçi-antropoloq alim Kərəm Məmmədov Cebhe.info vasitəsilə tarixi irsimizi məhv edənlərə və bərpasına biganə yanaşan qurumlara çağırış edib:

“Tək Gülüstan qalası deyil, ölkədə tarixən mövcud olan bir çox tarixi abidələrimizə, mədəniyət ocaqlarımıza bu cür biganəliklər var. Bir neçə gün əvvəl mən sosial şəbəkədə Bakıda yerləşən bir hamamın şəklini paylaşmışdım. Bu hamam XIII-XIV əsrə aiddir. İndi isə onun içinə zibil yığırlar. Olmaz, bu qədər… Qusar rayonunun Həzrə kəndində Şeyx Cüneydin məzarı var. İnanın ki, hər il qəsdlə ora gedirəm. Amma vəziyyət dəyişmir. O tarixi ərazi də dağılmaqda davam edir. Təmir eləmirlər, heç olmaya sökülməsinin qarşısını alsınlar. Allah xatirinə təmirləri lazım deyil. Biz tarixçilərin əlindən yalnız haray təbili çalmaq gəlir. Başqa heç nə edə bilmərik. Gülüstan qalasının o vaxt strateji əhəmiyyəti vardı. O qalanın mühasirəsi zamanı Şah İsmayıl Xətainin dediyi məşhur söz də yada düşür. 1500-cü ildə Cəbani döyüşündə Şirvanşah Fərrux Yasar öldürüldü. Qoşunun qalan hissəsi Gülüstan qalasına sığındı. Qalanı mühasirəyə aldılar və bir qədər mühasirə uzun çəkdi. O zaman Şah İsmayıl Xətai bütün əmrlərini ətrafına yığıb məşhur sözünü söylədi: “Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan?” Onda hamı səsləndi ki, “əlbəttə ki, Azərbaycan taxtı…” Keçmişə bu qədər biganəlik olmaz. Bu, bizim mədəniyyət nümunəmizdir. Bunu nə ingilis, nə də fransız gəlib tikib.

Sonra da turizmdən danışırıq. Turizmdən danışan ölkədə gərək mədəniyyət abidələri qorunsun ki, maraq kəsb eləsin. İndi Gülüstan qalasını da mütləq UNESCO-nun siyahısına saldıraq ki, ingilis Cek və ya Con gəlib təmir etsin? O abidələrin bərpası bir yana, heç olmaya dağılmağa qoymasınlar. Keçmişə güllə atanı, gələcək topla qarşılar. Sabah biz nəvələrimizə nə deyəcəyik? Deyəcəyik ki, “Alov qüllələri” tikdirmişik”.


Azərbaycan misirli turistlərin gözü ilə

0
Misir turistləri

Tarix boyu Azərbaycan məşhur səyyahların, dünyaca görkəmli şəxslərin marağını cəlb edib. Onlar ölkəmizin qədim, minilliklərə söykənən zəngin mədəniyyətini, coğrafi mövqeyini, gözəlliyini “Səfərnamə”lərində böyük vurğunluqla əks etdiriblər. Hələ XIII əsrin əvvəllərində flamand səyyahı, eyni zamanda rahib Vilhelm Rubruk Dərbəndə gəlmiş və bu yerlərdə böyük bir şəhər salındığını göstərmişdir. Maraqlıdır ki, I əsrdə Domisian adlı Roma imperatorunun XII legionu Qobustanda olmuşdur. Qayaüstü yazılar da bunu deməyə əsas verir. 1858-ci ildə isə məşhur fransız yazıçısı Aleksandr Düma öz qeydlərində Bakıda Yanar dağdan heyrətə gələrək gördüklərini qələmə almışdır.

Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Müasir dövrdə turistlərin Azərbaycana axını artıq kütləvi hal alıb. Son illər vətənimiz turizm ölkəsinə çevrilib. Dünyanın dörd bir yanından buraya turistlər gəlir.

AZƏRTAC ənənəsinə sadiq qalaraq yenə də ölkəmizə gələn turistlərdən müsahibələr alaraq onların təəssüratlarını oxucularla bölüşür. Budəfəki həmsöhbətlərimiz “Zakher Travel” turizm şirkətinin xətti ilə ölkəmizə gəlmiş Misir vətəndaşlarıdır. Misirli turistlərin Azərbaycana səfəri bu ölkənin “Abosamra Travel” şirkəti ilə bağlanmış müqavilə əsasında həyata keçirilir.

Yeri gəlmişkən, qeyd edək ki, avqustun 7-də ölkəmizə birbaşa çarter reysi ilə Misirin Qahirə şəhərindən ilk uçuş baş tutub. “PAS” hava yollarına məxsus təyyarələrlə reallaşdırılan ardıcıl çarter uçuşların birincisi Azərbaycanın Qəbələ hava limanında reallaşdırılıb. Bu səfərdə 70-ə yaxın turistin qonaqlanmasını və Azərbaycanın müxtəlif regionlarında gəzintisini təmin və təşkil edən “Zakher Travel” ölkəmizdə turizm sahəsinin inkişafı üçün mühüm istiqamətin başlanğıcını qoymuşdur. Misirdən birbaşa çarter uçuşlar 7 istiqamət üzrə aparılacaq. Ümumiyyətlə, çarter reysləri vasitəsilə Azərbaycana 600-dək misirli turistin gələcəyi gözlənilir.

Qayıdaq Misirli turistlərin təəssüratlarına. Onlarla görüşümüz müasirliklə qədimliyin qovuşduğu Bakının ən möhtəşəm tikililərindən biri sayılan Heydər Əliyev Mərkəzinin qarşısında baş tutdu. Misirli turistlər qeyd edirdilər ki, bu fərqli arxitektura nümunəsi Azərbaycan paytaxtının mənzərəsinə daha da gözəllik qatır. Onların fikrincə, binanın daxili və xarici görünüşünün bir-birini tamamlaması diqqəti cəlb edən məqamlardandır.

Azərbaycanı ilk dəfədir ziyarət etdiyini söyləyən misirli Abdelaziz Etman burada olmasından məmnunluqla danışıb. Deyib ki, onun bura gəlişinin əsas səbəbi hər iki ölkənin bir-birinə heç də uzaq olmayan məsafədə yerləşməsi və son zamanlar Azərbaycanda turizmin böyük vüsətlə inkişaf etməsidir. Bakının təhlükəsiz, eyni zamanda, memarlıq baxımından cəlbedici bir şəhər olması, xalqımızın səmimiyyəti, insanpərvərliyi misirli turistə olduqca xoş təsir bağışlayıb.

Bu səfərə çıxmazdan əvvəl Bakıda olan həmyerlilərindən ölkəmizlə bağlı xeyli məlumat öyrəndiyini söyləyən Hebatallah Fathy deyib: “Eşitdiyim xoş və maraqlı məlumatlar məni Azərbaycana gəlməyə həvəsləndirdi. Gəldim və eşitdiklərimin həqiqət olduğunu gözlərimlə gördüm. Burada insanların istiqanlılığının, qonaqpərvərliyinin şahidi oldum”. H.Fathy Misir və Azərbaycan xalqları arasındakı bəzi oxşarlıqlardan da danışıb. Bildirib ki, hər iki ölkənin xalqları eyni dinə – İslama ibadət edirlər. Bir-birinə qarşı həssas və qayğıkeşdirlər. Bu isə onların bir-birini anlamasına, başa düşməsinə imkan yaradır.

Yeri gəlmişkən, Azərbaycan kontekstində də ölkənin diversifikasiyası, regionların inkişafı üçün məhz turizm sənayesi həlledici əhəmiyyət kəsb edir. Turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur. Bu sahədəki ən mühüm yeniliklərdən biri də “ASAN Viza” sisteminin tətbiqidir. Məhz ölkəmizə turist axınını sürətləndirən əsas məqamlardan biri də bu sistemlə bağlıdır.

Bakıya “ASAN Viza” ilə daxil olan Ahmed Abdelmoneim Azərbaycan hökumətinə turistlər üçün yaratdığı şəraitə görə təşəkkürünü bildirib. Qeyd edib ki, “ASAN Viza” sisteminin tətbiq edilməsi onun kimi minlərlə misirli turistin Azərbaycana gəlişini asanlaşdırıb. O, Azərbaycana gəlməzdən əvvəl ölkəmiz haqqında internet üzərindən məlumat toplayıb və ölkəmizin müstəqillik uğrunda apardığı mübarizədə böyük itkilərlə üzləşdiyini öyrənib. Elə bu səbəbdən də Bakının qədim abidələrini ziyarət etməklə yanaşı, Şəhidlər xiyabanına baş çəkməyi özünə borc bilib.

Qahirədən olan Amr Abbeimohsen Qubanı, Qəbələni və paytaxtımızı ziyarət edərkən belə bir fikrə gəlib ki, Azərbaycanın təbiəti və bölgələri özündə unikal olan xüsusiyyətləri cəmləşdirir. Turist, həmçinin burada Avropadan fərqli olaraq qiymətlərin aşağı olduğunu vurğulayıb. “Bu isə Misir vətəndaşları üçün olduqca sərfəli və münasibdir”, – deyə söyləyib.

Yuxarıda qeyd etdiyimiz kimi, “Zakher Travel” turizm şirkəti Misir vətəndaşlarının ölkəmizə cəlb olunmasında xüsusi rol oynayır.

Şirkətin departament rəhbəri Ülviyyə İsmayılzadə deyib: “Misirdən Azərbaycana çarter reysləri açılıb. Bu vaxta qədər 140 qonaq qarşılamışıq və daha 600 turistin gəlişinə proqnoz veririk. Misir bizim üçün yeni istiqamətdir. Bu qrupla biz artıq həmin istiqamətin başlanğıcını qoyduq. Hədəfimiz isə gələn qonaqların sayını artırmaqdır. Bizim qruplarda daha çox istirahət mərkəzlərinə gələn turistlər üstünlük təşkil edir. Yaxın zamanlarda isə konfransda iştirak etmək məqsədilə gələn qonaqlarımız da olacaq”.

Ü.İsmayılzadə onu da qeyd edib ki, Misir qrupları şirkətə fərqli bir istiqaməti də göstərdi. Bu onunla izah edildi ki, adətən Körfəz ölkələrindən gələn ərəblər daha çox təbiətə üstünlük verirlər. Misirlilər isə onlardan fərqli olaraq tarixi abidələrə, muzeylərə də maraq göstərirlər.

Azərbaycanda beynəlxalq statuslu hava limanlarının birindən aşağı büdcəli uçuşların təşkili turizmin inkişafı üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Kutaisi Beynəlxalq Hava limanı bu baxımdan yaxşı bir nümunədir və dünyanın bir çox yerindən uçuşlara ev sahibliyi edir. Məsələn, keçən il Gürcüstana 8 milyon turist səfər edib. Bu rəqəm Gürcüstanı Azərbaycan üçün prioritet turist mənbəyinə çevirə bilər. Tbilisidən Qazax sərhədimizə qədər olan məsafə təxminən 50 kilometrdir. Bu da Gürcüstanın məşhur istirahət bölgələrindən sayılan Borjomi, Batumiyə qədər olan məsafədən daha azdır. Bu, o deməkdir ki, Kutaisi Beynəlxalq Hava limanına enmiş turistləri ölkəmizə cəlb edə bilərik. Bunun üçün Qazax və Balakən sərhəd keçid-buraxılış məntəqələrinə “ASAN Viza” aparatlarının yerləşdirilməsi təmin edilməlidir. Əgər bu mümkün olarsa, turistlər sərhəd keçid-buraxılış məntəqələrində asanlaşdırılmış viza əldə edə bilər və ölkəmizə də turist axını daha da sürətlənər.

Turizm şirkətinin sözçüsü deyib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 15 ölkənin vətəndaşlarına sadələşdirilmiş viza prosedurlarının tətbiqi bu sahədə böyük irəliləyişlərə səbəb olub. Yaxşı olardı ki, sadələşdirilmiş viza rejimi quru sərhədlərimizdə də tətbiq edilsin. Əgər bu sistem quru sərhədlərimizdə də tətbiq edilərsə, nəticədə Gəncə, Göygöl, Qax, Şəki və digər bölgələrimizə turistlərin axını daha da sürətlənər.

Bir sözlə, söhbət turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı, effektiv və rəqabətə davamlı sahəsinə çevrilməsindən gedir. Son vaxtlar bu istiqamətlərdə müsbət dinamika güclənməkdədir. Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. Bundan başqa, iş adamlarında turizm sahəsinə böyük maraq yaranıb. 10 il əvvəl ölkədə cəmi 32 turizm şirkəti vardısa, bu gün onların sayı 100-dən çoxdur. Dünya turistlərinin diqqətini Azərbaycana cəlb etmək üçün müxtəlif istiqamətlərdə fəal işlər görülür. Ölkənin turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədilə kitablar, bukletlər, disklər hazırlanır və yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklamlar nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam və elanlar verilir, bu istiqamətdə internet imkanlarından geniş istifadə olunur. İlbəil ölkəyə gələn turistlərin sayı artır. Bu yüksək göstəricilər Dünya Turizm Təşkilatı tərəfindən də qeyd olunub. Bu, ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin nəticəsi olmaqla yanaşı, həm də dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqətin təzahürüdür. Bütün bunlar ümid etməyə tam əsas verir ki, növbəti illərdə bu sahədə uğurlarımız daha da çox olacaqdır.

Dünyanın ən heyrətamiz və təhlükəli çimərlikləri

0
Çimərliklər

Günəşli yay havası, dəniz və çimərlik…Mənalı istirahət etmək üçün daha nə lazımdır? Lakin planetimizdə bir çox yerlər yalnız kənardan çox cazibəli görünür. Əslində isə onların bir çoxu ölüm saçır.

Gəzməli.azPopulyarnaya mexanika” saytına istinadla planetimizdəki ən təhlükəli sahilyanı bölgələri təqdim edir. Bu yerlərdə siz ölüm təhlükəsi ilə üzləşə bilərsiniz.

       Qadağan olunmuş Sentinel adası

Hind okeanının Benqal körfəzində – Andaman arxipelaqının arasında kiçik Şimali Sentinel adası var. Bu adaya getmək olduqca çətindir. Heç bir balıqçı sizi asanlıqla oraya aparmağa razı olmaz. Amma kimsə balıqçını yola gətirərək adaya gedərsə, elə qumun üzərində onlarla metr məsafədə ölümdən qaçmağa çalışacaq. Çünki qısa müddətdən sonra bədənində ox yaraları hiss edəcək. Yaralı səyahətçi ona ox atan hirsli “sərhədçiləri” görməyəcək. Hücumlar cəngəlliklərdən və heç bir xəbərdarlıq olmadan gələcək.

Burada dünyanın ən qeyri-qonaqpərvər xalqlarından biri – sentinellilər yaşayır. Heç kim onların sayını dəqiq bilmir və nədən bu qədər aqressiv olduqlarını da anlamır. Ehtimal edilir ki, aborigenlər bu vaxtadək oddan istifadə etmir, onların kinli olması isə keçmişdə yaşadıqları acı təcrübə ilə bağlıdır. Bu regionda Britaniya müstəmləkəçiləri çoxlu qəddarlığa yol veriblər və yerli əhalinin əcnəbilərə, xüsusən ağdərililərə qarşı nifrətinə səbəb olublar. Hindistan öz yurisdiksiyası altında olan Şimali Sentinel əhalisini assimilyasiya etmək istəmir və onların hüquqlarını qoruyur.

Skeletlər adasında ideal çimərlik

Afrikanın cənubunda yerləşən Skeletlər adasında ucsuz-bucaqsız qumluqlar o qədər “ölüdür” ki, hər hansı zülal orqanizmi çox asanlıqla bir çox yırtıcıların yeminə çevrilir. Burada tez-tez şirlərə, çaqqallara və qəbireşənlərə rast gəlmək olar. Sularda isə köpək balıqları qaynaşır. Adama elə gəlir ki, bu yırtıcılar üçün adada yem tapmaq çətindir. Amma onları balıqlarla qıdalanan suitiləri cəlb edir. Bu ərazidə onların sayı həddindən çoxdur.

Lakin insanlar okeandan uzaqdakı dəniz məməlilərinin əhatəsində olsa belə, onları yenə də ölüm gözləyir. Ətrafda, hətta 10 kilometrlərlə məsafədə içməli su tapa bilməyəcəksiniz, yağışlar isə bir neçə ildən bir yağır. Şübhəsiz ki, burada ucsuz-bucaqsız və mənzərəli qumluqlar, təlatümlü okean və qəzaya düşmüş gəmilərin qalıqları ecazkar panorama yaradır. Amma adaya yollanmaq sizin həyatınız bahasına başa gələ bilər. Qitə tərəfindən gəldiniz zaman yolunuz o qədər də dost olmayan ölkələrdən keçəcək. Bu ölkələrdə silahlı münaqişələr davam edir. Dəniz tərəfdən isə adaya yollanmağa cəhd etməsəniz yaxşıdır. Gəmilərin parçalanmış korpusları ətrafa dağılıb, onların bir çoxu qatı duman və soyuq su axını nəticəsində istiqamətini itirərək sualtı qayalara çırpılıb. Yeri gəlmişkən, kiçik qayıqda adaya yollanmaq mümkün deyil, çünki dalğaların gücü sizi sahilə atacaq.

Ən yavaş ölüm

Sakit okeanın qərb hissəsində çoxlu sayda mərcan adaları – atollar yerləşir. Onların çox qəribə forması var, səthi yumşaq qumlarla örtülmüş bu çimərliklər zahirən göz oxşayır. Eyni zamanda, dəniz heyvanlarının minillik “əməyini” də unutmaq olmaz. Onlar bu gözəlliyin yaranması üçün əsrlərboyu səy göstəriblər. Bu adalardan biri çox cazibəli ada malikdir. Amma Bikini adlanan adada üzərinizdə paltar olmadan qumların üzərində gəzmək məsləhət görülmür. 60 il bundan əvvəl Bikini adasında 67 nüvə sınaqlarından sonuncusu həyata keçirilib. Lakin hətta uzun müddət keçməsinə baxmayaraq, adada gəzmək təhlükəlidir. Burada uzun müddət yaşayan insanlar normadan 6 dəfə çox olan radiasiya fonu ilə üzləşə bilərlər. Şübhəsiz ki, bu qədər radiasiya dozası insanı birdən-birə öldürmür. Lakin adada uzun müddət qalan turistlər yaxın illərdə xərçəng xəstəliyinə tutula bilərlər. Ən təhlükəlisi isə, küləyin sovurduğu tozu udmaqdır. Çünki bu tozla birlikdə ağciyərə daxil olan radioaktiv hissəciklər daxili orqanların fəaliyyətinə daha mənfi təsir göstərir.

Ölümdən də pis ola biləcək vəziyyət

Qorxulu və təhlükəli çimərliklərin heç də hamısı ekzotik ölkələrdə yerləşməyib. Onların bəzilərinə Avropada da rast gəlmək olar. Böyük Britaniyanın Steytes kəndi yaxınlığında yerləşən çimərlik bir çox turistləri cəlb edə bilər. Lakin bu sahillər öz populyarlığı, habelə iqlim amilləri ucbatından Yer kürəsinin ən çirklənmiş yerlərindən biridir. Çoxlu məişət tullantılları və digər zəhərli maddələr dənizi çimmək üçün əlverişsiz etməklə yanaşı, qumları da təhlükəli edir. Belə ki, suya girdiyiniz zaman siz çoxlu bakteriya infeksiyaları ilə yoluxa bilərsiniz. Qumun üstündə ayaqyalın gəzmək isə hətta kiçik yara olan ayağınızın irinləməsinə səbəb olacaq. Zərərçəkənlər ölüm təhlükəsi ilə üzləşməyəcək, amma ongünlük səpkili qızdırma və ya bir həftəlik diarreya sizi buraya səyahət etmənizə peşman edəcək.

Dünyanın bir çox ölkələrində də analoji məkanlar mövcuddur. Məsələn, Hindistandakı Mumbay ştatında Çoupatti Biç çimərliyində olduğu kimi. Buradakı bir çox çimərliklər həddindən artıq zərərlidir. Dominikan Respublikasındakı El Qrinqo çimərliyindəki qumluqda gəzinti isə, təkcə sizin müxtəlif yaralara məruz qalmağınızla deyil, həmçinin ciddi dozada kanserogen maddələr və ağır metallar qəbul etməyinizlə nəticələnə bilər. Bu rayondakı çoxsaylı kimya və farmasevtika zavodları bugünədək öz zəhərli tullantılarını sahilə axıdır. ABŞ-dakı çimərliklər də ekoloji fəlakətlərdən qurtula bilməyib. Kaliforniyadakı Poçe-Biç bir neçə il ard-arda avtomobil və aqrosənaye tullantılarının zərərli təsirinə məruz qalıb. Ekologiya təşkilatları uzun illər boyu onların acı nəticələrini aradan qaldırmalı olacaqlar.

Gizli ölüm

Avstraliyanın şərqində yerləşən Freyzer adası dünyanın ən bol qumlu sahillərindən biridir. Onun təbiəti möcüzəli və mənzərəlidir. Qum təpələri yuxarıya doğru 240 metr yüksəkliyə qalxır və ekvatorial meşələrlə örtülüdür. Onların arasında çoxlu kiçik “asma” göllər mövcuddur. Sakit okeana doğru uzanan 100 kilometrlik sahil olduqca cəzbedicidir. Lakin burada dalğalara çox yaxınlaşmaq məsləhət görülmür. Freyzerin ətrafında çoxlu sayda kubomeduzalar, xüsusən meduza İrukanciləri var. Bu dəniz canlıları isə heç də sizin rastlaşmaq istədiyiniz növdə heyvanlar deyil. Onların hücumu turistlərin okeanın isti suyu içərisindəki rahat istirahətini fəlakətə çevirə bilər.

Məsələ burasındadır ki, bu canlıların bədəni şəffafdır və onların 1 metr uzunluğunda iynəli burunları var. Onları suda və ya qumun üzərində görmək mümkün deyil. İrukancilərin iynəsindəki zəhər təsirini tədricən göstərir və sizi sancdıqda bunu hiss etmirsiniz. Lakin bir neçə dəqiqədən sonra bədəninizdə ard-arda iflic effektləri baş verir. Eyni zamanda, başağrısı, aşağı və yuxarı ətrafların əzələlərində və daxili orqanlarda dəhşətli ağrılar, mədə bulantısı başlayır. Bundan sonra ürək-damar xəstəlikləri – taxikardiya və hipertoniya baş qaldırır. Bütün bunlar isə ağciyərdə və beyində problemlərlə və ən sonda ölümlə nəticələnir. Ümumiyyətlə, Avstraliyada çoxlu zəhərli ilanlar, o cümlədən dəniz canlıları var. Freyzer adasından başqa kubomeduzaların müxtəlif növlərinə bu qitənin digər sahilyanı bölgələrində də rast gəlmək olar.

Mingəçevir-Göygöl turu ? – Go Travel

0
Göygöl turu

Tarix: 23 – 24 avqust və 31 avqust – 1 sentyabr 2019
Qiymət – 69 Azn

Qiymətə daxildir:
?Nəqliyyat xidməti ( avtobus )
?Səməni otelində gecələmə
?Səhər yeməyi (2 dəfə)
?Çay süfrəsi
?Kür çayında gəmi ilə gəzinti
?Ekskursiyalar
GöyGöl Milli Qoruğu ,Maralgöl Milli Qoruğu ,Kür çayı
?Tur rəhbəri
?Foto çəkiliş

Qiymətə daxil deyil:
?GöyGöl və Maralgöl Milli Qoruğuna giriş biletləri
?Otel ərazisindəki ödənişli xidmətlər
?Nahar və Şam yeməyi

Qeyd:
– Qiymətlər 2 və 3 nəfərlik otaqlarda bir nəfər üçün hesablanmışdır.
– 0-5 yaş uşaqlar ödənişsiz (avtobusda yer verilməzsə).

Toplanış: Saat 06:30 
Yola düşmə saatı: 07:00 
Bakıya dönüş saat: 23:00-dək.

Ətraflı məlumatı bizə yazaraq və ya zəng edərək əldə edə bilərsiniz:

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

?QAYNAR TUR? – Go Travel

0
DELTA HOTELS BY MARİOTT BODRUM

DELTA HOTELS BY MARİOTT BODRUM

(dəniz mənzərəli otaq növü ilə) 
?2 böyük – 3500 AZN

QEYD: BU HƏFTƏ ƏRZİNDƏ ALANA 500 AZN ENDİRİM EDİLƏCƏK

Qiymətə daxildir:

✈ – Aviabilet (gediş-dönüş) 
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (7 gecə / 8 gün)
? – Qidalanma gündə 5 dəfə (All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Dubay turu)

? – Tarix 01.09.19 – 08.09.19 – 2 nəfər üçün nəzərdə tutulmuşdur.

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)