Ev Blog Səhifə 177

Balaton gölü populyarlığını qoruyub saxlayır

0
Balaton gölü

Macarıstan Turizm Bazarının Tədqiqi və Təşkili Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə görə, Avropanın ən iri gölü olan Balaton turistlər üçün populyarlığını qoruyub saxlayır. Bu ölkənin vətəndaşları ilə yanaşı, qonşu Avstriyadan gələn turistlər də gölün yaxınlığındakı istirahət zonasına təkcə yayda deyil. Həm də qışda axın edirlər.

Respondentlərin üçdəbiri bildirib ki, onlar “Macarıstanın dənizi” adlanan bu istirahət məkanına hər il gedirlər. Bu turizm istiqamətini ən sevimli adlandıran səyahətçilərin arasında gənclərin sayı getdikcə artır. Belə ki, 18-29 yaş arasında olan gənc respondentlər Balatona festivallarda iştirak etmək üçün, yaşlı insanlar isə qastronomik tədbirlərdə və şərab dequstasiyalarına qatılmaq üçün etdiklərini bildiriblər.

Balaton gölünün ətrafındakı ən populyar məkanlar Şiofok, Tixan Balatonfüred kurortlarıdır. Gölün qərbində yerləşən Heviz termal su şəhərciyi də turistlərin sevdiyi məkandır.

Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur

0
Cibir-Həzrə-Mucuq-Sudur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun yenidənqurma işləri həyata keçirilir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, Cibir–HəzrəMucuq–Sudur marşrutu üzrə 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 kilometrdir. Bu avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir.

Uzun müddət təmir olunmadan istismarı və təbii faktorların təsiri nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmişdi. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yolun yenidənqurma işləri mövcud problemləri aradan qaldırır.

Layihəyə uyğun olaraq, yolun 36 kilometri asfalt-beton, 10 kilometri isə çınqıl örtüklü olmaqla yenidən qurulur. Bu çərçivədə sözügedən yolboyu deformasiyaya uğramış hissələr qazılaraq çıxarılır. Əvəzinə yararlı material tökülərək kipləşdirilir, yolun torpaq yatağının təmiri və bərpası işləri aparılır, normativ eninin alınması üçün torpaq yatağı genişləndirilir.

Texnoloji ardıcıllığa uyğun olaraq, yol əsasının alt və üst layının lazımi qalınlıqda karxana çınqılı və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülür. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 220 min kvadratmetr sahəni əhatə edəcək. Bundan başqa optimal çınqıl qarışığı ilə çiyin hissələrin bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri də nəzərdə tutulur.

Yol boyu mövcud suötürücü borular sınmış və çökərək yararsız vəziyyətə düşdüyündən, yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac yaranmışdı. Bu səbəbdən 46 dairəvi dəmir-beton suötürücü boru, iki yerdə düzbucaqlı su keçidinin və 2 nöqtədə 1 aşırımlı dəmir-beton konstruksiyalı körpülərin tikintisi layihədə nəzərdə tutulmuş işlərdəndir.

Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yolboyu yol nişanları və məlumatverici lövhə, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.

Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin edəcək. 8 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında və bölgədə turizmin və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

Sadə çay verməyən restoranların adını açıqlamaq, sahibkarları utandırmaq lazımdır – TƏKLİF

0
Restoranlar

Regionlarda bir çox ictimai iaşə müəssisələrinin müştərilərə yalnız çay verməkdən imtina etməsi halları çoxalıb. Belə ki, müəssisə sahibləri müştərilərə təkcə yemək verə biləcəklərini bildirirlər. Məqsəd isə bu yolla daha çox qazanc əldə etməkdir.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, çay vermək imkanı olan bütün ictimai iaşə müəssisələri onlara müraciət edən bütün müştəriləri razı salmalıdır:

“Müştəriyə düzgün qulluq göstərilməlidir, onun çay istəyinə belə, yox deyilməməlidir. Müəssisə sahiblərinin əsas missiyası və funksiyası müştərilərə xidmət göstərib razı salmaqdır. Müştərilərə edilən hörmətsizlik sahibkarın və ya müəssisə rəhbərinin işi düzgün qura bilməməsindən, yalnız şəxsi gəlir əldə etmək istəyindən irəli gəlir. Yalnız yemək verməklə daha çox gəlir qazanacaqlarını düşünürlər. Bu səbəbdən də müştərilərə qarşı belə hörmətsizlik edirlər”.

M.Ağakərimov bildirib ki, xaricdə istənilən kafedə adi su və kofe sifariş vermək mümkündür. Bizdə isə hələ də bu ənənə formalaşmayıb:

“Hətta müştərinin çay içmədiyini və ya yemək yemədiyini görüb ona xidmət göstərməkdən imtina edirlər. Müştərilərin, turistlərin sifarişlərini yerinə yetirmək lazımdır ki, gələcəkdə onlar yenə həmin müəssisəyə gəlsinlər. Çünki müştəri bu gün su içə bilər, sabah da yemək yeyə bilər. Hətta növbəti dəfə həmin yerə öz dostları gedə bilər. Lakin bəzi müəssisə sahibləri bu məqamları görə, anlaya bilmirlər. Bu da onların məhdud düşüncəsindən, ümumilikdə işi yaxşı bilməməsindən asılıdır.

Bakıda da bəzən belə hadisələr olur. Hansısa çay evində və ya restoranda əyləşdiyin zaman çayın yanında dəsgahı da gəlir. Həmişə də yalnız çay dəsgahının olduğunu deyirlər. Amma başa düşə bilmirlər ki, müştəri sadəcə qəndlə bir stəkan çay içmək istəyir. Süni şəkildə qiyməti artıraraq 15-20 manatlıq çay dəsgahını nə üçün müştəriyə sırıyırlar?”

Assosiasiya rəsmisi əlavə edib ki, müştərilərə qarşı hörmətsizlik edən bütün ictimai iaşə müəssisələrinin adları ictimaiyyətə açıqlanmalıdır:

“Bununla sahibkarları utandırmaq lazımdır. Çünki onların belə hərəkəti milli adət-ənənələrimizə də uyğun deyil. Sahibkarlar müştərilərə yalnız gəlir mənbəyi kimi baxır. Bununla da yavaş-yavaş mənəviyyatlarını itirirlər. Onlar daha çox qazandıqlarını düşünürlər, amma gələcəkdə daha çox uduzacaqlarını anlamırlar.

Müvafiq qurumun nümayəndələri regionlarda və Bakıda həmin obyektləri müəyyənləşdirməlidir. Obyektin adı çəkiləndə insanlar ora getməyəcəklər. Bu da maarifləndirmənin bir növüdür. Cəza verilmir, sadəcə ad çəkilir. Məhz bu addımdan sonra belə hallara çox da yol verilməyəcək”.


ABŞ dünyanın ən böyük adasını almaq istəyir

0
Qrenlandiya

ABŞ dünyanın ən böyük adası – Qrenlandiyanı almaq istəyir.

RİA Novosti” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə əsas məsləhətçisi Larri Kudlou da təsdiqləyib.

Ancaq adanın məxsus olduğu Danimarka hökuməti belə bir məsələnin müzakirə olunmadığını bildirib.

Qrenlandiya Danimarkaya məxsusdur. Danimarka da bizim müttəfiqimizdir. Sadəcə onu bildirirəm ki, daşınmaz əmlak alqı-satqısından anlayışı olan prezident bu məsələni dəqiqləşdirmək istəyir”, – deyə Kudlou qeyd edib.

Qeyd edək ki, cümə günü Qrenlandiyanın Xarici İşlər Nazirliyi adanın biznes və turizm üçün açıq olduğunu, ancaq satılmadığını elan edib.

Muzey və mədəniyyət evlərində yenilik: Turistlər pul verib kəlağayı boyayacaqlar

0
Kəlağayı

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin “Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda etdiyi dəyişikliyə əsasən, Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənəti Muzeyi, Şəki Dövlət Rəsm Qalereyası, Basqal qəsəbə Mədəniyyət Evi, Xınalıq kənd Mədəniyyət Evi nazirliyin tabeliyindən çıxarılaraq “Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na daxil edilib.

Bununla bağlı açıqlama verən Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib ki, qoruqların ərazisindəki bu muzeylərin əksəriyyəti tarixi baxımdan əhəmiyyətli olan binalarda yerləşir:

“Həmin muzey və yaradıcılıq evləri yeni turizm konsepsiyasına uyğun olaraq yenidən işlənəcək, turizm nümayiş obyektləri kimi istifadəyə veriləcək.

Bu qərara görə, göstərilən obyektlərin büdcədən asılılığının azaldılması, onların inkişafı üçün dövlətdən ayrılan investisiyaların zamanla azaldılması, onların öz-özlərini maliyyələşdirən quruma çevrilməsinin təmin edilməsi əsasdır. Eyni zamanda, mədəni irsimizin yüksək səviyyədə qorunması və məqsədyönlü istifadəsi, təkmilləşmiş və şəffaf maliyyə idarəçiliyinin tətbiq edilməsi də nəzərdə tutulub.

Qeyd olunan muzeylərin və digər obyektlərin turizm potensialı yüksəkdir. Onlar Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda yerləşirlər. İndi biz o qoruqlarda yeni konsepsiya tətbiq edirik. O ərazidə yerləşən muzeylər faktiki olaraq həmin proseslərdən kənarda qala bilərdi. İndi onlar da ümumi konsepsiyaya qoşulurlar. Onların turizm potensialının artırılması, turistlər üçün daha cəlbedici edilməsi üçün addımlar atılacaq”.

K.Quluzadə sərgilərin və turistlərin xüsusi təcrübə keçə biləcəyi emalatxanaların təşkil ediləcəyini də vurğulayıb:

“Məsələn, Basqal qəsəbə Mədəniyyət Evində ipəkçilik və kəlağayı boyanması, naxışlanması ilə bağlı turistlərlə birgə xüsusi ödənişli təcrübə həyata keçiriləcək. Bu təcrübələr həm mədəni irsimizi təbliğ etmə, həm də gəlir əldə etməyə şərait yaradacaq”.


Misir aeroportlarında rüsumlar artırılacaq

0
Misir aeroportu

Qahirə ölkənin aeroportlarının təhlükəsizliyinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsi üçün mənbələr tapıb. Misir Mülki Aviasiya Nazirliyi aviasərnişinlərdən tutulan rüsumların məbləğinin artırılması və yeni rüsumlar tətbiq edilməsi barədə qərar qəbul edib.

AZƏRTAC “tourbus.ru”ya istinadla xəbər verir ki, noyabrın 15-dən başlayaraq Misir aeroportundan beynəlxalq mütəmadi, yaxud çarter reysi ilə uçan hər bir sərnişindən 25 dollar rüsum tutulacaq. Hazırda uçuş üçün vergi 20 dollardır. Daxili reyslərlə uçan sərnişinlər də xərcə düşəcəklər, çünki onlardan da rüsumlar tutulacaq, lakin onlar cəmi 5 dollar ödəyəcəklər.

Bundan əlavə, aeroport xidmətinə görə rüsumlar 15 faiz artırılacaq.

Yeniliklər bununla bitmir. Misir aeroportlarında təhlükəsizlik sistemlərinin və prosedurlarının işlənib hazırlanması və tətbiqi üçün səyyahlardan xüsusi rüsumlar tutulacaq. Noyabrın 15-dən bütün aeroportlarda hər bir sərnişin bu məqsədlər üçün 2 dollar ödəyəcək. Lakin Şarm əş-Şeyxə uçanlar iki dəfə çox – 4 dollar ödəməli olacaqlar. Planlaşdırılan rüsumlar həm Amerika dolları, həm də dollara ekvivalent olan Misir dinarı ilə tutulacaq. Nazirliyin sərəncamında sərnişinlərin aviasiya təhlükəsizliyi üçün rüsumları necə ödəyəcəyi barədə heç nə deyilmir. Lakin həmin məbləğ, çox güman, aviabiletin qiymətinə əlavə ediləcək.

Müstəqil Misir KİV-lərinin yaydığına görə, yeni rüsumların tətbiqinin səbəbi bir sıra Avropa ölkələrinin aviasiya sahəsində təhlükəsizlik tədbirləri kompleksinin həyata keçirilməsi üçün Misirə borc verməkdən və ya qrant ayırmaqdan imtina etməsi ilə bağlıdır.

TİTANİC DELUXE BELEK ?? – Go Travel

0
TİTANİC DELUXE BELEK

?QAYNAR TUR
TİTANİC DELUXE BELEK

(dəniz mənzərəli otaq növü ilə)

?2 böyük – 2000 USD

Qiymətə daxildir:

✈ – Aviabilet (gediş-dönüş) 
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (5 gecə / 6 gün)
? – Qidalanma gündə 5 dəfə (All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Dubay turu)

? – Tarix 08.09.19 – 13.09.19 – 2 nəfər üçün nəzərdə tutulmuşdur.

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Gəncə-Qazax regionunun turizm bələdçiləri üçün təlim keçirilib

0
Gəncə-Qazax regionunun turizm bələdçiləri üçün təlim

Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və “Regional İnkişaf” İctimai Birliyi Şəmkir rayonunda turizm bələdçiləri üçün təlim təşkil edib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, təlim Avropa İttifaqı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən maliyyələşdirilən “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək (SLRD)” layihəsi çərçivəsində keçirilib.

Gəncə-Qazax iqtisadi rayonunda tematik marşrutlar üzrə turizm bələdçilərinin hazırlığı” mövzusunu əhatə edən təlimlərdə iki qrupa bölünməklə regiondan olan 30 nəfər iştirak edib.

Onlara Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq standartlarını əks etdirən proqram tədris olunub.

İştirakçılar üçün şərabçılıq turizmi, təbiət turizmi, gəzinti və məkan turu kimi praktiki hissə də təşkil olunub. Kreativ ideyaların aşılanması məqsədilə tematik marşrutların tərtibatı istiqamətində dərslər keçirilib.

Beynəlxalq təlimçi Səkinə Əsgərova tərəfindən tədris olunan təlim proqramı çərçivəsində iştirakçılar “Alman irsi mədəniyyət evi”ni ziyarət ediblər və orada nümayiş olunan materiallarla tanış olublar.

Sonda təlimə cəlb olunanların bilik səviyyəsinin müəyyən edilməsi məqsədilə nəzəri attestasiya təşkil olunub.

Avqustun 23-də imtahan nəticələri açıqlanacaq və uğur qazanan şəxslər Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının “Regional turizm bələdçisi” şəhadətnaməsi ilə təltif ediləcəklər.

Qeyd edək ki, daha əvvəl Şəki-Zaqatala regionunu əhatə etmiş müvafiq təlimlərin ölkəmizin digər bölgələrində də keçirilməsi planlaşdırılır.

Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar

0
Otel işçiləri

Otel biznesi üzrə ekspertlər turizm mərkəzlərində müsafirlərin otel əməkdaşlarının xoşuna gəlməyən davranışları ilə bağlı 11 səhvi göstəriblər.

Gezmeli.az tourprom.ru saytına istinadla xəbər verir ki, 12 il mehmanxana biznesi sahəsində fəaliyyət göstərən ekspert Pedro Riçardson bu səhvlərin ən birincisinin oteldə xalatla gəzmək olduğunu bildirib. Onun sözlərinə görə, turistlər bu geyimdən yalnız öz otağında, SPA proseduralarında və hovuza gedərkən istifadə edə bilərlər. Digər hallarda xalat geyinmək uyğun deyil.

Turistlərin davranışında ikinci xoşagəlməz hal birbaşa otelə gələrək nömrə tələb edilməsidir. Otel sahibləri qeyd edirlər ki, onların ən azı bir gün əvvəl otaq sifariş etmələri daha məqsədəuyğundur. Belə olan halda otağın təmizlənməsi üçün foyedə gözləmək lazım gəlir.

Otel əməkdaşlarını narahat edən digər amil resepsionda yersiz olaraq stolüstü zəngə basılmasıdır. Onların sözlərinə görə, bu, personalı narahat edir və pis davranış göstəricisidir. Bundan başqa, turistlərə qeydiyyat zonasında izdiham yaratmaq məsləhət görülmür. Onların öz növbəsini foyedəki kreslolarda gözləməsi daha məqsədəuyğundur.

Otel sahibləri adi nəzakət qaydalarını da xatırladırlar. Onlar ailəli müsafirlərə məsləhət görürlər ki, başqa qonaqları narahat etməmək üçün uşaqların səs-küy salmasına imkan verməsinlər. Yaşlı turistlərə isə ucadan danışmamaq və öz aralarında, yaxud telefonda söhbət edərkən təhqiramiz sözlərdən istifadə etməmək tövsiyə edilir. Bundan başqa, hovuzların kənarında çoxlu miqdarda spirtli içkilər qəbul etmək də məsləhət görülmür.

Nəhayət, otel əməkdaşları qeyd edirlər ki, turistlər su və işıq üçün pul ödəmədikləri üçün otaqdan çıxdıqları vaxt işığı və televizoru söndürmürlər. Müntəzəm olaraq təmizlik işləri aparılan otel otaqlarını həddindən çox zibilləmək də lazım deyil. Bu, təmizlik işlərinin müddətini daha da uzadır.

Sonda turistlərə otelə giriş zamanı bu müəssisənin davranış qaydalarını diqqətlə oxumaq məsləhət görülür.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yeni üzvlər qəbul edib

0
Azərbaycan Turizm Agentlikləri

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası quruma üzv olmaq istəyən namizədlərin üzvlük müraciətlərinə baxıb.

Assosiasiyadan bildirilib ki, İdarə Heyəti tərəfindən təşkil olunan toplantıda yeni namizədlərin iş fəaliyyəti danışılıb. Onların Azərbaycan turizm bazarında nüfuzu, şirkətlərin müştəri məmnunluğunun səviyyəsi müzakirə edilib və rəylər dinlənilib.

Müzakirələr zamanı ilkin mərhələdə assosiasiyanın əsas götürdüyü keyfiyyət meyarlarına cavab verən 32 turizm şirkəti quruma üzv qəbul edilib.

Assosiasiyanın standartlarına cavab vermədiyi üçün 2 turizm şirkətinin üzvlüyü təmin olunmayıb.

Toplantıda, eyni zamanda qurumun Ekspertlər Şurasına üzvlər qəbul olunub.

İclasda son günlər bəzi turizm şirkətlərinin qeyri-peşəkar fəaliyyəti, bunun nəticəsində yaranan vətəndaşların narazılıqları və ortaya çıxan problemlərin həlli istiqamətində atılacaq addımlar müzakirə edilib.