Ev Blog Səhifə 178

Misir xarici turistləri “Instagram” vasitəsilə ölkəyə cəlb edəcək

0
Misir

Misir ölkəsinin turizm imkanlarının təşviqi məqsədilə qlobal reklam kampaniyasını işə salıb. Bunun üçün tarixdə ilk dəfə olaraq əsas platforma kimi dünyada populyar olan “Instagram” sosial şəbəkəsindən istifadə ediləcək.

Misirin Turizm Nazirliyi ənənəvi reklam kanallarından imtina edərək, daha gənc və fəal səyahətçiləri ölkəyə sosial media şəbəkəsi vasitəsilə cəlb edəcəyini açıqlayıb. Turist axınının ölkəyə cəlb olunması məqsədilə nazirlik sosial şəbəkələrdə ümumi 20 milyon istifadəçisi olan “Beautiful Destinations” şirkəti ilə müqavilə bağlayıb. Bu şirkətin əsas fəaliyyət meydanı 12,7 milyona yaxın izləyicisi olan “Instagram” şəbəkəsidir.

Misirin Turizm naziri Raniyə Maşat bildirib ki, “People To People” adlı yeni kampaniya, o cümlədən “yerli əhalinin qonaqpərvərliyi və açıqlığı” sayəsində ölkəyə turistləri cəlb etməyə imkan verəcək. O həmçinin qeyd edib ki, nazirliyin əsas məqsədi həm də yerli əhalının birbaşa ya dolayısı ilə turizm sektorunda çalışması üçün imkanların yaradılmasıdır. R.Maşat deyib: “Bu məqsədlərə nail olmaq istiqamətində biz səyahətçilərə Misir haqqında təsəvvürü dəyişmək istəyirik. Onun tanınmayan tərəflərini nümayiş etdirmək, insanları barədə məlumat vermək niyyətindəyik”

Misirin turizm nazirliyinin məlumatında qeyd olunur ki, ilk videoçarx iki dəqiqədən çoxdur. Ölkənin “gizli mirvarilərini”, həm də turistik istiqamətin bütün cəlbedici tərəflərini göstərmək mümkündür. Videoçarxda ənənəvi Giza Piramidalarından və Luksorun heykəllərindən, İskəndəriyyənin və Asuanın görüntüləri var. Bundan başqa, səhralar, hava şarında uçuş, balıq bazarı, dağa dırmaşma və digər fəal istirahət növləri görüntülənir.

Gürcüstanda hotel sahibləri etiraz aksiyası keçiriblər

0
Gürcüstan

Gürcüstanın Kobuleti rayonunda hotel sahibləri etiraz aksiyası keçiriblər.

APA-nın yerli bürosunun xəbərinə görə, aksiyada iştirak edən etirazçılar Kobuletidə turizm mövsümünün müvəffəqiyyətsiz keçdiyini deyərək, bu səbəbdən də kiçik və orta sahibkarların kommersiya banklarından aldıqları mövsümi kreditləri ödəmək iqtidarında olmadıqlarını bildiriblər.

Etirazçılar hökümətdən kredit borclarının yenidən hesablanmasını və ya faiz subsidiyalarının verilməsini tələb edirlər.

Kobuleti meri Mirian Katamadze aksiyaçılarla görüşüb və problemin həlli istiqamətində işlərə başlandığını bilirib.

“Yerli rəhbərlik sahibkarlar üçün problemi yüngülləşdirmək üçün mərkəzi hökumətlə işləyir. Bank kredit faiz dərəcələrinə subsidiya verilməsi məsələsi müzakirə olunur, lakin bu, çətin bir prosesdir, konkret meyarların hazırlanması lazımdır. Yaxın vaxtlarda hər şeyə aydınlıq gətiriləcək və əhali müvafiq dəstək alacaq “, – deyə Mirian Katamadze bildirib.

Etirazçılar problem həll olunmayacağı təqdirdə aksiyanı daha da genişləndirəcəklərini bəyan ediblər.

Amerikalı turist qadının döyüldüyü kurortu bağlayıblar

0
Amerikalı turist

Dominikan Respublikasında amerikalı turist qadının fiziki zorakılığa məruz qaldığı kurortu müvəqqəti olaraq bağlayıblar.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, Delaver ştatının 51 yaşlı sakini Temmi Lourens-Deyli naməlum şəxs tərəfindən döyülüb və ona ağır bədən xəsarətləri yetirilib. O, öz fotoşəkillərini sosial şəbəkələrdə yerləşdirib. ABŞ-a qayıdan turist qadın bildirib ki, onu döyən şəxs otelin əməkdaşı olub.

Bu hadisədən sonra məlum olub ki, Dominikan Respublikasının kurortlarında 10-dan çox amerikalı turist həyatını itirib və bu səbəbdən Şimali Amerikadan bu ölkəyə turist axını xeyli azalıb.

Amerikalı turistin döyüldüyü Punta-Kane şəhərindəki Majestik Resorts kurortunun administrasiyası bəyan edib ki, KİV-lərdə ABŞ-dan gələn turistlərin ölümü və ya ağır bədən xəsarətləri alması haqqında çıxan xəbərlərdən sonra onlar minlərlə müsafirdən məhrum olublar. Turistlər mindən çox otel sifarişini ləğv edib və kurortlar demək olar ki, boş qalıb. Nəticədə kurortu müvəqqəti bağlamaq lazım gəlib. Bu turizm məkanı avqustun 15-də bağlanacaq və noyabrın 7-də yenidən fəaliyyətə başlayacaq.

Eyni zamanda, iyul ayında zərərçəkmiş Lorens-Deyli kurortun əleyhinə iddia qaldıraraq aldığı xəsarətlə bağlı 3 milyon dollar təzminat tələb edib.

32 turizm şirkəti ATAA-ya üzv oldu

0
turizm

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası quruma üzv olmaq istəyən namizədlərin üzvlük müraciətlərinə baxıb.

Dövlət Turizm Agentliyindən News24.az-a verilən məlumata görə, İdarə Heyəti tərəfindən təşkil olunan toplantıda yeni namizədlərin iş fəaliyyətindən danışılıb. Onların Azərbaycan turizm bazarında nüfuzu, şirkətlərin müştəri məmnunluğunun səviyyəsi müzakirə edilib və rəylər dinlənilib.

Müzakirələr zamanı ilkin mərhələdə Assosiasiyanın əsas götürdüyü keyfiyyət meyarlarına cavab verən 32 turizm şirkəti quruma üzv qəbul edilib.

Assosiasiyanın standartlarına cavab vermədiyi üçün 2 turizm şirkətinin üzvlüyü təmin olunmayıb. Toplantıda eyni zamanda qurumun Ekspertlər Şurasına üzvlər qəbul olunub.

İclasda son günlər bəzi turizim şirkətlərinin qeyri-peşəkar fəaliyyəti, bunun nəticəsində yaranan vətəndaşların narazılıqları və ortaya çıxan problemlərin həlli istiqamətində atılacaq addımlar müzakirə edilib.

Bu ölkələrə kişilərsiz də gedə bilərsiz

0
Ölkələr

Yanınızda güclü cinsdən heç kəs yoxdur? Xarici ölkələrdə tək istirahət eləməyə qorxursunuz? Narahat olmayın, qadınların rahat istirahət edəcəyi ölkələrin siyahısı açıqlanıb.

Ekspertlərin fikrincə, qadın turistlər üçün ən təhlükəsiz yer Kanadadır. Bu ölkədə cinayətkarlıq faizi azdır, əhali qonaqpərvərdir. Üstəlik, Vankuver Monrealı görəcəksiniz.

SMnews“-un yazdığına görə, siyahıda ikinci yeri İtaliya tutur. Çılğın italyanlar gözəl qadınların arxasınca fir çalsalar da, qadına qarşı ədəbsiz davranmağı heç vaxt özlərinə yaraşdırmazlar. Onlar çox alicənabdırlar.   Orada qadınların işə rahat gəlib-getməsi üçün ayrıca vaqonlar da ayrılıb. 

Malta da təhülükəsiz ölkədir, deyirlər, orada hər kəs bir-birini tanıyır.

Yaponiya da ən təhlükəsiz ölkələrdəndir. Oğrular, demək olar, yoxdur, qadınlara və uşaqlara xüsusi münasibət mövcuddur.

Beşliyi” dünyanın ən zəngin və təhlükəsiz ölkələrindən sayılan Sinqapur tamamlayır. 

Mahmud Vaezi: İran ilə Azərbaycanın əlaqələri səmimi dostluğa və qardaşlığa əsaslanır

0
Mahmud Vaezi

İran ilə Azərbaycanın əlaqələri səmimi dostluğa və qardaşlığa əsaslanır.

Bu sözləri İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib. O bildirib ki, qarşılıqlı iqtisadi əlaqələr inkişaf etməkdədir. Hər iki ölkənin prezidentinin nümayiş etdirdiyi siyasi iradə bu gün fayda verir. İran ilə Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında mühüm rol oynayırlar. Bu dəhlizin dəmir yolları İran və Azərbaycandan keçərək Avropaya qədər uzanacaq. Hazırda dəhlizin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Rəşt-Astara (İran)-Astara (Azərbaycan) hissəsində isə inşaat işləri davam edir. Bu yol istifadəyə verildikdən sonra iki qonşu və dost dövlətlər arasında iqtisadiyyat, ticarət, mədəniyyət, turizm sahələrindəki əməkdaşlıq əlaqələri daha da genişlənəcək. Bu beynəlxalq nəqliyyat layihəsindən təkcə İran ilə Azərbaycan deyil, bölgənin digər dövlətləri də faydalanacaqlar.

Mahmud Vaezi diqqətə çatdırıb ki, hər iki ölkənin prezidenti arasında dostluq münasibəti var və bu dövlətlərarası əlaqələrə də müsbət təsir göstərir. Azərbaycan İranın önəm verdiyi qonşu dövlətdir.

Daha turistlərə kələk gələ bilməyəcəklər

0
turizm

Turizm şirkətlərinin fəaliyyətinə nəzarəti gücləndirmək üçün onlar mülki məsuliyyət sığortasına cəlb ediləcək. Azərbaycan-a özəl açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib. Bəzi turizm şirkətlərinin turistlərin etimadından istifadə edərək onları aldatması faktlarına münasibət bildirən Agentlik nümayəndəsi bu istiqamətdə bir sıra yeniliklərin tətbiq ediləcəyini vurğulayıb.

O, bildirib ki, 2015-ci ildən etibarən turizm sahəsində lisenziyalar ləğv edilib: “Azərbaycan Prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında turizm sahəsi öz əksini tapmayıb. Bu, turizm bumuna təkan verən amillərdən biri olub. Lisenziyaların ləğvi turizm sənayesində canlanma yaratdı. Bu gün üçün Azərbaycanda 3 mindən çox turizm şirkəti var. Hazırda turizm şirkətlərinin sistemləşməsi prosesi gedir. İlin sonuna qədər turizm reyestri yaradılacaq. Turizm reyestrində həmin şirkətlər də qeydiyyatdan keçəcək və kateqoriyalara bölünəcəklər. Kateqoriyalar onların göstərdiyi xidmətin çeşidi və səviyyəsinə görə müəyyən olunacaq. Bu sahədə dövlət nəzarətini faktiki olaraq gücləndirmək üçün turizm şirkətləri mülki məsuliyyət sığortasına cəlb ediləcəklər. Bu sığorta vasitəsilə onların yerli və xarici turistlər qarşısında öhdəlikləri təmin ediləcək Bu gün üçün Milli Məclisdə Turizm haqqında qanun müzakirə edilir. Yeni nəzarət və sistemləşmə mexanizmləri hüquqi normativ aktlarda göstəriləcək”.

K. Quluzadə bildirib ki, turizm şirkətləri ilə bağlı Dövlət Turizm Agentliyinə rəsmi olaraq bir müraciət daxil olub. O da yerli turistin sərhədi keçməsində yaranmış problemlə bağlı olub: “Biz yerli KİV-i monitorinq edirik. Bəzən turistlərin aldadılması halları baş verir. Bu, sistemli xarakter daşımasa da, bu cür hallar qeydə alınır. Biz bu cür arzuolunmaz halları hüquqi məsuliyyət sığortası ilə tənzimləməyə çalışırıq”.

Azərbaycan Turizm Bürosu Rusiya və Almaniya turagentlərinə onlayn təlimlər keçəcək

0
turizm

Azərbaycan Turizm Bürosu Rusiyanın tanınmış “Profitravel” onlayn təlim portalında yeni layihəyə başlayıb.

Təkcə rusiyalı deyil, eyni zamanda qazaxıstanlı və özbəkistanlı turagentlərin də üzv olduğu portal vasitəsilə cari ilin sonunadək 3 təlim keçiriləcək. Layihə çərçivəsində MDB ölkələrindən 5000-ə yaxın turagent portalın Azərbaycana həsr olunmuş səhifəsində qeydiyyatdan keçərək onlayn təlimlərdə iştirak edəcək.

Təlimlər Bakı və digər şəhərləri əhatə etməklə ölkənin əsas turistik obyektləri ilə tanışlıq, ekskursiya turları, sağlamlıq və qış turizmi kimi mövzuları ehtiva edəcək.

Azərbaycan Turizm Bürosu eyni zamanda Almaniyanın tanınmış “FVW Academy” onlayn təlim portalı ilə əməkdaşlığa start verib.

Almandilli auditoriyanın turagentliklərini və turoperatorlarını əhatə edən layihə 2020-ci ilin iyul ayının sonunadək davam edəcək. İl ərzində bu haqda 5000-dən çox abunəçiyə bir neçə dəfə bülleten formasında xəbərlər göndəriləcək.

Portalda ölkənin əsas turistik obyektləri ilə tanışlıq, ekskursiya turları, şərab turları, biznes turizmi, Azərbaycanın təbiəti və mədəniyyəti haqqında məlumat paylaşılıb. Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zengstşmidin müsahibəsi yerləşdirilib.

Hər iki təlim portalında müvafiq test mərhələlərini uğurla adlayan iştirakçılar onlayn sertifikat əldə etməklə Azərbaycan turizmi üzrə ixtisaslaşmış turagent olaraq fəaliyyət göstərə biləcəklər. Rusiya turagentlərindən ən yaxşı nəticə göstərmiş 10 iştirakçının Azərbaycana tanışlıq səfəri təşkil ediləcək. Almandilli auditoriya üzrə fərqlənən iştirakçılar isə lotereya oyunu əsasında hədiyyə qazanacaqlar.

Türkiyədə ticarətçilər “hər şey daxil” sistemini məhdudlaşdırmağı tələb ediblər

0
ticarət

Türkiyənin Sidə Alanya kurortlarındakı ticarətçilər və sənətkarlar hökumətə müraciət edərək otellərdə “hər şey daxil” sistemi üzrə standartlara yenidən baxılmasını xahiş ediblər. Bu barədə ölkənin Turizm Operatorları Assosiasiyası məlumat yayıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə Manavqat şəhər Ticarət-Sənaye Palatasından “hər şey daxil” standartlarının dəyişdirilməsi və otellərin bu formatda fəaliyyət göstərməsinin digər biznes sahələrinə zərər verməyəcəyi rayonların müəyyən edilməsi ilə bağlı məktub daxil olub. Müraciətdə xatırladılır ki, Türkiyə səfər ərzində ən azı 1000 dollar xərcləyəcək “keyfiyyətli” turistlərin cəlb olunması xəttini götürüb.

Palata üzvlərinin qənaətinə görə, “hər şey daxil” sistemi onların biznesini məhv edir, bu format üzrə standartların dəyişdirilməsi isə müsafirlərin gəlirlərinin “ədalətli rəqabət” prinsipi əsasında ticarətçilər və otellər arasında bölüşdürülməsinə imkan verəcək. Belə ki, bu gün turistlər otellərdən çıxmır, ölkə üzrə səyahət etmir və mehmanxana xaricində qastronomiya və alış-verişə pul xərcləmirlər.

Alanya sənətkarları da analoji mövqedədir: Manavqat Ticarət-Sənaye Palatasının prezidenti Nuri Dəmir bildirib ki, hazırda buradakı otellər də, mağazalar da boşdur. Bir çox ticarətçi mövsümdə mağaza açmaq üçün kredit götürüb. Lakin onların faizlərini qaytara bilmir. Onlar daha köklü dəyişikliklər edilməsini istəyirlər və şəhərin mərkəzində “hər şey daxil” sisteminin dəyişdirilməsini tələb edirlər.

“Hava limanının xərcləri turizmin inkişafına mane olur”

0

Misirin Qahirə şəhərindən “PAS” hava yollarına məxsus təyyarələrlə reallaşdırılan ardıcıl çarter uçuşların birincisi Avqustun 7-də Azərbaycanın Qəbələ hava limanına həyata keçirilib.

“Zakher Travel” turizm şirkətinin rəhbəri Cəfər Qarayev bildirib ki, Misirdən birbaşa çarter uçuşlar 7 istiqamət üzrə aparılacaq. Ümumiyyətlə, çarter reysləri vasitəsilə Azərbaycana 600-dək misirli turistin gələcəyi gözlənilir.

Təsdiqlənmiş qruplarda həm istirahət məqsədilə, həm də konfransda iştirak etmək üçün gələcək turistlər mövcuddur. İstirahət məqsədilə gələn qrupların proqramları aşağıdakı kimidir. İki gecə Bakıda, iki gecə Qəbələdə, üç gecə isə Bakıda. Konfransa qatılmaq məqsədilə Azərbaycana gələnlər isə üç gecə müddətində Bakıda qonaqlanacaqlar.

“İlk qrupun təcrübəsi göstərdi ki, Misirdən gələn turistlər digər ərəb ölkələrindən gələn qonaqlardan fərqlənir. Azərbaycanın mədəniyyət, turizm abidələrinə, qoruqlarına daha çox maraq göstərirlər. Məsələn, Heydər Əliyev Mərkəzi qonaqlar arasında maraq yaradan turizm obyektlərindən olub. Bundan başqa, misirli turistlər marşrutun çətinliyinə baxmayaraq, Xınalıq gəzintisinə də böyük həvəs göstərirlər. Bildiyiniz kimi, iri avtobuslarla Bakıdan Xınalığa birbaşa getmək mümkün deyil. Bakı-Quba istiqamətində bir nəqliyyat vasitəsinin istifadə edilməsi, daha sonra Qubadan Xınalığa digər nəqliyyat vasitələri ilə gəzintinin davam etdirilməsi qonaqlar üçün çətin və yorucu olsa da onlar gəzintini uğurla başa vurmuşdur”, – deyə Cəfər Qarayev bildirib.

Misir təcrübəsi turizmin inkişafı üçün bəzi addımların atılmasının zəruriliyini də gündəmə gətirib. Bildiyiniz kimi, körfəzin ərəb ölkələri asanlaşdırılmış viza rejimlərindən yararlanmaqdadır. Eyni şərtlərin Misir, Sudan, Əlcəzair kimi ölkələrin vətəndaşlarına da tətbiq olunması turistlərin sayının artırılmasında effektiv olacaq. Yeri gəlmişkən BƏƏ-də oturumu olan əcnəbilər üçün tətbiq olunan hava limanında sadələşdirilmiş viza prosedurlarının digər ərəb ölkələrinin əcnəbi sakinlərinə də tətbiq olunması turist axınını daha da yaxşılaşdıracaq.

Onun sözlərinə görə, hava limanının xərcləri son zamanlarda turizmin inkişafına mane olan amil kimi meydana çıxmaqdadır. Beynəlxalq təcrübədə olduğu kimi Azərbaycanda beynəlxalq statuslu hava limanlarından birindən aşağı büdcəli uçuşların təmin edilməsi turizmin inkişafı üçün mühüm addım ola bilər. Məsələn, Qəbələ Beynəlxalq Hava Limanından aşağı büdcəli beynəlxalqa uçuşların reallaşdırılması regionda işsizliyin aradan qaldırılmasına, region əhalisinin əlavə gəlirlərinin, turizm şirkətlərinin, nəqliyyat vasitələrinin gəlirlərinin artırılmasına səbəb olacaq. Təyyarələrin Qəbələyə düşməsinin digər üstünlüyü isə qonşu regionların da turistlər üçün destinasiyaya çevrilməsinə zəmin yaradacaq.

Cəfər Qarayev deyib: “Bu gün artıq Qahirədən ikinci çarter uçuş baş tutub. Bu dəfə təyyarə Qəbələyə deyil, məhz paytaxtımız Bakıya eniş edib. Bu qrupla gələn qonaq sayı 70 nəfərdir. Bu qruplar Azərbaycanın həm istirahət üçün uyğunluğunu, həm də biznes tədbirlərinə münasibliyini təkrar gündəmə gətirərək ölkəmizin turizm potensialının artırılmasına mühüm töhfə verəcək və iqtisadiyyatımızın inkişafında turizm sahəsinin payını artıracaq”.

Qeyd edək ki, misirli turistlərin Azərbaycana səfəri bu ölkənin “Abosamra Travel” şirkəti ilə bağlanmış müqavilə əsasında həyata keçirilir. Çarter reysləri sentyabrın 7-dək davam edəcək. Bir ay ərzində 7 uçuşun həyata keçirilməsi nəzərdə tutulur.