Ev Blog Səhifə 179

Efiopiyanın Amhar ştatı turizmdən 100 milyon dollar gəlir əldə etməyi planlaşdırır

0
Efiopiya

Efiopiyanın şimalındakı Amhar ştatı regionda 2019/20 maliyyə ilində turizm xidmətlərinin göstərilməsindən ümumilikdə 100 milyon dollar gəlir əldə etməyi planlaşdırır.

Bu barədə Amhar ştatının Mədəniyyət və Turizm Bürosunun direktoru Melkamu Adam bildirib. Büronun proqnozuna görə, bu gəlirin gələn turist mövsümündə regionu ziyarət edəcək 16 milyon yerli500 mindən çox xarıcı turistlərə göstərilən xidmətlərdən əldə olunacağı nəzərdə tutulur.

Melkamu Adam vurğulayıb ki, keçən maliyyə ili ərzində regiona 11 milyon Efiopiya vətəndaşı və 270 min xarici turist səfər edib. Onlara göstərilən xidmətlərdən ümumilikdə 75 milyon dollar gəlir götürülüb.

Büronun direktoru həmçinin bildirib ki, qonşu ştatlardakı münaqişələr və iğtişaşlar Amhar regionuna turist axınına olduqca mənfi təsir göstərib. Efiopiya turizm sahəsinə son illər ərzində baş verən hökumət əleyhinə etiraz halları və bir neçə dəfə fövqəladə vəziyyət rejiminin tətbiqi də ziyan vurub.

Rayonlarda evlərin qiyməti niyə beş yüz minə yaxındır? – RƏQƏMLƏR, SƏBƏBLƏR

0
Bölgələr

Hər il olduğu kimi, cari ildə də Azərbaycanın turizm üçün münasib hesab edilən rayonlarında evlərin həm kirayə, həm də satış qiyməti artıb.

Hətta bəzi rayonlarda belə evlərin qiyməti Bakıdakı mənzillərin qiymətindən daha yüksəkdir. Məsələn, Qaxın ən görməli yerlərindən biri olan İlisuda evlərin qiyməti ötən illə müqayisədə bir qədər də yüksəlib. Burada satışda olan evlərin qiyməti hətta 140-300 min manat arasında dəyişir. Məlumata görə, hətta orada 450500 min manat dəyəri olan evlər də var.

Maraqlıdır, rayonlarda daşınmaz əmlak bazarında mənzillərin bu qədər baha olmasını zəruri edən səbəblər hansılardır? Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramin Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: “Hər il öncəki illə müqayisədə turizm bölgələrinə turist axını artır. Bu isə evlərin qiymətinin artmasına səbəb olur. Bundan başqa, biz turizm bölgələrində torpaq sahələrinin sürətlə məhdudlaşmasını müşahidə edirik. Bu amil isə turizm üçün əlverişli olan rayonların bəzi kəndlərində hətta torpaq sahələrinin qiymətinin 1 sot üçün 5 min manatdan daha yuxarı olmasına səbəb olur. Qax, Qəbələ, İsmayıllı, Şamaxı, Quba-Xaçmaz və respublikanın cənub ərazilərində daşınmaz əmlak bazarında qiymət artımı müşahidə edilir”.

“Eyni zamanda, qeyd edim ki, fərdi yaşayış evlərinin qiymətinin də torpaq sahələrinin qiymətinə təsiri var. Fərdi yaşayış evlərinin tikintisində torpaq sahələri xüsusi çəkiyə malik olur. Hətta satış qiymətləri ilə yanaşı, kirayə mənzil bazarında da qiymət artımı müşahidə edilir. Düşünürəm ki, bu proses növbəti illərdə də davam edəcək. Çünki tələb artsa da, təklif azalıb”, – deyə ekspert əlavə edib.

Lakin onun sözlərinə görə, bölgələrdə yaşanan bu tendensiya Bakıdakı qiymətlərə təsirsiz ötüşəcək: “Adətən, yay aylarında Azərbaycanda torpaq və evə tələb azalır, qiymətlər stabilləşir. Qalan dövrlərdə isə bunun əksi müşahidə edilir”.

Azərbaycan Rieltorlar İttifaqının sədri Elnur Azadov isə deyir ki, turistik rayonlarda qiymət artımının əsas səbəbi belə yerlərdə otellərin sayının azlığı ilə əlaqədardır. Say az olduqda, fərdi evlər və fərdi villaların günlük kirayə və satış qiymətində istər-istəməz qiymətlər də yüksək olur. Bundan başqa, havaların bu il Bakıda o qədər də isti keçməməsi yerli əhalinin də bölgələrə axınına təsir edib.

Öncəki illərlə müqayisədə əhali Bakıda çimərlikətrafı ərazilərə deyil, bölgələrə üz tutur. Xarici turist axının olması da bu məsələdə təsirsiz deyil”.

“Amma qeyd edim ki, kirayə üçün aylıq qiyməti günə böldükdə sutkalıq verilən evlərin qiymətinin ondan daha yüksək olduğunu görə bilərik”, – deyə o əlavə edib.

O bu qiymətlərin Bakıya təsirindən də söz açıb: “Hər il avqustun sonlarından mayadək Bakıda evlərə tələbat yüksək, təklif isə az olur. Bu da tələbə axını ilə əlaqədardır. Nəticədə də Bakıda xüsusən də kirayə mənzil bazarında qiymətlər yüksəlir. Öncəki 2-3 illə müqayisədə qiymətlərin Bakıda yüksək olmasının digər səbəbi isə kirayə və mənzil bazarında olan köhnəlmiş evlərin sökülməsi ilə əlaqədardır. Bu səbəbdən də son 2-3 ildə qiymətlərdə 20-30 faizədək artım müşahidə edilir”.

Tərtər çayı üzərindəki qədim körpü – FOTO

0
Tərtər

Keçmişdə dünyanın dördbir tərəfinə uzanan karvan yolları qədim Bərdə körpüsündən keçirmiş.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, körpü X-XI əsrlərdə tikilib və 15 tağdan ibarət olub. 

Tərtər çayı üzərində yerləşən körpü Azərbaycanda nadir tarixi abidələrdəndir ki, qalıqları bu günümüzə qədər gəlib çatıb. Körpü, əsasən, çay daşlarından, üst hissəsi isə qırmızı kərpicdən hörülüb. Özülü çox aşırımlı dayaqlar üzərində qurulub.

Tarixi körpünün istiqamətindən də görünür ki, Tərtər çayı keçmişdə indiki yatağı ilə deyil, tamam fərqli məcrada axıb. 

Bərdə şəhərinin qədim hissəsi orta əsrlərdə olduğu kimi, müdafiə məqsədi daşıyan qala divarları ilə əhatə olunub. Körpünün üzərindəki hərəkət istiqamətindən də görünür ki, şəhərin qala qapıları Şərqə doğru açılıb.

Çox güman ki, Bərdə şəhərinin bir neçə istiqamətə – Gəncə tərəfə və Ağdama doğru qala qapıları olub. X əsr ərəb tarixçiləri İbn Havqəl, Əl-İstəxri və başqalarının əsərlərində də bu barədə məlumatlar var.

Bərdə Regional Turizm İnformasiya Mərkəzindən bildirib ki, Bərdə körpüsü tarixi abidə kimi qorunan maddi mədəniyyət nümunələri sırasındadır. 2015-ci ildə tarixi abidənin ərazisində abadlıq-quruculuq işləri aparılıb, park bulvar sistemi yaradılıb. 


Turizm bölgələrindəki fərdi evlərə tələbat azalıb, amma qiymət artıb – ŞƏRH

0
turizm

Hazırda yay mövsümü ilə əlaqədar bir çox turizm bölgələrimizdə kirayə verilən fərdi evlər olmasa, hotellərin qiyməti daha baha olar.

Bunu  Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı turizm bölgələrindəki fərdi evlər və hotellərin qiymətlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, yalnız yay mövsümündə kirayə evlərə daha çox tələb olduğu üçün bu aylarda qiymət artımı müşahidə olunur:

“Bu da tələbin artımından asılıdır. Tələb artdıqca həmin fərdi evlərin sahibləri qiyməti qaldırır. Bu, təxminən üç aylıq müddəti əhatə edir. Bunu təbii qarşılamaq lazımdır.

Bizim kənd turizmi kimi təqdim etdiyimiz obyektlər olmasa, hotellərdə qiymətlər daha baha olar. Həmin fərdi evlərin hesabına regionlardakı hotellərdə az da olsa, rəqabətlilik yaratmaq olur. Bu mənada, hotellər kəskin tələb olmadığına görə qiyməti o qədər də artırmır. Amma yay mövsümü üçün respublikanın turizm zonalarındakı aşağı təhcizatlı hotellərdə qiymət 50-60 manatdan başlayır. Halbuki onları funksionallıq baxımından hotel kimi təqdim etmək olmaz. Bu baxımdan, hesab edirəm ki, bu gün kənd turizminin inkişafına ehtiyac var.   

Regionların özlərində belə, kəndlərdən asılı olaraq qiymətlər dəyişir. Məsələn, turizm üçün əlverişli regionlardakı kəndlərdə qiymətlər minimum 30 manatdan başlayır. Elə evlər var ki, onların gündəlik qiyməti 250 manatdan da bahadır. Həmin evlər iki və daha çox ailəni, 15 nəfərdən çox turisti qəbul etmək imkanına malikdir”.

Ekspert əlavə edib ki, bu yay mövsümündə rayonlardakı fərdi evlərə tələbat ötən illərdən aşağı olub:

“Düzdür, qiymətlərdə artım var. Amma aparılan tətqiqatlar göstərir ki, bu yay mövsümündə  rayonlardakı fərdi evlərə tələbat ötən illərlə müqayisədə aşağı olub. Ola bilsin ki, bu, havaların nisbətən sərin keçməsi ilə bağlıdır”.

Mərkəzin rəhbəri bildirib ki, ümumiyyətlə, orta səviyyədə olan ikiotaqlı fərdi yaşayış evinin qiyməti təqribən 40-50 manatdan başlayır:

“Maksimum qiymətlər isə evin vəziyyətindən asılıdır. Yəni otaqların sayı beşdən çox, evin həyəti böyük, hovuzu varsa, qiymət 250 manatdan yuxarıdır.

Hotellərdə isə qiymətlər kəskin yüksəkdir. Məsələn, Qəbələdə yay mövsümündə bir nəfər üçün nəzərdə tutulan, amma iki nəfərin qaldığı otağın qiyməti minimum 100-110 manatdan başlayır. Ailə üçün otaqlar 400-450 manat olur. Xidmətin keyfiyyəti və digər baxımdan hotellər daha təminatlı və sərfəlidir. Amma qiymət baxımından fərdi yaşayış evləri yaxşıdır”.

R.Osmanlı qeyd edib ki, bu il turistlərin daha çox maraq göstərdiyi regionlar Quba, Xaçmazın Nabran kimi tanıdığımız istirahət məkanı, Qusar, Masallı, Lerik, Yardımlı, Lənkəran, İsmayıllı, Qəbələ, Şamaxı, Oğuz və Şəkidir:

“Regionun məsafəsi uzandıqca oraya turistlərin axını azalır. Həftəsonları turistlərin axını daha çox müşahidə olunur. Daşkəsən, Tovuz və Gədəbəy kimi rayonlar turizm baxımından əlverişlidir. Amma həmin bölgələrə getmək vaxt tələb edir”. 


Qahirədən ölkəmizə çarter reysləri vasitəsilə 600-dək misirli turistin gələcəyi gözlənilir

0
Qahirə

Bilmirəm, nə sirri-xudadırsa bu torpaq insanları özünə yaman cəzb edir. Dünyanın dörd bir tərəfi cənnət-məkan olsa da, Azərbaycan bu gözəlliyin tacı, zirvəsi, nur saçan mayakıdır desək, yanılmarıq. Zaman keçir, dünya sürətlə inkişaf edir. Amma Şərqin hikmətini, fəlsəfəsini, müdrikliyini Qərbin müasirliyi ilə birlikdə qoruyan, yaşadan və böyük məharətlə dünyaya təqdim edən Azərbaycan onu deyib gələn hər kəsin yaddaşında əbədi iz salmağı bacarır…

Qafqazı “bəşəriyyətin beşiyi” adlandıran böyük fransız ədibi Aleksandr Düma “Qafqaz” əsərində Azərbaycanın, onun təbiəti və insanlarının ürəyində dərin iz buraxdığını açıq şəkildə vurğulayaraq “Nə olaydı, mənə bir də bu yerlərə gəlmək qismət olaydı!” deyib. Onun Azərbaycana gəldiyi vaxtdan bizi əsr yarımdan artıq bir dövr ayırsa da, avropalılar bu gün də ölkəmiz haqqında öz sələfləri kimi ürəkdolusu danışırlar. Ona görə ki, Şərq və Qərb sivilizasiyalarını bir araya gətirən Azərbaycan insanlarının səmimiliyi və qonaqpərvərliyi, tarixi-mədəni abidələri, gözəl təbiəti, min bir dərdin dərmanı olan mineral bulaqları, milli xörəkləri, musiqisi və bir çox digər sərvətləri ilə hər zaman məşhur olub və olacaq.

Neft və qaz potensialı ilə tanınan Azərbaycan, son illər qeyri-neft sahəsi olan turizm potensialı ilə də önə çıxmaqdadır. Dövlət dəstəyi sayəsində ölkəmizdə infrastrukturun qurulması, istirahət mərkəzlərinin və ictimai iaşə obyektlərinin yaradılması ölkəmizin turizm potensialını artıraraq yeni destinasiya kimi turistlərin siyahısında öz yerini tutmasına səbəb olub. Əlbəttə, ölkəmizin turizm potensialının önə çıxmasında yerli turizm şirkətlərinin də öz payı var. Bu istiqamətdə görülən işlərdən biri kimi yaxın zamanda yeni istiqamət olan Misirdən turistlərin ölkəmizə cəlb edilməsini göstərə bilərik. Belə ki, avqustun 7-də ölkəmizə birbaşa çarter reysi ilə Misirin Qahirə şəhərindən ilk uçuş baş tutdu. “PAS” hava yollarına məxsus təyyarələrlə reallaşdırılan ardıcıl çarter uçuşların birincisi Azərbaycanın Qəbələ hava limanında reallaşdırıldı. Bu səfərdə 70-ə yaxın turistin qonaqlanmasını və Azərbaycanın müxtəlif regionlarında gəzintisini təmin və təşkil edən “Zakher Travel” ölkəmizdə turizm sahəsinin inkişafı üçün mühüm istiqamətin başlanğıcını qoymuşdur.

Şirkətin rəhbəri Cəfər Qarayev bildirib ki, Misirdən birbaşa çarter uçuşlar 7 istiqamət üzrə aparılacaq. Ümumiyyətlə, çarter reysləri vasitəsilə Azərbaycana 600-dək misirli turistin gələcəyi gözlənilir.

Təsdiqlənmiş qruplarda həm istirahət məqsədilə, həm də konfransda iştirak etmək üçün gələcək turistlər mövcuddur. İstirahət məqsədilə gələn qrupların proqramları aşağıdakı kimidir: İki gecə Bakıda, iki gecə Qəbələdə, üç gecə isə Bakıda. Konfransa qatılmaq məqsədilə Azərbaycana gələnlər isə üç gecə müddətində Bakıda qonaqlanacaqlar.

“İlk qrupun təcrübəsi göstərdi ki, Misirdən gələn turistlər digər ərəb ölkələrindən gələn qonaqlardan fərqli olaraq Azərbaycanın mədəniyyət, turizm abidələrinə, qoruqlarına daha çox maraq göstərirlər. Məsələn, Heydər Əliyev Mərkəzi qonaqlar arasında maraq yaradan turizm obyektlərindən olub. Bundan başqa, misirli turistlər marşrutun çətinliyinə baxmayaraq, Xınalıq gəzintisinə də böyük həvəs göstərirlər. Bildiyiniz kimi, iri avtobuslarla Bakıdan Xınalığa birbaşa getmək mümkün deyil. Bakı-Quba istiqamətində bir nəqliyyat vasitəsinin istifadə edilməsi, daha sonra Qubadan Xınalığa digər nəqliyyat vasitələri ilə gəzintinin davam etdirilməsi qonaqlar üçün çətin və yorucu olsa da onlar gəzintini uğurla başa vurmuşdur”, – deyə Cəfər Qarayev bildirib.

Misir təcrübəsi turizmin inkişafı üçün bəzi addımların atılmasının zəruriliyini də gündəmə gətirib. Bildiyiniz kimi, körfəzin ərəb ölkələri asanlaşdırılmış viza rejimlərindən (e-viza və hava limanında viza əldə edilməsi) yararlanmaqdadır. Eyni şərtlərin Misir, Sudan, Əlcəzair kimi ölkələrin vətəndaşlarına da tətbiq olunması turistlərin sayının artırılmasında effektiv olacaq. Yeri gəlmişkən BƏƏ-də oturumu olan əcnəbilər üçün tətbiq olunan hava limanında sadələşdirilmiş viza prosedurlarının digər körfəzi ölkələrinin əcnəbi sakinlərinə də tətbiq olunması turist axınının daha da artırılmasına zəmin yaradacaqdır.

Onun sözlərinə görə, hava limanının xərcləri son zamanlarda turizmin inkişafına mane olan amil kimi meydana çıxmaqdadır. Beynəlxalq təcrübədə olduğu kimi Azərbaycanda beynəlxalq statuslu hava limanlarından birindən aşağı büdcəli uçuşların təmin edilməsi turizmin inkişafı üçün mühüm addım ola bilər. Məsələn, Qəbələ Beynəlxalq Hava Limanından aşağı büdcəli beynəlxalqa uçuşların reallaşdırılması regionda işsizliyin aradan qaldırılmasına, region əhalisinin əlavə gəlirlərinin, turizm şirkətlərinin, nəqliyyat vasitələrinin gəlirlərinin artırılmasına səbəb olacaq. Təyyarələrin Qəbələyə düşməsinin digər üstünlüyü isə qonşu regionların da turistlər üçün destinasiyaya çevrilməsinə zəmin yaradacaq.

Cəfər Qarayev deyib: “Bu gün artıq Qahirədən ikinci çarter uçuş baş tutub. Bu dəfə təyyarə Qəbələyə deyil, məhz paytaxtımız Bakıya eniş edib. Bu qrupla gələn qonaqların sayı 70 nəfərdir. Bu qruplar Azərbaycanın həm istirahət üçün uyğunluğunu, həm də biznes tədbirlərinə münasibliyini təkrar gündəmə gətirərək ölkəmizin turizm potensialının artırılmasına mühüm töhfə verəcək və iqtisadiyyatımızın inkişafında turizm sahəsinin payını artıracaq”.

Qeyd edək ki, misirli turistlərin Azərbaycana səfəri bu ölkənin “Abosamra Travel” şirkəti ilə bağlanmış müqavilə əsasında həyata keçirilir. Çarter reysləri sentyabrın 7-dək davam edəcək. Bir ay ərzində 7 uçuşun həyata keçirilməsi nəzərdə tutulur.

Rusiyada Azərbaycana payız turlarına maraq bu il 30-40 faiz artıb

0
Misir aeroportu

Rusiya Turizm Operatorları Assosiasiyasının hesablamalarına görə, yanvar-iyun aylarında Azərbaycana turların satışında artım müşahidə olunub.

Assosiasiyanın saytında yerləşdirilən analitik materialda qeyd olunub ki, rusiyalılar Azərbaycana daha çox turizm firmaları vasitəsilə gəlir. “İnturist” operatorunun rəsmi statistikasına görə, bu il Azərbaycana turların satışı 5-7 faiz artıb. Rusiyalılar “last minute”, şəhər turları və qısa ekskursiya turlarını daha fəal bron edirlər. Məsələn, 3-7 günlükHello, Azerbaijan” turu çərçivəsində turistlər Bakı və Abşeronun görməli yerlərində olur, Xəzər sahilində istirahət edirlər.

Muzenidis Trevel” şirkəti Azərbaycana payız turlarına marağın bu il 30-40 faiz artdığını bildirib. Ekspertlərin fikrincə, bu, ölkəmizin geniş turizm imkanları və regionların inkişafı, otellərin münasib qiymətlər və keyfiyyətli SPA xidmətlər təklif etməsi ilə bağlıdır.

Rusiyanın “ALEN” turaperatorundan bildiriblər ki, əvvəllər turistlər, əsasən, Naftalana maraq göstərirdilərsə, indi Abşeron çimərlikləri də diqqət mərkəzindədir.

Məzuniyyətiniz üçün əla istirahət təklifimiz var !!! – Go Travel

0
Trabzon-Ayder-Batumi

Qaradəniz sahilində 5 günlük həm gəzib, həm əylənib, həmdə istirahət edəcəyiniz tura qeydiyyat başlamışdır ?

● TRABZON – AYDER – BATUMI TURU ?
● 22.08.2019 / 28.08.2019

Qiymət: 169 USD

Qiymətə daxildir:
• Nəqliyyat xidməti (VİP)
• Oteldə gecələmə:

Trabzon (2 gecə)

Batumi (2 gecə)


• Qidalanma BB (Səhər yeməyi)
• Turrəhbər xidməti
• Fotosessiya
• Ekskursiyalar:

Batumi: (Batuminin ən Hündür şəlaləsi, Batumi Qədimi Körpü, Batumi Bulvarı, Batumi Botanika bağı, Batumi Delfinaryası)

Trabzon: (Atatürk Köşkü, Ayasofya Muzeyi, Trabzon şəhər meydanı, Trabzon Forum (AVM), Trabzon Uzungöl)

– Ayder yaylası, Rize fırtına dərəsi (rafting).

Qeyd:
• 5 yaşına qədər uşaqlar üçün turda iştirak
ödənişsizdir.

• Müzey, milli park və qoruqlara giriş biletləri qiymətə daxil deyil.

BAKIDAN CIXIŞ:
• 22 avqust saat 19:30 Gənclik Mall-ın qarşısı.
BAKIYA DÖNÜŞ:
• 28 avqust saat 12.00-13.00 arası

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Bu il Gürcüstana ən çox turist Rusiyadan gəlib

0
Turizm

2019-cu ilin II rübündə Gürcüstan ərazisinə gələn beynəlxalq qeyri-rezidentlərin sayı 2,2 milyon təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, bu rəqəm əvvəlki ilin hesabat dövrü ilə müqayisədə 13,4 faiz çoxdur.

Ölkə ərazisinə edilən beynəlxalq səyahətlərin 66.2 faizinin turizm məqsədi ilə baş tutduğu bildirilib. Bu rəqəm 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 13.8 faiz çoxdur. Səyahətçilərin 27.9 faizinin isə ekskursiyaçılar olub.

Hesabat dövründə Gürcüstana ən çox turist 378.2 min nəfərlə Rusiyadan gəlib. Bildirilib ki, Rusiyadan gələn turistlərin sayı əvvəlki illə müqayisədə 36.8 faiz artaraq ümumi turistlərin 24.9 faizini təşkil edib.

2019-cu ilin 2-ci rübündə Gürcüstana edilən beynəlxalq səyahətlərin 46.6 faizi tətil məqsədi ilə olub. Turistlər bu ölkədə orta hesabla 3.9 gün keçiriblər ki, bu 2018-ci ilin analoji dövrü ilə müqayisədə 9.1 faiz çoxdur. Səfərlərin 70 faizi isə təkrarlanan səfərlər olub.

2019-cu ilin aprel-iyun ayları ərzində səfər xərcləri 24.6 faiz artaraq 2.4 milyard lari təşkil edib. Adam başına düşən səfər xərcləri isə 10.3 faiz artaraq orta hesabla 1 261.6 lari təşkil edib.

Yüzlərlə sərnişin təyyarəsiz qaldı – AZAL-dan açıqlama

0
AZAL

Bakıdan Omanın paytaxtı Masqata uçmalı olan AZAL-a məxsus təyyarəni aeroporta sərnişinlər 14 saat gözləyib.

Bizimyol.info xəbər verir ki, sərnişinlər aeroportdan kor-peşman evlərinə dağılışıblar və hələ də nə baş verdiyi barədə heç bir məlumat ala bilməyiblər.

Sosial şəbəkədə yayılan məlumata görə, avqust ayının 8-də AZAL-a məxsus təyyarə Bakıdan Omanın paytaxtı Masqata uçmalı və geri qayıtmalıydı. “Təyin olunan vaxtda təyyarə gəlib çıxmayıb. Bakının 5 ulduz almış aerportuna yığılmış turistlər gecə səhərə qədər çarəsiz halda gözləməli olublar. Həmçinin bayramı Azərbaycanda keçirmək istəyən digər turistlər də səbrsizliklə Masqat aerportunda Bakıdan gələn təyyarəni gözləyirdilər.

Lakin məsələ burasındadır ki, AZAL aeroportda qalan qonaqlarını yerləşdirmirməklə bağlı məsuliyyət daşıdığı halda, hətta əlaqə saxlamaq da mümkün deyil. Dünən gecə Masqatdan Bakıya gəlməli olan və halal pullarını verib bilet almış müştərilər Azərbaycan qonaqpərvərliyindən əvvəl AZAL-ın “xoş münasibəti” ilə qarşılaşıblar. Gecə aeroporta 14 saat gözləmiş müştərilər kor-peşman evlərinə dağılışıblar. Hələ də nə baş verdiyi barədə heç bir məlumat ala bilmirlər, Omanda həmin gün istirahət günüdür . Ofislər bağlıdır, AZAL isə öz təyyarəsinin hara yox olması, bəlkə Qırğızıstana qoyun daşıması, texniki nasazlığı, yaxud sərnişin sayı az olduğu üçün yanacağa qənaət edib reysi ləğv etməsi barədə əcnəbi turistlərlə heç bir informasiya paylaşmır.
Bakıdan getməli və Bakıya gəlməli olan yüzlərlə insan istirahət və bayramla bağlı planları pozulmuş halda gözləyir. Bütün bunlar turizmin inkişafı barədə səs-küylü təbliğatın fonunda cərəyan edir. Otellərə, şirkətlərə xeyli pul ödəmiş turistləri çaş-baş qoyan isə, növbəti reyslə bağlı cüzi də olsa məlumat verməyi AZAL-ın özünə sığışdırmamasıdır”.

Məsələ ilə bağlı AZAL-dan bizimyol.info-ya bildirilib ki, Bakı-MaskatBakı marşrutu üzrə reyslər çarter reyslərdir. Omanın turizm operatorlarından birinin sifarişi ilə yerinə yetirilir: “Məlum olduğu kimi, çarter reyslərinə aviabilet satışı aviaşirkət tərəfindən deyil, birbaşa sifarişçi tərəfindən (bu halda turizm operatoru) yerinə yetirilir. Dünən Bakı-Maskat reysinin aeroporta gələn sərnişinləri sifarişçi tərəfindən yazılmalı və təsdiqlənməli olan həqiqi aviabiletlərlə təmin olunmayıblar. Bu səbəbdən də reysin baş tutması qeyri-mümkündür.

Yaranmış xoşagəlməz vəziyyətin bütün məsuliyyəti turistləri aviabilet və turlarla təmin edən Omanın turizm operatorunun üzərinə düşür. «Azərbaycan Hava Yolları» bu istiqamətdə uçuşların yerinə yetirilməsi üçün həm təyyarələri, həm də uçuş heyyətlərini hər zaman hazır vəziyyədə tutaraq, operator tərəfindən sənədlərin doğru düzgün rəsmləşdirilməsini gözləməkdədir.


Həmçinin qeyd etmək istəyirik ki, «Azərbaycan Hava Yolları» və onun aşağıbüdcəli daşıyıcısı «Buta Airways»-in donanmasındakı bütün təyyarələr (Embraer E-190 modelli təyyarələr də daxil olmaqla) maksimal dərəcədə səmərəli istifadə olunur. Gün ərzində fərqli istiqamətlərə bir neçə reys yerinə yetirirlər. Uçuş cədvəli ilə rəsmi saytımızda öz əksini tapmaqdadır”.

Turizm bölgələrindəki fərdi evlərə tələbat azalıb, amma qiymət artıb – ŞƏRH

0
turizm

Hazırda yay mövsümü ilə əlaqədar bir çox turizm bölgələrimizdə kirayə verilən fərdi evlər olmasa, hotellərin qiyməti daha baha olar.

Bunu Oxu.Az-a Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı turizm bölgələrindəki fərdi evlər və hotellərin qiymətlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, yalnız yay mövsümündə kirayə evlərə daha çox tələb olduğu üçün bu aylarda qiymət artımı müşahidə olunur:

“Bu da tələbin artımından asılıdır. Tələb artdıqca həmin fərdi evlərin sahibləri qiyməti qaldırır. Bu, təxminən üç aylıq müddəti əhatə edir. Bunu təbii qarşılamaq lazımdır.

Bizim kənd turizmi kimi təqdim etdiyimiz obyektlər olmasa, hotellərdə qiymətlər daha baha olar. Həmin fərdi evlərin hesabına regionlardakı hotellərdə az da olsa, rəqabətlilik yaratmaq olur. Bu mənada, hotellər kəskin tələb olmadığına görə qiyməti o qədər də artırmır. Amma yay mövsümü üçün respublikanın turizm zonalarındakı aşağı təhcizatlı hotellərdə qiymət 50-60 manatdan başlayır. Halbuki onları funksionallıq baxımından hotel kimi təqdim etmək olmaz. Bu baxımdan, hesab edirəm ki, bu gün kənd turizminin inkişafına ehtiyac var.

Regionların özlərində belə, kəndlərdən asılı olaraq qiymətlər dəyişir. Məsələn, turizm üçün əlverişli regionlardakı kəndlərdə qiymətlər minimum 30 manatdan başlayır. Elə evlər var ki, onların gündəlik qiyməti 250 manatdan da bahadır. Həmin evlər iki və daha çox ailəni, 15 nəfərdən çox turisti qəbul etmək imkanına malikdir”.

Ekspert əlavə edib ki, bu yay mövsümündə rayonlardakı fərdi evlərə tələbat ötən illərdən aşağı olub:

“Düzdür, qiymətlərdə artım var. Amma aparılan tətqiqatlar göstərir ki, bu yay mövsümündə rayonlardakı fərdi evlərə tələbat ötən illərlə müqayisədə aşağı olub. Ola bilsin ki, bu, havaların nisbətən sərin keçməsi ilə bağlıdır”.

Mərkəzin rəhbəri bildirib ki, ümumiyyətlə, orta səviyyədə olan ikiotaqlı fərdi yaşayış evinin qiyməti təqribən 40-50 manatdan başlayır:

“Maksimum qiymətlər isə evin vəziyyətindən asılıdır. Yəni otaqların sayı beşdən çox, evin həyəti böyük, hovuzu varsa, qiymət 250 manatdan yuxarıdır.

Hotellərdə isə qiymətlər kəskin yüksəkdir. Məsələn, Qəbələdə yay mövsümündə bir nəfər üçün nəzərdə tutulan, amma iki nəfərin qaldığı otağın qiyməti minimum 100-110 manatdan başlayır. Ailə üçün otaqlar 400-450 manat olur. Xidmətin keyfiyyəti və digər baxımdan hotellər daha təminatlı və sərfəlidir. Amma qiymət baxımından fərdi yaşayış evləri yaxşıdır”.

R.Osmanlı qeyd edib ki, bu il turistlərin daha çox maraq göstərdiyi regionlar Quba, Xaçmazın Nabran kimi tanıdığımız istirahət məkanı, Qusar, Masallı, Lerik, Yardımlı, Lənkəran, İsmayıllı, Qəbələ, Şamaxı, Oğuz və Şəkidir:

“Regionun məsafəsi uzandıqca oraya turistlərin axını azalır. Həftəsonları turistlərin axını daha çox müşahidə olunur. Daşkəsən, Tovuz və Gədəbəy kimi rayonlar turizm baxımından əlverişlidir. Amma həmin bölgələrə getmək vaxt tələb edir”.