“İyul ayının məlumatına əsasən, Gürcüstanın turizm sektoru 60 mln. dollara yaxın zərər görüb”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, iyun ayında Acarıstanda turizm sahəsində çox yaxşı tendensiya müşahidə olunub. “Ötən ilin analoji dövrü ilə müqayisədə muxtar respublikada turizm 40% artıb”.
M.Baxtadze qeyd edib ki, bu gün turizm sahəsində kiçik və orta biznesi dəstəkləmək lazımdır: “Biz kiçik və orta biznesin üzləşdiyi problemlərin həlli məqsədilə iki proqram hazırlamışıq. Əminəm ki, biz turizm sahəsində mövcud olan pozitiv dinamikanı geri qaytaracağıq”.
Qeyd edək ki, Gürcüstanın turizm sahəsində qarşılaşdığı maliyyə itkiləri Rusiyanın iyulun 8-dən etibarən bu ölkə ilə birbaşa aviadaşımalara qadağa qoyması ilə bağlıdır.
Vergilər Nazirliyi hər 3-5 gündən bir sahibkarlara xəbərdarlıq edir. Reydlər, nəzarət tədbirləri keçirir. Hədə-qorxu gəlir ki, “kassa çeklərindən istifadə edin”, “işçilərinizi qeydiyyata qoyun” və sair. Ancaq görünür, bu “barmaq silkələmənin” arxa-dayağı olanlara yox, kasıb-kusuba, yəni mikro və kiçik sahibkarlara aidiyyatı var.
Nazirlik son açıqlamasında çoxlu sayda sahibkarlıq subyektinə rəsmi xəbərdarlıq edildiyini və həmin obyektlərə kassa çeklərindən istifadə etməsələr, artıq növbəti dəfə böyük məbləğdə cərimə yazılacağını bildirdi.
Ancaq bilmirik ki, həmin vergi ödəyicilərinin sırasında
Nabrandakı Xüsusi Dövlət Mühafizə Xidmətinin “Ulduz” İstirahət Mərkəzinin adı varmı? Çox böyük ehtimalla, yoxdur. Yoxsa kifayət qədər böyük ərazini əhatə edən bu müasir tipli obyekt ilin-günün bu vaxtında, Vergilər Nazirliyi nəinki xəbərdarlıq edəndə, hətta yeni nəsil müasir kassaların tətbiqinə başlanacağına dair məlumatlar verəndə aşağıda gördüyünüz “kreativ” kassa çeklərindən istifadə etməzdi. Fotoda gördüyünüz kağız parçasını adını çəkdiyimiz istirahət mərkəzində müştəriyə “kassa çeki” əvəzinə təqdim ediblər. Müştəri də bu qeyri-adi “kassa çeki”ni “AzPolitika”ya göndərib.
Bu o deməkdir ki, ya böyük sayda müştərisi olan bu obyektdəki nəzarət-kassa aparatından istifadə edilmir. Ümumiyyətlə həmin obyektdə belə bir aparat yoxdur. Ancaq böyük ehtimalla formal da olsa vergi qeydiyyatı olan istirahət mərkəzini işlədənlər özlərindən kifayət qədər arxayındırlar və bəlkə də heç vaxt işlətmədikləri kassa aparatının yerini belə unudublar…
Təəssüf ki, bu mənzərə təkcə “Ulduz”da deyil, əksər böyük istirahət mərkəzlərində müşahidə olunur. Ancaq nədənsə xırda meyvə köşkünü, siqaret “butkasını” nəzərdən qaçırmayan Vergilər Nazirliyi qiymətlərin od tutub yandığı və turizm sektorunun kökünü baltalayan iri istirahət mərkəzlərini heç cür görə bilmir.Onu da xatırladaq ki, “Ulduz” İstirahət Mərkəzinin yerləşdiyi ərazi 3 saylı Ərazi Vergilər İdarəsinin tabeçiliyindəki zonaya aiddir.“AzPolitika”
Avqustun 11-də Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanında Birinci Xəzər İqtisadi Forumu çərçivəsində “Türkmən səhrası-2019” adlı Xəzər İnnovasiya Texnologiyaları Sərgisinin açılışı olub.
Sərginin açılışında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təbrik məktubu oxunub.
Sərgi çərçivəsində Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın milli stendlərinin təqdimatı keçirilib.
Həmçinin Niderland, BƏƏ, Çin, Türkiyə, Belarus, Fransa, Yaponiya, Almaniya, Özbəkistan, Finlandiya və digər ölkələrin şirkətləri də sərgidə iştirak edirlər.
Sərgidə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, İnnovasiyalarAgentliyi, AZPROMO, “Bakı Beynəlxalq Dəniz TicarətLimanı” QSC, “Azərmarka” MMC, Turizm Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, “Azərtelecom”, “Bestcom group” və R.I.S.K. şirkətləri təmsil edirlər.
Avqustun 12-dək davam sərgi davam edəcək. Müxtəlif şirkətlərin nümayəndələri arasında iki tərəfli görüşlər keçirilib.
Səyyar qəbuldan sonra iştirakçılar və rayon rəhbəri Ziyəddin Əliyev dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Buduq kəndi ilə ətraflı tanış olublar. Küçə boyu görünən sakinlərlə görüşüblər. Qədim evlərə, dağ massivinə baş çəkərək səfalı mənzərənin, əsrarəngiz təbiət lövhələrinin gözəlliyini şahidi olublar. Dəniz səviyyəsindən 2800 metr hündürlükdə yerləşən, buduqluların milli dillərində “Caf“adlandırdığı (mənası rütubət, nəmişlik) ərazidə mətbuat nümayəndələrinə müsahibə verən Ziyəddin Əliyev bu qədim kəndin turizm potensialının çox yüksək olduğunu deyib. IstiPress-ə açıqlamasında Quba icra başçısı Ziyəddin Əliyev bu dağ kəndində gördüklərindən çox böyük ləzzət aldığını və buradan hər tərəfin – hətta Dərbənd qalasının da göründüyünü söyləyib:
“Azərbaycanın hər guşəsi gözəldir. Buduq kəndi həqiqətən çox möhtəşəm, unikaldır. Mən buradakı yüksəklikdən Xəzər dənizini, Xaçmazı, Qusarı, hətta Dərbənd qalasını aydınca gördüm. Hava açıq olanda hər yer adamın ovcunun içi kimi təmiz görünür”.
Ziyəddin Əliyev hesab edir ki, Buduq kəndi Quba üçün yeni turizm marşrutu sayıla bilər. Burada turizmin hərtərəfli inkişafı üçün imkan olduğunu bəyan edən cənab Əliyev dövlət başçısı İlham Əliyevin ölkədə yeni turizm ocaqlarının salınmasında çox maraqlı olduğunu, yerlərə məhz onun xüsusi tapşırığı ilə səfər etdiklərini qeyd edib. Kəndin yolu hazır olduqdan sonra burada müasir turizm obyektlərinin inşa edilməsi üçün iş adamlarına münbit şərait yaranacağını söyləyib:
“Buduq kəndinin məşhur turizm zonası kimi tanınmasına çalışmalıyıq. Mən rayon rəhbəri kimi müəyyən məsələlərdə bu sahəyə diqqət ayıracaq iş adamlarına köməklik etməyə hazıram.”
Respublikamızın kurort şəhəri olan Naftalanda həm şəhər sakinlərinin, həm də yerli və xarici turistlərin asudə vaxtlarının daha yaddaqalan olması üçün üç istirahət məkanı – Heydər Əliyev, Səməd Vurğun və Nəriman Nərimanov parkları yenidən qurulub.
Ölkəmizin turizm sektorunda özünün beynəlxalq şöhrətini ildən-ilə artıran Naftalanda turistlər üçün cəlbedici yerlərin yenidən qurulması və yaradılmasının prioritet olduğunu deyən Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun rəhbəri Ülfət Əliyev bildirib ki, hər üç parkda görülmüş işlər şəhərin ümumi inkişafına xidmət edəcək.
Görülmüş işlər haqqında məlumat verən Ülfət Əliyev bildirilib ki, Heydər Əliyev Parkında səki daşlarının altı mişar daşı ilə hörülüb və 1390 poqonmetr səki daşı düzülüb. Səkilərə 2 min kvadratmetr tamet döşənib.
Ümumi sahəsi 3,64 hektar olan Səməd Vurğun Parkında səki daşlarının altı mişar daşı ilə hörülüb və 2400 poqonmetr səki daşı düzülüb. Səkilərə 3700 kvadratmetr tamet döşənib. Parkda ümumi sahəsi 250 kvadratmetr olan və ilboyu istifadəsi nəzərdə tutulan açıq və qapalı kafenin tikintisində son tamamlama işləri aparılır. Parkda 38 ədəd yeni işıq dirəyi quraşdırılıb. Ərazidə yaşıllıqların suvarılması və digər məqsədlər üçün 1450 metr uzunluğunda su xətti çəkilib. Bundan əlavə, həm dekorativ görünüş, həm də isti yay günlərində parkda sərinlik yaratmaq üçün ərazidə müasir dizaynda fəvvarə quraşdırılıb. Yeni avtodayanacağın beton bordürləri düzülüb, asfalt örtüyü salınıb.
Ümumi sahəsi 6,3 hektar olan Nəriman Nərimanov Parkında da səki daşlarının altı mişar daşı ilə hörülüb. 1280 poqonmetr səki daşı düzülüb. Səkilərə 3200 kvadratmetr tamet döşənib. Bu parkda da sakinlərin və turistlərin mənalı istirahəti üçün fəvvarə quraşdırılıb.
Son illər həyata keçirilən infrastruktur layihələri Gürcüstanın 3-cü böyük şəhəri olan Batumi Cənubi Qafqaz regionunda hub olmaqda iddialı olduğunu bir daha göstərir. Qara dənizin sahilində yerləşən şəhər son illər turizm imkanları ilə yanaşı azad ticarət, investisiya və nəqliyyat imkanlarını da təqdim etməkdə davam edir. Acariya Avtonom Respublikasının rəhbəri Tornike Rijhvadze də öz açıqlamasında rəhbərlik etdiyi regionun nəqliyyat hub-ına çevrilməkdə maraqlı olduğunu qeyd edib.
Batumini loqistika və nəqliyyat dəhlizinə çevirəcək layihələrdən biri də Batumi dəniz limanında mineral gübrələrin saxlanması və tranziti üçün nəzərdə tutulmuş terminalın tikilməsi ilə bağlı layihədir. Bu terminal 2019-cu ilin yanvarında ABŞ-ın “Trammo” şirkəti ilə Böyük Britaniyanın “Wondernet Express LLP” şirkəti arasında əldə edilən anlaşma əsasında tikiləcək. Dünyanın ən böyük nəşrlərindən olan “Forbes” bunu “ambisiyalı tikinti layihəsi” kimi qələmə verib.
Bu işdə Batuminin əsas dəstəkçisi Bakı olacaq
Əvvəlcə deyək ki, “Trammo, Inc.” şirkəti ABŞ-ın ən qocaman şirkətlərindən biridir və 1965-ci ildə yaradılan hazırda 450 əməkdaşı var. “Forbes”in 2011-ci ildə hazırladığı “ABŞ-ın 500 özəl şirkəti” siyahısında 34-cü yerdə qərarlaşıb.
“Forbes” hesab edir ki, bu əməkdaşlıq sazişi Gürcüstan üçün əhəmiyyətlidir və Avropadan olan investorların regiona fokuslanması üçün əsas imkan yaradır. Bu Batumi limanının dövriyyə imkanlarını artırmaqla yanaşı Mərkəzi Asiya ilə Xəzər dənizi vasitəsi ilə mineral gübrə ticarətinin artmasına imkan verəcək. Bəzi Qərb ekspertləri hesab edir ki, Avropa ilə Asiyanı birləşdirəcək bu ticarət yolu “Yeni İpək Yolu”dur. Təbii ki, burada əsas rolu Bakı oynayacaq. Belə ki, Azərbaycanda Batumi limanına qədər olan hissənin daşınması işləri dəmiryolu vasitəsi ilə həyata keçiriləcək. Bu isə bir müddət öncə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin əhəmiyyətini artırır. Həmçinin Asiyadan gələcək və yaxud Asiya gedəcək yüklərin qəbul edilib yola salınmasında Bakı Dəniz Limanı da əhəmiyyətli rol oynayacaq.
Digər tərəfdən də nəzərə almaq lazımdır ki, Azərbaycan özü də gübrə istehsalçısıdır. Belə ki, 2016-cı ilin yanvarın 16-da istifadəyə verilən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ərazisində inşa edilmiş “SOCAR Karbamid” zavodunun illik istehsal gücü 650-660 min tondur.
İlkin hesablamalara görə, zavodun istehsal etdiyi gübrənin 30%-ə qədəri daxili tələbatı ödəməyə, qalan 70%-lik hissəsi isə ixraca yönəldilməlidir. Hesablıamalar onu göstərir ki, Karbamid gübrəsinin ixracından əldə gəlirlər illik 160 mln. ABŞ dollarına bərabər olacaq.
Artıq BTQ və dəniz nəqliyyatı vasitəsi ilə karbamid gübrəsi Türkiyəyə ixracı həyata keçirilib. Əgər Batumidəki layihə də uğurla reallaşarsa Azərbaycanın qeyri-neft sektorunda reallaşdırılan ən iri layihəsi olan “SOCAR Karbamid”in məhsulu bu terminal vasitəsi ilə də Avropa bazarlarına da çıxarıla bilər.
Bütün bunlar isə Azərbaycanın tranzit və ixracatçı ölkə kimi əhəmiyyətini daha da artıracaq və büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun payının çoxalmasına səbəb olacaq.
Çinin iri liman şəhərlərindən olan Çindaoda “Bir kəmər, bir yol” ölkələrindən idxal edilən məhsulların sərgisi keçirilir.
Avqustun 8-dən 12-dək davam edəcək sərgidə Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə “Made in Azərbaijan” vahid ölkə stendində ölkəmizdə istehsal olunan müxtəlif növ keyfiyyətli kənd təsərrüfatı məhsulları, o cümlədən şərab və digər spirtli içkilər, meyvə şirələri, mürəbbələr, mineral suların və başqa məhsulların sərgisi və satışı təşkil olunub. Bundan əlavə, sərginin keçirildiyi ticarət mərkəzindəki iri reklam monitorlarında ölkəmizin turizm potensialı barədə videoçarxlar mütəmadi nümayiş edilir.
Qeyd edək ki, Çindao şəhər hakimiyyətinin dəstəyi, “Qingdao Global Consumer Electronics Expo” şirkətinin təşkilatçılığı ilə sərgi keçiriləcək . Keçirilən sərgini 200 min nəfərin ziyarət etməsi gözlənilir.
Böyük britaniyalı diyetoloq və keçmiş stüardessa Sara Anderson uçuşa qədər, uçuş zamanı və uçuşdan sonra nə və necə yemək barədə danışıb. Bu barədə məlumatı RİA “Novosti” “Daily Mail”ə istinadla yayıb. Ekspert bildirib ki, uçuş orqanizm üçün stressdir, dad reseptorlarına təsir edir. Buna görə də səmada çox vaxt şirin və duzlu yemək istəyirsən. Güclü aclıq hissinin yaranmasına susuzlaşma da təsir göstərir.
Saranın sözlərinə görə, bu, insanların təyyarədə nə üçün çox yediyini izah edir. Qədərində yemək üçün uçuşdan əvvəl doyunca yatmaq, uçuşa bir neçə gün qalmış antioksidant və vitaminlərlə zəngin məhsullar, məsələn, smuzi, şirə və zülal tərkibli yeməklər yemək lazımdır. Rasiona bağırsaqların yaxşı işləməsinə kömək edən duzlu kələm və çuğundur, habelə zəncəfil və sarımsaq əlavə edilməlidir.
Sara təyyarə üçün xüsusi menyu – vegetarian, qlütensiz və ya başqa menyu seçməyi məsləhət görüb, çünki belə yeməklər daha dadlı və faydalı ola bilər. Təyyarə salonuna öz yeməyini, məsələn, pendir, soyutma yumurta və zeytun da gətirmək olar. Bunları hava limanında almaq mümkündür.
Təyyarədə tərkibində elektrolitlər olan şəkərsiz içkilər içmək daha faydalıdır. Belə içkiləri orqanizm yaxşı qəbul edir. Əl yükündə içməli su olan butulka götürmək olar.
Ekspert uçuşdan sonra bir gün ərzində çips və yarımfabrikat qidaları yeməməyi tövsiyə edir. Həmin müddətdə rasionda melatoninin səviyyəsini tarazlamağa və yuxunu bərpa etməyə kömək edən avokado, badam və hind toyuğu əti olmalıdır. Maqneziumun səviyyəsini qaldırmaq üçün tərkibində Himalay duzu və kokos yağı olan vanna qəbul etmək yaxşıdır.
Daha əvvəl “The Sun” nəşrinin yazdığına görə, qidanın təzəliyinə üstünlük verənlər uçuş zamanı xüsusi rasion sifariş etməməlidirlər. Çünki belə yeməklər adətən qabaqcadan hazırlanır və bir il müddətində dondurulmuş vəziyyətdə saxlanılır.
Nəşr ən iri aviaşirkətlərdən birinə istinadla yazır ki, diabetik, vegetarian, qlütensiz, veqan və milli yeməklər adətən bir müddətinə dondurulmuş məhsullardan hazırlanır.
Aviadaşıyıcının nümayəndəsi deyib: ”Xüsusi yeməklərin əvvəlcədən hazırlanması və dondurulması müştərilən istəklərini təmin etməyə imkan verir”. O əlavə edib ki, dondurulmuş məhsulun saxlama müddəti bir neçə aydırsa, deməli, xüsusi menyudakı yemək köhnədir, yəni təyyarədəki digər yeməklərlə müqayisədə təzə deyil. Aviasərnişinlər üçün standart yeməklər isə çox vaxt uçuşdan bir qədər əvvəl, adətən 12-72 saat əvvəl hazırlanır.
Qazax şəhərindən 20 km şimal-qərbdə – Daş Salahlı kəndindən təxminən 3 km qərbdə Avey dağın şərq ətəyində yerləşən Damcılı düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən növbəti tədqiqatlara başlanılıb.
Tədqiqatlar 2015-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Mədəniyyət Nazirliyi və Tokio Universteti arasında bağlanmış memoranduma əsasən aparılıb. Tədqiqatların məqsədi Cənubi Qafqazda, əsasən də Azərbaycan ərazisində neolitdən əvvəlki dövrlərdə Orta Kür hövzəsində ovçu-yığıcıların sosial-iqtisadi həyatı əks etdirməkdir. Ön Asiya ilə genetik bağlı neolit cəmiyyətləri ilə yerli mezolit cəmiyyətləri arasında olan mümkün münasibətlər haqqında dərin məlumat əldə etməkdir.
Qeyd etmək lazımdır ki, 1953-cü ildə arxeoloqlar Sergey Zamyatnin və Məmmədəli Hüseynov tərəfindən Damcılı mağarasında ibtidai icma dövrü düşərgəsi aşkar olundu. 1956-1957-ci illərdə M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyasının aparılıb. Arxeoloji qazıntı işləri zamanı mağarada ibtidai insanlar tərəfindən hazırlanmış 7 minə qədər daş məmulatı və ovlanmış heyvanların 2 mindən çox qalıqları tapılıb. Damcılı mağara duşərgəsindən aşkar olunub. Daş məmulatların texniki və tipoloji xüsusiyyətlərinə görə M. Hüseynov onları orta və üst paleolit, mezolit və neolit dovrlərinə aid edib.
2016-2018–ci illərdə Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Damcılı mağarasında apardığı qazıntılar abarıb. Nəticəsində orta paleolitdən başlayaraq altı mədəni təbəqə aşkar olunub. Hazırda əvvəlki qazıntı sahəsinin genişləndirilməsi VI təbəqədə və daha alt hissədə qazıntıları davam etdirməyə imkan verəcək.
Butanda siqaret çəkənlərə qarşı kəskin mübarizə tədbirləri həyata keçirilir. 2004-cü ildən etibarən burada tütün məmulatlarının satışı və onlardan istifadə qadağan olunmuşdur. Siqaret çəkmək istəyənlər isə 175 avro dəyərində cərimə ödəməlidirlər. Ölkədə olan tütün məmulatlarının ölkədən ixracına icazə verilmir. Bu qaydalar əcnəbilərə, siyasətçilərə və beynəlxalq təşkilatların nümayəndələrinə aid edilmir. Lakin bu o demək deyil ki, onlar qaydaları poza bilərlər. Tütün məmulatlarının satışına görə həmin şəxsləri də cərimə gözləyir.
Vatikan .
1983-cü ildə Vatikanda 1 dənə də olsun doğum hadisəsi müşahidə olunmamışdır.
Böyük Britaniya.
Böyük Britaniyada icmalar palatasına ölkə başçısının – Kraliçanın girşi qadağandır. Kraliça İcmalar palatasının üzvləri sırasına daxil deyil.
Venesuela.
Əksər hallarda dünya gözəllik müsabiqələrində birincilik qazandıqları üçün Venesuela xanımları dünyanın ən gözəl xanımları hesab olunur.
Misir.
Ölkə ərazisindən axan Nil çayı tarix boyu iki dəfə – IX və Xı əsrlərdə donub.
İslandiya.
İslandiyanın paytaxtı Reykyavik dünyanın ən şimalda yerləşən paytaxtıdır.
Kosta-Rika.
1948-ci ildə ölkədə 44 gün davam edən vətəndaş müharibəsi olmuşdur. Bu hadisədən sonra ölkə hərbi qüvvəsini tamamilə ləğv etmiş və heç bir hərbi münaqişədə iştirak etməmək qərarı almışdır.
Monako.
Monako yeganə ölkədir ki, hərbi orkestrin üzvlərinin sayı hərbi dəstənin əsgərlərinin sayından çoxdur.
Niue.
Statistik göstəricilərə əsasən, 1996-cı ildə Niuedə 2089 insan yaşadığı halda, Yeni Zenlandiyada 18474 Niue vətəndaşı yaşayırdı.
Yeni Zenlandiya.
2005-2006-cı illərdə ölkənin idarə olunmasında bütün əsas vəzifələr qadınlara mənsub idi.
Men adası.
Burada avtobillərin yüksək sürətlə idarə olunmasına görə sürücüləri heç bir cərimə gözləmir. Bununla yanaşı, adanın paytaxtı Duqlas şəhərində müasir dövrdə belə tramvaydan istifadə etmək mümkündür.
Kuk adaları.
Bu adalar kapitan Kukun şərəfinə adlandırılmışdır. Onun yerli əhali tərəfindən yeyildiyi haqqında yayılan məlumat yalnışdır. Belə ki, Kuk Havay adalarında öldürülmüşdü. Burada üzərində Kalaşnikov avtomatının, atıcı silah konstrukuru Mixail Kalaşnikovun və Şerlok Holmsun rəsmləri həkk olunmuş sikkələrdən istifadə olunur.
San-Tome və Prinsipi.
Bu ölkədə 1999-cu ildə xüsusi sikkə hazırlanmışdır. “Millenium” adlanan həmin sikkə saat mexanizminə malikdir. O yanvar ayının biri, saat 00:00-da istehsal olunmuşdur. Sikkənin saat mexanizmi həmin vaxtdan etibarən işləyir. Hal-hazırda bu sikkə Feodosia Muzeyində saxlanılır.
Seyşel adaları.
Seyşel adaları sırasına daxil olan Mao adasında qara, qırmızı, eləcə də sarı rəngli bananlar bitir və onların insan orqanizimi üçün heç bir ziyanı yoxdur.
ABŞ.
ABŞ-nın Nevada ştatının paytaxtı Las-Vegas şəhəri dünyanın ən məşhur qumar mərkəzlərindən biri hesab olunur. Las-Vefas şəhərinin kazinolarında saatlara rast gəlmək mümkün deyil.