Bundan başqa tövsiyyə edilir ki, ödəniş edilərkən mütləq rəsmi çek alınsın ki, məsələ mübahisələndirilərkən müştərinin əlində tutarlı fakt olsun.
Azərbaycanın daxili marşrutlarında turistlər niyə sığorta olunmur…
“Həm daxili turistlər, həm də xaricə səyahət edən turistlər müxtəlif fors-major hallar və təhlükələrlə qarşılaşdıqları üçün turizm şirkətləri səyahət etmək istəyənləri məcburi sığortalamalıdır”
İstirahəti mənalı və maraqlı keçirmək hər birimizin arzusudur. Ancaq səyahət zamanı təhlükəsizliyi də düşünmək önəmlidir. Fərqli şəhər, başqa iqlim şəraiti, fərqli hava… Qaçılmaz qəzalar hər zaman insanı yaxalaya bilər. Heç kim başına gələcəklərdən sığortalanmasa da, turizm və sığorta şirkətləri səyahətə gedənlərə səfər sığortasını təklif edir. Təəssüflər olsun ki, insanlar cüzi məbləği ödəməmək üçün sığortadan imtina edirlər. Müşahidələr göstərir ki, ölkədaxili səfər sığortasına maraq kəskin azalıb. Üstəlik, 1-2 manat qiyməti olan bu səyahət sığortasını heç şirkətlərin özləri təklif etməkdə maraqlı deyil. Baxmayaraq ki, il ərzində təxminən 1 milyon insan regionlara səfər edərək istirahət edir. Mütəxəssislər, xarici turlarda olduğu kimi, daxili səfərlərdə də turistlərin sığortalanmasını vacib hesab edir Araşdırmalar göstərir ki, daxili səfərlər zamanı yerli turistlərin sığortalanması əksər hallarda həyata keçirilmir. Baxmayaraq ki, aktiv istirahət edənlər, ovçuluq, ekstrim səyahətə üstünlük verənlərin xəsarət alma ehtimalları yüksəkdir. Turizm sahəsi üzrə ekspert Elçin Rüstəmovun sözlərinə görə, Azərbaycanda ölkədaxili səyahətə gedənlər özlərini sığortalamır. Bu tendensiya uzun müddətdir ki, davam edir. Sığorta agentlikləri daxili səfərlər zamanı səfər sığorta paketləri təqdim etməkdə elə də maraqlı olmurlar:“Xarici turlarda isə vəziyyət fərqlidir. Avropa ölkələrinə səyahət edən turistlər birmənalı olaraq sığortalanır. Bu həmin ölkələr tərəfindən turistlərin qarşısına qoyulan birbaşa tələbdir. Ümumiyyətlə, həm daxili turistlər, həm də xaricə səyahət edən turistlər müxtəlif fors-major hallar və təhlükələrlə qarşılaşa bilər. Buna baxmayaraq, ölkənin regionlarına səfər edən turistlər arasında sığortalananların sayı olduqca azdır. Turistlər səfər zamanı onların səhhətinə, əşyalarına vurulan hər hansı ziyanla və yaxud digər şəxslərə eytiyyatsızlıqdan vura bildikləri zərərlə uzləşdiyi zaman həm özlərinə, həm də turizm agentliyinə, nəqliyyat şirkətinə, yerləşdiyi otelə problemlər yarada bilər. Bu risqlərin aradan qaldırılması üçün regionlara səfərə gedənlər belə sığorta olunmalıdır”.
Dələduz turizm şirkətləri
Azərbaycan Turizm Assosiasiyası turistləri şirkət seçimində daha diqqətli olmağa cağırır.
AZTA-nın rəhbəri Nahid Bağırovun sözlərinə görə, son zamanlar Assosiasiyaya şirkətlərin keyfiyyətsiz və məsuliyyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı durmadan artır.
Onun zöslərinə görə hər il demək olar ki, eyni problemlər yaşanır.
Bəzi özlərini turizm şirkəti adlanan dələduzlar turizm səfərinə çıxmaq istəyən vətəndaşları aldadıb pullarının mənimsəyib əvəzində isə müqaviləyə əsasən verəcəyi turpaketi təqdim etmirlər.
Hazırda isə sektorda idarəetmə mexanizmlərinin olmaması turistlər üçün ciddi problemlər yaradır, eləcə də sektorun imicinə ziyan vurur.
Eyni zamanda Azərbaycan Turizm Assosiasiyasının rəhbərinin onu da birldirdi ki, bu il turistlərin sayında ötən illərdən fərqli nəticə yoxdur.
Nahid Bağırovun sözlərinə görə xarici ölkələrin təcrübələrinə əsasən bizdə də idarəetmə mexanizmləri hazırlanır və tezliklə bu mexanizmlər hazırlanaraq tətbiq ediləcək.
“flydubai” aviaşirkəti ilk yubileyini qeyd edib
2019-cu ildə Dubayın “flydubai” aviaşirkəti öz tarixində mühüm bir hadisəni qeyd edib: 2009-cu ildə uçuşlar başlayandan bəri bu şirkət 70 milyondan çox sərnişinə xidmət edib. Daşıyıcı bu müddətdə dünyanın 48 ölkəsində 90-dan çox istiqaməti, o cümlədən Dubaydan Azərbaycana birbaşa reysləri də əhatə edən şəbəkə yaradıb.
Xatırladaq ki, “flydubai” aviaşirkətinin ilk reysi 2009-cu il iyunun 1-də Dubay Beynəlxalq Aeroportundan Beyrutdakı Rəfiq Həriri adına Beynəlxalq Aeroporta uçuş olub.
“flydubai” aviaşirkətinin Direktorlar Şurasının sədri Şeyx Əhməd bin Səid Al Maktum uçuşların onilliyini şərh edərək deyib: “flydubai” aviaşirkəti yeni bazarlar açmaq və daha çox sayda insan üçün səyahətləri daha əlçatan etmək üçün yaradılıb. Fərəhlə qeyd etməliyəm ki, “flydubai” bu öhdəliyini yerinə yetirir. Aviaşirkət 70-dən çox şəhərə birbaşa reyslər yerinə yetirir. Əvvəllər Dubay ilə həmin şəhərlər arasında birbaşa aviasiya əlaqəsi yox idi və ya yetərincə inkişaf etməmişdi. Beləliklə, “flydubai” aviaşirkəti 2,5 milyard insan üçün dünyada ən iri aviasiya qovşaqlarından biri olan Dubayın vasitəsilə rahat səyahət etmək imkanı yaradır”.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qlobal aviadaşımalar bazarının lideridir. Aviasiya bütövlükdə yerli iqtisadiyyat üçün əsas təkanverici vasitələrdən birinə çevrilib. BƏƏ-nin İqtisadiyyat naziri Sultan bin Səid Al Mansuri bu məqamı vurğulayıb. Aviasiya sahəsinin inkişafı ticarət, investisiyalar və turizm üçün əlverişli mühit yaratmağa kömək edir. O deyib: “Milli daşıyıcıların uğurları dünya aviasiyasında BƏƏ-nin aparıcı mövqeyinin daha da möhkəmlənməsinə xeyli kömək edib. “flydubai” aviasiya sahəsinin mühüm tərkib hissəsidir. Aviaşirkət yaradılmasının 10-cu ildönümünü qeyd edir. Bu müddətdə sərnişinlərə səyahətlərin müxtəlif variantlarını və münasib şərtlərini təklif etməklə rəqabətə davam gətirə bilib. Regionda ticarət və turizm potensialını artırmaqla, iqtisadi inkişafı dəstəkləyən “flydubai” BƏƏ-nin bir sıra mühüm bazarlarla əlaqələrinin möhkəmlənməsində aparıcı rol oynamaqda davam edir.
Məlumdur ki, “flydubai” aviaşirkəti 2009-cu ildə fəaliyyətə başlayanda onun cəmi altı təyyarəsi vardı. Bu təyyarələr Dubay Beynəlxalq Aeroportunun ikinci terminalından reyslər yerinə yetirirdi. Hazırda aviaşirkətin parkında 59 təyyarə var. Aviaşirkət 10 il ərzində 600 mindən çox uçuş yerinə yetirib. Hazırda şirkətin təyyarələri Dubay Beynəlxalq Aeroportunun ikinci və üçüncü terminallarından Afrikaya (6 istiqamət), Mərkəzi Asiya və Qafqaza (10 istiqamət), Avropaya (28 istiqamət), Hindistan subkontinenti ölkələrinə (18 istiqamət) reyslər yerinə yetirir. Bu il dekabrın 10-dan etibarən “flydubai” aviaşirkəti Yanqona (Myanma) və Krabi əyalətinə (Tailand) yeni reyslər açaraq Cənub-Şərqi Asiya bazarına çıxacaq.
2009-cu ildə uçuşlar başlayandan bəri aviaşirkətin həyatında bir sıra mühüm mərhələlər qeyd edilib: 2010-cu ildə təyyarədə əyləncə sistemi, 2013-cü ildə biznes-klass tətbiq edilib, 2013-cü və 2017-ci illərdə təyyarələr üçün üç iri sifariş yerinə yetirilib, 2017-ci ildə “Emirates” aviaşirkəti ilə tərəfdaşlığın genişlənməsi elan edilib. “flydubai” son illərdə sərnişin daşımalarından əlavə öz biznes fəaliyyətini şaxələndirib, yükdaşımalar istiqaməti açılıb, hazır turların bronlanması üzrə “Holidays by flydubai” servisini yaradıb.
Azərbaycan BƏƏ-dən və digər Körfəz ölkələrindən olan turistlər arasında çox populyardır. “flydubai” demək olar ki, gündə 2-4 dəfə Dubaydan Bakıya və əks istiqamətdə birbaşa uçuşlar həyata keçirir. Uçuş cədvəlini və biletlərin qiymətini öyrənmək, habelə reysi bronlamaq üçün aviaşirkətin saytına və ya mobil proqram əlavəsinə müraciət edə bilərsiniz.
?QAYNAR TUR? – Go Travel
DELTA HOTELS BY MARİOTT BODRUM
(dəniz mənzərəli otaq növü ilə)
?2 böyük – 2060 USD
❗Qiymətə daxildir:
✈ – Aviabilet (gediş-dönüş)
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (7 gecə / 8 gün)
? – Qidalanma gündə 5 dəfə (All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Dubay turu)
? – Tarix 01.09.19 – 08.09.19 – 2 nəfər üçün nəzərdə tutulmuşdur.
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)
Turistlərin fermer təsərrüfatlarına göndərilməsi üçün turpaketlər hazırlanır
Azərbaycanda aqroturizm sahəsində turistlərin fermer təsərrüfatlarına göndərilməsi üçün turpaketlər hazırlanır. Bunu Gezmeli.az-a “Aqrar Ticarət Şirkəti”nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev deyib.
Onun sözlərinə görə, təqribən sentyabr ayından təqdim olunacaq turpaketlər standart qiymətlərlə təklif olunacaq: “Turistlər turpaketləri xüsusi sayt vasitəsilə əldə edə biləcəklər. Sayta bütün fermer təsərrüfatları qoşulacaq. Turpaketlər 1 gündən 1 həftəyədək nəzərdə tutulur. Turistlər seçdikləri turpaketin ödənişini elektron qaydada apara biləcəklər”.
M. Musayev əlavə edib ki, hazırda icra olunan “Şəhərdən kəndə” aqroturizm layihəsinə bir neçə fermer təsərrüfatı qoşulub: “Bizim əməkdaşlarımız müxtəlif bölgələrdə fermer təsərrüfatları ilə tanış olurlar. Təsərrüfatların aqroturizmin tələblərinə cavab verməsi yerində araşdırılır və uyğun olan təsərrüfatlar əməkdaşlığa cəlb olunur. Artıq Qax, Zaqatala, Balakən, Quba, Qusar, Lənkəran, Masallı zonasında yerləşən təsərrüfatlara baxış keçirilib”.
Azərbaycandakı hotellərin gəlirləri 12%-dən çox artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan üzrə mehmanxanalarda 1 327,5 min gecələmə keçirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur. Gecələmələrin 63,3%-i Bakıda, 8,7%-i Qəbələdə, 4%-i Naftalanda, 3,9%-i Qubada, 3,8%-i Qusarda, 3,4%-i Naxçıvan Muxtar Respublikasında, 1,6%-i Xaçmazda, 1,3%-i Mingəçevirdə, hər birində 0,9% olmaqla Qax və Gəncədə, 8,2%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.
Dövlət Statistika Komitəsinə verdiyi məlumata görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı dəyişib. Əvvəlki ilin müvafiq dövrünə nisbətən 2% artaraq 954,2 min olub. Bu da ümumi gecələmələrin 71,9%-ni təşkil edir. Gecələmələrin 12,9%-i Birləşmiş Ərəb Əmirlikləri, 12,2%-i Rusiya, 8,7%-i Səudiyyə Ərəbistanı, 5,9%-i Hindistan, 5,6%-i İsrail, 5,4%-i Türkiyə, 5%-i İran, 3,8%-i Böyük Britaniya, 3,3%-i Küveyt, 2,1%-i ABŞ, 2%-i Pakistan, 1,9%-i Qətər, hər biri üzrə 1,5% olmaqla Qazaxıstan və İraq, 1,3%-i Çin, 1,2%-i Almaniya, 25,7%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Hesabat dövründə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,6%-i Bakı şəhərində, 7,9%-i Qəbələdə, hər birində 3,4% olmaqla Naxçıvanda və Naftalan şəhərində, 3%-i Qubada, 2,1%-i Qusarda, 2,6%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 5,5% artaraq 373,3 minə çatıb.
Cari ilin birinci yarısında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4% çox və ya 187,7 mln. manat olub. Onun da 66,1%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,8%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,7%-i müalicə və sağlamlıq xidmətlərindən, 6,4%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Bu ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,6% təşkil edib. Bu göstərici Şabranda 48,6%, Naftalanda 47,9%, Bakıda 32,9%, Beyləqanda 30,9%, Qəbələdə 28,2%, Qubada 24,5%-dir. Digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (31,7%) iyun ayında qeydə alınıb.
Varlı insanların istirahət üçün seçdiyi ən populyar istiqamətlərin reytinqi açıqlanıb – TOP-10
Dünya aeroportları sərnişinlərlə yüklü olduğundan planetin varlı adamları şəxsi təyyarələrdə səyahət etməyə üstünlük verir. Ötən il bu cür avialaynerlərlə həyata keçirilən uçuşların sayı əvvəlki ilə nisbətən 10% artıb.
“Gezmeli.az”ın “Vesti.ru”ya istinadən verdiyi məlumata görə, dünyanın varlı insanları şəxsi təyyarələrin təmin etdiyi komforta üstünlük verir ki, bu cür laynerlərlə uçuşlar kommersiya təyyarələrinə nisbətən daha tez yerinə yetirilir. Ən varlı insanlar bu cür təyyarələrlə müxtəlif istiqamətlərə səyahət edirlər, lakin əksər hallarda onlar istirahət üçün elit yerləri seçirlər.
Şəxsi təyyarələrlə 2018-ci ildə yerinə yetirilən 10 ən məşhur istiqamət:
# | İstiqamət | Uçuşların sayı |
1 | Baham adaları | 16 400 |
2 | Malyorka (İspaniya) | 5 600 |
3 | İbiza (İspaniya) | 5 400 |
4 | Sardiniya (İtaliya) | 5 200 |
5 | San-Xuan (Puerto-Riko) | 3 400 |
6 | Kayman adaları (Böyük Britaniya) | 2 300 |
7 | Siciliya (İtaliya) | 2 300 |
8 | Korsika (Fransa) | 2 100 |
9 | Vircin adaları (ABŞ) | 2 000 |
10 | Mikonos (Yunanıstan) | 1 900 |