Ev Blog Səhifə 185

Azərbaycanı turizm sahəsində aparıcı ölkələrdən birinə çevirmək olar

0
Azərbaycan

Əsas yol, çimərlik turizmini inkişaf etdirmək və xidmət sektorunda qiyməti endirməkdir.

Sputnik Azərbaycan öz veb saytında turistlərin Azərbaycana cəlb edilməsi yolları ilə bağlı oxucular arasında sorğu keçirdib. “Turistləri Azərbaycana nə ilə cəlb edə bilərik?” başlıqlı sorğuda oxucular yeddi bölmə üzrə səsvermə prosesində iştirak ediblər. Oxucuların 15.8% -i turistləri Azərbaycana yerli və beynəlxalq sərnişindaşımada güzəştlərlə cəlb etməyin mümkün olduğu qənaətindədirlər. 11.8%-i (18) turistləri cəlb etməyin yolunu tarixi əhəmiyyət daşıyan məkanlara səfərlər təşkil etməkdə görürlər. 10.5%-i (16) “Kənd turizmini inkişaf etdirməklə”, 6.6% -i (10) “Milli mətbəx festivalları ilə”, 7.9%-i (12) “Beynəlxalq miqyaslı musiqi tədbirləri ilə” bölməsini seçiblər.

Səsvermədə iştirak edən oxucuların çoxu – 28.3%-i (43) turistləri ölkəmizə xidmət sektorunda qiyməti endirməklə cəlb etməyin mümkün olduğunu düşünürlər. 19.1%-i (29) isə hesab edir ki, bu, ancaq çimərlik turizmini qaydaya salmaqla mümkündür.

Turizm üzrə ekspert Müzəffər Ağakərimov KİV-in tez-tez turizm sahəsindəki problemləri işıqlandırmasının bu sahənin inkişafına müsbət təsir etdiyini söyləyir: “Mən “Sputnik Azərbaycan” Beynəlxalq İnformasiya Agentliyinə turizm mövsümündə məhz turizmlə bağlı sorğu keçirdiyi üçün minnətdaram. Sputnik Azərbaycan turizmlə bağlı silsilə məqalələr, araşdırmalar, xəbərlər hazırlayır. Medianın bu sahəyə olan diqqəti turizmdə xeyli əyər-əskikləri aradan qaldırıb. Elə götürək ictimai çimərliklərin yaradılması məsələsini. Mətbuat bundan dəfələrlə yazdıqdan sonra problem öz həllini tapdı”.

Ekspertin sözlərinə görə, çimərlik turizmi kütləvi turizm növüdür. Əgər ölkəyə gələn turistlərin sayının çox olmasını istəyiriksə, çimərlik turizmini mütləq inkişaf etdirməliyik.

“Bu yolla biz Rusiyadan Türkiyəyə axın edən turistlərin üzünü ölkəmizə çevirə bilərik” – deyən ekspertin fikrincə, turistlərin ölkəmizə axın etməməsinin səbəblərindən biri də oxucuların düşündüyü kimi, bu sahədəki qiymət özbaşınalığıdır. Turistlər doğrudan da qiyməti sərfəli olan ölkələrə üstünlük verirlər.

“Azərbaycanın həm regionlarında, həmçinin də Bakıda turizm obyektlərində qiymət məsələsi mürəkkəb məsələdir. Marketoloqlar yerli şəraiti nəzərə alıb qiymət siyasəti yürütmürlər. Turizm obyektlərinin marketoloqları qoyduqları qiyməti heç cür əsaslandıra bilmirlər. Azərbaycanda turizmi inkişaf etdimək, onu aparıcı 20 ölkə sırasına çıxartmağın bir yolu da aviabiletlərin qiymətinin münasib olmasıdır. “Sputnik Azərbaycan” Beynəlxalq İnformasiya Agentliyinin turistləri ölkəmizə cəlb etmək üçün öz veb saytına yerləşdirdiyi sorğunun bütün bölmələri peşəkarlıqla seçilib. Bunların hər birinin ölkəmizə turist cəlb etməyə böyük təsiri var. Amma mən də düşünürəm ki, əsas yol, çimərlik turizmini inkişaf etdirmək və xidmət sektorunda qiyməti endirməkdir” – deyə Ağakərimov əlavə edib.

Ekssentrik turizm sloqanları olan ölkələrin adları açıqlanıb

0
turizm

Sloqanlar adətən səyyahların diqqətini bu və ya digər ölkəyə cəlb etmək məqsədi daşıyır. Belə ki, turizm istiqamətinin əsas üstünlükləri sloqanlarda yığcam ifadə olunur. Lakin bu sistem bəzən işləmir, yəni deviz müxtəlif səbəblərə görə birmənalı səslənmir və turistləri cəlb etmək yerinə, onları uzaqlaşdırır.

Gezmeli.az “tonkosti.ru”ya istinadla qeyri-adi sloqanları olan ölkələri oxuculara təqdim edir.

1. “Tailand: Yeni kölgələrə açılın”

Tailand Turizm İdarəsi bu yaxınlarda əsas etibarilə gənclər üçün yeni reklam kampaniyasına başlayıb. Amma “Yeni kölgələrə açılın” sloqanı hamını təəccübləndirib. Əslində, müəlliflər ölkədə mədəni müxtəlifliyi vurğulamaq istəyiblər. Lakin yanlış tərcümə səyyahları çaş-baş qoyub.

2. “El Salvador: 45 dəqiqəlik ölkə”

Salvador Turizm Bürosunun dürüstlüyü qarşısında baş əyilməlidir: ölkənin ərazisi həqiqətən də çox kiçikdir. Lakin lüzumsuz düzlüklə potensial turistləri həvəsini öldürməyə nə ehtiyac var? Birdən kimsə burada bir saatdan çox qalmaq istədi…

3. “Beliz: Maraqlı yer”

Maraq daha çox pişiklərə xas cəhətdir. Bəli, pişiklər həqiqətən də hər şeylə maraqlanırlar. Amma eyni sözləri ölkə barəsində demək nə dərəcədə düzgündür? Mərkəzi Amerikada yerləşən Belizi isə məsələn, “Sirlər ölkəsi” adlandırmaq daha düzgün olardı.

4.“Kiribati: Səyyahlar üçün”

Sakit okeanda yerləşən bu uzaq dövlətə getmək üçün dünyanın az qala yarısını dolaşmaq lazımdır. Sloqan Kiribatiyə səfərin mahiyyətini dəqiq əks etdirir. Lakin burada bir əmma var: belə uzaq məsafəyə getmək üçün bir neçə gün sərf etməyə ehtiyac varmı? Bəlkə də bu ölkənin dünyanın o biri ucundan insanları cəlb etmək üçün çox böyük potensialı var, lakin bu, sloqanda öz əksini tapmayıb.

5.“Tayvan: Asiyanın qəlbi”

Əslində, müəlliflər burada bir az biclik işlədiblər. Axı ən böyük qitənin Asiyanın mərkəzi Rusiyanın Kızıl şəhərində yerləşir. Tayvan isə heç qitənin özündə yerləşmir: bu ölkə Çindən şərqdə yerləşən adadır.

6.“Cibuti: Ci-byuti”

Görünür, Afrikada yerləşən bu kiçik dövlətin marketoloqları Sloveniyanın “sLOVEnia” şəklində reklam formulunu mənimsəməyi qərara alıblar və yəqin ki, buna nail olublar. Cibuti həqiqətən də gözəl ölkədir.

7. “Slovakiya: Yaxşı ideya”

Slovaklar isə mətləbdən uzaqlaşmaq istəməyiblər. Onların çağırışı belə səslənir: “Slovakiya: Yaxşı ideya”. Yəni slovaklar bir növ quşu gözündən vurublar. Axı, bu Mərkəzi Avropa ölkəsinə biganə qalan turist çətin tapılar: Tatranın bakirə təbiəti, Bratislava və Koşitsenin tarixi ecazı, dadlı yeməklər və səmimi insanlar.

8.“Zambiya çirkli dəlikdirmi?”

Zambiya öz saytında “Çirkli dəliyə xoş gəlmisiniz!” devizini yerləşdirməklə, ekssentrik sloqanlar məsələsində hamıdan uzağa gedib.

Əslində isə reklamda ABŞ liderinin 2018-ci ildə immiqrasiya məsələlərinə dair müşavirədə Salvador, Haiti və bir neçə Afrika ölkəsi barədə söylədiyi “çirkli dəliklər” ifadəsi lağa qoyulub.

Şübhəsiz ki, Zambiyanın rəsmi devizi bir qədər başqa cür səslənməli, bir növ “Gəlin tədqiq edək!” mənasını daşımalıdır. Bu sloqan Zambiyanın ecazkar təbiət mənzərələrinə daha çox uyğundur.

Sizləri Ismayıllı – Lahıc səyahət turuna dəvət edirik

0
Lahıc

Tarix: 03 ve 04 avqust
Turun qiyməti: 18 AZN
—————————————–
Qiymətə daxildir
☞ Komfortlu nəqliyyat
☞ Səhər yeməyi (Yağ, bal, pendir, yumurta, çörək, çay və s.)
☞ Dönüş zamanı samovar çay süfrəsi 
☞ Limitsiz foto çəkiliş
☞ Yol boyunca musiqili əyləncə 
☞ Tur Rəhbər
☞ İntelektual oyunlar və qaliblərə hədiyyələr

Ekskursiyalar:
✅ İsmayıllı gəzintisi
✅ Lahıc qəsəbəsi
✅ Asma körpü
✅ İsmayıllı şəlaləsi
✅ Sənətkarlıq dükkanları
_____________________________
Toplanış: 06:30 – 07:00 Gənclik Mall-ın qarşısı
Yola düşmə vaxtı: 07:00

Qeyd:?
?
10 nəfərdən çox qruplar üçün 1nəfər ödənişsiz
? Tur zamanı spirtli içkilər qəti qadağandır
? 0-5 yaş uşaqlar ödənişsiz (avtobusda ve restoranda yer verilməzsə) 
? 6 yaşdan yuxarı tam ödəniş.

Əlaqə nömrəsi : 055-536-06-55

Gələn həftə Şəki Xan Sarayına giriş bərpa ediləcək

0
Şəki Xan Sarayı

“Gələn həftə Şəki Xan Sarayına giriş bərpa ediləcək”.

Bunu APA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

O bildirib ki, həftə sonu yerli və əcnəbi mütəxəssislər dövlət qurumlarının nümayəndələri ilə birgə Şəki Xan Sarayına yekun baxış keçirəcək.

K. Quluzadə qeyd edib ki, baxışın nəticəsi olaraq müvafiq qərar veriləcək: “Ola bilsin ki, baxış keçiriləndən sonra əlavə işlər görülsün. Amma bu, kompleks yox, xırda işlər ola bilər. Ümumilikdə isə qeyd edim ki, gələn həftənin sonuna qədər Şəki Xan Sarayına giriş bərpa ediləcək”.

Xatırladaq ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan bir nəfəri xəstəxanada ölüb. Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Yerdə qalan yaralıların müalicəsi xəstəxanalarda davam etdirilir. Saray ərazisində baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Turizm Agentliyi və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar. Dövlət Turizm Agentliyinin rəhbərliyinin qərarı ilə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlıdır.

Baha manat, ucuz xidmət və leqal kazino: Azərbaycanlıları Gürcüstana aparan 3 səbəb

0
Gürcüstan

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı iyun ayında 167 529 nəfər təşkil edib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə yollananların sayı 13% artıb. Hesabat ayında Azərbaycan Gürcüstana səfər edən əcnəbilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 212 981 nəfərlə Rusiya, üçüncü yerdə isə 156 117 nəfərlə Türkiyə qərarlaşıb. Gürcüstana gedən rusiyalıların sayında 24%, Türkiyə vətəndaşlarının sayında isə 38% artım qeydə alınıb.

Maraqlıdır, Gürcüstan niyə azərbaycanlılar üçün bu qədər cəlbedicidir? Səbəb gözəl təbiət, xarici ölkə həvəsi, yoxsa ucuz qiymət və keyfiyyətli xidmətdir? Əgər təbiətdirsə, Azərbaycanın bölgələri də kifayət qədər gözəl təbiətə malikdir. Yox, xarici ölkə həvəsidirsə, niyə məhz Gürcüstan? Yəqin ki, digər qonşu ölkələrə də səfər etmək olar. Bəlkə də ən böyük səbəb Gürcüstanın düzgün qurulan turizm siyasətidir.

Məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli ümumilikdə vətəndaşların xaricə səfəri zamanı ən çox Gürcüstanı seçmə səbəbi olaraq ilk növbədə bu ölkənin daha yaxın olması və larinin hazırda dəyərdən düşməsini göstərib:

“Əslində Gürcüstana səfər edən xarici vətəndaşlar arasında azərbaycanlılar ilk üçlükdə olub. Azərbaycan vətəndaşlarının bu ölkəyə tez-tez səfər etməsi həm məsafə olaraq Gürcüstanın yaxınlığı, həm daha ucuz başa gəlməsi ilə əlaqədardır. Qiymətlərin ucuzluğu, xidmətlərin çox çeşidliliyi, əyləncə növlərinin çoxluğu Gürcüstana səfər etmək üçün mühim faktorlardır. Bunlar Gürcüstanı Azərbaycanın özündən fərqli olaraq azərbaycanlılar üçün cəlbedici edir”.

Ekspert bildirib ki, son zamanlar əsas rol oynayan məsələlərdən biri larinin dəyərdən düşməsidir:

“Larinin təqribən 15-16 faiz dəyərdən düşməsi, Azərbaycan manatının da inzibati qayda ilə sabit qalması manatı Gürcüstanda bahalaşdırıb. Əvvəllər Azərbaycanın 100 manatı Gürcüstanda təqribən 158-160 lariyə dəyişmək mümkün idisə, indi 170-180 lari arasında dəyişir. Azərbaycanlıların artıq orada xırdaladığı Azərbaycan manatını da hər yerdə qəbul edirlər, dollarla getməyə ehtiyac qalmır. Pulun dəyərdən düşməsi Gürcüstanı daha cəlbedici hala gətirdi. Büdcəsi 200-300 manat olan azərbaycanlı öz vəsaitini Gürcüstanda xırdalayarkən daha çox lari əldə edir”.

Bölgələrimizə səfərlə Gürcüstana səfərin müqayisəsinə gəldikdə, ekspert bölgələrimizdə obyektlərin oliqarx məmurların ixtiyarında olduğunu və müqayisədə səyahətin dəfələrlə baha başa gələcəyini diqqətə çatdırıb:

“Vətəndaşlarımızın bölgələrimizdən daha çox Gürcüstana səfər etməsi illərdir müzakirə olunan problemdir. Bu gün Azərbaycanın bölgələrində gedib 1 həftə qalmaq üçün xərclənən pula Gürcüstanda 10 gün və daha çox qalmaq olar. Qəbələdə, Şamaxıda, Qubada, təbiətin yaxşı olduğu yerlərdə qiymətlər həddən artıq bahadır, bir çox obyektlər iri məmurlara məxsusdur ki, onların qiymət siyasəti ümumiyyətlə anlaşılan deyil. Onların əsas gəlir mənbəyi turizm obyektləri olmadığına görə, idarəetmələrində də iş adamı kimi yox, məmur kimi düşünürlər. Ona görə də qiymətlərin illərdir Azərbaycanda baha olması vətəndaşlarımızın Gürcüstana üz tutmasına səbəb olur. Gürcüstanda istəsələr dəniz, istəsələr dağ turizmindən istifadə etmək olar. Hətta yayda belə qış idman növlərindən istifadə ediləcək yerlər var. Ondan başqa təbiət turizmindən, tarixi turizmdən də istifadə etmək olar. Kazinolar var, açıq danışmaq lazımdır ki, azərbaycanlıların bir qismi də Gürcüstana kazinolar leqal olduğu üçün üz tutur”.


Avropalı turistlər Astaranın Sım kəndinə böyük maraq göstərirlər – REPORTAJ

0
Astara

Son illər Azərbaycanda müxtəlif turizm istiqamətləri üzrə infrastrukturun yaradılması xarici turistlərin respublikamıza marağını daha da artırıb. Məlum olduğu kimi, dünya turizm sənayesində kənd turizmi mühüm yer tutur. Xüsusilə böyük ölkələrin əhalisi üçün şəhərin səs-küyündən uzaqda, sakit yaşıl guşədə istirahət etmək çox cəlbedicidir. Artıq 10 gündən çoxdur ölkəmizin gəzməli-görməli yerləri ilə tanış olan belçikalı turistlər kimi. İsmayıllı rayonunun Lahıc qəsəbəsindən sonra Astaranın ucqar dağ kəndi olan Sımda ev kirayələyən cütlük buradakı istirahətlərindən zövq alıblar.

Astaranın mərkəzindən 45 kilometr uzaqda, ucqar dağlıq ərazidə yerləşən Sım kəndi dəniz səviyyəsindən 800 metr hündürlükdədir. Kənd əsrarəngiz şəlaləsi, bulaqları və mağaraları ilə məşhurdur. Təkcə Sımın mərkəzində 74 bulaq mövcuddur. Kənd zəngin meşəsi və çoxsaylı şəfalı bulaqları ilə yanaşı, həm də özünün tarixi tikililəri və qayaları ilə də çox tanınır. Kənddə yerləşən Buzxana mağarası daim qonaqların diqqətini özünə cəlb edir.

Təkcə yerli turistlər deyil, xarici qonaqlar da bu kəndi görmək və burada istirahət etmək arzusundadır. Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov deyir ki, Astaranın Sım kəndinə xüsusilə Avropadan gələn turistlər böyük maraq göstərir: “İlin əvvəlindən bəri Belçika, Almaniya, Çexiya, Fransa və İtaliyadan olan turistlər artıq bu məkanda olublar. Bu günlərdə isə Belçikadan daha bir turist qrupu Sım kəndindədir. Turistlər bura gəlib 2-3 gün, hətta bir həftə kənd evlərində qalır, kənd həyatı ilə tanış olurlar. Onların dediklərinə görə, Azərbaycanın müxtəlif bölgələrində olmalarına baxmayaraq, Sım kəndi daha çox diqqətlərini çəkib”.

Belçikalı turistlər Astaraya gəlməmişdən öncə internet vasitəsi ilə Qafqaz haqqında geniş məlumat əldə ediblər. Onlar istirahət etmək üçün regionda ən təhlükəsiz və inkişaf etmiş ölkə kimi Azərbaycanı seçiblər. Belçikada mədəniyyət sahəsində çalışan Dimitri Riemis və Femke Cools cütlüyü Azərbaycanın şimal-qərb bölgəsi ilə tanış olduqdan sonra Lənkərana, oradan da birbaşa Astaranın Sım kəndinə üz tutublar. Burada kənd sakini Ruslan Əliyevin evinə yerləşiblər. Həm kənd həyatından, həm də kənddən böyük zövq alan turistlər burada gördüklərinə heyran qalıblar.

“Biz hər il bir ölkəyə səfər edirik. Bu il isə seçimimiz Qafqaz regionu oldu. Azərbaycan Qafqazda yerləşdiyi üçün ölkənizə bir ay ərzində səyahət etməyi qərara aldıq. Azərbaycanı seçmək və buranın təbiətini görmək arzusunda idik. Seçimimizdə yanılmamışıq. Ölkənizdə hər şey xoşumuza gəldi. Xüsusilə buranın təbiəti, dağların mənzərəsi, insanların bizi səmimi qarşılaması, qonaqpərvərliyi, mətbəxinizdə olan ləziz yeməklər bizdə xoş təəssürat yaratdı. Düşünürük ki, bu günə kimi səyahət etdiyimiz ölkələr içərisində Azərbaycan, o cümlədən Lənkəranın gəzib-görməli yerləri və Astaranın Sim kəndi bizdə ən böyük təəssürat yaradan məkanlar olacaq”, – deyə Femke Cools bildirib.

Uzun illərdir yaşadığı evi turistlərə kirayə verən kənd sakini Ruslan Əliyev 24 ildir Astara rayonunun Sım kənd Folklor evində metodist vəzifəsində çalışır. İşdən sonra onun əsas məşğuliyyəti əcnəbi turistlərə pullu xidmət göstərməkdir: “İlin əvvəlindən bəri Rusiya, Litva, İran, Çexiya, Macarıstan və İngiltərədən olan, ümumilikdə, 18 turist qəbul etmişəm. Növbəti qonaqlarım isə Belçika vətəndaşlarıdır. Hamısı mənim evimdə qalıblar. Onların gecələməsi və gündəlik yeməkləri üçün də bazarlıqları özüm edirəm. Turistlər bizim onlara göstərdiyimiz xidmətdən razı qalırlar”.

Qeyd edək ki, Azərbaycanın qədim yaşayış məskənlərindən olan Sım kəndində hazırda 180 ailə təsərrüfatında 830 nəfər yaşayır. Üç gün Sım kəndində qalan belçikalı turistlərin növbəti ünvanı Lerik rayonu olacaq.

Milli Yaylaq Festivalı tarixi yaddaşımıza yazıldı

0
Milli yayalaq festivalı

Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə ilk dəfə olaraq Gədəbəy rayonunda keçirilən Milli Yaylaq Festivalı dünyaya səs saldı. Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər dövlət qurumlarının tərəfdaşlığı ilə baş tutdu. Gədəbəy rayonu ərazisində yerləşən Düzyurd–Miskinli yaylağında, unikal konsepsiya əsasında keçirilən Milli Yaylaq festivalında dövlət və hökumət rəsmiləri, səfirlər, tərəfdaş qurumların rəhbərləri, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Entospor Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər iştirak etdilər. Tibb üzrə fəlsəfə doktoru, “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, oftalmoloq Yazgül Abdıyeva da ilk gündən festivalda iştirak edib. Onun bu tədbirlə bağlı təəssüratını oxucularla bölüşmək istədik:
– Doğma yurdum gözümdə bu dəfə bir başqa gözəllikdə görünürdü. Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu” adlı etno-qəsəbədə alaçıqlar ilə yanaşı, cıdır meydanı, yaylaq bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı, yaylaq yatağı, pəhləvan meydanı, “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr göz oxşayırdı. Biz aşıqların deyişməsini, milli rəqsləri (yallılar, cəngilər), xalq mahnılarını, müxtəlif xalq səhnələri və tamaşalarını, qədim xalq oyunlarını (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq–aşıq, molla mindi) böyük həvəslə canımıza hopdurduq.


Respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova öz məlahətli səsi ilə hamımıza mənəvi qida verdi. Aşıq Solmaz Kosayevanın özünün və sazının səsi dağlara yayıldı, əks-səda verdi. Ruhumuz təzələndi. Yaylaq kulinariya nümunələri (odun üzərində bişən xörəklər – dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) gözümüzü-könlümüzü oxşadı.


Tətbiqi sənət nümunələrinin nümayişi və satış–sərgisi turistlərin diqqətini daha çox çəkdi. Qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi müsabiqəsi çox maraqlı keçdi. Yaylaq və spesifik kənd təsərrüfatı mallarının yarmarkası iştirakçıların xüsusi diqqətində oldu. Festivalın milli yaylaq (idman) oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə söykənən at yarışları (müxtəlif məsafə və kateqoriyalarda), milli güləş yarışı, çoban güləşi (kəmər güləşi), nümunəvi çıxışlar, atüstü milli oyunlar böyük maraqla qarşılandı.


Festivalın gedişində inək, qoyun-keçi otardılar, onları sağdılar, ot biçib taya düzəltdilər, nehrə çalxaladılar, milli xörəklər bişirdilər və dəyədə gecələdilər. Həmçinin bölgənin məşhur yerlərinə – Koroğlu qalası, Mahrasa məbədi, Qız qalası və digər məkanlara turlar, at gəzintiləri, “Alman izləri” adlı xüsusi ekskursiyalar təşkil olundu.
Olduqca maraqlı bir festival oldu. Festival üçün Gədəbəy rayonunun seçilməsi də çox uğurlu idi. Çünki Gədəbəy, nəinki Azərbaycanın, hesab edirəm ki, dünyanın ən gözəl, ən füsunkar bölgələrindəndir. Bu diyar gözəl, əsrarəngiz təbiətə malikdir. Ölkəmizin dilbər güşəsi olan Gədəbəy yeraltı və yerüstü təbii sərvətlərlə zəngindir. O cümlədən, qızıl, mis və s. yataqları ilə məşhurdur. Tarixdən də məlumdur ki, məşhur Simens qardaşları bu rayonda mis mədənlərinin istismarından külli miqdarda gəlir əldə etmişlər. Yəni, həm tarixilik, həm gözəllik, həm zənginlik baxımından festival üçün məhz Gədəbəyin seçilməsi çox uğurlu variantdır.
Bu festival həm də ölkəmizin, onun adət-ənənələrinin, keçmişinin, zənginliyinin təbliği deməkdir. Burada olan insanlar, yaxından-uzaqdan gələnlər bir daha Azərbaycanın tarixi, keçmişi, ədət-ənənələri ilə tanışlıq imkanı əldə etdilər. Bu, eyni zamanda, turizmin inkişafı, ölkəmizə turist axınının gücləndirilməsi üçün əlavə bir şansdır. Ona görə bundan yararlanmalı, ölkəmizi təbliğ etməli, bu festivalın ənənəvi hal almasına çalışmalıyıq.


Bütövlükdə, burada olduğum müddətdə unudulmayacaq anlar yaşadım. Yeri gəlmişkən, deyim ki, qədimdə nənələrimiz nehrə çalxalayıb, təbii yağ və ayran hazırlayar, ayranı isə qaynadıb ya şor, ya da ağ parça torbalara töküb, yağsız süzmə edərdilər.Təbii qidalanma sağlam həyat tərzi üçün vacibdir. İndi isə geniş şəkildə palma tərkibli yağlar, fast- fud yeməklər, mayalı çörəklərdən istifadə edilir. Bu da mədə -bağırsaq xərçənginin yaranmasına səbəb olur.


…Möhtəşəm keçən bu festivalın təşkilində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin böyük təşkilatçılıq bacarığını qeyd etmək yerinə düşər. Rayonla yaxından əlaqəsi olan şəxs kimi deyə bilərəm ki, İ.Mustafayev Gədəbəydə bir sıra uğurlu layihələr həyata keçirməklə, sakinlərin dərin hörmətini qazanıb. Fəxr edirik ki, ilk dəfə Gədəbəydə keçirilən Milli Yaylaq Festivalı tarixi yaddaşımıza yazıldı. Növbəti belə festivalı Qarabağda, Şuşada keçirmək arzusu ilə Gədəbəydən ayrıldıq.

SWANDOR HOTELS & RESORT TOPKAPI PALACE 5* – Go Travel

0
SWANDOR HOTELS & RESORT TOPKAPI PALACE 5*

 ? SWANDOR HOTELS & RESORT TOPKAPI PALACE 5*

? 2 BÖYÜK – 1900 USD
? 2 BÖYÜK 1 UŞAQ – 2100 USD
? 2 BÖYÜK 2 UŞAQ – 2300 USD

❗Qiymətə daxildir:
✈ – Aviabilet (gediş-dönüş) 
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (5 gecə / 6 gün)
? – Qidalanma gündə 5 dəfə (All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Dubay turu)
? – Tarix avqust ayı üçün nəzərdə tutulmuşdur.
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı

Azərbaycana giriş vizalarının rüsumu ölkədən asılı olaraq dəyişəcək

0
viza

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 7-də iclas keçirilib. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik müzakirə olunub.

Mövcud qanunun 17-ci maddəsinə əlavə bənd artırılır.

Əlavə olunan 17.8-ci bəndə əsasən, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanunun 16.1.7-ci maddəsinə görə, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu əlavə olunub. 350 ABŞ dolları məbləğində müəyyən edilib.

Kosmos həvəskarları üçün beş məkan

0
kosmos

Kosmosa ilk uçuşdan cəmi 58 il keçib, lakin dünya tanınmayacaq dərəcədə dəyişib, onun səyahət coğrafiyası isə yer qitəsindən planetin hüdudlarından kənara uçuşlaradək genişlənib. Hələlik kosmosa yalnız seçilmişlərin yollanmasına baxmayaraq bir çox yerlər vardır ki, orada kosmik tematikaya baş vurmaq mümkündür. Gezmeli.az“Skyscanner” xidmətinin analitikləri tərəfindən seçilən, hər kəsin ulduzlara daha yaxın ola biləcəyi 5 məkanı diqqətinizə çatdırır.

1.Ulduz şəhərciyi, Korolyov, Rusiya

Moskvanın yaxınlığında, Korolyovda özünüzü kosmonavt kimi hiss etməniz mümkündür. Ulduz şəhərciyindəki Kosmonavtların Hazırlığı Mərkəzində “İL-76” aerobusunun salonunda məşq uçuşunu 200 min rubl (təxminən 3140 dollar) müqabilində bronlamaq olar. Siz 1-1,5 saat uçuşda olacaq, təxminən 250 saniyə özünüzü çəkisizlik vəziyyətində hiss edəcəksiniz.

2.Kennedi Kosmik Mərkəzi, Kanaveral burnu, ABŞ

Kennedi Kosmik Mərkəzi ABŞ-ın fəaliyyətdə olan kosmodromudur. Onun nəzdində nəhəng muzey-əyləncə kompleksi fəaliyyət göstərir. Bura həm böyüklər, həm də kiçiklərə maraqlı ola bilər. Burada raket parkında gəzmək, sexləri ziyarət edərək kosmik aparatların necə yığılmasına baxmaq olar. Həmçinin uçuşları idarəetmə mərkəzini və içərisində astronavtların Aydan qayıtdıqları kapsulu görmək mümkündür.

3.Baykonur, Qazaxıstan

Dünyanın ən qocaman kosmodromunun təqdimata ehtiyacı yoxdur: məhz buradan ilk dəfə Qaqarin kosmosa uçub. Bu gün isə Beynəlxalq Kosmik Stansiyaya beynəlxalq heyət yollanır. Baykonura yalnız rəsmi ekskursiya vasitəsilə düşmək olar. Ekskursiya çərçivəsində sizin təkcə raketin buraxılmasını izləmək deyil, həmçinin start meydançasında olmaq, kosmodromun necə qurulmasını öyrənmək, Qaqarinin “evinə” baxmaq və hətta kosmonavtları yola salmaq fürsətiniz yaranacaq. Belə ziyarət sizə təxminən 650 dollara başa gələcək.

4.Taneqasima Kosmik Mərkəzi, Yaponiya

Bu yük kosmodromu irimiqyaslı missiyalarla məşhurlaşmasa da, o, gediş-gəlişi olmayan ağappaq çimərlikləri və ətrafdakı qayalıq sahilləri sayəsində dünyada ən gözəl start meydançası adını qazanıb. Burada qonaqları görməyə hər zaman şaddırlar. Giriş pulsuzdur, hətta qabaqcadan yazılmağa da ehtiyac yoxdur.

5.SpaceX ofisi, Hotorn, ABŞ

İlon Mask və onun yetirməsi olan SpaseX – bu, o deməkdir ki, şirkət artıq fanatlarla təmin olunub, lakin muzeyə hələ çox zaman var. Hotornda yerləşən şirkətin mənzil-qərargahını içəridən görmək çox az adama nəsib olub. Burada raketləri yığır, yoxlayır və starta hazırlayırlar. İçəriyə yalnız rəsmi press-tur vasitəsilə, yaxud SpaceX-in əməkdaşının köməyi ilə düşmək mümkündür. Əgər sizin arzunuz mümkün hüdudlardan daha güclüdürsə, o zaman Hotornda şirkətin 6000 işçisindən biri ilə tanış olun: iş günü başa çatdıqdan sonra işçilərə dostlarını və ya ailə üzvlərini buraya gətirməyə icazə verilir.