Ev Blog Səhifə 186

Paytaxt sakinlərinin ən çox üz tutduğu rayon

0
Şamaxı

Şamaxı rayonu relyefinə və təbiətinə görə Azərbaycanın turizm potensialı yüksək olan bölgələrindəndir. Rayonun paytaxta yaxın olması turistlərin seçiminin əsas səbəbidir.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, burada Pirqulu qəsəbəsi, yeni salınmış Safari parkı son zamanlar ən çox ziyarət edilən məkanlardandır.

Əsasən həftəsonu gələn qonaqların sayının çoxluğu hotellərdə yerlərin azlığına səbəb olur. Qiymətlər isə müxtəlifdir. Bir günlük istirahət 40-120 manat civarında başa gəlir. Səhər yeməyi də daxil olmaqla, bir otaq 40 manat, iki otaq 50 manat, üç otağı isə 100 manata kirayə etmək mümkündür.

Qeyd edək ki, bu ilin altı ayı ərzində rayona 41 983 turist gəlib. Onlardan 7840 nəfəri xarici ölkə vətəndaşıdır.

ADB Gürcüstana 415 mln. dollar kreditin ayrılmasını təsdiq edib

0
Gürcüstan

Asiya İnkişaf Bankı (ADB) Gürcüstana yeni avtomobil yolunun inşasına 415 mln. ABŞ dolları həcmində kredit ayrılmasını təsdiq edib.

Bu barədə AİB məlumat yayıb.

Vəsait Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə yönəlmiş Kveşeti-Kobi magistral avtomobil yolu layihəsinin maliyyələşdirilməsinə sərf olunacaq.

AİB-dən bildirilib ki, layihə Gürcüstan üçün genişmiqyaslı planın tərkib hissəsi olmaqla yanaşı ölkənin nəqliyyat şəbəkəsinin inkişaf etdirilməsi, bölgədə ticarət və turizm habına çevrilməsinə töhfə verəcək: “Bu dəhliz Gürcüstan, Ermənistan və regional ticarət tərəfdaşları üçün vacib tranzit yoldur. Bu yol Şərq-Qərb avtomagistralı ilə kəsişməklə, həmçinin Mərkəzi Asiyanı Avropa və Şərqi Asiya ilə birləşdirən ən qısa yoldur”.

Uzunluğu 23 kilometr olan Kveşeti-Kobi avtomobil yolu hissəsinin inşasına 2020-ci ildə başlanılması planlaşdırılıb. 

Turistləri istirahətdə gözləyən 8 risk

0
turist

Məzuniyyət vaxtı yaxınlaşır. İnsanlar istirahətdən zövq alıb gündəlik rutini unutmaq üçün səbirsizliklə dənizə səyahətlərini gözləyirlər.

Lakin istirahətin kabusa dönməməsi üçün ayıqlığı əldən verməmək və təhlükəsizlik qaydalarına riayət etmək gərəkdir.

Xəstəliklər

Yad ölkə, yad qida, alışılmamış iqlim – bütün bu faktorlar turistlərin istirahətdən həzz almasının deyil, həkimlərə müraciət etməsinin səbəbi ola bilər. Səbəblər müxtəlif ola bilər: zəhərlənmə, soyuqdəymə, gün vurma, ekzotik xəstəliklər, travmalar.

Bütün bunlardan, ehtiyyat tədbirləri barədə unutmamaq şərtilə, qaçmaq olar, xüsusilə, çimərlikdə keçirdiyiniz vaxtı düzgün bölüşdürərək, küçədə satılan naməlum yeməyi dadmayaraq və münasib olmayan yerlərdə üzməyərək.

xəstəlik

Əgər ekzotik ölkələrə səyahət edirsinizsə, sizi müxtəlif xəstəliklərlə qarşılaşmaqdan qoruyacaq peyvəndləri vurdurmağınız vacibdir.

Batmaq riski

Turistlərin yerli sakinlərlə müqayisədə, batmaq riski üç dəfə böyükdür və əsas səbəb də mühitlə tanış olmayan istirahət edənlərin rahatlığı və qayğısızlığıdır. Özü də, ekspertlər hesab edir ki, ən çox turistləri rahat edən çimərliklərdir.

Onlara görə, turistlər “avtomatik olaraq” düşünürlər ki, kurort və onların çimərlikləri çimmək üçün təhlükəsiz zonalarda yerləşir. Özü də nə qədər çimərlik abaddırsa, bir o qədər turistlər öz təhlükəsizliyinə bel bağlayırlar.

Boğulmaq

Ətrafda insan çoxluğu “qeyri-təhlükəsizlik” hissini azaldır, çimərlik bar və kafe kimi cürbəcür çimərlik cazibələri isə çimməyi sevənin əsas düşməni olan alkoqolu əlavə edir. Bununla yanaşı, ekspertlər qeyd edir ki, bir çox populyar çimərliklər çimənlər üçün təhlükəli təbii fəlakət hallarından sığortalanmayıblar. Ona görə də, ilk növbədə ekspertlər “suda xilasetmə” infrastrukturuna diqqət yetirməyi məsləhət görürlər. Ən yaxşısı ancaq xilasedicilərin olduğu yerdə üzməkdir.

Pul oğurluğu/sənədlərin itirilməsi

ABŞ-da aparılmış araşdırmaya əsasən, hər il təxminən 300 min amerikalının pasportu səyahət zamanı oğurlanır. Turistlərin 9%-i qeyd edir ki, onlar pasport oğurluğunun qurbanı olublar, daha 21% isə pasportu oğurlanmış şəxsləri tanıdıqlarını söyləyir.

Təkcə pasportlar yox, pullar da oğurlanır. Məhz buna görə, turistik məkanlarda, kütlənin toplaşdığı yerlərdə öz çanta və pul qabına diqqət etmək, pul qabını şalvarın arxa cibində və ya arxa çantasında saxlamamaq vacibdir. Faktiki olaraq, turistlərin toplaşdığı bütün məkanlarda təkcə pulunuzu oğurlaya bilən yox, həmçinin, onları hiylə ilə əldə edə bilən dolandırıcı dəstəsi iş görür.

oğurluq

Ona görə də səyahətə hazırlıq zamanı ziyarət etməyə hazırlaşdığınız yerlər barədə daha çox məlumat toplamağınız vacibdir. Nəyə görə ödəniş etməyin lazım olub-olmadığını dəqiq anlamaq lazımdır. Həmin yerləri artıq ziyarət etmiş kəslərin rəylərini oxumağa dəyər.

Yerli xidmət/mallara görə artıq ödəmə

Yerli əhali turistlərə tez-tez asan qazanc mənbəyi kimi baxır. Bu, mütləq dələduzluq və pullarınızın oğurlanması demək deyil. Adətən, sizə yerli əhalinin qat-qat az ödədiyi mal və xidmətlərə görə olduqca yüksək qiymət söyləyəcəklər. Bu, yerli bazardakı mallar və ya taksi xidməti ola bilər. Buna görə də artıq ödəniş etməmək üçün alternativləri təsəvvür etməyiniz bu qədər önəmlidir.

Bundan başqa, nəzərə almaq lazımdır ki, bir çox ölkələrdə siz alış-veriş vaxtı rahat qiyməti öldürməyə cəhd edə bilərsiniz.

Pis hava

Əlbəttə, səyahətə çıxan hər kəs havanın istirahətdən həzz almağa imkan verəcəyinə bel bağlayır. Lakin işlər həmişə planladığımız kimi getməyə bilər və hava turistlərin başına oyuna aça bilər.

Əlbəttə, hava şəraitinin planlarımızı pozması xoş hal deyil, ancaq səyahətdən öncə getməyə hazırlaşdığınız ölkənin, xüsusilə, səyahətiniz turistik mövsümdə baş tutmursa, hava xüsusiyyətlərini öyrənmək lazımdır.

Pis hava

Bu, az da olsa, mümkün gözlənilməzliklərə hazır olmağa və pis hava olduğu halda, alternativ istirahəti planlamağa imkan yaradacaq.

Aviabilet/mənzil/putyovkalarla olan problemlər

Şübhəsiz ki, istirahəti planlaşdıranda biz hər şeyin ideal olmasına və heç nəyin həyatdan zövq almağımıza mane olmamasına çalışırıq. Lakin sürprizlər tez-tez bizdən asılı olmur. Təyyarə reyslərini yubada bilərlər,qalacağınız mənzillə və ya ekskursiya və başqa şeylə problem yarana bilər.

Bu cür problemləri hava problemləri kimi proqnoz etmək çətindir və çox vaxt yeganə ediləsi mümkün şey yeni şərtlərə uyğunlaşmaq və alternativ tapmaqdır.

Təbii fəlakətlər

Təbii fəlakətlər də istirahəti korlaya biləcək qabaqcadan olduqca az görülə bilən faktordur. Zəlzələlər, daşqınlar, fırtınalar və digər fəlakətlər turistik mövsümün tam qızğın çağında baş verə bilər.

fəlakət

Lakin təbii fəlakətlər qarşısında digərlərindən daha çox zəif olan ölkələr var. Belə ölkələrin top-10-luğuna Hindistan, Çin, İndoneziya, ABŞ, Banqladeş, Braziliya, Pakistan, Yaponiya, Meksika və Fillipin daxildir.

Terrorizm

Baxmayaraq ki, bu barədə çox vaxt KİV-lər danışır, terrorizm turistlər üçün ən əsas təhlükə deyil. Terror aktı zamanı həlak olmanızın ehtimalı 20 milyonda 1-dir. Bu, əməliyyatdan sonra ağırlaşmadan ölmək ehtimalından qat-qat azdır.

Terrorizm

Buna baxmayaraq, bu təhlükəni hesabdan atmağa dəyməz, çünki son illər terror təhlükəsi, o cümlədən, turistlər üçün artıb.


Avropada turistləri məyus etmiş diqqətəlayiq yer və abidələrin adları açıqlandı

0
Avropa

Böyük Britaniyalı turistlərdən Avropanın ən pis diqqətəlayiq abidə və yerlərin sadalanmasını istəyiblər.

Britaniyanın loukoster aviaşirkəti maraqlı bir sorğu aparıb. Belə ki, şirkət turistlərdən Avropanın ən pis diqqətəlayiq abidə və yerlərin sadalanmalarını xahiş edib.

Gezmeli.az “News.sky.com”-a istinadla bildirir ki, Avropada onların gözləntilərini doğrultmayan görməli yerlər barədə 2000 turist öz təəssüratı ilə bölüşüb.

Ən böyük məyusluq siyahısına Leonardo da Vinçinin XVI əsrə aid portreti başçılıq edib – söhbət Parisin Luvr muzeyində qorunan məşhur “Mona Liza” və ya “Cokonda” adlanan portretdən gedir.

İkinci yerdə Berlinin divarla iki yerə bölünməsindən sonra yaradılmış Fridrixştrasse küçəsindəki “Çekpoynt Çarli” sərhəd nəzarət-buraxılış məntəqəsi yerləşib. Üçüncü pillədə Brüsseldən olan “İşəyən oğlan” heykəlidir.

Dördüncü yer də Fransa paytaxtının görməli yerinə verilib: turistləri “Mulen Ruj” kabaresi məyus edib. Beşinci yeri isə Kopenhagendəki “Su pərisi” heykəli tutub.

Həmçinin ilk onluqa Parisdəki Eyfel qulləsi, Romadakı İspan pilləkəni və Trevi fontanı, Luvr və Piza qalası daxil olub.

Viza rejimin ləğvi turizm sektoruna necə təsir edəcək?

0
Viza

Ekspertlər deyirlər ki, bu qərar Türkiyədən Azərbaycana gələn turistlərin sayını artıracaq.

Sentyabr ayının 1-dən etibarən Azərbaycan Türkiyə vətəndaşları üçün tətbiq edilən viza rüsumunu ləğv edəcək. Bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşü zamanı deyib. O bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər. Qeyd edək ki, Azərbaycan vətəndaşları Türkiyəyə vizasız səfər etsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu. Şübhəsiz, sözügedən qərar iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində böyük rol oynayacaq. Bəs görəsən, viza rejiminin ləğvi ölkəmizdə yeni-yeni inkişaf edən turizm sektoruna necə təsir edəcək?


Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov viza rejiminin aradan qaldırılmasını təqdirəlayiq hal kimi qiymətləndirir: “Hər il Azərbaycandan Türkiyəyə çoxlu sayda turist axın edir. Bunun əsas səbəbi də iki ölkə arasında viza rejiminin olmaması ilə bağlıdır. Hesab edirəm ki, bu qərar Türkiyədən Azərbaycana gələn turistlərin sayına müsbət təsir göstərəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı bu məsələni bir qədər də sürətləndirə bilər. Gələcəkdə Türkiyədən bu yolla Azərbaycana böyük turist axını gözlənilir. Viza rejiminin aradan qaldırılması turizm potensialının genişlənməsi və ölkə iqtisadiyyatının inkişafı baxımından vacib məsələdir. Bunun həm də mənəvi tərəfləri var. Türkiyə ilə Azərbaycan arasında dostluq, ticarət əlaqələri daha da dərinləşəcək. Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri bu məsələni diqqətdə saxlamalıdır. Türkiyəli turistlərin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır. Turizmin ən çox inkişaf etdiyi ölkələrdən biri də Türkiyədir. Ona görə də, biz türkiyəli qonaqlarımız üçün turizmin bütün növlərini təqdim etməliyik. Azərbaycan mətbəxi ümumtürk dünyasında birinci yerdədir. Türkiyəli turistlərin diqqətini bu sahəyə çəkmək olar. Milli musiqi festivalları, mədəni-tarixi abidələrimizə, regionlara ekskursiyalar təşkil etməklə ümumtürk mədəniyyəti ilə yaxından tanışlıq iki ölkə arasındakı qardaşlıq münasibətlərinə müsbət təsir göstərəcək. Türkiyənin turizm potensialı çox böyükdür. Onun hər bölgəsindən olan turistlər fərqli xüsusiyyətlərə malikdirlər. Ona görə də, hər bölgə üzrə ayrıca turizm marşrutları təşkil edilə bilər”.

Turizm eksperti Ruslan Quliyev



Turizm eksperti Ruslan Quliyev deyir ki, xidmətin keyfiyyəti gücləndirilməlidir: “Ölkələr arasında viza rejiminin siyasi motivləri var. Eləcə də qardaş ölkə Türkiyə ilə Azərbaycan arasında viza rejiminin aradan qaldırılması hər iki ölkə vətəndaşları üçün müsbət məqam hesab olunur. Bu məqam iki ölkənin iqtisadiyyatına, turizmin inkişafına böyük təsir edəcək. O cümlədən Azərbaycana Türkiyədən turist axını güclənəcək. Bu, həm də Türkiyə sərmayədarlarına Azərbaycanda açıq qapı yaradılması deməkdir. Qardaş ölkənin turistlərini ölkəmizdə qonaq etmək bizim üçün çox xoşdur. Ümumiyyətlə, ölkəyə gələn hər bir turistə fərdi yanaşılmalıdır. Ölkəmizdə ekonom büdcəli otellərin sayını daha da artırmaq lazımdır. Çünki turist axını artdıqca, yerləşdirmə məntəqələrinə böyük ehtiyac yaranır. Turist axını gücləndikcə qiyməti artırmaq olmaz. Bu sahədə sağlam rəqabət formalaşdırılmalıdır. Sahibkarlara bu məsələdə güzəştlər edilməlidir ki, onların fəaliyyəti təşviq edilsin. Bu halda ölkəyə gələn turist də Azərbaycandan məmnun qalacaq. Çünki Türkiyədə turizm böyük inkişaf yolu keçib. Biz öz xidmətlərimizi gücləndirməliyik ki, ölkəyə gələn qonaqları məmnun edə bilək. Öz işimizi elə qurmalıyıq ki, Azərbaycana gələn turist bir neçə dəfə də gəlsin və yaxşı təəssüratla ayrılsın”.

Turizm üzrə ekspert Ceyhun Aşurov

Turizm üzrə ekspert Ceyhun Aşurov qeyd etdi ki, alternativlərin sayını artırmaq lazımdır: “Sentyabr ayının birindən etibarən Türkiyə vətəndaşlarının Azərbaycana gəlməsi üçün viza tələb olunmayacaq: Bu məsələ uzun müddət müzakirə edilirdi. Əslində türkiyəli vətəndaşlara tətbiq olunan vizanın məbləği elə də çox deyildi. Amma istənilən halda, bu, turist üçün bir baryer hesab olunur. Bizim Türkiyəyə qonaq getdiyimiz kimi, türkiyəli turistlər də Azərbaycana heç bir problem olmadan gələ biləcəklər. Turizm aspektindən bu məsələ müsbət məqam kimi dəyərləndirilir. Düşünürəm ki, vizanın aradan qaldırılması ölkəyə gələn turistlərin sayına təsir edəcək. Amma biz bəzi məqamları indidən nəzərə almalıyıq. Gediş-gəlişdə Azərbaycan Türkiyənin ən önəmli tərəfdaşlarından biri hesab olunur. Amma Türkiyənin turizm potensialı çox böyükdür. Biz bundan maksimum yararlanmalıyıq. Ortaq dil, din, mədəniyyət, adət-ənənələrimizi nəzərə alsaq, deyə bilərəm ki, Türkiyədən Azərbaycana daha çox qruplar şəklində turist axını olacaq. Amma bu və ya digər səbəblərdən Azərbaycana quru yollarla gəlmək üçün müəyyən məhdudiyyətlər var. Turistlərin qrup halında daha çox hava yolları ilə gəlmək imkanı var. Qrup şəklində Türkiyədən Azərbaycana gələn turistlər üçün bəzi çətinliklər var. Onlar adətən Gürcüstan vasitəsilə ölkəmizə gələ bilirlər. Hesab edirəm ki, bu sahədə görüləsi işlər var. Ucuz reyslərin açılışı olarsa, bu sahədə daha ciddi irəliləyişlər əldə etmək olar. Ölkəyə gələn hər bir turist istehlakçıdır. Ona görə də, bu sahədə alternativlərin sayı çox olmalıdır. Ölkəyə gələn hər bir turistə ayrıca diqqət göstərilməlidir. Turizm elə bir sektordur ki, hər gün yeni dəyişikliklər edilir. Turistlərin diqqətini cəlb etmək üçün hər hansı özəlliyin olmalıdır. Əks halda, o, seçimini başqa ölkəyə yönəldəcək. Xidmətlər daha rahat, asan və keyfiyyətli olmalıdır ki, turistlər ölkəmizə səfər etməkdə maraqlı olsunlar. Ona görə də, hər bir turistin rahatlığını təmin etməliyik. Öz xidmətimizin keyfiyyətini artırsaq, gələcəkdə turizmin daha dinamik inkişafının şahidi ola bilərik. Turistlər üçün ən vacib olan təhlükəsizlik, münasib qiymətə keyfiyyətli xidmətdir. Yalnız bu halda biz turistləri məmnun edə bilərik. Əgər biz bu sistemi formalaşdırıb keyfiyyətli xidmət göstərə bilsək, özümüzün canlı reklamını etmiş olacağıq. Qiymətlərin süni surətdə qaldırılmasının qarşısını almaq üçün alternativlərin sayını artırmaq lazımdır. Həmçinin, sahibkarlıq fəaliyyəti daha da stimullaşdırılmalıdır”.

Sarayevoya getməyin beş tutarlı səbəbi

0
Sarayevo

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo qədim tarixə malik şəhərdir. Ölkənin başlıca siyasi, iqtisadi və mədəniyyət mərkəzinin əsası 1462-ci ildə türklər tərəfindən qoyulub. Əvvəllər adı Bosna-Saray olub. Şəhərin tarixi mərkəzi Osmanlı və Avstriya-Macarıstan imperiyası tərəfindən inşa olunan XVI-XX əsrin əvvəllərinədək olan dövrə məxsus tikililərdən ibarətdir. Ümumilikdə, Sarayevoda milli əhəmiyyət kəsb edən yüzdən artıq mədəni-tarixi abidələr yerləşir. Bundan başqa, Sarayevo 1972-ci ildən Bakı ilə qardaşlaşmış şəhərdir.

1. Şərqlə Qərbin qovuşduğu məkan

Əsas piyada küçəsi olan Ferhadiyada qeyri-adi nişan var: üstündə “Mədəniyyətlərin qovşağı” yazısı olan simvolik kompas və şəhərin şərq və qərb hissəsini göstərən oxlar. Burada məsələ təkcə coğrafiya deyil: Sarayevonun yarısı Avstriya-Macarıstan dövrünü xatırlayır, ikinci tərəf isə sanki Osmanlı imperiyasının təsiri altında donub qalıb.

Bosniya paytaxtına ən yaxşı mənzərə Balkanlarda ən yüksək olan spiralvarı “Avaz Tvist Tauer” göydələninin 36-cı mərtəbəsindən açılır.

Şəhəri çox gözəl Qazi-Xosrevbəy məscidi, Moriça-xan karvansarayı və onlarla digər məbəd, mədrəsə və hamam bəzəyir. Rahat türk qəhvəxanaları və italyan pitseriyaları, müasir şopinq-mollar və əsrə bərabər ömrü olan bazarlar – Sarayevo bütün dövrlərin ən yaxşılarını özünə çəkib.

2. Ləziz təamlar

Qonaqpərvər paytaxtda ac qalmaq mümkün deyil: hər zövqə uyğun kafe və restoranlar vitrinləri və qoxuları ilə insanı özünə çəkir. Milli mətbəx ilə tanışlıq birbaşa səhərdən başlayır: qonaq evlərinin çoxunda, – Bosniyada məhz həmin yerlərdə qalmaq məsləhətdir, – əla səhər yeməyi təklif olunur. Əgər ev sahibləri ilə dostlaşa bilsəniz, o zaman onlar əcdadlarının reseptlərini sizinlə bölüşərək kulinar ustad dərsləri də keçərlər.

Küçələrdə hamının xoşladığı fastfud satılır: qat-qat xəmirdən hazırlanan “börəklər” və qızardılmış “çevaçiçi” kolbasaları.

Türk kafelərindən üzüm yarpaqlarından hazırlanmış “sarma”nın, klassik halvanın, rahatluqumun və paxlavanın dadına baxmağa dəyər. Saysız-hesabsız qəhvəxanalar və qənnadı dükanları bişmiş kremlə “tulumba” borucuqları, kokos qırıntıları ilə “xurmasise” peçenyesi və zərif kəsmikli içliyi olan “qibanitsa” piroqu ilə insanı yoldan çıxarır. Böyük ustalıqla hazırlanmış kabablar və “bosanski lonas” qızartması ət həvəskarlarının, “yaxniya” – buğda bişirilən tərəvəz və “zelyanitsa” adlı ispanaqdan hazırlanmış piroq isə vegetarianların damaq dadına uyğun gələ bilər.

3. Mənzərəli yerlər

Sarayevonun görməli yerlərini gəzməyə azı bir həftə yetər. Lakin asudə vaxtı rəngarəng etmək üçün şəhərin hüdudlarından kənara çıxmaq lazımdır. Şəhərdən təxminən iki saatlıq məsafədə Qədim körpü ilə gözəl Mostar yerləşir. XVI əsrdə türklər tərəfindən salınan körpü şəhərin iki hissəsini – xorvatlar və Bosniya müsəlmanları yaşayan hissəsini birləşdirir.

Hündürlüyü 21 metr olan daş körpüdən cəsarətli dalğıclar camaata əyləncə göstərmək məqsədilə Neretvanın buzlu sularına tullanırlar.

Poçiteldə orta əsrlərə məxsus qala divarları qorunub saxlanılıb, Lukomir kəndi isə gözəl dağ mənzərələrinin əhatəsində tamamilə sivilizasiyadan təcrid edilib.

4. Kədərli keçmişin əks-sədası

XIII əsrdə yaranmış Bosniya krallığını tezliklə türklər işğal edib. XVI əsrdə Sarayevo şəhər statusunu alıb və Osmanlı imperiyasının Avropada sayca üçüncü ərazisi olub. Təxminən iki yüz ildən sonra Avstriya qoşunları yerli küçələri ələ keçirib və yandırıblar. Daha sonra şəhəri Vyanaya uyğun olaraq yenidən qurmağa başlayıblar.

Paytaxtın hər yerinə “Sarayevo qızılgülləri” – artilleriya mərmilərinin açdığı çalalar səpələnib. Bu çalalar ölənlərin xatirəsinə ehtiram olaraq qırmızı qətran ilə doldurulub. Sarayevo başdan-başa belədir: ağrı-acı və qandan güllər yetişir.

1914-cü ildə Latin körpüsündə ershersoq Frans Ferdinand güllələnib. Məhz bu hadisə milyonlarla həyata son qoyan Birinci Dünya müharibəsi üçün səbəb olub. İkinci Dünya müharibəsi Sarayevonu sonsuz sayda bombardmanlara məruz qoyub. 1992-ci ildə isə Bosniya müharibəsi – serb və müsəlmanların amansız qarşıdurması başlayıb. O müdhiş keçmişi Əbədi məşəl və Hərbi tunel xatırladır. Tunel sayəsində sarayevolular dördillik müsadirədən xilas ola biliblər.

5. Dövrümüzün açıq səması

Baş vermiş faciələrə baxmayaraq, müasir Sarayevo gözəl, dinamik və tamamilə təhlükəsizdir. Yerli sakinlər hədsiz dərəcədə qonaqpərvərdirlər: onlar həm istiqamət göstərir, həm suallara cavab verir, lazım gəlsə, jest hərəkətləri ilə nəyisə başa salırlar. Burada cinayətkarlığın səviyyəsi çox aşağıdır. Ola bilsin ki, Qədim mərkəzdə cibgirlər “fəaliyyət göstərir”, lakin bununla ayıq-sayıq səyahətçiləri qorxutmaq mümkün deyil.

Sarayevoda adət-ənənələrə böyük ehtiramla yanaşırlar və qonaqları sevirlər. Ən başlıcası isə əsl səmimilikdən sui-istifadə etməmək və yaxşılığa yaxşılıqla cavab vermək lazımdır.

Möhtəşəm ”Batumi – Trabzon – Kapadokya” turu – Go Travel

0
Kapadokiya

Sizləri Möhtəşəm ”Batumi – Trabzon – Kapadokya” turuna dəvət edirik.

Turun tarixi: 16.08.19 – 23.08.19
?Turun qiyməti: 179$

Qiymətə daxildir:


✅Tur boyu xidmət göstərən transfer ( VİP avtobus )
✅Oteldə gecələmə (1 gecə Trabzon, 2 gecə Kapadokya)
✅ Səhə yeməyi 
✅ Yol boyunca ( Çay + Kofe ) 
✅ Fotossesiya
✅ Tur rəhbər
✅ Yol boyu əyləncəli və hədiyyəli oyunlar

? TRABZON 
⚜ Trabzon Mall Shopping
⚜ Trabzon Forum AVM
⚜ Uzungöl
? KAPADOKYA 
⚜ Hava şarları 
⚜ Göyərçinlik vadisi 
⚜ Yeraltı şəhər gəzintisi ( 30 tl )
⚜ Peri bacaları 
⚜ Kapadokya-Üçhisar ( 10 tl ) 
⚜ 3 Peri bacası
⚜ Avanos
⚜ Hayal Vadisi
⚜ Vadi yürüyüşü-Hicking
⚜ Asmali Konak ( 10 tl )
⚜ Kapadokia Mall Shopping
⚜ Aşk və mavi konağı ( 5 tl )
————————- 
Qiymətə daxil deyil:
Muzeyə giriş biletləri
Günorta və axşam yeməyi
Uzun göl turu əlavə ( 10 $ )
_______________________________
Qeyd 1: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
Qeyd 2: 0-3 yaş uşaqlar pulsuz (avtobusda oturmamaq və oteldə çarpayı istifadə etməmək ) şərti ilə 
Qeyd 3: Ödənişlər yalnız günün məzənnəsinə uyğun olaraq qəbul edilir. 
————————-
☛Turun başlama tarixi : 16.08.19
Toplaşma yeri: 28 Mall-ın qabağı.
Toplanış – 19:30
Çıxış – 20:00
☛Turun bitmə tarixi : 23.08.19

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30 (Whatsapp+Zəng)
?+994 70 664 60 30 (Whatsapp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

Məşhur Bürc Xəlifədə dünyanın ən hündür zalı açılıb

0
Bürc Xəlifə

Dünyanın ən böyük göydələni olan məşhur Bürc Xəlifədə 585 metr yüksəklikdə yerləşən və üç mərtəbədən ibarət istirahət məkanı açılıb.

The Lounge Burj Khalifa adlanan bu istirahət məkanında qonaqlara nəfis yeməklər təklif olunur və onların qarşısında şəhərin gözəl mənzərəsi açılır. Bu yerin dostları ilə, yaxud ailəvi dincəlmək istəyənlərin ən çox axın edəcəyi istirahət məkanına çevriləcəyi gözlənilir.

Göydələnin üç mərtəbəsi tamamilə dəyişdirilib və burada qonaqlara bir neçə mərtəbə aşağıda yerləşən Armani Hotel Dubai restoranının mətbəxindən müxtəlif içkilər və yeməklər təklif edilir. Açıq terrasın da olduğu yeni məkanın Dubayın ən çox yerli sakini və əcnəbi turisti qəbul edəcək yerlərinin siyahısına əlavə olunacağı ehtimal olunur. Mərtəbələrin hər birində şəhərin ecazkar mənzərəsini tamamilə yeni perspektivdən görmək mümkündür. Burada zalların tərtibatında cüzi fərqlər var. Belə ki, 154-cü mərtəbədə qonaqları furşet gözləyirsə, digərlərində qəhvə masalarının arxasında və ənənəvi ərəb məclisləri üslubunda olan divanda istirahət etmək olar.

Yeni məkana gələn turistlər üçün müxtəlif tədbirlər də nəzərdə tutulub. Məsələn, saat 12:30-la 16:00 arasında “buludlarda” gündüz çay süfrəsi təklif olunur. Siz ləzzətli isti içkilər və desertlərdən zövq almaqla yanaşı, şəhərin qeyri-adi mənzərəsini də seyr edə bilərsiniz. Gündüz çay süfrələrinə biletin qiyməti adambaşına 550 dirhəmdir (150 dollar). Biletə un məmulatları, nəfis desertlər, yüksəkkeyfiyyətli çay və müəssisənin hazırladığı xüsusi içki daxildir.

Britaniyalı turistlərə Türkiyənin ən görməli məkanlarının siyahısı təqdim edilib

0
turizm

The Telegraph” britaniyalı turistlərə Türkiyədə ən maraqlı yerlərin siyahısını təqdim edib. Gezmeli.azwww.tourprom.ru” saytına istinadla xəbər verir ki, bu siyahıda birinci yeri Fəthiyyə kurortunun 70 kilometrliyində yerləşən Patara tutub. Patara antik Likiya ərazisində yerləşən eyniadlı şəhərin xarabalıqlarıdır. Burada əsasən Roma İmperiyası dövrünə aid çoxsaylı antik abidələr zəmanəmizə qədər gəlib çıxıb. Türkiyənin ən uzun çimərliyi də burada yerləşir.

İkinci yeri Egey dənizi sahilində yerləşən Bodrum kurortu tutub. Üçüncü yerdə Ölüdəniz buxtası gəlir. Bu buxta da Fəthiyyə kurortu yaxınlığında yerləşir və Türkiyə kurortları arasında turistlərin şəkil çəkdirməyə ən çox can atdıqları məkanlardan biridir.

Dördüncü yeri Pataradan şərqdə yerləşən Kalkan kurortu tutub. Kalkan bakirə təbiətli səfalı məkandan avropalıların dəbdəbəli villalarının yan-yana düzüldüyü kurorta çevrilib. Beşinci yerdə Antalya qərarlaşıb və turistlərin əksəriyyətinə onu tanıtmağın heç bir lüzumu yoxdur.

Sonra ardıcıllıqla turistlərin yaxşı tanıdığı digər kurortlar gəlir: Side (6), Alaniya (7)Çeşmə (8). Doqquzuncu yerdə qərarlaşan Dalyan avropalı pensiyaçılar arasında ən populyar yerdir. İlk onluğu Kəmərdə çınqıllı çimərliyi və ekoloji istirahət imkanları ilə məşhur olan Çıralı qəsəbəsi tamamlayır.

BƏƏ-də turizmin inkişafına həsr olunmuş forum keçiriləcək

0
BƏƏ

Bu ilin oktyabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin Ras-əl-Xayma əmirliyində Ümumdünya səyahət və turizm Şurasının təşkilatçılığı ilə “Yaxın Şərq və Şimali Afrika liderlərinin forumu – 2019” keçiriləcək.

Ras-əl-Xayma əmirliyinin Turizmin inkişafı İdarəsinin məlumatına istinadla xəbər verir ki, ilk dəfə regionda forum təşkil olunacaq. Turizm sahəsinin 200-ə yaxın lideri bir araya gələcək.

Forum çərçivəsində turizm və səyahət industriyasının aparıcı liderləri regionun bu sahəyə aid aktual məsələləri və turizmin inkişafının gələcəyini müzakirə edəcəklər. Əsas və panel iclaslarda turizm sahəsinin əsas problemləri və sərmayə imkanları, yeni iş yerlərinin yaradılması əsas məsələlərdəndir. İxtisas səviyyəsinin qaldırılması gözlənilir. İqlim, ekologiya və digər məsələlər barədə diskussiyaların aparılması nəzərdə tutulur.