Ev Blog Səhifə 190

Bodruma 7 gecə/8 günlük səyahət – Go Travel

0
Go Travel

Bodruma 7 gecə/8 günlük səyahət təklifimiz:⠀

Daxildir:⠀
✔Uçuş biletləri⠀
✔Oteldə 7 gecə yerləşmə (hər şey daxil)⠀
✔Səyahət sığortası⠀
✔Transferlər⠀

Təklif etdiyimiz otellər:⠀
✔Üç ulduz otel – Tenda Hotel 3* – 1000 USD, iki nəfərlik,hər şey daxil⠀
✔Dörd ulduz otel – Costa Blu Resort 4* – 1200 iki nəfərlik,hər şey daxil⠀
✔Beş ulduz otel – Green Beach Resort 5* – 2400 USD, bir nəfərlik, ultra-hər-şey-daxil⠀

Səyahət tarixləri: 18-25 Avqust⠀

Daha ətraflı məlumat üçün agentlərimizlə əlaqə saxlayın:

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30 (Whatsapp+Zəng)
?+994 70 664 60 30 (Whatsapp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

Bakıda “küçə sənətçiləri” üçün pulsuz yerlər ayrıldı

0
Küçə sənətçiləri

Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzi “Küçə sənətçiləri” adlı layihəsinin təqdimatını keçirib.

Azvision.az -ın məlumatına görə, Bakı İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov bildirib ki, bu gündən başlayaraq hər bir istedadı olan gənc onlara elektron formada və zəng edərək müraciət edə bilər.

“Müraciətlər əsasında ayda bir dəfə onlar kastinqə dəvət olunacaq. Kastinqdən keçənlərə

Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində çıxış etmələri üçün rəylər veriləcək. “Küçə sənətçiləri“nin çıxış edəcəyi məkanlar turistlərə görə müəyyən olunur. Turistlərin getdiyi yerlər çoxalarsa, gələcəkdə məkanların sayı artırıla bilər”.

R.Bağırov qeyd edib ki, müsabiqədən keçən sənətçilərə 3 ay müddətində fəaliyyət göstərmələri üçün rəy veriləcək: “3 aydan sonra onlar fəaliyyət müddətini artıra və ya fəaliyyətlərini dayandıra bilərlər. “Küçə sənətçiləri” nin fəaliyyəti üçün rüsum nəzərdə tutulmayıb. Fəaliyyətləri zamanı topladıqları vəsait özlərinə qalacaq”.

Azərbaycana Çindən gələn turistlərin sayı daha da artacaq

0
Çin

Azərbaycana Çindən gələn turistlərin sayı daha da artacaq.

Trend-in məlumatına görə, bunu Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov “Küçə sənətçiləri” adlı layihənin təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan və Çin arasında imzalanmış memoranduma əsasən, ölkəyə gələn çinli turistlərin sayında artım baş verəcək.

Artıq belə bir artımın müşahidə olunduğunu deyən R.Bağırov bildirib ki, son 2-3 ildə Azərbaycana, o cümlədən Bakıya çoxlu sayda turist gəlir. Ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayı 6,5 faiz artım var:

“Statistikada hər ay və hər il turistlərin sayında artım müşahidə olunur. Gələn turistlərin məqsədləri fərqli olur. Onların bəziləri gəzmək, bəziləri alış-veriş, bəziləri isə müalicə məqsədi ilə gəlir. Dövlət Turizm Agentliyi turistlərin daha çox gəlməsi üçün imkanlar yaradır”.

Gədəbəydə ilk dəfə Milli Yaylaq Festivalı keçirilir

0
Milli Yaylaq Festivalı

Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə bu gün ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçirilir.

Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunur.

Festivalın keçirilməsində Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar sırasındadır.

Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd–Miskinli yaylağında, unikal konsepsiya əsasında keçirilən Milli Yaylaq Festivalına yerli iştirakçılar və turistlərlə yanaşı, xarici ölkələrdən çoxsaylı fəxri qonaqlar da qatılıb.

Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı, “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılıb.

Milli Yaylaq Festivalı şərti olaraq mədəni–etnoqrafik, milli yaylaq (idman) oyunları, eko–etnoturizm adlı 3 hissədən ibarət olacaq.

Mədəni–etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, müxtəlif xalq səhnələri və tamaşaları, əski xalq oyunları təqdim ediləcək.

Tətbiqi sənət nümunələrinin nümayişi və satış–sərgisi təşkil olunacaq. Qoçların, qurdbasarların və yerli yorğa atların sərgi müsabiqəsi keçiriləcək. Yaylaq və spesifik kənd təsərrüfatı mallarının yarmarkası fəaliyyət göstərəcək. Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların mədəni proqramları və nümunəvi çıxışları da maraqla qarşılanacaq.

Festivalın milli yaylaq (idman) oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə söykənən yorğa at yarışları (müxtəlif məsafə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi keçiriləcək. Nümunəvi çıxışlar, atüstü milli oyunlar və ox atma təşkil olunacaq.

Yaylaq festivalının eko–etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq imkanı yaradılacaq.

Şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət də təşkil ediləcək. Belə ki, burada turistlər gün ərzində adi kənd həyatını yaşayacaqlar. Yəni, inək, qoyun-keçi otaracaq, onları sağacaq, ot biçəcək, taya düzəldəcəklər. Atlara qulluq edəcək, nehrə çalacaq, tətbiqi sənətlə məşğul olacaq, milli xörəklərdən bişirəcək və dəyədə gecələyəcəklər. Həmçinin bölgənin məşhur yerlərinə – Koroğlu qalası, Mahrasa məbədi, Qız qalası və digər məkanlara turlar təşkil olunacaq. At gəzintiləri, “Alman izləri” adlı xüsusi ekskursiyalar olacaq.

Festival iyulun 28-dək davam edəcək.

Azərbaycanla Monteneqronun əməkdaşlığının inkişafı üçün böyük potensial var

0
Monteneqro

Azərbaycanla Monteneqronun turizm, ticarət, infrastuktur, kənd təsərrüfatı və mədəniyyət sahəsində əməkdaşlığının inkişafı üçün böyük potensial mövcuddur.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK), bu barədə ASK-nın Monteneqro, Serbiya, Bosniya Herseqovina üzrə nümayəndəsi Seyran Mirzəzadə Serbiyanın “Danas” informasiya agentliyinə müsahibəsində deyib.

S.Mirzəzadə Azərbaycan–Monteneqro iqtisadi əlaqələri, Monteneqro Baş Nazirinin Azərbaycana son səfəri və ASK-nın fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, 1999-cu ildən fəaliyyət göstərən ASK hazırda ətrafında 6 mindən çox sahibkarlıq subyektini, o cümlədən 70-dək ittifaqı birləşdirir. Monteneqro, Serbiya, BosniyaHerseqovina üzrə yeni nümayəndəlik sayca 18-cidir.

Təşkilatın missiyasına toxunan S.Mirzəzadə deyib: “Konfederasiyanın məqsədlərindən biri üzvləri arasında işgüzar əlaqələrin yaradılması, eyni zamanda, xarici ölkələrdə də tərəfdaşların tapılmasında kömək göstərməkdir. Yeni nümayəndəliyin açılması Azərbaycanla region ölkələri arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcək”.

Türkiyə vətəndaşları üçün vizanın ləğvi iqtisadiyyatımıza necə təsir edəcək? – AÇIQLAMA

0
viza

Türkiyə vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin ləğv olunması yeni mərhələyə qədəm qoymuş iqtisadi əlaqələrin daha sürətli inkişafına dəstək olacaq. 

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili Azərbaycanın Türkiyə vətəndaşları üçün vizanı ləğv etməsinin ölkəyə iqtisadi baxımdan təsirini şərh edərkən deyib.

Deputat hesab edir ki, viza rejiminin ləğvi Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayını artıracaq:

“Azərbaycan və Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq ən yüksək səviyyədədir. Bu gün prezident İlham Əliyev və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf etməkdədir. 2019-cu ilin 6 ayı ərzində iki qardaş ölkə arasında ticarət dövriyyəsi 35% artıb. Azərbaycanın Türkiyəyə ixracı isə 2 dəfəyə yaxın artıb. Həm xarici ticarət dövriyyəsində, həm də Azərbaycanın ixracında Türkiyə 2-ci ölkədir.

Digər tərəfdən, 2020-ci ildə Azərbaycanın Türkiyəyə yatırdığı xarici investisiyanın həcmi 20 mlrd. dollara çatacaq ki, hazırda da Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir. Türkiyə şirkətlərinin də Azərbaycan iqtisadiyyatına yatırımları 14 mlrd. dolları keçməkdədir. Bu rəqəmlər və eyni zamanda birgə həyata keçirilən enerji, nəqliyyat layihələri hər iki ölkənin iqtisadiyyatının getdikcə daha çox inteqrasiya olunduğunu deməyə imkan verir. Türkiyə vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin ləğv olunması yeni mərhələyə qədəm qoymuş iqtisadi əlaqələrin daha sürətlə inkişafına dəstək olacaq. 

Ümumiyyətlə, təcrübə göstərir ki, insanların maneəsiz hərəkəti ölkələr arasında kapitalın da sürətli hərəkətinə təkan verir, bu isə öz növbəsində iqtisadiyyatın dinamik inkişafını təmin edir”.

Digər tərəfdən, 2019-cu ilin 6 ayının yekunlarına görə, Azərbaycana səfər edən turistlərin sayının 12%-ni Türkiyə vətəndaşları təşkil edir. Azərbaycanın turizm potensialı getdikcə artır, ölkəmizə səfər edən xarici ölkə vətəndaşlarının sayı çoxalır. 

Düşünürəm ki, viza rejiminin ləğvi Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayının artmasına müsbət təsir edəcək”.

Tahir Mirkişili onu da qeyd edib ki, ümumilikdə, Azərbaycanın dövlət idarəetməsində çevik məlumat bazalarının formalaşması və müasir texnologiyaların tətbiqi həm viza sistemlərinin asanlaşdırılmasına, həm də bir çox ölkələr üçün vizasız gediş-gəliş sisteminin tətbiqinə imkan yaratmaqla yanaşı, milli təhlükəsizliyin də qorunmasına imkan yaradır.


Gürcüstanın turizm reallığı – Ölkəyə pul su kimi axır

0
Gürcüstan

Gürcüstan altı ayda turizmdən iki milyard dollara yaxın pul qazanıb Gürcüstanın 2019-cu ilin ilk 6 ayı ərzində beynəlxalq turizmdən gələn gəlirləri 1,5 milyard dollar olub. Bu isə turizm gəlirlərində ötən ilin analoji dövrü ilə müqayisədə 7%-dən çox artım deməkdir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, məlumatı Gürcüstanın Milli Turizm İdarəsi verib.

“Bu göstərici ötən ilin analoji dövrünün rəqəmlərini 95,4 milyon dollar aşır. İyun ayında ölkəyə xarici səyyahlar tərəfindən 340 milyon dollar vəsait daxil edilib. Bu isə 2018-ci ilin iyun ayında gələn gəlirlərdən 14,6 milyon dollar çoxdur” – deyə turizm idarəsindən bildiriblər.

2018-ci ildə Gürcüstana gedən hər beş turistdən biri (21%) rusiyalı olub. May ayında ruslar Gürcüstana 172,2 min səfər ediblər. İyun ayında səfər edənlərin sayı isə bundan 152 min nəfər çox olub. Nəticədə ruslar Gürcüstana səfər edən əcnəbilər arasında birinci yeri tutub.

Daha əvvəl Gürcüstanın Milli Turizm İdarəsinin rəhbəri Mariam Kvrivişvili bildirmişdi ki, 2019-cu ilin altı ayı ərzində ölkəni 700 min rusiyalı ziyarət edib. İl ərzində isə 2,7 milyon Rusiya vətəndaşının Gürcüstana turist səfəri edəcəyi gözlənilir.

Onun sözlərinə görə, 2019-cu ilin sonuna qədər Gürcüstan bir milyon rusiyalı turist itirəcək ki, bu da təqribən 710 milyon dollar vəsaitin itirilməsi deməkdir.

Qeyd edək ki, Azərbaycan da Gürcüstana ən çox turist göndərən ölkələr sırasındadır. Təkcə ötən ilin 9 ayı ərzində Gürcüstana səfər edən azərbaycanlıların sayı 4 milyon 14,6 min nəfər olub.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, azərbaycanlıların ən çox səfər etdiyi ölkələr sırasında İran birinci, Gürcüstan isə ikinci yerdədir.

Qeyd edək ki, Gürcüstanın 2019-cu il dövlət büdcəsi 4,8 milyard dollardır. Bu isə o deməkdir ki, 2019-cu ilin 6 ayı ərzində turizmdən gələn gəlirlər bu ölkənin illik dövlət büdcəsinin təqribən 1/3-ni təşkil edir.

“Regionlarda fəaliyyət göstərən iaşə obyekləri təbiətə görə turistdən pul alırlar” – Foto

0
turizm

“Regionlarda fəaliyyət göstərən hotellərdə, istirahət mərkəzlərində və restoranlarda süni qiymət artımına yol verilir. Bu da onların nadanlığından irəli gəlir. Nəticədə turistlər başqa ölkələrə uz tuturlar”.

Bu barədə bizimyol.info-ya açıqlamasında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.

O, regionlarda fəaliyyət göstərən həmin hotelləri idarə edən şəxslər sərt tənqid edib: “Həmin hotellərdə işləyən adını “menecer” qoyan şəxslər və sahibkarlar çox aşağı səviyyədə düşünürlər. Təbiətin mənzərəsinə, küçəyə baxmağa görə turistlərdən pul alırlar. Bu şəxslər turizm sahəsinə aid deyirlər, bu sahəyə təsadüfən düşmüş şəxslərdirlər”.

Ekspert qeyd edib ki, turizm sahəsində qiymətlərin qənaətbəxş olması üçün mütləq rəqabət olmalıdır: “Turistlərin üz tutduğu yerlərdə, şimal-şərq, şimal-qərb və cənub zonasında mütləq 1-2 ulduzlu hotellər də inşa olunmalıdır. 1-2 ulduzlu hotellərin inkişafı avtomatik olaraq 4-5 ulduzlu hotellərin qiymətini tənzimləyəcək.

Turistlərdə narazılıq ona görə yaranır ki qiymətlərlə xidmət arasında uzlaşma yoxdur. 1 manatlıq xidmət təklif edib, 10 manat alanda turist narazı qalacaq”.


Bakı Turizm İnformasiya Mərkəzi “Küçə sənətçiləri” layihəsini təqdim edəcək

0
Küçə sənəti

İyulun 26-da Hilton hotelində Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzinin “Küçə sənətçiləri” adlı layihəsinin təqdimatı keçiriləcək.

Dövlət Turizm Agentliyindən bildirilib ki, dövlət qurumlarının dəstəkçi olduğu layihəyə əsasən ilkin mərhələdə küçə sənətçiləri arasında seçim baş tutacaq. Seçim mərhələsini uğurla adlayan sənətçilərə Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində çıxış etmələri üçün rəylər veriləcək.

Layihə çərçivəsində aktyorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara və digər yaradıcı şəxslərə öz istedadlarını nümayiş etdirməyə lazımi şərait yaradılacaq.

Küçə sənətçiləri” layihəsinin əhəmiyyəti turistlərin bu cür tədbirlərə xüsusi maraq göstərməsidir. Həmçinin qonşu ölkələrdə də tətbiq edilən bu növ əyləncəli küçə şoularının müsbət nəticələr verməsinə də əsaslanır.

Sanatoriyalarda hazırki vəziyyət necədir? – ARAŞDIRMA

0
Sanatoriya

Dünyanın bir sıra ölkələrində müalicə-sağlamlıq turizmi ən perspektivli istiqamətlərdən biri hesab olunur. Müalicəvi əhəmiyyətli mineral və termal sularla zəngin bir ölkə olan Azərbaycanda da turizmin bu növünün inkişafı üçün potensial imkanlar mövcuddur. Belə ki, Azərbaycan ərazisində 1500-dən artıq mineral və termal su mənbələri, müalicəvi əhəmiyyətə malik olan 4 palçıq vulkanı və 1 əsas neft mənbəyi vardır. Təkcə Naxçıvanda 250-dən çox mineral su mənbəyi yerləşir. Bu sulara Sirab, Badamlı və Vayxır kimi suları misal göstərmək olar. Lənkəran və Astara bölgələrində isə 100-dən çox termal su mənbəyi var. Bunlardan İstisu, Daşvənd, Qəriblər kimi sular xüsusilə məşhurdur. Dünyada naftalan neftinin yeganə yatağı Azərbaycanda – Naftalan şəhəri ərazisindədir. SSRİ dövründə naftalan nefti bütün respublika ərazisində məşhur idi. Naftalan şəhəri üçün maraqlı faktlardan biri də burada əsa muzeyinin olması idi. Belə ki, bura əsasına söykənib çətinliklə yeriyərək gələn insanlar müalicə kursundan sonra öz əsasını muzeyə bağışlayır, geriyə sərbəst yeriyərək qayıdırdı.

Ölkədə müalicəvi əhəmiyyətə malik yataqların kifayət qədər olması turizm investorlarının diqqətindən yayınmayıb. Müxtəlif bölgələrdə, xüsusuən müalicəvi su hövzələrinin yerləşdiyi ərazilərdə sanatoriyalar, kurortlar, sağlamlıq-istirahət mərkəzləri yaradılıb. Bəs görəsən, bu sanatoriyalarda vəziyyət turistlərin diqqətini cəlb etmək, Azərbaycanda turizm bazarını stimullaşdırmaq və iqtisadiyyatın bu sektoru üzrə gəlirləri artırmaq baxımından qənaətbəxş hesab oluna bilərmi?

Yerli sanatoriyalarla xarici ölkələrdəki sağlamlıq-istirahət mərkəzlərinin müqayisəsini aparan turizm üzrə ekspert Ülfanə Mahmudovanın bildirdiyinə görə xarici sanatoriyalarda qiymətlər bizdəkindən xeyli ucuzdur:

“Dünyada müalicə turizminin ən çox inkişaf etdiyi ərazilərə misal olaraq Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Çexiya, Sloveniya kimi ölkələri misal göstərə bilərik. Xüsusən Rusiya və Ukraynada müalicə turizmi öndə gedən turizm sektorlarından hesab olunur. Elə bizim yerli turistlərin də müalicə üçün ən çox üz tutduğu ölkələr Rusiya və Ukraynadır. Bu ölkələrin artıq müalicə turizmi sahəsinə geniş sərmayə yatırmağa, özlərini bu sahədə reklam etməyə ehtiyacları yoxdur. Çünki onların bu sahədə tətbiq etdikləri sistem özünü tam doğruldub. Bu ölkələrdə yerləşən sanatoriyalar geniş insan kütləsi tərəfindən sınaqdan keçirilib və özünə lazım olan reklamı toplaya bilib. Xüsusilə həkimlərin xəstələrə göstərdikləri xoş münasibət, dəqiq, diqqətli müayinə və müalicə, müalicəvi suların müsbət təsirləri nəticəsində hazırda bu ölkələr dünyada müalicə turizmi sektorunda qabaqcıl paya sahibdirlər. Həmin ölkələrdəki sanatoriyalarda qiymətlər də bizdəkindən xeyli ucuzdur. Bizdə həm sanatoriyaların sayı azdır, həm də qiymətləri çox bahadır. SSRİ dövründən qalan bəzi azsaylı və ucuz sanatoriyalar var ki, onlarda da xidmət səviyyəsi çox aşağıdır. Bu sahədə ən böyük problemlərimizdən biri isə müalicəvi su hövzələrinin bir otel tərəfindən istismar edilməsidir. Mələsən, bizim “Qalaaltı” sanatoriyası ilə Rusiyanın “Yessentuki” sanatoriyasının müqayisəsini aparaq. 

Yessentuki su hövzəsi ümumi bir parkda yaradılıb və onun ətrafında çoxlu sayda müxtəlif səviyyəli sanatoriyalar tikilib. Belə olan təqdirdə, turistlərin də seçim imkanı geniş olur. Rusiyada belə suların əksəriyyəti açıq şəraitdədir, ətrafında tikilmiş otellər də oradan özlərinə su çəkir. İnsanlar həm oteldə qalaraq, həm də yaxınlıqda ev tutaraq gəlib o sudan istifadə edə bilərlər. Qalaaltı suyunun ətrafında isə belə bir seçim imkanımız yoxdur. Orada cəmi bir otel tikilib, o da düz suyun üzərində. Suyun ətrafına başqa yerdən keçid yoxdur, giriş ancaq həmin oteldəndir. Sözügedən otel isə çox bahalıdır, hamının büdcəsinə uyğun deyil. Azərbaycanda da müalicəvi su hövzələri açıq şəraitdə olmalıdır ki, ətrafında bir neçə sanatoriya yaradılsın və lazım olan infrastruktur formalaşsın. Ola bilsin, bizdə bəzi yerlərdə açıq su hövzələri var, amma o sanatoriyalarda da tam mərkəzləşdirilmiş sistem formalaşdırılmayıb”.

Ekspert hesab edir ki, Azərbaycandakı sanatoriyalarda xidmətlər barədə məlumatlandırma səviyyəsi çox aşağıdır: “Naftalanda bir neçə sanatoriya yaradılıb. Bu sanatoriyalara Rusiya və Mərkəzi Asiya ərazisindən mütəmadi gələnlər olur. Naxçıvanda yerləşən Duzdağ sanatoriyasında da vəziyyət qənaətbəxş hesab oluna bilər. Ora gedənlərin sayında dinamiklik müşahidə olunur, qiymətləri də çox baha deyil. Masallıda isə müalicə turizmi üçün infrastruktur çox zəif qurulub. Orada xüsusən məlumatlandırma səviyyəsi çox aşağıdır. Ümumiyyətlə, məlumatlandırma səviyyəsinin aşağı olması bizim əksər sanatoriyalar üçün xarakterikdir. Rusiyada, Ukraynada olan sanatoriyalar yerli və xarici turizm şirkətlərinə hazır siyahılar təqdim edirlər. O siyahıda həmin sanatoriyanın müalicəvi əhəmiyyəti, hansı xəstəliklərə faydalı olduğu, sanatoriyadakı yerlər, qiymətlər və digər məqamlar barədə ətraflı məlumatlar qeyd olunur. Bizdə isə bəzi yerlərdə hətta zənglərin cavablandırılması belə düzgün təşkil olunmayıb. Məlumat alınacaq şəxslər bir o qədər professional deyil. Xidmət səviyyəsinin normal təşkil olunduğu yerlərdə isə qiymətlər çox bahadır. Bu isə turistlərə sərf eləmir. Elə buna görə də yerli vətəndaşlarımız əksər hallarda xarici ölkələrdəki sanatoriyalara getməyə üstünlük verirlər. Əsasən, yay aylarında Azərbaycandan xaricə müalicə üçün gedən turistlərin sayı çox olur və biletlərin satışı sürətlənir. Hazırda Ukraynanın Lvov vilayətinə biletlərin qiyməti 500 manatdan yuxarıdı. Çexiyanın bir çox sanatoriyalarına isə yerlərimizin hamısı satılıb”.

Qeyd edək ki, Naftalan ərazisində yerləşən “Kəpəz” sanatoriyasının baş həkimi Könül Aslanovanın “Reporta”a bildirdiyinə görə, əvvəlki illərdə yay mövsümündə Naftalan sanatoriyalarına gələnlərin sayı daha çox olub:

“Bu il sanatoriyamıza gələnlərin sayında azlıq müşahidə edilir. Artıq yayın ikinci ayını baş vurmaq üzrə olsaq da, xəstələrimizin sayı yalnız son iki gündə bir qədər artıb. Tək bizim sanatoriyamıza deyil, bütün Naftalan ərazisinə bu il gəliş az olub. Əvvəlki illərdə yay mövsümündə sanatoriyaya gələnlərin sayı daha çox olurdu. Bu il isə hələ ki, yayda gələnlərin sayı, demək olar ki, qışdakı göstərici ilə eynidir. Qış aylarında gələnlər, adətən, xarici ölkələrin vətəndaşları olur. Yayda isə yerli vətəndaşlar üstünlük təşkil edir. Xarici ölkələrdən sanatoriyamıza gələnlərin çoxu Rusiya və Qazaxıstan vətəndaşlarıdır. Qazaxıstandan gələnlərin böyük əksəriyyətində pisariaz xəstəliyinə təsadüf olunur”.

K.Aslanova eyni zamanda naftalan neftinin faydalarınından danışmaqla yanaşı, neft vannalarının kimlərə zərərli olduğunu da diqqətə çatdırıb:

“Naftalan vannaları, əsasən, oynaq və dəri-zöhrəvi xəstəlikləri, kişi və qadın sonsuzluğunun müalicəsi üçün faydalıdır. Bunlara misal olaraq artrit, poliartirt, artroz, steparoz, pisariaz, varikoz və digər xəstəlikləri misal göstərmək olar. Sanatoriyamızda ən çox müalicə olunan oynaq xəstəliyi artroz, dəri-zöhrəvi xətəliyi isə pisariazdır. Bizdə, demək olar, oynaq xəstəliklərinin hamısı çox yaxşı müalicə olunur və xəstələr də razı qalırlar. Belə olmasa, hər il dünyanın müxtəlif ölkələrindən insanlar bura axışmaz.

Xərçəng xəstələrinə, insult və infarkt keçirmiş xəstələrə, zob xəstəliyi olanlara, yaşı 75-dən yuxarı olan insanlara hər ay mütəmadi olaraq mensturasiya olan qadınlara neft vannası qəbul etmək olmaz. Amma qadın artıq klimaks dövründədirsə ona olar”.

Baş həkimin dediklərinin əksinə olaraq “Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası”nın sədri, turizm üzrə ekspert Ruslan Quliyev isə Naftalana gələnlərin sayının artdığını bildirib:

“Azərbaycanın turizm sektorunda müalicə turizminin payı ildən-ilə artmaqdadır. Bu baxımdan statistik göstəricilərin də müsbət istiqamətdə dəyişməsinin şahidi oluruq. Hazırda müalicə turizminin inkişafı baxımından Naftalan və Abşerondakı sanatoriyaların, Duzdağ, Qalaaltı, İsitsu kimi sağlamlıq-istirahət mərkəzlərinin turizm potensialı yüksək qiymətləndirilir. 80-ci illərdə Naftalanda eyni vaxtda 5000-ə qədər insan müalicə ala bilirdi. Müasir dövrdə bizim hədəfimiz ən azı bu göstəricini təkrarlamaqdır”.

“Statistik nəticələrə nəzər salsaq, görərik ki, 2017-2018-ci illərdə Naftalana dünyanın 70-dən artıq ölkəsindən 45 mindən çox turist gəlib. Bu ilin ilk 6 ayında da keçən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunur. Həmişə olduğu kimi yenə də Naftalana əsas turist axını ardıcıl olaraq Rusiya, Qazaxıstan və Özbəkistandandır. Bununla yanaşı, artıq Naftalana gələnlər arasında Latın Amerikası və Şimali Amerika ölkələrinin vətəndaşları da nəzərə çarpır”, – ekspert əlavə edib.

R.Quliyev Azərbaycanda müalicə turizminin inkişafı ilə bağlı görülmüş işləri də diqqətə çatdırıb:

“Müalicə turizminin üstünlüklərindən biri də onun mövsümi xarakter daşımaması və gecələmə sayının müalicə kursuna uyğun olaraq 12-20 gün olmasıdır. Turizm bu növünün inkişafı istər “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə, istərsə də Turizm Haqqında qanunun müzakirələrində yeni bir kreativ istiqamət kimi müəyyən olunub. Hazırda Azərbaycan özünün müalicə-sağlamlıq turizmi imkanlarının müxtəlif sərgilər, seminarlar, forumlar vasitəsilə dünya miqyasında tanıdılması ilə məşğuldur. 2017-ci ildə İordaniyanın paytaxtı Amman şəhərində keçirilən forumda Azərbaycan “Qlobal Sağlamlıq Turizm Şurası”na vitse-prezidentlik postuna təyin olundu. 2018-ci ilin aprelində isə Türkiyənin Antalya vilayətində Azərbaycan 1 il müddətinə bu şuraya sədr seçildi. 2019-cu ilin aprel ayında isə “Qlobal Sağlamlıq Turizmi” forumu Bakıda keçirildi və sağlamlıq turizmi ilə bağlı Bakı deklarasiyası qəbul olundu.

2016-cı ildə “Qalaaltı” kurortu Avropanın Tarixi Termal Şəhərləri Assosiasiyasına üzv seçilib. 2018-ci ildə Naftalandakı bir sıra sanatoriyalar Avropanın “Europe SPA” təşkilatının beynəlxalq sertifikatına layiq görülüb. Bununla belə, biz hələ ki dünya miqyasında öz müalicə turizmi imkanlarımızı tam arzuedilən şəkildə təbliğ edə bilmirik. Bu sahədə atılacaq addımlar sistemli və ardıcıl xarakter daşımalıdır. Assosiasiya olaraq bu sektorun inkişafı ilə bağlı müvafiq qurumlara bir sıra təkliflər irəli sürmüşük ki, bunlardan biri də sağlamlıq məqsədilə Azərbaycana gələn turistlərə AZAL tərəfindən endirimlərin edilməsi təklifidir”.

Yekun olaraq Azərbaycanda yerləşən bir sıra sanatoriyalardakı otaqların qiymətlərini (müalicə daxil) təqdim edirik. Qeyd edək ki, bu sanatoriyaların əksəriyyətində müalicə paketləri minimum 7 gün üçün nəzərdə tutulub.

“Qaşaltı” sanatoriyası – Naftalan

Naftalan ərazisində yerləşən “Qaşaltı” sanatoriyasında müalicə məqsədilə 1 həftədən az qalmaq mümkün deyil. Burada bir nəfər üçün bir otağın həftəlik qiyməti 1001 manat, iki nəfər üçün isə 1368 manatdır. Qiymətlərə gün ərzində 3 dəfə qidalanma, həkim müayinəsi, qan, sidik, rentgen analizləri, fizioterapiya, naftalan vannası, fitness və SPA xidmətləri daxildir.

“Qarabağ” sanatoriyası – Naftalan

Naftalanda yerləşən bu sanatoriyada bir nəfər üçün həftəlik 1253 manat, iki nəfər üçün 1673 manat ödəniş etmək tələb olunur. Qiymətlərə gündə 3 dəfə qidalanma, naftalan vannaları, fizioerapiya, hidromasaj, inqalyatsiya, fitness və SPA xidmətləri daxildir. Sanatoriyada müalicə məqsədi ilə ən az qalmaq müddəti 1 həftə olmalıdır.

“Çinar” sanatoriyası – Naftalan

Bu sanatoriyada 1 həftə qalmaq üçün 1 nəfərlik standart otağın qiyməti 896 manatdır. İki nəfər üçün isə qiymət 1498 manat nəzərdə tutulub. Bu qiymətlərə gündə 3 dəfə yemək verilməsi, check-up müayinə, USM, rentgen analizi, ürəyin kardioqrama edilməsi, naftalan, yod, bron vannaları, türk hamamı, fitness və SPA xidmətləri daxildir. Bu sanatoriyada da müalicə məqsədilə minimum bir həftə qalmaq mümkündür.

“Qalaaltı” sanatoriyası – Şabran

“Qalaaltı” sanatoriyasında otaqların həftəlik qiymətləri gündə 3 dəfə qidalanma, müayinə, müalicə, fitness və SPA xidmətləri də daxil olmaqla bir nəfər üçün 1715 manat, iki nəfər üçün isə 2030 manatdır. Sanatoriyada müalicə məqsədilə ən az qalmaq müddəti 1 həftədir.

“Duzdağ” sanatoriyası – Naxçıvan

Naxçıvandakı “Duzdağ” oteldə bir həftə qalmaq üçün bir nəfərlik otağın qiyməti 630 manat, iki nəfərlik otağın qiyməti isə 980 manat təşkil edir. Bura eyni zamanda gün ərzində 3 dəfə qidalanma, hava limanından qarşılama və yola salma, oteldən duz dağına maşınla aparılıb-gətirilmə də daxildir. ”Duzdağ” sanatoriyasında müalicə məqsədilə 1 həftədən az qalmaq olmaz.

“Bilgəh” sanatoriyası – Bilgəh

Sanatoriyada müalicə üçün minimum qalmaq müddəti 10 gündür. Bu müddətə uyğun standart otağın qiyməti bir nəfər üçün 877 manat, iki nəfər üçün isə 1710 manatdır. Qiymətlərə gündə 3 dəfə qidalanma, müayinə, fizioterapiya, yod-brom vannaları, masaj, naftalan və parafinlə müalicə, müalicəvi bədən tərbiyəsi, psixoterapiya, müalicəvi gimnastika, sualtı duş-masaj da daxildir.

“İstisu Fatimeyi-Zəhra” sanatoriyası – Masallı

Masallıda yerləşən bu sanatoriyada bir nəfər üçün katejlərin bir günlük qiyməti 40 manatdır, iki nəfər üçün 80 manatdır. Bu qiymətlərə gündəlik 3 dəfə qida verilməsi, həkim müayinəsi, masaj, isti su vannası da daxildir.

“Günəşli” nevroloji sanatoriyası – Mərdəkan

Mərdəkan qəsəbəsindəki “Günəşli” sanatoriyasında ən azı 10 gün qalmaq şərtilə bir nəfərlik otağın qiyməti 505 manat, iki nəfərlik otağın qiyməti isə 462,6 manatdır. Bu məbləğə həmçinin müayinə, təbii yod borm-vannaları da daxil olmaqla balneoloji müalicə, mastika yaxmaları, palçıqla müalicə, masaj, müalicəvi bədən tərbiyəsi, psixoterapiya, aromaterapiya, sualtı duş-masaj, sualtı dartılma üçün müalicəvi hovuz da daxildir.