Ev Blog Səhifə 189

Təbiətin möcüzəsi – Lombok və Gili adaları

0
Lombok və Gili adaları

Lombok İndoneziyanın Qərbi Nusa Tenqara əyalətində yerləşən adadır. Cənubdan Hind okeanı, şimaldan isə Sakit okean akvatoriyasına daxil olan Bali dənizi ilə əhatələnir. Lombok adasını qərbdən – Bali adasından Lombok boğazı, şərqdən isə Sumbavadan Alas boğazı ayırır. Adanın əyalət paytaxtı və ən böyük şəhəri Mataramdır. Lombok Gili adlı bir sıra kiçik adalarla əhatə olunub.

Lombok və Gili adaları

Gili adaları

Gili adaları Bali adasının yaxınlığında olan Lombok adasının şimal-qərb sahilində yerləşən üç kiçik adadan ibarətdir. Ada dalğıclar arasında çox populyardır. Adaların hər birində – Gili Travanqan, Gili Meno və Gili Air adalarında dalğıc mərkəzləri mövcuddur və ətrafındakı sular zəngin tropik dəniz biomüxtəlifliyi ilə məşhurdur. Birlikdə “Gilis” adlanan bu adalar texniki olaraq Lombok adasının bir hissəsi hesab edilir, rahat və fasiləsiz nəqliyyat xidmətləri ilə Balidən olan turistlər arasında daha da məşhurlaşıb.

Lombok və Gili adaları

Gili Travanqan adasının şimal və qərb ərazisində gözəl və sakit çimərliklər, cənubunda isə ləziz yeməklər və əyləncələr təqdim edən restoran və klublar var. Gili Meno adası isə sakitlik və hüzur axtaran turistlər üçün ideal istirahət məkanı hesab edilir.

Gili Travanqan adası özünün gözəl infrastrukturu sayəsində bu adalar arasında ən məşhuru və ən böyüyü hesab edilir. Üç ada arasında ən yaxşı istirahət mərkəzlərinə malik olan bu adada fərqli üslub və zəngin mətbəx təqdim edən mehmanxanalar, klublar və restoranlar da fəaliyyət göstərir. Əgər limanın yaxınlığındakı turistlərə sahil gecə klubları üslubunda əyləncə proqramları təklif edilirsə, adanın qərb sahilində bal ayı keçirmək istəyən cütlüklər üçün ideal məkan hesab edilən sakit mühitə malik çimərliklər yerləşir.

Gili Meno Gili adaları arasında ən sakit mühiti olan çimərliklərə malik olması ilə seçilir. Meno adası həqiqətən özünəməxsus xüsusiyyətləri baxımından digər iki adadan fərqlənir. Bu ada daha çox toxunulmamış təbiət və landşafta malikdir. Gözəl infrastruktura malik Gili Travanqan adası və onun “əkiz qardaşı” hesab edilən Gil Air adasından fərqlənir. Gili Meno adası sakitlik axtaran turistlər üçün ən gözəl məkandır.

Lombok və Gili adaları

Gili Air adası GiIi adaları arasında lüks və daha yüksək səviyyəli istirahət məkanları sevən turistlər üçün, həmçinin daha çox məşhur olan Gili Travanqandan sonra öz tətilinizi keçirə biləcəyiniz gözəl bir məkandır. Gili Air dalğıc (dayvinq) və sualtı üzgüçülük (snorkelinq) həvəskarları tərəfindən sevilən ağ qum və suları büllur qədər təmiz olan çimərliklər, eləcə də həm sahildə, həm də sahildən kənarda yerləşən müxtəlif növ dükanlar, dəbdəbəli çimərlik klubları, kiçik dənizkənarı kafelər, dayverlər üçün maqazinlərin yerləşdiyi gözəl istirahət adasıdır.

Sasak Sade kəndi

Lombok adasında yerləşən Sasak Sade kəndinin özünəməxsus memarlığı buraya gələn turistləri heyran edir. Kənd minilliklər ərzində öz qədimiliyini və keçmiş adət-ənənələrini qoruyub saxlaması ilə fərqlənir. Kənddəki Bale Tani adlanan evlərin damı samandan, çəpərləri bambuk ağacından hörülür, döşəməsi isə palçıqdan hazırlanır. Yerli sakinlər bu ənənəvi evləri düzəldərkən mismardan deyil, bambukdan hazırlanan “tali icuk” adlı ipdən istifadə edirlər. Ənənəvi evlərin bu özünəməxsusluğu turistləri daha da təəccübləndirir.

Turistlər Sasak Sade kəndində olan bu ənənəvi evlərə qısamüddətli ekskursiya edərkən yerli sakinlər gülərüz və mehribancasına öz qədim musiqi, sənət növləri və döyüş növlərini əks etdirən tamaşaları ilə onları əyləndirirlər.

Lombok və Gili adaları

Lombok və Gili adalarına səyahət hər bir turistə unudulmaz anlar bəxş edəcək. Bu adalarda keçirəcəyiniz hər bir an xatirələrinizdə silinməz izlər qoyacaq. Səyahətlərini fərqli macərada keçirmək istəyən hər bir kəs təbiətin möcüzəsi olan bu adalara ömürlərində heç olmasa bir dəfə də olsa getməlidir.

Məqsədyönlü tədbirlər turizmin inkişafını sürətləndirir

0
turizm

Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində böyük nailiyyətlər əldə edib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmiz getdikcə daha da yeniləşir. İqtisadi islahatları reallaşdıran və innovativ inkişafa yol açan dövlətə çevrilir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsində ölkəmizin qeyri-neft sənayesi də dinamik inkişaf edir, qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələri yaradılır. Hazırda bu istiqamətdə aparılan işlər ölkənin bütün regionlarında uğurla davam etdirilir. Ölkənin iqtisadi inkişafının baza sütunlarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri əhatə edib. Ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaradıb.


“BUGÜNKÜ REALLIQLAR, BÖLGƏLƏRİMİZİN ÇİÇƏKLƏNMƏSİ, BÜTÜN ŞƏHƏRLƏRİMİZDƏ GEDƏN QURUCULUQ, ABADLIQ İŞLƏRİ GÖSTƏRİR Kİ, BİZ DÜZGÜN YOLDAYIQ”


Dövlət proqramlarının icrası istiqamətində görülən işlər nəticəsində, ölkənin hər yerində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Cənab İlham Əliyevin vurğuladığı kimi, əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir. Dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır. Biz buna nail ola bilmişik: “Bugünkü reallıqlar, bölgələrimizin çiçəklənməsi, bütün şəhərlərimizdə gedən quruculuq-abadlıq işləri göstərir ki, biz düzgün yoldayıq”.


Bütün bunlar ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması əsas məsələlərdəndir. Sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində mümkün olub.


Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər turizm sahəsinin inkişafında da mühüm nəticələrin əldə olunmasına gətirib .

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan turizmin inkişafının təmin edilməsi istiqamətində mühüm işlər görülüb. Ölkəmizin qeyri-neft sahələri arasında prioritet mövqelərdən birini tutan turizm sənayesinin inkişafı üçün Azərbaycan özünəməxsus resurslara və potensiala malikdir. Sözügedən sahə üzrə bu günə qədər həyata keçirilən dövlət proqramları və digər normativ-hüquqi sənədlər ölkənin turizm sahəsində əsas inkişaf prioritetləri, perspektivləri və problemlərin həlli istiqamətində atılan mühüm addımlar olmuşdur. Azərbaycanın turizm sahəsində turizm imkanlarının təbliğ edilməsi, daxili turizmin inkişafı və turizm xidməti infrastrukturunun qurulması sahəsində böyük işlər görülüb və hazırda bu işlər davam etdirilməkdədir. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi və dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin davamlı olaraq həyata keçirilir.


Bütün bunlarla yanaşı, Azərbaycanın bənzərsiz gözəlliklərə malik məkanları, onu turizm ölkəsi olaraq dünyada tanıdıb. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn qonaqlar yüksək səviyyədə qurulmuş turizm obyektlərində istirahət edirlər. Buranın təbiətinə valeh olurlar. Bu turizm-istirahət mərkəzləri dağ, çay və meşə zolaqları ilə əhatə olunur. Hər bir obyektdə istirahət üçün gözəl şərait yaradılıb. Geniş ərazilərdə atla gəzinti, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti, üzgüçülük hovuzları, buz üstündə konki meydançası, alpinizm məşğələləri və s. hər bir turisti maraqlandırır. Ölkəmizə səfər edən turistlər buranın adət-ənənələri, milli mətbəxi, mədəniyyət və tarixi, təbiəti ilə bağlı məlumat əldə edir, istirahətləri yüksək səviyyədə təşkil olunur. Son illərin statistikası göstərir ki, öz məzuniyyətini Azərbaycanda keçirmək istəyində olan turistlərin sayında ilbəil artım müşahidə olunur. Onlar ölkəmiz haqqında eşitdikləri ən xoş duyğuları yaşamaq və təsdiqləmək üçün bu gözəl məkanda gəlməyə can atırlar.


Görülən işlər Azərbaycana səfər edən turistlərin sayının artmasına səbəb olub. Onu da vurğulamaq yerinə düşərdi ki, Azərbaycanda turizmin inkişafına təkan verən amillərdən biri də ölkədə keçirilən beynəlxalq tədbirlədir. Belə tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılması istiqamətində uğurlar sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, bu gün biz Azərbaycanda çox böyük turist axınını müşahidə edirik. “Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, əlbəttə ki, turistləri daha da çox cəlb edir. Eyni zamanda, Bakıda və ölkəmizin digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbəttə, burada öz rolunu oynayır…”


Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi istiqamətində əldə olunan irəliləyişlər, bu gün ölkəmizi dünyada turizm ölkəsi kimi də tanıda bilib. Son illərin turizm statistikası sənayenin bu növünün ölkəmizdəki inkişaf səviyyəsinə və dinamikasına əyani sübutdur. Təsadüfi deyil ki, turizm sahəsindəki inkişaf tempinin əsas göstəriciləri kimi qəbul edilən gəlmə turistlərin sayı, onların Azərbaycanda turizm məqsədilə çəkdikləri xərclər, yerləşdirmə vasitələrinin, turizm müəssisələrinin, mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələmələrin və yerləşdirilmiş şəxslərin sayı və bir sıra digər göstəricilərdə artım müşahidə edilmişdir. Təkcə bu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1,4 milyona çatıb. Bu da, ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1,3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6,5 faiz çox qonaq deməkdir.
Qeyd edək ki, əgər 2014-cü ilə qədər Azərbaycana gələn turistlər, əsasən, MDB ölkələrindən, Türkiyə və Avropadan idisə, bu gün onun coğrafiyası genişlənib. Rusiya Federasiyası, Gürcüstan, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, İraq, Küveyt və digər ölkələrin vətəndaşlarıdır.


Turizmin qloballaşması müasir dövrün reallığıdır. Turizmin təşkilinə üstünlük verən ölkələr dünyanı tam şəkildə qəbul edir, onun hər yerində sülhün və əmin-amanlığın qorunmasına çalışırlar. Çünki müharibələr, münaqişələr və terror hadisələri turizmin inkişafına mane olan ən başlıca amillərdir. Bu gün ölkəmizdəki sabitlik və əmin-amanlıq turizmin də inkişafında önəmli faktorlardan biridir.


Coğrafi mövqeyinə görə əlverişli bir ərazidə yerləşən Azərbaycanda turizm ən perspektivli və yüksək potensiallı sahə hesab edilir. Dövlətin turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır. Dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur. Təbii ki, Azərbaycanda turizm sahəsində dövlət siyasəti turizmin gələcək inkişafı üçün onun əsas prioritetlərini müəyyən edir.


Azərbaycanda, ötən 16 il ərzində, turizm sektorunun inkişafına yönəlmiş dövlət proqramları, bu sahəyə yatırılan investisiyalar, xidmət sektorunun inkişafı və regionlarda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması nəticəsində, ölkəyə gələn xarici turistlərin sayında hər il artım qeydə alınır. Görülən tədbirlər şaxəli və fərqlidir. Bu gün Azərbaycanda turizm bazarı açıq və rəqabətə davamlıdır. Bu sahənin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur.

Turizm şirkətləri daha çox turist cəlb etmək üçün çevik tərpənməlidir

0
Turizm

Rusiyanın Gürcüstana aviareysləri dayandırması turizm sektorunda çaxnaşmaya səbəb olub. Hər bir ölkənin özünün iqtisadi maraqları olduğunu nəzərə alsaq, qonşu dövlətlərin bu məqamı maksimum dəyərləndirməyə çalışması çox normaldır.

Bəs rusiyalı turistlərin diqqətini necə cəlb etmək olar? Onların istirahət üçün nəzərdə tutduqları məqamları diqqətdə saxlamaq üçün hansı tədbirlər görülməlidir?

Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda turistlərə təklif edilən tur-paketlərin qiymətlərini Gürcüstanın təklif etdiyi paketlərə uyğunlaşdıra bilsək, həmin turistləri Azərbaycana cəlb etmək mümkündür.

Onun sözlərinə görə, Azərbaycan turizm sektorunda qonşu ölkələrlə müqayisdə, keyfiyyət, eləcə də, tur-paketlərinin qiymətləri baxımından nisbətən bahadır:

“Turistlər artıq aylar əvvəldən biletlərini, istirahət edəcəkləri ölkəni seçiblər. Təəssüf ki, iki ölkə arasında müəyyən anlaşılmazlıq olub. Təbii ki, biz qonşu ölkəyik, buna sevinmirik. Lakin hər bir ölkənin özünün iqtisadi maraqları var və bunun üçün yaradılan şəraitdən maksimum istifadə etməyi bacarmalıdır.

Tur-paketlərin qiymətləri nisbətən rəqabətə uyğunlaşdırılsa, biz o turistləri ölkəmizə cəlb edə bilərik. Gürcüstanla Azərbaycan, demək olar ki, turizm sektoruna oxşar təkliflərlə girir. Oxşar məhsullar təklif edilən mətbəxlərimiz, şərabçılıq, bununla yanaşı, qış turizmində Qəbələ, Şahdağ kimi istirahət zonaları təklif edirik.Oxu: Bakı rusiyalı turistlər üçün Batumini əvəz edə bilər? – Böhranı xeyrimizə dəyişə bilərik

Azərbaycanda turizm şirkətləri çevik tərpənsə, maraqlı kampaniyalarla rusiyalı turistləri cəlb etmək olar. İlk növbədə dövlət qurumları turizm şirkətlərinə şərait yaratmalıdırlar. Daha sonra isə turizm şirkətləri Azərbaycanda mövcud olan şəraitdən maksimum istifadə etməlidir”.

S.Dübəndi iki ölkə arasında narazılıqların yaşanmaması üçün bir sıra danışıqların aparılmasının mümkün ola biləcəyini diqqətə çatdırıb:

“Ola bilər ki, bu məqamdan istifadə etməyimiz Gürcüstanın xoşuna gəlməz. Mümkündür ki, siyasi, istisadi narazılıq yarana bilər, lakin bunu aidiyyəti orqanlar danışıqlarla tənzimləyə bilər. Bundan başqa, sizə deyim ki, rusiyalı turistlərin Azərbaycana cəlb olunması üçün sərfəli tur-paketlər və yol məsələsi həll olunmalıdır.

Əslində, Rusiya bazarında bir müddətdir ki, turizm şirkətləri tərəfindən sərfəli tur-paketlər təqdim edilir və təbliğat aparılır. Dövlət Turizm Agentliyinin bir neçə dövlətdə nümayəndəliyi açılıb ki, onlardan biri də Rusiyadır.

Azərbaycanın altı beynəlxalq aeroportu (Zaqatala, Gəncə, Qəbələ, Lənkəran və s.) var ki, onların resurslarından sərfəli istifadə etmirik. Gürcüstana yaxın olan hissəni götürsək, Zaqatala-Baləkən və Gəncə zonasında olan aeroportlar az uçuş qəbul edir. Halbuki biz bu aeroportları tranzit kimi Gürcüstana təklif edə bilərik. Bu, özü də olduqca əlverişlidir.

Düşünürəm, bu cür təklif edə bilərik, lakin yenə də deyirəm ki, bu ətraflı danışılmalı, məsləhət edilməlidir. Mümkün qədər zamanı yaxşı dəyərləndirmək lazımdır. Tükiyədən fərqli olaraq, bizdə yay mövsümü oktyabr ayına qədər deyil, avqust ayının sonlarına kimi davam edir”.

Qubada mətbəx festivalı başladı

0
Mətbəx festivalı

Bu gün Qubada Regional Mətbəx Festivalına start verilib.

Festival Quba şəhərinin Nizami parkında təşkil edilib.

Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivalda şimal bölgəsinin rayonları milli mətbəx nümunələrini təqdim edirlər.

İki günlük festivala təşkilatçılığı Xaçmaz Regional Mədəniyyət İdarəsi və Quba Destinasiya Menecmenti Təşkilatı, tərəfdaşlığı isə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi edir.

Festivalda yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsulları da nümayiş etdirilir.

Festivalda “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar təşkil olunub. İstehsalçılar və turizm sahəsinin peşəkarları öz məhsullarını satış məqsədilə nümayiş etdirmə şansı qazanıblar.

Bundan əlavə, qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçiriləcəyi “Əsas səhnə” zonası qurulub. Uşaqlar üçün isə “Əyləncə parkı” zonası istifadəyə verilib.

Milli Yaylaq Festivalının açılışında Bilal Ərdoğan da iştirak etdi

0
Yaylaq festivalı

Azərbaycanda ilk dəfə olaraq ölkənin milli-mədəni dəyərlərini, tarixini və bir sıra ənənələrini özündə əks etdirən Milli Yaylaq Festivalı keçirilir.

26 iyul festivalın açılış mərasimi olub.

Mərasimdə türkiyəli iş adamı, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğan da iştirak edib.

B.Ərdoğan Kənd Təsərrüfatı naziri İnam Kərimovla birgə festivalın rəmzi lentini kəsib.

Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunur.

Festivalın keçirilməsində Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar iştirak edir.

Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd–Miskinli yaylağında, unikal konsepsiya əsasında keçirilən Milli Yaylaq Festivalına yerli iştirakçılar və turistlərlə yanaşı, xarici ölkələrdən çoxsaylı fəxri qonaqlar da qatılıb.

Yaylaq Yurdu” adlı etnoqəsəbə artıq Gədəbəydə işinə başlayıb.

Mədəni-etnoqrafik hissədə tamaşalar, qədim xalq oyunları təşkil ediləcək. Yaylaq mətbəx nümunələri, xüsusən də odun üzərində xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və digər yeməklər bişiriləcək.

Həmçinin yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək. Yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının satış yarmarkası olacaq.

Festival müddətində Azərbaycanda tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq ölkədə yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək.

Tədbirdə qonaqlar və turistlər arasında kəndirdartma kimi kütləvi yarış və oyunlar təşkil ediləcək.

Türkiyədə muzeylərə giriş biletləri bahalaşıb

0
Muzey

Türkiyənin tarixi-mədəni irsi ilə tanışlıq bundan sonra turistlərə baha başa gələcək.

2019-cu il mövsümünün ortasında bu ölkənin turizm rəhbərləri muzeylərin, sarayların və arxeoloji abidələrin ziyarət edilməsi üçün giriş haqqını artırıblar.

Türkiyənin Turizm və Mədəniyyət Nazirliyi iyulun 15-dən etibarən bütün dövlət muzeylərinə və görməli yerlərə giriş biletlərinin qiymətini bu barədə qabaqcadan məlumat vermədən 20 faiz artırıb.

Giriş biletləri bahalaşmış muzeylər arasında turistlər üçün çox populyar olan obyektlər də var. Məsələn, qədim Efes, Ayasofya məscidi, İstanbuldakı Topqapı Saray Kompleksinin ziyarət edilməsi üçün indi 60 yox, 72 türk lirəsi (təqribən 21 manat), Pamukkalaya səfər üçün 50 lirə əvəzinə 60 lirə (təqribən 17 manat) ödəmək lazım gələcək. Ümumiyyətlə, ölkədəki 161 muzeyə giriş qiyməti artırılıb.

Türkiyə Turizm Nazirliyinin məlumatına görə, 2018-ci ildə ölkənin muzeylərinə gələnlərin sayı 31 milyondan çox olub.

Bu dəyişikliklər cari mövsümdə turoperatorların müştəriləri üçün ekskursiyaların qiymətinə təsir etməyəcək, çünki müvafiq müqavilələr ilin əvvəlində bütün mövsüm üçün bağlanıb. Lakin gələn il, əlbəttə, qiymətlərə düzəliş ediləcək.

Tunisdə 10 ən yaxşı talassoterapiya proseduru

0
Tunis

Talassoterapiya arıqlamaq, qamətini düzəltmək, gözəlləşmək və dərisini hamarlaşdırmaq istəyənləri Tunisə cəlb edən vasitədir. Sahildə yerləşən nadir otelin özünün talassomərkəzi yoxdur. “Beşulduzlu”, “dördulduzlu” və hətta sadə “üçulduzlu” otellərin artıq çoxdan bürünmə, masaj və yuma kabinetləri var. Populyar talassoterapiya mərkəzləri turistləri daim Tunisə cəlb edir.

Tunisdə münasib talassoproqram seçməyinizə kömək etmək üçün “tonkosti.ru”nun materialları əsasında istirahətin bu növündən söhbət açır.

Hamam + qommaj + bürünmə

Bu, hər hansı tallassoterapiya kursuna başlamaq üçün tövsiyə olunan ən sınanmış prosedurdur. “Hamam + qommaj + bürünmə” proseduru içərisində pıqqapıq qaynayan su ilə döşəmənin altında yerləşən çənlərin buxarı ilə işləyən ənənəvi Tunis hamamında tərləməyi nəzərdə tutur. Özünü daha rahat hiss etmək üçün futu deyilən pambıq mələfə salınmış mərmər taxtın üstündə uzanmaq olar. Dərinizin məsamələri açılandan sonra hamamçı sizi kisələyəcək və zeytun tərkibli sabun çəkilmiş lüfə ilə sizi yuyunduracaq. Bürünmə üçün gül distilyatı, çox vaxt ətirşah distilyatı ilə losyon halına gətirilmiş tfal deyilən xüsusi gildən istifadə olunur. Prosedurun sonunda tfal soyuq su ilə yuyulur.

Dəniz suyu damcıları ilə masaj duşu

Dəniz suyu damcıları ilə masaj duşu istirahət edənlərin ən çox sevdiyi o qədər də bahalı olmayan bir prosedurdur.

Bu prosedur üstündə insanın boyu bərabərində yerləşdirilmiş 4-5 miniatür duş olan xüsusi masanın üstündə yerinə yetirilir. Duşlardan ilıq dəniz suyu damcıladıqca, hamamçı da adamın canına yağ kimi yayılan ümumi masaj edir. Masaj dərini rahatladır, yüngül ovxalama ilə faydalı mikroelementləri dəriyə yeridir.

Kleopatranın vannası

Kleopatranın vannası ən iri talassomərkəzlərin təklif etdiyi VIP-prosedurdur. Rəvayətə görə, məşhur çariça dərisinin cavanlığını və bəyazlığını qoruyub saxlamaq üçün süd vannaları qəbul edirmiş. Doğrudur, hazırda xalis süd vannası təklif olunmur. Sadəcə, dəniz suyu doldurulmuş vannaya bolluca süd, habelə minaçiçəyi, rozmarin və  evkalipt kimi efir yağları əlavə olunur. İnsanın ruhən dincəlməsi üçün vannada bolluca gül ləçəkləri üzür.

Hidrospektroterapiya

Hidrospektroterapiya rənglə müalicə deməkdir. Bunun üçün içərisi dəniz suyu ilə doldurulmuş, rəngarəng işıq lampaları olan hidromasaj vannaya uzanır və sezilmədən bir-birini əvəzləyən gözəl rənglər aləminə qərq olursunuz.

Alqoterapiya

Müalicənin bu növü həm yosun ekstraktlarının bədənin müəyyən problemli nahiyəsinə, həm bu faydalı substansiyanın bədənin hər yerinə çəkilməsini nəzərdə tutur. Prosedur maddələr mübadiləsini yaxşılaşdırır, bədəndə, o cümlədən oynaqlarda iltihab proseslərini müalicə edir, dərini yumşaldır. Olduqca gözəl hisslər bəxş edir: yosun ekstraktları bədən temperaturuna qədər qızdırılır və nəm olması sayəsində quruyub dəriyə yapışmır.

Ayaqlar üçün dəniz suyu vannası

Oturaq, yaxud çox yeriməyi tələb edən işdə çalışanlar üçün əhəmiyyətli olan bu prosedur müxtəlif təzyiqli hidromasaj şırnaqlarının baldır, topuq və dabanlara təsirindən ibarət dəniz suyu prosedurudur. Bunun üçün kiçik hovuzun kənarında – yumşaq döşəkcəli və rahat söykənəcəkli oturacaqda oturub, ayaqlarınızı vannanın içinə salırsınız. Müxtəlif temperaturlu su verilir, şırnağın təzyiqi də rəvan tənzimlənir. Belə vannadan sonra ayaqlarınızda inanılmaz yüngüllük hiss edirsiniz.

Sualtı duş

Sualtı duş bir növ müalicəvi və dincəldici cakuzidir. Bunun üçün içərisinə ilıq dəniz suyu doldurulmuş vannaya uzanırsınız. Vannada gül ləçəkləri üzür, kənarlarında ətirli şamlar yandırılır. Suya dərman bitkilərinin ekstraktları, essensiya və yağlar əlavə olunur və bu da terapevtik təsiri artırır.

Akvatonik

Hamıya tövsiyə olunan bu prosedur dəniz suyu ilə doldurulmuş, müxtəlif hidromasaj vasitələri ilə təchiz edilmiş hovuzda gəzintini nəzərdə tutur. Burada dabanları masaj edən elastik sualtı şəlalələrin üstündə dayanmaq, dar dəhlizdə müxtəlif bucaq altında topuq və baldırlara yönəldilmiş güclü su şırnaqları arasından yüyürmək, “sualtı bomba”nın üstündə sellüliti əsaslı şəkildə əritmək, çiyinləri yumşaldan yelpikvari şəlalənin altında oturmaq, rəvan sualtı axınları olan zonada mürgü vurmaq olar.

Şarko duşu

Şarko duşu artıq çəkidən azad olmaq istəyənlər üçün ən populyar prosedurdur. Bu duş uzaq məsafədən güclü su şırnağı ilə problemli zonalara təsir göstərmək, qan dövranını yaxşılaşdırmaq, artıq çəkidən azad olmaq vasitəsidir. Üstünüzə gələn selin təzyiqinə davam gətirmək üçün tutacaqlardan möhkəm yapışmalısınız. Prosedur zamanı özünüzü bir növ döyülmüş kimi hiss edəcəksiniz, çünki güclü selə tab gətirməniz üçün əzələləriniz işləməyə başlayacaq. Amma sonra bədəninizdə elə bir yüngüllük hiss edəcəksiniz ki, sanki dünyaya yenidən gəlmisiniz.

Ğassul

Ərəb sözü ”ğassul” faydalı mikroelementlər və minerallarla zəngin vulkanik gil növü deməkdir. Tfal kimi, ğassuldan da çiçək tərkibli essensiyaların köməyi ilə lasyon hazırlayır və bədənə çəkirlər. Ğassul dəri məsamələrinin təmizlənməsi, dərinin hamarlanması və tonusunun artırılması işində tfaldan daha səmərəlidir. Ğassul çəkiləndən sonra onun bədəninizə müalicəvi təsirini artırmaq üçün buxar otağında oturmalısınız.

Sonda Tunisdə talassoterapiyanı əvəzsiz edən digər prosedurları da xatırlatmağa dəyər. Söhbət stoun-masaj, krio-presterapiya, xına ilə applikasiya, üz və saçlara qulluq proqramlarından gedir. Gözəl nəticə əldə etmək üçün, yaxşı olar, gündə 1-5 prosedur olmaqla, 1 gündən 10 günədək davam edən kurslarla müalicə olunasınız.

Avropada hansı turizm istiqamətləri “Instagram”da daha populyardır?

0
turizm

Xorvatiyanın Dubrovniki, İslandiya, Şotlandiya yaylaları və Macarıstanın Budapeşti Avropanın “Instagram”da ən populyar olan turizm istiqamətləridir.

Bu siyahı populyar “Big 7 Travel” saytı tərəfindən tərtib edilib. “Instagram” sosial şəbəkəsində populyarlıq reytinqi əsasında yekun nəticələr ortaya çıxarılıb. Qaliblər xalların hesablanmasının kompleks sisteminin köməyi ilə seçilib. Bu sistem təyin olunmuş yer üçün həştəqlərin miqdarını, “Big 7 Media”nın 1,5 milyon auditoriyasının sorğularının nəticələrini və səyahətlər üzrə ekspertlərin səslərini təhlil edib.

Big 7 Travel” saytı bildirir ki, rəyi soruşulanların 67 faizi yeni təyin olunmuş yeri “Instagram”da görüb bəyəndikdən sonra ziyarət etdiklərini deyiblər. Eyni zamanda, 61 faiz respondent özlərinin “Instagram” səhifələrində müəyyən oteli gördükləri zaman bronlayıblar.

Ekspertlər vurğulayır ki, getdikcə daha çox sayda turist səyahətlərə dair məsləhətlər üçün yalnız “Instagram”dan istifadə edir. Respondentlərin 33 faizi isə bildirir ki, onlar səyahətə yollanacaqları yeri bu sosial şəbəkədəki hesabları vasitəsilə tədqiq ediblər.

Türkiyə turizmində “hər şey daxil” sisteminin gələcəyi müzakirə olunur

0

Türkiyənin otellərində qidalanma və xidmətin səviyyəsi ilə əlaqədar mümkün islahatlar aparılması ətrafında müzakirələr gedir. Bu müzakirələrin fonunda gündəmdə olan əsas məsələlərdən biri yenə də “hər şey daxil” sisteminə yenidən baxılmasıdır.

Yüksəkgəlirli turistlərin cəlb olunması məqsədilə yaradılan Türkiyə Turizmin İnkişafı və Tanıdılması Agentliyi yenidən varlı turistlərə necə xidmət göstərilməsini gündəmə gətirib. Yerli müşahidəçilərin sözlərinə görə, Antalya sahillərində istirahət edən turistlər hansısa alternativ üçün hotelin hüdudlarından kənara çıxmaqda maraqlı deyillər. Onlar kənardakı yerli mətbəxin nümunələri ilə maraqlanmır. Brend restoranlarda pul xərcləmirlər. Bu səbəbdən hətta varlı turistlər belə otellərdə qalır. Çünki onlara təqdim edilən yeməklərin keyfiyyəti kənarda olan bahalı restoranlarla demək olar ki, eynidir.

Türkiyə tacirləri və sənətkarları da “hər şey daxil” sisteminin əleyhinə çıxış edirlər. Türkiyə Sənətkarlar və Ticarətçilər Konfederasiyasının sədri Bəndəvi Palantökən hər il bununla bağlı hökumətə müraciət edir və otellərin hüdudlarından kənarda biznesi məhv edən “hər şey daxil” sisteminin məhdudlaşdırılması, yaxud ləğv edilməsini xahiş edir. Onun sözlərinə görə, vicdanlı ticarətçilər turistləri kontrakt bağladıqları ticarət obyektlərinə aparan bələdçilərlə rəqabət etməkdə çətinlik çəkirlər.

Konfederasiyanın və digər sahələrin nümayəndələrinin tənqidlərinə cavab verən otel sahibləri isə bildirirlər ki, turistlər üçün kənarda maraqlı heç nə yoxdur. Peşəkar Otel Menecerləri Assosiasiyasının prezidenti Ulkay Atmak bildirib ki, qonaqların küçələrdə gəzməsi üçün onlar işıqlı və təmiz olmalıdır. Mağazaların vitrinlərinin tərtibatı cəzbediciliyi və orada satılan mallar keyfiyyəti ilə fərqlənməlidir. Bu şəraiti yaratmaq üçün isə turizm sektorunda çalışanların hamısı öz səylərini birləşdirməlidir.

Türkiyədə “hər şey daxil” sistem

Rusiya Turizm Operatorları Assosiasiyasının əlaqə saxladığı Türkiyə turizm biznesinin nümayəndələri də hesab edirlər ki, mehmanxana sektorunda dəyişikliklərin vaxtı çatıb. Turistləri qəbul edən şirkətlərdən birinin nümayəndəsi qeyd edib ki, bu gün Türkiyədə “hər şey daxil” sistemini hətta aşağıbüdcəli üç ulduzlu otellər də təklif edir. Turistlər onların xidmətlərindən heç də razı deyillər.

OneTwoTrip səyahət məhsulları paketləri istiqamətlərinin rəhbəri Anton Kim qeyd edib ki, orta statistik turistlər turizm istiqamətini öz maliyyə imkanlarına görə seçirlər. Onun sözlərinə görə, Türkiyə həmişə bu istiqamətdə lider ölkə olub və bu səbəbdən səyahətçilər “hər şey daxil” sisteminin ləğv olunacağı barədə xəbərləri həyəcanla qarşılayırlar. Kim əlavə edib ki, Türkiyə otellərinin bu addımı atacağını söyləmək çox tezdir. Onların daha çox pul qazanmaq istəyini başa düşmək olar. Lakin “hər şey daxil” sistemindən imtina turist axınının kəskin azalmasına səbəb ola bilər.

Rusiyanın “Inturist” turoperatorunun icraçı direktoru Sergey Tolçin bu haqda məlumat verib. Bu sistem Türkiyə otellərinin rəqabət qabiliyyətini gücləndirən amillərdən biridir. O əlavə edib ki, otellərdə rezervasiya zamanı onların hər birinin fərdi “hər şey daxil” qaydaları nəzərə alınır. “Bütün bu müzakirələrin nə ilə bitəcəyini indidən söyləmək çətindir. Lakin qeyd etməliyəm ki, turistlər onlar üçün ən əlverişli otelləri seçirlər”, -deyə o vurğulayıb.

Bölgələrimizə bizimlə səyahət edin…

0
Ölkə Daxili turlar

Standart Paket

İsmayıllı-Lahıc turu: 18 azn(1 nəfər üçün)

Oğuz-Xalxal-Qəbələ turu: 19 azn(1 nəfər üçün)

Şəki-Qəbələ-turu: 21azn(1 nəfər üçün)

Quba-Qusar-Laza turu: 20 azn(1 nəfər üçün)

Lənkəran – Lerik turu:25 azn (1 nəfər üçün)

Nabran turu: 28 azn (1 nəfər üçün)

Göygöl-Maralgöl turu: 29 azn(1 nəfər üçün)

——————–

Qiymətə daxildir:

• Komfortu nəqliyyat

• Səhər yeməyi

• Çay süfərsi

• Fotosessiya (fotolar turdan 3 iş günü sonra gmailinizə və whatsappınıza link vasitəsilə göndərilir.)

•Tur rəhbəri

• Ekskursiyalar

• Əyləncəli oyunlar və hədiyyələr…

● Qeyd:0-5 yaş uşaqlar pulsuz (1 uşaq).

● Qeyd:Tur zamanı spirtli içkilər qəti qadağandır.

——————–

Qiymətə daxil deyil:

• Kanatdan istifadə

• Muzeylərə giriş biletləri

Toplanış yeri və saatı: 06:30 da Gənclik m/s, T.Bəhrəmov adına st.-nun qarşısı

Əlaqə nömrəsi ; 055-536-06-55