Ev Blog Səhifə 191

Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv olundu

0
Azərbaycan və Türkiyə

Mövlud Çavuşoğlu sosial şəbəkə hesabından xoş xəbər paylaşıb. Həmçinin
o bu gün Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüb.

“Azərbaycan 2019-cu ilin sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək”. Gezmeli.az xəbər verir ki , bunu öz “Twitter” səhifəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yazıb.

https://twitter.com/MevlutCavusoglu/status/1154319284081963009?s=20

​”Cənab Prezident Əliyevin cənab prezidentimizə ötən həftə dediyi kimi, Azərbaycan 1 sentyabrdan etibarən Türkiyə vətəndaşları üçün vizanı ləğv edir. “Bir millət, iki dövlət”ə yaraşan oldu!” – deyə M.Çavuşoğlu “Twitter” hesabında paylaşım edib.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Türkiyəyə vizasız səfər etsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu.


Çolpa kababını hindistanlı turistə 40 manata satdılar – FOTO

0
Turist

Turizm sahəsində işləyən şəxs hindistanlı turistləri Şamaxıya göndərdi, istirahət mərkəzi isə turistləri aldatdı.

Gezmeli.az bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə Fikrət Xankişiyev adlı turizm sahəsində çalışan şəxs “Müştəriyəm, Şikayətim var” qrupuna yazıb.

O bildirib ki, iki hindistanlı turisti Şamaxının Dəmirçi kəndinə istirahətə göndərib. Yolüstü turistlər Şamaxıda “Xarı Bülbül” istirahət mərkəzində nahar ediblər. İstirahət mərkəzi isə turistlərə bir toyuğu 40 manata satıb.

Məsələ ilə bağlı internet resurslarında olan “Xarı Bülbül” istirahət mərkəzinin əlaqə nömrələrinə zəng etsək də, dəstəyi qaldıran şəxs həmin əlaqə vasitələrinin istirahət mərkəzinə aid olmadığını bildirib.

Dohada tranzit: hara getməli və nəyə baxmalı

0
Doha

Rahat uçuş, otellərdə yüksək səviyyəli xidmət, nəfis restoranlar və zəngin mədəni irs sayəsində Doha tranzit dayanacağı qismində günü-gündən daha çox populyarlıq qazanır. Qətərdə minik dəyişməklə səyahət edən turistlər yerli restoranları öyrənmək, sahilboyunda yerləşən dəbdəbəli otellərdə nahar etmək, həmçinin yerli mədəniyyət obyektlərini gəzmək fürsəti əldə edirlər. Qətər kiçik dövlət olduğundan, ölkənin əsas görməli yerləri Dohanın mərkəzindən bir-iki saatlıq məsafədə yerləşir.

Qatar Airways” milli aviaşirkəti tərəfindən Dohanı Bakı ilə birləşdirən iki birbaşa reysin hər gün yerinə yetirildiyini nəzərə alaraq, “tonkosti.ru” resursuna istinadla tranzit dayanacağı zamanı ölkə ilə qısa müddət ərzində tanışlıq üçün bir neçə variant təklif edir.

Əgər sizin 24 saat vaxtınız varsa

Qətərin Milli Muzeyini ziyarət etməklə siz ölkənin zəngin mədəni irsi ilə tanış olacaqsınız. Muzeyin açılışı 2019-cu il martın 28-də keçirilib. Fransız memar Jan Nuvel tərəfindən layihələndirilən muzey paytaxtın lap mərkəzində, Həməd beynəlxalq hava limanından 10 dəqiqəlik məsafədə yerləşir.

Muzeyin 1,5 kilometr uzunluqda olan qalereyası – Qətərin sirli guşələrinə səyahət deməkdir. Burada ölkənin qədim tarixi və xalqların adət-ənənələri meydana çıxır. Nuvel dizaynın əsasını kristal formalı “səhra qızılgülü” obrazından götürüb. Muzey müxtəlif bucaqlar altında kəsişən qabarıq disklərdən ibarət qeyri-adi quruluşa malikdir. Ziyarətçilər muzeyin “Başlanğıc”, “Qətərdə həyat” və “Qətərin müasir tarixi” adlanan üç hissədən ibarət daimi ekspozisiyasını öyrənmək şansı əldə edəcəklər. 11 qalereya yarımadanın bütün tarixini əhatə edir.

BMT-nin Dünya Turizm Təşkilatının tədqiqatlarına görə, Qətər viza rejiminin sadələşdirilməsi sayəsində dünyanın 10 ən açıq ölkəsi siyahısına daxil edilib.

Siz “Pearl-Qatar” adasında nahar edin, yaxud yüksək səviyyəli mətbəxə malik çoxsaylı restoranların birində şam yeməyindən zövq alın. Ölkədə dünya mətbəxi inkişafını davam etdirir: Dohada dünyanın ən iri restoranlarından biri olan “Nobu”, iki “Gordon Ramsay” restoranı, bərpa edilmiş “Ritz-Carlton” otelində isə bu ilin əvvəlində açılmış dəbli ziyafət otağı, “steyk-house” yerləşir. Ənənəvi Qətər yeməklərini Kornişə açılan mənzərəyə malik “Al Mourjan” restoranında dadmaq mümkündür. Yaxud “Souq Waqif”in lap mərkəzində yerləşən “Shay Al Shoomos” restoranında Yaxın Şərq mətbəxindən və ənənəvi ərəb qəhvəsindən zövq ala bilərsiniz.

Souq Waqif”in izdihamlı küçələrində yerli mədəniyyət və memarlıqla tanış olmaq, həmçinin əsl Şərq bazarı ruhunu duymaq mümkündür. Ticarət köşklərinin labirintində Yaxın Şərqin zəngin olduğu hər şey var. “Souq Waqif”in yaxınlığında qızıl və qızılquş bazarları da yerləşir. Turistlər yerli koloriti hiss etməkdən ötrü “Embrace Qatar tour” tanışlıq turu da götürə bilərlər.

Ənənəvi “dou” qayığında səyahət edərkən Qətərdə gəmiçiliyin zəngin tarixinə toxunmuş olacaqsınız. Yaxud Kornişin sahilboyunda gəzinti zamanı siz şəhərin mənzərəsindən zövq alacaqsınız.

Əgər sizin 48 saat vaxtınız varsa

Macəra axtaranlar öz səhərlərinə sahil boyundakı Al-Hor şəhərindən şimalda yerləşən Al-Takiranın manqra meşələrində kayakinqlə məşğul olmaqla başlaya bilərlər. Yaxud Dohanın mərkəzi hissəsində Korniş sahilboyunda təklif edilən su idmanı növlərində özlərini sınaya bilərlər.

Manqra meşələrinə səfərdən sonra şəhəri ziyarət etmək üçün ekskursiyaya yollanın. Daha sonra 2018-ci ildə 10 yaşı tamam olan məşhur İslam İncəsənəti Muzeyinə gedin. Muzeyin memar Bey Yuymin tərəfindən layihələndirilən orijinal ekspozisiyalarında islam mədəniyyətinin son 14 əsrdə yaradılan dünya əhəmiyyətli çox gözəl əsərləri təqdim edilir.

Khor Al Udeid

İkinci gün siz şəhərdən cənubda yerləşən, UNESKO-nun Dünya İrsi Siyahısına əlavə olunmuş “Khor Al Udeid” (“Daxili dəniz”) təbiət qoruğunu ziyarət edə bilərsiniz. Bu, dənizin səhranın dərinliyinə daxil olduğu dünyanın iki yerindən biridir. Həmin sakit su açıqlığına yol yoxdur. Buraya yalnız qum təpələri ilə gəlmək mümkündür.

Daxili dəniz”ə səfəri ekstremal safari turu ilə də birləşdirmək olar. Dəvə belində gəzin, sendbordla, yaxud baggi avtomobilinin sükanı arxasında qum təpələrinin üzərindən keçin, həmçinin səhrada valehedici qüruba tamaşa edin və ya ulduzlu səma altında barbekünün dadına baxın.

Əgər sizin 72 saat vaxtınız varsa

Banana Island Resort Doha”nı öyrənməyə də vaxt ayırın. Dohanın mərkəzində, sahilboyu yaxınlığında yerləşən “Anantara” şəbəkəsinin beşulduzlu kurortunun üzən villasında özünüzə zövq verin. Müxtəlif su idmanı növləri ilə, o cümlədən sörfinq və dayvinqlə məşğul olmaq üçün ideal yer olan bu kurorta şəxsi katamaran vasitəsilə getmək mümkündür. Kurortun ərazisində, həmçinin boulinq, kinoteatr və Yaxın Şərqdə geniş botanika bağları arasında istirahət zonasında yeganə olan sağlamlıq mərkəzi yerləşir.

İkinci gün Doha limanına qayıdın və şimala, UNESKO-nun Dünya İrsi Siyahısına əlavə edilmiş arxeoloji qazıntılar obyektinə – “Al Zubarah Fort”a, yaxud qərbə, Şaxaniyyədə dəvə yürüşlərini (mövsümündə) izləməyə, sonra da Zekrit yarımadasına gedin. Burada toxunulmamış çimərliklər, küləkli qayalar və Riçard Serranın təsir bağışlayan “Şərq-Qərb/Qərb-Şərq” abidəsini görmək mümkündür.

Sonra gününüzü dünyada ilk tematik parkda – 17 min kvadratmetrlik sahədə yerləşən, cizgi filmləri blokbasterləri mövzusunda attraksionların, o cümlədən çimərliklərin və batut parkının olduğu “Angry Birds World”də keçirin.

“Education City”

Səfərinizin üçüncü günü isə Dohadakı innovasiyalı “Education City” qolf klubuna yollanın. Klub ultramüasir avadanlıqla, o cümlədən hər zərbənin radarla izlənildiyi “TrackMan” kimi texnologiya ilə, həmçinin “PowerTee” – qolf üçün nəzərdə tutulan, maili istiqamətdə vurulan zərbələrin təqlidi üçün mütəhərrik döşəməyə malik yaşıl meydança ilə təchiz olunub.

Sonuncu günü Dohada keçirin. Hovuz kənarında dincəlin və yaxud təmtəraqlı SPA-salonlardan birində, məsələn, bazarın yaxınlığında yerləşən yeni “Mandarin Oriental” otelində və ya Dohada ən iri olan “Sharq Village & Spa Ritz-Carlton” kurort otelində prosedurlardan zövq alın.

Dohadan çıxmazdan əvvəl mütləq “Katara Cultural Village” etnoqrafiya kəndini ziyarət edin. 150-ci ildən başlayaraq “Katara” Qətər yarımadası üçün coğrafi və tarixi xəritələrdə göstərilən ən birinci və qədim ad olub.

Katara” etnoqrafiya kəndi yerli sakinlərin və turistlərin on əsrlərdir ki, Qətərdə inkişaf edən Qədim Şərq mədəniyyətinə cəlb etməkdən ötrü xüsusən yaradılıb. Burada gəzərkən kiçik dükanları da ziyarət etmək, keyfiyyətli yerli mirvari və müxtəlif əyarlı qızıl bəzək əşyalarını münasib qiymətə almaq olar. Ərazidə Qətər mətbəxinin ənənəvi təamlarının təklif edildiyi restoranlar çoxdur. Bu restoranlar digərlərindən müxtəlif dadların zənginliyi ilə seçilir.

Kənd səliqəli “Katara beach” çimərliyi sayəsində də paytaxtın qonaqları arasında populyardır. Uşaqlar da yaddan çıxarılmayıb. Burada azyaşlılar onlar üçün tikilən böyük meydançada hansısa idman növü ilə məşğul ola və yaxud sadəcə suda əylənə bilərlər.

Bundan başqa, böyüklərə hava ilə doldurulmuş qayıqda gəzinti, vindsörfinq və su xizəyi ilə məşğul olmaq şansı verilir. Həmçinin hər kəsə balıqçı qismində hansısa ekzotik balığı tutmaq və sadəcə şən və maraqlı vaxt keçirmək imkanı yaradılır.

Ən yaxşı ailəvi otellərin siyahısı – Go Travel

0
Go Travel

04.08.-11.08.2019 tarixləri üçün ən yaxşı ailəvi otellərin siyahısı?
04.08.-11.08.2019 ?

1. LETOONIA GOLF RESORT 5* 
2. MARTI MYRA RESORT 5*
3. CRYSTAL FAMILY RESORT & SPA 5*
4. MARITIM PINE BEACH RESORT 5*
5. IC SANTAI HOTELS FAMILY RESORT 5*
6. BELLIS DELUXE HOTEL 5*
7. GURAL PREMIER BELEK 5*

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30 (Whatsapp+Zəng)
?+994 70 664 60 30 (Whatsapp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

AZAL Bakıdan Nyu-Yorka uçuşları – DAYANDIRMAQ İSTƏMƏDİ

0
Azal

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək.

Gezmeli.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb.

Beləliklə, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.

Qeyd edilib ki, Bakı- Nyu-York reysləri (“JFK” hava limanı) 2019/2020-ci ilin cədvəlində dəyişiklik edilib. Həm qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) komfortlu Boeing 787 Dreamliner təyyarələri ilə yerinə yetiriləcək.

Avropanın turistlər üçün ən bahalı ölkəsi

0
Avropa

İslandiya turistlər üçün ən bahalı Avropa ölkəsidir.

2018-ci ilin yekunlarına əsasən, İslandiyada malların qiymətləri 2017-ci illə müqayisədə 56% artıb və bu, Avropa ölkələri arasında ən yüksək göstəricidir.

Portalın statistikasına əsasən, qiymətlərin 52% artdığı İsveçrə ikinci sırada qərarlaşıb, ilk üçlüyü Norveç (qiymətlər 48% artıb) qapayır. Sonrakı yerlərdə Danimarka (38%), İrlandiya (27%), Lüksemburq (27%), Finlandiya (23%), İsveç (19%), Böyük Britaniya (17%), Hollandiya (12%), Belçika (11%), Fransa (10%), Avstriya (10%) və Almaniya (4%) qərarlaşıb.

“Daily Mail”in yazdığına görə, İslandiyada turist restoranda pendirli pizzanı təxminən 17 avroya, bir qədəh şərabı 10 avroya ala bilər.

“Evdən sifariş verərək hamburger, fri kartof və pivə üçün maksimum 13 dollar ödəyə bilərəm. Bu, İslandiyaya gedərkən büdcəmə əhəmiyyətli dərəcədə təsir edən qiymət fərqidir”, – 22 yaşlı amerikalı turist qəzetə bildirib.

Qəzetin qeyd etdiyinə görə, İslandiyada yüksək qiymətlər adanın idxaldan (yumurta, süd və digər məhsullar) asılılığı və alkoqol vergisinin yüksək olması ilə əlaqədardır. Bununla yanaşı, 2016-2017-ci illərdə ölkənin üzləşdiyi İslandiya valyutasının məzənnəsindəki tərəddüdlər də əhəmiyyətli rol oynayır.

“İslandiyanın statistikasına əsasən, 2018-ci ildə yerli sakinin orta aylıq məvacibi 4450 avro olub. Buna görə də yerli sakinlər üçün mağazalardakı qiymətlər elə də yüksək görünmür”, – “Daily Mail” yazır.

İslandiya Mərkəzi Bankının proqnozlarına görə, 2019-cu ildə ölkə iqtisadiyyatı son 10 ildə ilk dəfə yavaşıyıb və bu, adada turizm sənayesinin inkişafındakı azalma, habelə bu ilin martında lou-kost xidmətlər təqdim edən “Wow Air” aviaşirkətinin iflas etməsi ilə əlaqədardır. Ötən il İslandiyaya 2,3 milyon xarici turist səfər edib.

İndoneziyanın incisi – Bali

0
Bali

Bali nəinki İndoneziyanın, eləcə də bütün dünyanın ən ekzotik adalarından biri sayılır. Bu ada turistlərin istirahət üçün ən çox üz tutduqları məkandır.

İndoneziya müsəlman ölkəsi olmasına baxmayaraq, Bali adasının 90 faizi hinduizmə sitayiş edir. Bali tropik adadır, ilin bütün aylarında temperatur 25-35 dərəcə arasında dəyişir.

Hər tərəfdən Hind okeanı ilə əhatə olunan Bali adası dörd əsas bölgədən ibarətdir. Bunlardan üçü paytaxt Denpasarda yerləşən Kuta, Seminyak, Nusa Dua, digəri isə Ubuddur. Hər bir bölgənin ayrı-ayrılıqda görməli yerləri var.

Bali öz tarixi yerləri, ekzotik məbədləri, füsunkar təbiəti, qonaqpərvərliyi, qədim mədəniyyəti və gözoxşayan çimərlikləri ilə məşhurdur. Bali, həmçinin insana rahatlıq verən musiqiləri, yerli rəqsləri, sənət və ritualları ilə məşhur olan xəyallar adasıdır.

Balidə macərasevərlər üçün raftinq, sörfinq, paraşütlə tullanma, eləcə də digər əyləncə növləri də var. Burada dəniz məhsullarının üstünlük təşkil etdiyi bir çox restoranlar, barlar, spa mərkəzləri və rəngarəng gecə klubları fəaliyyət göstərir.

Adada tarixi yerləri sevənlər üçün yüzlərlə gəzməli məbəd də var. Bunlardan biri də “Tanah Lot” hindu məbədidir. Məbəd sudan 30 metr kənarda qayanın üzərində yerləşir. Burada Hind okeanı üzərindən günəşin batmasını izləmək olar. Hər il minlərlə turist məhz bunun üçün “Tanah Lot” məbədinə gəlir.

Qaruda Vişnu Kensana” mədəniyyət parkında Vişnu tanrısı və mifik quş olan Qarudanın heykəllərini görmək mümkündür. Qeyd etmək lazımdır ki, Vişnu heykəli İndoneziyanın ən hündür abidəsidir.

Balidə mütləq gediləsi yerlərdən biri də “Pura Luhur Uluvatu” məbədidir. Burada siz Balinin qədim tarixi ilə tanış olacaq, yerli əhalinin etiqadı haqqında öyrənəcək, Hind okeanına açılan möhtəşəm mənzərənin şahidi olacaqsınız. Qeyd edək ki, məbədin ərazisində və yaxınlığında çoxlu sayda meymun məskən salıb.

Baliyə səfər hər bir kəsə xoş təəssüratlar və unudulmaz anlar bəxş edəcək. Gözəl iqlim, dadlı təamlar, insanların qonaqpərvərliyi, əsrarəngiz məkanlar Baliyə səyahət edən hər kəsin ürəyincə olacaq. İndoneziyanın incisi olan Bali azərbaycanlı turistlərin də sevimli məkanına çevriləcək.

Afrika sahillərində sizə tanış olmayan 8 ada

0
Ada

Afrika – uzaq, maraqlı və cəzbedicidir. Onun bəzi istiqamətləri turistlər tərəfindən çoxdan öyrənilib: Mərakeşin rəngləri, Tunisin qumları, Keniyanın ucsuz-bucaqsız açıqlığı. Lakin “qara” qitədə əvvəlki kimi xeyli ağ ləkələr mövcuddur. Bunun təsdiqi çoxları üçün naməlum olan möhtəşəm adalardır. Çox az adam tapılar ki, bu yerləri tanısın və ziyarət etmiş olsun. Bu adalar haqqında məlumatları sizə təqdim edir:

1. San-Tome və Prinsipi

San-Tome və Prinsipi “Telegraph Travel”in versiyasına görə 2019-cu ildə mütləq ziyarət olunacaq yerlərin iyirmiliyinə daxil edilib. Bu, çox nadir toxunulmamış guşədir. Lakin tezliklə vəziyyətin dəyişiləcəyi gözlənilir: turoperatorlar və aviaşirkətlər buraya öz tilovlarını atacaqlar.

San-Tome və Prinsipi snorklinq və skuba-dayvinq həvəskarlarını xüsusilə sevindirəcək.

Qvineya körfəzində, Qabondan 240 kilometr aralıda yerləşən iki ada yağışlı meşələri, qəribə mənzərəsi, səhra çimərlikləri və okeanı, sərinliyi və şüşə kimi şəffaflığı ilə başlı-başına buraxılan bir dünyadır.

Sahilboyunca sürətli qayıqda səyahət edərkən balası ilə yanaşı üzən dişi qozbel balinaya, restorana yollananda isə yolu həyasızcasına keçən yumruq boyda dəniz xərçənglərinə rast gəlmək mümkündür. Açıq havada uzanmaq kifayət edər ki, başınızın üstündə sarılələkli toxucu quşlar, susmaq bilməyən boz tutuquşular və endemik suquzğunları fırlansın. Bir də buranın insanları çox qonaqpərvərdirlər. Xidmətin zəif olması, su və elektrik enerjisində fasilələr bu səbəbdən istirahəti korlamır.

2. Yerro

Bu ada rəsmi götürüldükdə Afrika hesab edilmir. Lakin ərazicə İspaniyaya nisbətən Afrikaya daha yaxındır. Yerro Kanar adaları arasında ən kiçiyi və az tanınanıdır. Bura səhra ilə cəngəlliklər, vəhşilik və sivilizasiya, piknik və “ulduzlu” restoranlarda süfrə seçimi qarşısında qalanlar üçün “qızıl orta”dır. Yaxınlıqda Tenerife və Qran-Kanariyanın işıqları sayrışır, lakin Yerroda tam başqa mənzərə var.

Burada səs-küylü çimərliklərin və attraksionların əvəzinə dumana bürünmüş aylı mənzərələri və nəhəng kərtənkələlər üçün reabilitasiya mərkəzlərini görmək mümkündür.

El-Qolfo vadisinin qədim cığırları, El-Sabinar sürrealist ardıc meşələri, kələ-kötür səthdə quruyan lava çayları – bunlar hamısı qəribə və cazibədardır. Yerüstü sirləri sualtı sirlərlə əvəz etmək mümkündür: “La-Restinqa” dəniz qoruğunda skat, tunes və murenlər yetişdirilir. Daha sonra rəngarəng vyexa balığının dadına baxmaq olar.

3. Pemba

Orada olan səyahətçilər Tanzaniyanın sahillərindəki Pembanı Zənzibarın yarım əsr bundan əvvəlki vəziyyəti ilə müqayisə edirlər. Macəra axtaranları ağ qumlu çimərliklər və təsir bağışlayan mərcan rifləri cəlb edir. Lakin Pemba seçmə adamlar üçün oriyentir olaraq qalmaqdadır: az adam tapılar ki, bu xoşbəxtliyi kütlə ilə bölmək istəsin.

İyul və avqust aylarında sahil boyunca qozbel balinalar miqrasiya edir, dərinlikdə balıq tutmaqdan isə il ərzində zövq almaq mümkündür.

Bərə yolu müntəzəm deyil. Özəl təyyarələrdə uçuşlar isə hər adamın cibinə uyğun gəlmir. Rahat otellərin sayı görünməyən dərəcədə azdır və ümumilikdə infrastruktur zəifdir. Çimərliklərin əksəriyyəti çimmək üçün yararsızdır. Lakin təchiz olunanları da vardır ki, bunlar da ölkədə ən yaxşıları hesab edilir. Yerdə qalan hər şey -təmizlik, sakitlik, meşələr, yerli əhalinin yaşadığı kəndlər və maraq kəsb edən “dive site”lar üstün cəhətlərdir.

4. İbo

Mozambik dünya miqyaslı kurorta çevrilir. 2,5 min kilometrlik fotogenik sahil xəttində otel və SPA-lar sanki yağışdan sonra bitən göbələk kimidir. Lakin adalarda ölkənin ruhu zəngin tarixlə və sərbəst ab-hava ilə məskunlaşır. Kirimbas arxipelaqının incisi sayılan İbo lazımınca böyükdür və heç də təmtəraqlı deyil.

İboda gümüş bəzək əşyaları ilə alver edirlər. Bununla da unikal texnika nəsillərdən-nəsillərə ötürülür.

Ada nə vaxtsa Portuqaliyanın Hind okeanında müstəmləkə dayağı olub, lakin 1974-cü ildə qərənfil inqilabı”ndan sonra Lissabon xaricdəki torpaqlarından imtina etdi və İboya köç dövrün kabusuna çevrildi. Ticarətçilərin mülkləri və qalalar duzlu havada istər-istəməz bərbad hala düşür. Lakin köhnəlmiş divarlarda art-emalatxanalar, butik-otellər və mağazalar açılır.

5. Bazaruto

Mozambikin daha bir fəxri Bazaruto arxipelaqıdır. Portağallıqlar, flaminqo dəstələri və çimərliklərlə zəngin olan beş adanın tayı-bərabəri çətin ki, tapılar. Təmiz torpaq silsiləsi, lacivərdi sular, rəngli mərcanlar – çalarlar hər hansı süzgəcdən keçmədən də gözəldir.

Eyniadlı milli park tısbağaların, ağırtərpənən dəniz inəklərinin, molyuskların və çevik dəniz xərçənglərinin məskənidir.

Riflərin arxasında qozbel balinalara, delfinlərə, xallı skatlara, balina və yastıburun köpək balıqlarına rast gəlmək mümkündür. Köpək balıqları tilova düşən tunes balığını balıqçıya macal vermədən bir göz qırpımında qamarlayır.

6. Qomera

Kanar arxipelaqının bir hissəsi, yaşıllığa qərq olan Qomera sadə, lakin ləzzətli yeməyin, unudulmaz qürubun və dağ mənzərələrinin səltənətidir. Ada yuxarıdan dilimlərə bölünmüş portağala bənzəyir. Adanın tən ortasında “Qarahonay” milli parkı yerləşir. Burada ayıdöşəyi xalçaları, minillik dəfnə ağacları və mamırlardan əmələ gələn monolitlər dumanı parçalayır.

Ta qədim zamanlardan yerli sakinlər xüsusi dil icad ediblər – uzaq məsafədən eşidilən, təhlükə və digər məlumatlar barədə xəbər verən silbo fiti. İndi isə bunu böyük həvəslə turistlərə də öyrədirlər.

Qomeraya təyyarə və ya bərə ilə Tenerife və Qran-Kanariyadan getmək olar.

7. Cərbə

Tunisdəki Cərbə adasının əsas cəlbediciliyi – yerli sular, dəniz yosunları, palçıq, yağ və gillər əsasında talassoterapiya prosedurları mərkəzləridir.

Cərbə təkcə dəbdəbəli SPA həvəskarları tərəfindən sevilmir. Burada təqiblərdən gizlənən bərbərlərin, yəhudilərin və digər xalqların nümayəndələri ilə bağlı müxtəlif əhvalatların əks-sədası eşidilir. Dinc, sakit diyar keçmişlə sıx bağlılığı qoruyub saxlayır: burada Neolit dövründən etibarən keramika istehsal edilir, Roma dambası Cərbəni böyük torpaqla birləşdirir.

8. Sokotra

Qadağan edilmiş meyvə həmişə dadlı olur. Lakin Sokotranı ziyarət etməyi, əslində gözləmək daha yaxşı olardı. Sanskrit dilindən tərcümədə bu, “xoşbəxtlik adası” deməkdir, lakin sərt siyasət ucbatından bu xoşbəxtlik yalnız sözdə qalıb: torpaq vətəndaş müharibəsi nəticəsində parçalanıb. Ölkənin materik hissəsindən buranı təxminən 400 kilometr ayırır, lakin döyüşlər burada da davam edir.

Ötən il Birləşmiş Ərəb Əmirliklərinin silahlı qüvvələri Sokotraya hücum edərək, əcnəbilərin adanı fəth etmək arzusunu tamamilə əllərindən aldılar.

Hazırda hakimiyyət yenə də Yəmənin əlindədir, lakin hələ də əmin-amanlığa nail olunmayıb. Axı bu yaxınlaradək biomüxtəliflik alimləri və ekoturistləri valeh etmişdi: 2014-cü ilədək Sokotraya ildə min nəfər müsafir səfər edib. 825 növ bitkinin üçdəbiri endemikdir. Məsələn, 6 min ilədək ömür sürən əjdaha ağacı qol-budaq ataraq nəhəng çətirə çevrilir. Həmçinin sürünənlər sinfinin 90 quşların 70 faizinə yalnız bu arxipelaqda rast gəlmək olar. Buranı nahaqdan Hind okeanının Qalapaqosları adlandırmırlar. Bizə isə yalnız müharibənin başa çatmasını gözləmək və hər şeyi öz gözlərimizlə görmək qalır.

Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayı turistləri qəbul etməyə hazırdır

0
Şəki xan sarayı

Şəki Xan Sarayı turistləri qəbul etməyə prinsipcə hazırdır”.

Bunu açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, Şəki Xan Sarayında bərpa, budanma və təmizlik işləri yekunlaşıb: “Hazırda saraya girişin bərpa olunması istiqamətində digər dövlət qurumları ilə razılaşdırılma prosesi gedir. Çünki burada təhlükəsizliyə cavabdeh olan qurumlar var. Prinsipcə saray turistləri qəbul etməyə hazırdır. Razılaşdırılma prosesi bitəndən sonra Şəki Xan Sarayı tam istifadəyə veriləcək. Yəni, Şəki Xan Sarayının açılışı dövlət strukturları arasında razılaşdırılma prosesindən sonra baş tutacaq. Çünki elə məsələlər var ki, bizim səlahiyyətimizdə deyil. Misal üçün, Şəki Xan Sarayında baş vermiş hadisə ilə əlaqədar olaraq bəzi məsələlər Fövqəladə Hallar Nazirliyinə, bəziləri Baş Prokurorluğa, digər məsələlər isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aiddir. Biz hazırda bu qurumların müsbət rəyini gözləyirik”.

Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır. Hadisə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından biri xəstəxanada dünyasını dəyişib.

İki paytaxtı birləşdirən reys açıldı

0
aviareys

Aprel ayının 23-dən etibarən Bakı-Ankara reysi üzrə uçuşlar həftədə 3 dəfə, Bakı-Antalya reysləri isə yay mövsümü ilə əlaqədar iyunun 1-dən etibarən hər gün həyata keçiriləcək. 

Bakı-Ankara reysi üzrə reysin açılması səbəbi ilə təşkil edilmiş tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, THY baş direktorunun insan resursları üzrə köməkçisi Abdulkərim Çay, THY Azərbaycan ofisinin rəhbəri Seyfullah İlyas, Mülki Aviasiya Agentliyinin beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Elman Ələkbərov və b. iştirak edib.

“Türk Hava Yolları”-nın (THY) Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas jurnalistlərə açıqlma verib. Cari ilin yanvar-mart aylarında şirkət tərəfindən həyata keçirilən sərnişin daşımada 2018-ci ilin eyni dövrü ilə müqayisədə dəyişiklik olub. Göstəricilərdə 20%-lik artımın olduğunu bildirib. 

Bundan başqa Azərbaycan Türkiyə üçün mühüm tərəfdaş olduğunu vurğulayan Bakı nümayəndəliyinin rəhbəri, bu artımın ölkəmizin mühüm tədbirlərə ev sahibliyi etməsi və bunun nəticəsi olaraq çox sayda turist cəlb etməsi ilə əlaqələndirib. 

THY nümayəndəsi bu reysin iki paytaxt arasında məsafəni qısaltmaq baxımından daha əhəmiyyətli olduğunu qeyd edib.

“Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr çox yüksək səviyyədədir. Ankara və yaxın ərazilərdə təhsil alan tələbələr, müalicəyə üçün gedən insanlar və d. bizim potensiallı sərnişinlərimizdir. Uzun müddətdir ki, iki paytaxtı birləşdirən bu reysi açmağı fikirləşirdik. Bu fikir, bu gün reallaşdı”.