Ev Blog Səhifə 194

Lənkərandakı istirahət məkanları cərimələndi – SƏBƏB

0
Lənkəran

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirilir.

Bu cür tədbirlər nəticəsində Lənkəran şəhərinin Kiçik Bazar adlanan ərazisində dəniz kənarında fəaliyyət göstərən “Ləzzət” və “Gəl arada bir” adlı istirahət məkanlarından tullantıların ətrafa atılması faktı aşkar edilib. Bununla bağlı F.HəsənovK.Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.

Eyni zamanda, Lənkəran şəhəri Böyük Bazar ərazisində də analoji fakt aşkarlanıb. Bu fakta görə N.Məmmədov barəsində İXM-nin 266.3-cü maddəsi ilə inzibati protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

İndoneziya hökuməti Komodo adasını turistlər üçün müvəqqəti bağlayacaq

0
Komodo adasını

Şərqi Nusa-Tenqara əyalətinin (İndoneziya) hakimiyyət orqanları “Komodo əjdahası” deyilən endemik kərtənkələ növünün populyasiyasını qoruyub saxlamaq məqsədilə Komodo adasını turistlər üçün bağlamağı qərara alıblar.

Bu barədə Gəzməli.az Türkiyənin “TRT” telekanalının saytına istinadla xəbər verir.

Şərqi Nusa-Tenqara əyalətinin turizm agentliyi bildirib ki, ekologiyanın bərpa edilməsi məqsədilə 2020-ci ildən başlayaraq Komodo adası bir müddət turistlər üçün bağlı olacaq. Əyalət administrasiyasının bu qərarını ölkə Prezidenti Coko Vidodo da dəstəkləyib. Adanın turistlər üçün bağlanması endemik canlını – “Komodo əjdahası” deyilən kərtənkələ növünü qoruyub saxlamağa kömək edəcək. Hakimiyyət orqanları bu adanın mühafizəsi üçün 100 milyard İndoneziya rupisi (1 milyon İndoneziya rupisi 72 ABŞ dollarına ekvivalentdir ) məbləğində vəsait ayıracaqlar.

Amma ada sakinləri onların həmin müddətdə buradan köçürülməsini istəmirlər. İhsan Abdul Əmir adlı sakin müxbirlərə müsahibəsində deyib ki, onlar adanın turistlər üçün bağlanması planlarını dəstəkləyirlər. Lakin əgər hökumət bu adanı yerli sakinlər üçün də bağlasa, bu, onları dolanışıq vasitəsindən məhrum edəcək.

Komodo İndoneziyada turistlər arasında populyar olan 12 adadan biridir. Milli park statusuna malik olan bu ada UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.

11 ildə özünə “cənnət” yaratdı – Şəkidən REPORTAJ

0
Şəhərdən kəndə layihəsi

“Şəhərdən kəndə” adlı layihənin ilk səfəri Şəkiyə oldu. Milli Mətbuat Günü münasibətilə təşkil olunan media-turun əsas məqsədi kənd təsərrüfatının inkişaf etdirilməsi və kənddə sosial rifahın yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanışlıq idi.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev bildirib ki, şirkət tərəfindən həyata keçirilən “Şəhərdən kəndə” layihəsi aqro ekoturizm layihəsidir.

“Bildiyiniz kimi, dünyanın müxtəlif ölkələrində bu turizm növü geniş yayılıb, ancaq Azərbaycanda turizmin bu növü geniş yayılmayıb. Fərdi qaydada bəzi fermer təsərrüfatı sahibləri bu turizm növünə müraciət edib məşğul olsa da, geniş şəkildə bu aqro ekoturizminin ölkəmizdə inkişafına çox ciddi ehtiyac var. Çünki ölkəmizin həm kənd təsərrüfatı, həm də turizm potensialı var. Eyni zamanda, çox zəngin təbiəti və ekoloji ehtiyatları var. Bu baxımdan aqro ekoturizm layihəsinin genişləndirilməsinə və təbliğatına çox böyük ehtiyac var. Dövlət Aqrar Ticarət Şirkəti “Şəhərdən kəndə” layihəsini həyata keçirməklə ölkəmizdə turizmin bu növünün genişlənməsinə xidmət edəcək”, – deyə M.Musayev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, layihəyə qoşulmaq istəyən fermer təsərrüfatı sahibləri sheherdenkende.az saytı vasitəsilə məlumatları göndərə, eyni zamanda, zəng mərkəzinə müraciət edə bilərlər.

“Bio Garden” bağçılıq təsərrüfatının sahibi Etibar Nuriyev

Bio Garden” bağçılıq təsərrüfatının sahibi Etibar Nuriyev 11 ildir ki, bu işlə məşğuldur. Onun sözlərinə görə, bu layihə dünyada çox məşhurdur. Azərbaycanda da bunun icra olunması  olduqca vacibdir.

Müsahibimiz deyir ki, “Bio Garden” 8 hektarlıq sahəni əhatə edir. Əsas məqsəd isə Azərbaycanın genefondunu qorumaqdır.

Gün ərzində bura çox sayda turistin gəldiyini deyən E.Nuriyev giriş qiymətlərinin yerli sakinlər üçün 5 manat, xarici vətəndaşlar üçün isə 8 manat olduğunu bildirir:

“Bu ildən turizmə qapılarımızı açmışıq. Yerlilərlə yanaşı, Avropadan, ərəb ölkələrindən gələn turistlər üstünlük təşkil edir. Gəzinti ilə bərabər istədikləri meyvələri dada bilərlər. Bunların hər biri giriş haqqına aiddir”.

Müsahibimiz kəndə gələn yolun bərbad olmasından da gileylənib:

“Xarici və yerli turistlərin bura rahat gəlməsi üçün 1300 metrlik məsafənin asfatlanmasına ehtiyac var. Gələn qonaqların əksəriyyəti yolun bərbad olmasından şikayətlənir”.

Belə, əgər sizin də yolunuz Şəkidən düşsə, mütləq “Bio Garden”i ziyarət edin.


Vizasız gediş-gəliş – “Henley & Partners” pasportların yeni reytinqini keçirib

0
viza

İsveçrənin “Henley & Partners” konsaltinq şirkəti Dünya pasportları indeksininin yenilənmiş versiyasını hazırlayıb. Bu indeks ölkələrin pasportlarını onlara verilən səyahət azadlığına görə qiymətləndirir.

İndeksin yeni versiyasının ilk pilləsində Yaponiya və Sinqapur yerləşib. Onların pasportları üç ay əvvəl olduğu kimi, dünyanın 189 ölkəsinə viza tələbi olmadan səyahət etmək imkanı verir. Onlarla yaxın zamanadək birinci yeri bölüşən Cənubi Koreya isə indi Almaniya və Fransa ilə ikinci pillədə yerləşib: onların hər birinin aktivində vizasız ziyarət üçün 187 istiqamət var. Liderlər üçlüyünü Danimarka, İtaliyaLüksemburq (186 ölkə) tutub.

Henley & Partners”-in qeyd etdiyinə görə, indeksin ilk onluğundakı dəyişiliklər ilk öncə Pakistanın siyasətilə bağlıdır. Pakistan turistləri cəlb etməklə, beləcə öz iqtisadiyyatının artımını stimullaşdırmaqla, ölkəyə gələn  Finlandiya, İsveçrə, İspaniyaMalta daxil 50 ölkənin vətəndaşına viza təklif edir.

Qeyd edək ki, hələ dörd il əvvəl bu reytinqə başçılıq edən ABŞ və Böyük Britaniya öz mövqelərini durmadan itirir. Hazırda hər iki ölkə reytinqin altıncı pilləsindədir. Onların vətəndaşları vizasız 183 ölkəni ziyarət edə bilər. Pakistan onların arasında yoxdur.

Rusiya yeni reytinqdə 51-ci yerdədir. Beləliklə, bir rüb ərzində ölkə dörd pillə geriləyib. Hazırda rusiyalılar vizasız 116 ölkəni ziyarət edə bilərlər, halbuki, aylar əvvəl bu göstərici 118, 2018-ci ilin yekunları üzrə isə 120 ölkə idi.

Postsovet respublikalarından bu reytinqdə ən yüksək yerdə dayanan Litva Latviyadır – müvafiq olaraq, doqquzuncu və onuncu yerlər.

Ukrayna 44-cü yerdədir, onun vətəndaşları vizasız 126 ölkəyə gedə bilər.

Gürcüstan aktivində 113 vizasız partnyorları ilə 52-ci yerdədir – o, siyahıda Rusiyanın ardınca gəlir.

Azərbaycan bu reytinqdə 78-ci pillədə yer alıb – ölkəmizin vətəndaşları cəmi 66 ölkəyə vizasız səyahət edə bilər.

Reytinqdə sonuncu yeri isə Əfqanıstan tutur. Onun pasportu vizasız cəmi 25 ölkəni (əvvəlki rübdə bu rəqəm 30 idi) ziyarət etməyə imkan verir.

Pakistan vətəndaş aviasiyası üçün öz hava fəzasını açdı

0
Pakistan

Pakistanın hava fəzası vətəndaş aviasiya reysləri üçün yenə açıqdır. Uçuşlara olan məhdudiyyətlər Pakistan höküməti tərəfindən fevralın sonunda Hindistanla münaqişənin eskalasiyası fonunda tətbiq edilmişdi.

Hindustan Times”-a istinadla bildirir ki, məhdudiyyətlərin qaldırılması barədə Pakistanın Vətəndaş Aviasiya İdarəsi elan edib.

Xatırladaq ki, fevralın 26-ı Hindistan HHQ Pakistanda olan və daha əvvəl Hindistan ərazisindəki 45 nəfərin tələfatı ilə nəticələnmiş terrakta görə məsuliyyəti üzərinə götürmüş “Caiş-e-Məhəmməd” (“Məhəmmədin ordusu”) qruplaşmasının düşərgəsinə zərbə endirmişdi. Bu hadisə növbəti gündən iki ölkənin münaqişəsinin kəskinləşməsinə səbəb oldu.

Azərbaycanlılar ABŞ-da ipoteka ilə mənzil ala bilərlər

0
ABŞ

Amerikada qeyri-ABŞ vətəndaşları da ipotekaya ev ala bilərlər. İlkin şərt olaraq ABŞ-ın hər hansı bankına depozit olaraq 100 min dollar yatırmaq lazımdır.

Bu barədə  ABŞ-da ipotekaya mənzillər təklif edən şirkət rəsmisi bildirib. Onun  sözlərinə görə, Azərbaycandan olan vətəndaşların ABŞ-da mənzil alması üçün iş yeri barədə və illik gəlirləri barədə arayış olmalıdır.

İlkin şərt olaraq isə hər hansı ABŞ bankında ən azı 100 min dollar depozit yatırılmalıdır.

ABŞ-da xarici vətəndaşlar ipotekaya ev alarkən ilkin ödəniş kimi mənzilin 40-50%-ni ödəməlidirlər.

Xan Sarayını nə qədər turist ziyarət edib – STATİSTİKA

0
Şəki xan sarayı

Şəki Xan Sarayını ziyarət edənlərlə bağlı statistika açıqlanıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bu haqda məlumat verib. İyun ayında Şəki Xan Sarayını 24021 nəfər ziyarət edib. Onlardan 8800 nəfəri xarici ölkələrin vətəndaşı, 15221 nəfəri isə Azərbaycan vətəndaşıdır.

Xatırladaq ki, iyulun 7-də Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

İyulun 14-də isə Xan Sarayının qarşısında bitən 500 yaşlı Xan çinarının budağı qırılaraq ərazidəki turistlərin üzərinə düşüb. Nəticədə, 1 nəfər ölüb, 20-yə yaxın insan xəsarət alıb.

Ceff Bezos: Kosmik turizm Yer planetinin qorunması üzrə məsuliyyəti artıracaq

0
Ceff Bezos

Dünyanın ən varlı adamlarından biri və kosmik turizm sahəsində layihələr həyata keçirən milyarder Ceff Bezos kosmik turizmin inkişafının insanlara Yer planetini kənardan seyr etməyə və onun qorunması üzrə məsuliyyəti artırmağa kömək edəcəyi qənaətindədir. “Amazon” və kosmik proqramlar həyata keçirən “Blue origin” şirkətlərinin sahibi bu fikirləri CBS televiziyasına müsahibəsində səsləndirib.

Bezos bildirib ki, kosmik turizmin həyata keçirilməsi erası 11 dəqiqəlik qısamüddətli uçuşlarla başlayacaq. “Sizin Yerin atmosferinin ən ucqar təbəqəsini görmək imkanınız olacaq və onda planetimizin nə dərəcədə müdafiəsiz olduğunu anlaya biləcəksiniz. Heç olmasa bir dəfə kosmosa uçan adamlar yaxşı bilirlər ki, onların düşüncə tərzində necə dəyişiklik baş verib. Bu insanlar planetimizin necə ecazkar, eni zamanda kiçik və kövrək olduğunu dərk ediblər. Bu, Yer kürəsində – kosmosdan aşağıda yaşayanların anlaya bilməyəcəkləri hisslərdir”, deyə milyarder əlavə edib.

Blue Origin” şirkəti yanvarda kosmik turizm üçün nəzərdə tutulan New Shepard pilotsuz suborbital kosmik gəmisinin onuncu sınağını keçirib. Bu aparat NASA-nın ilk astronavtı Alan Şepardın şərəfinə adlandırılıb.

Bakıda bəzi hotellər satışı dayandırdı

0
Otel

Bakının mərkəzindəki bəzi beşulduzlu hotellər iyulun sonu-avqustun əvvəli üçün olan dövr üzrə otaq nömrələrinin satışını dayandırıb.

Bu məlumtI Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov açıqlayıb.

Onun sözlərinə görə, ümumilikdə yay ayları turizm mövsümü hesab olunur. İyulun sonu-avqustun əvvəli isə turizm mövsümünün pik dövrü sayılır. Həmin dövrdə Bakıda hotellərin dolma səviyyəsi yüksək – 60-80 faiz olur:

“Amma bu il turizm mövsümünün olması ilə yanaşı, iyulun sonunda XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi hotellərə olan tələbatı daha da artırıb. Oyunlar ərəfəsində Bakının mərkəzindəki hotellərdə yerlər dolub. Ümumilikdə mərkəzdəki bəzi 5 ulduzlu hotellərin iyulun sonu-avqustun əvvəli üçün otaq yerləri 100 faiz dolub, buna görə də həmin hotellər qeyd edilən dövr üçün satışı dayandırıb”.

N.Bağırov əlavə edib ki, iyulun sonu-avqustun əvvəli üçün olan dövrdə Bakıdakı 3 və 4 ulduzlu hotellər də yerlərini 70-80 faiz doldurublar.

Assosiasiya sədri hotellərdə yerlərin daha çox ərəb ölkələrindən gələn turistlər tərəfindən bron edildiyini də söyləyib.

Xatırladaq ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılışı iyulun 21-də, bağlanışı iyulun 27-də olacaq.

Bakı-İstanbul avtobusunda nasazlıq: sərnişinlər yolda qaldı

0
Alpar turizm şirkəti

Hacıqabul rayonunda Türkiyənin “Alpar” turizm şirkətinə məxsus avtobusda nasazlıq yaranıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib.

P.Məmmədova bildirib ki, hadisə Bakı-Qazax magistralının rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində baş verib:

“Bakıdan İstanbula hərəkət edən avtobusun sürücüsü Türkiyə vətəndaşı olub. Avtobusun radiatorunun pəri qırılıb. Yaranan nasazlığa görə həmin avtobusla yola davam etmək məqsədəuyğun olmadığı üçün daşıyıcı şirkət başqa avtobus göndərib”.