Ev Blog Səhifə 193

Ah Monteneqro – dağlar və möhtəşəm Adriatik dənizi ölkəsi – Go Travel

0
Monteneqro

Biz sizin üçün bu ölkə haqqında maraqlı faktlar toplamaq qərarına gəldik.

?Monteneqro – Balkanların ən kiçik ölkəsidir.

?Ölkədə Tivat Podqoritsada cəmi 2 beynəlxalq hava limanı var.

?Monteneqroda ümumi uzunluğu 70 km olan 117 çimərlik var.

?Dövlət valyutası avrodur.

?Ölkənin 40% ərazisini meşələr əhatə edir.

?Bar şəhərində təxmini 2000 il yaşı olan zeytun ağacı var və hələ də bar verir.

Hər şeyi öz gözlərinizlə görmək istəyirsiniz? elə indi tur sifariş edin! Təkliflər haqqında ətraflı məlumat üçün zəng edin

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30 (Whatsapp+Zəng)
?+994 70 664 60 30 (Whatsapp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

“Space Adventures” kosmosa turist daşınmasına start verir

0
Space Adventures

Space Adventures” şirkəti Beynəlxalq Kosmik Stansiyasına (BKS) uçmaq istəyənlərdən ərizə qəbuluna başladı.

Gezmeli.az “Kommersant”-a istinadla xəbər verir ki, uçuş “Boeing” şirkətinin yaratdığı “Starliner” gəmisilə həyata keçiriləcək.

“Pilotlanan uçuşların başladıqdan sonra kosmosa 550 nəfərdən bir qədər çox adam gedib – biz sizə növbəti səyahətçi olmağı təklif etmək imkanına şadıq”, — şirkətin ismarıcında deyilir .

BKS-na ilk ekipajla “Starline” kosmik gəmisinin buraxılması cari ilin noyabrında planlaşdırılır. Gəmi BKS-na buraxılmadan sutka sonra çatacaq və 2020-ci ilin yazına kimi orada qalacaq. Bir aylıq BKS-da yaşama kosmik turistə 59 milyon dollara başa gələcək.

Aİ bəzi ölkələr üçün vizasız rejimi dayandıra bilər

0
Viza

Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ilə vizasız rejimin fəaliyyət göstərdiyi ölkələrdən sığınacaq axtaranların sayının artması ilə əlaqədar ayrı dövlətlər üçün vizasız rejimi dayandıra bilər.

Deutsche Welle“də bu haqda məlumat verilib. Verilən məlumata görə, bunu Aİ-nin miqrasiya və daxili işlər üzrə komissarı Dimitris Avramopulos deyib.

“Vətəndaşları Avropa İttifaqına vizasız giriş hüququ olan dövlətlərə mesajımız aydındır. Bu üstünlüyü qorumaq sizin öhdənizə düşür”, – deyə “Deutsche Welle” Avropa komissarının sözlərini sitat gətirib.

O bildirib ki, əks tədbirlər Qərbi Balkan və Latın Amerikası ölkələrinə aid ola bilər.

Azərbaycanlı investorlar Şimali Qafqazda kurort infrastrukturuna böyük vəsait yatıracaq

0
Qafqaz

Rusiyanın Stavropol diyarında Azərbaycan sərmayədarları tərəfindən vəsait yatırılan iki kurort kompleksinin tikintisi 2021-ci ilədək başa çatacaq.

Bu barədə Rusiyanın Şimali Qafqaz işləri üzrə nazirinin müavini Olqa Ruhullayeva bildirib.

Nazir müavini 2018-ci ildə azərbaycanlı sərmayədarların iştirakı ilə Jeleznovodsk müalicəvi kurortunda sanatoriya tikintisinin layihəsinin həyata keçirildiyini qeyd edib. O həmçinin bildirib ki burada 222 nömrəlik iki yaşayış korpusu, müalicə korpusunun, konfrans salonları, SPA, iki salonluq yeməkxana inşa olunacaq. Layihənin isə 1,5 milyard rubl dəyərində olduğunu qeyd edib.

“Habelə Kislovodsk şəhərində də azərbaycanlı sərmayədarlar tərəfindən 420 yerlikRusel” sanatoriyasının tikintisi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda layihəyə dair sənədlər tərtib olunur. Maliyyə dəyəri, təqribən, 2 milyard rubl təşkil edəcək”. Bununla yanaşı, Kislovodskdə “Akademiçeskiy” sanatoriyasının yenidən qurulmasına dair müvafiq sənədlərin hazırlandığını diqqətə çatdırıb.

Bu layihəyə dair 2017-ci ilin aprel ayında bir azərbaycanlı sərmayədarla niyyət protokolu imzaladıqlarını vurğulayan rusiyalı nazir müavini həmin yerdə beynəlxalq standartlara uyğun 13 min kvadratmetrlik müasir sanatoriya-kurort kompleksinin ərsəyə gələcəyini, layihəyə 2,8 milyard rubl məbləğində maliyyə yatırılacağını qeyd edib.

Azərbaycanlı sərmayəçilərin iştirak etdiyi başa çatdırılan layihələrdən danışan O.Ruhullayeva 2016cı ildə Yesentukidə “Karat Holding” tərəfindən 1,5 milyard rubldan artıq sərmayə ilə 444 yerlik İstoçnik” sanatoriyasının inşa olunduğunu xatırladıb.

Stavropol diyarındakı müalicəvi istirahət infrastrukturuna yatırımlarla bağlı azərbaycanlı sərmayədarlarla əməkdaşlığın müsbət yöndə inkişaf etdiyini diqqətə çatdıran rusiyalı məmur diyar hökuməti tərəfindən də sözügedən sahəyə yatırımların əmlak vergisindən azad olunduğunu, mənfəət vergisində də imtiyazlar tətbiq edildiyini söyləyib.

Şahdağ Turizm Mərkəzində gənclər fləşmob keçirib

0
Şahdağ

Şahdağ Turizm Mərkəzində “YayFest – gənclər düşərgəsi” çərçivəsində ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə fləşmob keçirilib.

500 gənc müxtəlif parçaları bir yerə toplayıb. Onlar Azərbaycan bayrağını və ümummilli lider Heydər Əliyevin portretini əks etdiriblər.

Fləşmob Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Ekspertlər dünyanın ən yaxşı aviaşirkətini seçiblər

0
Sinqapur

Britaniyanın “Skytrax” marketinq şirkətinin mütəxəssisləri dünyanın ən yaxşı aviaxətlərinin siyahısını dərc edib. Siyahıda Qətərin “Qatar Airways” avia şirkəti liderlik edir.

İkinci yerdə öncəki lider “Singapore Airlines”-dır, liderlər üçlüyünü isə yapon “ANA All Nippon Airways” şirkəti qapadır.

Növbəti üçlüyə isə Honkonqun “Cathay Pacific Airways”-i, Dubayın “Emirates”-i və Tayvanın “EVAAir”-i daxil olub.

Mütəxəssislər, həmçinin ötən il ərzində ən böyük inkişafın “Philippine Airlines” şirkətində müşahidə edildiyini qeyd ediblər. Ən yaxşı aviasiya alyansı “Star Alliance” seçilib, loukosterlər arasında isə “Air Asia” avia şirkəti liderlik edib.

“British Airways” Hörmüz boğazı üzərində uçuşlardan imtina edib

0
British Airways

Böyük Britaniyanın ən böyük aviadaşıyıcısı “British AirwaysHörmüz boğazı Oman körfəzi üzərindən uçuşları dayandırıb.

Bu barədə RİA “Novosti”yə aviaşirkətin nümayəndəsi bildirib.

Nümayəndənin sözlərinə görə, aviaşirkət ABŞ-ın Federal Aviasiya Administrasiyasının (FAA) məsləhətlərinə uyğun olaraq, indi alternativ marşrutlardan istifadə edir.

Qeyd edək ki, daha əvvəl FAA ABŞ aviaşirkətlərinə Hörmüz boğazı və Oman körfəzi üzərindəki hava məkanlarında uçuş həyata keçirməyi qadağan edən təcili xəbərdarlıq yayıb.

Əlavə edək ki, bundan əvvəl Hollandiyanın KLM aviaşirkəti də İranın müəyyən əraziləri üzərindən uçuşları dayandırmışdı.

May ayında Qərbi Avropadan gələn əcnəbilərin sayı 2 dəfə çox olub

0
Avropa

May ayı üzrə bütün ölkələr və bölgələr üzrə səyahətçi sayının artması müşahidə olunub.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanı 18% və ya 246 min daha çox xarici vətəndaş ziyarət edib.

Bu artımın ən böyük hissəsi Rusiya (11 min), Gürcüstan (10 min) və Qərbi Avropa (8.9 min) ölkələrinin payına düşür.

Qərbi Avropa regionu 102% göstərici ilə Azərbaycanın turizm statistikasında daim öndə olan digər ölkələri xeyli dərəcədə geridə qoyaraq 2 dəfə artıb.

Bu göstərici böyük ehtimalla mayın 29-da UEFA Avropa Liqasının final oyununu izləməyə gəlmiş futbolsevərlərin Bakıya axınının nəticəsində baş verib.

Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında 58% və ya 4 min nəfər qeydə alınaraq əhəmiyyətli dərəcədə artım müşahidə olunub.

Yekun olaraq, 2019-cu ilin yanvar-may aylarında Azərbaycana gələn xarici səyahətçilərin ümumi sayı 2018-ci ilin eyni dövrünə nisbətdə 4% artıb.

Tayland turistlər üçün icbari sığorta tətbiq edə bilər

0
Tayland

Tayland höküməti ölkəyə gələn bütün turistlər üçün icbari tibbi sığorta tətbiq edə bilər. Gezmeli.az bunu “Bankgkok Post”-a istinadla xəbər verir. Ölkənin sığorta komissiyalarının idarəsi hazırda turistin ölümü və ya yaralanması halına 20 baht (təxminən 0,7 ABŞ dolları) məbləğində icbari sığortanın tətbiqini müzakirə edir.

Bu tədbir ancaq Taylanda gəlməmişdən sığortalanmamış şəxslərə şamil olunacaq. Yuxarıda qeyd edilən məbləği ölkəyə giriş edənlər pasport kontrolunda ödəyəcəklər. Belə sığorta polisinin ödəmə məbləği təxminən 32 min dollar (ölüm olduqda) və 16 min dollar (yaralanma və ya travma olduqda) təşkil edəcək.

Hazırda qurum müvafiq qanun layihəsini gözdən keçirir. Sonra qanun layihəsinə İdman və turizm nazirliyi tərəfindən baxılacaq, ən axırda o, Nazirlər Kabinetinin müzakirəsinə keçəcək. Yeni normanın cari ilin sonunda qüvvəyə minməsi gözlənilir.

Portuqaliyada ən yüksək maaşlı fəaliyyət sahələri müəyyən olunub

0
Portuqaliya

Portuqaliya Əmək Nazirliyi ölkədə ən yüksək məvacibli fəaliyyət sahələrini müəyyən edib. Məlum olub ki, qaz və elektrik enerjisi sektorlarının işçiləri ən yüksək orta aylıq əməkhaqqı alırlar.

2018-ci ilin sonuna olan məlumata görə, bu işçilərin orta aylıq əməkhaqqı 1170 avro təşkil edib. Bu barədə məlumatı “Lusa” xəbər agentliyi Strategiya və Planlaşdırma İdarəsinə istinadla yayıb.

Turizm sahəsinin inkişaf etməsinə baxmayaraq, bu sektorda məvaciblərin artımında ən aşağı sürət qeydə alınıb. 2018-ci ildə bu sahədə baza əməkhaqqı 818 avro, inişil təqribən 788 avro təşkil edib.

Bildirilib ki, ölkədə kişilərlə qadınların məvacibləri arasında hələ də xeyli fərq var. Statistika göstərir ki, Portuqaliyada qadınlar orta hesabla kişilərdən 250 avro az məvacib alırlar.