Ev Blog Səhifə 195

Ekspertlər istirahət üçün ən yaxşı adanın adını açıqlayıblar

0
Siarqao

Filippinin paytaxtı Manilanın 800 kilometrliyində yerləşən Siarqao adası firuzəyi suyu, ağ qumsallı çimərlikləri, gözəl kokos və manqra meşələri sayəsində dünyanın ən yaxşı çimərliyi sayılıb. Bu barədə “Daily Star” nəşri yazıb.

Gezmeli.az “Turizm.ru” saytına istinadla xəbər verir ki, bu ada mağaraları öyrənən, snorkelinq və ya sörfinqlə məşğul olan turistlər arasında çox populyardır. Siarqaonun məşhur turizm istiqaməti olmasına baxmayaraq, bura gələn turistlərin sayı bir o qədər də çox deyil. Məsələ bundadır ki, adaya gəlmək çox çətindir. Bura ya qayıqla üzüb gəlmək, ya da yaxınlıqdakı şəhərlərdən kiçik təyyarələrlə uçub gəlmək olar. Gözdən uzaq yerdə yerləşən adanın təqribən 200 əhalisi var. Turistlərin çoxu Siarqoaya Maniladan gəlirlər. Azərbaycandan Siarqoaya təyyarə dəyişməklə Əbu-Dabi, Dubay, Honkonq, Sinqapur Dohadan gəlirlər.

Siarqao Filippində sörfinqin paytaxtı sayılır. Sörfinq həvəskarları avqustun sonlarından oktyabr ayınadək bura axışırlar. Yerli kurortların və otellərin çoxu onları lazımi ləvazimatla təchiz edir, habelə naşı sörfinqçilərə dərslər keçirlər. Çimərlik istirahətinin həvəskarları, yaxşı olar, adaya oktyabrın əvvəlindən iyunun ortalarına qədər gəlsinlər. Siarqaoda əyləncələrin siyahısı çox genişdir. Turistlərə kayakla Suqba laqununda üzmək, Maqpupunqkoda qayalarla əhatə olunmuş göllərdə olmaq, heyrətamiz Kavxaqan adasında gəzişmək və ya meduzalarla üzmək üçün qayıqla qonşuluqdakı Bukas-Qrande adasına yollanmaq təklif olunur. Ekspertlər adada gəzişmək və onun görməli yerlərini görmək üçün motosiklet və ya skuter icarəyə götürməyi məsləhət görürlər.

Siarqaonun öyrənilməsini Sakit okean regionunun kimsəsiz çimərliklərində, Alergiyada və Santa-Fedə başa çatdırmaq olar. Adada turistlər üçün onlarca otel və çimərlik evi fəaliyyət göstərir.

Aeroportda problem yaradan 8 əşya

0

Alışqan, akkumulyator və ya batareyanı necə düzgün qablaşdırmalı? Nə üçün paştet təyyarədə maye sayılır? Nə üçün xizək sürtküsü təyyarədə problem yaradır? “Finavia”nın təhlükəsizlik xidmətinin rəhbəri Yoni Pekkanen baqaja baxış zamanı səyyahlar üçün gözlənilməz problemlər yaradan nüanslardan danışıb.

Uçuşdan əvvəl nəzarət-buraxılış məntəqələrində sərnişinlərdən daha çox müsadirə olunan əşyalar barədə məlumat verir.

 Məlumatlı olmamaq özünə bəraət qazandırmağa əsas vermir

Aeroportlarda baqaja qarşı irəli sürülən çoxsaylı tələbləri sərnişinlərin yadda saxlaması çətindir. Hansısa əşyanı yük bölməsində, hansısa əşyanı salonda daşımaq olar, bəzi əşyaları isə evdə qoymaq məsləhətdir. Bu tələblərdən baş çıxarmaq bəzən çətin olur.

Mütəxəssisin sözlərinə görə, hər gün “Finavia” aeroportlarının nəzarət-buraxılış məntəqələrində sərnişinlərin çamadanlarından 200-dən çox müxtəlif əşya müsadirə olunur. Adama elə gəlir ki, bu əşyalar tamamilə zərərsizdir, lakin əslində onlar təyyarədəki insanlara böyük təhlükə törədir. Əlbəttə, çantasına probkaaçan və ya toxuma üçün millər qoymuş səyyahların çoxunun heç bir qəsdi olmur. Lakin “Vay-vay, buna icazə verilmədiyini bilmirdim” sözləri də sizə bəraət qazandırmır. Bu əşyalar onsuz da müsadirə olunacaq. Axı aeroport işçilərinin vəzifəsi uçuşun təhlükəsizliyini təmin etməkdir. Odur ki, inciməyin!

Əl yükü

1.Həcmi 100 milliqramdan çox olan mayelər

Bu kateqoriya çox vaxt içərisində içki olan butulkalara, losyon, tonik, maye sabun və şampun kimi kosmetik və gigiyenik vasitələrə şamil olunur. Yeri gəlmişkən, diş pastası, eləcə də çörəyə yaxılan bəzi yeməklər, o cümlədən paştet, ketçup, bal və s. də aeroport işçisi üçün mayedir.

Sərnişinlərin çoxu mühüm bir məsələni başa düşmür: nəzarət-buraxılış xidməti taranın içindəki mayenin həcminə deyil, taranın özünün ölçüsünə baxır. Məsələn, 200 milliqramlıq butulkanın içərisində cəmi 50 milliqram şampun qalmasına baxmayaraq, bu butulkanın həcmi 100 milliqramdan çox hesab ediləcək. Öz işinə ciddi yanaşan aeroport işçisinin bu butulkanı müsadirə etməyə tam haqqı var.

Nə etməli: kosmetika və yemək daşımaq üçün həcmi 100 milliqrama qədər olan qablardan istifadə edin. Daha həcmli əşyaları çamadana qoyub baqaja təhvil verin.

2. Kibrit və alışqanlar

Dərhal qeyd edək ki, ABŞ-ın hava limanlarında təyyarəyə kibrit, yaxud alışqan götürmək qadağandır. Avropada bu əşyalara bir o qədər də ciddi yanaşmırlar. Odur ki, bir qutu kibrit və ya bir alışqanı özünlə götürmək mümkündür.

Nə etməli: ya kibrit qutusunu, ya da alışqanı cibinə qoya bilərsən.

3.Deşici və kəsici alətlər

Qayçı, qatlama bıçaq, probkaaçan, toxuma üçün millər və digər deşici-kəsici alətləri əl yükündə daşımaq qadağandır. Bu əşyaları təyyarənin salonuna keçirməyə icazə verilmir.

Nə etməli: bütün bu vasitələri yalnız yük bölməsində daşımaq olar. Amma etibarlı şəkildə qablaşdırılmalıdır ki, əşyalarınız və çamadanınız zədələnməsin.

                  Təhvil verilən baqaj

4. Bir daha kibrit və alışqanlar barədə

Bu əşyaları yük bölməsinə təhvil vermək olmaz, çünki onların alovlanması riski yüksəkdir. Nə etməli: bir alışqan və ya kibrit qutusu ilə kifayətlənmək lazımdır. Bunların yalnız birini özünüzlə salona götürə bilərsiniz.

5. Litium batareyaları və xarici akkumulyatorlar

Yoni Pekkanenin sözlərinə görə, aeroport əməkdaşları yük bölməsinə təhvil verilən baqaja baxarkən çox vaxt məhz bu əşyaları müsadirə edirlər.

Nə etməli: batareyaları və doldurucu akkumulyatorları əl yükündə salona gətirmək olar. Bu qayda təhlükəsizlik mülahizələrinə görə tətbiq edilib: əgər bir hadisə, məsələn, alovlanma, qapanma, qığılcımlanma baş versə, onun qarşısını baqaj bölməsində deyil, məhz salonda sürətlə almaq mümkündür.

Daha bir mühüm məqam: batareyalarda litiumun miqdarı bir batareya üçün 2 qramdan (yaxud 100 vatt-saat) çox olmamalıdır. Bundan əlavə, təyyarəyə yalnız 2 ədəd ehtiyat batareya götürə bilərsiniz. Qısa qapanmaya yol verməmək üçün onları etibarlı şəkildə qablaşdırmalısınız!

6. Alovlanan maddələr

Bura alışqanlar üçün maye, spirtli vasitələr, lak silmək üçün aseton, həcmi 500 milliqramdan çox olan saç lakı daxildir. Bütün bunlar yanğının baş verməsinə səbəb ola bilər. Buna görə də nəzarət-buraxılış məntəqəsində müsadirə olunur.

Nə etməli: düzünə qalsa, səfərdə bunlarsız keçinmək də olar, elə deyilmi? Əgər sevimli saç lakınız olmadan keçinə bilmirsinizsə, onda onun həcmi 150-200 milliqram olan mini variantını seçin: bu qədər həcm tamamilə yol verilən miqdardır.

7. Patronlar

Silahla bağlı problemlər həmişə olub və olacaq, onlara həmişə xüsusi nəzarət ediləcək. Patronları yük bölməsində daşımaq yolverilməzdir! Çünki onlar da partlayış təhlükəli əşyalar sayılır və yanğın təhlükəsizliyi qaydalarını pozur.

Nə etməli: ov silahı üçün patronları daşımaq mümkündür, amma əl yükündə. Onları möhkəm qutuda qablaşdırmaq lazımdır. Əslində, patrondaş və ya patron darağı yetərincə möhkəm qab sayılmır. Odur ki, onu başqa bir etibarlı konteynerə qoymalısınız. Patronları təyyarədə daşımaq üçün qabaqcadan icazə almağı unutmayın. Əksər aeroportların təhlükəsizlik xidmətləri bunu tələb edirlər.

8.Xizək sürtküsü və xizək sürtküsünün silinməsi üçün vasitə

Bu, dağ-xizək kurortlarında fəal istirahəti sevənlər üçün xoşagəlməz xəbərdir. Məsələ bundadır ki, xizəklərin yağlanması üçün vasitələr aeroport əməkdaşlarının müsadirə etdiyi əşyalar sırasındadır, çünki belə sürtkülərin tərkibində alovlanan birləşmələr var. Bu vasitələri nə baqaj bölməsində, nə də əl yükündə daşımaq olar.

Nə etməli: “flammable” (tez alışan) sözləri yazılmamış xizək sürtkülərini seçin. Y.Pekkanen belə məsləhət verir: “Sizin baqajda bərk və yanmayan xizək sürtkülərini götürə bilərsiniz, amma bu məhsulun digər növlərini gəldiyiniz yerdə almalı olacaqsınız”.

 Müsadirə olunmuş əşyaları geri qaytarmaq mümkündürmü?

Aeroportda yoxlama zamanı əlinizdən alınmış əşyaları geri qaytarmaq olar. Y.Pekkanenin sözlərinə görə, əşyalarınız sizindir və geri qayıdanda onları almağa haqqınız var. Nəzarət-buraxılış xidmətinin əməkdaşları müsadirəni rəsmiləşdirən zaman bu barədə sizi məlumatlandıracaqlar.

Bunu necə etmək olar? Müsadirə edilmiş əşyanızı qayıdandan sonra azı 30 gün ərzində istənilən vaxt saxlama kamerasından, yaxud xüsusi anbardan götürə bilərsiniz. Əgər avtomobilinizi aeroportun dayanacağında saxlayırsınızsa, onda əşyanızı orada qoya bilərsiniz.

Əlqərəz, bütün bunlar həll olunan məsələlərdir. Sadəcə aeroport əməkdaşlarının işinə anlayışla yanaşın. Axı onlar məhz sizin təhlükəsizliyinizin qayğısına qalırlar!

Çin otellərində yataq ağı özünün təmiz olub-olmamasını bildirəcək

0
Çin

Çindəki otellərin biri öz qonaqlarına yeni imkan təklif edəcək. Onlar yataq ağlarını, digər yataq və hamam ləvazimatının nə dərəcədə təmiz olduğunu görə biləcəklər.

Gezmeli.az “Turizm.ru” saytına istinadla xəbər verir ki, Uxan şəhərinin otelləri istiliyə və suya davamlı nazik çiplərlə təchiz olunmuş dəsmal, döşəkağı və toxunma adyallar alacaq. Qonaqlar yataq ləvazimatının sonuncu dəfə nə vaxt yuyulmasını, habelə onların dəyişdirilməsini xahiş edəndən sonra hara göndərilməsini mobil telefonun köməyi ilə izləyə biləcəklər. Bu yeniliyin təşəbbüskarları bildirirlər ki, mehmanxanalar yataq ləvazimatının keyfiyyətinə nəzarət etmək, qonaqlar isə onların təmizliyini yəqin etmək imkanı qazanacaq. Nahaq yerə narahat olmayacaqlar.

Çindəki otellərin əksəriyyəti paltar yumaq üçün kənar camaşırxana şirkətlərindən istifadə edirlər. Yeni texnologiya bu otellərdə xidmətin keyfiyyətini yaxşılaşdıracaq. Uxan şəhərində test yoxlamasından sonra bu texnologiya bütün ölkədə yayıla bilər.

2017-ci ildə Çinin turizm sahəsinin hakimiyyət orqanları xoşagəlməz bir vəziyyətlə üzləşiblər. O vaxt Pekinin dəbdəbəli otellərində quraşdırılmış gizli kameralarla çəkilmiş videoyazılar internetdə yayılmışdı. Videodan göründüyü kimi, bu otellərin əməkdaşları tualetlərin yuyulması və döşəkağıların dəyişdirilməsi zamanı əsas təmizlik standartlarına riayət etmirlər. Bir il sonra məlum oldu ki, Pekinin və Şanxayın 14 mehmanxanasında nömrələrdəki stəkanlar və digər qablar vanna otaqlarının yığışdırılması zamanı istifadə edilən dəsmal və süngərlərin köməyi ilə təmizlənir.

Turistlər otel seçərkən rəyləri öyrənirlər

0
turistlər

İnternetdə səyyahların rəyləri səfərə çıxmağa hazırlaşanlar üçün əsas informasiya mənbəyidir. “TripAdvisor” saytının analitikləri bu qənaətə gəliblər.

Səyyahlar arasında çox populyar olan bu internet-servisin apardığı qlobal tədqiqat zamanı 23 min istifadəçinin rəyi soruşulub. Məqsəd otellərdə nömrələrin bron edilməsində, restoranların və turizm tədbirlərinin seçilməsində onlayn-rəylərin nə kimi rol oynadığını aydınlaşdırmaq olub.

Əldə olunmuş nəticələrə görə, ixtisaslaşdırılmış saytlarda səyyahlar üçün əsas informasiya mənbəyi şərhlərdir. Turistlərin 72 faizindən çoxu qərar qəbul etməzdən əvvəl həmişə, yaxud tez-tez həmin rəyləri oxuyur. Söhbət yaşayış yerinin bron edilməsindən gedəndə bu rəqəm daha yüksək olur: hər 5 səyyahdan 4-ü, yəni 81 faizi otelə müraciət etməmişdən əvvəl həmişə və ya tez-tez rəylərlə tanış olur. Hər 10 istifadəçidən təqribən 8-i, yəni 79 faizi eyni şərtləri olan iki obyekt arasında seçim edərkən böyük ehtimalla reytinqi daha yüksək olan otelə üstünlük verir. Səyyahların yarısından bir qədər çoxu – 52 faizi rəyləri öyrənmədən oteldə nömrə sifariş etmir.

Tədqiqat saytın analitiklərinin bir sıra gözlənilməz nəticələrə gəlməsinə imkan verib. Hər 10 respondentdən təqribən 4-ü, yəni onların 39 faizi çox kəskin şərhlərə məhəl qoymayıb. Rəyi soruşulanların yarısından çoxu – 55 faizi insanların münasibəti haqqında maksimum tam təsəvvür əldə etmək üçün yalnız bir neçə rəylə tanış olub. İstifadəçilər qəti qərar qəbul etmək üçün, orta hesabla, 9 rəy oxuyub. Bu zaman rəyin yazılma tarixi böyük əhəmiyyət daşıyıb. Sorğu iştirakçılarının təqribən 80 faizi sonuncu şərhlərə daha böyük əhəmiyyət verib.

Azərbaycana gələn britaniyalıların sayında ciddi – ARTIM

0
Azərbaycan

UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsi özünü Azərbaycana gələn turistlərin sayında göstərib. Belə ki, final matçında iki inqilis klubunun qarşılaşması Azərbaycana gələn britaniyalı turistlərin sayını 40% dan çox artırıb.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-may aylarında  Azərbaycana dünyanın 180 ölkəsindən 1094,8 min əcnəbi gəlib. Bu 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs olub.


Eləcə də bax: Rusiyaya yeni aviareys açıldı – QİYMƏT


Gələnlərin  28,5 faizi Rusiya Federasiyası, 26,0 faizi Gürcüstan, 10,9 faizi Türkiyə, 7,7 faizi İran, 3,0 faizi Birləşmiş Ərəb Əmirlikləridir. Hər birindən 1,9 faiz olmaqla Ukrayna Hindistan, hər birindən 1,6 faiz olmaqla Böyük BritaniyaTürkmənistan, hər birindən 1,2 faiz olmaqla Pakistan İraq, 14,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 69,1 faizini kişilər, 30,9 faizini isə qadınlar təşkil etmişdir.

Ölkəmizə yanvar-may aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (1,9 dəfə), Misir (1,8 dəfə), Çin (1,8 dəfə), Hindistan (1,7 dəfə), Səudiyyə Ərəbistanı (1,7 dəfə), Böyük Britaniya (42,3 faiz), Cənubi Koreya (31,4 faiz), Yaponiya (30,1 faiz), Almaniya (28,0 faiz), Kanada (27,7 faiz), Polşa (23,4 faiz) və Gürcüstan (22,7 faiz)  vətəndaşları arasında qeydə alınmışdır.

2019-cu ilin yanvar-may aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  27,8 faiz artaraq 54,4 min nəfər olub. MDB ölkələrindən gələnlərin sayı isə 3,6 faiz artaraq 380,8 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 60,4 faizi dəmir yolu avtomobil, 38,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir. 

AZAL-ın yeməkləri turistlərin xoşuna gəlib – AÇIQLANDI

0
Azal yeməkləri

“Azərbaycan Hava Yolları” (AZAL) uçuş zamanı sərnişinlərə ən dadlı yemək təklif edən aviaşirkətlər üçlüyünə daxil olub.

Rusiyanın “tutu.ru” səyahətlər servisi sərnişinlərə dadlı yemək təklif edən xarici aviaşirkətlərin reytinqini tərtib edib. “Vedomosti” qəzetinin yazdığına görə, servis ötən ilin aprelindən bu ilin aprelinədək olan müddətdə 27 min 500 sərnişinin rəyini öyrənərək 10 xarici aviaşirkəti müəyyən edib.

Eləcə də bax: “Biletlər baha olub ki, ABŞ-a AZAL-la uçmayıblar” – EKSPERT

İlk üçlüyə “Uzbekistan Havo Yullary”, “Azərbaycan Hava Yolları” və “Turkish Airlines” daxil olub.

Sərnişinlər “Azərbaycan Hava Yolları”nda qida dəstinə tərəvəz salatı, fındıq, şirniyyat və şərab daxil olmasını bəyəniblər.

Onluğa, həmçinin Almaniyanın “Lufthansa”, Qazaxıstanın “Air Astana”, Gürcüstanın “Georgian Airways”, Yunanıstanın “Ellinair” və “Aegean Airlines”, Tacikistanın “Somon Air”, Moldovanın “Air Moldova” şirkətləri də daxildir.

Qubaya “Hummer” ilə bahalı tur – FANTASTİK QİYMƏT

0
Hummer

Azərbaycanda 3200 manata tur təklif olunur. Təklif olunan məbləği ödəməklə insanlar Quba rayonunda beş gün istirahət edə bilərlər. Qubada bu qiymətə istirahət təklifi isə sosial şəbəkədə təbii olaraq təəccüb doğurub. Hətta buna etiraz edənlər də var.

Fantastik məbləğə istirahət təklifinə nələrin daxil olduğunu aydınlaşdırmaq üçün turizm şirkəti ilə əlaqə saxladıq. 

Məlum olub ki, tura – “Hummer H2” (limuzin), gündə altı dəfə qidalanma, beş ulduzlu hoteldə gecələmə (VIP), qolf oyunu, tennis və futbol meydançalarından istifadə, SPA (cakuzi, hovuz, sauna, masaj), boulinq və atıcılıq daxildir. 

Şirkətin sədri Kamal Aken saytımıza açıqlamasında bildirib ki, 3200 manatlıq tur üç nəfər üçün nəzərdə tutulub:

“Biz vətəndaşı Qubaya “Hummer H2”də aparırıq. Bu maşınla beş günlük transfer 2000 manat edir. Sizcə, bu, normal deyil? Bizim Qubaya 15-20 manatlıq turlarımız da var. Bu tur isə VİP turdur və aşağıbüdcəli insanlar üçün deyil.

Bu turun konkret müddəti yoxdur. Kim nə zaman getmək istəyirsə, bir həftə öncədən bizə məlumat verir və biz turu təşkil edirik”.

Kamal Aken bildirib ki, tur-paketlə maraqlanan insanlar az deyil:

“Biz tur barədə məlumatı yaymışıq. İnsanlar zəng edir, soruşurlar. Artıq bu gün iki nəfər tur-paket almaq üçün yaxınlaşacağını bildirib”.

Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov bildirib ki, təklif edilən turun qiyməti 10 min manat da ola bilər:

“Bütün bunlar təklif olunan tur-paketdən asılıdır. Hər bir müştəri üçün özəl otaq var. Nəzərə alsaq ki, paketdə beş ulduzlu hotel təklif edib və beş gün üç nəfərin orada qalması təxminən 2500 manat təşkil edir.

İnsanlar istəyir, alsın, istəmir, almasın. Şirkət təklif edir, seçim insanlarındır. Məcburi heç nə yoxdur. Xaricdə daha baha qiymətə turlar təşkil edilir. Xaricdə 20-30 min manatlıq turlar var. Qiymət tura nəyin daxil olmasından asılıdır”.

AzTA sədri qeyd edib ki, insanların istirahəti üçün daha çox şərait yaradılmalıdır:

“Hazırda regionlarda münasib qiymətə tur-paketlər təklif olunur. Eyni zamanda, kəndlərdə evlər də kirayə verilir. Seçim çoxdur və bütün təbəqədən olan insanların istirahət etməsi üçün turlar təklif edilməlidir”.

Turizm üzrə ekspert Kənan Hənifəyev bildirib ki, təklif olunan qiymət realdır:

“Göstərildiyi kimi, VİP xidmətdir. Bu xidmət turizm sektorunda “VİP luxury” adlanır. Adamlar var, İstanbula tura gedirlər, 8-10 min dollar arası ödəniş edirlər”.

“Türk Hava Yolları”nın yeni aldığı “Boeing” – XARAB ÇIXIB

0
“Boeing”

“Türk Hava Yolları” (THY) aviaşirkətinin yeni aldığı “Boeing 787-9” sərnişin təyyarəsində nasazlıq aşkar edilib. 

Eləcə də bax: Azərbaycanda helikopter turları başlayıb – İSTİQAMƏTLƏR VƏ QİYMƏTLƏR

Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, yeni alınan təyyarənin tanıdılması ilə bağlı videoçəkiliş aparılan zaman hava laynerinin tormoz işıqlarının kənarındakı plastiklər əriməyə başlayıb.

Qeyd edək ki, THY balansındakı təyyarələri yeniləmək və sayını artırmaq məqsədi ilə 30 ədəd “Airbus 350-900” və 30 ədəd “Boeing 787-9” sifariş edib. “Boeing 787-9” markalı ilk təyyarə iyunun 26-da İstanbul Hava Limanına enib.

Bildirilir ki, terrorçular tərəfindən öldürülən şəhid Eren Bülbülün doğulduğu yerin adını daşıyan “Maçka” adlı təyyarə fəaliyyət göstərir. Bu təyyarə Türkiyədə ilk daxili uçuşunu iyulun 8-də İstanbul-Trabzon reysi ilə həyata keçirəcək. Hələlik ortaya çıxan nasazlığın necə aradan qaldırılacağı barədə rəsmi açıqlama yoxdur.

Dünyanın ən böyük hava limanı sentyabrın sonlarında istismara veriləcək

0
Dasin Beynəlxalq Hava Limanı

Çinin paytaxtı Pekin şəhərinin mərkəzindən cənubda yerləşən yeni Dasin Beynəlxalq Hava Limanı 2019-cu il sentyabrın 30-dək istismara veriləcək.

Yerli KİV-in məlumatına görə, Pekinin yeni aeroportu ulduz şəklində inşa edilmiş ilk hava limanıdır. Qeyd olunur ki, ulduz şəklində dizayn reyslərə qeydiyyatı və sərnişinlərin transferini sürətləndirməyə imkan verəcək. Belə ki, mərkəzi zona ilə minik üçün ən uzaq qapılar arasındakı məsafə maksimum 600 metrdir. Bu isə Asiya və Avropanın digər hava limanlarına nisbətən daha azdır. Dasində baqajın verilməsi də digər hava limanlarına nisbətən daha sürətli olacaq.

Hazırda Dasinin infrastrukturunun tikintisi artıq başa çatıb. Açılış zamanı terminalın sərnişin buraxıcılıq qabiliyyəti ildə 45 milyon nəfər olacaq. 2025-ci ilə qədər bu rəqəmin 72 milyona çatdırılması planlaşdırılır.

Hava limanının Çinin və dünyanın ən böyük inteqrasiya nəqliyyat mərkəzi olacağı gözlənilir. Aeroportun inşa xərcləri 80 milyard yuan (13,1 milyard dollar) səviyyəsində qiymətləndirilir və bu, layihənin Çinin mülki aviasiya tarixində ən bahalı olduğunu göstərir.

Azərbaycan otellərinə gizli – MÜŞTƏRİLƏR GƏLƏCƏK

0
otel

“Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir”.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

“Keyfiyyət problemi Bakıda fəaliyyət göstərən 100-dən çox otellə demək olar ki, yoxdur. Amma regionlarda bu problem var. Azərbaycan Otellər Assosiasiyası Avropa Otellər Assosiasiyasının – (“Hotrec”) üzvü olub. Bundan sonra onlar Hotrec-in standartlarına uyğun ulduzlaşma aparacaqlar”, – deyə o, qeyd edib.

“Hotrec”in standartları Avropa Komissiyasının qəbul etdiyi standartlardır. Bu, təxminən 300 vərəqlik bir sənəddir ki, orada ulduzların necə verilməsi barədə bütün meyarlar göstərilib. Ulduz bir neçə illik verilir, həmin müddətdə açıq və gizli monitorinq aparılacaq. Açıq monitorinq gəlib birbaşa fəaliyyətin yoxlanılmasından ibarətdir, həmçinin məşhur saytlar vasitəsilə qoyulan rəyləri izləyəcəyik. Gizli monitorinqdə isə Avropa və Azərbaycanın Otellər Assosiasiyasının mütəxəssisləri bu yerdə qonaq gizli qalacaqlar, sonradan onun nəticələrini analiz edəcəklər”, – deyə F.Nağıyev əlavə edib.