Ev Blog Səhifə 199

Misirdə otel əməkdaşları “çipləşdiriləcək”

0
Misir

Misirin turizm orqanları mehmanxana sektorunda çalışan əməkdaşların elektron məlumat bazasının yaradılması hesabına turistlərin ölkə otellərində olduqları müddətdə təhlükəsizlik səviyyəsini yaxşılaşdırmaq niyyətindədir.

Bazada əməkdaşların şəxsi məlumatları saxlanılacaq. Məcburi qaydada verilən çipli xüsusi plastik kartlarda zəruri məlumatlar, həmçinin əməkdaşların buraxdığı xətalar və aldığı mükafatlar qeyd olunacaq.

Misirdə yeni otel standartlarının tətbiqi çərçivəsində otel sahəsində çalışan kadrlarla da bağlı nizam-intizam yaratmağa qərar veriblər. Ölkənin rəhbər turizm orqanları mehmanxana sektorunun bütün əməkdaşları üçün elektron məlumat bazasının yaradılacağını elan ediblər: bu reyestrdə əməkdaşların şəxsi məlumatları, təhsili, ixtisas dərəcəsi, əvvəlki iş yerləri barədə rəylər, buraxdığı xətalar və aldığı mükafatlar qeyd olunacaq. Personalın fırıldaqçı və digər qanunazidd hərəkətlərini polis yoxlayacaq”, – deyə Rusiya Turoperatorları Assosiasiyasında (RTA) izah ediblər.

Mehmanxana personalının reyestri Turizm Nazirliyi, Turist Palataları Federasiyası və Misirin turist polisinin ümumi istifadəsinə xidmət edəcək. Layihənin təşəbbüskarı olan federasiya hesab edir ki, bu yolla otellər vakansiyalarda səhlənkar əməkdaşlardan və yaxud az təcrübəyə malik insanlardan imtina edə biləcəklər.

Misir ekspertlərinin fikrincə, bu tədbir turistlərin ölkədə daha təhlükəsiz olmasına zəmanət verəcək və otellərdə xidmətin səviyyəsini artıracaq”, – deyə RTA-da vəziyyəti belə şərh ediblər.

“RTE-nin Turist Palataları Federasiyasının məlumatına görə, hazırda otel sahəsində çalışan bütün işçilər tədricən “nömrələnəcək”: onlara çipli xüsusi plastik kartlar veriləcək. Həmin kartlara onların şəxsi məlumatları yazılacaq. Nəticədə mehmanxanalara şəxsi çipli kartlara malik olmayanların işə qəbulu qadağan ediləcək. Bundan başqa, mehmanxanada işə başlamaqdan ötrü hər kəs polisdə özünün “elektron profil”ini yaratmalıdır”, – deyə assosiasiyada bildiriblər.

Bununla yanaşı, kartın əcnəbi işçilər arasında yayılması və ya yalnız Misir vətəndaşlarına aid olması barədə hələ ki, məlumat yoxdur. Çünki Misir otellərində animasiya sahəsində və ya inzibatçı kimi çalışan əcnəbilər kifayət qədərdir.

Gürcü nazir: Rusiyanın embarqosu Gürcüstana dörd milyard lari zərər vura bilərdi

0
Natiya Turnava

Rusiyanın Gürcüstana embarqo tətbiq etməsi nəticəsində ölkəmiz 4 milyard lari (təqribən 1,5 milyard dollar) itirə bilərdi.

Bu sözləri Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natiya Turnava jurnalistlərə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, ilk növbədə turizm sektoruna 750 milyon dollar məbləğində ziyan dəyə bilərdi: “Biz ilin sonuna turizmdən 1,5 milyard dollardan çox gəlir götürməyi proqnozlaşdırmışıq. Digər zərbə Rusiyadan gələn pul köçürmələri ilə bağlı olardı. Keçən il Rusiyadan ölkəmizə 600 milyon dollar pul köçürülüb. Bu il də belə bir rəqəm gözləyirdik. Eyni zamanda, kənd təsərrüfatı, şərab və mineral suların ixracı nəticəsində 300 milyon dollar gəlir götürməyi nəzərdə tutmuşuq. Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının Gürcüstana qarşı embarqo tətbiqinə dair qərarını təsdiq etmədi”.

Azərbaycan Qafqazın turizm bazarının lideridir

0
Qafqaz

Rusiya aviaşirkətlərinin təyyarələrinin Gürcüstana uçuşunun dayandırılması ilə əlaqədar Rusiyada “Azərbaycan Gürcüstanı əvəz edə bilərmi?” mövzusunda diskussiyalar səngimir.

Rusiya turizm bazarında ən təcrübəli şirkətlərdən biri olan “Jarkov Tur” şirkətinin baş direktoru Andrey Jarkovun bu barədə fikrini təqdim edir.

A.Jarkov deyib: “Azərbaycan Gürcüstana layiqli əvəzdir, bəzi məqamlarda isə Azərbaycan daha yaxşı istiqamətdir. Məsələn, servis sahəsində. Qafqazın heç bir başqa respublikasında bu dərəcədə yüksək səviyyəli servis görməzsiniz. Bu servisin səviyyəsi artıq Heydər Əliyev aeroportunda hiss edilir. Pasport nəzarəti masasında gömrük xidmətinin əməkdaşları qonaqları gülərüzlə qarşılayır və onlara bu ölkədə xoş istirahət arzu edirlər.

Zəngin mədəni və tarixi irs, əla mətbəx – yaxşı məzuniyyətin bu mühüm tərkib hissələri Gürcüstanla müqayisədə Azərbaycanda heç də aşağı səviyyədə deyil. Burada dəniz, kurortlar, hətta sağlamlıq kurortları da var. Məsələn, Nabran şəhərində balneoloji kurort əla səviyyədədir.

Bundan əlavə, bu respublikaya “Azərbaycan Hava Yolları”, “Aeroflot”, “Uralskiye Avialinii”, S7, “Nordwind”, “UTrair”“İraero” şirkətlərinin təyyarələri uçur. Onu da qeyd etmək lazımdır ki, Moskva-Bakı aviabiletlərinin qiyməti tamamilə məqbuldur”.

Qeyd edək ki, “Jarkov Tur” şirkəti Rusiya bazarında Azərbaycana turlar satışı ilə çoxdan məşğul olur. Andrey Jarkov www.tourbus.ru saytına bir qədər əvvəl verdiyi müsahibədə qeyd edib ki, turizm istiqaməti kimi Azərbaycana tələbat ilbəil artır. O deyib: “Burada Xəzər dənizinin lap sahilində yerləşən bir neçə maraqlı otel açılıb. Bir mühüm məqam da var ki, Azərbaycandakı otellər dialoq həmişə açıqdır və yaxşı qiymətlər təklif edirlər”.

Fransa Azərbaycanda kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi sahələrdə maraqlıdır – Ru de Beziö – FOTO

0
turizm

İyulun 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rövnəq Abdullayev Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini qeyd edib. Ölkəmizdə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələri çərçivəsində SOCAR ilə Fransa şirkətləri arasında yaranmış uzunmüddətli və səmərəli əməkdaşlığın uğurlarından söz açıb. Həmçinin MEDEF-in nümayəndə heyətinin bu səfərindən sonra Fransa sahibkarları ilə əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö səmimi qəbul üçün təşəkkkürünü bildirib. Məlumat verib ki, 170 min şirkətin üzv olduğu təşkilatın nümayəndə heyətində bank, tikinti, enerji, ətraf mühit, tədbirlərin təşkili, yeni texnologiya sahələri üzrə fəaliyyət göstərən şirkətlər təmsil olunurlar. MEDEF üzvü olan şirkətlərin enerji sektorunda əldə etdikləri nailiyyətlərdən danışıb. Qonaq görüşdə iştirak edən Fransa şirkətlərinin Azərbaycanla daha çox qeyri-neft sektoru üzrə-informasiya texnologiyaları, innovasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi sahələrdə əlaqələrin qurulmasında maraqlı olduqlarını nəzərə çatdırıb. Jofrua Ru de Beziö xarici şirkətlərin Azərbaycanda uğurla çalışmaları üçün ölkəmizdə əlverişli şərait yaradıldığını bildiklərini vurğulayıb

SOCAR-ın prezidenti R.Abdullayev şirkətin həyata keçirdiyi infrastruktur layihələri haqqında qonaqlara ətraflı məlumat verib. Müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu diqqətə çatdırıb.

Daha sonra görüşdə iştirak edən fransız şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez də görüşdə iştirak edib.

İsveçrənin səyahət portalında Şəki haqqında məqalə verilib

0
Şəki haqqında məqalə

İsveçrənin www.travel-blog.ch səyahət portalında “Şəki Xan Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib” adlı məqalə verilib.

Məqalədə Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi ilə Azərbaycanın daha bir mədəniyyət incisinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi qeyd olunub. Bildirilib ki, bununla da Qobustan və İçərişəhərdən sonra Azərbaycanın sayca üçüncü mədəni irs obyekti nüfuzlu siyahiya daxil edilib. Oxucuların diqqətinə çatdırılır ki, öz əsrarəngiz memarlıq üslubu ilə Şəki Xan Sarayı Azərbaycanın tarixi və memarlıq abidələri içərisində xüsusi yerə malikdir. Bu abidə Azərbaycan rəngkarlığı və xalq sənətinin nadir incilərindən biridir.

Məqalədə UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində qəbul edilən qərarlardan söhbət açılıb. Bu qərarların dünya mədəni irsi üçün əhəmiyyətindən bəhs edilib.

Daha sonra Şəki şəhərinin tarixi, Xan Sarayı və şəhərin qədim memarlıq abidələri haqqında oxuculara ətraflı məlumat verilib. Şəki xanlarının memarlıq zövqü və burada tətbiq olunmuş üslublar və şəbəkə barədə bəhs edilib.

Kappadokiyada turistlərin sayı xeyli artıb

0
Kappadokiya

İyun ayında Türkiyənin Kappadokiya bölgəsinə 428 230 xarici və yerli turist gəlib. Nevşehir qubernatoru dəftərxanasının açıqladığı məlumata görə, 2019-cu ilin iyununda turistlər arasında artım 71 faiz təşkil edib. Kappadokiya ötən ilin eyni dövründə təqribən 251 min turist qəbul edib.

Açıq səma altında Gereme Muzeyi regionun ən populyar görməli məkanıdır. Sözügedən dövrdə muzeyə 144 556 turist gəlib. Gereme Muzeyinin ardınca Hacı Bektaş Vəli Muzeyi (99 min 705) və yeraltı Kaymaklı şəhəri (66 min 127) gəlir. Bütövlükdə bu ilin altı ayı ərzində turistlərin sayı ilə ötən ilin analoji dövrü ilə müqayisədə 26 faiz artaraq, 1,2 milyon nəfərdən 1,6 milyon nəfərə çatıb.

Xatırladaq ki, Çində “Türkiyədə turizm ili” elan edilmiş ötən yay mövsümü öz bəhrəsini verib. Təkcə Kappadokiya əyaləti minlərlə çinli turist qəbul edib. Görməli təbiət yerləri, ilk növbədə qaynar bulaqları və mədəni sərvətləri ilə məşhur olan bu əyalət 2017-ci ildə Çindən 250 mindən çox turist cəlb edib, bu il isə 500 min turist qəbul etməyə ümid bəsləyir.

Anadolu” agentliyi xəbər verir ki, əyalətin turistlər üçün təklifləri, o cümlədən hava şarlarında səyahət, at belində və tırtıllı avtomobillərdə gəzintilər çinli turistlər arasında çox populyardır.

Rəyi soruşulan çinli turistlər bildiriblər ki, reklam kampaniyası, xüsusilə dövlət başçısının tövsiyələri çinli turistlər arasında böyük əks-səda doğurub. Onların çoxu Kappadokiya ilə yanaşı, Antalya və İstanbula da səfər ediblər. “Sarafan radiosu” sayəsində gələcəkdə turistlərin sayının daha da artacağı gözlənilir. Belə ki, çinli turistlərin çoxu Kappadokiyanı öz tanışlarına tövsiyə etməyi planlaşdırır.

İstanbulda könüllülər turistlərə yerli sakinlərlə ünsiyyət qurmaqda yardımçı olacaqlar

0
İstanbul

İstanbulda təqribən 450 könüllü şəhərin turistlərin daha çox maraq göstərdiyi rayonlarında başqa ölkələrdən gələn qonaqlara yardımçı olmağı təklif ediblər. Bu barədə “Daily Sabah” məlumat yayıb.

Könüllülər turistlərə nümayiş olunan obyektlər barədə zəruri məlumat təqdim edəcək. Yerli sakinlərlə ünsiyyət qurmağa yardımçı olacaqlar.

Bu il 1500 nəfər yuxarı sinif şagirdləri və yerli ali məktəblərin tələbələri Fatih rayonu (İstanbulun tarixi mərkəzi) bələdiyyəsinə turizm proqramında iştirak üçün ərizə veriblər. Yazılı və şifahi imtahanlardan sonra 450 könüllü İstanbulun tarixi mərkəzinin daha çox ziyarət olunan altı zonasında sentyabrın əvvəllərinədək turistlərə kömək edəcəklər.

Könüllülər şəhərin qonaqları ilə ingilis, alman, ərəb, ispan, fransız, rus, koreya, yapon italyan dillərində ünsiyyət quracaqlar.

Cari ilin birinci yarısında Azərbaycanı ziyarət edən turistlərin sayı xeyli artıb

0
Turistlər

2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 milyona çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5 faiz çox qonaq deməkdir.

Gələnlərin böyük hissəsini 29.4 faizini Rusiya (414 min), digər böyük hissəsini isə 24.3 faizini Gürcüstan (342 min) vətəndaşları təşkil edib. Gürcüstan üzrə artım 22.8 faiz və ya 64 min nəfər olub.

Qeyd etmək lazımdır ki, bu iki ölkədən gələn qonaqların sayı ümumi gələnlərin 50 faizdən çox hissəsini təşkil edib.

Türkiyədən gəlmiş qonaqların sayı 3.7 faiz artaraq toplam 148 minə çatıb. Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında yenə də sürətli artım müşahidə olunur – artım ilin ilk yarısı üçün uyğun olaraq 37.8 faiz50.2 faiz olub.

Azərbaycan üçün Cənubi Asiyanın əsas turizm bazarları Hindistan (27 min; 80.2% artım)Pakistan (19 min; 24.4% artım), Mərkəzi Asiyada isə Qazaxıstan (20 min; 15.1% artım) və Türkmənistandır (21 min; 85% artım).

Səudiyyə Ərəbistanından gələnlərin sayında isə təxminən 80 faiz artım müşahidə olunur ki, bu da 15 min nəfər artımla 34 mindən çox xarici vətəndaş deməkdir.

2019-cu ilin iyun ayında gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub – bu artım 17.2 faiz təşkil edib. Bu tendensiya özünü Azərbaycan turizmi üçün xarakterik olan bütün ölkələr üzrə göstərib.

Azərbaycanın turizm potensialı Özbəkistanda təbliğ olunub

0
Turizm

Özbəkistanın Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin Turizm Şurasının növbəti iclası çərçivəsində turizm yarmarkası keçirilib.

Tədbirlərdə ölkəmizi Azərbaycan Dövlət Turizm Agentliyi və turizm sənayesinin nümayəndələri təmsil edib.

turizm

Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycanın turizm imkanlarının MDB məkanında təbliği məqsədilə yarmarkada iştirak edən qonaqlara ölkə haqqında dolğun informasiya verilib, onlara çap-təbliğat materialları paylanılıb.

Yarmarkada Azərbaycan da daxil olmaqla, ümumilikdə 9 ölkə nümayəndəsi iştirak edib. Yarmarka zamanı Azərbaycanı təmsil edən turizm şirkətləri iştirakçılarla ikitərəfli görüşlər keçirib. Gələcəkdə baş tuta biləcək əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparıblar.

turizm

İştirakçılar Azərbaycanın turizm potensialı və yerli turizm marşrutları haqqında ətraflı məlumatlandırılıblar.

Bu il Azərbaycana gələn əcnəbilərin sayı 1.4 milyona çatıb

0
Azərbaycan

Bu ilin birinci yarısında Azərbaycanı 6.5% çox xarici qonaq ziyarət edib.

Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumatda deyilir ki, 2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 milyon-a çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5% çox qonaq deməkdir.

Gələnlərin böyük hissəsini 29.4%-lə Rusiya (414 min), digər böyük hissəsini isə 24.3%-lə Gürcüstan (342 min) vətəndaşları təşkil edib. Gürcüstan üzrə artım 22.8% və ya 64 min nəfər olub. Qeyd etmək lazımdır ki, bu iki ölkədən gələn qonaqların sayı ümumi gələnlərin 50%-dən çox hissəsini təşkil edib.

Türkiyədən gəlmiş qonaqların sayı 3.7% artaraq toplam 148 minə çatıb.

Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında yenə də sürətli artım müşahidə olunur – artım ilin ilk yarısı üçün uyğun olaraq 37.8% 50.2% olub.

Azərbaycan üçün Cənubi Asiyanın əsas turizm bazarları Hindistan (27 min; 80.2% artım) və Pakistan (19 min; 24.4% artım), Mərkəzi Asiyada isə Qazaxıstan (20 min; 15.1% artım) və Türkmənistandır (21 min; 85% artım).

Səudiyyə Ərəbistandan gələnlərin sayında isə təxminən 80% artım müşahidə olunur ki, bu da 15 min nəfər artımla 34 mindən çox xarici vətəndaş deməkdir.

2019-cu ilin iyun ayında gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub – bu artım 17.2% təşkil edib.