Ev Blog Səhifə 200

“ASAN Viza” vasitəsilə 184 ölkənin 429 min vətəndaşına elektron viza verilib

0
Asan viza

Bu ilin 6 ayı ərzində “ASAN Viza” vasitəsilə verilən vizaların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 61% artıb.

Bu dövr ərzində “ASAN Viza” vasitəsi ilə 429 000-dən çox viza verilib.

Elektron viza

ASAN Viza” sisteminin əsas məqsədi ölkəmizə gələn əcnəbi vətəndaşların viza əldə etmək prosedurlarının asanlaşdırılmasıdır. Bu sistemlə viza almaq imkanına malik 95 ölkənin vətəndaşları sadəcə www.evisa.gov.az portalı üzərindən müraciət edə bilərlər. Cəmi 3 gün ərzində elektron viza verilir. Təcili olduqda isə həmin vizalar 3 saat ərzində verilə bilir.

ASAN Viza” vasitəsi ilə bu il verilən ümumi vizaların 39 %-i məhz Azərbaycanın beynəlxalq hava limanlarında 15 ölkə vətəndaşı üçün müvafiq sistemlə əldə olunan vizaların payına düşür. Hava limanlarında 7 dildə fəaliyyət göstərən “ASAN Viza” özünəxidmət terminalları vasitəsi ilə, həmçinin əməkdaşların iştirakı ilə Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Bəhreyn, Türkiyə və Yaponiya vətəndaşları 2 dəqiqə ərzində öz elektron vizalarını əldə edə bilərlər. Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə də Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında viza rəsmiləşdirilir.

Ümumilikdə “ASAN Viza” sistemi tətbiq olunduğu tarixdən indiyədək 184 fərqli ölkə vətəndaşına viza verilib. Bura Azərbaycana elektron viza almaq imkanına malik 95 ölkədən başqa, müxtəlif diplomatik və biznes istiqamətli viza verilən ölkələr də daxildir. Azərbaycana e-viza üçün ən çox müraciət edənlər İran, Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və Birləşmiş Krallıq vətəndaşlarıdırlar.

Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2016-ci il tarixli 923 nömrəli Fərmanına əsasən yaradılan və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən reallaşdırılan “ASAN Viza” sistemi ölkədə turizmin inkişafına da öz töhfəsini verir.

2019-cu ilin ilk 6 ayı ərzində “ASAN Viza” ilə Azərbaycana səfər edən əcnəbilərin 78%-i səfər məqsədini turizm olaraq qeyd edib. Digər hissə isə əcnəbilərin özləri tərəfindən qeyd edilən digər səbəblər və Avropa Liqasının final oyunu, Formula 1 və başqa tədbirlər ilə əlaqədar səfərlər olub.

2019-cu ildə verilmiş vizaların bəzi statistikasını sizə təqdim edirik.


Tiflis 6 ayda turizmdən 1,5 milyard qazandı

0
Tiflis

2019-cu ilin ilk altı ayı ərzində Gürcüstanın beynəlxalq turizmdən gəliri 1,5 milyard dollar olub.

Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan Milli Turizm Administrasiyası yayıb. Məlumata görə, bu göstərici keçən ilin analoji dövrüylə müqayisədə 7% çoxdur:

“Keçən ilin analoji dövrüylə müqayisədə hazırkı göstərici 95,4 milyon dollar çoxdur. İyunda turistlərdən götürülən gəlir 340 milyon dollar təşkil edib ki, bu da keçən ilin göstəricisindən 14,6 milyon dollar artıqdır”.


Aviasərnişinlərin ən xoşagəlməz yeddi tipi

0
aviasərnişin

Təyyarə bələdçilərinin işi çoxlarına romantik görünsə də, bu zahiri cəlbediciliyin arxasında gərgin əmək dayanır. Hər reys yüzlərlə insan, hərənin öz xarakteri və tələbləri ilə bağlıdır və hər kəslə “dil tapmaq” lazımdır. Stüardessaların belə hallarda özlərini təmkinli aparmaları barədə onlara xüsusi təlim keçilir. Bəs salondakı qonşunuz özünü heç də yaxşı aparmırsa, siz nə etməlisiniz? Yəqin ki, siz də belə səhnələrin şahidi olmuşunuz: sərnişinlərdən biri öz şəxsi əşyaları ilə az qala bütün baqaj bölməsini tutur, yaxud “şuluqluq edir”, uşaq kimi ayaqlarını sizin kresloya vurur, yaxud sizinlə yanaşı əyləşən vətəndaşın çirkli corablarının “ətiri” sizi hövsələdən çıxarır…

1. “Ətirli” qonşu

Əgər yol yoldaşınızdan spesifik ətir iyi, onun çirkli corablarının və ya yuyulmamış bədəninin iyi gəlirsə, bu pis haldan yaxa qurtara bilməyəcəksiniz və bütün uçuş müddətində onunla yanaşı olmağınızla barışmaqdan başqa çarə yoxdur. Belə halda yaş salfetin üzərinə bir qədər ətir damcılamaqla özünüzü xilas edə bilərsiniz.

2. Təhrikçi qonşu

Yanınızdakı kresloda qaşqabaqlı bir vətəndaş əyləşib. Görünür, o, yuxudan tərs durub və öz pis əhval-ruhiyyəsini ətrafdakılara sirayət etmək istəyir. Onun birinci qurbanı stüardessa olacaq: təyyarənin nəzərdə tutulandan beş dəqiqə gec yola düşməsi, salonda bürkü, kreslonun narahat olması… – bütün bunlar barədə gileylənəcək. Sonra növbə qonşulara çatacaq: bu adam kreslonun söykənəcəyini kəskin hərəkətlə itələyəcək, qulaqcıqsız musiqi dinləyəcək, münaqişələr üçün bəhanə axtaracaq.

Siz, ilk növbədə çalışın ki, belə sərnişinlə söz güləşdirməyəsiniz. Əgər bu, kömək etməsə, təyyarə bələdçisini çağırın, onların belə xuliqanları sakitləşdirmək üçün öz üsulları var.

3. Hay-küylü qonşu

Sizin yol yoldaşınız kreslonun qoltuqaltısından yapışıb və ovcunun tərini silir? Deməli bu adam islahedilməz aerofobdur və onun təşvişi ətrafdakılara da təsir edə bilər. Onun təşvişini bir qədər azaltmaq üçün onu söhbətə tutmağa çalışın. Bu, onun fikrini yayındıracaq. Əgər təyyarə turbulentlik zonasına düşərsə, deyin ki, bu zona yollardakı çala-çuxurlardan təhlükəli deyil. Bu vaxt əsas məsələ kəmərləri bağlamaqdır ki, təyyarə silkələnərkən zədələnməyəsiniz.

4. İri çantalı qonşular

Nə üçün sərnişinlərin çoxu təyyarəyə minərkən növbədə birincilərdən biri olmağa çalışır? Cavab çox sadədir: Öz əşyalarını baqaj rəfində başqalarından daha tez yerləşdirmək üçün. Lakin bəzən siz gələnə qədər baqaj rəfindəki bütün yerlər qonşularınızın əşyaları ilə tutulmuş olur. Belə hallarda əl yükünüzü haraya qoymalı? Buna görə əsəbiləşmək və yol yoldaşlarınızla söyüşmək lazım deyil. Yaxşısı budur, dərhal stüardessaya müraciət edin.

Bir qayda olaraq, sərnişinlər təyyarəyə minən vaxt bələdçilərin çoxu məşğul olur: onların bir qismi təyyarəyə daxil olan sərnişinləri qarşılayır, digərləri yeməkləri qəbul edir, üçüncülər baqajın yüklənməsinə nəzarət edir. Buna görə də sərnişinlərin əşyalarını yerləşdirməyə və kreslolarda yerini tutmağa kömək edən bələdçi tapın, o, sizin çantalarınız üçün münasib yer tapacaq. Əgər qonşunuzun çamadanının ölçüləri əl yükü üçün nəzərdə tutulan ölçülərdən böyükdürsə, həmin çamadanı yenidən qeydiyyata alıb baqaj bölməsinə keçirə bilərlər.

5. Sizin yerinizə iddia edən sərnişin

Siz təyyarədə əyləşmə talonunda göstərilmiş yerinizə yaxınlaşırsınız, amma orada bir başqası əyləşib. Ola bilsin ki, həmin adam səhv edib və ya qonşunuz pəncərəyə yaxın əyləşmək istəyib. Bu halda ondan nəzakətlə xahiş edə bilərsiniz ki, yerini dəyişsin. Sistemdə nadir hallarda da olsa nasazlıq yaranır və təyyarədə əyləşmə talonlarında iki sərnişin üçün eyni yer göstərilir. Belə hallarda dərhal təyyarə bələdçisini çağırın və o, sizə boş kreslo təqdim edəcək. Amma əgər bütün yerlər tutulubsa sizin daha yüksək xidmət salonuna hətta pulsuz keçirə bilərlər.

6. Boşboğaz qonşu

Siz uçuş vaxtından səmərəli istifadə etmək üçün özünüzlə bir kitab götürmüşünüz, yaxud maraqlı bir film tapmışınız və indi həmin filmə baxıb ləzzət almaq istəyirsiniz… Amma sizinlə yanaşı əyləşən qonşunuzun tamam başqa planları var. O, çox ünsiyyətcil adamdır və hesab edir ki, ətrafdakılar onun söhbətini dəstəkləməyə borcludurlar. O, haraya və nə üçün uçması, itinin necə gülməli hərəkətlər etməsi, uşağının gündə neçə dəfə tualetə getməsi barədə bütün təfsilatı ilə danışır. Belə boşboğazlardan yaxa qurtarmaq o qədər də asan deyil, lakin bir təsirli üsul var: siz ayaqyoluna gedirsiniz, qayıdanda isə dərhal qulaqcıqlarınızı taxıb üzünüzü kənara çevirir və özünüzü elə göstərirsiniz ki, guya qonşunun danışdıqlarını eşitmirsiniz. O, sizi bir neçə dəfə ünsiyyətə cəlb etməyə çalışacaq, amma bu cəhdlərin nəticə vermədiyini görəndə sizə marağı tükənəcək.

7. Qabaritli qonşu

Belə sərnişin salonda yeri pəncərənin yanında olan sərnişinlər üçün əsl bəladır: uzunayaqlı və ya iri vətəndaş öz yerindən əlavə sizin yerinizin də bir hissəsini tutur, üstəlik, keçid yolunu da kəsir. Əgər o, möhkəm yuxuya gedibsə, onun üstündən heç cür keçə bilməyəcəksiniz.



Dünyanın doqquz qeyri-adi deserti

0
Desertlər

Boyat çörəyi niyə ataq?” Yəqin ki, qənaətcil britaniyalı ev xanımları belə fikirləşərək boyat çörəyi şirniyyata çeviriblər. Asiyalı aşpazlar isə yüksək mətbəxlə hazırda heç kimi təəccübləndirə bilməyəcəklərini başa düşərək “aşağı” mətbəxi seçiblər. Dünyanın müxtəlif ölkələrində olan qeyri-adi desertlər barədə məlumatı oxucuların diqqətinə çatdırır.

Borodino çörəyindən hazırlanmış dondurma (Rusiya)

Rusiyalıların xoşladığı Borodino çörəyini dondurma hazırlanmasında istifadə etməyə qərar veriblər. Lakin bu, ənənəvi deyil, daha çox molekulyar mətbəxdir. Bu dondurmanı ev şəraitində də hazırlamaq mümkündür: azacıq Borodino çörəyi, zirə, koriandr (keşniş toxumu).

Çörəkdən hazırlanan pudinqlə kərə yağı (Böyük Britaniya)

Deyilənə görə Britaniya mətbəxinin hələ XIII əsrdən məşhur olan bu dadlı ənənəvi yeməyinin əsasını boyat çörək təşkil edir. Əvvəllər desert elə bu cür də adlanırdı – “Kasıbın pudinqi”. Hazırda bu desertə təkcə yağ deyil, şokolad, qaymaq və meyvə əlavə etməklə kruassanlardan da hazırlamaq mümkündür.

Calebi (Orta Şərq və Hindistan)

Bu desert görünüşündən başqa qeyri-adi heç nə ilə fərqlənmir. Elə görünə bilər ki, boşqaba sanki qızardılmış soxulcanlar qoyulub. Xeyr, bunlar yalnız fritürdə qızardılan və siporla sulanmış buğda unundan hazırlanan saplardır.

Əgər siz Hindistandasınızsa, o zaman özünüzü şirniyyatdan məhrum etməyin. Bufri konfetlərinin və ladu kürəciklərinin dadına mütləq baxın.

Şokoladda cırcırama (Tailand)

Adama elə gələ bilər ki, bu, desertdə qənaət etmək deməkdir. Lakin heç də belə deyil. Turistlər bir parça ət yeməyin onlara bu “ayaqları” yeməkdən daha ucuz başa gəldiyindən gileylənirlər. Səyahətçilər bu ekzotikanın yalnız turizm məkanlarında satıldığını deyirlər. Ekzotik qida mağazaları saytlarında tünd şokoladlı cırcıramaların dadlı və faydalı yemək olduğunu xəbər verirlər: “Cırcıramalar çoxillik çovdar bitkisi ilə qidalanırlar, onların rasionunda qlüten yoxdur” Həmçinin ekzotika həvəskarlarına şokoladda soxulcanlar və şokoladda “supersoxulcanlar” da təklif olunur.

Vasabi dadında dondurma (Yaponiya)

Ən yaxşısı bu desertin dadına simvolu vasabi gülü olan İdzu şəhərində (Şizouka prefekturası) baxasınız. Bitki həqiqətən də dondurmanın hazırlanmasında istifadə edilir və şirin soyuq desertə acıtəhər dad verir. Siz Yaponiyada sarımsaq və meduza dadını verən dondurmaya rast gələ bilərsiniz. Tailandda isə fritürdə qızardılan dondurma çox populyardır.

Fritürdə qızardılmış konfetlər (Şotlandiya, Böyük Britaniya)

Bu, kiminsə eksperiment aparmaq məqsədilə fritürdə şokolad batonunu qızartması ilə başlayıb. Dadlı, yalnız faydasız olan bu desert əvvəlcə bütün Şotlandiyaya yayılıb, indi isə digər ölkələrdə də məşhurlaşıb. Resept, əlbəttə ki, çox qeyri-adidir. Şokolad batonları, iki litr günəbaxan yağı və ananas.

Tavuq-göksu (Türkiyə)

Zamanın imtahana çəkdiyi ənənəvi mətbəxə diqqət yetirməyə dəyər. Məsələn, hələ Osmanlı sultanları üçün hazırlanan deserti Türkiyədə təqdim edirlər. Bu, həmçinin pudinqdir. Lakin britaniyalılardan fərqli olaraq, türklər inqrediyentlərdə qənaət etməyiblər. Türk desertinin əsasını boyat çörək deyil, ət təşkil edir. Tavuq-göksu (toyuq döşü) adlı bu desert toyuğun döş əti fars edilərək, düyü, şəkər tozu və süd əlavə olunmaqla hazırlanır.

Pikarones və zarda (Peru)

Peru desertlərini adətən başqa ölkələrdə təklif edilən qarnirlərdən hazırlayırlar. Pikarones ponçiklərdir. Yalnız xəmir üçün əsas adi və ya şirin kartof, balqabaq, qabaq götürülür. Zarda isə quru meyvələrlə düyüdən hazırlanmış şirin plovdur.

“Taybuynuzun öyüməsi” (ABŞ)

Bəzi desertlər təkcə inqrediyentləri ilə deyil, hətta xarici görünüşü, süfrəyə verilmə tərzi ilə də adamı təəccübləndirir. Bu desertin xoşagəlməz adının arxasında rəngarəng marşmello dayanır. Bu, parlaq fotoların çəkilişi üçün ideal yeməkdir. ABŞ-da desertin eyniadlı kokteylini də təklif edirlər.

Hurqadadan sonra Balidə də plastik paketlərdən istifadə qadağan ediləcək

0
Bali

Bali adasında birdəfəlik plastik paketlərdən istifadə edilməsinə rəsmi qadağa qüvvəyə minib.

Bali İndoneziyanın plastikdən istifadə olunmasından imtina edən ilk adasıdır.

Müvafiq olaraq, kafelər bundan sonra turist-ziyarətçilərə kokteylləri birdəfəlik çubuqlarla təklif etməyəcək, supermarketlərdə isə alış-veriş üçün yalnız parça çantalardan istifadə olunacaq.

Balidə plastikə qadağanın tətbiq edilməsi asan olmayıb. Hər şey 6 il bundan əvvəl, sadə indoneziyalı yeniyetmələrin – Melati və İzabel bacılarının arzusu ilə başlayıb. Onlar “Bye Bye Plastic Bags” layihəsini fikirləşiblər. Layihədən məqsəd təbiətin təmizliyini qorumaq və paketlərin hər yerdə istifadəsinə qarşı mübarizə aparmaq idi. Zaman keçdikcə bu, beynəlxalq hərəkata çevrildi və kütləvi hal aldı. Könüllülər qrupu Balidə plastik qablaşdırmaların zərəri barədə müstəqil şəkildə plakatlar hazırlayıb, çimərlikləri zibildən təmizləyib, İndoneziya məktəblərində ekologiya mövzusunda seminarlar keçiriblər”, – deyə İndoneziyanın Turizm Nazirliyinin mətbuat xidmətində bildiriblər.

2018-ci ilin dekabrında Balinin qubernatoru Vayyan Kosterin imzaladığı qanuna görə, adanın kiçik biznes rəhbərləri plastik paketlər və çubuqlardan istifadəyə mütləq alternativ tapmalı və bütünlüklə “yaşıl tərəf”ə keçməlidirlər. 2019-cu il yanvarın 1-dən Denpasar şəhərinin hakimiyyət orqanları rəsmi qadağanın anonsunu veriblər.

Ekspertlərin dəyərləndirmələrinə görə, Balinin bütün sakinlərinə və qonaqlarına yeni qaydaların mühümlüyünü dərk etmələri və parça çantalardan, bambuk və kağız çubuqlardan istifadəyə öyrəşmələri, özlərindən sonra zibili qoymamaları üçün vaxt lazımdır. Onlar hiss etməlidirlər ki, adanın və ölkənin təmizliyi konkret olaraq hər kəsdən asılıdır. İndoneziyanın Turizm Nazirliyi bu təşəbbüsün ölkənin digər adalarında da yayılmasına maksimal dərəcədə yardım edəcək.

Xatırladaq ki, iyun ayında birdəfəlik qablardan istifadəyə qadağa qoyulması Hurqadada həyata keçirilib. Turistlər bundan sonra plastik stəkan və boşqablarsız, həmçinin paket, çəngəl-bıçaq dəsti və kokteyl üçün çubuqlarsız keçinməli olacaqlar. Qadağanın motivasiyası ekolojidir: külək vasitəsilə dənizə düşən böyük miqdarda plastik kütlə mərcanlara və digər dəniz canlılarına zərər vurur.

Bununla yanaşı, plastik qabları kağızla əvəz etmək nəzərdə tutulur. Hələ ki, kağız qablar yalnız satıcılara və turistlərə pulsuz paylanılır.

Turistlər bütün dünyada qiymətlərin artmasından şikayətlənirlər

0
Turistlər

Transwise” maliyyə şirkətinin analitikləri bu qənaətə gəliblər ki, turistlər arasında populyar olan 100-dən çox ölkədə turistlərin xərcləri artıb. Araşdırmanın nəticələri Almaniyanın “FVW” nəşrində dərc edilib.

Mütəxəssislər dünyanın 139 ölkəsində avropalı səyahətçilərin xərclərini keçənilki göstəricilərlə müqayisə ediblər. Nəticə heç də təsəlliverici olmayıb. Dövlətlərin əksəriyyətində turistlərin xərcləri artıb. Bu artım həm valyuta məzənnələrinin dəyişməsi, həm də inflyasiya ilə bağlıdır.

139 ölkədən 105-də səyahətçilər daha çox pul xərcləməyə başlayıblar. Yalnız 34 ölkədə qiymətlərin azalması qeydə alınıb.

Ən çox artım Misirdə müşayiət olunur. Son bir ildə buraya gələn turistlər 26,8 faiz çox xərcləməli olur. Meksikada 11,4 faiz. Kubada 10,4 faiz, Filippində 8,8 faiz, Tailandda 7 faiz, Yaponiyada və Braziliyada 6,5 faiz, ABŞ-da 6 faiz, Bolqarıstanda 3,5 faiz, Macarıstanda 2,9 faiz, Polşada 2,6 faiz qiymət artımı qeydə alınıb.

Transwise” şirkətinin hesablamalarına görə, Rusiyaya səyahət 4,2 faiz bahalaşıb. Eyni zamanda, bəzi ölkələrdə istirahət xərcləri azalıb. Argentinada bu göstərici 8,8 faiz, İslandiyada 8,4 faiz, Avstraliyada 3,4 faiz, Türkiyədə 2,1 faiz həddindədir.

Lonely Planet” resursu bu il yay fəslində ailəvi səyahət üçün ən münasib istiqamətləri müəyyən edib. “Şəhər istirahəti” kateqoriyasında Mərakeşin qərbində yerləşən Mərrakeş şəhəri liderdir. Qədim və müasir memarlıq nümunələrinin uğurla birləşdiyi bu şəhərin otellərində istirahət günlərində qalmaq üçün ən ucuz ailəvi nömrələrin qiyməti 266 avroya bərabərdir. Nahar üçün orta hesabla 2,24 avro, yerli nəqliyyatda gediş haqqı kimi isə 0,37 avro ödəmək lazım gələcək.

İstanbul və Afina şəhərləri də turistlərin büdcəsinə münasib şəhərlər siyahısına düşüb. Çimərlik istiqamətləri arasında qiymətin və keyfiyyətin ən yaxşı nisbəti baxımından ilk beşliyə Dubay, Antalya, Türkiyənin Marmaris kurortu, habelə Yunanıstanın Krit və Rodos adaları daxildir.

Monteneqro mətbuatında Qobustan barədə məqalə dərc olunub

0
Qobustan

Monteneqro mətbuatında Qobustan haqqında məqalə dərc olunub.

Məqalənin müəllifi dünyanın 120-dən çox ölkəsini gəzən monteneqrolu macəraçı Edin Krniçidir. Məqalədə Bakının heyranedici gözəlliyindən, Qobustan Milli Tarixi-Bədii Qoruğundan bəhs edilir. Müəllif oxucuları Azərbaycanı ziyarət etməyə çağırır.

Edin Krniçini Monteneqronun “Portfelsiz Səfiri” də adlandırmaq olar. Çünki o, səfər etdiyi ölkələrin mədəniyyətini, tarixini, adət-ənənələrini öyrənməklə, araşdırmaqla yanaşı, həmin ölkələrdə Monteneqronu da layiqincə təmsil edir. Xalqları bir-birinə daha da yaxınlaşdırmaqdan zövq alır.

Möhtəşəm Vyetnam turu – Go Travel

0
Vyetnam

?? Qəribə qayaları, çəltik sahələri, yaşıl yaylaları, möhtəşəm çimərlikləri və mavi dənizi ilə turistləri cəlb edən cənnət ölkə _ VYETNAM TURU ??

?HO CHİ MİNH – ?DA NANG – ?HANOİ 10 gecə / 11 gün – CƏMİ 1450 USD 
————————–
Qiymətə Daxildir:
✈Aviabiletlər (gediş – dönüş)
?əl yükü və baqaj
?Qidalanma (səhər yeməyi)
?Viza rüsumu
?Otel (Hər üç şəhər)
3* – 1450 USD
4* – 1565 USD
5* – 1780 USD
? Tarix: HƏR GÜN
——————————-
✅ Turlar (hər 3 şəhərdə) əlavə ödənişlə
ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.
✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
❓ – Qiymət öyrənmək istəyirsiz?
❗ – WhatsApp ilə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal sərfəli qiymətləri göndərək.
—————————————–
? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.

Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Azərbaycanda turistlərin yerləşdirilməsi fəaliyyəti ilə məşğul olanların sayı artıb

0
Azərbaycan

Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyət növləri üzrə məşğul əhalinin sayı artıb.

2014-cü ildə Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti üzrə məşğul əhalinin sayı 55,7 min nəfər idisə, 2015-ci ildə bu rəqəm 61,5 min nəfər, 2016-cı ildə 68,4 min nəfər, 2017-ci ildə 73,5 min nəfər olub.

Ötən il turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyət növləri üzrə məşğul əhalinin sayı bir qədər də artıb. 78,2 min nəfərə yüksəlib.

Ötən müddətdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyət növləri üzrə məşğul əhalinin sayı artsa da, maliyyə və sığorta fəaliyyəti üzrə bu say azalıb.

2014-cü ildə 32,8 min nəfər bu sahə ilə məşğul olduğu halda, 2018-ci ildə bu göstərici 27,4 minə enib.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda turizm fəaliyyəti üzrə lisenziya ləğv edilib. Bununla əlaqədar ölkədə turizm fəaliyyəti ilə məşğul şirkətlərin sayı getdikcə artır. Hazırda Azərbaycanda 2000-dən çox turizm şirkəti fəaliyyət göstərir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə, turizm fəaliyyəti üzrə lisenziya ləğv edildiyindən şirkətlərin işinə nəzarət etmək bir qədər çətindir.

Turizm şirkətlərinə nəzarət mexanizminin qurulması ilə bağlı təkliflərin mahiyyətini açıqlayan F.Nağıyev bildirib ki, turizm şirkətlərinin ilk növbədə sığorta mexanizmləri olmalıdır. Onların fəaliyyəti müəyyən kriteriyalara cavab verməlidir: “Sığorta şirkətinin müəyyən qədər vəsaiti olmalıdır ki, riskləri qarşılaya bilsin. Sabah hər hansı risk baş verdikdə, dövlət onu öz üzərinə götürməsin”.

Gürcüstanın turizmdən gəliri artıb

0
Turizm

Bu ilin yanvar-iyun aylarında Gürcüstanın xarici turizmdən əldə etdiyi gəlir 1,5 mlrd. dollar təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

İllik müqayisədə gəlirdə 95,4 mln. dollar və ya 7% artım qeydə alınıb.

Yalnız iyun ayında isə qonşu ölkə xarici turizmdən 340 mln. dollar qazanıb. Bu da ötən ilin analoji göstəricisindən 14,6 mln. dollar, yaxud 4,5% çoxdur.