Gürcüstan və Azərbaycan həm xarici turizm gəlirlərini artırar, həm də qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirər”.
Azərbaycanlı jurnalistlər Gürcüstanın turizm potensialı ilə tanış olacaqlar
Gürcüstanın Milli Turizm Administrasiyası ölkəyə misli görünməmiş sayda əcnəbi jurnalist dəvət edəcək.
Gürcüstan bürosu xəbər verir ki, bu barədə dövlət qurumu məlumat yayıb.
İyul ayının sonundan etibarən Avropa İttifaqı ölkələri, ABŞ, Cənubi Koreya, Qazaxıstan, Ukrayna, İsrail, Azərbaycan, Türkiyə, Qatar və BƏƏ-dən olan 200-ə yaxın jurnalist və bloqer Gürcüstanın turizm potensialı ilə tanış olacaq.
Xarici ölkələri təmsil edən televiziya, onlayn və çap media nümayəndələri Gürcüstanın müxtəlif bölgələri, kurortları və turizm mərkəzlərinə baş çəkəcəklər. Ölkənin turizm imkanları barədə reportaj və məqalələr hazırlayacaqlar.
Prezident İlham Əliyev İtaliyanın Turizm, Meşəçilik, Qida və Kənd Təsərrüfatı nazirini qəbul edib – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də İtaliyanın Turizm, Meşəçilik, Qida və Kənd Təsərrüfatı naziri Gian Marko Centinaionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya keçənilki səfərini ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafının göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı əlaqələrimizin müxtəlif istiqamətləri üzrə konkret işlərin həyata keçirildiyini və əməkdaşlıq üçün yeni imkanların açıldığını dedi. Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda uzun illər uğurla fəaliyyət göstərdiklərini vurğuladı. Dövlətimizin başçısı müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini qeyd etdi.
Qəbula görə minnətdarlığını bildirən nazir Gian Marko Centinaio İtaliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğuladı. O, keçən il İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə səfərini əlaqələrimizin genişləndirilməsi işinə töhfə verdiyini vurğuladı. Nazir UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etdiyini bildirərək həmin sessiyada “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olması münasibətilə təbriklərini çatdırdı. Bu sessiyanın İtaliya üçün də əlamətdar olduğunu qeyd etdi.
Dövlətimizin başçısı UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının mühüm tədbir olduğunu dedi. Bu sessiyada “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini çox əlamətdar və tarixi hadisə kimi dəyərləndirdi. Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğunu vurğuladı.
?? Qəribə qayaları, çəltik sahələri, yaşıl yaylaları, möhtəşəm çimərlikləri və mavi dənizi ilə turistləri cəlb edən cənnət ölkə _ VYETNAM TURU – Go Travel
?HO CHİ MİNH – ?DA NANG – ?HANOİ 10 gecə / 11 gün – CƏMİ 1450 USD
—————————
Qiymətə Daxildir:
✈Aviabiletlər (gediş – dönüş)
?əl yükü və baqaj
?Qidalanma (səhər yeməyi)
?Viza rüsumu
?Otel (Hər üç şəhər)
3* – 1450 USD
4* – 1565 USD
5* – 1780 USD
? Tarix: HƏR GÜN
——————————-
✅ Turlar (hər 3 ölkədə) əlavə ödənişlə
ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.
✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
❓ – Qiymət öyrənmək istəyirsiz?
❗ – WhatsApp ilə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal sərfəli qiymətləri göndərək.
—————————————–
? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.
Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)
Azerbaycanin N1 Showmeni @orxan_raqimli_official istiraki ile MASALLI – YARDIMLI TURU – Go Travel
Tarix : 14 iyul
Turun Qiyməti : 21 AZN
——–
Qiymətə daxildir:
• Komfortlu Nəqliyyat
• Səhər yeməyi •
Çay süfrəsi •
l foto çəkiliş
• Tur Rəhbər
• Maraqlı oyunlar və hədiyyələr
——– Ekskursiyalar:
• Yardımlı Təkdam şəlaləsi
• Masallı İstusu ərazisində gəzinti
——– Toplanış: 06:30 – 07:00 Təyin olunmuş yerdə toplaşma (Gənclik metrosu)
• 07:00 yola düşmə vaxtı
——–
Qeyd:
10 nəfərdən çox qruplar üçün 1 nəfər ödənişsiz
Qeyd:
Tur zamanı spirtli içkilər qəti qadağandır.
Qeyd: 0-5 yaş uşaqlar ödənişsiz (avtobusda yer verilməzsə). 6 yaşdan yuxarı tam ödəniş.
—————–
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30 (Whatsapp+Zəng)
?+994 70 664 60 30 (Whatsapp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)
Daha üç nominasiya – İndoneziya, Yaponiya və Laosun abidələri Dünya İrs Siyahısında
Bakı Konqres Mərkəzində Dünya İrs Komitəsi 43-cü sessiyası Dünya İrs Siyahısına təqdim edilən nominasiyaların müzakirəsi ilə davam edir.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, növbəti müzakirə mövzusu İndoneziyanın Savahlunto kömür mədəni ilə bağlı nominasiya oldu. Müzakirələrdən sonra nominasiya siyahıya daxil edildi. İndoneziya nümayəndəsi təşəkkürünü bildirərək dedi ki, nominasiya qabaqcıl texnoloji yenilikləri əks etdirən sənaye irsini əhatə edir, xalqın mədəni iradə və istəklərini əks etdirir. Bu irsin UNESCO siyahısına salınması və dünyada tanınması bölgəyə turistik marağın artmasına və yerli əhalinin rifahına da töhfə olacaq.
Sessiyada növbəti təqdimat Yaponiyanın təqdim etdiyi “Mozu Furuichi Kofun Gruop” – qədim yapon mədəniyyətini əks etdirən məzarlıqla bağlı idi. Osaka ovalığında yerləşən məzarlıq 1500 ildir ki, yerli əhali tərəfindən qorunur.
Müzakirələr zamanı İspaniya, Azərbaycan və Dünya İrs Komitəsinin digər üzvləri Yaponiyanın bu sahənin mühafizəsinə göstərdiyi diqqəti təqdir edib, yerli əhalinin mədəni irsinə münasibəti yüksək qiymətləndirilib. Nominasiya Dünya İrs Siyahısına daxil edilib.
Yaponiya hökumətinin nümayəndəsi komitənin üzv dövlətlərinə minnətdarlıq edib. Təmsilçi Kofun dövrünə aid bu sahənin mühafizəsi ilə bağlı məlumatı diqqətə çatdırıb, bu ərazinin böyük tarixi irs xəzinəsi olduğu bildirilib.
Daha sonra Laos Demokratik Respublikasının təqdim etdiyi Xienghuang tarixi ərazisi ilə bağlı nominasiya müzakirəyə çıxarılıb. Məruzəçi nominasiya ilə bağlı düzəliş və s. təklifin olmadığını bildirib və ərazinin təqdimat qəbul edilib. Laos nümayəndəsi turizmin inkişafına böyük töhfə verən bu ərazinin Dünya İrs Siyahısına salınması daxil edilməsinə görə komitə üzvlərinə təşəkkür edib. Nümayəndə siyahıya daxil edilən hər bir nümunənin dünya mədəni irsinin bir parçası olduğunu bildirib. Həmçinin sessiyanın yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə təşəkkür edərək bütün iştirakçı dövlətlərə və dünyaya sülh arzulayıb.
Turist özbaşınalığı: imtina edək? – Ekspert
Turistlər fərqli olur, turist cəlb edən ölkə heç də həmişə yalnız mədəni və adekvat turistlərin gəlməyəcəyi riskini anlamalıdır. Bizim ölkə də burada istisna deyil.
Son zamanlar bəzi ərəb turistlərin davranışları ilə bağlı etirazları şərh edən Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırov deyib.
“Dünyanın heç bir yerində turistlərdən özlərini bu və ya başqa ölkəni ziyarət edəcəkləri zaman yaxşı aparacaqlarına dair iltizamnamə alınmır. Belə praktika mövcud deyil. Əgər biz turistlərin cəlbində maraqlıyıqsa, nəticələrə də hazır olmalıyıq. Turist istirahət üçün gəlir. O, bir qədər ayıq vəziyyətdə olmaya bilər, yersiz zarafat edə bilər və s. Əgər hər hadisəyə xüsusi diqqət yetirsək, o zaman turistlərdən imtina etməyimiz gərəkəcək. Təsəvvür edin ki, yalnız turistlərdən nə qədər insan gəlir əldə edir”.
N.Bağırov ölkəyə gələn turistlərlə yerli əhali arasında müəyyən fikir ayrılığının ola biləcəyini və bunun çox normal hal olduğunu deyib:
“Məsələn, ərəblərin davranışında bizim düşüncə tərzimizlə uyğunlaşmayan çox şey var. Neyləməliyik, onlar bizim qonaqlarımızdır. Bəzi məsələləri şişirtmək olmaz. Hər birimiz Türkiyə kurortlarında fərqli ölkələrdən olan turistlərin necə dalaşdığına dair videoçarxlar görmüşük. Buna rəğmən Türkiyədə turizm bu günə qədər ölkə büdcəsi üçün ən gəlirli sahədir”.
Türk mətbəxinin sürprizləri
Türkiyədə paxlava ilə şaurma yemək və sonra türksayağı qəhvə içmək insana xüsusi zövq verir. Bu ölkədə hər bir insan özünü qastroturist və kulinariya mütəxəssisi kimi apara, o qədər də dəbdəbəli olmayan restoranlarda maraqlı təamları seçib kababı yenidən kəşf edə bilər.
Qastronomiya jurnalisti Anatoli Qendin tutu.ru portalında Türkiyə mətbəxinin sürprizlərindən bəhs edib. O yazıb: “Türkiyə çimərliklər artıq bizim üçün doğmadır. Oradakı yeməklər də elə ekzotik sayılmır – doyumlu, ləziz və lazımi qədər ədviyyatlı. Lakin bəzi incəliklər də var”.
Məzənin tərkibindəki çeşidli çərəzlər
Türklər də süfrəyə ilk olaraq məzə düzürlər. Bizim süfrədən fərqli olaraq, onlarda qəlyanaltı sonsuzadək davam edə bilər və bu əyləncəli kulinar-qastronomik janr məzə adlanır. Masanın üzərində öz üsulu ilə və ard-arda kiçik boşqablar və ləziz məzələr dolu nimçələr peyda olur. Adətən, birinci növbədə, süfrəyə zeytun və müxtəlif üsulla hazırlanmış zeytun yağları gətirilir. Sonra buxarda bişirilmiş, qurudulmuş və marinada qoyulmuş balıq tikələri gəlir. Süfrə yağsız yoğurt və sarımsaq əlavə edilmiş tərəvəz püresi, brınza və digər pendir növləri ilə bəzədilir. Ardınca nazik doğranmış basdırma, pörtlədilmiş toyuq soyutması və digər ət təamları gətirilir. Təzə tərəvəz, salatlar, dolma və yumurta da masanı bəzəyir. Meyvə və quru meyvələr türk süfrəsinin bəzəyidir. İsti nemətlərdən təndirdə bişmiş fətir, müxtəlif ölçülü frikadellər, içərisində ət, kartof və tərəvəz olan piroqlar və digər təamlar…
Məzənin hazırlanmasının tarixində qədim zamanların məişətinə aid olan və həqiqətə bənzəyən bir detal var. Rəvayətə görə, XVI əsrdə hökmdar Qanuni Sultan Süleyman öz sarayında çox maraqlı bir qayda qoyub. Zəhərlənməkdən qorxan hökmdar onun üçün hazırlanmış yeməkləri azacıq porsiyalarla qul-dequstatorlara verməyi əmr edib. Həmin dövrün əyanları dərhal bu təcrübəni tətbiq ediblər. Zaman keçdikcə bu qaydanın kriminal tərəfi unudulub, sarayın kulinar adətləri isə milli ənənə halını alıb.
Türk süfrəsinin bu qəlyanaltı ənənəsinin təhlükəli cəhəti ondan ibarətdir ki, günümüzün insanı adət etmədiyindən, süfrəyə verilən ilk on təamdan sonra az bir vaxtda çox yeyərək doyur. Bu səbəbdən sayıq olmaq lazımdır!
Bir və ya iki şiş sifariş edin
İstənilən türk restoranının menyusunda mütləq “kabab” yazılmış təam tapacaqsınız. Bir çox hallarda bu, kiçik ət tikələridir. Onları uzun şişlərə düzür və kömür üzərində qızardırlar. Yəni, yerli şiş-kabab, bizim alışdığımız kababdır. Türklər şişdə müxtəlif tərəvəzlər – badımcan, pomidor, soğan da hazırlayaraq qarnir kimi ətə və ya balığa əlavə edirlər. Onların xoş qoxusu belə insanı doydurur.

Qeyd edək ki, türk restoranlarında kababı bizim Qafqaz mətbəxindəki kimi şişlərdə gətirmək olmaz. Xüsusi hazırlıq keçmiş ofisiantlar bişmiş ət tikələrini şişdən ayırır və isti boşqablara düzürlər. Onları kababçı adlandırırlar.
Lakin bu janrda hər şey o qədər də sadə deyil. Şiş-kababdan başqa, çəkilmiş qoyun və ya mal ətindən hazırlanmış qiymənin şişdə hazırlandığı şiş-küftə də təqdim olunur. Bu təamı hazırladıqda, ətlə yanaşı, habelə qoz ləpəsi, pendir, yumurta, göyərti və bir az düyü də tələb olunur. Bütün bu komponentləri yaxşıca qarışdırmaq lazımdır, çünki əks halda hazırlanmış qiymə şişdən kömürün üzərinə tökülə bilər. Bir neçə dəqiqədən sonra tam bişmiş və buğlanan şiş-küftəni boşqablara düzür və ya fətirin arasına qoyurlar. Bu təam menyuda Adana kababı adlanır.
Türk mətbəxində şişsiz hazırlanan kabablar da var. Məsələn, tərəvəzlə pörtlədilən və gil sobada bişirilən ət tikələri Təndir kababı adlanır. Nəhayət, ən yüksək kulinariya nümunəsi: əvvəlcə qarışdırılmış qiyməni enli şişlərə düzürlər və sonra onu çıxararaq nazik xəmirə bükürlər. Sobadan çıxan bu batonu kiçik tikələrə bölüb süfrəyə verirlər. Bu, dönər kabab adlanır. Türklərdə bu kababın 50-dən çox növü var. Hətta istənilən ət yeməklərinə əlavə edilən “kabab sousu” da hazırlanır. Yeri gəlmişkən, balıq kababı da tez-tez təqdim olunan yeməklər arasındadır.
Bir çox türk restoranları, xüsusilə kiçik ailə lokantaları özünəməxsus kabab növləri təqdim edirlər. Onların gizli hazırlanma reseptləri bu kababları daha ləziz edir, yerli sakinlər isə kababçının məharətinə görə həvəslə bu kiçik restoranlara gedirlər.
Ləziz türk plovu
Türklər çox sevdikləri plovu (pilav) hazırlamağı yaxşı bacarırlar. Onlar həm də daha keyfiyyətli düyünü seçə bilirlər. Bu təamın hazırlanmasının ümumi qaydaları ilə yanaşı, uzun düyünü plov, xırda düyüləri isə şorba, qiymə hazırlanmasında istifadə edirlər. Belə demək mümkünsə, plovun keyfiyyəti düyünün təzəliyindən, bişmə müddəti isə istifadə olunan ətin suyundan asılıdır. Türkiyədə düyünü sənaye miqyasında istehsal etdikləri üçün seçim də çoxdur.
Toy kimi ailə şənliklərində plov süfrənin bəzəyidir. Onun resept hissəsi üzrə türklər hər zaman məharətlidirlər. Onlar plova, toyuq və quzu əti, ciyər və qoz da əlavə edirlər. Kişmiş isə plova şirin dad verir, habelə bu təama kərə yağı ilə əvvəlcədən şəkərə yatırılmış gilənar da qatırlar. Əgər sizin boşqabınızda ətirli və ləziz düyünün yanında azacıq vermişel də olsa, bu, sizi təəccübləndirməsin. Çünki bu, ənənəvi reseptlərdən biridir.

Türk plovlarının bir neçəsi bizim adət etdiyimiz Orta Asiya klassik plovundan fərqlidir. Belə ki, əvvəlcə düyünü dəmə qoyur, hazır olduqdan sonra bişirilmiş ət, balıq və ya tərəvəzlə qarışdırırlar. Hətta bu üsulla bəzi yeməkləri ümumiyyətlə düyüsüz də hazırlayırlar. Məsələn, buğda yarmasından hazırlanan yemək də öz ləzzətinə görə düyü plovundan heç də geri qalmır.
Balıq turu. Ən çox yeyilən hamsi
Nə qədər təəccüb doğursa da, üç tərəfi dənizlə əhatəli olan ölkənin restoranlarında balıq yeməkləri ət təamlarından bahadır. Lakin türklərin hamsi adlandırdıqları kiçik balıqlardan hazırlanmış yeməklər istisna təşkil edir. Bu balıqlar Türkiyənin Qara dəniz sahillərində ən ucuz balıqdır. Onu yaxşıca qızardır, habelə marinad sousda hazırlayıb süfrəyə verirlər. Bundan başqa, üzüm yarpaqlarında da bişirilən hamsi ləzzəti ilə seçilir. Bu balıqdan şorba və piroqlar da hazırlanır.
İstanbulun yerli sakinləri bu balığın hansı sahilyanı restoranda daha yaxşı hazırlandığını bilirlər. Ona görə də onlar Bosforun sahillərinə hamsi yemək üçün getməyə ərinmirlər. Bu balığın yeganə problemi ondan ibarətdir ki, o, qışda daha ətli və ləzzətli olur. Həmin mövsümdə hamsi soyuq Qara dəniz sularından daha isti Egey dənizinə köç edir. Lakin təbii şərait üçün yaxşı bir deyim var: Türkiyəyə yalnız çimərlik mövsümünün qızğın çağında getmək olar və lazımdır.

Türkiyədə balıq yeməklərindən ən bahalısı qalxan balıqdır. Bu balıq dənizlərdə nadir olduğundan və çox ləzzətli dadına görə digərlərindən baha satılır. Qalxan balığı ölkənin dəbdəbəli restoranlarında müştərilərə təklif olunur.
Şərqin şirin dadı. Ağızda əriyən şirniyyatlar
Türk mətbəxinin desertləri arasında ən populyar olan paxlavadır. Bu ləziz şirniyyatın tərkibində olan fındıq, qoz və badam ona xüsusi dad verir. Paxlavanın müxtəlif növləri var. Türkiyədə ən ləzzətli paxlavalardan biri Antəp şəhərində hazırlanır. Bu paxlava çox nazik xəmir qatlarından və ağızı dada gətirən qoz əzməsindən hazırlanır. Bu şirniyyata limon suyu və qızılgül şirəsi də əlavə edirlər.
Türklər paxlavanı həm çay süfrəsində, həm də yeməkdən sonra desert kimi yeməyi sevirlər. Gözəl qoxusu və dadı olan türk paxlavası süfrələrin bəzəyidir.

Hər nahar və şam yeməyindən sonra “tatlı” adlanan şirniyyatların süfrəyə verilməsi türk mətbəxinin fərqli xüsusiyyətidir. Ailə süfrələrində və restoranlarda ən çox yeyilən şirniyyatlar isə tulumba, künəfə, qazan dibi, südlü aşdır. Ümumiyyətlə, Türkiyədə istər şirniyyatlar, istərsə də xörəklər çox vaxt bölgələrin adları ilə təqdim edilir. Məsələn, Antəp paxlavası, Mersin yoğurtu, Adana və Urfa kababları, Trabzon çörəyi və s.
Ətirli türk çayı
Türklər öz plantasiyalarında becərilən çaydan istifadə etməyə üstünlük verirlər. Onları hind və ya Çin çayı istəməklə incitmək olmaz. Çay Türkiyənin Qara dəniz sahillərindəki rayonlarda yerləşən plantasiyalarda becərilir. Ən çox çay plantasiyaları isə Rizə vilayətindədir. Türk çay süfrəsi bu içkiyə nanə, adaçayı və portağal qabığı, mixək əlavə edilməsi ilə fərqlənir. Bu cür çaylar susuzluğu yatırır, Türkiyə iqliminə xas olan qızmar istilərə dözümlülüyü artırır.

Bütün Şərq insanları kimi, türklər də mərasimlər təşkil etməyi sevirlər. Bu mərasimlərə çay süfrələri də daxildir. Burada mağazalarda, ofislərdə və digər yerlərdə qonaqlara və alıcılara çay təklif olunur.
Türk qəhvəsi. Gümrahlıq mənbəyi.
Biz və Avropa xalqları qəhvə içilməsi ənənəsini türklərə borcluyuq. Türkiyədə bu, adətən ayin halına gətirilib. Türk qəhvəsinin özünəməxsus dadı, hazırlanma metodu digər qəhvə növlərindən fərqlənir. Onun yanından sizə stəkanda su da təklif ediləcək. Bu, hər udumdan sonra dad reseptorlarını təmizləməkdən ötrüdür. Türk qəhvəsi həzm prosesini də asanlaşdırır. Doyumlu yeməkdən sonra bir fincan türk qəhvəsi içə bilərsiniz. Bundan sonra isə yenidən bir şeylər yemək olar.

Türklər qəhvəni içdikdən sonra fincanın dibində qalan qumların forması ilə fala baxdırmağı xoşlayırlar. Onlar bu adətdən istifadə etməyi qonaqlara da təklif edirlər.
Misirdə turistlərin muzeylərdə pulsuz foto çəkmələrinə icazə veriləcək
Misirdə turistlərin muzeylərdə, habelə tarixi abidələrin ərazisində pulsuz foto çəkmələrinə icazə veriləcək. Gezmeli.az “www.tourprom.ru” saytında yerləşdirilən informasiyaya istinadla bildirir ki, bu icazə avqustun 1-dən tətbiq ediləcək. Bu barədə məlumatı Misir Qədim Abidələr Nazirliyi yayıb.
Müvafiq qərar Misirin Qədim Abidələrin İşləri üzrə Ali Şurasının rəhbərliyi tərəfindən qəbul edilib. Şuranın başçısı Mustafa Vəzirinin sözlərinə görə, muzeylərdə və arxeoloji abidələrin ərazisində foto çəkdirməyə icazə verilməsi Misirə daha çox turist cəlb edə bilər.
Bununla belə, Şurada xatırladıblar ki, muzeylərin, qədim sərdabaların içində və məbədlərdə alışmadan istifadə etmək əvvəlki kimi qadağandır.
MDB ölkələri turizm sahəsində əməkdaşlığı müzakirə edəcəklər
İyulun 9-10-da Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Turizm Şurasının iclası keçiriləcək.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla bildirir.
Şuranın üzvləri 2020-ci ilə qədər dövr üçün tədbirlər planının icrasına yekun vuracaq və 2021-2030-cu illər üçün analoji strategiya layihəsini müzakirə edəcəklər. Şengen müqaviləsi prinsipi üzrə birləşdirilmiş Mərkəzi Asiya vizasının yaradılması təşəbbüsü də nəzərdən keçiriləcək.
Görüş iştirakçıları Birlik ölkələrinin illik turizm yarmarkasının təsis edilməsi barədə Özbəkistan tərəfinin təklifini müzakirə edəcək, turizm sahəsində Özbəkistanın dövlət siyasəti sistemi barədə məlumat əldə edəcək və II Avropa Oyunları kimi iri beynəlxalq idman tədbirləri ərəfəsində turizm imkanlarının yaradılması və turizm məhsullarının reallaşdırılması sahəsində Belarusun təcrübəsini öyrənəcəklər.
Birlik ölkələrinin Turizm Şurası 1994-cü ildə yaradılıb. Onun fəaliyyəti beynəlxalq turizm əlaqələrinin inkişafına əlverişli şəraitin yaradılmasına yönəldilib.