Ev Blog Səhifə 208

Azərbaycan otellərində açıq və gizli monitorinqlər keçiriləcək

0
Otellər

“Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir”.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

“Keyfiyyət problemi Bakıda fəaliyyət göstərən 100-dən çox otellə demək olar, yoxdur. Amma regionlarda bu problem var. Azərbaycan Otellər Assosiasiyası Avropa Otellər Assosiasiyasının – (“Hotrec”) üzvü olub. Bundan sonra onlar “Hotrec“in standartlarına uyğun ulduzlaşma aparacaqlar”, – o bildirib.

Hotrec”in standartları Avropa Komissiyasının qəbul etdiyi standartlardır. Bu, təxminən, 300 vərəqlik bir sənəddir ki, orada ulduzların necə verilməsi barədə bütün meyarlar göstərilib. Ulduz bir neçə illik verilir, həmin müddətdə açıq və gizli monitorinq aparılacaq. Açıq monitorinq gəlib birbaşa fəaliyyətin yoxlanılmasından ibarətdir, həmçinin məşhur saytlar vasitəsilə qoyulan rəyləri izləyəcəyik. Gizli monitorinqdə isə Avropa və Azərbaycanın Otellər Assosiasiyasının mütəxəssisləri bu yerdə qonaq gizli qalacaqlar, sonradan onun nəticələrini analiz edəcəklər”, – F.Nağıyev əlavə edib. 

Azərbaycan Turizm Bürosu: Turizm sənayesini irəli aparmaq üçün bazar iştirakçıları birgə fəaliyyət göstərməlidir

0
turizm

“Həm cənub qonşumuz İran, həm də şimal qonşumuz Rusiya tərəfdən böyük imkanlar açılır və biz mütləq onlardan istifadə etməliyik”.

Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.

“Gələcək illər üçün biz qabağımıza bir neçə məqsəd qoymuşuq. Turistlərin sayının artırılması ilə yanaşı, onlar üçün hazırladığımız məhsulların keyfiyyətinin artırılması gözlənilir. Qarşımızda çətinliklər var ki, onların öhdəsindən gəlməyə çalışacağıq, eyni zamanda qarşımızda əlverişli vəziyyət yaranıb ki, biz onlardan maksimum şəkildə yararlanmalıyıq”, – o qeyd edib.

Baş direktorun sözlərinə görə, turizm sənayesini irəli aparmaq üçün bazar iştirakçıları birgə fəaliyyət göstərməlidir: “Yalnız birlikdə çalışaraq problemləri həll edə və turizm sənayesini irəli apara bilərik. Bu günlərdə bir saytda xəbər çıxmışdı biz Rusiyadan gələn qonaqları qarşılaya bilməyəcəyik. Amma mən hesab edirəm ki, bizim həm keyfiyyət cəhətdən, həm də bütün başqa cəhətdən onları qəbul etməyə imkanımız var. Bizim üçün ən vacib olan şey müxtəliflikdir və bunun üçün icraiyyə komitəsinin nəzdində bir neçə rəqib şirkətin nümayəndəsinin olması çox vacibdir. Çünki bir yerdə onlar turizm sənayesini irəli apara biləcəklər”.

Fuad Nağıyev: “Turizm şirkətlərinin fəaliyyətinə nəzarət mexanizmlərinə yenidən baxmaq zərurəti yaranıb”

0
Fuad Nağıyev

Lisenziyaların ləğvi turizm sənayesində canlanma yaratdı, lakin bundan sui-istifadə edənlər də oldu. Bu isə bütövlükdə ölkə turizminin imicinin zədələnməsinə səbəb oldu”.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Bununla belə, onun sözlərinə görə, hər kəs turizmin ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən birinə çevrilməsi üçün çalışır: “Son illər bu sahədə xeyli işlər görülüb. Mövcud problemlərin aradan qaldırılması, turizmin inkişaf etdirilməsi kimi məsuliyyətli vəzifə Dövlət Turizm Agentliyinin üzərindədir.

Turizm kompleks xidmət sahəsidir, inkişafı da xidmət sferasının keyfiyyətindən və inkişaf səviyyəsindən asılıdır. İnanırıq ki, yeni yaradılan Azərbaycan Turizm Agentlikləri Assosasiyası mövcud potensialı inkişaf etdirmək, xidmət sahəsinin keyfiyyətini artırmaq üçün bu sahənin nümayəndələrini bir araya toplayan güclü platforma rolunu oynayacaq. Müəyyən problemlər də mövcuddur və bunların həlli istiqamətində işlər görülür”.

Sədr qeyd edib ki, turizm şirkətlərinin fəaliyyətinə nəzarət mexanizmlərinə yenidən baxmaq zərurəti yaranıb: “Dövlət Turizm Agentliyi bunun üçün dövlət reyestrinin yaradılması üzərində çalışır. Burada turist şirkətlərinin marağı nəzərə alınacaq, qanunla tənzimlənən işlək mexanizmlər hazırlanacaq. Kiçik və orta biznesin inkişafı üçün turizm sahəsində investisiya qoyuluşlarını stimullaşdırmağa çalışırıq. İxtisaslı kadrların hazırlanması və onların peşəkar kimi yetişməsi əsas hədəflərdəndir“.

F.Nağıyev vurğulayıb ki, turistlərə göstərilən xidmətinin səviyyəsinin artırılması, onların ölkədən məmnun ayrılması turizm sahəsində çalışan hər kəsin marağında olmalıdır: “Dövlət Turizm Agentliyi dövlət və özəl biznes əməkdaşlığını əsas tutaraq biznes qurumlarla münasibətlərin inkişafında maraqlıdır. Biz sağlam rəqabət mühitinin tərəfdarıyıq, ictimai təşəbbüsləri dəstəkləyirik. Hesab edirik ki, ictimai nəzarət və birgə fəaliyyət bazar üçün önəmlidir“.

Azərbaycanda ulduz alan hotellərdə açıq və gizli monitorinqlər keçiriləcək

0
Otel

Azərbaycanda ulduz alan hotellərdə açıq və gizli monitorinqlər keçiriləcək.

Bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, hazırda bütün hotellər aldıqları ulduzlara uyğun xidmət etmir: “Bakıda 100-dən çox hoteldə bu baxımdan problem yoxdur. Ancaq regionlarda bu, var“.

K.Quluzadə əlavə edib ki, Azərbaycan Hotellər Assosiasiyası Avropanın Otellər Assosiasiyasının üzvü olduğu üçün hotellər həmin qurumun standartlarına uyğun şəkildə ulduz alacaq.

Agentlik rəsmisi qeyd edib ki, ulduzlar verilən hotellərdə açıq və gizli monitorinq aparılacaq: “Açıq monitorinq birbaşa fəaliyyətin yoxlanılmasından ibarətdir. Həmçinin məşhur saytlar vasitəsilə qoyulan rəyləri izləyəcəyik. Gizli monitorinq isə Avropa və Azərbaycanın Hotel assosiasiyalarının mütəxəssisləri burada gizli olaraq qonaq kimi qalacaqlar, sonradan isə monitorinqin nəticələrini təqdim edəcəklər“.

Dövlət Turizm Agentliyi tur bələdçilərini qeydiyyatdan keçməyə dəvət edir

0
Dövlət Turizm Agentliyi

Dövlət Turizm Agentliyi tabeliyində olan qoruqlara turlar təşkil edəcək bələdçiləri Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının vahid sistemindən qeydiyyatdan keçməyə dəvət edir.

İyulun 31-dək qüvvədə olacaq qeydiyyat prosesinin tətbiqində məqsəd xarici turistlər üçün qurumun tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla), “Kiş” Tarix-Memarlıq Qoruqlarına turlar təşkil edəcək. Turizm agentliklərinin nümayəndələrini və bələdçilərini bu qoruqlara yerli ziyarətçilər üçün nəzərdə tutulan giriş haqqından (2 AZN) azad etməkdir. Həmçinin ölkəmizdəki müxtəlif turist qrupları ilə çalışan bələdçilərin peşə standartlarını təkmilləşdirmək vacibdir. Ölkəmizi ziyarət edən yerli və əcnəbi turistlərə keyfiyyətli xidmətin göstərilməsinə zəmin yaratmaqdır.

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası turizm agentlikləri nümayəndələrinin və bələdçilərin qeydiyyat zamanı daxil edəcəklər. Məlumatların təhlükəsizliyinə və şəxsi icazələri olmadan üçüncü tərəfə ötürülməyəcəyinə təminat verir.

Göstərilən müddətə qədər qeydiyyatdan keçməyən turizm agentlikləri nümayəndələri və bələdçilər avqustun 1-dən etibarən yuxarıda adları sadalanan qoruqlara 2 AZN ödəməklə daxil ola biləcəklər.

Qeydiyyatdan keçmək istəyənlər bu linkdən – http://bit.ly/2Lbu5fn istifadə edə bilərlər.

“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir

0
Rossiyskaya qazeta

Rossiyskaya qazeta”da Azərbaycanda turizmin inkişafına həsr olunmuş məqalə dərc edilib.

Olqa İvanovanın “Mersi, Baku!” adlanan məqaləsində son illərdə Azərbaycanda keçirilən Avroviziya mahnı müsabiqəsinin, Formula-1 yarışlarının, “Jara” festivalının ölkəmizə çoxlu sayda turistin gəlməsinə səbəb olduğu qeyd edilir. Bildirilir ki, Rusiyadan Azərbaycana həm Moskvadan, həm də regionlardan “Aeroflot” və “AZAL” şirkətlərinin təyyarələri ilə birbaşa reyslərlə gəlmək olar.

Bakının geniş prospektləri, parkları və gözoxşayan memarlıq üslubu ilə turistləri cəlb etdiyini vurğulayan müəllif “Brilyant əl”, “Amfibiya adam” və Ceyms Bond haqqında filmlərdən birinin Bakıda çəkildiyini xatırladıb.

Məqalədə deyilir ki, Azərbaycanda hər büdcəyə uyğun otel tapmaq mümkündür. Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını təklif edən yerli restoran və kafelər də diqqətdən yayınmayıb. “Əgər yolu tapa bilməsəniz, yerli sakinlərdən soruşa bilərsiniz. Bakı sakinləri qonaqpərvərdirlər. Bakı həm də təhlükəsiz şəhərdir. Yerli sakinlər deyirlər ki, şəhərdə gecələr də rahat gəzmək olar”, – deyə müəllif vurğulayır.

Məqalədə turistlərə “Yanardağ” Tarix-Dövlət Mədəniyyət və Təbiət Qoruğu, Qobustan Dövlət Tarix və Bədii Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət etmək, Abşeron çimərliklərində dincəlmək təklif olunur. “Azərbaycana səyahətdən həzz almaq üçün cəmi bir həftə kifayətdir”, – yazan müəllif oxucularına burada unudulmaz istirahət vəd edir.

Zelenski: Ukraynalı qadınlar ölkənin turizm brendidir

0
Vladimir Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ukraynalı gözəl qadınlar ölkənin turizm brendidir.

“Həmişə bütün dünyanın təsəvvüründə Ukrayna dedikdə, kənd təsərrüfatı məhsulları və qara metallurgiya canlanırdı. Turistlər isə Ukraynanın çox gözəl mətbəxindən, gözəl insanlarından, xüsusilə gözəl qadınlarından bəhs edirlər. Bəli, bütün bunlar bizim brendimizdir”, – deyə V.Zelenski Parisdə səfərdə olarkən bildirib.

Bununla belə, o qeyd edib ki, Ukraynada İT sənayesi və texnologiyaları da böyük sürətlə inkişaf edir:

“Ukraynada 150 minə yaxın İT mütəxəssisi və startapçı var. Hesab edirəm ki, bu istiqamətdə inkişaf edəcəyik”.

Türkiyədə turizmin inkişafı üçün təyyarə və tanklar batırılacaq

0
Bəhreyn

Türkiyədə iyunda Egey dənizinin şimal hissəsində Saros körfəzində 90 ton çəkiyə malik “Airbus A330” təyyarəsini batıracaqlar.

Türkiyə KİV-inə istinadən xəbər verir ki, təyyarə süni rif olacaq.

30 metr uzunluqda olan layneri 30 metr dərinliyə endirəcəklər. Türkiyədə ümid edirlər ki, Egey sahilində yeni sualtı obyektin sayəsində yerli və xarici turistlər gələcəklər.

Bundan başqa, turizm üzrə yerli idarədən bildiriblər ki, gələcəkdə başqa nəqliyyat vasitələri, məsələn I Dünya müharibəsi zamanı istifadə olunan tanklar suyun altına endirilə bilər.

Xatırladaq ki, bu ilin əvvəlində Bəhreyn sualtı parkı açmaq niyyətini elan edib. Batırılmış təyyarə parkın əsas obyekti olacaq.

Azərbaycan sloveniyalılar üçün maraqlı turizm məkanıdır

0
Milanka Robiç

   Milanka Robiç: “İki ölkə arasında turizm sahəsində geniş əməkdaşlığın qurulmasına çalışacağam”
   
   

Son illər Azərbaycanda turizm sektorunun sürətli inkişafı dünyanın müxtəlif ölkələrində respublikamıza marağı artırıb. Bunu həm əcnəbi turistlərin paytaxt Bakıya və regionlarımıza çoxsaylı səfərləri, həm də xarici turizm mütəxəssislərinin ölkəmizlə bağlı müsbət fikirlərindən sezmək mümkündür. Dekabrın 8-dən 11-dək Bakıda səfərdə olan Sloveniyanın «Vita Mia» turizm şirkətinin prezidenti Milanka Robiçlə söhbətimiz də bu barədə oldu.
   
  

 – Ölkəmizə səfərinizin məqsədi nə idi?
   

– Bakıya yaxından əməkdaşlıq etdiyimiz «Millennium Tourism & Congress DMC»nin dəvəti ilə gəlmişəm. Bir ilə yaxındır bu turizm şirkəti ilə əlaqələr qurmuşuq. Gəlişimin məqsədi Sloveniyanı Azərbaycanda yeni bir turizm istiqaməti kimi daha da tanıtmaq, digər turizm şirkətləri ilə əməkdaşlıq qurmaqdır. Bir sıra səmərəli görüşlər keçirdik. Buradakı həmkarlarımızla qarşılıqlı turist səfərlərinin təşkili barədə razılıq əldə etdik.
   

– Sloveniyada turizmin hansı növləri daha çox inkişaf edib?
  

 – Avropanın kiçik ölkələrindən olan Sloveniyanın 2 milyon sakini var. Amma Allahın bu torpağa verdiyi təbii gözəllik və zəngin tarixi abidələr buranın Balkan ölkələri içərisində ən maraqlı turizm məkanlarından birinə çevrilməsinə imkan yaradıb. Sloveniyanın təbiəti il ərzində turizmin müxtəlif növləri üzrə qonaq qarşılamağa imkan verir. Qışda dağ-xizək turizmi, yazda və payızda ölkə üzrə piyada turlar, yayda isə çimərlik turizmi üzrə ixtisaslaşmış turizm-istirahət mərkəzlərimiz var. Dağ-xizək turizm mövsümü dekabrdan marta qədər, bəzi yerlərdə isə hətta may ayına qədər davam edir. Sloveniyanın ən məşhur dağ-xizək kurortları Kranska Qora, Boves, Boxin, Maribor və Roqladır. Qış idman oyunları üzrə müxtəlif yarışlar da bu məkanlarda baş tutur. 
   

Dəniz istirahətini sevənlər əsasən Sloveniyanın Adriatik dənizinin sahillərində yerləşən Portoroj, Piran, Koper və İzola şəhərlərində dincələ bilərlər. Buradakı istirahət məkanlarına dünyanın bir çox ölkələrindən turistlər gəlir. Portoroj şəhəri həm də turistlər arasında səhiyyə və sağlamlıq, eyni zamanda isə məşhur SPA-bərpa mərkəzlərinin yerləşdiyi məkan kimi tanınır. 
   

Bundan əlavə, ölkəmizdə bütün il boyu balneoloji kurortlar fəaliyyət göstərir. Bunlar Roqaşka Slatin, Sturyan, Çatej, Portoroj kurortlarıdır. Roqaşka Slatin kurortundakı mineral su (Donat Mg) xüsusilə məşhurdur. Mineral sularımız ürək-damar sistemi, şəkərli diabet, müxtəlif oynaq xəstəliklərinin müalicəsində istifadə olunur. Onu da deyim ki, bizim müalicə mərkəzlərimizdəki qiymətlər Avropanın tanınmış kurortlarından da ucuzdur. İl ərzində 1 milyondan çox turist qəbul edirik. Onların təxminən dörddə biri müalicə məqsədilə gəlir.
   

– Daha çox hansı ölkələrdən turist qəbul edirsiniz?
   

– Daha çox Almaniya, Avstriya, İtaliya, Böyük Britaniyadan turistlər gəlir. Bizim üçün hazırda ən önəmli bazar Rusiya və Azərbaycandır. Sloveniyanın coğrafi mövqeyi buradan qonşu ölkələrə, o cümlədən İtaliya, Avstriya, Xorvatiya və Macarıstana turistlər üçün ekskursiyalar təşkil etməyə imkan verir. Ölkəmizin paytaxtı Lyubyana böyük şəhər olmasa da, burada həmişə böyük turist qruplarını görmək mümkündür. 
   

– Azərbaycandan Sloveniyaya nə qədər turist gedir? Bu barədə rəqəmlər varmı?
  

 – Konkret rəqəm söyləmək bir qədər çətindir. Amma gedənlər var. Azərbaycanlı turistlər əsasən müalicə məqsədilə Roqaşkaya gəlirlər. Ümumilikdə isə hələlik Sloveniya turizm ölkəsi kimi Azərbaycanda geniş tanınmayıb. Biz də bu boşluğu aradan qaldırmağa çalışırıq.
  

 – Ölkəmizlə, Bakı ilə bağlı təəssüratınız necədir?
   

– Azərbaycana ilk dəfə səfər edirəm. Bakıda çoxlu tarixi binalar, yerlər var. O, eyni zamanda çox müasir bir şəhərdir. Tarixlə müasirliyin qovuşduğu belə yerlər turistlər üçün çox maraqlı olur. İnsanlarınız da mehribandır. Mən pəhrizdə idim. Burda olduğum müddətdə pəhrizimi saxlaya bilmədim. Mətbəxiniz zəngin, yeməkləriniz isə çox dadlıdır. Düşünürəm ki, Azərbaycan da sloveniyalılar üçün maraqlı turizm məkanı ola bilər. Ölkəmizin turizm şirkətləri ilə bu barədə danışıqlar aparacağam. Gələcəkdə iki ölkə arasında turizm sahəsində geniş əməkdaşlığın qurulmasına çalışacağam.

Heyranedici fotoşəkillərlə, dünyanın ən dərin və ən qədim gölü – Baykal

0
Baykal

Sibirin cənubunda yerləşən Baykal Gölü, 1642 metr dərinliyində dünyanın ən dərin gölüdür. Bununla yanaşı, Baykal, dünyadakı ən qədim və ən təmiz göl hesab olunur. Planetimizin ən böyük şirin su mənbəyinin, Kristina Makeeva adlı rus fotoqrafın obyektivindən, üzəri buzla örtülü təbiət möcüzəsinə daha yaxından baxaq.

Baykal

“Səfəri planlaşdırarkən bu qədər gözəl, görkəmli və nağıl kimi olacağını ehtimal etmirdik. Gözəlliyi ilə elə heyran olduq ki, orada olduğumuz 3 gün ərzində demək olar ki, heç yatmadıq”. deyir Makeeva.

Makeeva, gölün 600 km uzunluqda olduğunu və üzərindəki buzun 1-5 metr olduğunu deyir: “Bu buz aşağı yuxarı 15 tonluq bir nəqliyyat vasitəsini saxlaya bilər”. Göl səthindəki buzda arada bir çatlar yarandığını və yaranan hər bir çatın göy gurultusu və ya silah səsinə oxşayan bir səs çıxardığını da danışır. Bu çatların uzunluğu 10 ilə 30 metr arasında dəyişir.

Baykal

Baykal Gölünün üzərindəki buz may ayına qədər qalır. Amma Aprel ayından etibarən, buzun üzərində gəzmək təhlükəli hala gəlir. Buzun içindəki su qabarcıqları isə dəniz yosunları görə əmələ gəlmiş metan qazına görə meydana gəlir.

Baykal

“Gölün müxtəlif yerlərində buz müxtəlif naxışlar alır. Bunun səbəbi, suyun lay lay donmasıdır. Xüsusilə buzun içində bir balıq, ya da bir budaq görmək çox maraqlı görsənir. Baykal Gölü dünyanın ən şəffaf gölüdür. Gölün dibinə qədər hər şeyi görmək mümkündür: Balıq, yaşıl daşlar, bitkilər, burulğanlar. Su o qədər təmizdir ki, 40 metr dərinlikdəki bəzi şeyləri belə görə bilərsiniz”.

Baykal