Ev Blog Səhifə 209

YAY İSTİRAHƏTİNİZİ SEVİMLİ KURORTLARDA SƏRFƏLİ QİYMƏTLƏRLƏ BRON EDİN – Go Travel

0
Antalya Bodrum Kuşadası Marmaris

?ANTALYA 
?PERRE LA MER 5* – 1200 usd 
?GRANADA LUXURY RESORT 5* – 1400 usd 
?SHERWOOD DREAMS RESORT 5* – 1640 usd 
?MARTI MYRA RESORT 5* – 1650 usd 
?CRYSTAL SUNRISE QUEEN LUXURY 5* 2000 usd

?BODRUM
?KADIKALE RESORT 5* – 1160 usd 
?DELTA HOTELS BY MARIOTT 5* – 1500 usd 
?LA BLANCHE RESORT 5* – 1560 usd 
?YASMIN RESORT BODRUM 5* – 1880 usd 
?VOYAGE TORBA 5* – 1900 usd

?KUŞADASI
?FANTASIA DELUXE HOTEL 5* – 1294 usd
?SUHAN 360 HOTEL 5* – 1370 usd
?PALM WINGS BEACH HOTEL 5* – 1473 usd
?EUPHORIA AEGEAN RESORT 5* – 1735 usd
?PINE BAY HOLIDAY RESORT 5* – 1577 usd

?MARMARİS VƏ FƏTHİYƏ
?IDEAL PRIME BEACH 5* – 1642 usd
?JIVA BEACH RESORT 5* – 1660 usd
?MARTI RESORT DELUXE 5* – 1723 usd
?CLUB HOTEL LETOONIA 5* – 1745 usd
?GRAND YAZICI MARMARIS PALACE 5* – 2035 usd

Qiymətə daxildir:
✈ – Aviabilet (gediş-dönüş) 
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (5 gecə / 6 gün)
? – Qidalanma gündə 5 dəfə (All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Dubay turu)
? – Tarix avqust ayı üçün nəzərdə tutulmuşdur.
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı

Gürcüstan Azərbaycandan daha çox turist cəlb etməyi planlaşdırır

0
Turist

Gürcüstanın Milli Turizm Administrasiyası ölkənin turizm imkanlarını təşviq etmək məqsədilə xüsusi kampaniyanı iyulun sonuna qədər davam etdirəcək.

Dövlət qurumu daxili və xarici turizmin inkişafı üçün sosial şəbəkələrdə “#SpendYourSummerInGeorgia” və “#EmotionsAreGeorgia” kampaniyaları keçirir.

Təşviqat kampaniyası üçün hədəf ölkələr Azərbaycan, Ukrayna, Belarus, Qazaxıstan, Litva, Latviya, Polşa, Çexiya, Almaniya, Fransa və digər dövlətlər seçilib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana 497 937 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12 204 nəfər, yaxud 2,5% çoxdur.

2019-cu ilin ilk 5 ayı ərzində Gürcüstana ən çox səfər edən əcnəbilər arasında Azərbaycan vətəndaşları ikinci yeri tutub.

Hesabat dövründə birinci yerdə 539 432 nəfərlə Rusiya qərarlaşıb. İyulun 8-dən etibarən Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşuna qoyulan qadağadan sonra rusiyalı turistlərin sayında kəskin azalma müşahidə olunacaq. Gürcüstan hökuməti turizm sahəsinə dəyəcək zərəri aradan qaldırmaq üçün tədbirlər planı hazırlayır.

Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın II iclası keçirilib

0
Azərbaycan və Monteneqro

Bakıda Azərbaycan Respublikası Hökuməti və Monteneqro Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın II iclası keçirilib. 

“Report” xəbər verir ki, Birgə Komissiyanın həmsədrləri – Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Monteneqronun İqtisadiyyat naziri xanım Draqitsa Sekuliçdir.

İclasda S.Babayev iki ölkə arasında 11 il əvvəl qurulan əlaqələrin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını, Monteneqronun Azərbaycanda Diplomatik Nümayəndəliyinin (2019-cu ilin aprel) açılışının bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə və inkişafına təkan verəcəyini qeyd edib. O bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn müvafiq normalarına və dövlətlərin ərazi bütövlüyü çərçivəsində ədalətli həlli ilə bağlı Monteneqronun mövqeyini yüksək qiymətləndirir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20% -i işğal edilib. 1,2 mln. vətəndaşımız qaçqın və məcburi köçkün olub. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həllini dəstəkləyir. Bu məqsədə nail olmaq üçün Azərbaycanın işğal olunmuş əraziləri qeyd-şərtsiz azad edilməlidir. Bu ərazilərdə Azərbaycanın suverenliyi tamamilə bərpa olunmalı və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar.

Nazir deyib ki, Azərbaycan və Monteneqro arasında əməkdaşlığa dair 17 sənəd imzalanıb, daha 5 layihə də hazırlanır.

Sərmayə və ticarət sahəsində əməkdaşlığın ikitərəfli iqtisadi münasibətlərdə əhəmiyyətini vurğulayan, Azərbaycanın Monteneqro üzrə 45,04 milyon avro ilə üçüncü böyük investor olduğunu qeyd edən nazir investisiya qoyuluşları sahəsində görüləcək işləri də diqqətə çatdırıb. O, 2019-cu ilin 4 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin çox ciddi şəkildə artdığını, lakin bu dövriyyənin mövcud potensialı əks etdirmədiyini, bu sahədə mühüm addımlara, o cümlədən biznes mühitinin və iqtisadi maraqların qarşılıqlı araşdırılmasına ehtiyac olduğunu bildirib. S.Babayev hazırda keçirilən Azərbaycan-Monteneqro biznes forumunun biznes dairələri arasında əlaqələrin daha da möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. O, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün nəzərdə tutulan layihələri diqqətə çatdırıb. Dövlət idarəetmə, informasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün işlərin davam etdirildiyini bildirib.

Xanım D.Sekuliç ölkəsinin Azərbaycanla olan dost münasibətlərinin iki ölkə arasında bütün sahələrdə əlaqələrin geniş miqyas almasına səbəb olduğunu qeyd edib. O, bir çox sahələri əhatə edən əməkdaşlıq təcrübəsindən bəhs edib. Mövcud potensial müqabilində əməkdaşlığın genişlənməkdə davam edəcəyinə ümidvar olduğunu, bu istiqamətdə böyük perspektivlərə doğru məqsədyönlü işlərin aparıldığını bildirib. Xanım D.Sekuliç ilk iclasın müsbət nəticələrini, əməkdaşlıq müstəvisində birgə layihələri və bu sahədə gələcək prioritetləri qeyd edib. Hazırda keçirilən icasın səmərəli nəticələrinin olacağına əminlik ifadə edib.

İclasda ticarət, investisiya qoyuluşu, sənaye, enerji, nəqliyyat, kommunikasiya və İKT, əmək və sosial müdafiə, təhsil, kənd təsərrüfatı, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişafına dair müzakirələr aparılıb.

S.BabayevD.Sekuliç iclasın yekunlarına dair protokolu imzalayıblar.

İspaniyada yay turizm mövsümündə 1,4 milyon iş yeri yaradılıb

0
turizm

İspaniyada turizm sahəsi bu yay 1,4 milyon insanı işlə təmin edəcək. “Adecco” şirkətindən bildiriblər ki, bu, ötən ilki göstəricidən 7,3 dəfə çoxdur.

Ən tələb olunan peşələr bunlardır: aşpaz, ofisiant, satıcı, promouter və kuryer.

İş yerlərinin çoxu Kataloniya (285 min), Madrid (224 min), Valensiya (153 min), Mursiya (152 min) və Əndəlis (133 min) əyalətlərində yaradılıb.

Rusiyalı turistlər üçün Bakı-Tbilisi pulsuz avtobusları təşkil oluna bilər

0
Bakı-Tbilisi

Gürcüstanın Mehmanxana və Restoranlar Assosiasiyasının rəhbəri Şalva Alaverdaşvili İqtisadiyyat nazirliyi və turizm sektorunun nümayəndələrinə rusiyalı turistlərin Bakı, İrəvan və Trabzondan Gürcüstana çatdırılması üçün pulsuz avtobusların istifadəyə verilməsi təklifini təqdim edib.

Sənədin əsas mövzusu belədir: yaxınlıqdakı hava limanlarından – Bakı, İrəvan və Trabzondan rusiyalı turistləri Gürcüstana asanlıqla gətirəcək. Pulsuz avtobuslar təşkil olunsun”, – deyə, o bildirib.

Alaverdaşvilinin sözlərinə görə, yekun qərar üçün müzakirələrə ölkənin Xarici İşlər Nazirliyi də qoşulacaq.

Onun sözlərinə görə, Tbilisi və kurort şəhərlərinin mehmanxana sahiblərinə Gürcüstana gəlmək istəyənlərə köməklik edilib. Alternativ yollar axtaran rusiyalı turistlərdən isə çoxsaylı müraciətlər daxil olub.


“Boeing” avropalı rəqibinə “uduzur”

0
Boeing

Le-Burje 2019” aviasərgisində “Boeing”in reputasiyasını bərpa etmək istəyi alt-üst olub. Hətta “Boeing”in 737 MAX təyyarələrin satışı ilə bağlı bağladığı müqavilə də böyük endirimlə bağlanıb. Bu dəfə böyük satış “Airbus”un payına düşüb. Adı çəkilən avişirkət ötən dəfədən də çox satış edib. Həmçinin Rusiya da amfibiya B-200 təyyarələrini adı çəkilən sərgidə sata bilib.

Bu il çoxları “Boeing”in uğursuzluğunu proqnoz etmişdi. “Boeing” rəsmisi bildirmişidi ki, onların əsas hədəfi satışların sayını artırmaq yox əvəzində itirilmiş reputasiyanı bərpa etmək və 737 MAX həyata qaytarmaqdır.

Bloombergin məlumatına görə, “Le-Burje 2019”da “Boeing” 2016-cı ildən bu yana ən aşağı satış sərgiləyib. Buna rəğmən hələ “Boeing” in tam süqutundan danışılmır. Çünki şirkətin 737 MAX-lara 200 layner sifariş aldığı bildirilir. Belə ki, 737 MAX –ların iştirakı ilə olan iki böyük aviaqəzada 346 nəfərin dünyasını dəyişməsindən sonra bu təyyarələrə gələn ilk sifarişdir. Alıcı isə beynəlxalq aviaholdinq IAG –dır. Adı çəkilən holdinqin bu təyyarələr üçün 24 milyard dollar ödəyəcəyi bildirilir. IAG tərkibinə” British Airways” və “Iberia” kimi böyük şirkətlər daxildir.

Bu müqaviləyə görə, “Boeing” in əvəzinə sevinmək olardı. Amma bir neçə əmmalar olmasaydı. Belə ki, birincisi adı çəkilən 24 milyard dollarlıq müqavilə hələ ki, təyyarələrin alınması barədə niyyət müqaviləsdir. Düzdü “Boeing” in hazırki vəziyyətində bu da yaxşı göstəricidir. Amma çatdırılmaya dair təminat yoxdur.

İkinci məqam qiymətdir. Belə ki, 24 milyard dollar, təyyarələrin katoloq qiymətidir. Təcrübə göstərir ki, satış zamanı kataloq qiymətindən də aşağı məbləğ təklif olunur. Hətta 50% qədər endirimlərim olduğu təcrübələr var. Bu endirimlər isə “Boeing” in reputasiyası üçün heç də yaxşı deyil.
Bir məqamı da qeyd etmək lazımdır ki, hazır ki, alıcı IAG-ın icraçı direktoru Villi Uolş “Boeing” in keçmiş əməkdaşı olub. Belə alınır ki, “Boeing”i süqutdan bu şirkətdə 20 il Boeing 737 idarə etmiş pilot xilas edəcək.

Yeri gəlmişkən o qeyd edib ki, şəxsən Boeing 373 lərin yenilənmiş simulatorlarını yoxlayıb və çox razıdır.

Maraqlıdır ki, bu jesti IAG –ın investorları heç də yaxşı qarşılamayıblar. Müqavilənin elan edildiyi gün şirkətin səhmləri 2.5% ucuzlaşıb.
Qərbdə isə MAX modellərinin satışı surpriz olub. IAG ilə əməkdaşlığa “Airbus”ın da can atdığı bildirilir. Ona görə, IAG ya Boeing lərin satılacağı xəbəri onları qəfil tutub deyə Airbus-ın vitse-prezidenti Kris Bakli deyib. 

Sərgidə “Boeing”in mətbuat konfransı zamanı şirkətin rəsmisi tezliklə 737 MAX ları tezliklə səmaya qaytaracaqlarını bildiriblər. Konfrans zamanı o da qeyd olunub ki, Korean Air“Boeing”dən 20 ədəd Dreamliner 787 və 10 ədəd 787-9s alacaq. Bu müqavilənin dəyəri isə 6,3 milyard dollar dəyərləndirilir. Həmçinin əlavə olaraq “Air Lease” şirkətinin ümumi dəyəri 1,5 milyard dollar məbləğində 5 ədəd 787-9s sifariş etdiyi bildirilir.

“Kim itirir kim isə qazanır”



Baş vermiş hadisələr əlbətdə ki, Airbus da təsirsiz ötüşməyib. “Le-Burje 2019” Airbus üçün əsl triumf olub. Sərginin elə ilk günündəcə Airbus 100 təyyarə satıb. İş görüşmələrinin sonunda isə Airbus 44 milyard dollarlıq sifariş alıb ki, bu da adı çəkilən tədbirdə “Boeing”in imzaladığı müqavilələrin məbləğindən 10 milyard dollar çoxdur.

Adı çəkilən tədbirdə daha çox diqqəti transmaqistral təyyarə A321XLR qazanıb. Belə ki, bu təyyarələrin rəqibi olmadığı bildirilir. Boeing isə 737 MAX la yaşadığı problemlərə görə, bu sinifdə model hazırlayıb təqdim edə bilməyib. Nəticədə də A321XLR –ni aviadaşıma nəhəngi American Airlines, Avstraliyadan Qantas Airways, Səüdiyyə Ərəbistanından Flynas, Filippindən isə Cebu Pacific alıb.

Yeri gəlmişkən qeyd edək ki, Amerika daşıyıcısı köhnə Boeing 757-200 parkını yeni Airbus larla əvəzləmək niyyətindədir. IBA.iQ, konsaltinq şirkətinin hesablamalarına görə, hazırda Airbusun 595 təyyarənin satılması ilə bağlı ciddi və real müqavilələri var.

Qeyd edək ki, Paris Air Show 2017-də Boeing sifarişlərinə görə ilk pillədə idi. O zaman ABŞ şirkəti ümumi məbləği 75 milyard dollar olan 571 təyyarə satmışdı. Bu satılan təyyarələrin əksəriyyəti isə 737 Max 10 idi.



Mariya Zaxarova: Mən Bakını çox sevirəm

0
Mariya Zaxarova

Bakıya yenidən gəlişimdə şəhərin daha da gözəlləşdiyinin şahidi oldum.
Bu fikirləri Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın TASS agentliyinin jurnalisti Səadət Kadırovanınkadyrova.online” “YouTube” kanalında yayımlanan “Meçtı sbıvayutsya” (“Arzular gerçəkləşir”) adlı müəllif verilişində ötən ilin yayında Bakıya səfəri, “Jara” festivalının açılışında iştirakı barədə təəssüratlarını bölüşərkən deyib. 

Bakıda çox yaxşı qarşılandığını qeyd edən M.Zaxarova deyib: “Gözəl qarşılandım. Bu, çox xoşuma gəldi. Mən bu şəhəri çox sevirəm. Hesab edirəm ki, bu şəhəri açıq səma altında muzeyə çeviriblər. Mən müasir Bakını təxminən altı il bundan əvvəl görmüşdüm və buraya yenidən gəlişimdə şəhərin daha da gözəlləşdiyinin şahidi oldum. Neftin qiymətlərinin aşağı düşdüyü bir vaxtda Azərbaycanın turizmə sərmayə yatırması əhəmiyyətli rol oynadı”. 

M.Zaxarova, həmçinin Bakıda Xalça Muzeyini ziyarət etməsindən danışıb. O deyib: “Sən hər regionun öz xalçaçılıq məktəbinin olduğunu və bu məktəbin qorunub saxlandığını görürsən. Bu, fantastikadır”. M.Zaxarova Azərbaycan mətbəxi barədə də fikirlərini bildirib. O, günəşin, dənizin və mətbəxin – Azərbaycanda hər şeyin onun xoşuna gəldiyini qeyd edib.

Astarada turizmin inkişafı üçün lazımi şərait yaradılıb

0
Astara

Əsrarəngiz gözəlliyə, mülayim iqlim şəraitinə malik Astara rayonunda turizmin inkişafı üçün geniş imkanlar var. Rayonun Xəzər dənizi və Talış dağları ilə əhatə olunması, zəngin tarix və mədəniyyət abidələri xarici turistlərin daha çox marağına səbəb olur.


Astarada turizmin inkişafı həm təbii şəraitlə, həm də bu sahədə maddi-texniki bazanın olması ilə əlaqədardır.

Rayonda fəaliyyət göstərən 13 turizm obyekti həm dəniz sahili boyu, həm də dağətəyi ərazilərdə yerləşir. Turizm obyektlərinin yay dövründə çimərlik, digər mövsümlərdə kənd və dağ turizminin inkişafına xidmət edir.

Ötən il Astara rayonuna 6 min nəfərdən çox turist gəlib. Bu ilin beş ayında isə rayona 2 min nəfərə yaxın turist səyahət edib. Onların 300 nəfəri xarici turistlərdir.

Rayon əhalisinin müəyyən bir qismi keçmiş MDB məkanında yaşayır. Əvvəllər onlar Türkiyə, Yunanıstan, İtaliya və digər ölkələrə tətilə yollanırdılarsa, artıq Azərbaycanda, xüsusən də Astarada dincəlməyə üstünlük verirlər. Rusiyadan Astaraya gələn turistlərin sayı ildən-ilə artır. İrandan gələn turistlərin sayı isə daha çoxdur. Astara ilə sərhəd olduğundan onlar üçün mövsümi turizm anlayışı yoxdur. Rayonda keçirilən mədəni-kütləvi tədbirlər də turistləri cəlb edir.
Astara şəhərində Xəzər dənizi sahili boyunca salınmış park-bulvar kompleksinin genişləndirilməsi, rayonun dağ kəndlərinə gedən yolların asfaltlaşdırılması turizmin inkişafı üçün geniş imkanlar açır.

Azərbaycandan Meksikaya gedən turistlərin sayı 20 faiz artıb

0
turist

Azərbaycandan Meksikaya üz tutan turistlərin sayı 20 faiz artıb.
Meksikanın Azərbaycandakı səfirliyinin məlumatına görə, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Qəbələ rayonuna səfəri çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə görüşü zamanı deyib. Rayon İcra Hakimiyyətinin başçısı Meksika səfirini qəbul etməkdən məmnunluğunu ifadə edib. Rayon haqqında ümumi məlumat, onun iqtisadi və turistik potensialından xəbər verib.

S.Abdullayev həmçinin qeyd edib ki, Qəbələ yerli və beynəlxalq tədbirlərin keçirməsi ilə daha da tanınıb. Öz növbəsində, səfir R.Labardini Qəbələyə bir neçə dəfə müxtəlif məqsədlərlə gəldiyini vurğulayıb. Bu xüsusda, səfir qeyd edib ki, buraya rəsmi səfərlər çərçivəsində, eyni zamanda, bu rayonda baş tutmuş mədəni tədbirlərdə Səfirliyin iştiraki ilə əlaqədar səfər edib. Səfir Meksikalı rəssam Marqarita Moralesin Qəbələdə keçirdiyi sərgisinin uğurunu bir daha yada salıb.


Bundan əlavə, tərəflər əlaqələrin genişlənməsi perspektivlərini nəzərdən keçiriblər. Qəbələnin turistik imkanlarını nəzərə alan səfir R.Labardini, Meksika ilə Azərbaycan arasında turizmin dinamik artımı barədə məlumat verib. Səfir qeyd edib ki, son iki il ərzində Azərbaycandan Meksikaya üz tutan turistlərin sayı 20 faiz artıb. Diplomat ikitərəfli münasibətlər üçün böyük imkanlar açan sahə olan turizmin böyük potensialından söz açıb.
 Görüşdə, həmçinin, ölkənin regionlarında Meksika mədəniyyətini təşviq etmək məqsədilə, Səfirliyin bir sıra mədəni tədbirlərinin Qəbələdə mümkün həyata keçirilməsi müzakirə olunub.

Azərbaycana 200 minlik “turist ordusu” gəlir

0
Turist

Ekspertlər hesab edir ki, Çin bazarından daha çox turist cəlb etmək istəyiriksə, fərqli yanaşma göstərməli, onların tələblərinə uyğun müəyyən dəyişikliklər etməliyik

Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev söyləyib ki, Çinlə bağlanan müqavilə əsasında Azərbaycana bu ölkədən çoxlu turist gələcək. İlkin məlumata görə, iki ölkə arasında bağlanan müqavilə əsasında, Azərbaycana 200 min çinli turistin gələcəyi gözlənilir. 
 
Turizm sektorunun son illər ərzində inkişaf etməsi  göz qabağındadır. Görülən işlər artıq öz nəticəsini verməkdədir. Müxtəlif ölkələrdən Azərbaycana turist axını var. Bu ölkələr sırasına artıq Çin də qoşulur. Bir ölkədən 200 min turistin gəlməsi kiçik göstərici deyil. Bu, işin bir tərəfi. İşin digər tərəfi odur ki, bu 200 min öz ölkələrinə qayıtdıqdan sonra milyonlarla həmvətənini Azərbaycana gəlməyə sövq edə bilər. Ancaq bunun üçün müəyyən işlər görmək lazımdır. Təbii, çinli turistlərin öz spesifik maraqları, tələbləri var. Bax, bu tələblər, maraqlar öyrənilməli, bir sözlə dünyanın ən böyük ölkələrindən biri olan Çindən gələcək “turist ordu“sunu qarşılamağa hazır olmalıyıq. Bəs görəsən, Çinli turistlər hansı xüsusiyyətlərinə görə fərqlənir? Onların marağını artırmaq və daha çox turist cəlb etmək üçün nələr edilməlidir?

Dosent, turizm üzrə ekspert Rəhman Səfərovdeyir ki, Avropa və Asiya insanları bir-birindən bir çox xüsusiyyətlərinə görə fərqlənir. Bu ölkələrin turistləri də bir sıra cəhətlərinə görə bir-birindən seçilir: “Hətta ərəb ölkələrinin turistləri ilə Çin turistləri arasında ciddi fərqlər var. Son dövrlərdə Çin, Hindistan, Pakistan kimi müxtəlif Şərq ölkələrindən Azərbaycana turist axını müşahidə edilir. Təbii olaraq, onların istəkləri də fərqlidir. Ona görə də, biz hər bir turistə fərqli yanaşma göstərməliyik. Xidmətlərimizi hər bir ölkənin turistinə uyğun formada təşkil etməliyik. Otellər, restoran xidmətləri və s. hər bir turistin marağına uyğun şəkildə qurulmalıdır. Çin kimi nəhəng ölkənin bazarına çıxış əldə etmək Azərbaycan üçün böyük imkan kimi qiymətləndirilməlidir. Dünya əhalisinin üçdə bir hissəsi bu regionda cəmlənib. Ona görə də, bu regiondan ölkəmizə gələn turisti məmnun etsək, gələcəkdə ölkəmizə daha çox turist axını cəlb edə bilərik. Bu isə ölkə iqtisadiyyatının inkişafına yeni bir dinamika gətirəcək. Çin iqtisadiyyatı durmadan böyüyür. Çinli turistlərin xarici ölkələrə səfərlərində son illərdə ciddi artım müşahidə olunur. Biz bu məqamdan səmərəli şəkildə istifadə etməliyik. Qonşu ölkə Türkiyədə artıq çinli turistlərin sayında kifayət qədər artım var. Biz də öz turizm sektorumuzda onların tələblərinə uyğun müəyyən dəyişikliklər edə bilərik. Turizm şirkətləri öz işlərini onların istəklərinə uyğun qura bilər. Biz ölkəmizə gələn hər bir qonağın arzu və istəklərini nəzərə almalıyıq. Qeyd etdiyim kimi, Çin böyük bir bazardır və turizm ölkələrinin əksəriyyətinin çoxunun diqqətindədir. Bu ölkələr çinli turistlərin diqqətini cəlb etmək üçün müxtəlif xidmətlər təklif edir. Çin dilini bilən kadrlar yetişdirilir. Biz də öz turizm sektorumuzu gücləndirmək üçün müəyyən işlər görə bilərik”. 

“Luna Travel” Turizm Agentliyinin direktoru Rəhman Quliyev hesab edir ki, hər bir millətin psixologiyası fərqli olur. Ona görə də, ölkəmizə gələn turistlərin adət-ənənələrini, tarixi keçmişini və psixologiyasını nəzərə almalıyıq: “Bu təkcə turizm şirkətlərinə aid olan bir məsələ deyil. Şirkətlər müəyyən endirimlər təklif edir. Amma bu məsələ kompleks yanaşma təklif edir. Yaxşı olardı ki, sahibkarlara bir qədər şərait yaradılsın. Çin bazarından daha çox turist cəlb etmək istəyiriksə, şərtləri buna uyğunlaşdırmalıyıq. Məsələn, ölkəmizdə müxtəlif Çin restoranları açıla bilər. Onların maraqlarına uyğun konsertlər, festivallar təşkil edilməlidir. Bunun üçün ölkəmizdə “Çin günləri” adı altında bu ölkənin adət-ənənələri təbliğ oluna bilər. Turistləri ən çox maraqlandıran məsələlərdən biri də qiymətdir. Bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Əgər turisti itirmək istəmiriksə, qiymətləri qaldırmamalıyıq. Ərəblərdən fərqli olaraq, çinlilər dəbdəbəli həyata meylli xalq deyil. Onlar daha çox tarixi abidələrə, müxtəlif yerlərə səyahət etməyi  sevirlər. Yaponiya, Koreya, Çin turistləri, daha çox, getdikləri ölkələrin tarixi ilə maraqlanırlar. Xidmət sahəsinə də müəyyən dəyişikliklər etmək lazımdır”. 

SKAL İnternational Baku” klubunun (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası) sədri, turizm üzrə ekspert Ceyhun Aşurov qeyd etdi ki, bu məsələ ilə bağlı aidiyyəti qurumlar və müxtəlif turizm şirkətləri artıq fəaliyyətə başlayıb: “Dövlət səviyyəsində müəyyən işlər görülməkdədir. Çin turistləri dünyada ən çox pul xərcləyən turistlərdir. Bütün turizm ölkələri Çin bazarını ələ keçirmək üçün rəqabət aparır. Azərbaycan da bu məsələdə digərlərindən geri qalmamalıdır. Çində Azərbaycan nümayəndəliyinin açılması çinli turistlərin Azərbaycana cəlb olunmasında böyük rol oynayır. Düzdür, hələlik böyük turist axını olmayıb. Nəzərə almaq lazımdır ki, çinli turistlər ən çox fərq yaradan turistlərdir. Çin turistləri ildə təqribən 240 milyard dollara yaxın pul xərcləyirlər. Bu, çox böyük bir rəqəmdir və dünya üzrə çinlilər birinci yerdədir. Adətən bu ölkənin insanları mütəşəkkil şəkildə səyahət edir. Onlar alış-veriş etməyə meyllidirlər. Bu mənada Azərbaycan öz strategiyasını müəyyən etməlidir. Turistlərin marağını cəlb edəcək layihələr həyata keçirməlidir. Eyni zamanda, “Qafqaz turu” adı altında Gürcüstan və Azərbaycan birgə turlar həyata keçirə bilər. Bu barədə müəyyən təkliflər edilib artıq. Düşünürəm ki, növbəti ildə bu işlər daha da intensivləşdirilməlidir ki, ölkəmizə daha çox turist axını cəlb edə bilək. Gürcüstanda ilin ilk rübünə gör,ə Çin turistlərinin sayında çoxlu artım var. Azərbaycan da bu bazara qoşulmalı və maksimum şəkildə faydalanmalıdır. Birbaşa reyslərin açılması, viza rejiminin sadələşdirilməsi ilə bağlı müəyyən işlər görülür. İnfrastruktur imkanlarımız da Çin bazarına daxil olmağa imkan yaradır. Çalışmalıyıq ki, bu, mövsümü xarakter daşımasın.  Çindən ölkəmizə turist axınını təmin etməliyik”.