Ev Blog Səhifə 207

Bu ölkə turistlər üçün əvvəlki kimi cəlbedici deyil

0
Latviya

Keçmiş sovet respublikalarından olan turistlər istirahət üçün Latviyanı əvvəlki kimi həvəslə seçmirlər. Buna səbəb ölkənin avroya keçməsindən sonra qiymətlərin sürətlə artmasıdır.

Latviyanın turizm baxımından əsas gəlir mənbəyi olan rusiyalı turistlər indi daha çox Türkiyə Macarıstana üz tuturlar. Lakin Latviya hələlik ilk onluqda qalır. Siyahıda, həmçinin Yunanıstan, Gürcüstan, Çexiya, Azərbaycan və Bolqarıstan var.

Bu il ən bahalı istiqamətlər isə Yamayka, İsveçrə, Seyşel adaları və Mavrikidir.

Agentlik: Turizm şirkətləri kateqoriyalara bölünəcək

0
turizm

Bu ilin sonunadək Azərbaycanda fəaliyyət göstərən turizm agentliklərinin reyestri yaradılacaq.

Bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, reyestrə daxil olacaq turizm şirkətləri müəyyən kateqoriyalara bölünəcək. Daha üstün keyfiyyətlərə malik olan turizm şirkətləri daha üstün kateqoriyalar alacaqlar.

Onun sözlərinə görə, reyestrin yaradılması turizm sənayesinin inkişafı üçün tətbiq olunan mexanizmlərdən biridir.

Heç bir halda turizm şirkətinin işini məhdudlaşdırmaq niyyətində olmadıqlarını deyən K.Qasımov əlavə edib ki, ölkədə turizm şirkətlərinin, turizm sənayesinin fəaliyyətinin tənzimlənməsi, onların göstərdiyi xidmət keyfiyyətinin artırılması çox vacibdir:

“Turist şirkətlərinin göstərəcəyi xidmət turistlərin məmnunluğu baxımından önəmlidir. Bazarda kifayət qədər turizm şirkətləri, sənaye üzvləri var ki, onların fəaliyyətinin nəzarət altına alınması, keyfiyyət qiymətləndirilməsinə ehtiyac var”.

Azərbaycanda turizm sənayesində mövsümi vergilərin tətbiqi təklif edilir

0
Vergi

Dövlət Turizm Agentliyi turizm sənayesinin formalaşdırılması, onlara dəstəyin göstərilməsi ilə bağlı Vergilər Nazirliyinə təklif paketi təqdim edib.

Bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

O bildirib ki, təkliflərdə vergilərdən azad olunma, bəzi hallarda subsidiyalara cəlb olunma, turizm şirkətləri, hotellərə bağlı məsələlər əksini tapıb:

“Bunlar müzakirə mərhələsindədir. Hər bir sahə daha çox güzəşt əldə etmək istəyir. Ancaq dövlətin müəyyən siyasəti var və buna uyğun işlər görülür. Bu gün Agentlik və Vergilər Nazirliyinin mütəxəssisləri bu məsələlərin üzərində həssaslıqla işləyirlər. Burada müəyyən sahələrin ƏDV-dən azad olunması, bəzi məsələlərdə güzəştlərin, mövsümi vergilərin tətbiq edilməsi kimi məsələlər əksini tapıb. Hazırda Vergilər Nazirliyi ilə danışıqlar aparılır və bu ilin sonuna qədər məsələlər həllini tapacaq”.

Turist ölkəyə girən zaman mütləq şəkildə bunu etməlidir – Turizm Bürosu

0
Turizm

Yerli şirkətlər gələn qonaqlarını sığortalamalıdır. Amma biz turistin ölkəyə girən zaman mütləq şəkildə sığortalanması təşəbbüsü ilə çıxış etmirik.

Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.

Onun sözlərinə görə, ölkəyə gələn turistlər üçün tibbi sığortanın dövlət tərəfindən qarşılanması və ya onların özləri tərəfindən təmin edilməsi düşünülmür.

Bunun məhdudlaşdırıcı faktor kimi qəbul oluna biləcəyini deyən F.Zenqstşmid onu da əlavə edib ki, Azərbaycan üçün Rusiya bazarı daim ən perspektivli və böyük bazar olub:

“Rusiyadan gələn turistlər hər zaman Azərbaycan üçün əhəmiyyətli olublar. Bu yay ərzində və ilin sonuna qədər rusiyalı turistlərin ölkəmizə gələcəyinə ən ümid edirik. Biz bir neçə dəfə sübut etmişik ki, Azərbaycan bir çox qonaqları kəmiyyət cəhətdən qəbul edə bilib. Turistləri ölkəmizə cəlb etməklə yanaşı, istərdik ki, yerli turistlər də bölgələrimizdə istirahət etsinlər. Bunun üçün də biz regionlarımızı inkişaf etdiririk”.

Gürcüstan turistlərin təhlükəsizliyi ilə bağlı bəyanat verib

0
Gürcüstan

“Rusiya vətəndaşları Gürcüstana tam rahat gələ bilərlər, ölkədə hətta anti-Rusiya aksiyaları fonunda onlar üçün təhlükə yoxdur”.

İnterfaks-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Turizm Departamenti bəyanat yayıb. Bildirilib ki, dünyanın müxtəlif yerlərindən gələn turistlər ölkənin görməli yerlərini ziyarət edə bilərlər: “Lakin Tbilisinin mərkəzi hissəsində diqqətli olmaq və insanların kütləvi yığışdığı yerlərdən uzaq olmaq tövsiyə olunur“.

Ölkədəki etiraz aksiyalarının ictimai nəqliyyatın işinə təsir göstərmədiyi də vurğulanıb.

Bir qədər əvvəl məlum olub ki, ruslar Gürcüstana olan biletlərini kütləvi şəkildə qaytarırlar.

Qeyd edək ki, “OnTravel” turizm şirkəti istər ölkə daxili istərsə də ölkə xarici səfərə çıxmaq istəyənlər üçün BirKartı təqdim edir. Belə ki, səyahətinizin ödənişini bu kart vasitəsi ilə 3,6,9 və 12 aylıq , faizsiz ödənişlə hissələrə bölməklə istədiyiniz məkanda istirahət edə bilərsiz.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyası keçirilib

0
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyası

İyunun 27-də Bakıda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyası keçirilib.

Tədbirdə Azərbaycan Turizm assosiasiyalarının strukturu, məqsəd və missiyası, üzvlüyə namizəd standartları məsələlərinə toxunulub.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Turizm Agentlikləri Assosiasiyasının fəaliyyətə başlamasının formalaşan turizm sənayesinin inkişafı istiqamətində atılan vacib addımlardan biri olduğunu qeyd edib. O bildirib ki, agentlik turizmin ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilməsi üçün çalışır. Son illərdə bu sahədə kifayət qədər işlər görülüb. Ancaq bu sahədə sualların mövcud olması da məlumdur. Turizm özü kompleks xidmət sahəsidir və inkişafı da xidmət sferasının xidmətindən, inkişaf səviyyəsindən asılıdır. “İnanırıq ki, assosiasiyanın gördüyü işlər bu sahənin nümayəndələrini bir araya toplayan güclü platforma rolunu oynayacaqdır”, – deyə o qeyd edib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid tədbirdə çıxış edərək turizm sənayesinin təşkilatlanmasının ümumi hədəflərə çatmaq üçün xüsusi əhəmiyyət kəsb etdiyini, Azərbaycan Hotel Assosiasiyasının və Azərbaycan Bələdçilər Assosiasiyasının, həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının yaradılmasının bu istiqamətdə atılmış uğurlu addımlardan olduğunu bildirib. O qeyd edib ki, məqsəd çətinlikləri aradan qaldıraraq əlverişli şəraitdən istifadə edib turizmi inkişaf etdirməkdir. F.Zenqstşmid geopolitik situasiyadan istifadə edib Rusiya və İrandan gələn turistlərin sayının artırmağın vacibliyini söyləyib. Bildirib ki, agentliklərin rəqabətdə olması bu işə öz töhfəsini verəcək.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev təşkilatın turizm agentliklərinin maraqlarını təmin edərək dövlət-özəl sektor əməkdaşlığının təşviqinə xidmət edəcəyini qeyd edib, görüləcək işlər, məqsədlər və gələcək fəaliyyət haqqında məlumat verib.

“Əsas məqsəd peşəkar və operativ yanaşmalar sərgiləmək, inkişafda olan turizmə yeni nəfəs bəxş etməkdir. Turizm sahəsi özündə 50-dən artıq sektoru birləşdirən sənayedir. Yeni yaradılan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas məqsədi ümumi rifah və nəticəyə fokuslanmaqdır. Yeni ictimai qurumun yaradılması sahibkarlar və dövlət qurumları arasında daimi və sıx əlaqələr formalaşdırmaq, möhkəm körpü yaratmaqdır. Assosiasiyanın yaradılması ilə turizm şirkətlərinin rəy və təkliflərini bildirməsinə imkan yaranacaq”, – deyə assosiasiya sədri vurğulayıb.

Tədbirin ikinci mərhələsində Maarifləndirici Təhsil və Sosial proqramların yaradılması, Azərbaycan Milli Turizm brendinin dünya turizm bazarına təşviqinə dəstək, turizm məhsulları və servis xidmətlərinin keyfiyyətinin artırılması, turizm agentlikləri arasında sistemləşdirmə və kooperasiya mövzusunda müzakirələr aparılıb.

Sonda turizm agentliklərini və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Gürcüstandakı diplomatik korpus turizm sahəsindəki vəziyyətlə bağlı məlumatlandırılıb

0
Turizm

Gürcüstanın Xarici İşlər Nazirliyində ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Gürcüstanın turizm sahəsindəki cari vəziyyət və çağırışlar müzakirə olunub.

Xarici işlər nazirinin müavini Vaxtanq Maxaroblişvili görüş iştirakçılarna Gürcüstanın turistlər üçün təhlükəsiz və populyar istiqamət olduğunu bildirib.

Toplantıda həmçinin Gürcüstanda turizm sektorunun təşviqi istiqamətində gələcək addımlar və yeni təşəbbüslər də nəzərdən keçirilib.

Görüşdə iştirak edən Türkiyə səfiri Fatma Ceren Yazqan Gürcüstana səfər edən türkiyəli turistlərin sayının artdığını bildirib: “Gürcüstanda turizm sürətlə inkişaf edir və bu sektora investisiyaların da həcmi artır. Gürcüstan turistlər üçün təhlükəsiz ölkədir, kəşflər və sürprizlərlə doludur. Yay mövsümündə əksər türkiyəli turistlərin dincəlmək üçün Gürcüstanı seçəcəyini hesab edirəm”.

Görüşdə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Nikoloz Arveladze və Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili də iştirak edib. 

Azərbaycanda turizm sektoruna vergi güzəştləri edilə bilər

0
turizm

“Azərbaycanda turizm sənayesinin formalaşdırılması, ona dəstəyin göstərilməsi ilə bağlı sinifləşdirilmiş təkliflər Vergilər Nazirliyinə təqdim olunub”.

“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib. 

“Təkliflərdə turizm şirkətlərinin və otellərin həm vergilərdən azad olunması, bəzi hallarda subsidiyalara cəlb olunması məsələləri öz əksini tapıb. Bunlar müzakirə mərhələsindədir. Hər bir sahə daha çox güzəşt əldə etmək istəyir. Dövlətin müəyyən siyasəti var və buna uyğun işlər görülür. Agentlik və Vergilər Nazirliyinin mütəxəssisləri bu məsələlər üzərində həssaslıqla işləyirlər. Yəni, hansı məsələlər ümumi dövlət prinsiplərinə uyğun gəlir, hansılar yox?. Burada müəyyən sahələrin ƏDV-dən azad olunması, bəzi məsələlərdə güzəştlərin, mövsümü vergilərin tətbiq edilməsi kimi məsələlər var. Vergilər Nazirliyi ilə danışıqlar aparılır və ilin sonuna qədər məsələlər həllini tapacaq”.

Naxçıvanın səhiyyə turizmi imkanları yüksək qiymətləndirilib

0
səhiyyə turizmi

18-20 iyun tarixlərdə İranın Ərdəbil şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının “II Səhiyyə Turizmi Konfransı və Sərgisi” keçirilib. 

Təşkilata üzv 10 ölkə­dən, o cümlədən üzv olmayan Oman, Rusiya və İraqdan olan nümayəndələr, habelə İrandakı bir sıra diplomatik nümayəndəliklərin və xarici qeyri­-hökumət təşkilatlarının təmsilçilərinin təmsil olunduğu tədbir keçirilib. Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov da iştirak edib.

İran İslam Respublikasının Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası sədrinin beynəlxalq məsələlər üzrə müavini, konfransın icraçı katibi Məhəmmədrza Kərbasi tədbirin məqsədi və əhəmiyyəti barədə məlumat verib. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında səhiyyə turizmi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarından danışıb.

Baş konsul Əliyənnağı Hüseynov Ərdəbil valisi, şəhər bələdiyyəsinin sədri, Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının rəhbəri, İranın Xarici İşlər Nazirliyinin Ərdəbil vilayətindəki nümayəndəliyinin rəhbəri ilə görüşüblər. Qarşılıqlı maraqdoğuran bir sıra məsələlər müzakirə edilib. Baş konsul ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında səhiyyə turizmi sahəsində təbii resursların və geniş imkanların mövcud olduğunu bildirilib. Duzdağ Fizioterapiya Mərkəzinin bu baxımdan əhəmiyyətini vurğulayıb.

Sərgidə Naxçıvan Muxtar Respublikasının turizm bölgələri və mineral sularına dair təbliğat materialları nümayiş etdirilmiş və sərgi iştirakçılarına paylanılıb.

Misirin Sharm El Sheikh şəhərinə turlar başladı – Go Travel

0
Sharm El Sheikh - Go Travel

ƏZİZ MÜŞTƏRİLƏRİMİZ,

Bu gündən etibarən ? Misirin Sharm El Sheikh şəhərinə TURLARIMIZ BAŞLADI. Uçuşlar 18.07.2019-cu il tarixindən başlayaraq hər həftənin cümə axşamı günləri “SUNDAY AIRLINES” aviaşirkəti ilə birbaşa olaraq həyata keçiriləcək.

Sharm El Sheikh turpaketinə daxildir:

✈Aviabilet (20 kq və 10 kq əl yükü daxil)
?Otel
?Grup transferi
?Səyahət sığortası

❗Viza, Sharm El Sheikh Hava Limanında 25 usd ödəməklə alınır.