Dövlət Turizm Agentliyi çimərliklərdə monitorinq aparmağa başlayıb.
Bunu qurumun Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, monitorinqin məqsədi bütün vətəndaşların çimərliklərdən istifadəsinə imkan yaratmaqdır: “Dünya təcrübəsində çimərliklər ictimaidir və bizdə də belə olmalıdır. Bütün insanlar çimərliklərdən istifadə etməlidirlər. Hansısa şirkət yalnız xidmət göstərirsə, bunun üçün xidmət haqqı ala bilər. Monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək. Çimərliklərdə həm mövcud vəziyyəti, həm də xidmətləri müəyyən etmək istəyirik. Dövlət Turizm Agentliyi olaraq monitorinqin nəticələrini dövlət strukturlarına təqdim edəcəyik. Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olmalıdır. Yayın sonunda Azərbaycan üzrə ümumi vəziyyətin nəticələri hazır olacaq. Nəticələrdən asılı olaraq təkliflər hazırlayıb, müvafiq qurumlara təqdim edəcəyik”.
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu avqustun 1-dən fərqli qiymətlərlə xidmət göstərəcək”.
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
O bildirib ki, xarici vətəndaşlar üçün qoruğa giriş 9 manat olacaq: “Turizm şirkətləri əvvəldən saziş bağlayıblarsa və buna dair sübutları olsa onlara köhnə qiymətlər tətbiq ediləcək. Yerli turistlər üçün qoruğa giriş 2 manatdır. Eyni zamanda bəzi sosial təbəqələr üçün biletlərin qiymət fərqli olacaq. Belə ki, tələbələr üçün bilet 1 manat, məktəblilər üçün isə pulsuz olacaq”.
F.Nağıyev əlavə edib ki, gün ərzində “Yanardağ“a 500-700 əcnəbi turist gəlir və hazırda da artım müşahidə edilir: “Yerli əhali də bura gəlməyə maraqlıdır. Təbliğatı davam etdirməliyik, otellər, turizm informasiya mərkəzlərində “Yanardağ“la məlumatlar olacaq”.
Azərbaycanın Abşeron yarımadasındakı kurortlar MDB ölkələri kurortlarının ilk beşliyinə daxildir.
Rusiyanın “TurStat” analitik agentliyi 2019-cu ilin yayında MDB məkanında istirahət etmək üçün ən yaxşı və ən populyar kurortların reytinqini tərtib edib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan kurortları MDB məkanında ən populyar kurortlar hesab edilib.
Agentlik bildirir ki, yay mövsümündə MDB ölkələrinə turizm səfərlərinin əsas üstünlükləri bu ölkələrə gediş-gəlişin vizasız olması, yerli sakinlərin rus dilini bilməsi, qonaqpərvərliyi, istirahətin çox baha olmaması, dadlı yerli yeməklər və bol meyvələrdir.
Azərbaycanın Abşeron yarımadasındakı kurortlar MDB ölkələri kurortlarının ilk beşliyinə daxil edilib.
MDB ölkələrinin kurortlarının reytinqi rusiyalı turistlər tərəfindən həmin kurortlara səfərlərin və kurortlarda infrastruktur baxımından inkişaf səviyyəsinin təhlilinin nəticələri əsasında tərtib edilib.
“TurStat” agentliyinin məlumatına görə rusiyalı turistlər yayda MDB kurortlarına 7-14 günlüyə istirahətə üçün gəlirlər. Bu kurortlarda turistlərin yay istirahət büdcəsi sutkada 50-110 dollar həddindədir. MDB kurortlarından ən ucuzları İssık-Kul (sutkada 50 dollar) və Burabay (sutkada 70 dollar)-dır. Ən bahalıları isə Abşeron yarımadasındakı Bilgəh və digər kurortlardır. Bakıda, Xəzər dənizi sahilində yerləşən bu kurortlarda istirahət sutkada 110 dollara başa gəlir.
Rusiyalı turistlər MDB kurortlarına əsasən Moskva şəhərindən və Moskva vilayətindən, Sankt-Peterburq, Cənubi Ural və Şərqi Sibir regionlarından gəlirlər.
Bu gündən etibarən Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslərə başlayıb.
Reysin açılış mərasimi baş tutub.
Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze bildirib ki, Batumiyə reysin açılması mühüm hadisədir:
“Birbaşa reyslərin olması iki ölkə arasında turizm sahəsinin inkişafına daha da dəstək verəcək. Batumi turizm şəhərdir. Əminəm ki, ora gedən insanlar çox gözəl vaxt keçirəcəklər”.
Bu lou-kosterin Gürcüstanda ikinci istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir. Batumi Tbilisidən sonra Gürcüstanın məşhurluğuna görə ikinci turizm şəhəridir.
“Azərbaycan Hava Yollar” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev bildirib ki, “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslərə başlaması əlamətdar hadisədir:
“Bu yeni reysin istiqaməti iki ölkə arasında turizmin inkişafına şərait yaradacaq. Bu reysdən istifadə edən insanların sayının çox olması gözlənilir. Bu mövsümdə “Buta Airways”in açılan son reysidir. Şirkət bir neçə istiqamətdə öz reyslərini açıb. Şirkətin təklif etdiyi qiymətlər insanların büdcəsinə uyğundur”.
Aviaşirkətin digər istiqamətləri kimi, Bakı-Batumi istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə – cümə və bazar günləri yerinə yetiriləcək.
Lou-kost aviaşirkət olaraq, “Büdcə” minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də, təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
Cari il Oğuz rayonuna 16 min 500 nəfərdən çox turist gəlib. Gələnlərin 1100 nəfərini xarici turistlər təşkil edib.
Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.
Son illər Oğuzda müasir turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hazırda rayonda 32 turizm və ailəvi istirahət mərkəzi fəaliyyət göstərir. İstirahət mərkəzlərində turistlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Əsrarəngiz təbiəti olan Oğuz rayonu qədim tarixi abidələri ilə də turistlərin diqqətini çəkir. Hazırda rayonda dövlət qeydiyyatına götürülmüş 39 tarix və mədəniyyət abidəsi mövcuddur. Alban məbədləri, sinaqoqlar, kurqanlar, Muxas qülləsi, Surxayxan qalası, qədim məscidlər tarixilik baxımından turistlər üçün böyük maraq kəsb edir.
Rayonda kənd yaşıl turizm növü də getdikcə geniş yayılmaqdadır.
? – Tarix avqust ayına 1 nəfər üçün nəzərdə tutulmuşdur ❗Qiymətə daxildir: ✈ – Aviabilet (gediş-dönüş) ? – 23kq baqaj + 10kq əl yükü ? – Otel (5 gecə / 6 gün) ? – Qidalanma gündə 5 dəfə (All inclusive) ? – Səyahət Sığortası ? – Transfer (Hava limanı – Otel arası nəqliyyat) ? – Hədiyyə (Dubay turu)
“Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş ərsəyə gələn kimi, bu, iqtisadi imkanların artmasına da yardım edəcək“.
“Report”un məlumatına görə, bunu Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han bu gün Bakıda işə başlayacaqAİ-Azərbaycan Biznes Forumundan əvvəl jurnalistlərə deyib.
“Forum biznes sahəsində əlverişli mühitin təşviq edilməsi üçün çox faydalı platformadır. Burada Aİ və Azərbaycan şirkətləri arasında əməkdaşlıq çiçəklənə bilər. Aİ və Azərbaycandan olan bütün biznes nümayəndələrinin fikirlərini eşitmək, onların çətinlikləri və gördükləri imkanlarla tanış olmaq mühümdür. Əminəm ki, Aİ-Azərbaycan arasında yeni saziş ərsəyə gələn kimi bu, iqtisadi imkanların artmasına da yardım edəcək”.
Komissar Y.Han Biznes Forumun açılış sessiyasında Aİ və Azərbaycanın yüksək səviyyəli digər hökumət nümayəndələri ilə birgə çıxış edəcək.
Biznes Forumda Almaniya-Azərbaycan Ticarət Palatası (AHK) Aİ-nın dəstəklədiyi “Aİ Biznes Mühiti Hesabatı – Azərbaycan 2019″ sənədini təqdim edəcək. Bunun nəticələri Aİ-Azərbaycan biznes münasibətləri üçün əlverişli mühitə yönələn canlı müzakirələr üçün başlanğıc nöqtəsi olacaq. Qarşılıqlı əlaqə, kənd təsərrüfatı və turizm sahəsində keçiriləcək panel müzakirələrində sektor üzrə spesifik strategiya və layihələrə dair fikir mübadiləsi aparılacaq.
İyunun 12-də əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Xatırladaq ki, 2017-ci il dekabrın 29-da Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olmuşdu. Dövlət başçısı o zaman buradakı çatışmazlıqları və qeyri-məqbul şəraitin olduğunu qeyd edərək, bunun ölkəmizin ümumi inkişaf səviyyəsinə uyğun gəlmədiyini bildirmişdi. Prezident İlham Əliyev oradaca qoruqdakı şəraitin qısa müddət ərzində müasir səviyyəyə çatdırılması barədə aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq vermişdi.
Yanardağ
Dövlətn başçısı qoruğun rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev
Dövlət Turizm Agentliyinin sədri Fuad NağıyevPrezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verib.
Bildirilib ki, qoruq yeni konsepsiyaya uyğun olaraq bərpa edilib. Abşeron rayonunun Məmmədli kəndində yerləşən Yanardağ abidəsinin ərazisi Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli müvafiq qərarına əsasən Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir. Dövlətimizin başçısının ötən ilin iyulunda imzaladığı Sərəncama əsasən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması və ərazisində yeni turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Qoruğun bərpası Dövlət Turizm Agentliyinə həvalə olunub.
Aparılan yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 64,55 hektar olan qoruğun ərazisində 3 tematik zonadan ibarət muzey, açıq hava konsertləri üçün nəzərdə tutulan 500 nəfərlik amfiteatr, sənətkar emalatxanaları və mağazalar, yerli sənətkarlar tərəfindən keramika, şüşə, taxta və parça kimi təbii materiallardan hazırlanan suvenirlərin satışı məntəqəsi, parkinq turistlərin ixtiyarına verilib. 2007-ci ildən qoruq statusuna malik olan Yanardağda, həmçinin ərazidə tapılan, yerli əhali tərəfindən istifadə edilmiş qədim daşlar və sənətkarlıq nümunələrinin, qaval daşının nümayiş etdirildiyi açıq hava muzeyi yaradılıb. Bundan əlavə, qoruq ərazisində yerli gənc rəssamların əsərlərinin nümayiş olunduğu kafe, əyləncə zonası, uşaqlar üçün oyun meydançası fəaliyyət göstərəcək. Fiziki məhdudiyyətli şəxslərin Yanardağ alovunun ətrafına enməsi üçün xüsusi yol çəkilib. Bütövlükdə qoruq ərazisi abadlaşdırılaraq müxtəlif ağaclar əkilib.
Yanardağ
Qoruğun tərkibində Yanardağ
Əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir.
Yanardağ
Ölkəmizdə mövcud olan tarixi, dini, mədəni abidələrin bərpası dövlət siyasətində mühüm yerlərdən birini tutur. Prezident İlham Əliyevin diqqəti sayəsində bu cür obyektlərin təmiri, bərpası, yenidən qurulması istiqamətində çox böyük işlər görülüb. Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması və ərazisində yeni turizm infrastrukturunun yaradılması da bu istiqamətdə görülən işlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Azərbaycanda dövlət səviyyəsində bu istiqamətdə həyata keçirilən işlərə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da sanballı töhfələr verir. Bu layihələrin icrası bir neçə mühüm amili birləşdirir. İlk növbədə, bu işlər tarixi, dini, mədəni abidələrə dövlətimiz tərəfindən nə qədər həssaslıqla yanaşıldığını göstərir, Azərbaycanın qədim, tarixi diyar olduğunu bir daha sübut edir. Bundan başqa, turistləri cəlb etmək baxımından da “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması mühüm rol oynayır.
“Yanardağ” qoruğunda görülən işlərlə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.