Ev Blog Səhifə 216

Dubaya qayıdış

0
Dubay

Bir dəfə səfər etdikdən sonra oraya yenidən qayıtmaq istədiyin yerlər dünyada az deyil. Görünür, azərbaycanlılar üçün bu siyahıya populyar istiqamətlərdən biri olan Dubay asanlıqla başçılıq edə bilər. Bu şəhər buraya gələn heç kimi darıxmağa qoymur. Adama elə gəlir ki, müasir dövrün bütün görməli yerləri burada cəmlənib. Lakin Dubay burada əmələ gələn yeniliklərin siyahısını görünməmiş sürətlə hər il artırır. Əmirliklər artıq illərdir ki, dünyada modanın qanunvericisi kimi qəbul edilir. Buna görə də moda aləmində tendensiyalardan xəbər tutmaq istəyən turistlərin hər il bu şəhərə qayıtmaqdan başqa əlacları qalmır.

“La Mer” – zavod borularının simfoniyası

Dubay xırdaçılıqlara öyrəşməyib. Praktik olaraq hər il burada təkcə görməli yerlər deyil, həm də spesifik xüsusiyyəti olan və estetik bəzədilmiş bütöv məhəllələr yaradılır. Biz artıq ötən il şəhərin mərkəzində yerləşən “Business Bay” işçi məhəlləsindən və “City Walk” moda məhəlləsindən danışmışdıq. İndi isə Ərəb körfəzinin sahilində yerləşən “La Mer” (fransızcadan tərcümədə “dəniz”) adlı qeyri-adi kurort zonası barədə söhbət açmaq istəyirik. Kurort şəhərdən kənarda, dəbdəbəli “Pearl Jumeirah” və “Jumeira Bay” rayonlarının arasında yerləşir.

“La Mer”də 130-dan çox mağaza, kafe və restoran yerləşir. İstirahət edənlərə “Laguna” akvaparkı, 2,5 kilometr uzunluğunda çimərliklər, uşaq meydançaları və müxtəlif cür əyləncələr, o cümlədən regionda ilk sörfinq parkı xidmət göstərir.

Yeni ərazinin əsas xüsusiyyəti onun sənaye zonası kimi başa düşülən qeyri-adi tərtibat üslubudur. ABŞ-da və Avropada baxımsız qalmış sənaye obyektlərinin yaradıcı peşələrin nümayəndələri tərəfindən kirayəyə götürülərək onları studiyalara və art-meydançalarına çevirməsi kimi misallar az deyil. Bu zaman əvvəlki sənaye zonasının estetikasının saxlanılması məkana xarakterik gözəllik verir.

La Mer”in mərkəzi hissəsindəki obyektlərin əksəriyyəti: kobud şəkildə hörülmüş divarlar, tirlər, borular, paslanmış pilləkənlər, metal armaturlar, su qüllələri art-sənaye üslubuna yaxşıca uyğunlaşdırılıb. Bütün bunlar hay-tek stilinin elementləri və müasir rahatlıqla ahəng təşkil edir. Hər yerdə maraqlı instalyasiya, kiçik fəvvarələr və bağçalar görmək mümkündür.

Tərtibata baxmayaraq, “La Mer” ailəvi istirahət üçün tam uyğundur. Burada ən gənc ziyarətçilərə xüsusi diqqət ayrılıb. Uşaqlar üçün hərəkət edən ekskavator və qaldırıcı kran modellərinin olduğu tikinti meydançası nəyə desən dəyər. Hansı balaca oğlan ekskavator sürmək, çalov ilə çuxur qazmaq və ya kranın operatoru olmaq, bir sözlə özünü əsl inşaatçı kimi hiss etmək istəmir?! Bu, sizin üçün qumluqda qurdalanmaq deyil!

Yaponiyanın ictimai parklarında geniş yayılan və Şərqi Asiyanın hüdudlarından kənarda ilk dəfə quraşdırılan hava ilə doldurulmuş “Hawa Hawa” meydançası da kiçik ziyarətçilərə çox maraqlı gəlir. Ərazisi demək olar ki, təpələri olan enli talaya bənzər nəhəng batutla döşənib. Burada təhlükəsiz atılıb-düşmək və oynamaq mümkündür.

Yeni rayonun (“Meraas” holdinq) müəlliflərinin sözlərinə görə, “La Mer”ə mağazalar, kafe və restoranlar əlavə edilərək daha genişlənəcək. Burada, həmçinin süni yaradılan iki yarımadada otel və yaşayış kompleksinin tikintisi planlaşdırılır.

Buraya necə getmək olar: dənizin kənarında yerləşməsi heç də şəhərdən aralı olması mənasını vermir. “La Mer” rayonuna “Business Bay” metro stansiyasından (“Bürc-Xəlifə”/“Dubai Mall”la qonşu stansiya) 9 nömrəli avtobusla çox asanlıqla, təxminən 20 dəqiqə ərzində çatmaq olar. Lakin taksi ilə bu yolu daha tez qət etmək mümkündür.

Yeni tərzdə özbək mətbəxi

Dəniz dalğalarının sədaları altında proletar eklektikliyindən doyunca həzz aldıqdan sonra biz yaxınlıqdakı “OSH” restoranında yemək qərarına gəldik. Burada müasir interpretasiyada ənənəvi özbək mətbəxi təqdim olunur (“oş” elə Azərbaycanın “aş”ıdır, yəni “plov”). İlk belə restoran Londonda, indi isə Dubayda açılıb.

Maraqlıdır ki, restoranın menyusundakı bütün yeməklər orijinal resept üzrə hazırlanır, “interpretasiyanın müasirliyi” isə süfrəyə verilmə tərzində, qabın formasında və digər üslub nüanslarında ifadə olunur. Hətta restoranın mətbəxindəki aşpazların bəziləri özbəklərdir, ərzaqların xeyli hissəsi birbaşa Özbəkistandan gətirilir.

Restoranın binası ən müasir stildə yaradılıb və “La Mer” rayonunun bəzəyinin ümumi konsepsiyasından azacıq da olsa kənara çıxmır. Şəhər landşaftının üfüqünə doğru uzanan mənzərəli açıq terrasda oturaraq yemək sifariş verdik.

Özbək mətbəxinin Azərbaycan mətbəxi ilə oxşarlığı çoxdur. Bu səbəbdən də çox fikirləşmədən biz əvvəlcə plov və lülə kabab sifariş etdik. Əsas xörəkləri gözləyərkən biz özbək samsasının və çeburekisinin dadına baxmaq qərarına gəldik. Samsa ətli və kartoflu içliklə pirojkini xatırladır. Çebureki isə bizim ətli qutabın demək olar ki, eynisi imiş. Fərq yalnız ondadır idi ki, çeburekini sacda yox, fritürdə qızardırlar.

Yeməklərin süfrəyə verilmə orijinallığını biz yalnız alkoqolsuz firma kokteyllərinin gətirildiyi zaman tam qiymətləndirə bildik. Belə ki, marakuyalı ekzotik kokteyl buzla doldurulmuş taxta qutuda verildi. Qutunun içərisinə marakuya meyvəsinin yarısı, moruq, darçın çubuğu və bir az tər nanə (kokteylin əsas inqrediyentləri) qoyulur. Maye özü laboratoriya kolbasını xatırladan qabın içindədir. Konstruksiyada ayrılan xüsusi oyuq buzla doldurulub. Hər hansı başqa yerdə bu cür qəliz təqdimat bizi çox təəccübləndirərdi, “La Mer” rayonu ərazisində yerləşən “OSH” restoranında isə belə olmadı, çünki burada son dərəcə harmonik görünürdü.

Buraya necə getmək olar: “La Mer” rayonunun şimal hissəsindəki 703-cü tikili hər gün səhər saat 7-dən gecə saat 2-dək işləyir.

“VR Park” – şəhərin iç üzü

Dubaya getmək və “Dubai Mall”da olmamaq – bunu təsəvvür etmək qeyri-mümkündür! Bakıda şəhər sakinləri və turistlər “Torqovaya” küçəsinə getməyə, özlərini göstərməyə və başqalarına baxmağa can atdıqları kimi Dubayda da buraya gedirlər. Dünyanın ən böyük ticarət-əyləncə kompleksi artıq çoxdan bəri coşqun şəhər həyatının gizli mərkəzinə çevrilib. Biz, həmçinin nəzakət xatirinə də bunu etməliydik, özü də buna səbəb vardı – “Dubai Mall”da ilk dəfə olaraq Yaxın Şərqdə və dünyada “VR Park”, başqa sözlə, həm virtual, həm də reallıqlarla dolu park açılmışdı.

Yeddi min kvadratmetr sahəyə malik parkın sahibi əyləncələr, asudə vaxt konsepsiyasının və regionda pərakəndə satışın banisi “Emaar Entertainment” şirkətidir ( “Dubai Mall”u və “Bürc-Xəlifə”ni məhz “Emaar” idarə edir).

Parkın girəcəyində qonaqları onlarda maraq oyada biləcək instalyasiya qarşılayır: divara və tavana ziyarətçilərin başları üstündə şəhərin “Bürc-Xəlifə” və digər göydələnlərinin bərkidildiyi maketi sallanıb. Burada müəlliflərin dəstxəti aşkar hiss olunur: başgicəlləndirici macəralara hazır olun!

İki səviyyədə yerləşən “VR Park” adrenalin əyləncələri həvəskarlarını həqiqətən heyrətə gətirən attraksionlar təklif edir. Bunların klassik attraksionlardan əsas fərqi ondadır ki, əksər hallarda sizə eynək geyinmək lazım gələcək. Belə ki, “Amerika təpəcikləri”ndə əylənərkən siz parkın interyerini deyil, deyək ki, Dubayın gələcəyini, məsələn, 2050-ci ildə (“Dubai Drone” attraksionu) təxminən hansı vəziyyətdə olacağını görə bilərsiniz. “Burj Drop” qüllə attraksionunun sərbəst düşmə ssenarisi isə hər kəsə özünü “Bürc-Xəlifə” göydələninin şüşələrinin təmizləyicisi qismində təsəvvür etməyə şərait yaradır. Lakin bir an hər şey olduğu kimi getmir, burazlar bir-birinin ardınca qırılır və siz dünyanın ən hündür binasından aşağı uçursunuz. Bu cür əyləncələr kifayət qədərdir: əqrəb, ilan və digər həşəratların qaynaşdığı səhrada cip sürmək, özünü bolidin pilotu hesab etmək və ya simulyatorda paraşütlə tullanmış kimi hiss etmək mümkündür. Bəzi attraksionlarda eynəklə yanaşı, sizə coystiklər də verilir. Onların köməyi ilə silahı seçə və silahdan istifadə edə, ssenaridə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirə bilərsiniz.

Beləliklə, müxtəlif yaşlarda olan ziyarətçilər bu parkda özlərinə maraqlı əyləncələr tapa bilərlər. Bununla yanaşı, attraksionların əksəriyyəti virtual məkanda eyni vaxtda bir neçə istifadəçi üçün nəzərdə tutulub.

Lakin bunun bir əmması var: əgər siz 3D-yə həssassınızsa, o zaman üçölçülü attraksionlara həddən artıq aludə olmayın, vestibülyar aparatı yükləməməkdən ötrü fasilələr edin.

Buraya necə getmək olar: park “Dubai Mall”da, 2-ci səviyyədə yerləşir. İş vaxtları: şənbə-cümə axşamı – 09:00-12:00-dək; cümə – 09:00-01:00-dək. Biletlərin qiyməti 110 dirhəmdən başlayır (hər hansı 7 attraksiondan istifadə seçimə görədir).

“Bürc-Xəlifə” “At the Top” – başınız buludlara dəyir

Müşahidə meydançalarının ziyarəti hər hansı şəhər ilə tanışlıqda ayrılmaz bənddir. Xüsusən Dubayda, dünyanın ən hündür göydələni – “Bürc-Xəlifə”nin zirvəsindən ətrafa diqqət yetirmək mümkün olan məkanda. “At the Top” adlanan bu xidmət turistlər arasında çox populyardır. Əslində “Bürc-Xəlifə”də bir neçə ümumi müşahidə meydançası var. Bu sıraya 124-cü və 125-ci mərtəbələrdə və 148-ci mərtəbədə (“At the Top SKY”) olanlar daxildir. İkincisi dünyada ən hündür müşahidə meydançası hesab edilir. Təbii ki, bu meydançalara biletlərin dəyəri müxtəlifdir: müvafiq olaraq, 141 dirhəmdən 370 dirhəmədək.

Bütün ekskursiya boyunca sizi göydələnin inşası barədə audiovizual məlumat müşayiət edir. Belə ki, sürətli liftdə qalxan zaman multimedia təqdimatında Dubayın təsirbağışlayıcı tarixi və göydələnin tikintisindən danışılır.

2004-cü ildə başlayan tikinti işləri rekord sürətlə gedib: ilk üç il ərzində artıq 150 mərtəbə hazır olub. Qüllənin təntənəli açılış mərasimi 2010-cu ildə təşkil edilib. Dubayın işgüzar həyatının episentri olan bu binada hazırda qlobal şirkətlərin ofisləri, şəxsi iqamətgahlar və otellər yerləşir.

Dünyanın ən hündür binası olan “Bürc-Xəlifə” (828 metr – qüllənin şpilini 95 kilometr məsafədən görmək mümkündür) ən çox mərtəbəsinə, ən uzun distansiyaya malik liftinə və hündürdə yerləşən şəxsi iqamətgahlarının sayına görə Ginnessin Rekordlar Kitabına daxil edilib.

Dünyanın ən sürətli ikipalubalı lifti saniyədə 10 metr sürətlə ziyarətçiləri bir göz qırpımında 125-ci mərtəbəyə qaldırır. Orada dəniz səviyyəsindən 456 metr hündürlükdə şəhərin dairəvi panoramından zövq almaq mümkündür. Buludsuz günlərdə isə hətta ucsuz-bucaqsız səhra mənzərəsini də izləmək olar.

Əgər siz 148-ci mərtəbəyə bilet almısınızsa, o zaman lift sizi 555 metr yüksəkliyə qaldıracaq, orada sizi bələdçinin müşayiəti ilə ekskursiya, həmçinin geniş hollda sərinləşdirici içkilər gözləyir. Bundan sonra istəsəniz, liftdən istifadə edərək 124-cü 125-ci mərtəbələrdəki meydançaya baş çəkə bilərsiniz.

“Rove Dubai Marina” – cəlbedici otel

Emaar” şirkəti “Dubai Mall” və “Bürc-Xəlifə” kimi irimiqyaslı layihələri idarə etməklə bərabər, həm də aşağıbüdcəli müəssisələrlə məşğul olur. Onların sırasında olan “Rove” yeni otellər şəbəkəsi münasib qiyməti və yüksək səviyyəli xidməti ilə bizi heyrətləndirdi.

Bizə “Rove Dubai Marina” otelində iki gecə keçirmək nəsib oldu. Otel şəhərin eyniadlı rayonunda, “Jumeirah Lake Towers” metro stansiyasından piyada təxminən 15 dəqiqəlik məsafədə yerləşir. Bununla yanaşı, otel üçulduzludur, bahalı deyil və olduqca orijinaldır. Burada hər bir xırdalıq nəzərə alınıb, hər detala diqqət ayrılıb.

Otelin müasir interyeri orijinal aksesuarlarla (vestibüldə yanacaq çəlləyi və qraffiti, yaxud divarda işıqfor – necədir?) və maraqlı yazılarla bəzədilib. “Bu, yəqin ki, həmin yer olmalıdır”, “Mən burada olmuşam”, “Yu və get, işinlə məşğul ol” (camaşırxanada) və s. kimi maraqlı sözlər ziyarətçilərin əhval-ruhiyyəsini qaldırmaq üçün nəzərdə tutulub.

Otelin işıqlı və lazımınca geniş nömrələri, rahat vanna otağı var. Çarpayılardakı döşəklərin dizaynı istirahət üçün xoş əhval yaradır, hər otaqda smart-televizor qoyulub. Səhər yeməkləri doyumlu və müxtəlif çeşidlidir.

Mehmanxanada hovuz, gecə-gündüz fəaliyyət göstərən fitnes mərkəzi, fasiləsiz işləyən ərzaq mağazası, ödənişsiz camaşırxana, saxlama kamerası və digər rahatlıqlar mövcuddur. Razılaşın ki, iki adamın bir gecə qalması təqribən 40 avro olan bir otel üçün bu şərait heç də pis deyil?!

Sözardı əvəzi

Dubaya səyahətimiz hələ başa çatmayıb. Gələn reportajımızda biz sizə Dubayın tam mərkəzində açılan ekzotik heyvanların olduğu yeni “Green Planet” tropik atriumu, “Platinum Heritage” şirkəti tərəfindən təklif edilən səhrada dəvə karvanı ilə müşayiət olunan safari səyahəti barədə, “IMG Worlds of Adventure” attraksionlar parkına ziyarət və s. barədə danışmağı planlaşdırırıq.

Azərbaycan aeroportlarının sərnişin dövriyyəsi açıqlandı

0
Azərbaycan hava limanı

2019-cu ilin ilk beş ayı ərzində Azərbaycanın hava limanları 1,85 milyon sərnişinə xidmət göstərib. Bunun da 1,57 milyon nəfəri paytaxt aeroportu – Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Bu da ötən ilin analoji göstəricisindən 10 min sərnişin çoxdur.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, göstərilən müddət ərzində Bakının hava limanının baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” müvafiq olaraq 649 min177 min sərnişin daşıyıb.

Bakının hava limanın beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 1,36 milyon təşkil edib. Bunun da 32,2 faizi AZAL-ın, 13 faizi “Buta Airways”in payına düşüb. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 54,8 faiz təşkil edib.

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu il may ayının 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərib. Onlardan 57-si çarter reysləri, 10-u isə “FlyDubai”, “AirArabia”, “SCAT”, “IsrAir”, “Jazeera” və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşüb. Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil edib.

Hazırda 27 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula, Qəbələdən Moskvaya birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Paytaxt hava limanı ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq edib, həmçinin maksimal “5 Ulduz” statusuna layiq görülüb. 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə 10 milyona qədər sərnişin dövriyyəsi ilə ən yaxşı hava limanı seçilib.

Gürcüstanın turizmdən builki gəliri 1 mlrd. dolları ötüb

0
Gürcüstan

Bu ilin yanvar-may aylarında Gürcüstanın beynəlxalq turizmdən gəliri 1,1 mlrd. dollar təşkil edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə gəlir 101 mln. dollar və ya 9,8% artıb.

Yalnız may ayında qonşu ölkə turizmdən 281 mln. dollar gəlir əldə edib. Bu da ötən ilin eyni göstəricisindən 35 mln. dollar və ya 14,2% çoxdur.

Qeyd edək ki, bu ilin il beş ayında Gürcüstana 2 988 478 əcnəbi səfər edib. Turistlərin sayı 1 655 163 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 121 378 nəfər və ya 7,9% çoxdur.

Mayk Pompeo: “Gürcüstan ABŞ-ın strateji tərəfdaşıdır”

0
Mayk Pompeo

“Gürcüstan ABŞ-ın strateji tərəfdaşıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə keçirdiyi görüşdən sonra birgə brifinqdə deyib.

M.Pompeo Gürcüstanın beynəlxalq turizm mərkəzi və qlobal təhlükəsizliyə töhfə verən ölkə olduğunu deyib.

Dövlət katibi ABŞ və Gürcüstan arasında müdafiə, təhlükəsizlik, ticarət və energetika sahələrində uğurlu əməkdaşlığın olduğunu qeyd edib.

M.Baxtadze, öz növbəsində, bildirib ki, Gürcüstanın bir çox nailiyyətləri ölkənin ABŞ-la uğurlu strateji tərəfdaşlığının birbaşa nəticəsidir: “Son 10 il ərzində biz ABŞ-la dinamik, hərtərəfli əməkdaşlığı inkişaf etdirmişik və prezident Trampın dövründə bizim əlaqələr yüksək səviyyəyə çatıb”.

M.Pompeo prezident Tramp və ABŞ hökumətinin adından bildirib ki, Gürcüstan NATO-ya üzvlük yolunda ABŞ-ın dəstəyindən məhrum olmayacaq:

“NATO-nun Əfqanıstandakı sülh missiyasına, ümumilikdə, 870 gürcü əsgər öz töhfəsini verib. Gürcüstan bununla yanaşı müdafiə qüvvələrinin NATO qüvvələri ilə inteqrasiyasına nail olmaq üçün hər şey edir. Bu istiqamətdə əlavə uğur bizim strateji məqsədlərimizi də gücləndirəcək, belə ki, Alyans Gürcüstanla Qara dəniz regional təşəbbüs formatında əməkdaşlığı davam etdirir.

Gürcüstan baş nazirinin ABŞ-a səfəri çərçivəsində D.Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla da görüşü nəzərdə tutulub.

BU İL ƏN ÇOX BRON EDİLƏN QAYNAR ?BELEK? TURLARl – Go Travel

0
Belek


? – Tarix avqust ayına 1 nəfər üçün nəzərdə tutulmuşdur.

Qiymətə daxildir
✈ – Aviabilet (gediş-dönüş) 
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (6 gecə / 7 gün)
? – Qidalanma gündə 5 dəfə (All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Dubay turu)

?CRYSTAL WATERWORLD RESORT (5*) – 690 usd 
?CRYSTAL PARAISO VERDE RESORT (5*) – 720 usd
?CRYSTAL BOUTIQUE BEACH RESORT (5*) – 735 usd 
?LYKIA WORLD & LINKS GOLF ANTALYA (5*) – 735 usd
?AYDINBEY FAMOUS (5*) – 760 usd
?SENSITIVE PREMIUM RESORT & SPA (5*) – 780 usd
?SIAM ELEGANCE (5*) – 800 usd 
?INNVISTA HOTEL (5*) – 800 usd
?AYDINBEY QUEEN’S PALACE (5*) – 838 usd 
?ADORA GOLF RESORT HOTEL (5*) – 840 usd
?CESARS TEMPLE DE LUXE HOTEL (5*) – 840 usd 
?MARITIM PINE BEACH RESORT (5*) – 850 usd 
?CRYSTAL FAMILY RESORT & SPA (5*) – 860 usd 
?SIRENE BELEK HOTEL (5*) – 860 usd 
?ORANGE COUNTY BELEK (5*) – 866 usd 
?CRYSTAL TAT BEACH (5*) – 870 usd 
?SHERWOOD DREAMS RESORT (5*) – 890 usd 
?BELEK BEACH RESORT HOTEL (5*) – 897 usd
?ALVA DONNA EXCLUSIVE HOTEL (5*) – 990 usd
?ARMA’S LIFE BELEK (5*) – 940 usd 
?LETOONIA GOLF RESORT (5*) – 925 usd
?KAYA BELEK HOTEL (5*) – 990 usd 
?PORT NATURE LUXURY RESORT (5*) – 996 usd
?GRANADA LUXURY BELEK (5*) – 1000 usd 
?SPICE HOTEL & SPA (5*) – 1055 usd 
?KIRMAN HOTELS BELAZUR RESORT (5*) – 1070 usd 
?GURAL PREMIER BELEK (5*) – 1130 usd
?LIMAK ARCADIA GOLF (5*) – 1190 usd 
?TUI MAGIC LIFE MASMAVI (5*) – 1200 usd 
?IC SANTAI HOTELS FAMILY RESORT (5*) – 1470 usd

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200

Qara Dəniz sahillərini bizimlə kəşf edin – Go Travel

0
Batumi

?Çimərlik sezonuna Batumi ilə start verməyə nə deyirsiniz?Bu yay Qara Dəniz sahillərini bizimlə kəşf edin!
Batumi sahil boyu bulvarı ilə məşhurdur. Burada gəzərkən şəhərin bir çox maraqlı diqqətəlayiq yerlərini görə, ecazkar mənzərənin gözəlliyindən həzz almaq mümkündür.

Sizi “Möcüzələr Parkı” gözləyir. Bu, Batuminin görməli yerlər kompleksidir: “Əli və Nino” heykəltəraşlıq kompozisiyası, Əlifba qalası, (və ya gürcü əlifbasının hərfləri Qalası) mayak, attraksion-panoram.
?470 AZN ?
?Qiymət otaqda 2 nəfər qalmaq şərti ilə 1 nəfər üçün göstərilmişdir.
?Yerlərin sayı məhduddur.
✈Aviabilet Bakı-Batumi-Bakı
( baqaj – 23kq, 10 kq – əl yükü;)
?Seçilmiş oteldə yerləşmə
?Səhər yeməyi
?Sığorta

Türkiyənin tanınmış bloqqeri Azərbaycanı dünyaya tanıdır – FOTOLAR

0
Saleh Seçkin Sevinc

Türkiyənin tanınmış bloqqeri Saleh Seçkin Sevinc Azərbaycanın müxtəlif bölgələrinə səyahət edərək məqalələr dərc edib. 

Tanınmış bloqqer bu günlərdə Azərbaycana səfəri zamanı Bakıda, Gəncədə, Göygöl və ətraf bölgələrdə olub. Yerli mədəniyyət nümunələri ilə, milli mətbəx və ölkənin turizm potensialı ilə tanış olub.

Türkiyəyə qayıtdıqdan sonra S.S.Sevinc səfəri ilə bağlı müxtəlif dildə silsilə reportajlar hazırlayıb. 

O, reportajlarında Azərbaycan mətbəxənin və mədəniyyətinin Qafqazda qədimliyindən və zənginliyindən, eyni zamanda ölkəmizin turizm potensialından ətraflı məlumat verib. Dünya turistlərini Azərbaycana dəvət edib.

Polşanın turizmdən əldə etdiyi gəlirin məbləği artıb

0
Turizm

Polşanın turizmdən əldə etdiyi gəlir 6,4 faiz artaraq 16,8 milyard dollara çatıb.

Buna səbəb turistlərin Polşada bir gündən daha artıq qalmalarıdır. Ölkənin İdman və Turizm Nazirliyinin açıqlamasında bildirilir ki, məhz bir gecədən artıq qalan turistlərin xərcləri 9,6 milyard dollar təşkil edib.

Turistlərin ən çox getdikləri şəhərlər isə Varşava, Krakov, Vrotslavdır.

AZAL Bakıdan Dehliyə aviareys açır

0
Dehli

AZAL bu ilin 25 iyun tarixindən etibarən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri – Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək.

AZAL-ın reysləri həftədə bir dəfə – çərşənbə axşamı günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə həyata keçiriləcək. Cari ilin payızından etibarən uçuşların sayı həftədə iki dəfəyə kimi artırılacaq.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.

Dehlini “yeddi imperiyanın paytaxtı” adlandırırlar. Burada Şərqin nadir memarlığı, müxtəlif mədəniyyətlərin birləşməsi, diqqətəlayiq yerlər və unikal hind mətbəxi ahəng yaradır. Dehlinin müasir şəhərətrafı – Nyu-Dehlidə müasir və kolonial üslubda binalar, ticarət mərkəzləri, parklar, hər zövqə uyğun əyləncə, teatrlar, möhtəşəm qədim məscidlər və türbələr cəmləşir.

Bu istiqamət üzrə aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.        

Əlavə məlumat üçün callcenter@azal.az elektron poçtuna müraciət edə bilərsiniz. Yazılı müraciətləri WhatsApp vasitəsilə (+994 70) 437 40 82 nömrəsinə göndərmək mümkündür.

2019-cu ildə ən gəlirli sahə turizm olacaq – Ekspert

0
Turizm

2019-cu ildə ən gəlirli sahə turizm olacaq. Bunu iqtisadçı Elman Sadıqov deyib.

Ekspertin sözlərinə görə, turizm sahəsində olan boşluqlar, xüsusilə də xidmət sektorunda peşəkarlara duyulan ehtiyac bu sahəyə investisiya yatıranlara böyük gəlir gətirə bilər:

Kiçik və orta miqyaslı hostel, iki ulduzlu hotel, həmçinin 10-20 otaqlı qonaq evləri açmaqla turizm sahəsinə daxil olmaq və yüksək xidmətlə turist, qonaq cəlb edib qazanc götürmək mümkündür. Əsas məsələ gələn turisti razı salmaq və müsbət imic yaratmaqdır. Belə olduqda gəlirlər də artacaq“.

E.Sadıqov bildirib ki, turizm dövlət üçün prioritet təşkil edən sahələrdəndir:

Bununla çox adam məşğul ola bilər. Xidmət sektorunda orta seqmentə daxil olan obyektlərin sayı azdır. Söhbət restoran və kafelərdən gedir. Burada daha çox lüks seqment 5 ulduzlu otellər, bahalı restoranlar fəaliyyət göstərir. Xidmət sektorunda orta seqmentin tələblərinə cavab verən iaşə obyektlərinə ehtiyac var“.

İqtisadçının fikrincə, gəlir üçün kənd təsərrüfatı sahəsinə də üz tutmaq olar, lakin bu, ağır və gərgin əmək tələb edir.

Aqrar sahədə peşəkar olmaq vacibdir. Kənd təsərrüfatına pul qoyub kənarda durmaq doğru deyil. O pulun necə itirilməsini sərmayəçi özü də müəyyən edə bilməz. Kənd təsərrüfatı spesifik sahədir. Bu sahəyə bələd olmadan investisiya yatırmaq risk tələb edir. Bu sahə mənfəətlidir, bir şərtlə ki kənd təsərrüfatı ilə peşəkar insanlar məşğul olsun”.

E.Sadıqov vurğulayıb ki, hazırda gəlirli sahələrdən biri də ailə biznesi hesab olunur:

“Malayziyadan tutmuş Yaponiyaya qədər, Tayvan, İndoneziya və bu kimi ölkələrdə ailə biznesləri böyük müvəffəqiyyət qazanıb. Hazırda Avropada tanınan böyük brendlərin əksəriyyəti kiçik ailə biznesindən yaranıb. Bu mənada ölkəmizdə ABAD layihəsi həyata keçirilir və bu, olduqca müsbət bir haldır. Düşünürəm ki, hər bir vətəndaş ABD mərkəzlərinə müraciət edərək öz kiçik ailə biznesini qura bilər. Bu, bəsit səslənsə də, olduqca vacib məsələdir”.

Ekspert əlavə edib ki, hazırda populyar sahə sayılan kriptovalyutalara investisiya yatırmaq riskli ola bilər:

Əgər kiməs maliyyə bazarlarında kriptovalyutalara investisiya yatırmağı düşünürsə, ehtiyatlı olmalıdır. Bu sahədə itki riski də böyükdür“.