Ev Blog Səhifə 214

Nazir: “Azərbaycan ilə Misir arasında turist axını artıb”

0
Azərbaycan və Misir

“Gələn aydan etibarən Bakı ilə Şarm-əş-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək”.

Bunu Misirin turizm naziri Rania əl-Mashatın Azərbaycana səfəri ilə əlaqədar keçilmiş tədbirdə deyib.

Nazir 2017-2018-ci illərdə iki dövlət arasında turist axınının artdığını bildirib:

“Misirin gəlirlərinin 20 faizdən çoxu turizm sahəsinin payına düşür. Turizmə böyük önəm veririk. 2018-ci ilin sonundan etibarən turizmin inkişaf planını həyata keçiririk. Bunun nəticəsi olaraq, Bakı ilə Şarm-əş-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək”, – deyə o bildirib.

Nazir Azərbaycandan Misirə turist cəlb etmək istədiklərini vurğulayıb: “İki ölkə arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Turizm əlaqələri də siyasi əlaqələrin üzərində qurulub“.

Rania əl-Mashat Misirin təhlükəsizliyinə böyük önəm verildiyini bildirib və əlavə edib ki, ölkəyə səfər edənlərin çoxluğu təhlükəsizliyə olan etimadı bir daha sübut edir.

Xatırladaq ki, iyulun 18-dən etibarən Qazaxıstanın Azərbaycandan beşinci “hava azadlığı” hüququnu qazanan “SCAT Airlines” aviaşirkəti Bakı–Şarm-əş-Şeyx marşrutu üzrə həftəlik reyslər yerinə yetirəcək. Uçuşlar hər cümə axşamı “Boeing 757-200” tipli təyyarələr vasitəsilə reallaşdırılacaq.

? ?ANTALYA VOYAGE TORBA 5* QAYNAR TURLARIN QİYMƏTLƏRİ – Go Travel

0
ANTALYA VOYAGE TORBA 5*

? 2 BÖYÜK – 2700 USD
? 2 BÖYÜK 1 UŞAQ – 3100 USD
? 2 BÖYÜK 2 UŞAQ – 4500 USD
? 4 BÖYÜK – 5000 USD
Qiymətə daxildir:

✈ – Aviabilet (gediş-dönüş) 
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (6 gecə / 7 gün)
? – Qidalanma gündə 5 dəfə (All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Dubay turu)
? – Tarix 24 – 30 IYUL ayı üçün nəzərdə tutulmuşdur.
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

???QAYNAR MARMARİS TURLARI? ???? – Go Travel

0
Marmaris

Qiymətə daxildir:
✈ – Aviabilet (gediş-dönüş) 
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (7 gecə / 8 gün)
? – Qidalanma gündə 5 dəfə (All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Dubay turu)

?LUNA BEACH DELUXE HOTEL (5*) – 2070 azn 
?CLUB GREEN NATURE RESORT & SPA (5*) – 2280 azn 
?IDEAL PRIME BEACH HOTEL (5*) – 2630 azn 
?LABRANDA HOTELS MARES MARMARIS (5*) – 2670 azn 
?BLUE BAY PLATINUM (5*) – 2700 azn 
?JIVA BEACH RESORT (5*) – 2770 azn 
?LALILA BLUE SUITES (5*) – 2770 azn 
?FORTEZZA BEACH RESORT (5*) – 2450 azn 
?LABRANDA HOTELS MARES MARMARIS (5*) – 2810 azn 
?ELEGANCE HOTEL (5*) – 2832 azn 
?ELITE WORLD MARMARIS HOTEL (5*) – 2720 azn 
?AQUA HOTEL MARMARIS (5*) – 2935 azn 
?CLUB TUANA FETHIYE (5*) – 2950 azn

? – Tarix AVQUST ayına 2 nəfər üçün nəzərdə tutulmuşdur.
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Turizmlə bağlı qanun layihəsi niyə gecikir?

0
Turist

Turizm haqqında” yeni qanun layihəsi üzərində işlər davam etdirilir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O bildirib ki, hələlik komitənin gündəmində olan əsas və yeganə qanun layihəsi məhz turizmlə bağlı sənəddir.

“Biz qanun layihəsini yaz sessiyasında ilk oxunuşda müzakirələrə çıxarmağı nəzərdə tuturduq, lakin işləyib çatdıra bilmədik. Bununla belə, qanun layihəsi beynəlxalq təşkilatlarla, Prezident Administrasiyası və onun müvafiq şöbəsi ilə müzakirə olunur. Yəni daha təkmil və daha ciddi qanun layihəsi üzərində işlər gedir. Ona görə də tələsmirik, qanun layihəsini payıza saxlayırıq”, – komitə sədri deyib.

H.Rəcəbli əlavə edib ki, bu sənədin hazırlanması və qəbulu ölkədə turizmin birbaşa inkişafı ilə bağlıdır.

Rostov-Bakı aviareysi açılır

0
Rostov-Bakı

Rusiyanın “İrAero” hava yolları şirkəti iyulun 6-dan etibarən Bakı-Rostov birbaşa hava reyslərini işə salacaq.

Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.

Aviadaşımalar “Suxoy Superjet 100” sərnişin təyyarələri ilə şənbə günləri gerçəkləşdiriləcək.

Bir istiqamətə biletin qiyməti 12 min rubldan (təxminən 315 manat – red.) başlayır.

Uçuş müddəti iki saat təşkil edəcək. Təyyarə 12:50-də Bakıdan havaya qalxacaq və 13:50-də Rostova çatacaq. Əks istiqamətdə isə Rostovdan 15:00-da çıxacaq və 18:20-də Bakıya çatacaq.

Bakı istiqaməti bizim üçün artıq ənənəvi xarakter daşıyır. Ona böyük tələbat olduğunu görürük. Biz hazırda Çelyabinsk və Orenburqdan Azərbaycan paytaxtına reyslər gerçəkləşdiririk. İyunun 18-də isə Bakı-Yekaterinburq reysi açılacaq”, – deyə “İrAero”nun baş direktoru Yuri Lapin bildirib.


Bakı kurortları MDB-də beş ən yaxşı istiqamət arasında

0
Bakı kurortları

Rusiyalı turistlərin yay istirahəti üçün populyar olan MDB-nin ən yaxşı kurortlarının siyahısı açıqlanıb.

Ən yaxşı istiqamətlər arasında Xəzər dənizi sahilində Bakıdakı Abşeron kurortları, eləcə də, Qırğızıstan, QazaxıstanBelarusun kurortları var.

Rusiyalı turistlər MDB kurortlarına bir və ya iki həftəlik gəlir, onların büdcəsi sutkalıq 50-110 dollar arasında dəyişir.

İlk “beşlik”dəki ən ucuz istiqamət Issık-Kule, ən bahalısı isə Bakı kurortlarıdır. 

MDB ölkələrində yay tətillərinin əsas üstünlükləri vizasız rejim, rus dili biliyi və yerli sakinlərin qonaqpərvərliyi, ucuz istirahət, dadlı yeməklər və meyvələrdir. 

Reytinq Rusiya turistlərinin istirahət səfərlərinin təhlili və istirahət infrastrukturunun inkişafına əsaslanır.


Tokioda Azərbaycanın tibbi turizm imkanları mövzusunda seminar keçirilib

0
seminar

Tokioda “Cross Border Club” şirkətinin və Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın tibbi turizm imkanları mövzusunda seminar keçirilib.

Cross Border Club

Yaponiyanın müxtəlif şəhərlərindən gəlmiş iş adamlarının qatıldığı seminarda “Cross Border Club”ın baş meneceri Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və AZƏRTACIN Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev ölkəmizin təbii tibbi müalicə ocaqları barədə məlumat veriblər.

Əvvəlcə iştirakçılara Azərbaycanda sosial-iqtisadi sahədə əldə edilən uğurlar, müasir səhiyyə ocaqları və bu müəssisələrdə yaradılan şərait barədə danışılıb. Qeyd edilib ki, Azərbaycan rəhbərliyinin və Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi çoxsaylı layihələr ölkəmizdə tibbi xidməti dünya standartları səviyyəsinə qaldırıb. Bununla yanaşı, Azərbaycanda təbii vasitələrlə müalicə müəssisələrinin də sayı artmaqdadır. Həmin müəssisələr sırasında nadir xüsusiyyətləri ilə seçilən Naftalan İstirahət və Sağlamlıq Mərkəzini və Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzini xüsusi qeyd etmək lazımdır.

Naftalan nefti

Qeyd edilib ki, 130 nəfərlik Naftalan İstirahət və Sağlamlıq Mərkəzi iki korpusdan ibarətdir. Burada 1, 2, 3 nəfərlik rahat otaqlar, müasir müalicə və müayinə kabinetləri, Naftalan nefti və yodlu-bromlu su vannaları, trenajor və müalicə idmanı otaqları, fizioterapiya, funksional diaqnostika kabinetləri, klinik-diaqnostik laboratoriya, biokimyəvi laboratoriya fəaliyyət göstərir. Nadir xüsusiyyətləri olan Naftalan nefti 70-dən çox xəstəliyin uğurla müalicəsinə imkan yaradır. Burada sümük-əzələ sistemi xəstəlikləri, periferik sinir və damar, dəri və ginekoloji xəstəliklər müalicə olunur. Hazırda ən müasir tələblərə cavab verən mərkəzdə xəstələr gündə 3 dəfə yeməklə təmin olunur, onlara 67 tibb işçisi xidmət göstərir. Bundan əlavə, istirahət günləri yaxınlıqda yerləşən Gəncə, Şəki və Mingəçevir şəhərlərinə, Hacıkəndə və Göygölə səyahətlər təşkil edilir. Yaponiyada Naftalan neftinin nadir müalicə xüsusiyyətləri barədə çoxdan məlumatlı olduqları, hələ I Dünya müharibəsi zamanı yapon əsgərlərin üzərlərində gəzdirdikləri tibbi çantada xüsusi qabda Naftalan neftinin də olduğu xatırladılıb. Vurğulanıb ki, bu gün də Yaponiyada Naftalan neftinin müalicəvi xüsusiyyətləri barədə kifayət qədər məlumatlıdırlar.

Duzdağ

Seminarda Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzi barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, yaşı min illərlə olan “Duzdağ” mağarası Azərbaycanın ayrılmaz hissəsi, qədim tarixi və təbii gözəlliyi ilə seçilən Naxçıvan diyarının rəmzlərindən biridir. Doxsan milyon ton təbii sərvətə malik olan bu dağ yalnız şəffaf və təmiz duzu ilə deyil, həmçinin müalicəvi xüsusiyyətləri ilə məşhurdur. Bu qədim Azərbaycan torpağında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi altında aparılan böyük abadlıq və quruculuq işləri nadir səhiyyə mərkəzini də əhatə edib. Digər səhiyyə ocaqları kimi, bu səhiyyə müəssisəsi də əsaslı şəkildə yenidən qurularaq insanların istifadəsinə verilib.

Astma xəstəliyinin müalicəsi üçün illərdən bəri primitiv üsullarla istifadə edilən mağara hazırda günün tələblərinə tam cavab verən müasir sağlamlıq mərkəzinə çevrilib. Dağın altına doğru 300 metr uzanan və divarları duz qayaları ilə örtülü “Duzdağ” Fizioterapiya Mərkəzinin dünyada bənzəri yoxdur. Buraya gələnlər təxminən 2-3 həftə gecələri duz mağarasında keçirdikdən sonra yenidən sağlamlıqlarına qovuşurlar.

Mərkəz dəniz səviyyəsindən 1173 metr yüksəklikdə yerləşir. Xəstəxana yerüstü və yeraltı hissələrdən ibarətdir. Speleoxəstəxananın yeraltı hissəsi 110 metr dərinlikdə yerləşir, 5 qalereya 47 palatadan ibarətdir. “Duzdağ” müalicə mərkəzi öz potensial imkanları ilə Azərbaycan Respublikası səhiyyəsində unikal müalicə və reabilitasiya mərkəzi sayılır.

Seminarda yapon iş adamlarının bu tibb müəssisləri ilə bağlı sualları ətraflı cavablandırılıb.

Batumi meri: “Bakı-Batumi aviareysi iki ölkə arasında turizm əlaqələrinin inkişafına töhfə verəcək”

0
Buta airway

“Bakı-Batumi birbaşa aviareysi Gürcüstan və Azərbaycan arasında münasibətlərin və turizm əlaqələrinin inkişafına töhfə verəcək”.

Bu barədə Batumi meri Laşa Komaxidze hava limanında Bakı-Batumi birbaşa aviareysi üzrə ilk uçuşu həyata keçirən təyyarənin qarşılanma mərasimində bildirib.

O, “Buta Airways” şirkətinin Bakı-Batumi aviareysi üzrə uçuşlara başlamasını müsbət qiymətləndirib: “Reys olduqca rahatdır. Belə ki, azərbaycanlı qonaqlar Batumiyə, bizim vətəndaşlar isə Bakıya maksimum yarım saata çatacaqlar”.

Merin sözlərinə görə, sabah Batumidə turizm mövsümü başlayır: “Bakı-Batumi reysi çox yaxşı hədiyyə və builki turizm mövsümünün başlanğıcı oldu”.

Təyyarənin qarşılanma mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumidəki baş konsul Pərviz İsmayilzadə, “Buta Airways” aviaşirkətinin direktoru Nazim Səmədov iştirak ediblər.

Qeyd edək ki, “Buta Airways” şirkəti Bakı-Batumi istiqaməti üzrə uçuşları cümə və bazar günləri olmaqla həftədə iki dəfə yerinə yetirəcək. 

“Yanardağ” qoruğuna müasir avtobuslar işləyə bilər

0
Yanardağ

Dövlət Turizm Agentliyi (DTA) “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna müasir avtobusların işləməsi üçün Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət edəcək.

Bunu DTA-nın Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

“Qoruğun ərazisinə marşrut avtobusları işləyir və hər kəs ondan istifadə edir. Lakin BNA-ya müraciət edəcəyik ki, bura daha müasir avtobuslar ayrılsın və onların sayı artırılsın. Qoruğa həmçinin tur avtobusları da gəlir. Hər bir saatdan bir Hökumət Evinin yanından “Baku City Tour” avtobusları çıxır və onlar həm “Yanardağ“a, həm də “Atəşgah“a gedir. Avtobuslardan istifadə zamanı, həmçinin qoruq ərazisinə gedərkən “Bakı kart”lardan istifadə edilə bilər. Bu zaman endirimlərdın yararlanmaq mümkün olacaq”, – o qeyd edib.

DTA rəsmisi əlavə edib ki, gələcəkdə qoruq ərazisində tibb məntəqəsi açılacaq: “Kim bilet alıb, qoruq ərazisində daxil olursa, onlar artıq sığortalanır və hər hansı hadisə olsa, həmin şəxslərə yardım edilir“.

Xəzər dənizində kruizlərin təşkil olunacaq vaxt açıqlanıb

0
Kruiz

“Xəzər dənizində təşkil olunacaq kruizlərin 2020-ci ildə başlanması gözlənilir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

O bildirib ki, kruizlərin başlanması Rusiyanın təşəbbüsüdür və onları “Pyotr Velikiy” gəmisi ilə həyata keçirilməsi nəzərdə tutulur: “Onu Rusiyada hazırlayırlar. Rusiya Prezidenti Vladimir Putin Bakı səfəri çərçivəsində həmin məsələyə qayıtmış, Rusiyadakı tərəfdaşlardan tələb etmişdir ki, bu iş tezləşdirilsin”.

O əlavə edib ki, Azərbaycan tərəfi Həştərxan vilayətinın Turizm Nazirliyi və müvafiq dəniz qurumları ilə danışıqlar aparır: “Azərbaycan həmin gəmi üçün artıq dayanacaq ayırıb. Xəzər dənizində kruizlərin 2020-ci ildə başlanması gözlənilir. Bu Xəzəryanı 5 dövləti əhatə edəcək. Azərbaycan turizminin inkişafı üçün böyük bir imkan var”.

O qeyd edib ki, layihə tam olaraq Rusiyanın layihəsidir: “Azərbaycan və digər dövlətlər buna dəstək olurlar. Qiymətləri Rusiya tərəfi müəyyən edəcək. Əlbəttə ki, qiymətlər çox yuxarı olsa, biz öz təkliflərimizi verəcəyik ki, daha sərfəli olsun”.