Ev Blog Səhifə 217

Azərbaycana Yaponiya və Çindən gələn turistlərin sayı çoxalıb (SİYAHI)

0
Turizm

Bu ilin yanvar-aprel aylarında Azərbaycana Yaponiya və Çindən gələn turistlərin sayı çoxalıb.

Yanvar-aprel aylarında ölkəmizə Çindən gələnlərin sayı 1,6 dəfə, Yaponiyadan gələnlərin sayı 37,1 faiz artıb.

Bu ilin təkcə aprel ayında isə Azərbaycana gələn əcnəbilərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artıb. 8.9% və ya 19.4 min nəfər artaraq 238 minə çatıb.

Ümumilikdə bu il Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min əcnəbi gəlib. Gələnlərin sayında daha çox artım Misir (2,2 dəfə), Səudiyyə Ərəbistanı (1,9 dəfə), Hindistan (1,8 dəfə), Türkmənistan (1,8 dəfə), Çin (1,6 dəfə), Yaponiya (37,1 faiz) olub. Kanada (31,8 faiz), Pakistan (28,8 faiz), Gürcüstan (22,6 faiz), Polşa (20,8 faiz) və Cənubi Koreya (20,5 faiz) vətəndaşları arasında qeydə alınıb.

Çinin Mədəniyyət və Turizm Nazirliyi ilə müqavilə bağlanıb. “Çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu”na əsasən yaxın illərdə Azərbaycana bu ölkədən gələcək turistlərin sayı 200 min nəfərə çata bilər. 2018-ci ildə bu istiqamətdə 50% artım müşahidə olunub.

PORT NATURE LUXURY RESORT & SPA 5* QAYNAR TURLARIN QİYMƏTLƏRİ – Go Travel

0
PORT NATURE LUXURY RESORT & SPA 5*

?2 boyuk – 2070 usd
?2 boyuk 1 usaq – 2300 usd
?2 boyuk 2 usaq – 2850 usd
?4 boyuk – 3990 usd
Qiymətə daxildir:
✈ – Aviabilet (gediş-dönüş)
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (7 gecə / 8 gün)
? – Qidalanma gündə 5 dəfə (All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Dubay turu)
? – Tarix 24 – 30 Avqust ayı 2 nəfər üçün nəzərdə tutulmuşdur.
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Darıdağda müalicə neçəyədir? – QİYMƏTLƏR

0
Darıdağ

Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral sular var. Onlardan çoxu tərkibinə görə nadir sulardan hesab olunur. Bu cür sulardan biri də böyük debitə malik olan yeraltı sərvətlərdən biri  Darıdağ arsenli mineral suyudur. İstirahət mərkəzi Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə yerləşir.

Darıdağ Arsenli Su Müalicəxanasında 32 kəşfiyyat quyusundan və 5 bulaqdan ibarət olan arsenli su, bir çox xəstəliklərin sağalmasında mühüm rola malikdir.

Müalicə 

Darıdağ kükürdlü  isti suyunda müalicə olunan xəstələr üçün müəyyən edilmiş bir seansın müddəti 10-12 dəqiqədən artıq olmamalıdır. Əks halda, ürək qan damarlarının genişlənməsi baş verə bilər.

Darıdağ suyu karbonqazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur. Poşada Kudova, Almaniyada Dürkgeym, Rusiyada Sineqorsk sularının oxşarıdır. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyi ilə Darıdağ suyu onlardan daha üstündür.

1080 metr dərinlikdən çıxan 5 nömrəli bulaqdan arsenli su borular vasitəsilə qadın və kişilər üçün ayrı-ayrı qapalı hovuzlara nəql edilir. Bulağın gözündə suyun hərarəti 52 dərəcə, vannalarda isə 37-41 dərəcə olur. Müalicəxanada arsenli su vannası qəbul etməklə revmatik, dəri, əzələ, sinir və dayaq-hərəkət sistemləri xəstəliklərinin ambulator müalicəsi aparılır. Müalicə müddəti gündə 10-12 dəqiqə olmaqla, 12-14 gündür.

İnsan orqanizmində elə bir toxuma, üzv və sistem yoxdur ki, bu su ona müalicəvi təsir göstərməklə onun iş qabiliyyətinin bərpasına səbəb olmasın. Darıdağ suyu qanyaradıcı xüsusiyyətə malik olub, qan dövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşılaşdırır – leykositlərin faqositoz qabiliyyətini artırır, qanazlığını aradan qaldırır. Bu su ilə müalicə daxili ifrazat sistemini fəallaşdırır, vegetativ sinir fəaliyyətini gücləndirməklə mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürətləndirərək onların funksional vəziyyətini normallaşdırır. Bu xüsusiyyətlərinə görə Darıdağ suyu mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə əlaqəli başqa xəstəliklərin müalicəsində geniş tətbiq edilir.

Qiymətlər

Qiymətlərə gəlincə isə yerli vətəndaşlar üçün müalicə mərkəzinə giriş 5 manat xarici vətəndaşlara giriş isə 10 manatdır. Müalicə kursu minumum 10 gün üçün nəzərdə tutulub. Burada bir çox xəstəliklərdən müalicə olunmaq olar. Müalicə zamanı isə mərkəzə yaxın yerlərdə yerləşən evləri karayələmək mümkündür. Bu cür evlərdə 10 gün qonaqlama 100 manatdır.

Aİ Azərbaycan-Gürcüstan transsərhəd əməkdaşlığına 1,35 mln. avro vəsait xərcləyib

0
Azərbaycan-Gürcüstan

Avropa İttifaqı Azərbaycan-Gürcüstan transsərhəd əməkdaşlığı çərçivəsində layihələrin həyata keçirilməsinə 1,35 mln. avro məbləğində vəsait xərcləyib.

Bu barədə Tbilisidə əməkdaşlıq proqramının yekunlarına həsr olunan tədbirdə bildirilib.

Qeyd olunub ki, proqram çərçivəsində Gürcüstanın Kvemo KartliKaxeti bölgələri ilə Azərbaycanın Qazax Ağstafa rayonları arasında gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi, turizm və kənd təsərrüfatı sahələri üzrə layihələr həyata keçirilib.

Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili tərəfdaş təşkilatlara layihəyə fəal dəstək verdiklərinə görə minnətdarlığını bildirib. O, Azərbaycan və Gürcüstan arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin əhəmiyyətini qeyd edib. Qubernator bildirib ki, dövlət orqanları, özəl və QHT sektorları arasında əməkdaşlıq ölkənin inkişafı prosesinə təkan verir.

Mərasimdə Azərbaycanın İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Ruslan Rüstəmli, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan-Gürcüstan transsərhəd əməkdaşlığı çərçivəsində layihələri reallaşdıran QHT nümayəndələri, tərəfdaş təşkilatların üzvləri və digər şəxslər iştirak ediblər. 

Azərbaycana bir ildə 800 min rusiyalı turist gəlib

0
turist

Ötən il Azərbaycana 800 min rusiyalı turist səfər edib.

Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov məlumat verib.

2018-ci ildə Azərbaycana 800 min rusiyalı turist gəlib. Bu, o deməkdir ki, Azərbaycan Rusiya üçün cəlbedici bir məkana çevrilir. Moskvada turizm üzrə Azərbaycan nümayəndəliyi açılıb, qarşılıqlı təmaslar qurulur”, – deyə səfir mətbuat konfransında bildirib.

Səfir ölkələr arasında hava nəqliyyatının inkişafından söz açıb.

“Bizim ölkənin regionları ilə Azərbaycan arasında uçuşların təşkili üçün rəsmi aviadaşıyıcıların sayının artırılması ilə bağlı müzakirələr gedir”, – deyə səfir bildirib.

Xəzər dənizində kruiz nəqliyyatına gəlincə, səfir bu istiqamətdə hazırlıq işlərinin davam etdirildiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Turizm Bürosunun baş direktoru Florian Senqstşmid Azərbaycanın turizm imkanlarını aktiv şəkildə genişləndirməyə başladığını və cari ildə Rusiyadan bir milyona yaxın qonağın gələcəyinin istisna edilmədiyini bildirmişdi.

Onun sözlərinə görə, 2018-ci ildə Rusiyadan Azərbaycana gələn turistlərin sayında 5 faiz artım qeydə alınıb.

Ukraynalı komitə sədri: “Sizin oğlanlar bizim ölkəyə gəlmək istədiyi kimi, bizim qızlar da Azərbaycana getmək istəyirlər”

0
Artur Palatnı

Azərbaycan və Ukrayna arasında qarşılıqlı turizm və gənclər günlərinin, yaxud birgə tədbirlərin keçirilməsi maraqlı olardı”. 

Bunu Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlamentinin) Ailə, gənclər, idman və turizm siyasəti üzrə komitəsinin sədri Artur Palatnı deyib. 

O bildirib ki, bunun üçün kifayət qədər potensial və iki ölkə arasında yaxşı əlaqələr var: “Bu gün azərbaycanlıların daha çox üz tutduğu ölkələrdən biri Ukraynadır. Eyni zamanda Ukraynadan da Azərbaycana səyahət etmək istəyənlər çoxdur. Onların tam əksəriyyəti gənclərdir. Mən bir dəfə qeyd etmişdim ki, azərbaycanlı oğlanlar daha çox Ukraynadan olan qızlara vurulurlar. O vaxt ətrafımda olan insanlar dediklərimə belə reaksiya verdilər ki, bu heç də birtərəfli deyil. Yəni, bizim qızlar da azərbaycanlı oğlanlara diqqət göstərirlər”. 

A.Palatnı qeyd edib ki, Azərbaycan turizm cəhətdən olduqca cəlbedici ölkədir və xarici ölkələrə üz tutan ukraynalı gənclər üçün Azərbaycanın mütəmadi təqdimatı heç də pis olmazdı: “Bu yaxınlarda bizim telekanallarımızdan biri Azərbaycanın turizm bölgələrindən veriliş hazırlamışdı. Mən də baxdım. Düşündüm ki, biz bu sahədə layihələrəimizi çoxalda bilərik. Məsələn, gənclər ilə birlikdə, turizm təqdimatları mövzusunda birgə tədbirlər, qarşılıqlı səfərlər təşkil edə bilərik“. 

Komitə sədri vurğulayıb ki, Ukrayna Azərbaycan arasında kifayət qədər yüksək münasibətlər var və bu, müxtəlif layihələrin həyata keçirilməsi üçün əsas səbəbdir.

Agentlik sədri: Turizm şirkətlərinin sığorta mexanizmləri olmalıdır

0
turizm

Biz başa düşürük ki, turizm şirkətləri ilə bağlı nöqsanlar var. Turizm şirkətlərinə nəzarət mexanizmləri olmalıdır. Bu səbəbdən də mövcud qanunvericiliyə dəyişikliklərin edilməsi üçün təkliflər hazırlamışıq. Qanun bu işi tənzimləyəcək.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 2000-dən çox turizm şirkəti fəaliyyət göstərir. 2015-ci ildə turizm fəaliyyəti üzrə lisenziya ləğv edildiyindən onların fəaliyyətinə nəzarət etmək bir qədər çətindir.

Turizm şirkətlərinə nəzarət mexanizminin qurulması ilə bağlı təkliflərin mahiyyətini açıqlayan F.Nağıyev bildirib ki, turizm şirkətlərinin ilk növbədə sığorta mexanizmləri olmalıdır. Çünki şirkətin fəaliyyəti müəyyən kriteriyalara cavab verməlidirlər: “Beynəlxalq təcrübə onu göstərir ki, kriteriyalardan biri bu sığorta mexanizminin yaradılmasıdır. Sığorta şirkətinin müəyyən qədər vəsaiti olmalıdır ki, sabah riskləri qarşılaya bilsin. Çünki sabah hər hansı risk hadisəsi baş verdikdə, dövlət onu öz üzərinə götürməsin. Bu, çox vacib məsələdir. Məsələn, Çin bazarı ilə işləyən turizm şirkətlərinə mülki sığorta tələbi qoyulub və bu tələbi ödəyən şirkətlərə Çin bazarına daxil olmağa icazə verilir. Çin hökuməti özü də bu tələbi qoyur“.

Ölkəmizin turizm imkanları Hindistanın turoperatorlarına tanıtdırılır

0
turizm

Azərbaycan Turizm Bürosu tərəfindən Hindistandan olan turizm şirkətləri ilə yerli turoperatorların nümayəndələri arasında tanışlıq görüşü təşkil olunub.

B2B xarakterli50-dən çox yerli turoperatorun iştirak etdiyi görüşdə turizm sahəsi üzrə ixtisaslaşmış Hindistan şirkətləri ilə mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılıb.

turizm

Hindistan şirkətlərinə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verilib. Tədbirin əsas məqsədi Bakıda və regionlarda Azərbaycanın turizm potensialının təqdimatı və ölkəmizə gələn əcnəbilərin sayını artırmaqdır.

Mumbay şəhərindən olan şirkətlərin ölkəmiz və onun turizm imkanları barədə ətraflı məlumatlandırılması məqsədilə Bakı, ŞamaxıQəbələ şəhərlərinə tanışlıq səfərləri təşkil olunub.

Bakıda xidmət göstərən hotellər və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlıqla başa vurulması planlaşdırılan səfər iyunun 6-dək davam edəcək.

turizm

Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Hindistanın Mumbay şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

BKS-a bir aylıq səfər kosmik turistə 59 milyon dollara başa gələcək

0
BKS

Beynəlxalq Kosmik Stansiyaya uçuş və orada bir ay qalmaq kosmik turistə 59 milyon dollara başa gələ bilər. 

Bu barədə Aeronavtika və kosmik məkanın tədqiqatı üzrə ABŞ-ın milli idarəsinin (NASA)  maliyyə direktoru Ceff Devit brifinqdə bildirib.

Qeyd edək ki, NASA cümə günü BKS-nın kommersiya şirkətləri tərəfindən istifadəsinin genişləndirildiyini, eləcə də kosmik turizm, istehsal və marketinq üçün orbital stansiyanın açıldığını elan edib. Agentlik 2020-ci ildən başlayaraq hər il iki qısamüddəli turistik missiya yollamağı planlaşdırır.

Devit əlavə edib ki, orbitdə qalmaq, qidalanmaq, eləcə də həyat təminatı sistemlərindən istifadə üçün ödənişi turist artıq NASA-ya edəcək. 

“Kobud desək, bunun bir gecəsi 35 min dollara (ayda bir milyona) başa gəlir”, – deyə Devit bildirib.

Ekspert: Rusiyalı turistlər Gürcüstanı Azərbaycana dəyişirlər

0
Turistlər

Gürcüstanda bahalaşma rusiyalı turistlərin istirahət üçün daha çox Azərbaycanı seçmələrinə səbəb olub.

Bu barədə “RATA-news” “Jarkov-tur” şirkətinin baş direktoru Andrey Jukova istinadən məlumat yayıb.

Rusiya Gürcüstana səfərlərin sayı üzrə ilk sıradadır. Bu ilin beş ayı ərzində Cənubi Qafqaz ölkəsinə 539,4 min rusiyalı turist (il ərzində 14 faiz artım) səyahət edib.

A.Jukov bildirib ki, adətən, insanlar səfərin xərclərini öyrəndikdən sonra digər istiqamətlərə, daha çox qonşu Azərbaycana üz tuturlar.

Ekspertin sözlərinə görə, bu ölkədə qiymətlər ötən illə müqayisədə, 30 faiz artıb. Buna görə də Gürcüstana tələbatın artacağını gözləməyə dəyməz.

Şirkət rəhbəri hesab edir ki, məhz qiymət məsələsi Gürcüstana turist səfərlərinin təşkilinin artmasına mane olur:

Bu il Gürcüstan istiqaməti ikinci ildir ucuz başa gələn Azərbaycana səyahətə uduzur. Müştərilər də bunu müşahidə edirlər”.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-aprel aylarında ölkəyə gələnlərin 27,3 faizi Rusiya vətəndaşları olub. Cari ilin aprelində Azərbaycana 64,5 min, ilin ilk dörd ayı ərzində isə 231 min Rusiya vətəndaşı səfər edib.