Ev Blog Səhifə 218

Naxçıvan gəncləri yayı belə qarşılayacaq

0
Rəng festivalı

İyunun 16-da Naxçıvanda “Nəqşicahan Holdinq”in təşkilatçılığı ilə “Nakhchivan Colour Day” rəng festivalı tədbiri baş tutacaq. Festival beş ulduzlu “Duzdağ hotel”in “Aquapark”ında keçiriləcək.

Festivalda DJ Razy Freeman və MC Ağanın çıxışları, “Color Fest” rəng paketləri, su savaşları (water fight), “Bubble Soccer”dən istifadə, “Duzdağ Hotel”ə komfortlu transfer, hovuzkənarı kokteyllər və ləziz yeməklər, hədiyyəli oyunlar sizi gözləyir.

Nəqşicahan Holdinq” Bakıdan gələn gənclərə hər büdcəyə uyğun tur-paketlər təklif edir. Tur paketlərlə tanışlıq üçün “Nəqşicahan Holdinq”in rəsmi “Instagram” hesabına daxil ola bilərsiniz:

Yaxın zamanlarda hotellərə ulduzların verilməsi prosesinə başlanılacaq

0
Otellər

Gəzməli.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib ki, hazırda hotellərə ulduzların verilməsi istiqamətində iş aparılır.

F.Nağıyev əlavə edib ki, son zamanlarda ölkədə hostel üç ulduzlu hotellərin sayı artır.

Agentlik sədri hazırda ölkədəki hotellərin sayının turistlərin tələbatını ödədiyini də söyləyib.

Bununla belə F.Nağıyev hesab edir ki, ölkədə yeni hotellər açılmalıdır. O, bunun üçün sahibkarlara dəstək verdiklərini də nəzərə çatdırıb.

Azərbaycan Hindistanın turizm şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib

0
Azərbaycan və Hindistan

Azərbaycan Turizm Bürosu turizm sahəsi üzrə ixtisaslaşmış Hindistan şirkətləri ilə mümkün əməkdaşlıq imkanlarını müzakirə edib.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, ölkəmizə gələn əcnəbilərin sayını artırmaq məqsədilə müxtəlif tədbirlər görülüb. Yerli turoperatorların nümayəndələri ilə Hindistandan olan turizm şirkətləri arasında tanışlıq görüşü təşkil olunub.

50-dən çox yerli turoperatorun iştirak etdiyi görüşdə Hindistan şirkətlərinə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verilib.

Mumbay şəhərindən olan şirkətlərin Azərbaycan və onun turizm imkanları barədə ətraflı məlumatlandırılması məqsədilə Bakı, ŞamaxıQəbələ şəhərlərinə tanışlıq səfərləri təşkil olunub.

Bakıda xidmət göstərən hotellər və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlıqla başa vurulması planlaşdırılan səfər iyunun 6-dək davam edəcək.

Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Hindistanın Mumbay şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

Bu hotelə helikopterlə gələ bilərsiz​ – Azərbaycanda

0
Quba Palace Hotel

5 ulduzlu “Quba Palace Hotel” adından da göründüyü kimi, Qubada yerləşir. “Quba Palace” Heydər Əliyev adına Hava Limanından 201 km, Bakının mərkəzindən 171 km, Quba şəhər mərkəzindən 7 km məsafədə, Əski İqrıq kəndində yerləşir. Qeyd edək ki, bu oteldə şəxsi helikopterlə qonaqların otelə çatdırılması mümkündür. Bundan başqa “Quba Palace”Azərbaycanda ilk və yeganə qolf meydançasına malik olan yeganə oteldir.

Oteldə həmçininkonfrans və toplantı zalları tədbir və biznes görüşləri üçün məkanlar var. Mehmanxanada 212 göl və dağ mənzərəli otaq var.Həmçinin 26 villa da qonaqların seçiminə verilir.


​Hava limanında itən əşyaların taleyi necə olur?

0
Hava limanı

Həmişə tələsən sərnişin əşyasını hava limanında unutmaq kimi pis vərdişə malikdir. Əgər əşya sahibi öz malını təhvil almırsa, həmin əşyanın aqibəti necə olacaq? Türkiyədə bir qayda var. Malını unutmuş sərnişin 3 aya həmin əşyanı təhvil almasa, hava limanı onu ikinci əl olaraq satışa çıxarır.

Bəs Azərbaycanda belə hal baş verərsə, itmiş əşyanın taleyi necə olur?

Mediaya açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat katibi Paşa Kəsəmənski bildirib ki, sərnişinlərin geri almadığı, o cümlədən unudulan baqaj “Sərnişinlərin, baqaj və yükün daşınması qaydaları”nın 15.18.2-ci bəndinə uyğun olaraq “Azərbaycan Hava Yolları” QSC-nin müvafiq xidmətlərinə saxlanılmaq üçün təhvil verilir.

Paşa Kəsəmənski həmçinin qeyd edib ki, baqajın saxlanma müddəti 6 aydır, zaman bitdikdən sonra baqaj müəyyən olunmuş qaydada realizə olunur.

Əvvəllər bu otelin yerində “Tibb işçilərinin evi” olub

0
Four Season Hotel Baku

Neftçilər prospekti Azneft dairəsində hazırda dünyada məşhur otellər şəbəkəsi olan “Four Season Hotel”in Bakı nümayəndəliyi “Four Season Hotel Baku” yerləşir.

Lakin çox-çox əvvəllər 1860-cı ildə indiki “Four Season Hotel Baku”nun yerində memar Karl Hillius tərəfindən inşa edilmiş bina olub. 19-cu əsrdə Seyid Mirbabayev tərəfindən alınan tikili Bakı Quberniyasının qubernatorlarına icarəyə verilirmiş. Belə ki, 1868-ci ildə Şamaxıdan Bakıya köçən qubernator özünə layiq ev tapmadığından sonradan Qubernator evi adını alacaq bu binada icarə əsasında yaşamağa başlayır. Lakin illər keçdikdən sonra Bakıda yeni binaların tikilməsi binanı qubernatorlar üçün maraqsız edir. Sovet dövründə isə bu tikili tibb işçilərinin binası kimi təyin edilir.

Four Season Hotel Baku

2000-ci illərdə Azərbaycan hökuməti tikilini bərpa etmək istəsə də bu mümkün olmur . Çünki bina olduqca köhnəlmiş və qəzalı vəziyyətə düşmüşdü. Beləliklə sonradan bu yerdə 2009-cu ildə dünyaca məşhur otellər şəbəkəsi olan Four Season mehmanxanasının tikintisinə başlanılır. 2012-ci ildə otel tam inşa edilərək təhvil verilir.

Four Season Hotel Baku


Hoteldə 171 otaq var ki, onlardan 27-si lüks otaqlardı. Həmçinin oteldə iki Xəzər və Liman adlı prezident nömrələri var. Oteldə biznes görüşləri üçün muğam adları ilə adlandırılmış 5 biznes zallar var. Həmçinin banketlərin keçirilməsi üçün Segah və Rast adlı zallar da fəaliyyət göstərir. “Four Season Baku”nun 350-dən çox işçi personalı var.

Four Season Hotel Baku



UEFA Bakı Olimpiya Stadionu “Elit stadionlar” siyahısına daxil edib

0
UEFA

Bakı Olimpiya Stadionu UEFA-nın “Elit stadionlar“siyahısına daxil edilib.

Apanın məlumatına görə, bununla bağlı arena rəhbərliyinə fəxri diplom təqdim olunub.

Azərbaycanın ən böyük idman qurğusunun “Alyans Arena”, “Aviva Stadium”, “Nou Kamp” və “Santyaqo Bernabeu” kimi məşhur stadionlarla eyni siyahıya düşməsində Avropa Liqasının mayın 29-da keçirilən final oyununun yüksək səviyyədə təşkili böyük rol oynayıb.

Yerli Əməliyyat Komitəsinin və AFFA əməkdaşlarının peşəkar təşkilatçılığı, hüquq-mühafizə orqanlarının yüksək təhlükəsizlik tədbirləri görülüb. KİV nümayəndələrinin media işləri, könüllülərin tamaşaçı xidmətləri, və stadionu dolduran azarkeşlərin dəstəyi ilə ərsəyə gələn gecənin sonunda Bakı bir daha mötəbər idman tədbirlərinə daim hazır olduğunu sübut edib. Bu da UEFA-nın da diqqətindən yayınmayıb. 2015-ci ildən fəaliyyətə başlayan və hər il ən az bir beynəlxalq turnirə ev sahibliyi edir. Bakı Olimpiya Stadionu qurumdan bu mükafata layiq görülüb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu UEFA-nın 60 illiyi münasibəti ilə 12 müxtəlif stadionda keçiriləcək. UEFA AVRO-2020-nin dörd oyununa ev sahibliyi edəcək.

İnvestisiya yatırmaq üçün ən yaxşı ölkələr

0
ölkələr

CEOWORLD” beynəlxalq jurnalı 50 inkişaf etmiş və ya inkişafda olan ölkələr arasında Malayziyanı ötən ildə investisiya yatırmaq və ya biznes qurmaq üçün ən yaxşı ölkə adlandırıb. Onların ardınca sıralamada Polşa 2-ci, Filippin 3-cü, İndoneziya 4-cü, Avstraliya isə 5-ci pillədə qərarlaşıb. Bu nəticə ilə Malayziya özünün Cənub-Şərqi Asiyanın nəinki turizm, həm də biznes mərkəzlərindən biri olduğunu bir daha təsdiqləyib.


CEOWORLD” beynəlxalq jurnalı 50 inkişaf etmiş və ya inkişafda olan ölkələr arasında Malayziyanı ötən ildə investisiya yatırmaq və ya biznes qurmaq üçün ən yaxşı ölkə adlandırıb. Onların ardınca sıralamada Polşa 2-ci, Filippin 3-cü, İndoneziya 4-cü, Avstraliya isə 5-ci pillədə qərarlaşıb. Bu nəticə ilə Malayziya özünün Cənub-Şərqi Asiyanın nəinki turizm, həm də biznes mərkəzlərindən biri olan ölkə olduğunu bir daha təsdiqləyib.

Sıralama korrupsiya, şəxsi və maliyyə azadlıqları, işçi heyətinin ixtisaslaşması, investorların hüquqları, infrastruktur, vergilər, həyat səviyyəsi, texnoloji yeniliklərin tətbiq edilməsi həddi daxil olmaqla, 11 müxtəlif meyar əsasında tərtib edilib.

ABŞ, Çin Yaponiya kimi dünya iqtisadiyyat nəhənglər isə sıralamada geriləyiblər.
Malaziya azərbaycanlı iş adamları üçün də maraqlı ola bilər. Geniş daxili bazara malik dövlət bəlkə yeni biznes qurmaq üçün axtardığınız məkandır? Əsas da bu ölkənin Azərbaycan vətəndaşlarına vizasız (yalnız qısamüddətli turizm səfərləri) səyahət rejimində olması kifayət qədər ciddi motivasiyaedici amildir.

Azərbaycanda necə hostel açmaq olar? – GƏLİR İMKANI

0
Hostel

Azərbaycanın turizm təsərrüfatında ciddi dəyişiklilər başlıyıb. Artıq bazara yeni turizm obyektləri daxil olub ki, bunlardan biri də hostellərdir. Bütün dünya da böyük tələbat olan ucuz gecələmək məkanları ölkəmizdə yayılmağa başlayıb. Elə bu səbəbdəndir ki, sahibkarlar da bu sahəyə böyük maraq göstərirlər. Bəs hosteli necə açmaq olar? Bu zaman nələrə diqqət yetirmək lazımdır? Bu sahədəki kiçik araşdırmamız gələcək hostel sahiblərinə faydalı ola bilər.

Lisenziya və ya icazə lazım deyil

Əvvəla qeyd edək ki, hostel açmaq üçün heç bir qurumdan icazə və ya lisenziya almaq tələb olunmur. Əvvəllər bu qayda var idi, amma sonradan dövloət başçısının qərarı ilə bir sıra sahələrdə olduğu kimi, turizm obyektlərinin fəaliyyəti üçün tələb olunan lisenziya da ləğv edildi. Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov bildirir ki, hazırda belə obyektləri heç bir lisenziya olmadan açıb işlətmək olar.

Hostellər harada olmalıdır?

Hostellər böyük tələbatı olmayan insanların qısa müddətdə rahat gecələməsi üçün nəzərdə tutulub. Ona görə də, onların şəhərin mərkəzində açılması daha məqsədə uyğundur. Azərbaycandakı bəzi hostellərin sahibləri də etiraf edir ki, şəhərin mərkəzindən kənarda hostel açmaq sərfəli deyil, turistlər onlara maraq göstərməyəcək. Ona görə də hosteli şəhərin mərkəzində açmaq əsas şərtlərdəndir. Hətta mərkəzdən kənarda evi nisbətən ucuz qiymətə kirayələmək mümkün olsa da, sahibkarlar mərkəzə üstünlük verirlər.

Vergi necə ödənilir?

Hostel sahibləri də digər sahibkarlar kimi, vergini adi qaydada ödəyirlər. Bunu üçün vergi ödəyicisi kimi qeydiyyata durub VÖİN almaq və sadələşdirilmiş ödəyici kimi qeydiyyatdan keçmək lazımdır. Verginin məbləği ümumi dövriyyənin 4%-i qədərdir, rayonlarda isə dövriyyənin 2%-i qədər vergi ödənilir.

Neçə otaq olmalıdır?

Gələcək hostel sahibləri ilə öz təcrübəsini bölüşən sahibkarlar bildirir ki, hosteldə ən azı 5 otağın olmasını məqsədə uyğundur. Mühüm məqamlardan biri burada iki nəfərlik və tək nəfərlik otaqların da olmasıdır. Otaqlar səliqəli və yaxşı təmirli olmalıdır. Turistlər burada qısa müddətə qalsalar da, təmizliyi və səliqəsahmanı sevirlər. Həm də unutmaq lazım deyil, onlar hostel barədə təəssüratlarını bölüşürlər. İstənilən mənfi rəy, hostelin müştərilərinin sayını azaldacaq.

Qiymətlər nə qədər olmalıdır?

Bütün dünyada olduğu kimi, Azərbaycanda da hostellərdə gecələmə qiyməti hotellərdən xeyli aşağıdır. Bakı və regionlarda qiymətlər adambaşına 10 manatdan başlayır. Doğrudur bəzi xidmətləri də əlavə edəndə qiymətlər 25 manatadək qalxa bilər. Amma hostel açmaq istəyənlər buranın potensial qonaqlarının gənclər və qənaətcil kütlə olduğunu nəzərə almalıdırlar. Ona görə də qiymətlərin 10-20 manat arasında dəyişməsi məqsədə uyğundur.

Hosteldə neçə işçi olmalıdır?

İşçilərin maaşı hosteldə ən çox xərc aparan məsələlərdən biridir. Sahibkarlar bildirir ki, burada cəmi 2 işçinin olması kifayətdir. Onlar həm qonaqlar üçün səhər yeməyi hazırlamaq, həm də təmizlik işlərinin öhdəsindən gələ bilirlər. Üstəlik, əksər hostellərdə işçilərə daimi maaş verilmir. Onlara yalnız xidmət haqqı olaraq görülən işə görə pul ödənilir.

Hostelin aylıq xərci nə qədərdir?

Aylıq xərclərə gəlincə isə əgər hostelin yeri kirayə götürülməyibsə, yəni sahibkarın öz evidirsə, onda 3 ay ərzində təxminən 350 -400 manat xərciniz çıxa bilər. Bölgələrdə bu qiymət ayda 200-250 manatdır. Bu məbləğə vergi ödənişiniz, kommunal xidmətlət və təmizlik işinə xərclənən pullar daxildir. Qeyd edək ki, aylıq xərc müxtəlif məsələlərdən, o cümlədən, mövsümdən və qonaqların sayından asılı olaraq dəyişir. Qonaq nə qədər çox olarsa gəlir də xərc də çoxalır. Hərçənd, istinalən halda hostel sahibləri qənaətbəxş məbləğdə gəlir əldə edirlər.

Ən sərfəlisi xarici qonaqlardır

Formal olaraq hostellərdə bütün insanlar qala bilsə də, hostel sahibləri etiraf edir ki, onlar əsasən xarici qonaqlara üstünlük verirlər. Bəzilərində isə yerlilərin qəbulu ümumiyətlə qadağandır. Səbəbi, onların daha imkanlı olması, eləcə də hostel mədəniyyəti ilə daha yaxşı tanış olmalarıdır. Digər tərəfdən, xarici qonaqlara üstünlük verilməsi hostelin xarici qonaqlar arasında daha populyarlaşmasına və deməli potensial müştərilərinin artacağına səbəb olacaq.

Bakı hostellərinin qonaqlarına gəlincə, ən çox qonaq  Almaniya, Hollandiya, Böyük Britaniya, İtaliya, Rusiya və gəlir.

Hostel sahibi: «İşə başlamazdan əvvəl hostellərdə qalmışam»

Hostel anlayışı yeni olduğuna görə, bu sahədə biznesə başlayan iş adamları buradakı vəziyyəti müxtəlif üsullarla araşdırıblar. Məsələn, «Bayqan» hostelinin sahibəsi Arzu Bayramova bildirib ki, hostel açmamışdan əvvəl ölkəmizdəki bir neçə hostellə maraqlanıb, hətta belə hostellərdə qalıb da.

Gələcək hostel sahibləri ilə öz təcrübəsini bölüşən Arzu Bayramova azı 5 otağın olmasını məqsədəuyğun sayır. İşçilərin sayına gəlincə isə iki nəfər işçi kifayətdir.

«Bayqan» hosteldə adambaşına qiymət 10-25 manat arasında dəyişir, Həmçinin burada yalnız əcnəbilərin gecələməsinə icazə verilir. Hostelin qonaqlarına gəlincə isə Arzu Bayramova hosteldə  ən çox Almaniyadan,İtaliyadan və Rusiyadan olan turistlərin qaldıqlarını söylədi.

Hostel sahibi: «Turistlər mərkəzə üstünlük verirlər»

Gəncədə yeni işə başlayan «Old Ganja Hostel»in sahibi Elvin Əliyev hostelin şəhər mərkəzində olmasını məqsədə uyğun sayır, çünki turistlər mərkəzdə qalmağa meyllidirlər. Hazırda hostel üçün yeri kirayə götürdüyünü bildirən sahibkar deyir ki, şəhər mərkəzindən bir neçə yüz metr məsafədə hostel açmaq üçün daha ucuz imkanlar var. Amma turistlərin tələbatına görə, hosteli şəhərin mərkəzində açmağa üstünlük verib. Gəncə hostelinin sahibi qeyd etdi ki, əsas diqqət veriləsi məqamlardan biri də hosteldə iki nəfərlik və tək adamlıq otaqların da olmasıdır. Belə hostelə xidmət üçün iki nəfərin olması kifayətdir.

Old Ganja Hostel”nin sahibi bildirir ki, mövsüm və müştərilərin sayından asılı olaraq xərclər artır. Qeyd edək ki,“Old Ganja Hostel” gecələmək 16-40 manat arasında dəyişir.

Hostel sahibi: «Gəlir qənaətbəxş səviyyədədir»

Artıq bir neçə ildir ki, fəaliyyət göstərən «Baku Old City Hostel»inin sahibi Mikayl Əliyev bildirib ki, hostel açmaq üçün əvvəlcə bu sahə ilə yaxşıca maraqlanıb. Mikayl Əliyevin sözlərinə görə ölkəmizə gələn turistlərin əksəriyyəti paytaxtdakı hostellərə üstünlük verir. Məsələn, ötən il «Baku Old City Hostel»də ən çox Hollandiya vətəndaşları, bu il isə Böyük Britaniyadan olan turistlər qalıb. “Baku Old City Hostel” gecələmək 18-25 manat arasında dəyişir.

ANTALYA LETOONIA GOLF RESORT 5* QAYNAR TURLARIN QİYMƏTLƏRİ – Go Travel

0
ANTALYA LETOONIA GOLF RESORT 5*

? ?ANTALYA LETOONIA GOLF RESORT 5* QAYNAR TURLARIN QİYMƏTLƏRİNİ TƏQDİM EDİRİK.

? 2 BÖYÜK – 2077 USD
? 2 BÖYÜK 1 UŞAQ – 2440 USD
? 2 BÖYÜK 2 UŞAQ – 3100 USD
? 4 BÖYÜK – 4328 USD

❗Qiymətə daxildir:

✈ – Aviabilet (gediş-dönüş) 
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (7 gecə / 8 gün)
? – Qidalanma gündə 5 dəfə (All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Dubay turu)

? – Tarix 24 – 30 Avqust ayı 2 nəfər üçün nəzərdə tutulmuşdur.
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)